Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-47/2024 11.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı üşağı olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək haqqına iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər yəni, xuliqanlıq cinayət əməllərini törətmişdir. Belə ki, o, 03 oktyabr 2022-ci il tarixdə saat 18:40-da Bakı Metropoliteninin “İnşaatçılar” stansiyasında metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkətdə olan qatarın vaqonunun içərisində sıxlıq olduğundan şəxsiyyəti istintaqa məlum olmayan qadınla arasında yaranmış sözlə mübahisə zamanı əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ona yüksək səs tonu ilə danışmağına görə irad bildirməsini cüzi səbəb kimi bəhanə edib qəsdən mübahisə yaradaraq Zərərçəkmiş şəxs aralarında olan məsələni həll etmək üçün qatardan düşməsini məcbur etdikdə sonuncunun bununla razılaşmayaraq etiraz etməsindən sonra qatarda olan sərnişinlərin normal hərəkətinə, rahatlığına, sərbəst şəkildə vaqondan enib və daxil olmalarına mane olaraq ictimai qaydanı kobud surətdə pozub, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış qaydalarını pozmaqla ətrafdakı şəxslərə etinasızlıq göstərib onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirərək cəmiyyətə açıqca hömətsizlik ifadə edib heç bir əsaslı səbəb olmadan qəsdən sağ yumruq zərbəsi ilə bir dəfə üz nahiyəsinə vurub ona fiziki ağrı yetirərək zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə burun sümüyünün yerdəyişmiş sınıqlarından ibarət burun nahiyəsinin qançır-şişkinlik halında əzilməsi və əzilmiş yarası, üst çənədə sağdan birinci dişin travmatik sınığı, üst və alt dodaqların selikli qişasına qansızma kimi bədən xəsarətləri ilə nəticələnən yetirildiyi anda insan həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş az ağır dərəcəli bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş və xuliqanlıq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək (Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti olmadan sağlamlığına az ağır zərər vurmasında özünü təqsirli bilərək) ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, Aydınla hər hansı ədavət və düşmənçiliyi olmamışdır.Hadisə baş verən günü, yəni 03 oktyabr 2022-ci il tarixdə həmin vaxt nişanlı olduğu, hazırda isə həyat yoldaşı olan Xatın adlı qadını Bakı şəhəri, Xətai rayonunda yerləşən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığından təxminən 18:00 radələrində işdən götürmüş, birlikdə metronun “Həzi Aslanov” stansiyasından vaqona minmişlər, onlar vaqonda ayaq üstə dayanmışlar. Həmin vaxt qatarda sıxlıq olmuş, buna görə bir nəfər qadın orada tutacaqdan tuta bilmədiyi üçün ona irad bildirmişdir. Həmin qadın ona və nişanlısına “ağız-ağıza girmisiz, bir düz dayanın” demişdir. O isə həmin qadına burada qeyri adi nə elədiklərini soruşmuş, həmçinin onların burada heç kimə maneə olmadığını bildirmişdir sadəcə həmin qadının tutacaqdan tuta bilməməsinin onların problemi olmadığnı qeyd etmişdir. Bundan sonra kənarda olan bir neçə sərnişin də Ramizə irad bildirən qadının haqsız olduğunu demişdirlər və onu sakitləşdirməyə çalışmışlar. Bu zaman onun arxa tərəfində dayanan zərəçəkmş şəxs Zərərçəkmiş şəxs onu çağırmış “sən evində deyilsən, tək deyilsən qışqırma, ona görə sakit ol” sözləri deyərək aidiyyəti olmadığı halda haqsız müdaxilə etmişdir, lakin o, bu sözlərin qarşılığında Aydına heç bir söz deməmişdir. Hətta onun mübahisə etdiyi qadının özü də Aydına söhbətə qarışmamağını bildirmişdir.Həmçinin Aydının ona və həyat yoldaşıbna qarşı tərəfdə olan monitor vasitəsilə tərs-tərs baxmasını müşayət etmişdir. Səhv etmirsə, Zərərçəkmiş şəxs metronun “Gənclik" stansiyasından həmin vaqona minmiş, vaqona minəndən sonra gəlib onun arxa tərəfində dayanmışdır. Qatarda sıxlıq olduğu üçün əvvəlcə bir neçə dəfə Zərərçəkmiş şəxs qolu onun kürək nahiyəsinə dəymiş, o ilkin olaraq Aydına heç bir söz deməsə də, sonradan hərəkətləri xoşuna gəlmədiyi üçün bir dəfə Aydına tərəf çevirilmiş, lakin yənə də Aydına heç nə deməmişdir. Qatar metronun “Elmlər Akademiyası” stansiyasından “İnşaatçılar”stansiyasına çatana yaxın metroda sıxlıq olduğu üçün onlara yol verilməsi üçün Aydının üzünə baxdığını və onlara yol verməsini xahiş etdiyini, Aydının bundan sonra kənara çəkilib onlara yol verməsindən sonra Aydına söhbət eləmək üçün vaqondan düşməyi təklif etmişdir. Aydın isə ona vaqondan düşməyəcəyini, nə sözü varsa, orada deməyini bildirmişdir. Həmçinin Aydın əlinin tərsi ilə onun sinə nahiyəsinə vurmuş, bundan sonra Aydının elədiyi bu hərəkətinin vaqonda olan nişanlısının, həm də digər insanlar içində ona qarşı elədiyi hərəkəti qəbul eləyə bilməyib Aydına sağ əli ilə bir dəfə ağız nahiyəsindən yumruq zərbəsi endirib çıxıb getmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasına görə səmimi peşman olduğunu, himayəsində azyaşlı uşağının olmasını, hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tamamilə ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən gün o qatarda digər sərnişin qadının ona və nişanlısına haqsız yerə irad bildirməsilə əlaqədar sözlə mübahisə edərkən həmin vaqonda onun arxa tərəfində sərnişin qismində dayanan Zərərçəkmiş şəxs ona heç bir aidiyyəti olmadığı halda digər sərnişinlərin və nişanlısının yanında kobudluq edərək uca səslə onu tanımadığı halda ucadan çağırmış və “sən evində deyilsən, tək deyilsən qışqırma, ona görə sakit ol” sözləri deməsinə baxmayaraq o mübahisə yaratmamaq üçün bu sözlərə fikir verməmişdir, ona cavab verməmişdir və beləliklə aralarında heç bir mübahisə yaranmamışdır, hər bir kəs sakit şəkildə yollarına davam etmişdir. Bundan bir neçə dəqiqə keçdikdən sonra qatar “İnşaatçılar”stansiyasına çatana yaxın Zərərçəkmiş şəxs iki dəqiqəlik aşağı düşməyi xahış etmiş Aydın isə sinəsini qabağa verib əli ilə onun sinəsinə itələyərək “sözün var burda de” sözlərini demişdir. Qatar tam dayandıqda o nişanlısı ilə qatardan düşdükdən sonra Aydın tərəfə dönüb onu bir dəfə vurmuş və dərhal çıxıb getmişdir. Onların ayıran, səs küy salan ətrafa toplaşan kimsə olmamışdır aralarında baş vermiş mübahisə ümumilikdə təxminən 3-4 saniyyə davam etmişdir.Həmçinin qeyd etmişdir ki, Zərərçəkmiş şəxs vaqonda onun yanında olan həmin vaxt nişanlısı, hazırda həyat yoldaşı olan qadına göz-qaş eləməsini də müşahidə eləmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Hadisə baş verən gün yəni 03 oktyabr 2022-ci il tarixdə işlədiyi ünvandan çıxıb metronun “Gənclik” stansiyasına gəlmiş “Dərnəgül” stansiyası istiqamətində gedən qatara minmişdir. Həmin vaxt təxminən saat 18:20 radələri olduğu üçün metroda çoxlu sayda insan axını olmuşdur, səhv etmirsə, sondan ikinci vaqona minmişdir. O vaqonun künc tərəfində dayanmaq üçün nəzərdə tutulan yerdə ayaqüstə dayanmışdır. Həmçinin metronun “28 May” stansiyasında olanda yənə də vaqonlara çoxlu insan mindiyi üçün sıxlıq biraz da artmışdır. Bu vaxt onun arxa tərəfində təqsirləndirilən şəxs və yanında bir nəfər təxminən 20-21 yaşlarında qadınla birlikdə ayaqüstə dayanmışdırlar. Daha dəqiq onun arxa tərəfimdə Ramiz, onun qarşısında isə Ramizin yanındakı bir nəfər qadın dayanmışdır. Ramiz yanında olan qadınla arasında olan münasibətə görə vaqonda sərnişin qismində olan yaşlı bir qadın Ramizə öz iradını bildirdi. Ramiz isə həmin qadının iradını qəbul etməyərək yaşlı qadının üstünə mübahisə eləməyə başlamışdır. Həmçinin vaqonda olan bir neçə sərnişin də Ramizə etdiyi hərəkətə görə irad bildirmşdir lakin Ramiz onlara da məhəl qoymadığından o, tam olaraq yaşlı qadının nəyə görə Ramizə irad bildirməyinndən məlumatsız olsa da (bilməsə də) Ramiz yaşlı qadınla kobud rəftar etdiyinə görə o geriyə çevrilib Ramizi çağırmışdır və ona demişdir ki, “burada tək deyilsən, metrodasan, ona görə də sakit ol” Ramiz isə ona heç nə deməmiş və cavab verməmişdir.O bu sözləri Ramizə deyəndə səhv etmirsə, qatar metronun “Elmlər Akademiyası” stansiyasından “İnşaatçılar” stansiyasına doğru hərəkət edirmiş. Həmin vaxt Ramizlə aralarında başqa hər hansı bir danışıq olmamışdır. Həmçinin Ramizin yanında olan qadın da sakit dayanmışdır. Bundan sonra qatar metronun “İnşaatçılar” stansiyasına çatanda yənə də vaqonda sıxlıq olduğu üçün Ramiz vaqondan enmək məqsədi ilə onun üzünə baxıb gülə-gülə ondan yol verməyini xahiş etdikdə o bir qədər kənara çəkilib yol Ramizə yol vermişdir ki, rahat qatardan enə bilsin. Həmin vaxt Ramiz ona demişdir ki, vaqondan iki dəqiqəlik düş, bir qədər danışaq. O isə Ramizə bildirmişdir ki, “bayaqdan qışqıra-qışqıra danışırsan, indi yadına düşdü ki, ayıbdır?” Bu sözü deməsindən sonra Ramiz ona vaqonun içərisində sağ əli bir dəfə yumruqla mənim burun nahiyəmdən zərbə endirib dərhal vaqondan düşüb gertmişdir. Ramizin hansı istiqamətdə getdiyini görməmişdir. Zərbənin təsirindən burnumdan qan axmağa başlamışdır. İfadəsinin sonunda bildirmişdir ki, o, notarial qaydada ərizə verərək eyni zamanda hazırda da məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışmasını, ona vurulmuş ziyanın tamamilə ödənilməsini sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək başlanılmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadəsinin dəqiqləşdirilməsi ilə əlaqədar ona verilmiş suala cavab olaraq bildirmişdir ki, hadisənin baş verdiy vaqonda olarkən bir nəfər tanımadığı kişi cinsindən olan şəxslə digər vaqonda sərnişin qismində yol gedən yaşlı qadın arasında baş vermiş sözlü mübahisənin mahiyyətindən, nə üstündə yaranmasından məlumatlı olmamışdır sadəcə digər sərnişinlər Ramizə irad bildirdiyindən o da Ramizin arxa tərəfində dayandığı üçün arxaya dönüb ona iradını bildirmişdir ki, “burada tək deyilsən, metrodasan, ona görə də sakit ol” Ramiz isə bu sözlərin qarşılığında ona heç nə deməmiş və cavab belə verməmişdir. Bundan sonra ara sakitləşmişdir qatar “Elmlər Akademiyası” stansiyasından üzü “İnşaatçılar” stansiyasına doğru hərəkət etmiş və həmin stansiyaya catmağa az qalmış o Ramizə vaqonan düşməsi üçün yol verdikdə Ramiz ondan iki dəqiqəlik vaqondan düşməyimi təklif etmişdir, lakin onun Ramizə“bayaqdan qışqıra-qışqıra danışırsan, indi yadına düşdü ki, ayıbdır?”sözünü deməsindən sonra Ramiz ona bir yumruq vurub dərhal getmişdir.Bu hadisə 3-5 saniyyə icərisində, anidən baş vermişdir.Eyni zamanda bildirmişdir ki, o Ramizi əli ilə itələməmişdir sadəcə ona vaqondan düşməcəyini bildirmişdir, vaqonda gedərkən Ramizin yanındakı qıza baxmamışdır.Vaqonda gedərkən Ramizə irad bildirməsə idi bu hadisənin baş verməyəcəyini düşünür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2 il olar ki, tanımışdır həmin vaxt nişanlı olmuşlar hazırda isə Ramizlə ailə həyatı qurduğunu qeyd etmişdir. hadisə baş verən günü yəni 03 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu “Həzi Aslanov” metrostansiyası yaxınlığında satıcı-kassir kimi işləmiş, Ramizlə də nişanlı münasibətində olduğu üçün hər gün Ramiz onu işlədiyi ünvandan götürüb həmin vaxt yaşadığı Bakı şəhəri, Yasamal rayonunda olan evlərinə aparırmış. 03 oktyabr 2022-ci il tarixdə təxminən saat 18 radələrində səhhətində yaranmış problemlə bağlı işdən çıxmış, Ramizlə birlikdə metronun “Həzi Aslanov” stansiyasından qatara minmişlər. Ramiz həmişə olduğu kimi Xatını yaşadığı ünvana aparmaq üçün gəlmişdir. Belə ki, təxminən “28 May” stansiyasından etibarən qatarlarda insan sıxlığı daha da çoxalmış, həmin vaxt sonradan adının Aydın olduğunu bildiyi bir nəfər şəxs də onların yaxınlığında dayanmışdır. Daha dəqiq desə, özü vaqonun künc tərəfində, Ramiz onun qarşısında üzü ona tərəf, həmin Aydın adlı şəxs isə Ramizin arxasında üzü ona tərəf dayanmışdır. Qeyd etdiyi kimi qatarda sıxlıq olduğu üçün bir nəfər yaşlı qadın yer tapa bilmədiyindən Ramizlə sözlə mübahisə etməyə başlamış, onların dayanmağını bəhanə edərək Ramizə irad bildirmişdir. ondan sol tərəfdə duran tanımadığı ortayaşlı bir nəfər qadın isə Ramizə irad bildirən qadına onu və Ramizi göstərərək “onların normal dayanıblar” sözünü demiş, Ramiz də orada qadınla bir qədər sözlə mübahisə etmişdir. Bu mübahisə təxminən 2-3 dəqiqə davam etmiş və bu vaxt Aydın adlı şəxs ona bu mübahisənin aidiyyəti olmadığı halda Ramizə “səsinin tonunu al” və sarə kimi sözlər demişdir Ramiz də Aydına cavab qaytarmayaraq hec bir şey deməmişdir. Həmçinin qeyd etmişdir ki, Aydının boyu Ramizdən hündür olduğu üçün Aydının bir neçə dəfə dirsəyi Ramizin kürək və baş nahiyələrinə dəymiş, Ramiz bu vaxt bir qədər yerini dəyişsə də, Aydına heç nə deməmişdir. Bundan başqa Aydın qəribə baxışlarla onun gözünün içinə baxmış, o isə Aydının nə səbəbə baxmasını anlaya bilməmişdir. Bir qədər sonra qatar metronun “İnşaatçılar” stansiyasına çatmış və tam dayandıqdan sonra qapılar açılanda Ramiz Aydınla baş vermiş mübahisəni həll etmək üçün Aydına qatardan düşməyi təklif etmiş, Ramiz Aydına “qatardan düş bir qədər danışaq” deyəndə Aydın “qatardan düşməyəcəm, nə sözün varsa, elə burda de” deyərək əlinin tərsi ilə Ramizin sinəsindən bir qədər itələmişdir. Bu vaxt Ramiz Xatını qatardan çölə çıxardaraq özü yenidən qatarın içərisinə qayıtmış, belə ki, həmin vaxt Ramizin nə məqsədlə qayıtmağını o bilməmişdir. Xatın platformadan çıxışa tərəf gedəndə Ramiz yenidən onun yanına qayıdaraq həmin Aydın adlı şəxsi vurduğunu demişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Bakı Metropoliteninin İnşaatçılar stansiyasında növbətçi vəzifəsində xidmət etmiş, belə ki, onun vəzifəsi stansiyanın platformasında qatarların hərəkətinin təhlükəsizliyini təmin etməkdən ibarət olmuşdur. Belə ki, Şahid2 baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, səhv etmirsə, 03 oktyabr 2022-ci il tarixdə xidmətdə olan zaman metronun “Həzi Aslanov” stansiyasından “Dərnəgül” stansiyasına gedən xətt üzrə qatar təxminən saat 18:40 radələrində metronun “İnşaatçılar” stansiyasında olan zaman 4-cü vaqonda sərnişinlər arasında qarışıqlıq düşdüyünə görə həmin yerə yaxınlaşmışdır. Belə ki, orada qarışıqlıq olduğuna görə sərnişinlər bir nəfər təxminən 20- 25 yaşlarında hündürboylu oğlanın burun nahiyəsinin qanadığını görmüş və ən orada nə baş verdiyi ilə maraqlananda digər sərnişinlər bir nəfər yənə də təxminən 20-25 yaşlarında dolu bədən quruluşlu bir oğlanın həmin burnu qanayan sərnişini yumruqla bir dəfə vurduğunu demişlər. Günay həmin sərnişinin burnundan həqiqətən də xəsarət aldığını görsə də, hadisə vaqonun içərisində baş verdiyindən, Günay isə stansiyanın platformasında xidmət apardığından hadisənin tam olaraq hansı şəraitdə və hansı səbəbdən baş verməsini bilməmişdir. Həmin şəxs də yumruqla tanımadığı şəxs tərəfindən vurulduğunu Günaya demiş, lakin Günay xəsarət alan şəxsin konkret olaraq hansı sərnişin tərəfindən vurulduğunu görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Bakı şəhər BPl-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis idarəsində polis nəfəri olaraq metronun müxtəlif stansiyalarında həm platformada, həm də stansiyanın giriş-çıxış hissələrində xidmət aparmışdır. Baş vermiş hadisə ilə bağlı onu qeyd etmişdir ki, 03 oktyabr 2022-ci il tarixdə metronun “inşaatçılar” stansiyasının platforma hissəsində xidmətdə olarkən “Dərnəgül” istiqamətində hərəkət edən qatarda müəyyən qədər qarışıqlıq baş verdiyini görmüş, həmin vaxt nə baş verdiyini ilkin olaraq başa düşməmişdir. Təxminən saat 18:40 olduğu üçün qatarlarda insanların çox olması müşahidə olunmuşdur. Bundan sonra bir nəfər təxminən 20-25 yaşlı oğlanın burnundan qan gəldiyini görmüş, həmin vətəndaş Şahid3 yaxınlaşıb bir nəfər tanımadığı oğlanın qatarın içərisində onu yumruq zərbəsi ilə vurub orada çıxıb getdiyini bildirmişdir. Elçin təxirəsalınmadan orada ona müraciət etmiş vətəndaşı yumruq zərbəsi ilə vuran şəxsi müəyyən etməyə çalışsa da, metronun içərisində sıxlıq olduğuna görə həmin şəxsi müəyyən edə bilməmişdir. Həmçinin yumruq zərbəsi almış vətəndaşın ətrafında əlavə olaraq da kömək məqsədi ilə 2-3 nəfər də toplaşmış, platformada müəyyən qədər səs-küy yaranmışdır. Bundan sonra Elçin həmin vətəndaşı stansiyasının giriş hissəsində yerləşən polis otağına dəvət etmiş, orada həmin vətəndaşın şəxsiyyətini müəyyən edərək Zərərçəkmiş şəxs olmasını öyrənmişdir. Zərərçəkmiş şəxs burnundan qan gəldiyinə görə Aydına köməklik göstərib qanaxmanın qarşısını almış, həmçinin baş vermiş hadisə ilə bağlı müvafiq olaraq raportla məruzə etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 05 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqının aparılması qərara alınmışdır. (İ/V. 01). “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı Metropoliteni QSC-nin “İnşaatçılar” satansiyasında baş vrmişdir. (səh. 7-9). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin 04 oktyabr 2022-ci il tarixli 447/MEŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - burun sümüyünün yerdəyişmiş sınıqları ilə müşayiət olunan burun nahiyəsinin qançır-şişkinlik halında əzilməsi və əzilmiş yarası, üst çənədə sağdan İ dişin travmatik sınığı, üst və alt dodaqların selikli qişasına qansızma bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddirlər. (səh. 22-24). “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2022-ci il tarixli qəraradn görünür ki, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (səh. 25). “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” 31 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona həmin məzmunda ittiham elan olunmuşdur. (səh. 46). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 31 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinin seçilmişdir. (İ/V. 61). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmasına dair məlumat yoxdur. (İ/V- 35) 19 sentyabr 2023-cü il tarixli Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan bilavasitə tabe olan Bakı Metropolitenində Polis idarəsi tərəfindən təqdim edilən diskə baxış keçirilməsi protokolundan görünür ki, diskdə HK1-440 adlı faylda iki ədəd videogörüntünün olması müəyyən edilmiş, həmin videogörüntülər 03 oktyabr 2022-ci il tarixdə Bakı Metropoliteninin “inşaatçılar” stansiyasının platformasına və stansiyanın çıxış qapısına quraşdırılmış videomüşahidə kameraları vasitəsi ilə qeydə alınmışdır. “İnşaatçılar5” adlı videogörüntü 03 oktyabr 2022-ci il tarixdə saat 18:43:18-də “İnşaatçılar” stansiyasının platformasında, “İnşaatçılar” adlı videogörüntü isə həmin tarixdə saat 18:44:11-də “İnşaatçılar” stansiyasının çıxış qapısında qeydə alınmışdır. Hər iki videomüşahidə kamerasında həmin vaxt Təqsirləndirilən şəxs görüntüsünün olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs zərərçəkən Zərərçəkmiş şəxs bir dəfə yumruq zərbəsi ilə xəsarət yetirdikdən sonra həmin videogörüntü ilə qeydə alındığını bildirmişdir. Həmçinin yanında olan bir nəfər qadının həmin vaxt nişanlısı, hazırda isə həyat yoldaşı olmasını qeyd etmişdir. “İnşaatçılar” adlı videogörüntüdə isə Təqsirləndirilən şəxs sağ əli ilə bir dəfə yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs vurduğu üçün əlinin üst hissəsinin partladığına görə əlinə baxması həmin videomüşahidə kameraları vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə baxışı zamanı qeyd olunan videogörüntülərə baxış keçirilmiş və baxış zamanı protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. 04 sentyabr 2023-cü il tarixli “Üzləşdirmə protokolu”nan görünür ki, oğlu Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşdirm istintaq hərəkəti keçirilmişdir və bu zaman Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. (İ/V- 123-125). “Cinayət əməlinin tövsif edilməsi haqqında” 04 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə əməl CM-nin 127.2.3-cü və 221.1-ci maddələrinə tövsif edilmişdir. (İ/V- 126). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə Zərərçəkmiş şəxs notarial qaydada təsdiq etdiyi ərizədən görünür ki, ona dəymiş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Döğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2024-cü il tarixli azyaşlı övladı vardır. Məhkəmə ilkin olaraq Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 03 oktyabr 2022-ci il tarixdə saat 18:40 radələrində baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm təhqiqat, həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm təhqiqat, həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, hadisə 03 oktyabr 2022-ci il tarixdə saat 18:40 radələrində Bakı Metropoliteni QSC-nin “Elmlər Akademiyasi” metro stansiyasından “İnşaatçılar” stansiyası istiqamətində hərəkətdə olan sərnişin vaqonunda ilkin olaraq zərəçəkmiş şəxsin təqsirləndirilən şəxsə irad bildirməsi yəni konkret desək Təqsirləndirilən şəxs vaqonda sərnişin qismində olan başqa bir qadınla sözlü mabahisə etdiyini görüb Təqsirləndirilən şəxs “burada tək deyilsən, metrodasan, ona görə də sakit ol” sözlərini demişdir, Təqsirləndirilən şəxs onun bu sözlərinə cavab verməmişdir, onlar yollarını davam etmişlər və bir necə dəqiqə sonra qatar “İnşaatçılar” satansiyasına çatan vaxt zərərşəkmiş Təqsirləndirilən şəxs qabaqda dayandığı üçün sonuncu onda rahat düşməsi üçün yol istəmiş zərərçəkmiş ona yol verdikdən sonra Təqsirləndirilən şəxs ondan bir iki dəqiqəlik vaqondan düşməsini xahiş etmişdir lakin zərərçəkmiş Zərərçəkmiş şəxs əli ilə onun sinəsindən bir qədər itələyərək “sözün var burda de” “bayaqdan qışqıra-qışqıra danışırsan, indi yadına düşdü ki, ayıbdır?” bu sözü deməsindən sonra Ramiz ona vaqonun içərisində sağ əli bir dəfə yumruqla burun nahiyəmdən zərbə endirib dərhal vaqondan düşüb gertmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 03 oktyabr 2022-ci il tarixdə saat 18:40 tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə zərərçəkən şəxslərin təşəbbüsü ilə başlanmışdır və məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmişə vaqondan aşağı düşməsinin təkilif etməsi, sonuncunun əli ilə onun sinəsindən bir qədər itələyərək “sözün var burda de” “bayaqdan qışqıra-qışqıra danışırsan, indi yadına düşdü ki, ayıbdır?” deməsindən sonra Təqsirləndirilən şəxs onu vurub getmsi cəmi 3-5 saniyə davam etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Məhkəmə istintaqı zamanı müəyyən olunan işin mübahisəsiz halı ondan ibarətdir ki, (bu halı məhz zərəşəkmiş özü təsdiqləyir) zərərçəkmiş şəxs vaqonda gedərkən tanımadığı iki şəxs arasında baş vermiş sözlü mübahisənin səbəblərini bilmədən, kimin haqlı kimin haqsız olmasını bilmədən, ümumiyyətlə ona birbaşa aidiyyəyi olmadan, onun tərəf olmadığı, tərəfləri şəxsən tanımadığı halda bu mübahisənin bir tətəfi olan Təqsirləndirilən şəxs çaqırmış və ona “burada tək deyilsən, metrodasan, ona görə də sakit ol” sözlərini demişdir, Təqsirləndirilən şəxs isə ona cavab verməmişdir və bununla da tərəflər arasında olan ilk bir tərəfli dialoq bitmişdir və tərəflər sakit halda yollarına davam etmişlər. Bu baxımdan məhkəmə hesab edir, hadisənin bu mərhələsində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı heç bir hərəkət etmədiyi, söz demədiyi halda onun əməllərinin xuliqanlıq kimi qiymətləndiriməsi üçün heç bir əsas yoxdur və qiymətləndirilə bilməz. Tərəflər arasında ikinci dialoq isə Təqsirləndirilən şəxs vaqondan düşməsi zamanı yuxarıda qeyd edilən şəraitdə baş vermişdir. Konkret desək Təqsirləndirilən şəxs zərərçəkmişə vaqondan aşağı düşməsini təkilif etmişdir, sonuncunun əli ilə onun sinəsindən bir qədər itələyərək “sözün var burda de” “bayaqdan qışqıra-qışqıra danışırsan, indi yadına düşdü ki, ayıbdır?” deməsindən sonra Təqsirləndirilən şəxs onu vurub getmişdir. Məhkəmə hadisənin bu mərhələsinin (belə demək olarsa mübahisənin ikinci mərhələsi) baş verməsinə qədər olan halları təhlil edərək qeyd edir ki, zərərçəkmişin özünün qeyd elədiyi kimi aralarında olan birinci dialoqdan sonra Ramizlə aralarında başqa hər hansı bir danışıq olmamışdır. Həmçinin Ramizin yanında olan qadın da sakit dayanmışdır. Bundan sonra qatar metronun “İnşaatçılar” stansiyasına çatanda yənə də vaqonda sıxlıq olduğu üçün Ramiz vaqondan enmək məqsədi ilə onun üzünə baxıb güləgülə ondan yol verməyini xahiş etdikdə o bir qədər kənara çəkilib Ramizə yol vermişdir ki, rahat qatardan enə bilsin. Həmin vaxt Ramiz ona demişdir ki, vaqondan iki dəqiqəlik düş, bir qədər danışaq. O isə Ramizə bildirmişdir ki, “bayaqdan qışqıra-qışqıra danışırsan, indi yadına düşdü ki, ayıbdır?” Bu sözü deməsindən sonra Ramiz ona vaqonun içərisində sağ əli bir dəfə yumruqla mənim burun nahiyəmdən zərbə endirib dərhal vaqondan düşüb getmişdir. Zərərçəkmişin birdirdiyi faktiki haldan görünür ki, Təqsirləndirilən şəxs qatardan düşərkən ondan “gülə-gülə” yol istəmişdir, yəni buradan görünür ki, o, bir az əvvəl zərərçəkmiş şəxsin ona dediyi sözlərə görə ona qarşı aqressif, hirsli olmamışdır əhvalı yaxşı olmuşdur. Zərərçəkmiş şəxs ona “bayaqdan qışqıra-qışqıra danışırsan, indi yadına düşdü ki, ayıbdır?”sözlərinin deməsi və əli ilə onu itələməsi Təqsirləndirilən şəxs şüurunda zərərçəkimiş şəxsi vurmasına dair hərəkətverici psixoloji amil olmuşdur. Təqsirləndirilən şəxs bu hərəkəti ictimai qaydanın pozulmasına qarşı deyil, ədəbsizlik edən zərərçəkmiş şəxsə yönəldiyindən onun əməlində xuliqanlıq cinayətinin tərkib əlamətləri mövcud olmur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti "ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxs ə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Ona görə də məhkəmə hesab edir ki, cinayət işlərinə baxılması zamanı işin mühüm əhəmiyyətli faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilərək ibtidai istintaq orqanının əməlin hüquqi tövsifi üzrə nəticələrinin düzgünlüyünü kifayət qədər yoxlanılmalı və son nəticədə maddi və prosessual normaların tələblərinə, onların təfsiri üzrə Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumlarının hüquqi mövqelərinə uyğun olmayan məhkəmə qərarlarının çıxarılmasına nail olunmalıdır. Bundan irəli gələrək məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilir, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması və pozuntunun məhz kobud olmasına dəlalət edən hallara dair sübutlar təqdim edilməmiş, ittihamda müəyyən edilmiş saydıqları xuliqanlıq cinayətinin təsvirində əks etdirilməmişdir. Və yaxud ictimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, digər mühüm halları təsdiq edən, o cümlədən ictimai qaydanın kobud pozuntusunun baş verməsinə, cəmiyyətə qarşı açıqca hörmətsizliyinin ifadə edilməsinə dəlalət edən hal kimi zor tətbiq etmənin və yaxud digər qərəzli hərəkətlərin ictimai yerdə (başqalarının gözü qarşısında) törədilməsinə istinad edildiyi hallarda belə müvafiq sübutlar gətirilməmiş, sübutlar bazası müstəsna olaraq münaqişə tərəfləri ilə (təqsirləndirilən və zərərçəkmiş şəxslə və yaxud onların tərəfində çıxış edən qohumları ilə) məhdudlaşmışdır. İttiham tərəfinin təqdim etdiyi iki şahid konkret olaraq Şahid2 və Şahid3 ifadələrindən görünür ki, onlardan heç biri cinayət hadisəsi baş verən an hadisə yerində olmamışdır, hadisənin baş vermə mexanizmini görməmişlər, belə oan halda məhkəmə hesab edir ki, həmin şəxslərin ifadələri Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirinin sübuta yetirilməsində istifadə oluna bilməz. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Yuxarıdakı qərardan irəli gələn hüquqi mövqeyə uyğun olaraq məhkəmə istintaqında araşdırılmış iş materiallarına əsasən məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətlərində məqsəd ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu sübut edən heç bir mötəbər sübut təqdim edilməmişdir və məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair xərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla R.Q.Hüseynovun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlər olmamış, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxsin təqsirliliyinə dair toplanılmamış, təqsirliliyi sübut olunmayan, əksinə şəxsin təqsirsizliyinə dair işin halları aşağıdakılardan ibarətdir. İş üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən tarixdə, saatda və yerdə hadisənin birbaşa görən şəxs kimi Təqsirləndirilən şəxs, Şahid1 və Zərərçəkmiş şəxs olmuşdur. Müdafiə hüquqununun təməl insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, hətta belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş Şahid1 bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər dindirilmişdir. Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş Şahid1 hadisənin baş verməsinin ilkin mərhələsi ilə bağlı ifadələri “Təqsirləndirilən şəxs onlarla birlikdə vaqonda gedən qadın cinsli şəxslə mübahisəsi zamanı zərərçəkmişin onlara konkret olaraq Təqsirləndirilən şəxs hec bir səbəb olmadan müdaxilə etməsi, irad bildirməsi və Ramizin ona bunun qarşılığında cavab verməməsi” hissəsində tamamilə üst-üstə düşmüşdür. Məhkəmə qeyd edir ki, barəsində qanunazidd hərəkət törədilmiş zərərçəkmiş şəxsin yuxarıda qeyd edilən hadisənin baş verməsindən əvvəl olmuş mühüm halları bildirməsi yəni Zərərçəkmiş şəxs özünün bildirdiyi kimi desək “Mən tam olaraq yaşlı qadının Ramizə irad bildirməyini bilməsəm də Ramizi çağırdım, ona dedim ki, burada tək deyilsən, metrodasan, ona görə sakit ol.” Ramiz isə mənə heç nə demədi.Aramızda başqa hər hansı danışıq olmamşdır” kimi halları bildirməsi belə qənaətə gəlməyə əsas verir ki, bu ifadənin özü belə ittiham olunan şəxsin təqsirsizliyinə dair mötəbər dəlildir. Çünki Təqsirləndirilən şəxs sonda etdiyi hərəkətləri, yəni vaqondan düşərkən zərərçəkmiş şəxsi bir dəfə yumruqla vurmasi hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə zərərçəkmiş şəxslərə istiqamətlənən və onların davam etməkdə olan davranış kimi qiymətləndirdiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. Digər tərəfdən məhkəmə şahid qismində dindirilmiş Şahid1 hadisənin baş verməsinin sonrakı mərhələsi ilə bağlı (vaqondan düşərkən Zərərçəkmiş şəxs yumruqla vurulması hissəsi iə bağlı) bildirmiş olduğu - “Ramiz Aydına “qatardan düş bir qədər danışaq” deyəndə Aydın “qatardan düşməyəcəm, nə sözün varsa, elə burda de” deyərək əlinin tərsi ilə Ramizin sinəsindən bir qədər itələmişdir.” ifadələrini inadırıcı hesab edərək işin digər faktiki hallarına uyğun olduğunu hesab edir. Bir halda ki, zərərçəkmiş şəxs “Ramiz vaqondan enmək məqsədi ilə onun üzünə baxıb gülə-gülə ondan yol verməyini xahiş etdikdə o bir qədər kənara çəkilib Ramizə yol vermişdir ki, rahat qatardan enə bilsin” kimi məzmunda özü fadə verərək təqsirləndirilən şəxsin qatardan düşərkən ona qarşı aqressiv olmadığını, əhvalının yaxşı olasını, bir neçə saniyyə sonra onunla dava etməyə köklənmədiyini təsdiq edir. Deməli Şahid1 “əlinin tərsi ilə Ramizin sinəsindən bir qədər itələmişdir.” məzmununda ifadəsində bildirdiyi hallar həqiqətən baş vermişdir ki, Ramiz bundan sonra zərərçəkmiş şəxsi vurmuşdur. Digər tərəfdən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin Ramizi əli ilə kənara itələməməsi ilə bağlı bildirdiklərini məhkəmə inandırıcı hesab etmir. İlk əvvəl ona görə ki, gülə-gülə ona yol verilməsini xahiş edən bir şəxs səbəbsiz, ona qarşı kobudluq edilmədiyi halda qəflətən həmin şəxsi yumruqla vurması ağlabatan və inadırıcı deyildir. İkincisi iş materiallarından göründüyü kimi, zərərçəkmiş şəxsin bu ifadəsi həmçinin hadisənin bilavasitə şahidi olmuş Şahid1 ifadəsi ilə təkzib olunur. İş materiallarında olan videogörüntüdə bu hadiənin hansı qaydada baş verməsi ilə bağlı məlumat olmadığı üçün ittiham tərəfinin təqdim etmiş olduğu həmin sübut əhəmiyyətsizdir. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tədbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsasalı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Ona görə də belə bir vəziyyətdə kifayət qədər ziddiyətli olan zərərçəkmiş şəxsin ziddiyətli ifadəsi ittihamın əsasını təşkil edə bilməz və bu ifadə digər sübutlarla təsdiq edilməyərək təkzib edilir. İfadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərən daha yüksək olan bir sübut növüdür. Zərərçəkmişin bəzən özlərinin leyhinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimalları daha ağırlıqlıdır. Belə ki, zərərçəkmiş təqsirləndirilənlə prosesdə qarşı tərəf olması, aralarında mənafelər toqquşması olması tərəfsiz olması ehtimalını azaldır. Bu zaman zərərçəkmiş şəxsin intiqam hissi ilə hərəkət edə biləcəyi, həqiqətdə törədilməmiş əməli mənfəət təmini kimi səbəblərlə doğru olmayan ifadə verə biləcəyini göz önünə alaraq ifadəsi dəyərləndirilməlidir. Məhkəmə ekspert rəylərinə münasibətdə qeyd edir ki, həmin rəylər yalnız rəydə sadalanan xəsarətləri təqsirli olaraq yetirən şəxsə qarşı verilmiş ittihamın əsasını təşkil edən sübut növü kimi götürülə bilər. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs hərəkətləri, hətta onun gedişində zərərçəkmiş şəxsin sağlamlığa az ağır xəsarətlər yetirilsə belə, xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri səbəbsiz və bəhanə olmamış, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməsi, özünü ətrafdakılara qarşı qoyması kimi deyil, bilavasitə zərərçəkmiş şəxsə istiqamətlənən və sonuncunun onu əli ilə itələməsinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs, Şahid1 ifadələri və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir. (CPM-126.6.). “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Ümumiyyətlə təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq niyyətilə deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilir ki, hadisə 03 oktyabr 2022-ci il tarixdə saat 18:40 radələrində Bakı Metropoliteni QSC-nin “Elmlər Akademiyasi” metro stansiyasından “İnşaatçılar” stansiyası istiqamətində hərəkətdə olan sərnişin vaqonunda baş vermişdir və ilkin olaraq zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə irad bildirməsi yəni konkret desək Təqsirləndirilən şəxs vaqonda sərnişin qismində olan başqa bir qadınla sözlü mabahisə etdiyini görüb Təqsirləndirilən şəxs əvvəllər tanımadığı və mübahisənin mahiyyətini bilmədən, ona aidiyyəti olmadığı halda Təqsirləndirilən şəxs çağıraraq “burada tək deyilsən, metrodasan, ona görə də sakit ol” sözlərini demişdir, Təqsirləndirilən şəxs isə onun bu sözlərinin qarşılığında heç bir cavab verməmişdir, onlar yollarını davam etmişlər və bir necə dəqiqə sonra qatar “İnşaatçılar” satansiyasına çatan vaxt zərərçəkmiş Təqsirləndirilən şəxs qabaqda dayandığı üçün sonuncu ondan rahat düşməsi üçün yol istəmiş zərəçəkmiş ona yol verdikdən sonra Təqsirləndirilən şəxs ona sözü oması səbəbindən bir iki dəqiqəlik vaqondan düşməsini xahiş etmişdir lakin zərərçəkmiş Zərərçəkmiş şəxs əli ilə onun sinəsindən bir qədər itələyərək “sözün var burda de” “bayaqdan qışqıra-qışqıra danışırsan, indi yadına düşdü ki, ayıbdır?” bu sözü deməsindən sonra Ramiz ona vaqonun içərisində sağ əli bir dəfə yumruqla burun nayəhəsindən zərbə endirib dərhal vaqondan düşüb gertmişdir. Hadisənin baş vermə mexanizmi yuxarıda qeyd edilən kimi olmasına baxmayaraq istintaq orqanı əsassız olaraq təqsirləndirilən şəxsin əməlində “niyyətinin xüliqanlıq” olaması qənaətinə gəlmişdir.Halbuki, işin faktiki hallarından göründüyü kimi münaqişənin başqa cür desək zərərçəkmiş şəxsin vurulmasına səbəb onun öz qanunazidd davranışı olmuşdur. Beləliklə, məhkəmə X4 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif etməyi qanuni və əsaslı sayır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və Əsas Azad-lıqlarının Müdafiəsi haqqında» X1 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X2 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Beləliklə, məhkəmə qanunçuluq, qanun qarşısında bərabərlik, ədalət prinsiplərinə əsaslanaraq, məhkəmə iclasında əldə edilən və qiymətləndirilən mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddələrindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxs, şahidlərin ifadələri, ekspertiza rəyi ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxslə barışdığını, buna görə də Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, onun Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmasını və həmin maddə ilə iş üzrə icraata xitam verilməsini məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin ağaşıda qeyd olunan maddələrinə görə: 40.3 şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilməlidir. 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. AzərbaycanRespublikasıCinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alıb hesab edir ki, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsnin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və onun təqsirləndirilməsinə dair cinayət işinə həmin hissədə xitam verilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübut kimi tanınmış 02 ədəd“CD” disk iş materiallarında saxlanılmalıdır. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş materiallarında olan maddi sübut kimi tanınmış 02 ədəd“CD” disk cinayət işi materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-47/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-47/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver