Məhkəmə qərarları › İş №1(004)-47/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-47/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-47/2021 14.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X8 və X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etdiyi sosial evlərdən güzəştli şərtlərlə iki otaqlı mənzilin alınmasında köməklik göstərməsi üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs1 Əjdər qızına işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə biləbilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazandıqdan sonra qeyd edilən mənzilin alınmasına köməklik edəcəyi barədə vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə Zərərçəkmiş şəxs1 aldadaraq təxminən 2019-cu ilin iyun ayının sonunda ünvan 2 ünvanın qarşısında Zərərçəkmiş şəxs1 Əjdər qızına məxsus 4400 (dörd min dörd yüz) manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etdiyi sosial evlərdən güzəştli şərtlərlə iki otaqlı mənzilin alınmasında köməklik göstərməsi üçün Zərərçəkmiş şəxs1 Əjdər qızı vasitəsi ilə ona müraciət etmiş Zərərçəkmiş şəxs2 Ələkbər qızına işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazandıqdan sonra qeyd edilən mənzilin alınmasına köməklik edəcəyi barədə vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə Zərərçəkmiş şəxs2 aldadaraq təxminən 2019-cu ilin iyun ayının sonunda Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi 20 saylı ünvanın qarşısında Zərərçəkmiş şəxs2 Ələkbər qızına məxsus 3000 (üç min) manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etdiyi sosial evlərdən güzəştli şərtlərlə üç otaqlı mənzilin alınmasında köməklik göstərməsi üçün Hacıyeva Fəridə Əjdər qızının vasitəsi ilə ona müraciət etmiş Zərərçəkmiş şəxs3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazandıqdan sonra qeyd edilən mənzilin alınmasına köməklik edəcəyi barədə vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə Zərərçəkmiş şəxs3 aldadaraq xx xxxxxx 2019-cu il tarixdə ünvan 3 ünvanda yerləşən «İctiami Televiziya və Radio Yayımları» şirkətinin inzibati binasının qarışısında zərərçəkmiş şəxs Qasımzadə Nahid Vahid oğluna məxsus 7.200 (yeddi min iki yüz) manat pulu ələ keçirib, sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etdiyi sosial evlərdən qaynı Şahid2 güzəştli şərtlərlə üç otaqlı mənzilin alınmasında köməklik göstərməsi üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazandıqdan sonra qeyd edilən mənzilin alınmasına köməklik edəcəyi barədə vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə Zərərçəkmiş şəxs3 aldadaraq xx xxxxxx 2019-cu il tarixdə ünvan 3 ünvanda yerləşən «İctimai Televiziya və Radio Yayımları» şirkətinin inzibati binasının qarışısında zərərçəkmiş şəxs Qasımzadə Nahid Vahid oğluna məxsus 7.200 (yeddi min iki yüz) manat pulu ələ keçirib, sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 ona olan inam və etibarından sui-istifadə edərək Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etdiyi ticarət mərkəzində tam təmirli mağaza sahəsini güzəştli şərtlərlə alınmasına köməklik edəcəyinə dair bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunu aldatmış, qeyd edilən mağaza sahəsinin alınması üçün faktiki hər hansı hərəkət etməyərək xx xxxxxxx 2019-cu il tarixdə saat 12 radələrində ünvan 3 ünvanda yerləşən «İctimai Televiziya və Radio Yayımları» şirkətinin inzibati binasının qarışısında zərərçəkmiş şəxs Qasımzadə Nahid Vahid oğluna məxsus 5500 ( beş min beş yüz) manat pulu alıb ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 oğlunun inam və etibarından sui-istifadə edərək əvvəlcə Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etdiyi sosial evlərdən alacağı mənzillərin sığorta olunması, daha sonra isə sonuncunun alacağı mənzillər və mağaza sahəsi ilə bağlı müqavilələrin hazırlanmasının tezləşdirilməsi məqsədi ilə pul lazım olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib Zərərçəkmiş şəxs3 aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla xx xxxxxx 2019cu il tarixdə ünvan 3 ünvanda yerləşən «İctimai Televiziya və Radio Yayımları» şirkətin qarışısında 300 manat, 2019-cu ilin dekabr ayının sonlarında həmin ünvanda 300 manat olmaqla zərərçəkmiş şəxs Qasımzadə Nahid Vahid oğluna məxsus ümumilikdə 600 (altı yüz) manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Hüseynov Samir Rauf oğluna dövlət tərəfindən az təminatlı aillərə sosial yardım verilməsini və istəyərsə qeyd edilən sosial yardımın alınmasında köməklik göstərə biləcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verərək sonuncunun inam və etibarından istifadə edib qeyd edilən sosial yardımın alınması üçün faktiki hər hansı hərəkət etməyərək aldatmış, Zərərçəkmiş şəxs4 bank vasitəsi ilə onun cinayətkar niyyətindən məlumatsız olan X17 qızına aid Azərbaycan Beynəlxalq Bankına məxsus plastik karta hissə-hissə göndərdiyi ümumilikdə 1150 (min yüz əlli) manat pulu ayrı-ayrı məbləğlərdə vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin aprel ayının əvvəllərindən sonunadək olan müddət ərzində G.M.Əliyevadan ünvan 4 ünvanda yerləşən Respublika uşaq stomatoloji mərkəzinin inzibati binasının qarşısında alıb ələ keçirməklə zərərçəkmiş şəxs Hüseynov Samir Rauf oğluna 1150 (min yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etdiyi sosial evlərdən güzəştli şərtlərlə bir otaqlı mənzilin alınmasında köməklik göstərməsi üçün ona müraciət etmiş Hüseynov Samir Rauf oğluna işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazandıqdan sonra qeyd edilən mənzilin alınmasına köməklik edəcəyi barədə vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə Zərərçəkmiş şəxs4 aldadaraq 2020-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri Nərimanov rayonu Albert Aqarunov küçəsi 13 saylı ünvanın qarşısında Zərərçəkmiş şəxs4 məxsus 3850 (üç min səkkiz yüz əlli ) manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etdiyi sosial evlərdən Məmmədova Səbirə Sabir qızına güzəştli şərtlərlə üç otaqlı mənzilin alınmasında köməklik göstərməsi üçün ona müraciət etmiş Şahid4 Cəbrayıl oğluna işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncu vasitəsi ilə Səbirə Məmmədovanın inam və etibarını qazandıqdan sonra qeyd edilən mənzilin alınmasına köməklik edəcəyi barədə vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə Zərərçəkmiş şəxs5 aldadaraq xx xxxx 2020-ci il tarixdə ünvan 6 ünvanın qarşısında X18 Əliyev vasitəsi ilə göndərdiyi 20.000 (iyirmi min) manat pulu alıb ələ keçirməklə zərərçəkmiş şəxs Məmmədova Səbirə Sabir qızına xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin yanında Mənzil İnşaat Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa etdiyi sosial evlərdən X11 güzəştli şərtlərlə üç otaqlı mənzilin alınmasında köməklik göstərməsi üçün ona müraciət etmiş Şahid4 Cəbrayıl oğluna işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncu vasitəsi ilə Səbirə Məmmədovanın inam və etibarını qazandıqdan sonra qeyd edilən mənzilin alınmasına köməklik edəcəyi barədə vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu Albert Aqarunov küçəsi 5 saylı ünvanda yerləşən “Şəki” restoranının yaxınlığındakı ofisində 5000 manat, xx xxxxx 2020-ci il tarixdə ünvan 7 ünvanda yerləşən “Şəki” restoranının yaxınlığındakı ofisində 15000 manat və xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi 47 saylı ünvanda yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin inzibati binasının qarşısında 300 manat olmaqla X19 Əliyev vasitəsilə göndərdiyi ümumilikdə 20300 (iyirmi min üç yüz) manat pulunu ələ keçirməklə zərərçəkmiş şəxs Məmmədova Saidə Sabir qızına xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin aprel ayında o, “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə qadın salonunda saç ustası işləyən Fəridə adlı qadınla tanış olmuşdur. Tanışlıq zamanı o, Fəridəyə ilkin ödənişi 4.400 manat olmaqla 2 otaqlı ev təşkil edə biləcəyini bildirmişdir. Fəridə onun bu təklifi ilə razılaşmış və onlar 2019-cu ilin iyun ayının sonunda Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsində yerləşən “Bakısoveti” metrosansiyasının qarşısında görüşmüşlər. Orada sonuncu ona alacağı evin ilkin ödənişi olan 4.400 manat pul vermişdir. Pulu aldıqdan sonra o Fəridəyə evin qısa müddətdə hazır olacağını bildirmişdir. Lakin Fəridədən aldığı 4.400 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan əlavə o təxminən 2019-cu ilin aprel ayında Fəridənin vasitəsi ilə Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Həmin ilin iyun ayının sonunda o Mahirənin iş yeri olan ünvan 2 ünvanda yerləşən «Aqlamour» adlanan gözəllik salonun qarşısında sonuncu ilə görüşmüşdür. Görüş zamanı o, Mahirəyə ilkin ödənişi 3.000 manat, aylıq ödənişi isə 288 manat olmaqla Yasamal rayon ərazisində az təminatlı ailələr üçün tikilən sosial binaların birindən 2 otaqlı ev təşkil edə biləcəyini bildirmişdir. Mahirə onun bu təklifi ilə razılaşaraq ilkin ödəniş olan 3.000 manatı ona vermiş, o isə həmin evin 2019-cu ilin noyabr ayının ortalarında ona təhvil veriləcəyini bildirmiş və əlavə olaraq sonuncuya məxsus şəxsiyyət vəsqəsinin sürətini, ASAN xidmətdən Asan imza və onun adına əmlakın olub-olmaması barədə arayış alıb ona qısa müddət ərzində verməsini bildirmişdir. Mahirə isə bir iki gündən sonra onun dedikləri sənədləri toplayıb və «Aqlamour» adlanan gözəllik salonun qarşısında ona vermişdir. O, Mahirədən aldığı 3000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra onun dediyi müddət bitdikdən sonra Mahirə və Fəridə ona tez-tez zəng edərək aldıqları evin nə zaman hazır olacağı barədə soruşmuşlar o isə müxtəlif bəhanələr gətirərək onların bu sualına cavab verməkdən yayınmışdır. Bundan başqa o təxminən 2019-cu ilin avqust ayının əvvəllində Fəridənin vasitəsi ilə tanıdığı Şahid1 tanışı Zərərçəkmiş şəxs3 onun istifadəsində olan ***-***-**-** və +**********1 nömrələrə zəng edərək mənzil almaq istədiyini bildirmiş, o isə sonuncuya bu işdə ona köməklik göstərə biləcəyini bildirərək, görüşməyi təklif etmişdir. Bundan sonra onlar Nahidin iş yeri olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 saylı ünvanda yerləşən «İctimai Televiziya və Radio Yayımları» şirkətinin qarşısında görüşmüşlər. Görüş zamanı Nahidə «Heydər Əliyev» adına fondun əməkdaşı olduğunu və ona Bakı şəhəri, Yasamal rayon ərazisində yerləşən «MİDA» agentliyi tərəfindən yeni inşa edilən yüksək mərtəbəli binaların birindən, ilkin ödənişi 7.200 manat aylıq ödənişi isə 288 manat təşkil edən 3 otaqlı ev təşkil edə biləcəyini bildirmişdir. Bundan başqa ondan ev üçün lazımi olan sənədləri, yəni onun şəxsiyyət vəsiqəsinin sürətini, «ASAN» imza, adına əmlakın olub-olmaması barədə arayışın ona təqdim etməli olduğunuda demişdir. Nahid onun bu təklifi ilə razılaşaraq ona həmin məbləğdə pulu düzəldib sənədlərlə birlikdə qısa müddət ərzində çatdıracağını bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 12 radələrində Nahidlə onun işlədiyi «İctimai Televiziya və Radio Yayımları» şirkətin qarşısında görüşərək sonuncudan 7.200 manat pulu və daha əvvəl ondan tələb etdiyi sənədləri alaraq həmin mənzilin 2019-cu ilin noyabr ayının sonunda təhvil veriləcəyini bildirmişdir. Bundan sonra Nahid ona zəng edərək qaynı Şahid2 üçün ev almaq istədiyini bildirmiş, o isə sonuncuya Turala aid olan sənədlərin sürətlərini və 7.200 manat pulu hazırlamasını və onunla görüşüb həmin pulları və sənədləri götürəcəyini bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə onlar Nahidin iş yeri olan «İctimai Televiziya və Radio Yayımları» şirkətin qarşısında görüşmüşlər. Görüş zamanı Nahid ona Şahid2 aid olan sənədlərin sürətlərini və 7.200 manat pul vermiş, o isə həmin mənzilin 2019-cu ilin noyabr ayının sonunda onlara təhvil veriləcəyini bildirmişdir. Həmin görüş zamanı o Nahidə onun mənzil aldığı binanın yaxınlığında tikilən ticarət məkəzində 25 və 30 kvadrat metr sahəsi olan tam təmirli vəziyyətdə obyektin 5.500 manata satıldığını bildirmişdir. xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 12 radələrində onlar «İctimai Televiziya və Radio Yayımları» şirkətinin qarşısında görüşmüşlər və sonuncu ona ticarət mərkəzində satılan obyekt üçün 5.500 manat pulu vermiş, o isə Nahidə həmin obyektin 2019-cu ilin dekabr ayının sonunda təhvil veriləcəyini bildirmişdir. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə «İctimai Televiziya və Radio Yayımları» şirkətin qarşısında o, Nahidla bir daha görüşərək, hər bir mənzilin siğortalanması üçün 150 manat olmaqla ümumlikdə 300 manat pul almışdır. Bundan başqa təxminən 2019-cu ilin dekabr ayının sonunda «İctimai Televiziya və Radio Yayımları» şirkətin qarşısında Nahidlə görüşərək, alacağı mənzilin və obyektin müqavilələrinin tezliklə hazırlanması və imzalanması üçün ondan əlavə olaraq 300 manat pul almış və onun zəngini gözləməsini bildirmişdir. O, Nahiddən ümumlikdə 20.500 manat məbləğində pulunu götürmüş və öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 2019-cu il tarixdə aktyor Şahid3 vasitəsi ilə Zərərçəkmiş şəxs4 tanımışdır. Onlar 2019-cu ilin fevral ayında Bakı şəhəri, Səbail rayon ərazisində yerləşən dəqiq xatırlamadığı restoranda görüşmüşlər. Təxminən 2020-ci ilin əvvəllərində o, Famizə ipoteka yolu ilə mənzillərin alınmasında və təqaüdlərin qanuni formada alınmasında tanışlarının vasitəsi ilə köməklik edə biləcəyini bildirmişdir. Təxminən 2020-ci ilin mart ayında Famizin tanışı olan Samir adlı şəxslə tanış olmuşdur. Samir ona evlərin alqı-satqısı ilə məşğul olduğunu və Bakı şəhərində kirayə qaldığı üçün Bakı şəhərində mənzilə ehtiyacı olduğunu bildirmişdir. Samirlə danışan zaman o sonuncuya dövlət tərəfindən az təminatlı ailələr üçün sosial yardım göstərildiyini və bu işlərin düzəlməsi üçün 2500 və 3000 manat məbləğində pul lazım olduğunu, lakin Famizə görə ona 1500 manat müqabilində həmin sosial yardımı təşkil edə biləcəyini bildirmiş və Samir onunla razılaşmışdır. Bundan sonra o, Samirə onun rəfiqəsi X1 adına olan kart hesabını mobil telefon vasitəsilə göndərmiş, Samir isə 2020-ci ilin aprel ayının əvəllərindən həmin ayın sonunadək müxtəlif vaxtlarda hissə-hissə Gülbəniz Əliyevanın adına olan kart hesabına 1150 manat pul göndərmişdir. O, isə Gülbəniz Əliyevanın adına olan hesab kartından 1150 manat pulu almış və sonuncuya isə guya Samirin ona olan borcunu qaytardığını bildirmişdir. Bundan başqa təxminən xx xxxxx 2020ci il tarixdə Şahid4 adlı şəxs onun istifadə etdiyi ***-***-**-** nömərəsinə zəng edərək onun nömrəsini Samir adlı tanışından aldığını və onun həyat yoldaşı olan Saidəyə sosial evlərindən mənzil almağa köməklik etməyini xahiş etmişdir. O, isə Seymura özünü Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «MİDA» agentliyinin rəhbəri kimi təqdim edərək onunla görüşə biləcəyini bildirmişdir. xx xxxxx 2020-ci il tarixdə o Seymurla ünvan 7 ünvanda yerləşən ofisdə görüşmüşdür. Görüş zamanı Seymur ona həyat yoldaşı Saidəyə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən sosial evlərdən 03 otaqlı mənzil almaq istədiyini bildirmişdir. Seymurun bu təklifinə cavab olaraq o ilkin ödənişi 20.000 manat, aylıq ödənişi isə 288 manat olmaqla 3 otaqlı mənzil təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Albert Aqarunov küçəsində yerləşən “Şəki” restoranın qarşısında Seymurla görüşərək ondan 5000 manat pulu, onun şəxsiyyət vəsiqəsinin, oğlu Mirteymurun doğum haqqında şəhadətnaməsinin surətini, “Asan xidmət”dən sertifikatların əsilərini almış və mənzilin 2020-ci ilin may ayının sonunda tam şəraitli şəkildə onlara təhvil veriləcəyini bildirmişdir. Əlavə olaraq Seymura bildirmişdir ki, qalan 15.000 manat pulu qısa müddət ərizində ödənilməlidir ki, mənzili tez bir zamanda sistemə yerləşdirsinlər. Bundan sonra xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Albert Aqarunov küçəsində yerləşən “Şəki” restoranın qarşısında Seymurla bir daha görüşərək ondan 10.000 manat almış və bir daha əmin etmişdir ki, guya 2020-ci ilin may ayının sonunda 03 otaqlı mənzil tam şəraitli şəkildə onlara təhvil veriləcək və onların tanıdığı şəxslərdən ev istəyən olsa onunla tanış etsin. Seymur isə onunla razılaşaraq, Saidənin bacısı Səbirəyədə mənzil lazım olduğunu bildirmiş, buna cavab olaraq o mənzilin alınmasında köməklik edə edəcəyini bildirmişdir. Bundan sonra Seymur təkrarən ona müraciət edərək Saidənin bacısı Səbirə üçün 03 otaqlı mənzil almaqda köməklik göstərməsini xahiş etmiş, o isə sonuncunun bu təklifi ilə razılaşaraq ilkin ödənişi 20.000 manat, aylıq ödənişi isə 288 manat olmaqla 3 otaqlı mənzil təşkil edə biləcəyini bildirmişdir. 23 iyul 2020-ci il tarixdə ünvan 12 ünvanın qarşısında yerləşən “Gəncilik” metrostansiyasının yaxınlığında Seymurla görüşərək baldızı Səbirəyə aid olan sənədlərini və 16.000 manat pulu ondan almış və 2020-ci ilin avqust ayının sonunda mənzilin tam şəraitli şəkildə onlara təhvil veriləcəyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, Seymura zəng edərək Saidə üçün 03 otaqlı mənzili sistemə yerləşdirlməsi üçün əlavə olaraq 300 manat pul ödənilməli olduğunu bildirmişdir. Həmin günü o ünvan 10 ünvanda yerləşən Vergilər Nazirliyinin qarşısında Seymurla görüşərək orada ondan 300 manat pul almışdır. Bir müddət keçdikdən sonra Seymur, Saidə və Səbirə dəfələrlə ona zəng edərək mənzilin alınması ilə əlaqədar maraqlandıqda, o, onlara qısa bir müddət ərizində mənzillərinin tam şəraitdə həll olunacağını bildirərək onlarla görüşməkdən yayınmışdır. Əlavə olaraq bildirmişdir ki, o Zərərçəkmiş şəxs4 cəmi 1150 manat pul almışdır, yəni əlavə olaraq 3850 manat pulu almamışdır, X15 və X4 isə Şahid4 vasitəsi ilə ümumilikdə 31.300 manat almışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, həmin pullları öz şəxsi maraqları üçün xərcləmişdir və həmin pullardan heç kimə verməmişdir. Hazırda azadlıqda olmadığı üçün zərərçəkmiş şəxslərə deymiş zərəri ödəyə bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o ünvan 2 ünvanda yerləşən «Aqlamour» adlanan gözəllik salonunda kiprik qaynağı ustası işləyir, Zərərçəkmiş şəxs2 isə həmin salonda manikür ustası işləyir. Onun həyat yoldaşı X22 «İctimai Televiziya və Radio Yayımları» şirkətində «Titr» operatoru vəzifəsində işləyir, Zərərçəkmiş şəxs3 həmin şirkətdə baş inzibatçı vəzifəsində, X16 isə həmin şirkətdə produser vəzifəsində işləyirlər. 2019-cu ilin aprel ayında Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə müştəri kimi ona müraciət etmiş, daha sonra isə müştəri kimi ona dəfələrlə kiprik qaynağı ilə bağlı müraciət etmişdir. Bu səbəbdən Elnarə onunla yaxın münasibət yaradaraq özünü ona «MİDA» agentliyində yüksək vəzifədə işlədiyini bildirmişdir. Tanışlıq zamanı Təqsirləndirilən şəxs ona Bakı şəhəri, Yasamal rayonu ərizəsində az təminatlı ailələr üçün yeni tikilmiş binalardan ilkin olaraq 4.400 manat pul ödənilməsi 05 illik müddətinə və hər ay 288 manat ödəniş etmək şərti ilə 02 otaqlı mənzilin almasını təklif etmişdir. O, isə onun dediyi şərtlərlə razılaşmışdır. Bundan sonra Elnarə ona həmin mənzilin alınması üçün şəxsiyyət vəsiqəsinin sürətini, Asan xidmətindən Asan imza, onun adına əmlakın olub-olmaması barədə arayışı və həmin mənzilin ilkin ödənişi olan 4.400 manat pulu qısa müddət ərizində ona çatdırmağını bildirmişdir. 2019-cu ilin iyun ayının sonunda Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsində “Bakısoveti” metrostansiyasının qarşısında o, Təqsirləndirilən şəxs ilə görüşərək ona şəxsiyyət vəsiqəsinin sürətini, Asan xidmətindən Asan imza, adına əmlakın olub-olmaması barədə arayışı və 4.400 manat pul vermişdir. Elnarə pulu və həmin sənədləri aldıqdan sonra ona həmin mənzilin 2019-cu ilin sentyabr ayının sonunda tam şəraitli şəkildə təhvil veriləcəyini bildirmişdir. Elə həmin vaxt o bir yerdə işlədiyi Zərərçəkmiş şəxs2 bu barədə danışmışdır. Bundan sonra Mahirə Elnarə ilə danışaraq onunla görüşmüş və sonuncu Mahirəyədə Bakı şəhəri, Yasamal rayonu ərizəsində az təminatlı ailələr üçün yeni tikilmiş binalardan ilkin olaraq 3.000 manat pul ödənilməsi 05 illik müddətinə və hər ay 288 manat ödəniş etmək şərti ilə 02 otaqlı mənzilin alınmasını təklif etmişdir. Mahirə Elnarənin bu təklifi ilə razılaşaraq, təxminən 2019-cu ilin iyun ayının sonunda ünvan 2 ünvanda yerləşən «Aqlamour» adlanan gözəllik salonun qarşısında Elnarə ilə görüşüb ona 3000 manat pul vermiş və bir neçə gündən sonra, həmin mənzilin alınması üçün onun şəxsiyyət vəsiqəsinin sürətini, Asan xidmətindən Asan imza, adına əmlakın olub-olmaması barədə arayışı vermişdir. Bundan başqa təxminən 2019-cu ilin iyul ayının ortalarında Şahid1 onunla bir yerdə işləyən Zərərçəkmiş şəxs3 ona Bakı şəhəri, Yasamal rayon ərazisində yerləşən «MİDA» agentliyi tərəfindən yeni inşa edilən yüksək mərtəbəli binaların birindən mənzil almaq istədiyini bildirmişdir. Təxminən 2019-cu ilin iyul ayının sonunda Aynurə öz ailə üzvləri və o isə həyat yoldaşı Elçinlə birlikdə Xaçmaz rayonu, Nabran qəsəbəsində istirahət mərkəzində istirahət edən zaman, Aynurə onun ailəsinin daimi yaşadığı evi olmadığını üçün, ona sosial evlərdən mənzil alınmasına köməklik edən Elnarə ilə tanış etməsini xahiş etmişdir. Bundan sonra Aynurə sosial evlərdən mənzilin alınmasına köməklik göstərməsi üçün Elnarəyə müraciət etmiş sonuncu isə 7.200 manat pul ödəməklə 02 otaqlı mənzili təşkil edə biləcəyini bildirmişdir. Daha sonra isə Aynurə 7.200 manat pulu olmadığı üçün ona, onun tanışı Zərərçəkmiş şəxs3 mənzil almaq istədiyini bildirmişdir. Üstündən bir müddət keçdikdən sonra o, Aynurədən və Zərərçəkmiş şəxs3 aldığı məlumata görə Elnara Abdullayeva tərəfindən Nahid Qasımzadədən mənzil almaq məqsədi ilə ümumlikdə 20.500 manat məbləğində pul alındığını bilmişdir. Son olaraq ona dəymiş 4400 (dörd min dörd yüz) manat məbləğində zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs2 Ələkbər qızı ifadəsində göstərmişdir ki, o ünvan 2 ünvanda yerləşən «Aqlamour» adı gözəllik salonunda manikür ustası işləyir. Zərərçəkmiş şəxs1 isə həmin salondan kiprik qaynağı ustası işləyir. Təxminən 2019-cu ilin aprel ayında o, Fəridə ilə birlikdə işlədiyi gözəllik salonununa Fəridənin daimi müştərisi olan Təqsirləndirilən şəxs Təyyər qızı ilə tanış olmuşdur. Elnarə ona özünü sosial evlərin tikintisinin rəhbəri kimi təqdim etmişdir. Təxminən 2019-cu ilin iyun ayının sonunda o, Fəridə Hacıyevadan aldığı məlumata görə Elnarə ona Yasamal rayonu ərazisində az təminatlı ailələr üçün sosial binalarından endirim kampaniyası vasitəsilə ilə ilkin ödənişi 4.400 manat olmaqla, 02 il müddətinə aylıq ödənişi isə 288 manat olmaqla 02 otaqlı mənzil almağı söz verərək ondan sənədləri və həmin məbləğdə pulu götürmüşdür. Bundan sonra Fəridə onada mənzil almağını təklif etmiş o, isə Fəridə ilə razılaşıb, elə həmin günü yəni 2019-cu ilin iyun ayının sonunda Elnarə ilə işlədiyi «Aqlamour» gözəllik salonun qarşısında görüşmüşdür. Görüş zamanı Elnarə Yasamal rayonu ərazisində az təminatı ailələr üçün sosial binalardan endirim kampaniyasının vasitəsilə ilə ilkin ödənişi 3.000 manat olmaqla, 02 il müddətinə aylıq ödənişi isə 288 manat olmaqla 02 otaqlı mənzil almağı təklif edərək həmin mənzilin 2019cu ilin noyabr ayının ortalarında tam şəraitli şəkildə ona təhvil veriləcəyini bildirmişdir. O Elnarənin bu təklifi ilə razılaşaraq, həmin vaxtı üzərində olan 3000 manat pulu ona vermişdir. Bundan sonra Elnarə ona həmin mənzilin alınması üçün şəxsiyyət vəsqəsinin sürətini, ASAN xidmətindən Asan imza və onun adına əmlakın olub-olmaması barədə arayış alıb ona qısa müddət ərzində çatdırmalı olduğunu bildirmişdir. O, isə iki gündən sonra Elnarənin dedikləri sənədləri toplayıb işədiyi gözəllik salonunun qarşısında sonuncuya vermişdir. Həmin vaxt Elnarə onu bir daha əmin edərək mənzilin tezliklə ona təhvil veriləcəyini bildirmişdir. Lakin Elnarənin ona və Fəridəyə dediyi müddət keçdikdən sonra onunla dəfələrlə əlaqə saxlamış, lakin Elnarə ona müxtəlif bəhanələr gətirərək onlarla görüşməkdən yayınmışdır. Bundan sonra o başa düşmüşdür ki, Elnarə onları aldadaraq pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. Son olaraq ona dəymiş 3000 (üç min) manat məbləğində zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o ünvan 11 ünvanda yerləşən «İctiami Televiziya və Radio Yayımları» şirkətində baş inzibatçı vəzifəsində işləyir. Onun ailəsi az təminatlı olduğundan və yaşadığı ev şəraitsiz vəziyyətdə olduğu üçün 2019-cu ilin iyul ayının əvəllərində o Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «MİDA» agentliyi tərəfindən yeni inşa edilən yüksək mərtəbəli binaların birindən mənzil almaq qərarına gəlmişdir. Təxminən 2019-cu ilin iyul ayının ortalarında işdə olan zaman onunla bir yerdə işləyən Şahid1 Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «MİDA» agentliyi tərəfindən yeni inşa edilən yüksək mərtəbəli binaların birindən mənzil almaq istədiyi barədə məlumat vermişdir. Aynurə isə ona bir nəfər onun rəfiqəsi olan Fəridə adlı qadının evlərin alışı və satışı ilə məşğul olduğunu, ona bu işdə köməklik göstərə biləcəyini bildirmişdir. 2019-cu ilin avqust ayının əvəllində Aynurə ona rəfiqəsi olan Fəridə adlı qadının vasitəsi ilə Fəridənin rəfiqəsi Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və +**********1 mobil telefon nömrələrini vermiş və onunla əlaqə saxlaya biləcəyini bildirmişdir. O isə Elnarənin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək mənzil almaq istədiyini ona bildirmiş, sonuncu ona «Heydər Əliyev» adına fondun əməkdaşı olduğunu və ev almaqda ona köməklik göstərə biləcəyini və onunla təcili görüşmək istədiyini bildirmişdir. Bundan sonra onlar onun iş yerinin qarşısında görüşmüşlər. Görüş zamanı Elnarə ona Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «MİDA» agentliyi tərəfindən yeni inşa edilən yüksək mərtəbəli binaların birindən, neçə otaqlı mənzil almaq istədiyini soruşmuş, o isə sonuncunun bu sualına cavab olaraq 03 otaqlı mənzil almaq istədiyini bildirmişdir. Bu zaman Elnarə ona 03 otaqlı mənzil almaq üçün ilkin olaraq 7200 manat verməli, 30 illik olmaqla hər ay 288 manat pul ödəməli olduğunu əlavə olaraq isə şəxsiyyət vəsiqəsinin sürətini, ASAN xidmətindən Asan imza və onun adına əmlakın olub-olmaması barədə arayış verməli olduğunu bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 12 radələrində ünvan 11 ünvanda yerləşən «İctimai Televiziya və Radio Yayımları» şirkətin qarışısında Təqsirləndirilən şəxs ilə görüşərək ona 7.200 manat pul və sənədləri vermiş, bu zaman Elnarə onu bir daha əmin edərək mənzilin 2019-cu ilin noyabr ayının sonunda təhvil alacağını bildirmişdir. Həmin vaxtı Elnarə ona onun yaxın tanışları və ya qohumlarından mənzil almaq istəyən olsa, onlara da köməklik edə biləcəyini bildirmişdir. O, isə qaynı Şahid2 Bakı şəhərində daimi evi olmadığı barədə ona məlumat vermişdir. Tural isə ona hazırda maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş və ondan xahiş etmişdir ki, onun əvəzinə mənizilin alınması üçün ödənişlər etsin, sonra isə həmin pulu ona qaytaraqdır. O, isə Turalla razılaşaraq xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 13 radələrində Turala aid olan sənədlərin surətlərini sonuncudan alıb, özü isə onun əvəzinə 7.200 manat pulu düzəldib işlədiyi «İctimai Televiziya və Radio Yayımları» şirkətin qarışısında yenidən Elnarə ilə görüşərək ona vermişdir. Elnarə isə onu bir daha əmin edərək Turalın mənzili 2019-cu ilin noyabr ayının sonunda təhvil alacağını bildirmişdir. Həmin vaxtı Elnarə ona alacağı mənzilin binasının yaxınlığında olan ticarət mərkəzində 25 və 30 kvadrat metr sahəsində olan obyektin tam təmirli vəziyyətdə 5.500 manata satıldığını bildirmişdir. O, isə Elnarəyə inanaraq xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 12 radələrində işlədiyi «İctiami Televiziya və Radio Yayımları» şirkətin qarşısında Elnarə ilə görüşüb ona 5.500 manat pul vermiş, Elnarə isə həmin pulu alıb ona həmin obyektin 2019-cu ilin dekabr ayının sonunda təhvil verəcəyini bildirmişdir. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə o, «İctimai Televiziya və Radio Yayımları» şirkətin qarşısında Elnarə ilə görüşərək, ona özünün və qaynı Turalın mənzillərinin sığortalanması üçün hər bir mənzilə 150 manat olmaqla ümumlikdə 300 manat pul vermişdir. Təxminən 2019-cu ilin dekabr ayının sonunda o, ünvan 11 ünvanda yerləşən «İctiami Televiziya və Radio Yayımları» şirkətinin qarşısında Elnarə ilə bir daha görüşərək, ona həmin mənzillərin və obyektin müqavillələrin tezliklə hazırlanması və imzalanması üçün əlavə olaraq 300 manat pul vermişdir. Lakin Elnarə ona vəd verdiyi vaxtlar bitdikindən sonra Elnarəyə dəfədərlə zəng edərək mənzillərin nə vaxt ona təhvil veriləcəyini soruşduqda sonuncu ona yenidən müxtəlif vədlər verərək onunla görüşməkdən yayınmışdır. Yekun olaraq o Təqsirləndirilən şəxs tərəfindən ona ümumilikdə 20.500 manat məbləğində maddi zərər vurulduğunu bildirmişdir. Son olaraq ona dəymiş 20500 (iyirmi min beş yüz) manat məbləğində zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən ev alıq satqısı ilə məşğul olur. 2019-cu ildə müştəri Saidə Məmmədova onun istifadə ediyi ***-***-**-** nömrəsinə zəng edərək ondan azyaşlı uşağına baxan dayəsi üçün Yasamal rayon ərazisində kirayə mənzil tapmasını xahiş etmiş, lakin o sonuncuya kirayə ev tapa bilməmişdir. Bir müddətdən sonra Saidə ona yenidən müraciət edərək ondan Yasamal rayon ərazisində kredit yolu ilə mənzilin alınmasında köməklik etməyini xahiş etmişdir. O, isə Saidəyə hazırda kredit yolu ilə mənzil tapa bilməyəcəyini bildirib, belə bir mənzil tapacağı təqdirdə ona məlumat verərəcəyini bildirmişdir. Bundan sonra aktyor kimi və bir müştəri kimi tanıdığı Şahid3 ona zəng edərək Bakı şəhəri daxilində ona kirayə bir otaqlı tapmasını xahiş etmişdir. Lakin həmin müddət ərzində Bakı şəhəri daxilində onun üçün kirayə mənzil tapa bilməmişdir. Bir müddətdən sonra Şahid3 ondan film çəkilişi üçün Novxanı bağ evlərində olan kirayə ev istəmişdir, elə həmin müddət ərzində o, Famizə Novxanı bağlarının birində bir günlük film çəkilişi üçün bağ evini təmanasız kirayə vermişdir. Təxminən 2020-ci ilin mart ayında Famiz ona yenidən zəng edərək tanışı Təqsirləndirilən şəxs sosial yardım və kredit yolu ilə evlərin satışı ilə məşqul olduğunu bildirib sonuncu ilə onu tanış edə biləcəyini demişdir. O, Bakı şəhərində kirayə qaldığı üçün ona mənzil almağa ehtiyacı olmuş və bu səbəbdəndə Famizə Elnarə ilə onu görüşdürməyini xahiş etmişdir. Famiz isə ona Elnarənin istifadə ediyi mobil nömrələrini vermişdir. Bundan sonra o Elnarə ilə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Danışıq zamanı Elnarə ona Pandemiya ilə əlaqədar olaraq ona dövlət tərəfindən az təminatlı ailələr üçün sosial yardım göstərilir, bu işlərin düzəlməsinin qiyməti 2500 və 3000 manatdır, Famizə görə onun üçün 1500 manat pul müqabilində təşkil edə biləcəyini bildirmişdir. O, isə Elnarə isə razılaşmış, bundan sonra Elnarə ona sonuncunun tanışı olan Gülbəniz adlı qadının adına olan kart hesabını mobil telefon vasitəsi ilə göndərmiş, o isə 2020-ci ilin aprel ayının əvəllərindən sonunadək müxtəlif vaxtlarda hissəhissə Gülbəniz adlı qadının adına olan kart hesabına 1150 manat pul göndərmişdir. Bundan əlavə təxminən 2020-ci ilin aprel aynın əvvəllərində o, Şəmkir rayonunda olarkən, Elnarə ona zəng edərək Yasamal rayonu ərazisində yerləşən sosial evlərdən bir otaqlı tam təmirli mənzilin bir nəfər şəxsin adına mənzilin sənətləşdirilməsi zamanı həmin şəxsin adına pay torpağının mövcud olduğu müəyyən olunduğundan ona mənzilin verilməsi imtına edilmişdir. Həmin mənzilin ilkin 3500 manat ödəməklə, 05 il müddətinə aylıq 130 manat olmaqla onun üçün təşkil edə biləcəyini bildirmişdir. O isə Elnarə ilə razılaşmış və Bakı şəhərinə gələndə onunla görüşəcəyini bildirmişdir. Elnarə əlavə olaraq bildirmişdir ki, olduğu rayondan dövlət reyster xidmətindən onun adına heç bir dövlət mülkiyyəti olmamağı barədə rəsmi arayış alsın. O, isə rayondan həmin arayışı alıb Bakı şəhərinə gəlmişdir. Təxminən 2020-ci ilin iyun ayının əvəllərində o, Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Nərimanov rayonu, Albert Aqarunov küçəsi 13 saylı ünvanın qarşısında görüşərək sonuncuya 3850 manat və daşınmaz əmlakdan aldığı arayışı vermişdir. Görüş zamanı Elnarə onu bir daha əmin edərək həmin mənzilin qısa müddət ərzində tam təmirli şəraitdə ona təhvil veriləcəyini bildirmişdir. Təxminən 2020-ci ilin aprel ayında o, Saidəyə zəng edərək, Elnarənin vasitəsi ilə sosial evlərdən mənzil aldığını bildirib, sonuncunun onada mənzilin almaqda köməklik göstərə biləcəyini bildirmişdir. Saidə isə bu barədə həyat yoldaşı ilə məsləhətləşərək nəticəsi barədə ona məlumat verəcəyini bildirmişdir. Bir neçə gündən sonra Saidə və onun həyat yoldaşı Seymur onunla telefon vasitəsi ilə əlaqə saxlamışlar və o sonunculara onun ev alması və Təqsirləndirilən şəxs ona dedikləri barədə məlumat vermişdir. Sonra isə Seymur ondan Elnarənin əlaqə telefonu nömərəsini istəmiş o, isə Elnarənin əlaqə nömrəsini Seymura vermişdir. Lakin sonradan Seymurdan aldığı məlumata görə Saidəyə 03 otaqlı mənzilin alınması üçün Təqsirləndirilən şəxs tərəfindən 20.300 manat və Saidənin bacısı Səbirə üçün 03 otaqlı mənzilin alınmasından ötrü 20.000 manat pul alınmışdır. Bundan sonra o, Elnarə ilə əlaqə saxlayaraq onun aldığı mənzilin nə vaxt ona təhvil veriləcəyi barədə soruşmuş, Elnarə isə ona bir müddət gözləməyini və ona məlumat verəcəyini bildirmişdir. Daha sonra isə o və Seymur Elnarə ilə dəfələrlə əlaqə saxlayaraq mənzilin verilməsi barədə soruşduqda, sonuncu onlara yalan vədlər verərək qısa müddət ərizində mənziləri onlara təhvil verəcəyini bildirmişdir. Son olaraq ona dəymiş 5000 (beş min) manat məbləğində zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Məmmədova Saidə Sabir qızı ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, Bakı şəhərində yaşayır və daimi yaşayış evi olmadığından, illər boyu topladığı 20.000 manat pula ev almaq qərarına gəlmişdir. xx xxxxx 2020-ci il tarixdə evlərin alqı satqısı ilə məşğul olan Samir adlı şəxs özünün tanışı olan Təqsirləndirilən şəxs vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən sosial evlərin olduğu binalardan ona mənzil almasına köməklik göstərə biləcəyini bildirmişdir. O, isə Samiri həyat yoldaşı olan Seymurla əlaqələndirmiş və onlar bir-biriləri ilə əlaqə saxlamışlar. Bundan sonra Samir Seymuru əmin edərək bildirmişdir ki, onun tanışı Təqsirləndirilən şəxs vasitəsi ilə onlara Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən sosial mənzilin alınmasında köməklik edə bilər. O, Seymurla qərara gəlmişlər ki, özləri üçün 03 otaqlı mənzil alsınlar və bu səbəbdən Samirlə telefon vasitəsi ilə əlaqə saxlayaraq həmin mənzilin alınması şərtlərini soruşmuşlar. Danışıq zamanı Samir onlara bildirmişdir ki, Təqsirləndirilən şəxs dediyinə görə 03 otaqlı mənzili ilkin olaraq 20.000 manat ödəniş etməklə, sonra isə hər ay üçün 288 manat pul ödənilməsi şərti ilə almaq olar. O, və Seymur evdə bir daha məsləhətləşərək Samirin və onun tanışı Elnarə Abdulayevanın dedikləri şərtlərlə ev almaq qərarına gəlmişlər. xx xxxxx 2020-ci il tarixdə saat 11 radələrində o, kirayə yaşadıqları ünvan 14 ünvanda ona məxsus 5000 manat pulu, özünün şəxsiyyət vəsiqəsini, oğlu Mirteymurun doğum haqqında şəhadətnaməsinin və Asan xidmətindən aldığı sertifikatların əsilərini Seymura vermişdir ki, sonuncu Təqsirləndirilən şəxs ilə görüşüb həmin pulları və sənədləri ona versin. Elə həmin gün Seymur Elanarə ilə Bakı şəhəri, Nərimanov rayonuda olan “Şəki” restoranın qarşısında yerləşən ofisində görüşərək həmin pulları və sənədləri sonuncuya vermişdir. Elnarə pulu və sənədləri götürəndə Seymuru əmin etmişdir ki, qalan 15.000 manat qısa müddət ərzində ödənilməlidir ki, mənzil sistemə yerləşdirilsin və bundan sonra 03 otaqlı mənzil onlara 2020-ci ilin may ayının sonunda tam şəraitli şəkildə təhvil veriləcəkdir. xx xxxxx 2020-ci il tarixdə saat 13 radələrində o, özünə məxsus 20.000 manat puldan, yerdə qalan 15.000 manat pulu götürüb Seymurla birlikdə Bakı şəhəri Nərimanov rayonu “Şəki” restoranın qarşısına getmişlər və orada Seymur Elnarəyə həmin 15.000 manat pulu vermişdir. Həmin pulu aldıqdan sonra Elnarə bir daha Seymuru əmin etmişdir ki, guya 2020-ci ilin may ayının sonunda 03 otaqlı mənzili tam şəraitli şəkildə onlara təhvil veriləcəkdir. Seymurla Elnarə danışan zaman sonuncu ona onların yaxın qohumlarından və tanışlarından ev istəyənlər olsa onlarada bu məsələdə köməklik edə biləcəyini bildirmişdir. Seymur və o, Elnarənin bu sözlərinə bir daha inanaraq onun bacısı Səbirəyədə mənzil lazım olduğunu Elnarəyə bildirmiş, sonuncu isə onlara Səbirəyədə mənzilin alınmasında köməklik edəcəyini bildirmişdir. Bundan sonra o Səbirəyə Elnarənin vasitəsi ilə onun üçündə ilkin ödənişi 20.000 manat, 15 il müddətində aylıq ödənişi isə 288 manat olan 03 otaqlı mənzil ala biləcəyini bildirmiş və Səbirə onun bu təklifi ilə razılaşmışdır. xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində Seymur onun vasitəsi ilə Səbirədən 20.000 manat pulu və sonuncuya aid olan şəxsiyyət vəsiqəsinin və oğlunun doğum haqqında şəhadətnaməsinin əslini alıb, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən evinin qarşısında görüşərək sonuncuya həmin sənədləri və 20.000 manat pulu vermişdir. Pulu və sənədləri aldıqdan sonra Elnarə Seymuru bir daha əmin etmişdir ki, Səbirənin 03 otaqlı mənzili 2020-ci ilin avqust ayının sonunda tam şəraitli şəkildə ona təhvil veriləcəkdir. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Elnarə Seymura zəng edərək bildirmişdir ki, onların aldığı 03 otaqlı mənzili sistemə yerləşdirlməsi üçün əlavə olaraq 300 manat pul ödənilməlidir. Həmin gün təxminən saat 16 radələrində Seymur ondan əlavə olaraq 300 manat pulu alıb Elnarə ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Vergilər Nazirliyinin qarşısında görüşərək ona vermişdir. Həmin pulu aldıqdan sonra Elnarə bir daha Seymuru əmin etmişdir ki, qısa müddət ərzində Səbirənin 03 otaqlı mənzili tam şəraitli şəkildə onlara təhvil veriləcəkdir. Lakin Elnarənin onlara dediyi müddət keçdikdən sonra, o, Seymur və bacısı Səbirə Elnarə ilə dəfələrlə əlaqə saxlayaraq, aldıqları mənzilin nə zaman onlara təhvil veriləcəyini soruşmuş, onların bu sualına cavab olaraq Elnarə onlardan pul almadığını bildirmişdir. Bundan sonra o, və bacısı artıq başa düşmüşdür ki, Elnarə onun 20.300 manat və Səbirənin isə 20.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Son olaraq ona dəymiş 20300 (iyirmi min üç yüz) manat məbləğində zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, X13 ifadəsində göstərmişdir ki, Masallı rayonu Ağakişibəyli kəndində pasport qeydiyyatında olmaqla ünvan 15 ünvanda olan qeyri-yaşayış sahəsində onkoloji xəstə olan 2008-ci il təvəllüdlü oğlu X10 ilə birlikdə kirayə yaşayır. Bacısı Saidə Bakı şəhərində uzun müddətdir yaşayır və daimi yaşayış evi olmadığından illəri boyu topladığı 20.000 manat pula ev almaq qərarına gəlmişdir. 10 aprel 2020-ci il tarixdə evlərin alqı satqısı ilə məşqul olan Samir adlı şəxs Saidə ilə əlaqə saxlayıb, onun tanışı olan Təqsirləndirilən şəxs vasitəsi ilə ona Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilən sosial evlərdən mənzil almasına köməklik göstərə biləcəyini bildirmişdir. Bundan sonra X28 əlaqədəndirmiş və onlar bir-biriləri ilə əlaqə saxlamışlar. Seymurla Samir danışan zaman sonuncu onu əmin edərək bildirmişdir ki, onun tanışı olan Təqsirləndirilən şəxs vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilən sosial evlərdən istənilən mənzilin alınmasında onlara köməklik edə bilər. Bundan sonra onun bacısı və Seymur evdə məsləhətləşərək 03 otaqlı mənzil almaq qərarına gəlmişlər. Daha sonra Seymur Samirlə bir daha əlaqə salayaraq evlərin qiymətini və ödəniş şərtlərini soruşmuş, sonuncu isə ona cavab olaraq bildirmişdir ki, 03 otaqlı mənzili almaq üçün ilkin olaraq 20.000 manat, 15 il müddətində isə aylıq 288 manat ödəməklə mənzilə almaq olar. Saidə və Seymur bir daha məsləhətləşərək ev almaq qərarına gəlmişlər. xx xxxxx 2020-ci il tarixdə saat 11 radələrində bacısı Saidə kirayə yaşadığı ünvan 14 ünvanda özünə məxsus 5000 manat pulu, onun şəxsiyyət vəsiqəsi, oğlu Mirteymurun doğum haqqında şəhadətnaməsini və Asan xidmətdən aldığı sertifikatların əsillərini Seymura vermiş, sonucu isə həmin günü həmin pulları və sənədləri Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Şəki” restoranın qarşısında olan ofisdə görüşərək ona vermişdir. Elnarə pulu və sənədləri götürəndə Seymuru əmin etmişdir ki, qalan 15.000 manat qısa müddət ərizində ödənilməlidir ki, mənzil sistemə yerləşdirilsin və bundan sonra 03 otaqlı mənzil onlara 2020-ci ilin may ayının sonunda tam şəraitli şəkildə təhvil veriləcəkdir. xx xxxxx 2020-ci il tarixdə saat 13 radələrində Saidə özünə məxsus 20.000 manat puldan qalan 15.000 manat pulunu götürüb Seymurla birlikdə Bakı şəhəri, Nərimanov rayonunun ərazisində olan “Şəki” restoranının qarşısına tərəf getmişlər. Ora çatdıqdan sonra Saida avtomobildə gözləmiş Seymur isə ondan kənarda Elnarə ilə görüşərək sonuncuya 15.000 manat pulu vermişdir. Pulu aldıqdan sonra Elnarə Seymuru bir daha əmin etmişdir ki, onların aldığı 03 otaqlı mənzil 2020-ci ilin may ayının sonunda tam şəraitli şəkildə onlara təhvil veriləcəkdir. Seymurla Elnarə danışan zaman sonuncu ona onların yaxın qohumlarından və tanışlarından ev istəyənlər olsa onlarada bu məsələdə köməklik edə biləcəyini bildirmişdir. Seymur və Saidə, Elnarənin bu sözələrinə bir daha inanaraq ona mənzil lazım olduğunu Elnarəyə bildirmişlər, sonuncu isə onlara ona mənzilin alınmasında köməklik edəcəyini bildirmişdir. Bundan sonra Saidə Elnarənin vasitəsi ilə onun üçündə ilkin ödənişi 20.000 manat, 15 il müddətində aylıq ödənişi isə 288 manat olan 03 otaqlı mənzil ala biləcəyini bildirmiş və o isə bacısının bu təklifi ilə razılaşmışdır. xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində Seymur Saidənin vasitəsi ilə ondan 20.000 manat pulu və ona aid olan şəxsiyyət vəsiqəsinin və oğlunun doğum haqqında şəhadətnaməsinin əslini alıb, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən evinin qarşısında görüşərək sonuncuya həmin sənədləri və 20.000 manat pulu vermişdir. Pulu və sənədləri aldıqdan sonra Elnarə Seymuru bir daha əmin etmişdir ki, Səbirənin 03 otaqlı mənzili 2020-ci ilin avqust ayının sonunda tam şəraitli şəkildə ona təhvil veriləcəkdir. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Elnarə Seymura zəng edərək bildirmişdir ki, onların aldığı 03 otaqlı mənzilin sistemə yerləşdirilməsi üçün əlavə olaraq 300 manat pul ödənilməlidir. Həmin gün təxminən saat 16 radələrində Seymur Saidədən əlavə olaraq 300 manat pulu alıb Elnarə ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Vergilər Nazirliyinin qarşısında görüşərək sonuncuya vermişdir. Həmin pulu aldıqdan sonra Elnarə bir daha Seymuru əmin etmişdir ki, qısa müddət ərzində Səbirənin 03 otaqlı mənzili tam şəraitli şəkildə onlara təhvil veriləcəkdir. Lakin Elnarənin onlara dediyi müddət keçdikdən sonra, o, Seymur və bacısı Saida Elnarə ilə dəfələrlə əlaqə saxlayaraq, aldıqları mənzilin nə zaman onlara təhvil veriləcəyini soruşmuş, lakin onların bu sualına cavab olaraq Elnarə onlardan pul almadığını bildirmişdir. Bundan sonra o, və bacısı artıq başa düşmüşdür ki, Elnarə onun bacısı Saidənin 20.300 manat və onun 20.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Son olaraq ona dəymiş 20000 (iyirmi min) manat məbləğində zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Cəbrayıl oğlu ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdə Saidə Məmmədova ilə qeyri-rəsmi ailə həyatı qurmuş, həmin nikahdan 2017-ci il təvəllüdlü oğlu X12 vardır. Saidə Bakı şəhərində uzun müddətdir yaşayır və daimi yaşayış evi olmadığından illər boyu topladığı 20.000 manat pula ev almaq qərarına gəlmişdir. xx xxxxx 2020-ci il tarixdə ev alqı-satqısı ilə məşqul olan Samir adlı şəxs Saidə ilə əlaqə saxlayıb, onun tanışı olan Təqsirləndirilən şəxs vasitəsi ilə ona Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilən sosial evlərdən mənzil almağına köməklik göstərə biləcəyini bildirmişdir. Bundan sonra Saidə onu Samirlə tanış etmiş və onlar telefon vasitəsi ilə danışan zaman sonuncu ona tanışı olan Təqsirləndirilən şəxs vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində tikilən sosial evlərdən mənzil alınmasına köməklik göstərə biləcəyini bildirmişdir. Daha sonra isə Samir ona Elnarənin istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsini vermiş, o isə sonuncu ilə telefon vasitəsi ilə əlaqə saxlayıb, səhərisi günü Elnarəyə məxsus Bakı şəhəri, Nərimanov rayonu ərazisində olan “Şəki” restoranın qarşısında yerləşən ofisində görüşmüşlər. Görüş zamanı Elnarə ona özünü Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «MİDA» agentliyinin rəhbəri kimi təqdim etmişdir. Bundan sonra o, Elnarəyə qeyri-rəsmi yaşadığı həyat yoldaşı Saidəyə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən sosial binaların birindən 03 otaqlı mənzil almaq istədiyini bildirərək həmin mənzillərin satış şərtləri ilə maraqlanmışdır. Elnarə isə ona 03 otaqlı mənzili ilkin olaraq 20.000 manat, 15 il müddətində isə aylıq 288 manat ödəməklə almaq mümkün olduğunu bildirmişdir. Bundan sonra o Saidə ilə bir daha məshətləşərək Elnarənin ona etdiyi təkliflə razılaşıb 03 otaqlı mənzil almaq qərarına gəlmişlər. xx xxxxx 2020-ci il tarixdə saat 11 radələrində Saidə kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi ev 41, mənzil 17 saylı ünvanda özünə məxsus 5.000 manat pulu, şəxsiyyət vəsiqəsini, oğlu Mirteymurun doğum haqqında şəhadətnaməsinin və Asan xidmətindən alınan sertifikatların əsilərini ona vemişdir. O həmin pulları və sənədləri Saidədan götürdükdən sonra Elnarə ilə Bakı şəhəri, Nərimanov rayonu, Albert Aqarunov küçəsində olan “Şəki” restoranın qarşısında yerləşən Elnarayə məxsus ofisində sonuncuya vermişdir. Elnarə pulu və sənədləri götürəndə ona bildirmişdir ki, qalan 15.000 manat qısa müddət ərizində ödəlməlidir ki, mənzil sistemə yerləşdirilsin və bundan sonra 03 otaqlı mənzil onlara 2020-ci ilin may ayının sonunda tam şəraitli şəkildə təhvil veriləcəkdir. xx xxxxx 2020-ci il tarixdə saat 13 radələrində Saidə özünə məxsus 20.000 manat puldan qalan 15.000 manat pulunu götürüb onunla birlikdə Bakı şəhəri, Nərimanov rayonunun ərazisində olan “Şəki” restoranın qarşısına tərəf getmişlər. Ora çatdıqdan sonra Saidə avtomobildə gözləmiş o isə ondan kənarda Elnarə ilə görüşərək sonuncuya 15.000 manat pulu vermişdir. Pulu aldıqdan sonra Elnarə onu bir daha əmin etmişdir ki, onların aldığı 03 otaqlı mənzil 2020-ci ilin may ayının sonunda tam şəraitli şəkildə onlara təhvil veriləcəkdir. Elnarə ilə danışan zaman sonuncu ona onların yaxın qohumlarından və tanışlarından ev istəyənlər olsa onlarada bu məsələdə köməklik edə biləcəyini bildirmişdir. O və Saidə, Elnarənin bu sözlərinə bir daha inanaraq onun baldızı Səbirəyə mənzil lazım olduğunu Elnarəyə bildirmişlər, sonuncu isə onlara Səbirəyədə mənzilin alınmasında köməklik edəcəyini bildirmişdir. Bundan sonra Saidə Elnarənin vasitəsi ilə Səbirəyə onun üçündə ilkin ödənişi 20.000 manat, 15 il müddətində aylıq ödənişi isə 288 manat olan 03 otaqlı mənzil ala biləcəyini bildirmiş və Səbirə Saidənın bu təklifi ilə razılaşmışdır. xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində o, Saidənin vasitəsilə baldızı Səbirədən aldığı 20.000 manat pulu və sonuncuya aid olan şəxsiyyət vəsiqəsinin və oğlunun doğum haqqında şəhadətnaməsinin əslini alıb Elnarə ilə Bakı şəhəri, Nərimanov rayonunun ərazisində yerləşən “Gənclik” metrostansiyasının qarşısında görüşərək, Səbirəyə aid olan sənədlərini və 20.000 manat pulu sonuncuya vermişdir. Pulu və sənədləri aldıqdan sonra Elnarə onu bir daha əmin etmişdir ki, Səbirənin 03 otaqlı mənzili 2020-ci ilin avqust ayının sonunda tam şəraitli şəkildə ona təhvil veriləcəkdir. X6 2-ci qrup əlil olduğunu bilidiyi üçün sonuncuya zəng edərək qısa müddət ərizində mənzillə təmin ediləcəyini bildirmişdir. Səbirə isə Abşeron rayonu, Masazır qəsəbəsində olan 30.000 manat dəyərində olan evini 20.000 manata sataraq, həmin pulları onun vasitəsi ilə Elnarəyə vermişdir. Bundan başqa xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Elnarə ona zəng edərək təcili olaraq guya Saidənin 03 otaqlı mənzilinin sistemə yerləşdirilməsi üçün əlavə olaraq 300 manat pul ödənilməli olduğunu bildirmişdir. Həmin günü saat 16 radələrində o, Saidədən 300 manat pulu alaraq, Elnarə ilə ünvan 10 ünvanda yerləşən Vergilər Nazirliyinin qarşısında görüşərək sonuncuya vermişdir. Həmin pulu aldıqdan sonra Elnarə bir daha onu əmin etmişdir ki, qısa müddət ərzində onların və Səbirənin 03 otaqlı mənzili tam şəraitli şəkildə onlara təhvil veriləcəkdir. Lakin Elnarənin onlara dediyi müddət keçdikdən sonra, o, Saidə və Səbirə Elnarə ilə dəfələrlə əlaqə saxlayaraq, onların aldıqları mənzillərin nə vaxt təhvil veriləcəyini soruşmuşlar, lakin Elnarə onların bu sualına cavab olaraq onlardan pul almadığını və onun barəsində şikayət edəcəyini bildirmişdir. Bundan sonra isə o, Saidə və Səbirə artıq başa düşmüşlər ki, Təqsirləndirilən şəxs onlara qarşı dələduzluq edərək 40.300 manat pullarını ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o «İctimai Televiziya və Radio Yayımları» şirkətində prodüser vəzifəsində işləyir. Zərərçəkmiş şəxs3 həmin şirkətdə baş inzibatçısı vəzifəsində çalışır. 2019-cu ilin iyul ayının ortalarında onun iş yoldaşı Nahid ona Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «MİDA» agentliyi tərəfindən yeni inşa edilən yüksək mərtəbəli binaların birindən mənzil almaq istədiyini bildirmişdir. Həmin ilin iyul ayının sonunda o, öz ailə üzvləri ilə və onunla bir yerdə «İctimai Televiziya və Radio Yayımları» şirkətində «Titr» operatoru vəzifəsində işləyən Elçin və onun həyat yolaşı Fəridə ilə birlikdə Xaçmaz rayonu, Nabran qəsəbəsində yerləşən istirahət mərkəzində istirahət edən zaman, Elçin onun evinin olmadığını və həyat yoldaşı olan Fəridənin tanışı olan Təqsirləndirilən şəxs vasitəsi ilə ev aldığını bildirmişdir. Bundan sonra Fəridədə ona tanışı Elnarənin köməyi ilə 7.200 manata 02 otaqlı mənzil aldığını bildirmişdir. Bir müddət sonra o, Fəridəyə Zərərçəkmiş şəxs3 mənzil almaq istədiyini bildirərək sonuncudan Elnarənin telefon nömrəsini istəmiş, Fəridə isə ona Elnarənin ***-***-**-** və +**********1 saylı mobil telefon nömrələrini vermiş, o isə həmin nömrəni Zərərçəkmiş şəxs3 vermişdir. Üstündən bir müddət keçdikdən sonra o, Nahiddən aldığı məlumata görə X14 almaq məqsədi ilə ümumlikdə 20.500 manat məbləğində pul vermiş, lakin sonuncu nə mənzili təhvil vermiş, nə nədə aldığı 20.500 manat məbləğində pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən ATV və Xəzər televiziya kanallarında çəkilən reklam və serial filimlərində aktyor rollarında iştirak edir. 2019-cu ilin əvəllərində Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə tanış olmuşdur. Elnarə ilə bir dəfə 2019-cu ilin təxminən fevral ayında Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən dəqiq xatırlamadığı bir restoranda görüşmüşdür. Görüş zamanı Elnarə ondan aktyor kimi hansı filimlərdə çəkilməyi barədə soruşmuş, o isə sonuncuya ATV və Xəzər televiziya kanallarında çəkilən reklam və serial filimlərində aktyor rollarında iştirak edərək çəkilişlər barədə danışmışdır. Bundan sonra onun Elnarə ilə heç bir ələqəsi olmamışdır. Zərərçəkmiş şəxs4 isə 2019-cu ildə evlərin alqı-satqısı ilə məşğul olan bir adam kimi tanımışdır. O, Samirə zəng edərək ona Bakı şəhəri daxilində bir otaqlı mənzilin kirayə götürməsi ilə bağlı müraciət etmiş, sonuncu isə həmin vaxt Bakı şəhəri daxilində onun üçün kirayə mənzil tapa bilməyəcəyini bildirmişdir. Bir müddətdən sonra o, Samirə yenidən müraciət edərək film çəkilişi üçün ona bir günlük kirayə Novxanıda yerləşən bağ evi tapmasını xahiş etmiş, sonuncu isə bağ evi taparaq onu təmanasız kirayə vermişdir. 2020-ci ilin əvvəllərində Elnarə onun mobil telefon nömrəsinə mesaj yazaraq tanışları vasitəsi ilə ipoteka yolu ilə mənzillərin alınmasına və təqaüdlərin qanuni formada alınmasında köməklik göstərə biləcəyini bildirmişdir. Həmin ilin mart ayında Samirin evlərin alqı-satqısı ilə məşğul olduğu üçün Elnarənin ona ipoteka yolu ilə mənzillərin alınması və təqaüdlərin qanuni formada düzəlməsinə köməklik edə biləcəyini demişdir. Bundan sonra o, Samirə Elnarənin əlaqə nömrəsini vermişdir ki, onlar bir-biriləri ilə əlaqə saxlasınlar. Lakin üstündən bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs4 onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq məlumat vermişdir ki, Təqsirləndirilən şəxs ona az təminatlı ailələr üçün sosial yardım göstərməsi və bir otaqlı mənzilin alınması üçün ondan 5000 manat pul almışdır. Sonradan o, Təqsirləndirilən şəxs zəng edərək Samirlə aralarında baş vermiş problemləri aradan qaldırmasını xahiş etmişdir. Elnara isə ona Samirlə onun arasında heç bir problemin olmadığını və ona nə söz vermişdirsə onu tezliklə həll edəcəyini bildirmişdir. Lakin sonradan Samirdən aldığı məlumata görə Təqsirləndirilən şəxs onu aldadaraq 5000 manat pulunu ələ keçirmiş və bu barədə X30 Nazirliyinə şikayət ərizəsi ilə müraciət etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 243-246-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 Vadid oğlu onun yeznəsidir. Zərərçəkmiş şəxs3 2010-cu il tarixdən bu günə kimi ünvan 11 ünvanda yerləşən «İctiami Televiziya və Radio Yayımları » şirkətində baş inzibatçısı vəzifəsində işləyir. Zərərçəkmiş şəxs3 aztəminatlı ailə olduğundan, yaşadığı evin şəraitsiz vəziyyətdə olması və oğlu İsmayıl Qasımlı anadan doğulduğu gündən «Seribiral İflic beyinin inkşafın dayanması» diaqnozu xəstəsidir. Belə ki, 2019-cu ilin iyul ayının əvvələrində Zərərçəkmiş şəxs3 öz ailəsi ilə qərara gələrək, Bakı şəhəri, Yasamal rayon ərazisində yerləşən « MİDA» agentliyi tərəfindən yeni inşa edilən yüksək mərtəbəli binaların birindən mənzil alsınlar. Təxminən 2019-cu ilin iyul ortalarında Zərərçəkmiş şəxs3 işində onunla bir yerdə « İctiami Televiziya və Radio Yayımları » şirkətində prodüser vəzifəsində işləyən Şahid1 Elçin qızına bir iş həmkarı kimi Bakı şəhəri, Yasamal rayon ərazisində yerləşən « MİDA» agentliyi tərəfindən yeni inşa edilən yüksək mərtəbəli binaların birindən mənzil istədiyi barədə məlumat vermiş, Aynurə Seyidzadə isə ona bir nəfər onun rəfiqəsi olan Fəridə adlı qadın evlərin alışı və satışı ilə məşqul olduğunu, o, bu işdə ona köməklik göstərə biləcəyini bildirmişdir. Təxminən 2019-cu ilin avqust ayının əvəllində Şahid1 Zərərçəkmiş şəxs3 onun rəfiqəsi olan Fəridənin adlı qadının vasitəsi ilə onun rəfiqəsi Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və +**********1 mobil telefona aid nömrələrini vermiş və onunla Zərərçəkmiş şəxs3 əlaqə saxlamağını bildirmişdir. Zərərçəkmiş şəxs3 isə Elnarə Abdullayevanın istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək mənzil almağı barədə ona məlumat verərək, ona «Heydər Əliyev» adına olan fondun əməkdaşı kim olduğunu və bu işdə yaxından köməklik göstərəcəyini, ev üçün lazımi olan sənədlərinin yəni onun şəxsiyyət vəsiqəsinin sürətini, «ASAN» imza, əmlak xidmətindən adına əmlakın olub-olmaması barədə arayışın ona təqdim etməyini bildirmişdir. Elə həmin vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ilə təcili görüşmələrini bildirmiş və Zərərçəkmiş şəxs3 ona işdə olduğunu bildirsədə , Təqsirləndirilən şəxs isə onun iş yerinin qarşısına gələrək orada onunla görüşmüş və görüş zamanı ona bir daha « Heydər Əliyev» adına olan fondun əməkdaşı olduğunu və ona mənzil almağına köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs3 isə ona 03 otaqlı mənzil almaq istədiyini, Təqsirləndirilən şəxs isə ona Bakı şəhəri, Yasamal rayon ərazisində yerləşən «MİDA» agentliyi tərəfindən yeni inşa edilən yüksək mərtəbəli binaların birindən, üç otaqlı mənzil alacağını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 03 otaqlı mənzilin 30 illik olmaqla hər ay 288 manat pul ödəməsini bildirmişdir. Zərərçəkmiş şəxs3 onunla razılaşmış, bundan sonra Zərərçəkmiş şəxs3 mənzilin ilkin ödənişi və qeydiyyatı üçün 7.200 manat pul və ona dediyi sənədlərin surətlərini toplayıb birlikdə ona çatırmağını bildirmişdir. xx xxxxxx 2019cu il tarixdə təxminən saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 saylı ünvanda yerləşən «İctiami Televiziya və Radio Yayımları » şirkətin qarışısında Zərərçəkmiş şəxs3 Elnarə Abdullayeva ilə görüşərək ona 7.200 manat pul və sənədləri vermiş, həmin vaxtı Elnarə Nahidi bir daha əmin edərək mənzilin 2019-cu ilin noyabr ayının sonunda təhvil alacağını bildirmişdir. Həmin vaxtı Elnarə, Zərərçəkmiş şəxs3 yaxın tanışlarının və ya qohumların ev istəsələr onlara da mənzilin alınmasına köməklik edə biləcəyini bildirmişdir. Onun isə Bakı şəhərində mənzil alacağına ehtiyacı olduğundan, Zərərçəkmiş şəxs3 ona mənzil alması barədə məlumat vermiş, 03 otaqlı mənzili alınması üçün 7.200 manat məbləğində maddi vəziyyəti olmadığından. Onun əvəzinə həmin məbləği Nahidə verməsini xahiş edərək və sonra isə ona ödəyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 isə onunla ilə razılaşaraq , bundan sonra Nahid onun üçündə 03 otaqlı mənzil almaq üçün, xx xxxxxx 2019-cu il tarixdə ona aid olan sənədlərin surətlərini və onun əvəzinə Nahid özündən 7.200 manat pulu, həmin günü təxminən 13 radələrində Zərərçəkmiş şəxs3 iş yerinin qarşısında yenidən Nahid Qasımzadə Təqsirləndirilən şəxs ilə görüşərək ona aid olan sənədlərin surətlərini və 7.200 manat pul vermişdir. Təqsirləndirilən şəxs isə Nahidi bir daha əmin edərək guya ona 2019-cu ilin noyabr ayının sonunda mənzili təhvil alacağını bildirmişdir. Həmin vaxtı Elnarə Zərərçəkmiş şəxs3 təklif edərək ona alacağı mənzilin binasının yaxınlığında olan binada ticarət mərkəzində 25 və 30 kvadrat metr sahəsində olan obyekt tam təmirli vəziyyətdə satılır, bunun üçün bir dəfəlik 5.500 manat pul ödəmək lazımdır. Zərərçəkmiş şəxs3 isə ona inanıb və onunla razılaşmışdır. xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 12 radələrində Zərərçəkmiş şəxs3 işlədiyi iş yerinin qarşısında Elnarə ilə görüşərək ona 5.500 manat pul vermiş, o, isə ona həmin obyektin 2019-cu ilin dekabr ayının sonunda ona təhvil verəcəyini bildirmişdir. Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs3 iş yerinin qarısında Elnarə ilə görüşərək, guya Zərərçəkmiş şəxs3 və onun adına olan mənzillərin sığortalanması üçün hər bir mənzilə 150 manat olmaqla ümumlikdə 300 manat pul almışdır. Təxminən 2019-cu ilin dekabr ayının sonunda Zərərçəkmiş şəxs3 iş yerinin qarşısında Elnarə ilə görürərək, ondan həmin mənzilin və həmdə obyektin müqavillələrin tezliklə hazırlanması və imzalanması üçün əlavə olaraq 300 manat pul almışdır. Elnarə Abdullayeva vəd etdiyi müddət keçikdən sonra, o, və Nahid dəfələrlə Elnarə ilə əlaqə saxlamış, Elnarə isə onlara müxtəlif bəhanələr gətirərək onlardan yayınmışdır. Bundan sonra o, və Zərərçəkmiş şəxs3 başa düşərək Elnarə onlara aldadaraq onlara qarşı dələduzluq yolu ilə pullarını ələ keçirmişdir. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 03 otaqlı mənzil almaq məqsədi ilə 13.150 manat pulu və 03 otaqlı mənzil almaq üçün onun əvəzinə Zərərçəkmiş şəxs3 verdiyi 7.350 manat pulu ələ keçirmişdir. Hazırda Zərərçəkmiş şəxs3 ümumlikdə 20.500 manat məbləğində maddi ziyan dəymişdir. Ona heç bir məbləğində maddi ziyan dəymədiyindən onun bu barədə heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid4 Cəbrayıl oğlu bildirmişdir ki, qeyri-rəsmi həyat yoldaşı Saida və bacısı Səbirəyə Yasamal rayonu ərazisində sosial evlərdə ev almaq məqsədilə Elnarə adlı qadın ondan hissə-hissə 40.300 (qırx min üç yüz) manat pul almışdır. Həmin şəxs Saidə Məmmədovanın 03 otaqlı mənzilini sistemə yerləşdirilməsi bəhanəsi ilə 300 manat pulu ünvan 10 ünvanda yerləşən Vergilər Nazirliyinin qarşısında ələ keçirmişdir. (Cild İ, i.v. 15- 17) “Hadisə yerinə baxış keçirmək barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 qeyd etdiyi hadisə yeri Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “İctimai Televiziya” binasının qarşısıdır. Bina Yasamal rayonu, Şərifzadə küçəsinin D.Bünyadzadə küçəsi ilə kəsişmə istiqamətinə gedən yolun sağ hərəkət hissəsində yerləşir. Hadisə yerində “İctimai Televiziya”-nın binası, FHN-nin yanğından mühafizə bölməsinin inzibati binası, müxtəlif markalı, park vəziyyətində olan avtomobillər aşkar olunmuşdur. Hadisə yerində müşahidə kamerası aşkar edilməmişdir. (Cild İ, i.v. 156-157) “Hadisə yerinə baxış keçirilməsi barədə” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer ünvan 16 ünvan gözəllik salonu kimi fəaliyyət göstərir. Baxış zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 2019-cu ilin aprel ayında tanıdığını, hal-hazırda “Nizami Mall”da qaynaqçı işlədiyini, Elnarənin ora gəlib-getdiyini, Elnarə ora gələn zaman özünü mühüm şəxs kimi təqdim etdiyini, Elnarənin ona ev almaq üçün köməklik edə biləcəyini bildirdiyini, bunun üçün ona 4.400 manat pul verdiyini, lakin Təqsirləndirilən şəxs onu aldatdığını pulunu geri qaytarmadığını bildirmişdir. (Cild İİ i.v. 21) “Hadisə yerinə baxış keçirilməsi barədə” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi 20 ünvanında yerləşən Afaq İsmayılzadə “A Glamour” gözəllik salonudur. Gözəllik salonu hündürmərtəbəli binanın altında yerləşir. Baxış zamanı baxışda iştirak edən Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vasitəsilə tanıdığını, Təqsirləndirilən şəxs ona Yasamal rayonu ərazisində yerləşən sosial evlərin alınmasında köməklik göstərəcəyini bildirdiyini, ev almaq üçün Elmar Abdullayevaya 3000 manat pul verdiyini, lakin Təqsirləndirilən şəxs onu aldatdığını, ona verdiyi pulu geri qaytarmaq fikrinin olmadığını dediyini bildirmişdir. (Cild İİ i.v. 22-23) xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilkin verdiyini ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild İİ, i.v. 117-119) xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilkin verdiyini ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild İİ, i.v. 120-122) xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilkin verdiyini ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild İİ, i.v. 123-126) xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 ilkin verdiyini ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild İİ, i.v. 127-130) xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid4 Cəbarayıl oğlu ilkin verdiyini ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild İİ, i.v. 131-135) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarında olan, Təqsirləndirilən şəxs etirafedici ifadələri, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə və baxış protokolları, eləcə də əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sənədlər cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qiymətləndirilmişdir. (Cild İİ, i.v. 138-165) Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs qismən etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxslər X15 və X4 ona verilmiş ittihamda göstərilən 40.300 manat məbləğində pulun almadığını sonunculardan ümumilikdə 31.300 manat aldığını, Zərərçəkmiş şəxs4 isə cəmi 1150 manat pul aldığını, yəni ona verilmiş ittihamda əlavə göstərilən 3850 manat məbləğdə pulun almadığını göstərsə də, məhkəmə bu ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Qətimkan tədbirinin nəzərə alınması haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi haqqında Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının öz qüvvəsində saxlanılması nəzərə alınmışdır. (Cild İİ, i.v. 199-202) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (Cild İİ, i.v. 210) Yasamal Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 1(004)-10/2021 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan tutulduğu iki gün və xx xxxxxx 2019-cu il tarixdə tutulduğu bir gün ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. CM-nın 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi və cinayətləri törətmiş şəxs heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edıimış, əsaslar uzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə həmin cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinəyət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx xxxx 2008-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azerbaycan Respublikası məhkəməsinin müraciətinə dair" xx xxx 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum olunmuş şəxsin barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-ci il tarixli 4 nömrəli Qərarının 16-cı bəndində göstərilmişdir ki birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1- 120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırda törətdiyi əməl Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli hökmündən əvvəl törədildiyindən ona Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs qadın olmasını və törətdiyi əməllərin bir qismini etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nın 66.2 və 66.5-ci maddəsinə əsasən Yasamal Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 1(004)-10/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə mülki iddiaçı X15 və X13 tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddialar ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Beləliklə göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün bu əməli törətməsi ilə əlaqədar mülki iddiaçılar X11 və X9 vurduğu ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Məhkəmə 20.300 (iyirmi min üç yüz) manat və 20.000 (iyirmi min) manat maddi ziyanlardan təqsirləndirilən şəxs tərəfindən hər hansı məbləğin ödənilməməsini nəzərə alaraq hesab edir ki, mülki iddialar tam təmin edilməli, cinayət nəticəsində vurulmuş 20.300 (iyirmi min üç yüz) manat təqsirləndirilən şəxsdən iddiaçı X8 və 20.000 (iyirmi min) manat təqsirləndirilən şəxsdən mülki iddiaçı X5 xeyrinə tutulmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X20 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X20 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 1(004)-10/2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən toplansın və ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Zərərçəkmiş şəxslər X15 və X5 mülki iddiaları tam təmin olunsun. Təqsirləndirilən şəxs tutulmaqla X11 20.300 (iyirmi min üç yüz) manat, X9 20.000 (iyirmi min) manat ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X20 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun “xxxx” ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:-AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN-********** hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar