Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-469/2023 27.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, məhkumluğu olmayan, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 oktyabr 2022-ci il təxminən saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonundakı «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,067 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 31 oktyabr 2022-ci il tarixdə saat 13:30-da Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri çərçivəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,067 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 2016-cı ildə Şəmkir rayonunda istintaqa məlum olmayan şəxsin avtomobilini təmir etməsi müqabilində zəhmət haqqı qismində həmin şəxsdən qanunsuz olaraq 01 ədəd zavod şəraitində kustar üsulla hazırlanmış, yivli, saz vəziyyətdə, atəşə yararlı 9 mm kalibrli patronla atəş açmaq üçün nəzərdə tutulmuş odlu silah hesab edilən tapançanı, tapançanın komplekt hissəsi olan 01 ədəd zavod şəraitində kustar üsulla hazırlanmış 8 ədəd 9x18 mm kalibrli patronla atəş açmaq üçün funksional əhəmiyyət daşımayan sandıqçanı (darağı) və həmin sandıqçada 05 ədəd 9 mm kalibrli zavod üsulu ilə istehsal olunmuş “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilən patronları döyüş sursatını əldə edərək üzərində gəzdirib ünvan 5 ünvanına daşıyaraq orada saxlamış, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində həmin silahı komplekt hissəsi olan sandıqça (daraq) və döyüş sursatı 05 ədəd patronla birlikdə satmaq üçün əynində olan boz rəngli cins şalvarın arxa tərəfdən bel hissəsində gəzdirərək Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanına daşımış, orada Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirildikdə polis bölməsində müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın arxa tərəfdən bel hissəsində 01 ədəd zavod şəraitində kustar üsulla hazırlanmış, yivli, saz vəziyyətdə, atəşə yararlı 9 mm kalibrli patronla atəş açmaq üçün nəzərdə tutulmuş odlu silah hesab edilən tapançanı, tapançanın komplekt hissəsi olan 01 ədəd zavod şəraitində kustar üsulla hazırlanmış 8 ədəd 9x18 mm kalibrli patronla atəş açmaq üçün funksional əhəmiyyət daşımayan sandıqçanı (darağı) və həmin sandıqçada 05 ədəd 9 mm kalibrli zavod üsulu ilə istehsal olunmuş “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilən patronlar döyüş sursatı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ilk dəfə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə, Nəsimi rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan mərhum edilmiş və xx.xx.2005-ci il tarixdə cəza çəkmə müəssəsindən azad olunmuşdur. Daha sonra, Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 2 il müddətinə azadlıqdan mərhum edilmiş və xx.xx.2008-ci il tarixdə Amnistiya Qərarına əsasən cəza çəkmə müəssəsindən azad olunmuşdur. O, artıq uzun müddətdir ki, narkotik vasitənin aludəçisi olduğu üçün müxtəlif vaxtlarda narkotik vasitədən istifadə etmiş, lakin əsasən psixotrop maddə olan metamfetamin qəbul edir. Narkotik vasitə, yaxud psixotrop maddəni qəbul etməyi ona heç kim məcbur etmir, özü könüllü olaraq istifadə edir, o, çörək pulu qazanmaq məqsədi ilə Bakı şəhərində müxtəlif yerlərdə fəhlə kimi işləmiş, lakin son vaxtlar narkotiklə bağlı işini itirdiyi üçün tüfeyli həyat sürür. Üzərindən psixotrop maddə olan metamfetaminin aşkar olunması ilə bağlı, səmimi olaraq bildirir ki, o, həmin maddəni 31 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində 10 manata Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” deyilən ərazidə tanımadığı kişi cinsli şəxsdən almışdır. Bundan sonra həmin maddəni özü istifadə etmək məqsədi ilə əynində olan qara rəngli cins şalvarın sağ yan cibində gizlətmişdir. O, 31 oktyabr 2022-ci il tarixdə saat 13.30-da ünvan 7 ünvanın qarşısında piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları kimi təqdim edib narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə polis bölməsinə getməyini təklif etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşmış və bundan sonra bir yerdə 26-cı PB-nin inzibati binasına getmişlər. Polis bölməsində olan zaman onun barəsində şübhəli şəxsin tutulması haqqında qərar çıxarılmış və ona Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, vəkillərin siyahısı ilə tanış olduqdan sonra vəkil X2 onun hüquqlarının müdafiə etməsini ərizə ilə yazıb xahiş etmişdir. Bundan sonra vəkil Ruslan Salmanov iş otağına dəvət olunmuş və ona vəkil kimi təqdim edilmişdir. Daha sonra polis bölməsinin inzibati binasında videoçəkliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərində şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ona hüquq və vəzifələri izah edilmiş, həmçinin videoçəkliş vasitəsi ilə üzərində axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və yaxud predmet olacağı təqdirdə həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edilmişdir. O, könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoyduğu şəffaf selofana bükülmüş bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini masanın üzərinə qoymuşdur. Onun üstündə həmin vaxt bundan başqa heçnə olmamışdır. Ondan aşkar olunaraq götürülmüş psixotrop maddə polis əməkdaşı tərəfindən götürülərək, orada olan şəxslərin iştirakı ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmaqla, iki ədəd 170 saylı möhürlə möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və həmin protokolla zərfə onunla bərabər orada olan digər iştirakçılar, həmçinin vəkilin özü də imza atmışdır. Psixotrop maddə olan metamfetamini qəbul etsə də, heç vaxt hər hansı bir şəxsə narkotik vasitə, yaxud psixotrop maddə satmamışdır. Həmçinin, 2016-cı ildə Şəmkir rayonunda işlədiyi vaxt bir nəfər müştərinin avtomobilini təmir etmiş, həmin müştəri pulu olmadığından təmir müqabilində pul əvəzi ona içərisində beş ədəd patronla birlikdə tapança silahı vermişdir. O, silahı özü ilə birlikdə Bakı şəhərinə daşımış və yaşadığı ünvan 8 ünvanına gətirib orada gizlətmişdir. xx.xx.2023-cü il tarixdə həmin silahı gizlətdiyi yerdən götürüb əynində olan şalvarın arxa tərəfdən bel hissəsində daşıyıb satmaq üçün Bakı şəhəri, Nəsimi rayonu Kubinka adlanan əraziyə aparmaq istəyərkən saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanının qarşısında Yasamal RPİ-nin 26-cı Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində ona dövlət hesabına müdafiəçi təyin edilmiş, hüquq və vəzifələri izah edilərək üzərində videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi də elan olunmuşdur. Bundan sonra ona təklif olunmuşdur ki, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya predmet varsa könüllü olaraq təqdim etsin. O, razılaşaraq könüllü olaraq əynində geyindiyi boz rəngli cins şalvarın arxa tərəfdə bel hissəsində saxlayıb daşıdığı daşıdığı içərisində patronlar olan tapançanı çıxarıb təqdim etmişdir. Həmin silahın sandıqçasını çıxardıqda 05 ədəd patron aşkar edilmişdir. Həmin vaxt üzərində başqa heç nə olmamış və başqa heç nə aşkar edilməmişdir. Silah, sandıqça - daraq və 05 ədəd patron müvafiq qaydada qablaşdırılaraq protokol əsasında götürülmüşdür. Həmin silahdan istifadə etməmiş, psixi xəstəliyi olmamış və yoxdur. Silahı olması barədə heç kimə heç nə deməmiş, bu barədə heç kimin məlumatı olmamışdır. Başqa heç bir cinayət əməli törətməmişdir. Əməlini səmimi etiraf etməsini, peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidlərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 31 oktyabr 2022- ci il tarixdə saat 13:30 radələrində xidmət etdiyi Yasamal RPİ-nə xx xxx 1976-cı il təvəllüdlü Bakı şəhəri Zığ Şossesi ev 3, mənzil 28 qeydiyyatda olmaqla, Bakı şəhəri, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 45, mənzil 3-də faktiki yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan tərəfindən Yasamal RPİ-nin rəis vəzifəsini icra edən, polis mayoru Vəli Cəfərova məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupunun yaradılması haqqında raportla məruzə edilmişdir. Yasamal RPİ-nin rəisinin 31 oktyabr 2022-ci il tarixli əmri ilə, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün, əməliyyat qrupu yaradılaraq əməliyyat qrupunun rəhbəri Yasamal RPİ-nin 26-cı PB- nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı, Şahid2 və o, qrupun üzvü təyin edilmişlər. Göstərilənlərlə bağlı, polis kapitanı Şahid2 ilə birlikdə 31 oktyabr 2022-ci il tarixdə, Yasamal rayonu ərazisində zəruri əməliyyat-axtarış tədbirlərini həyata keçirməyə başlanmışdır. 31 oktyabr 2022- ci il tarixdə saat 13:30 radələrində qanunsuz olaraq narkotik vasitə əldə edib ünvan 11 ünvanın qarşısında piyada hərəkət edən zaman saxlanılmışdır. O və Şahid2 özlərini ona polis əməkdaşları kimi xidməti vəsiqələrini təqdim etmişlər. Təqsirləndirilən şəxs də öz anket məlumatlarını onlara bildirmişdir. Təqsirləndirilən şəxs onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək Yasamal RPİ-nin 26-cı PB-nin İnzibati binasına dəvət etmişlər. O, etiraz etməyərək təklifləri ilə razılaşaraq birlikdə Polis Bölməsinin inzibati binasına gəlmişdir. Yasamal RPİ-nin 26-cı PB-nin rəisinə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğuna əsaslı şübhələr olduğuna görə Yasamal RPİ-nin 26-cı PB-nə gətirilməsi və onun paltarında, əşyalarında və üzərində ehtimal olunan qanunla qadağan edilmiş narkotik və psixotrop maddələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi üçün raportla məruzə edildi. Yasamal RPİ-nin 26-cı PB-nin rəisinin yazılı göstərişinə əsasən Təqsirləndirilən şəxs paltarında, əşyalarında, üzərində olması ehtimal olunan qanunla qadağan edilmiş narkotik və psixotrop maddələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı, polis mayoru X3 həvalə edildi. X4 tərəfindən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edildikdən sonra o, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra üzərində şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul edildi və qərar ona elan edilərək hüquq və vəzifələri izah edildi. Təhqiqatçısı, polis mayoru Rüfət Mustafazadə telefon vasitəsilə video çəkilişdən istifadə etməklə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə apardı. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs paltarında, əşyalarında, üzərində, ehtimal olunan qanunla qadağan edilmiş narkotik və psixotrop maddələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyaların və sənədlər vardırsa könüllü təqdim olunması təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibinə qoyduğu şəffaf selofana bükülmüş 01 (bir) ədəd bükümü masanın üzərinə qoydu. Həmin şəffaf sellofana bükülmüş bükümü X4 tərəfindən açılan zaman ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olundu. Həmin bükümdə olan maddənin nədən ibarət olması barədə şübhəli şəxs Təqsirləndirilən şəxs sual verildikdə, o, üzərindən aşkar edilmiş maddənin metamfetamin olmasını 31 oktyabr 2022-ci il təxminən səhər saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonundakı “Kubinka” deyilən ərazidən üzdən tanıdığı, lakin adını dəqiq xatırlamadığı kişidən 10 manata həmin maddəni özü üçün istifadə etmək məqsədi ilə aldığını və əynində qara rəngli cins şalvarının sağ yan cibində gizlətdiyini bildirdi. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə davam etdirildi, lakin onun üzərində, paltarlarında sair ehtimal olunan qanunla qadağan edilmiş narkotik və psixotropmaddələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyalar və sənədlər aşkar edilmədi. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 (bir) ədəd sellofon bükümdə ağ rəngli kristallardan ibarət maddə metamfetamin içi boş olan ağ zərfə qablaşdırıldı üzəri Azərbaycan Respublikası DİN-nin arayışlar üçün 170 saylı möhürü ilə möhürlənərək zərfin üzəri protokol iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalandı və məhkəmə kimyəvi ekspertizası tədqiqatı keçirilməsi üçün ekspertizaya təqdim edilməsi üçün götürüldü. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması və narkotik vasitə götürülməsi haqqında protokol tərtib edildi. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxundu, protokolun tərtibinə dair etiraz və sair qeydlər daxil olmadı və protokolun düzgünlüyünü imzalarla təsdiq edildi. Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat aparatı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə satan şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq azadlığı məhdudlaşdırılan zaman və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparılarkən ona qarşı hər hansı bir zorakılıq, təzyiq və sair təsir tədbirləri həyata keçirilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsndə Şahid1 ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 26-cı PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 23 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs silah, onun komplekt hissələri və döyüş sursatını qanunsuz olaraq əldə etməsi, gəzdirməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat Yasamal RPİ-nin 26-cı PB-nin rəisinə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. 26-cı PB-nin rəisi Vəli Cəfərov tərəfindən əməliyyat qrupunun yaradılması barədə müvafiq əmr verilmişdir. Həmin əmrə əsasən mən qrupun rəhbəri, 26-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 isə üzvü təyin edilmişdir. Həmin gün saat 15:00-dan 17:00-dək olan müddətdə Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanının qarşısında Təqsirləndirilən şəxs ətrafında soraqlaşma ilə güdmə həyata keçirilmiş və nəticədə həmin şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra birlikdə 26-cı PB-nə getmək təklif olunmuş, sonuncu razılaşaraq birlikdə Polis bölməsinin inzibati binasına gəlmişdir. 26-cı PB-də Təqsirləndirilən şəxs müdafiəçisinin xidmətindən istifadə etmək hüququ izah edildikdə, o, ərizə ilə müraciət edərək öz hesabına vəkil tutmağa imkanının olmadığını bildirib müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmasını xahiş etmişdir. 26-cı PB-nin təhqiqatçısı Anar Həmidli tərəfindən müdafiəçi təyin etmə haqqında qərar qəbul edilmiş və Təqsirləndirilən şəxs üçün dövlət hesabına müdafiəçi PB-nə dəvət edilmişdir. X11 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, onun hüquq və vəzifələri izah edildikdən sonra şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul edilmişdir. Şəxsi axtarış və götürmə aparılmamışdan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və ona təklif olunmuşdur ki, üzərində saxlanması, daşınması, gəzdirilməsi qanunla qadağan edilmiş əşya, predmet varsa özü könüllü təqdim etsin. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq əynində olan boz rəngli cins şalvarın arxa tərəfdən bel hissəsində saxladığı bir ədəd tapanca silahı çıxararaq təqdim etdi. Həmin tapanca silahına baxarkən metal hissəsinin yonulduğu üçün metal rəngində olduğu, tutacaq hissəsinə hər iki tərəfdən orta hissədən bir ədəd vintlə qəhvəyi rəngli örtük bağlandığı,üzərində isə heç bir işarə və yazının olmadığı məlum olmuşdur. Daha sonra həmin silahın sandıqçasını çıxararkən gümüşü metal rəngində olduğu, içərisində isə beş ədəd patron patron var idi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təxminən 2016-cı ildə Şəmkir rayonunda işləyərkən tanımadığı şəxslərdən əldə etmiş və özü ilə Bakıya gətirərək yaşadığı Pirallahı rayonundakı ünvana gətirib saxladığını bildirmişdir. Tapança, sandıqçası və 05 ədəd patron müvafiq qaydada qablaşdırılaraq götürülmüş, protokol tərtib edilmişdir. O, Şahid4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi protokola imza etmişlər. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsndə Şahid3 ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 6/6306 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində AR DİN-nin “Zərflər üçün № 170” dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 1,067 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/1031 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzəridə “1” rəqəmləri həkk olunmuş 01 ədəd silah zavod şəraitində kustar üsulla hazırlanmış 9 mm kalibrli patronla atəş açmaq üçün nəzərdə tutulmuş tapançadır, yivli odlu silahdır, saz vəziyyətdədir, atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd predmet zavod şəraitində kustar üsulla hazırlanmış 8 ədəd 9 mm kalibrli patronla atəş açmaq üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqçadır (daraqdır), istifadəyə yararlıdır. Həmin sandıqça təqdim edilmiş tapançada istifadə olunur. Tədqiqata təqdim edilmiş 05 ədəd 9 mm kalibrli patron zavod üsulu ilə istehsal edilmiş, “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda və s. uyğun kalibrli tapançalarda istifadə edilən patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Həmin patronlardan istifadə etməklə, tədqiqata təqdim edilmiş tapançadan atəş açmaq mümkündür. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2023-cü il tarixli 2744 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət - Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 2 dəfə məhkum edilmişdir. 1) Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2005-ci il tarixdə Səbail Rayon Məhkəməsinin qərarı ilə cəzadan azad edilib. 2) Sonuncu dəfə Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. AR Milli Məclisin xx.xx.2009-cu il tarixli Amnistiya Qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilib. Beləliklə, cəzasını çəkib qurtardığı gündən məhkumluğun ödənilməsi üçün CM-nin 83-cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, məhkumluğu ödənilmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə tutulmuş, bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilmiş, Yasamal rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 02 gün həbsdə olmuşdur. Bundan sonra Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan 9 mm kalibrli zavod üsulu ilə istehsal olunmuş “Makarov” tipli tapança, onun komplekt hissəsi sandıqça və 05 ədəd patron metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra Daxili İşlər Nazirliyinə təhfil verilməli, psixotrop maddənin qalığı olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 01 il 03 ay (bir il üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün (iki gün) müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 05 ay 28 gün (iki il beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 23 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 178 manat (yüz yetmiş səkkiz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan qalıq çəkisi 1,017 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübutun qalığı olan Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 9 mm kalibrli zavod üsulu ilə istehsal olunmuş “Makarov” tipli tapança, onun komplekt hissəsi sandıqça və 05 ədəd patron Daxili İşlər Nazirliyinə təhfil verilsin. İş üzrə maddi sübutun qalığı olan Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan qalıq çəkisi 1,017 qram psixotrop maddə metamfetamin, tapança, onun komplekt hissəsi sandıqça və 05 ədəd patron hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 100 (yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-469/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-469/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver