Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-467/2023 05.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X4, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: Nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1991-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, 2-ci qrup əlil olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənmiş, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 6/126-da qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Baxçalı evlərdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi və özgənin əmlakının qəsdən məhv edilməsi ilə müşaiyət olunan qərəzli xuliqanlıq əməlini törətmişdir. Belə ki, o, 17 aprel 2023-cü il tarixdə saat 12 radələrində əlillik səbəbinin dəyişdirilməsi və rəhbər vəzifəli şəxsin qəbulu üçün gəldiyi ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin inzibati binasında agentliyin sədr müavini Zərərçəkmiş şəxs tərəfindən qəbul olunaraq müraciətinin dinlənilməsinə və qanunvericiliyə uyğun olaraq müvafiq qaydada izah verilməsinə baxmayaraq sonuncunun xidməti otağında heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb müstəsna şəxsiyyət olmasını, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoyaraq ucadan səs-küy salıb nalayiq ifadələr işlətmiş, həmin yerdə masanın üzərində olan qəndqabını götürüb Zərərçəkmiş şəxs vurmaq istədikdə yaranmış səs-küyə görə qeyd edilən yerə gəlmiş agentliyin əməkdaşı Şahid3 və təhlükəsizliyi təmin edən mühafizə polisinin əməkdaşı Şahid4 onun Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməsinin qarşısını almaları səbəbindən daha da aqressivləşərək ucadan nalayiq ifadələr işlətməklə dəyəri 15 manat olan Zərərçəkmiş şəxs məxsus qəndqabını döşəməyə vuraraq sındırmaqla məhv etmiş, Şahid3 və Şahid4 tərəfindən Zərərçəkmiş şəxs xidməti otağından çıxarılaraq qəbula gəlmiş vətəndaşlar üçün nəzərdə tutulan gözləmə zalına aparılarkən inzibati binanın dəhlizində qərəzli hərəkətlərini davam etdirib ucadan nalayiq ifadələr işlətməklə səs-küy salaraq Agentliyin normal iş fəaliyyətini təxminən 10-15 dəqiqə ərzində pozmuş, yaranmış səs-küyə görə xidməti otaqlarından dəhlizə çıxmış Agentliyin əməkdaşlarına, eləcə də, gözləmə zalında qəbula gəlmiş vətəndaşlara məhəl qoymayaraq ucadan nalayiq ifadələr işlədərək qeydiyyat bölməsində quraşdırılmış Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin balansında olan «TANSA» markalı «Singe 1962» modelli turniketin 350 manat dəyərində şüşə materialdan olan hərəkət tənzimləyici arakəsməsini təpiklə vurub sındırmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi hədəsi ilə, habelə sonuncunun və Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı ilin aprel ayında torpaqların azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və həmin döyüşlərdə aldığı xəsarətlər nəticəsində ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Bundan əlavə onun himayəsində əlil övladı var. 2023-cü ilin aprel ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyininə müraciət etmiş, lakin qanunla müəyyən edilmiş 21 gün ərzidə onun mürəciətinə heç bir rəsmi cavab verilməmişdir. Bundan sonra o, dəfələrlə həmin idarəyə getmiş, lakin heç bir müsbət nəticə əldə etməmişdir. 17 aprel 2023-cü il tarixdə, saat 12 radələrində o, həmin idarəyə getmiş və agentliyin rəhbərliyi ilə görüşmək istəyidiyini bildirmişdir. O bir müddət sakit şəkildə mühafizəçinin yanında gözləmiş və bundan sonra polis əməkdaşı onu agentliyin sədr müavinin iş otağına dəvət etmişdir. O, otağa daxil olan zaman əsəbləşmiş və hazırda etdiklərini xatırlamır. İstintaq zamanı o, videogörüntülərə baxan zaman etdiyi hərəkətlər ona məlum olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin sədr müavini vəzifəsində çalışır. Təqsirləndirilən şəxs hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxsdir. O, dəfələrlə əlillik səbəbinin dəyişdirilməsi üçün ərizə ilə müraciət etmiş və bu məsələ ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılma aparılmış, lakin Təqsirləndirilən şəxs tərəfində təqdim olunmuş sənədlər fərqli olduğu üçün, həmin sənədlərin doğruluğu onlarda şübhə yaratdığı üçün bununla bağlı DİN orqanlarına müraciət edilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs tərəfindən edilmiş müraciətə baxılması zaman tələb etmişdir. 17 aprel 2023-cü il tarixdə təxminən saat 12 radələrində Təqsirləndirilən şəxs agentliyə gələrək rəhbərliklə görüşmək istədiyini bildirmişdir. Bundan sonra agentliyin əməkdaşı olan Şahid3 Nadir oğlu və təhlükəsizliyin təmin olunması üzrə polis əməkdaşı ilə birlikdə öz xidməti iş otağında Təqsirləndirilən şəxs qəbul etmişdir. Təqsirləndirilən şəxs otağa daxil olan zaman artıq aqressiv vəziyyətdə olmuş və ona təyin olunmuş əlilliyin düzgün təyin edilməməsini və əlillik səbəbinin dəyişdirilməsini tələb etmişdir. O isə hazırda araşdırma aparılmasını bildirdikdə Təqsirləndirilən şəxs masanın üzərində olan qəndqabını götürən zaman onun yanında olan agentliyin əməkdaşı Şahid3 və polis nəfəri Təqsirləndirilən şəxs tutub saxlayaraq əlində olan qəndqabını almışlar və o, otaqdan bayıra çıxarılmışdır. Bundan sonra agentliyin dəhlizində olan məsələdən o xəbərdar deyildir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 şöbəsinin böyük mütəxəssisi vəzifəsində çalışır. 17 aprel 2023-cü il tarixdə, təxminən saat 12-13 radələrində Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətləri nəticəsində Agentliyin inzibati binasının girişində quraşdırılmış TANSA Singe 1962 modelli turniketin 350 manat dəyərində açılıb-bağlanan şüşədən məhdudlaşdırıcısı sındırılmışdır ki, ümumilikdə 350 manat dəyərində agentliyə ziyan vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyində çalışır. 17 aprel 2023-cü il tarixdə təxminən saat 12 radələrində xidməti iş otağında olan zaman agentliyin dəhlizində bir nəfər şəxsin uca səslə nalayiq ifadələr işlətməsini və şüşə qırılması səsini eşitmişdir. Bundan dərhal sonra o, dəhlizə çıxmış və görmüşdür ki, orada olan şəxslər sonradan adının bildiyi Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışırlar. Bundan sonra o görmüşdür ki, qeydiyyat bölməsində quraşdırılmış giriş-çıxışı tənzimləyən aparatın şüşə materialdan olan hərəkət tənzimləyici arakəsməsi sınmış və şüşə parçaları ətrafa səpələnmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin audit departamentinin rəhbəri vəzifəsində çalışır. 17 aprel 2023-cü il tarixdə, təxminən saat 12 radələrində xidməti iş otağında olan zaman agentliyin dəhlizində bir nəfər şəxsin uca səslə nalayiq ifadələr işlətməsini və şüşə qırılması səsini eşitmişdir. Bundan dərhal sonra o, dəhlizə cıxmış və görmüşdür ki, orada olan şəxslər sonradan adının bildiyi Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışırlar. Bundan sonra o görmüşdür ki, qeydiyyat bölməsində quraşdırılmış giriş-çıxışı tənzimləyən aparatın şüşə materialdan olan hərəkət tənzimləyici arakəsməsi sınmış və şüşə parçalarının ətrafa səpələnmişdir. Yaranmış səs-küyə agentliyin əməkdaşları otaqlarından dəhlizə çıxmışlar. Qeydiyyat otağında digər vətəndaşlar da olmuşdur. Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışsalar da, o, öz qanunsuz hərəkətlərini davam etdirərək agentlik əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlədirmiş. Hətta Orxan divardan asılmış yanğınsöndürən balonu yerindən çıxarmaq istədikdə polis əməkdaşı tərəfindən hərəkətinin qarşısı alınmışdır. Həmin zaman Təqsirləndirilən şəxs daha da aqressivləşərək divan üzərinə tökülmüş şüşə qırığı ilə sol qolunu kəsməyə cəhd etmişdir. Həmin zaman orada olan şəxslərin müdaxiləsi ilə onun hərəkətlərinin qarşısı alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 17 aprel 2023-cü il tarixdə, təxminən saat 12-13 radələrində işdə olan zaman qeydiyyat şöbəsindən Təqsirləndirilən şəxs adlı şəxsin rəhbərliyin qəbuluna gəldiyini bildirmişlər. Bundan sonra o, həmin şəxslə görüşmüş və agentliyin sədr müavini Zərərçəkmiş şəxs dəvətinə əsasən o, agentliyin mühafizəsini təmin edən polis əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xidməti iş otağına aparmışlar. Artıq Təqsirləndirilən şəxs agentliyə gələn zaman aqressiv və əsəbi halda olmuşdur. Zərərçəkmiş şəxs onları qəbul edən zaman Təqsirləndirilən şəxs ona təyin olunmuş əlilliyin düzgün təyin edilməməsini bildirərək əlillik səbəbinin dəyişdirilməsi istəyinin olmasını bildirdikdə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs şəxsi hesabı öyrənilərkən qeyd olunan diaqnozun sonuncunun adına açılmış xəstəlik tarixində öz əksini tapmaması bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs aqresiv davranış göstərərək masa üzərində olan qəndqabını götürüb yerə çırpmışdır. Sonradan o, polis əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs otaqdan çıxarmışlar. Təqsirləndirilən şəxs artıq agentliyin əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlətməyə başladıqda o və polis əməkdaşı onu sakitləşdirməyə çalışmışlar, lakin Orxan təpik zərbəsi ilə giriş-çıxışı tənzimləyən aparatın şüşə materialdan olan hərəkət tənzimləyici arakəsməsini vurub sındırmışdır. Həmin zaman şüşə qırıntıları otağa dağılmışdır. Qeydiyyat otağında digər vətəndaşlar da olmuşlar. Təqsirləndirilən şəxs ucadan nalayiq ifadələr işlətməsi və şüşənin qırılması səsinə otaqdan əməkdaşlar dəhlizə çıxmışlar. Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışsalar da, o, öz qanunsuz hərəkətlərini davam etdirərək agentlik əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlədirmiş. Hətta Orxan divardan asılmış yanğınsöndürən balonu yerindən çıxarmaq istədikdə polis əməkdaşı tərəfindən bu hərəkətinin qarşısı alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 digər Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş vəkildən imtina etmiş və məhkəmə iclaslarını vəkilin iştirakı olmadan keçirilməsini istəmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin inzibati binasıdır və agentliyin qeydiyyat şöbəsində quraşdırılmış turniketin şüşə materialdan olan hərəkət tənzimləyici arakəsməsi sındırılmış vəziyyətdədir. (Cild 1, i.v. 8-10) 17 aprel 2023-cü il tarixli Qüsur aktından görünür ki, TANSA singe 1962 modelli turniketin açılıb-bağlanan şüşəsinin dəyəri 350 manat təşkil edir. (Cild 1, i.v. 25) “Baxış keçirilməsi və götürmə haqqında” 19 aprel 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin sosial agenti X1 tərəfindən təqdim edilmiş inzibati binasında quraşdırılmış təhlükəsizlik kameraları tərəfindən qeydə alınmış 17 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş xuliqanlıq hadisəsini özündə əks etdirən videogörüntülər olan 1 ədəd CD diskə baxış keçirilərkən müəyyən edildi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyinin sosial agenti X1 tərəfindən təqdim edilmiş 1 ədəd CD diskdə «Təqsirləndirilən şəxs 18 Aprel 2023» və «Təqsirləndirilən şəxs 18 Aprel 2023-2» adlı 2 ədəd fayl vardır. «Təqsirləndirilən şəxs 18 Aprel 2023» adlı fayl açılarkən faylın 02 dəqiqə 58 saniyə davamlı olması, görüntünün 17 aprel 2023-cü il tarixdə saat 12:38:16-dan başlaması müəyyən edilir. Görüntünün 12:39:06 saniyəsində kameranın yerləşmə bucağına əsasən sol hissədə yerləşən qapının açılması, biri polis uniformasında olmaqla iki nəfər şəxsin bir nəfər şəxsin qollarından tutaraq hərəkət etməsinə köməklik etməsi, ortada olan şəxsin isə uca səslə agentlik əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlətməsi, hər üç şəxsin qeydiyyat bölməsində quraşdırılmış giriş-çıxışı tənzimləyən aparatın şüşə materialdan olan hərəkət tənzimləyicisinə çatdıqda ayaq zərbəsi ilə vuraraq şüşə materialdan olan hərəkət tənzimləyicisini sındırması və yenə də agentlik əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlətməsi, daha sonra otaqlardan əməkdaşların yaranmış səs-küyə dəhlizə çıxmaları öz əksini tapır. Daha sonra ucadan təhqir səsləri ehidilsə də, görüntüdə hər hansı bir qanunsuz hərəkətlərin baş verməsi müşahidə olunmur. «Təqsirləndirilən şəxs 18 Aprel 2023-2» adlı fayl açıldıqda faylın 05 dəqiqə 45 saniyə davamlı olması, görüntünün 17 aprel 2023-cü il tarixdə saat 12:38:16dan başlaması müəyyən edilir 12:38:54 saniyədən başlaması, görüntünün agentliyin inzibati binasının girişində yerləşən qeydiyyat bölməsində aparılması bu zaman görüntünün yerləşmə bucağına əsasən sağ hissədə ucadan nalayiq ifadələr işlədilməsi və giriş-çıxışı tənzimləyən aparatın şüşə materialdan olan hərəkət tənzimləyicisinə çatdıqda ayaq zərbəsi ilə vuraraq sındırılması, bundan sonra biri polis uniformasında olmaqla iki nəfər şəxsin bir nəfər şəxsin qollarından tutaraq hərəkət etməsinə köməklik etməsi, ortada olan şəxsin daha aqressivləşərək orada olan qadınların otağı tərk etmələrini tələb edərək agentlik əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlətməsi, polis əməkdaşının onu sakitləşdirməyə çalışmasına baxmayaraq agentliyin divarına bərkidilmiş yanğınsöndürən balonu yerindən çıxarmaq istəməsi, polis əməkdaşının buna imkan verməməsi, daha sonra həmin şəxsin hərəkətlərini davat etdirərək ucadan nalayiq ifadələr işlətməkdə qıralaraq vətəndaşların əyləşməsi üçün yerləşdirilmiş divanın üzərinə tökülmüş şüşə parçalarından götürməklə özünə xəsarət yetirməyə cahd etməsi, həmin zaman onun hərəkətlərinin qarşısına almağa çalışan polis əməkdaşına «özümü Nazirliyin qarşısında yandıraraq səni işə salaram», agentlik əməkdaşlarının ünvanlarına isə «sizin başınıza oyun açım sizdə baxın» deyərək yenə də nalayiq ifadələr işlətməkdə davam edir. Həmin zaman agentlik əməkdaşlarının otaqlarını tərf edərək dəhlizə yığılmaları, agentliyin iş rejiminin pozulması öz əksini tapır. Baxışda iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin sosial agenti X1 görüntüdə olan şəxsin Təqsirləndirilən şəxs olması, sonuncunun qolundan tutaraq otaqdan çıxarmaqla hərəkətinə köməklik edən mülki geyimli şəxsin agentliyin əməkdaşı olan X6 olması, digər şəxsin isə agentliyin təhlükəsizliyini təmin edən Mühafizə Polisi əməkdaşı olmasını bildirdi. Görüntünü özündə əks etdirən 1 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürülmüşdür. (Cild 1, i.v. 28-29) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2023-cü il tarixli 1508 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda ülvi mənşəli şəxsiyyət pozuntusu, anamnezində qıcolma tutmaları müəyyən edilir. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmaağıllıq müəyyən edilmir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs müəyyən edilən «Üzvi mənşəli şəxsiyyət pozuntusu, anamnezində qıcolma tutmaları» o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın, yəni Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə iqtidarında olmuş, buna görə də, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs aşkar edilən üzvi mənşəli şəxsiyyət pozuntusu, anamnezində qıcolma tutmaları diaqnozu psixi xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarındaa olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətlidir. (Cild 4, i.v. 126-130) “Sübutların qiymətləndirilməsi barədə” 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.3 320.1 və 320.2-ci maddələri ilə olan hissəsinə hissəvi xitam verilmişdir. İş üzrə bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 4, i.v. 133- 153) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; “Axtarışda olan şəxsin tutulması haqqında” 25 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nə gətirilmişdir. (Cild 1, i.v. 72) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(004)-315/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixdək həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, i.v. 127-131) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə hərbi məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 331.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2014-cü il tarixdə cəriməni tam ödəmişdir. (Cild 1, i.v. 137-138) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(103)-399/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair 26 aprel 2023-cü il tarixli, 4(004)-315/2023 saylı qərarı ləğv edilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməməklə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində 19 iyul 2023-cü tarixədək ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş və qətimkan tədbirinin əvvəli 25 aprel 2023-cü il tarixdən saat 09:45dən hesablanmışdır. (Cild 1, i.v. 142-150) “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqında” 19 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin uzadılması barədə Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi İsmayıl Qurbanovun vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. (Cild 4, i.v. 108-112) “Qətimkan tədbiri seçilməsi haqqında” 19 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 4, i.v. 113-114) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Təqsirləndirilən şəxs məxsus Ao seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, geniş miqyaslı əks hücum əməliyyatlarının həyata keçirilməsi zamanı 44 günlük Vətən Müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrud ərazilərindən gələn yaralı hərbiçilərə könüllü olraq Füzuli Rayon Mərkəzi Xəstəxanasında nümunəvi xidmət göstərmişdir. (Cild İ, i.v. 102-106) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 atası Təqsirləndirilən şəxsdur. Xəstəlik Haqqında 17 dekabr 2021-ci mil tarixli 24470 nömrəli şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə xəsarətlər almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən X9 əlil olmaqla sağlamlıq imkanları məhduddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2014-cü il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntunun olmasını, 2ci qrup əlil olmasını, 2016-cı il Aprel döyüşlərində yaralanmasını, Vətən Müharibəsi zamanı könüllü olaraq yaralılara xidmət etməsini və himayəsində iki azyaşlı uşağının həmin uşaqlardan birinin əlil olmasını Cinayət Məcəlləsinin 59.1.9 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs istintaq zamanı tutulduğu və ev dustaqlığında olduğu 25 aprel 2023-cü il tarixdən 19 iyul 2023-cü il tarixədək olan 02 (iki) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü islah işlərinin dörd gününə bərabər olmaq hesabı ilə hesablanmaqla ona təyin edilmiş islah işləri cəzasından çıxılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 11 (on bir) ay 06 (altı) gün müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı həbsdə və ev dustaqlığında olduğu 25 aprel 2023cü il tarixdən 19 iyul 2023-cü il tarixədək olan 02 (iki) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü islah işlərinin dörd gününə bərabər olmaq hesabı ilə 11 (on bir) ay 06 (altı) gün ona təyin edilmiş islah işləri cəzasından çıxılsın və cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-467/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-467/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver