Məhkəmə qərarları › İş №1(004)-47/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-47/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-47/2025 12.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidən xeyli miqdarında bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,234 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini tanımadığı şəxsdən alaraq üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 11:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov 139 ünvanında polis əməkdaşları tərəfindən saxlanılaraq 26-cı PB-nin inzibati binasına gətirilmiş, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins materialdan olan şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,234 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qonşuluqda yaşayan bir qız, hamamda kiminsə olduğunu bildirərək, anası ilə birlikdə onların hamamına keçməsini xahiş etmişdir. O da həmin yerə getmiş və oradakı qızlara “narahat olmayın, o buradadır” demişdir. Daha sonra gecə saat 02:00-dan 05:00-a qədər onların evinin yaxınlığında gözləmişdir. Qızlar sonradan polis bölməsinə və ya ev yiyəsinə baş verənləri, habelə onun gecə təhlükəsizliyi təmin etmək məqsədilə gözlədiyini bildirmişlər. Ev sahəsinin yeznəsi bu barədə polisə məlumat vermiş, polis əməkdaşları isə hadisənin baş verdiyi məhəlləyə gəlmişlər. Polislər həmin ərazidə yaşayan yaşlı bir qadından hadisə ilə bağlı məlumat almış, qadın da onlara müəyyən izahatlar vermişdir. Bundan sonra polis əməkdaşları onun qapısını döymüşlər. Həmin vaxt onun əynində yalnız şort olmuş, geyinmək üçün 1-2 dəqiqə vaxtı olmuşdur. Əgər onun üzərində psixotrop maddə olsaydı, bu müddət ərzində ondan xilas ola bilərdi. Evinə daxil olan 4-5 nəfər polis əməkdaşından biri mətbəxə keçmiş və 1-2 dəqiqə sonra geri qayıdaraq əlində büküm göstərmiş və bu bükümün ona məxsus olub-olmadığını soruşmuşdur. O isə bükümün ona məxsus olmadığını bildirmişdir. Bu ifadədən sonra digər polis əməkdaşı tərəfindən “eybi yox, bir kiloqram narkotik qoyarıq, onda bilər” kimi ifadə işlədilmiş, o isə qorxu və sağlamlıq durumunu nəzərə alaraq (ürək və böyrək xəstəsi olduğu üçün) məcburən bir bükümü boynuna almışdır. O, hər hansı orqana şikayət etməməsinin və irəli sürülən ittihamı qəbul etməsinin səbəbi kimi, evinin açarının polislərdə olduğunu, istədikləri təqdirdə evinə daha böyük miqdarda psixotrop maddə yerləşdirə biləcəklərini düşünmüşdür. Verilən suallara cavab olaraq isə, təxminən saat 11:00 radələrində saxlanıldığını, lakin videoçəkilişin saat 14:00-də aparıldığını, üzərində heç bir psixotrop maddə olmadığını və İ qrup əlil olduğu üçün döyülməkdən qorxduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə ondan və bölmənin sahə rəisi, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdr. Daha sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanın qarşısına gəlmişlər. Keçirilmiş güdmə nəticəsində ünvan 4 ünvanın qarşısında zahiri əlamətlərindən Təqsirləndirilən şəxs uyğun gələn bir nəfər şəxsin orada olduğunu görüb saat 11:45 radələrində həmin şəxsə yaxınlaşaraq saxlamış və xidməti vəsiqələrini həmin şəxsə təqdim etmişlər. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra həmin şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə barəsində tərtib edilmiş əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadə etməsinə görə həmin şəxsi onlarla birlikdə Yasamal RPİ-nin 26-cı PB-yə getməyi təklif etmişlər. Polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərində qeyri qanuni əşya və ya maddə varsa çıxarıb masanın üzərinə qoyması təklif olunmuşdur. Şahin əynində olan göy rəngli cins materialdan olan şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş maddəni çıxarıb təqdim etmiş və içərisində psixotrop maddə olan metamfetamin yəni, patı olduğunu, özü istifadə etmək məqsədilə xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, Kubinka ərazisində üzdən tanıdığı lakin, anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan soma Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə oxşar maddə vəkilinin iştirakı ilə tərəflərindən götürülmüş, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra protokol tərtib olunmuş və ucadan oxunmuş, protokolun doğru olmasını bütün iştirakçılar öz imzaları ilə təsdiq etmişlər. Onlar Təqsirləndirilən şəxs saxlayarkən onlara qarşı heç bir müqavimət göstərməmiş, eyni zamanda Təqsirləndirilən şəxs saxlayarkən heç bir zor tədbiq etməmişlər. Onlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı hər hansı əməliyyat məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə rəisi Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs M. Muxtarov küçəsində yaşayır. Daxil olmuş qonşuların şikayəti əsasında əməliyyat qrupu yaradılmış və Şahid2 əvvəllər tanıdığı Təqsirləndirilən şəxs yaşadığı mənzilə Şahid1 iştirakı ilə yaxınlaşaraq onu mənzildə saxlamış və Polis Bölməsinə gətirmişlər. Şikayət ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs yaşadığı mənzilə yaxınlaşaraq onu həmin mənzildə saxlamışlar. Şəxsi axtarış zamanı onun üzərindən büküm şəklində psixotrop maddə aşkar edilmişdir. O, psixotrop maddənin növünü xatırlamadığını bildirmiş, dövlət ittihamçısının “Həmin vaxt xatırlamaya bilərsiniz” sualına cavab olaraq isə həmin vaxt orada olduğunu, mənzilin içərisinə daxil olaraq Təqsirləndirilən şəxs oradan apardıqlarını demişdir. O, həmçinin mənzilin həyət evi olduğunu, orada üç ailənin yaşadığını, pilləkənlə qalxdıqda uzun bir dəhlizin və ümumi həyətin olduğunu qeyd etmişdir. Çarpaz dindirmə zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərində psixotrop maddə olmamışdır. Polislər ondan psixotrop maddəni evin harasında gizlətdiyini soruşmuş və onu mənzilin içərisinə daxil olaraq aparmışlar. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, həmin gün o, Şahingilin qonşusu olan Şəhlagilə getmişdir. Sonra eşitmişdir ki, Şahingilin qapısı möhkəm döyülür. “Aç qapını polisdir” səsini eşitmişlər. Həmin qapını döyən şəxslər evin içərisinə girmişlər və içəridə möhkəm səs-küy gəlirmiş. 15-20 dəqiqə keçdikdən sonra Şahini apardıqlarını görmüşlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid3 5-6 nəfər olduqlarını, onların pəncərədən baxdıqlarını və hər şeyi gördüklərini, Şəhlagilin qapısının da döyüldüyünü, lakin onların qapını açmadıqlarını, saatın təxminən 11:00 olduğunu, Şəhlagilin evi ilə Şahingilin evinin qapı-qapıya olduğunu, köhnə həyət evləri olduğunu, evin pəncərəsinin eyvana baxdığını və Şahingilin evinin göründüyünü, onların qapıdan girən otaqda, 2-ci mərtəbədə olduqlarını, həmin şəxslərin mülki geyimdə olduqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid4 İdabala qızı ifadəsində bildirmişdir ki, o, həmin vaxt bacısıgilə gəlmişdir. Sonra səs-küy gəldiyini eşitmiş və aşağı düşərək pilləkənlərin aşağısında gözləmişdir. Biraz keçdikdən sonra Şahinin qoluna girərək apardıqlarını görmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid4 İdabala qızı 5-6 nəfər olduqlarını, Şahini apardıqdan sonra yuxarı qalxanda qapının bağlı olduğunu gördüyünü, qonşusu Şəhlagilin qapısının döyüldüyünü eşitdiyini, saat 10:00-11:00 arası olduğunu, həmin şəxslərin mülki geyimdə olduqlarını, maşın görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur. Hadisə baş verən gün orucluq bayramı idi, məsciddən gəlmişdir. Qonşusu Səmayə ilə evdə oturmuşlar. Sonra görmüşdür ki, Şahingilin evindən səs gəlir. Onların evləri elədir ki, onlar pəncərədən onları görəndə, onlar da onları görə bilir. Pəncərədən baxanda 4-5 nəfər mülki geyimli, uzun boylu şəxslərin Şahingilin evinə girdiyini görmüşdür. Daha sonra evin içindən səs-küy gəlməyə başlamışdır. Daha sonra onların evinin qapısı döyülmüş, o, qapını açmamışdır. Sonradan bilmişdir ki, Şahin ona evlərinin açarını vermək istəyirmiş. Son olaraq isə Şahini itəliyə-itəliyə apardıqlarını görmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X8 mənzillərin həyət evi olduğunu, pilləkənlə çıxan zaman yanbayan evlər olduğunu, Şahingilə kimsə gələndə onların, onlara kimsə gələndə Şahingilin onları gördüklərini, onları polisə oxşatdıqlarını, təxminən günorta saatlarına doğru olduğunu və Şahinin evdə tək olduğunu, Şahinin anası ilə qaldığını, həmin vaxt anasının işdə olduğunu, anası ilə qonşu münasibətində olduğunu, anasına Şahinin aparılması barədə məlumat vermədiyini, 3 gün Şahindən xəbər çıxmadığını, Şahini aparan zaman Səmayə xanımın da yanında olduğunu, Şahini şərləməklərini eşitdiyini, qonşuda qız uşağının gecə saat 2-də Şahindən hamamlarında kimsə olduğunu və kömək istədiyini bildirdiyini, Şahinin də onların hamamına getdiyini və ondan sonra bu məsələlərin baş verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Şahingil onun qonşusudur. Həmin vaxt o, çöldə paltar sərirmiş. 5-6 nəfər mülki geyimli şəxsin pilləkənlə Şahingilin evinə qalxdığını görmüş, daha sonra evdən səs-küy gəlmiş, 15-20 dəqiqə keçdikdən sonra Şahinin qoluna girərək onu aparmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X9 5-6 nəfər şəxsin Şahinin evinin içinə girdiklərini gördüyünü bildirmişdir. Məhkəmə iclasında mütəxəssis qismində dəvət edilərək dindirilmiş "xxxx" MMC-nin nümayəndəsi X6 izahatında bildirmişdir ki, anten adətən 120 dərəcəli 3 sektora bölünür. Antenlərin dairələri dedikdə həmin sektorların düşmə bucağının qarşısındakı radius başa düşülür. Radiuslar da relyeflərə, tikintiyə və 2G, 3G, 4G, 5G-yə görə dəyişə bilir. Abunə hərəkətdə olarkən bir anten dairəsindən digərinə keçə bilər. Həmçinin anten dairəsinin dəyişməsi anten yükündən də asılı ola bilər. Antenin əhatə dairəsi şəhər mərkəzində sıx binalar olan ərazidə 200-300 metrə qədər, açıq ərazilərdə və hündür yerlərdə isə 500 metr, 1 km, 1.5 km qədər ola bilir. Hündür mərtəbəli binalarda məsələn “Flame Towers” kimi binada uzaq məsafədən də anten ala bilər. Şəxsin anten ünvanı həmin anten dairəsinin yerləşdiyi ünvanı göstərir, yəni şəxsin harada olmasını göstərmir, şəxsin həmin anten ətrafında olduğunu bildirir. Suallara cavab olaraq X6 bildirmişdir ki, onların operatorunda zəng harada başlayıbsa harada sonlanmasından asılı olmayaraq zəngin başlandığı yer üzrə anten göstərir. Lakin data məlumatları ilə anten məlumatları tez-tez dəyişə bilir. Talıblı 4 küçəsi ilə Şərifzadə küçəsi eyni ərazi üzrə anten verə bilər. Talıblı küçəsi ilə Qutqaşınlı küçəsi yaxın ərazi deyil. Saat 12:22 ilə 13:44 arası ərəfələrdə şəxsin harada olmasını deyə bilməz. Talıblı küçəsi ilə Ələkbərov küçəsi yaxın deyil, ona görə də şəxsin orada olması mümkün deyil. Məhkəmə iclasında mütəxəssis qismində dəvət edilərək dindirilmiş "xxxx" MMC-nin nümayəndəsi X7 izahatında bildirmişdir ki, onların verdikləri məlumatda ancaq sorğulanan nömrənin anten dairəsi qeyd olunur. Daxil olan və çıxan zəng, smslərin antenləri daha dəqiq qeyd olunur, internet anteni ilə zəng anteni biraz fərqli ola bilər, ona görə də zəng antenin tədqiq edilməsi daha dəqiq olar. Anten məlumatlarında əks olunan koordinatları “Google Maps”-də qeyd etdikdə anten dairəsinin olduğu yeri müəyyən etmək olur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 aprel 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək bildirmişdir ki, heç bir vəsatəti yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etmək təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins materialından olan şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağızı bükümünü təqdim etmişdir. Həmin gümüşü kağız açaraq içərisindən kəskin spesifik iyə məxsus ağ rəngli, kristal şəkilli psixotrop metamfetaminə oxşar kütlə aşkar olunmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə “patı”dır. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən çıxmış narkotik vasitəni 09 aprel 2024-cü il tarixdə, gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Şübhəli şəxs Şahin Əlipaşa oğlunun üzərinə əlavə olaraq baxış keçirilmiş, vətəndaşın üzərindən heç bir predmet və ya əşya aşkar olunmamışdır. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 170 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ayağındakı ayaqqabısına baxış keçirilmiş və cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənəd aşkar edilməmişdir (i.v. 32-33). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2024cü il tarixli, 3-16-16/2-6/1980 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №170” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,234 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (i.v. 40-44). Maddi sübut kimi tanımaq haqqında 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının 3-16-16/2-6/1980 nömrəli rəyi ilə tanınmış 0,234 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması, maddi sübut kimi tanınmış 0,234 qram metamfetaminin 0,184 qram qalığının məhkəmə baxışınadək Yasamal RPİ-də saxlanılması qərara alınmışdır (i.v. 80-81). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 02 iyul 2024-cü il tarixli, 4527 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 122- 123). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsinə dair” 18 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs 12 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın qüvvəsində saxlanılması və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeyd hissəsinin Təqsirləndirilən şəxs şamil edilməməsi, Təqsirləndirilən şəxs psixotrop maddəni aldığı şəxsin şəxsiyyətinin müəyyən edilərək əməllərinə hüquqi qiymət verilməsi üçün material ayrılması və araşdırılması üçün Yasamal RPİ-nə göndərilməsi, iş üzrə təqsirləndirilən şəxs və şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq sənədlərinin sübut növü kimi qəbul edilməsi, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,234 qram olan psixotrop maddə olan metamfetamin 15 aprel 2024-cü il tarixdə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra olan 0,184 qram qalığının saxlanılması üçün Yasamal RPİ-nin saxlama yerinə təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulandan sonra, üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün əks olunduğu 1 ədəd DVD formatlı diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsinin nəzərə alınması, cinayət işinin materiallarına və elan olunmuş ittihamın mahiyyətinə tam uyğun olduğundan cinayət işində olan təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə kimyəvi ekspertizasının 11 aprel 2024-cü il tarixli, 6/1980 saylı rəyi, məhkəmə narkoloji ekspertizasının 15 iyul 2024-cü il tarixli 4500 nömrəli rəyi, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılan zaman video çəkilişin və baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 01 (bir) ədəd diskin cinayət işinin digər materiallarının sübut növü kimi qiymətləndirilməsinin nəzərə alınması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 130-135). "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 21 aprel 2025-ci il tarixli məktubdan görünür ki, məktubun məzmunu “sizin "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixində daxil olan xx.xx.2025-ci il tarixli, l(004)-47/2025 №-li məktubunuz ilə əlaqədar olaraq bildiririk ki, qeyd etdiyiniz ********* saylı nömrədə xx.xx.2024-cü il saat ll:00-dan ll:50-dək olan müddətdə qeydə alınmış zəngin keçdiyi ötürücü stansiya ünvan 5 ünvanını əhatə edir. Həmin nömrədə xx.xx.2024-cü il tarixində saat 13:10-dan 13:30-dək qeydə alınmış zəngin keçdiyi ötürücü stansiyanın (ötürücü stansiyanın yerləşdiyi ünvan - Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi) ünvan 7 ünvanını əhatə etmək ehtimalı demək olar ki yoxdur. Bildiririk ki, hər hansı müddət üzrə ötürücü stansiyaların siqnal gücü haqqında məlumatın qeydiyyatı aparılmır. Ötürücü stansiyaların əhatə dairəsi ərazinin relyefindən, yaşayış məntəqəsinin sıxlığından, texnologiyasından və s. asılı olaraq dəyişə bilir. ********* saylı nömrədə mövcud olan zənglərin keçdiyi ötürücü stansiyalar 0.5-lkm qədər məsafəyə servis verə bilər. Relyef, ətraf mühit (su hövzəsi, meşəlik və s.) və s. səbəblərdən qeyd edilən servis məsafələri çoxalıb və ya azala bilər. Qeyd etdiyiniz ********* nömrənin istifadəsi xx.xx.2024cü il saat 13:10-dan 13:30-dək müddətində qeydə alınmadığı üçün, əhatə dairəsi müəyyən etmək mümkün olmamışdır” məzmunda olmuşdur. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 30 aprel 2025-ci il tarixli, BKC/LGL-4381/25 nömrəli məktubdan görünür ki, məktubun məzmunu “"xxxx" MMC-yə xx.xx.2025-ci ildə daxil olmuş 1 (004)-47/2025 saylı, xx.xx.2025-ci il tarixli sorğunuzla əlaqədar nəzərinizə çatdırırıq ki, xx.xx.2024-cü il saat 11:00-11:50 intervalında ********* saylı nömrə tərəfimizdən təqdim edilmiş məlumata əsasən "xxxx" MMC-yə məxsus 3 (üç) anten bazasında (BBK3123, BBK5942, BBK3561) istifadəsi qeydə alınmışdır. Qeydə olunan anten bazalardan yalnız BBK5942 saylı baza stansiya sorğulanan “ünvan 8 ünvanına xidmət göstərməsi ehtimal olunur. Digərlərinin qarşısında hündür mərtəbəli binalar və digər maneələr olduğundan həmin stansiyalardan xidmət istisna olunmur. Əlavə olaraq bura məsafə faktorları və tələb olunan məntəqəyə yaxın digər saytların olması da təsir göstərir. Hərçənd təsvirdən də (şəkil 1) görsəndiyi kimi BBK5942-nin uzaqlığı 1194 metr olsa da, yerləşdiyi hündür mövqe və 70 dərəcəli azimut üzrə olan sektoru birbaşa həmin istiqamətdə yerləşən hədəf məntəqəyə baxması səbəbindən tutma ehtimalı güman edilə bilər. 70 dərəcəli azimut üzrə olan sektordan birbaşa görünən ərazi təsvir olunmuşdur (şəkil 2). xx.xx.2024-cü il saat 13:10-13:30 intervalında ********* saylı nömrə tərəfimizdən təqdim edilmiş məlumata əsasən "xxxx" MMC-yə məxsus 1 (bir) anten bazasında BBK3123 istifadəsi qeydə alınmışdır. Araşdırılmış məlumata əsasən, “Ə.Ələkbərov küçəsi, 5- 7/511-ci məhəllə 14d” ünvanı ilə BBK3123 baza stansiyası 322 metr məsafədə yerləşmiş və həmin ünvana xidmət göstərməsi ehtimal olunur. Bundan əlavə həmin ünvana əlavə olaraq yaxın məsafədə bir neçə anten bazanın xidmət göstərməsi müəyyən edilmişdir. (şəkil 1)” məzmunda olmuşdur. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, BKC/LGL-2661/25 nömrəli məktubla göndərilmiş diskdə olan məlumatlardan görünür ki, şahid Yasamal RPİ-nin 26-cı PB-nin sahə rəisi Şahid2 məxsus ***-***-**-** nömrəsinin anten məlumatlarına əsasən Şahid2 xx.xx.2025-ci il tarixdə saat 11:00-11:50 dəqiqə intervalında Bakı şəhəri, Yasamal r-nu, Nizami küçəsi 1, Nizami Residence, Nərimanov pr. "Ceyran Gozellik salonu", Masazır qəsəbəsi ərazilərində olmuşdur. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, BKC/LGL-2661/25 nömrəli məktubla göndərilmiş diskdə olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına təyin edilmiş müdafiəçi X2 məxsus ***-***-**-** nömrəsinin anten məlumatlarına əsasən X1 xx.xx.2025-ci il tarixdə saat 12:22-13:46 dəqiqə intervalında Bakı şəh., Yasamal r-nu, İsmayıl Talıblı küç. 4, Baki s.,Yasamal r-nu, Sherifzade kuc., 196. ərazilərində olmuşdur. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, BKC/LGL-2661/25 nömrəli məktubla göndərilmiş diskdə olan məlumatlardan görünür ki, şahid Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili Şahid1 məxsus ***-***-**-** nömrəsinin anten məlumatlarına əsasən Şahid1 xx.xx.2025-ci il tarixdə saat 11:00-11:50 dəqiqə intervalında A.Ahmadov 507//Yasamal/ (40.369xx/xx.81837), A.Ahmadov 507/Yasamal rayon MKTB-yi/Yasamal/ (40.369xx/xx.81837), German Hospital/Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 50/Sabail/ (40.369xx/xx.82115), Mikayil Mushviq/Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 15/17/Sabail/ (40.3xx/xx.82074), Mikayil Mushviq/X10/Sabail/ (40.3xx/xx.82074), Mikayil Mushviq//Sabail/ (40.3xx/xx.82074) ərazilərində olmuşdur. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahid ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır, iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmişdir və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrıayrılıqda tədqiq edilməsini zəruri hesab edir. -İlkin olaraq məhkəmə təqsirləndirilən şəxsin özünün həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, müstəntiq həm sübutların qiymətləndirilməsi haqqında 18 iyul 2024-cü il tarixli qərarda, həm də ittiham aktında Təqsirləndirilən şəxs özünü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini göstərmiş və hər iki sənəddə onun təqsirliliyini təsdiq edən sübut növlərindən biri kimi “təqsirləndirilən şəxsin etirafedici ifadəsi”nə istinad etmişdir. Halbuki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qonşuluqda yaşayan bir qız, hamamda kiminsə olduğunu bildirərək, anası ilə birlikdə onların hamamına keçməsini xahiş etmişdir. O da həmin yerə getmiş və oradakı qızlara “narahat olmayın, o buradadır” demişdir. Daha sonra gecə saat 02:00-dan 05:00-a qədər onların evinin yaxınlığında gözləmişdir. Qızlar sonradan polis bölməsinə və ya ev yiyəsinə baş verənləri, habelə onun gecə təhlükəsizliyi təmin etmək məqsədilə gözlədiyini bildirmişlər. Ev sahəsinin yeznəsi bu barədə polisə məlumat vermiş, polis əməkdaşları isə hadisənin baş verdiyi məhəlləyə gəlmişlər. Polislər həmin ərazidə yaşayan yaşlı bir qadından hadisə ilə bağlı məlumat almış, qadın da onlara müəyyən izahatlar vermişdir. Bundan sonra polis əməkdaşları onun qapısını döymüşlər. Həmin vaxt onun əynində yalnız şort olmuş, geyinmək üçün 1-2 dəqiqə vaxtı olmuşdur. Əgər onun üzərində psixotrop maddə olsaydı, bu müddət ərzində ondan xilas ola bilərdi. Evinə daxil olan 4-5 nəfər polis əməkdaşından biri mətbəxə keçmiş və 1-2 dəqiqə sonra geri qayıdaraq əlində büküm göstərmiş və bu bükümün ona məxsus olub-olmadığını soruşmuşdur. O isə bükümün ona məxsus olmadığını bildirmişdir. Bu ifadədən sonra digər polis əməkdaşı tərəfindən “eybi yox, bir kiloqram narkotik qoyarıq, onda bilər” kimi ifadə işlədilmiş, o isə qorxu və sağlamlıq durumunu nəzərə alaraq (ürək və böyrək xəstəsi olduğu üçün) məcburən bir bükümü boynuna almışdır. O, hər hansı orqana şikayət etməməsinin və irəli sürülən ittihamı qəbul etməsinin səbəbi kimi, evinin açarının polislərdə olduğunu, istədikləri təqdirdə evinə daha böyük miqdarda psixotrop maddə yerləşdirə biləcəklərini düşünmüşdür. Verilən suallara cavab olaraq isə, təxminən saat 11:00 radələrində saxlanıldığını, lakin videoçəkilişin saat 14:00-də aparıldığını, üzərində heç bir psixotrop maddə olmadığını və İ qrup əlil olduğu üçün döyülməkdən qorxduğunu bildirmişdir. Nəzərə alınsa ki, məhkəmə iclasında şahid Yasamal RPİ-nin 26-cı PB-nin sahə rəisi Şahid2 məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadələrdən tamamilə başqa məzmunda ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs M. Muxtarov küçəsində yaşayır. Daxil olmuş qonşuların şikayəti əsasında əməliyyat qrupu yaradılmış və Şahid2 əvvəllər tanıdığı Təqsirləndirilən şəxs yaşadığı mənzilə Şahid1 iştirakı ilə yaxınlaşaraq onu mənzildə saxlamış və Polis Bölməsinə gətirmişlər. Şikayət ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olur. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs yaşadığı mənzilə yaxınlaşaraq onu həmin mənzildə saxlamışlar. Şəxsi axtarış zamanı onun üzərindən büküm şəklində psixotrop maddə aşkar edilmişdir. O, psixotrop maddənin növünü xatırlamadığını bildirmiş, dövlət ittihamçısının “Həmin vaxt xatırlamaya bilərsiniz” sualına cavab olaraq isə həmin vaxt orada olduğunu, mənzilin içərisinə daxil olaraq Təqsirləndirilən şəxs oradan apardıqlarını demişdir. O, həmçinin mənzilin həyət evi olduğunu, orada üç ailənin yaşadığını, pilləkənlə qalxdıqda uzun bir dəhlizin və ümumi həyətin olduğunu qeyd etmişdir. Çarpaz dindirmə zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərində psixotrop maddə olmamışdır. Polislər ondan psixotrop maddəni evin harasında gizlətdiyini soruşmuş və onu mənzilin içərisinə daxil olaraq aparmışlar. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə ondan və bölmənin sahə rəisi, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdr. Daha sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanın qarşısına gəlmişlər. Keçirilmiş güdmə nəticəsində ünvan 4 ünvanın qarşısında zahiri əlamətlərindən Təqsirləndirilən şəxs uyğun gələn bir nəfər şəxsin orada olduğunu görüb saat 11:45 radələrində həmin şəxsə yaxınlaşaraq saxlamış və xidməti vəsiqələrini həmin şəxsə təqdim etmişlər. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra həmin şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə barəsində tərtib edilmiş əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadə etməsinə görə həmin şəxsi onlarla birlikdə Yasamal RPİ-nin 26-cı PB-yə getməyi təklif etmişlər. Polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərində qeyri qanuni əşya və ya maddə varsa çıxarıb masanın üzərinə qoyması təklif olunmuşdur. Şahin əynində olan göy rəngli cins materialdan olan şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş maddəni çıxarıb təqdim etmiş və içərisində psixotrop maddə olan metamfetamin yəni, patı olduğunu, özü istifadə etmək məqsədilə xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, Kubinka ərazisində üzdən tanıdığı lakin, anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə oxşar maddə vəkilinin iştirakı ilə tərəflərindən götürülmüş, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra protokol tərtib olunmuş və ucadan oxunmuş, protokolun doğru olmasını bütün iştirakçılar öz imzaları ilə təsdiq etmişlər. Onlar Təqsirləndirilən şəxs saxlayarkən onlara qarşı heç bir müqavimət göstərməmiş, eyni zamanda Təqsirləndirilən şəxs saxlayarkən heç bir zor tədbiq etməmişlər. Onlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı hər hansı əməliyyat məlumatı olmamışdır. Həmçinin, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, həmin gün o, Şahingilin qonşusu olan Şəhlagilə getmişdir. Sonra eşitmişdir ki, Şahingilin qapısı möhkəm döyülür. “Aç qapını polisdir” səsini eşitmişlər. Həmin qapını döyən şəxslər evin içərisinə girmişlər və içəridə möhkəm səs-küy gəlirmiş. 15-20 dəqiqə keçdikdən sonra Şahini apardıqlarını görmüşlər. Verilmiş suallara cavab olaraq Şahid3 5-6 nəfər olduqlarını, onların pəncərədən baxdıqlarını və hər şeyi gördüklərini, Şəhlagilin qapısının da döyüldüyünü, lakin onların qapını açmadıqlarını, saatın təxminən 11:00 olduğunu, Şəhlagilin evi ilə Şahingilin evinin qapı-qapıya olduğunu, köhnə həyət evləri olduğunu, evin pəncərəsinin eyvana baxdığını və Şahingilin evinin göründüyünü, onların qapıdan girən otaqda, 2-ci mərtəbədə olduqlarını, həmin şəxslərin mülki geyimdə olduqlarını bildirmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 İdabala qızı ifadəsində bildirmişdir ki, o, həmin vaxt bacısıgilə gəlmişdir. Sonra səs-küy gəldiyini eşitmiş və aşağı düşərək pilləkənlərin aşağısında gözləmişdir. Biraz keçdikdən sonra Şahinin qoluna girərək apardıqlarını görmüşdür. Verilmiş suallara cavab olaraq Şahid4 İdabala qızı 5-6 nəfər olduqlarını, Şahini apardıqdan sonra yuxarı qalxanda qapının bağlı olduğunu gördüyünü, qonşusu Şəhlagilin qapısının döyüldüyünü eşitdiyini, saat 10:00-11:00 arası olduğunu, həmin şəxslərin mülki geyimdə olduqlarını, maşın görmədiyini bildirmişdir. Daha sonra, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur. Hadisə baş verən gün orucluq bayramı idi, məsciddən gəlmişdir. Qonşusu Səmayə ilə evdə oturmuşlar. Sonra görmüşdür ki, Şahingilin evindən səs gəlir. Onların evləri elədir ki, onlar pəncərədən onları görəndə, onlar da onları görə bilir. Pəncərədən baxanda 4-5 nəfər mülki geyimli, uzun boylu şəxslərin Şahingilin evinə girdiyini görmüşdür. Daha sonra evin içindən səs-küy gəlməyə başlamışdır. Daha sonra onların evinin qapısı döyülmüş, o, qapını açmamışdır. Sonradan bilmişdir ki, Şahin ona evlərinin açarını vermək istəyirmiş. Son olaraq isə Şahini itəliyə-itəliyə apardıqlarını görmüşdür. Verilmiş suallara cavab olaraq şahid X8 mənzillərin həyət evi olduğunu, pilləkənlə çıxan zaman yanbayan evlər olduğunu, Şahingilə kimsə gələndə onların, onlara kimsə gələndə Şahingilin onları gördüklərini, onları polisə oxşatdıqlarını, təxminən günorta saatları olduğunu və Şahinin evdə tək olduğunu, Şahinin anası ilə qaldığını, həmin vaxt anasının işdə olduğunu, anası ilə qonşu münasibətində olduğunu, anasına Şahinin aparılması barədə məlumat vermədiyini, 3 gün Şahindən xəbər çıxmadığını, Şahini aparan zaman Səmayə xanımın da yanında olduğunu, Şahini şərləməklərini eşitdiyini, qonşuda qız uşağının gecə saat 2-də Şahindən hamamlarında kimsə olduğunu və kömək istədiyini bildirdiyini, Şahinin də onların hamamına getdiyini və ondan sonra bu məsələlərin baş verdiyini bildirmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, Şahingil onun qonşusudur. Həmin vaxt o, çöldə paltar sərirmiş. 5-6 nəfər mülki geyimli şəxsin pilləkənlə Şahingilin evinə qalxdığını görmüş, daha sonra evdən səs-küy gəlmiş, 15-20 dəqiqə keçdikdən sonra Şahinin qoluna girərək onu aparmışlar. Verilmiş suallara cavab olaraq şahid X9 5-6 nəfər şəxsin Şahinin evinin içinə girdiklərini gördüyünü bildirmişdir. Müqayisəli təhlil edilən ittiham tərəfinin şahidi olan Yasamal RPİ-nin 26-cı PB-nin sahə rəisi Şahid2, Təqsirləndirilən şəxs, Şahid3, Şahid4 İdabala qızı, X4 və X5 verdikləri ifadələr bir-birini tamamlayaraq heç bir ziddiyyətli hal yaratmamış və həqiqətən də Təqsirləndirilən şəxs barəsində edilmiş şikayət əsasında yaşadığı mənzildə saxlanılaraq üzərinə bir saat yarımdan sonra qeyri-müəyyən vaxtda axtarış istintaq hərəkətinin keçirilməsi, sadəcə ona bölmədə göstərilənləri icra etməsinə və bununla da onun təzyiqlərə məruz qalmasına dair göstərdiyi xüsusatların real və inandırıcı olmasına dəlalət edir və Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsinin isə mötəbər sübut olmasını şübhə altına alır. Bundan başqa, Yasamal RPİ-nin 26-cı PB-nin sahə rəisi Şahid2 məhkəmə istintaqında ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə uzlaşmayan digər nüans ondan ibarətdir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olduğunu bildirir, lakin ibtiadi istintaqda isə istifadə etməsi barədə məlumat vermişdir. Həmçinin əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar və əmrdə Təqsirləndirilən şəxs psixotrop maddənin istifadəçisi olduğu göstərilir. Bütün bu hallar onu göstərir ki, Təqsirləndirilən şəxs barəsində dəqiq əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirilməmiş və müstəntiq tərəfindən şablon ifadələr alınmışdır. Bundan savayı, dövlət ittihamçısın “Həmin vaxt xatırlamaya bilərsiniz” sualına cavab olaraq isə həmin vaxt orada olduğunu, mənzilin içərisinə daxil olaraq Təqsirləndirilən şəxs oradan apardıqlarını demiş və həmin mənzili təsvir edərək həyət evi olduğunu, orada üç ailənin yaşadığını, pilləkənlə qalxdıqda uzun bir dəhlizin və ümumi həyətin olduğunu qeyd etmişdir. Bu hal isə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla tam uyğun gələrək həqiqətən də Şahinin yaşadığı mənzildə saxlanılaraq polis bölməsinə aparıldığına dəlalət edir. Göründüyü kimi, şahid qismində dindirilmiş Yasamal RPİ-nin 26-cı PB-nin sahə rəisi Şahid2, Şahid3, Şahid4 İdabala qızı, X4 və X5 məhkəmə istintaqı zamanı verdikləri ifadələr, müstəntiqin sübut qismində istinad etdiyi ifadələrindən tam başqa məzmunda olmaqla, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindəki önəmli xüsusatlarla uzlaşır ki, bu da yalnız təqsirləndirilən şəxsin deyil, şahidlərin ifadələrinin təhrif edilməsinin və formal olaraq yazılaraq iş materiallarına əlavə edilməsinin göstəricisidir. Belə ki, AR CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Bununla yanaşı, iş materiallarında olan “Şübhəli şəxsin dindirilməsi”nə dair xx.xx.2024-cü il tarixli və “Təqsirləndirilən şəxsin dindirilməsi”nə dair xx.xx.2024-cü il tarixli protokollara münasibətdə isə məhkəmə qeyd edir ki, eyni məzmunlu (bir cümləsi belə fərqli yazılmayan) etirafedici ifadələri özündə əsk etdirən həmin protokollardakı ifadələr eynilik təşkil edərək komputer vasitəsi ilə yazılmaqla həmin sənədlərdə şübhəli və ya təqsirləndirilən şəxsin işin faktiki halları ilə bağlı fikirləri öz əksini tapmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Bundan başqa, "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 21 aprel 2025-ci il tarixli məktubdan görünür ki, ********* saylı nömrədə xx.xx.2024-cü il tarixində saat 13:10-dan 13:30-dək qeydə alınmış zəngin keçdiyi ötürücü stansiyanın (ötürücü stansiyanın yerləşdiyi ünvan - Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi) ünvan 7 ünvanını əhatə etmək ehtimalı demək olar ki yoxdur. Belə ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış-götürmə istintaq hərəkəti keçirilən zaman, yəni xx.xx.2024-cü il tarixində saat 13:15-dən 13:25-dək olan müddət ərzində Şahid2 ümumiyyətlə Yasamal rayonu ərazisində olmamışdır. Bu da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış-götürmə istintaq hərəkətinin protokolda qeyd olunan vaxtda deyil, sonrakı qeyri-müəyyən dövrdə aparıldığının göstəricisi olmaqla bir daha Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin həqiqətə uyğunluğunu təsdiqləyir. Bundan başqa, "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış 21 aprel 2025-ci il tarixli məktubdan görünür ki, ********* nömrənin istifadəsi xx.xx.2024-cü il saat 13:10-dan 13:30-dək müddətində qeydə alınmadığı üçün, əhatə dairəsi müəyyən etmək mümkün olmamışdır” məzmunda olmuşdur. Lakin müdafiəçi X2 məxsus ***-***-**-** nömrəsinin anten məlumatlarına əsasən X1 xx.xx.2025-ci il tarixdə saat 12:22-13:46 dəqiqə intervalında Bakı şəh., Yasamal rnu, İsmayıl Talıblı küç. 4, Baki s.,Yasamal r-nu, Sherifzade kuc., 196. ərazilərində olmuşdur. Məhkəmə iclasında mütəxəssis qismində dəvət edilərək dindirilmiş "xxxx" MMC-nin nümayəndəsi X6 izahatında bildirmişdir ki, Talıblı küçəsi ilə Ələkbərov küçəsi yaxın deyil, ona görə də şəxsin orada olması mümkün deyil. Bu isə müdafiəçinin şəxsi axtarış-götürmə istintaq hərəkəti keçirilən zaman Yasamal RPİ-nin 26-cı PB-nin ərazisində olmadığınının göstəricisi olmaqla Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin inandırıcı olduğunu bir daha təsdiq etməklə göstərilən istintaq hərəkətinin protokolda qeyd olunan vaxtda keçirilmədiyinə dəlalət edir. O da qeyd edilməlidir ki, hər iki polis əməkdaşlarının mobil nömrələrinin anten məlumatları Təqsirləndirilən şəxs saxlanılan vaxt yaşadığı mənzilin ünvanını göstərmiş və həmin mobil telefonlarının onların üzərlərində olduğuna şübhə yaratmamışdır. Bundan savayı, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbiri ilə bağlı qərarı şahid qismində ifadə verən Yasamal RPİ-nin 26-cı PB-nin sahə rəisi Şahid2, Təqsirləndirilən şəxs, Şahid3, Şahid4 İdabala qızı, X4 və X5 ifadələri və Azercell, Bakcell operotorları tərəfindən təqdim olunan anten məlumatları ilə Təqsirləndirilən şəxs Polis Bölməsinə əməliyyat məlumatı əsasında aparılmasını təkzib edir. Belə ki, Yasamal RPİ-nin 26-cı PB-nin sahə rəisi Şahid2 ifadəsində göstərdiyi “şikayət əsasında onun yaşadığı ünvana getmələri” barədə məlumat vermişdir ki, bu da göstərilən xüsusatın tam inandırıcı olduğuna və təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin nəticəsi olaraq təqsirləndirilən şəxsin yaşadığı ünvanın qarşısında əməliyyat məlumatı əsasında əməliyyat-müvəkkiləri tərəfindən saxlanılmasının inandırıcı olmadığını tam şəkildə təsdiq etmişdir. Həmçinin qeyd etmək lazımdır ki, keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri güdmə olmuş və həmin əməliyyat tədbirinin məhkəmə qərarı olmadan (CM-nin 234-cü maddəsinə münasibətdə) təxirə salınmaz keçirilməsi istisna edilir ki, buna baxmayaraq güdmə əməliyyat axtarış tədbirinin keçirilərək şəxsin saxlanıldığı qeyd olunmuş və eləcə də ittiham tərəfinin şahidi olan Yasamal RPİ-nin 26-cı PB-nin sahə rəisi Şahid2, Təqsirləndirilən şəxs, Şahid3, Şahid4 İdabala qızı, X4 və X5 verdikləri ifadələrlə təkzib edilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat tədbiri əsasında yaşadığı mənzilin qarşısında deyil, barəsində edilmiş şikayət əsasında yaşadığı mənzildə saxlanılmışdır. Qeyd edilməlidir ki, AR CPM-in 445.2-ci maddəsinə və 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin İV hissəsinə əsasən insanları güdmə kimi (şəxsiyyət əleyhinə olan ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün təxirə salınmaz keçirilə bilər) əməliyyat-axtarış tədbiri ictimai təhlükəsizlik və ictimai qayda əlehinə olan cinayətlər fəslində yer alan CM-nin 234.1-cü maddəsini nəzərdə tutmamaqla və məhkəmə qərarı olmadan təxirə salınmaz əməliyyat–axtarış tədbirinin keçirilməsini istisna edir. Göstərilən bu hallar hamısı tərtib edilmiş sənədlərin şablon formada, formal olaraq tərtib edilməsinə, müstəntiqin həyata keçirdikləri tədbirlərə və istintaq hərəkətlərinə, müvafiq sənədlərin tərtib edilməsi qaydasına dair Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə laqeyd münasibətinin göstəricisidir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin ; 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiəçinin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etməmiş, hüquqi yardım praktik və səmərəli hüquqi yardım olmamış və şəxsi axtarış və götürmə təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud pozulması ilə aparıldığından bu hal özü də Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən həmin protokolun sübut kimi qəbul edilməsini yolverilməz edir. Bundan savayı, hazırkı işin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il tarixdə saat 11:45-də saxlanılmış, üzərinə baxış isə təxminən 13:15-də keçirilməyə başlanmışdır ki, belə olan halda Təqsirləndirilən şəxs saxlanılması ilə baxışın keçirilməsi arasında bir saat yarımdan artıq vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlığa zəmin yaradır. Həmçinin, Yasamal RPİ-nin 26-cı PBnin sahə rəisi Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qonşuların şikayəti əsasında əməliyyat qrupu yaradılmış və Şahid2 əvvəllər tanıdığı Təqsirləndirilən şəxs yaşadığı mənzilə Şahid1 iştirakı ilə yaxınlaşaraq onu mənzildə saxlamış, şikayətin Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olduğu ilə bağlı olduğunu bildirmiş və anten dairələrlə müəyyən olunmuşdur ki, şəxsi-axtarış götürmə ümümiyyətlə göstərilən protokolda qeyd olunan vaxt intervalında deyil, qeyri müəyyən vaxt keçirilmişdir. Bu da təqsirləndirilən şəxsin üzərində psixotrop maddənin olması faktına əsaslı şübhə yaradır. Halbuki, bir saat yarımdan sonra qeyri-müəyyən vaxtda şəxsi-axtarış istintaq hərəkətinin keçirilməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlığa zəmin yaratmışdır. Belə ki, həmin müddət ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuş, Təqsirləndirilən şəxs tutulduqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı isə hər hansı sübut iş materiallarında mövcud deyildir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “14” iyun 2024-cü il tarixli qərarına əsasən nəzərə almaq lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. Əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Belə ki, CPM-in 148.2-ci maddəsi ilə yanaşı, 86.8-ci maddəsi də təhqiqat orqanının əməkdaşına “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törədən şəxsləri və şübhəli şəxsləri” tutmaq səlahiyyəti verir (maddə 86.8.2), CPM-in 86.8.3-cü maddəsi isə təhqiqat orqanının əməkdaşının məhz tutduğu yerdə tutulan şəxsin üstünü yoxlamaq səlahiyyətini nəzərdə tutur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 11 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1980 saylı rəyinə və maddi sübut kimi tanımaq haqqında 15 aprel 2024-cü il tarixli qərara münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi və qərar ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şahid ifadələrinin sübuti əhəmiyyətini itirdiyi, şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyi halda, göstərilən bu hallar sadəcə müvafiq ekspert rəyi ilə aradan qaldırılaraq şəxsin təqsirli olması qənaətinə gəlməyə əsas verə bilməz. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Məhkəmə-narkoloji ekspertizasının 02 iyul 2024-cü il tarixli, 4527 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və narkoman xəstəsi olmasına görə deyil, onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranır ki, bu da təqsirləndirilən şəxsin AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Məhkəmə prosesual qənaət prinsipini rəhbər tutaraq, təqsirləndirilən şəxsin hüquqlarının əsassız şəkildə pozulmasına, süründürməçiliyə və araşdırmanın yersiz uzadılmasına yol vermədən, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını və bununla da onun hüquqlarının bərpa edilməsini məqsədəuyğun hesab edir. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X13 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPMin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, iş üzrə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra həmin metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməli, maddi sübut kimi saxlanılan metamfetaminin qalıq miqdarı araşdırma sonra çatanadək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilməli, 01 ədəd disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “27 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 0,234 qram çəkidə olan psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 0,184 qram psixotrop maddə metamfetamin araşdırma sona çatanadək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “27 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci ilədək sərf etdiyi hər iş saatına görə 06 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 50 iş saatına görə 300 manat və xx.xx.2025-ci il tarixdən sonra sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 110 manat, cəmi 410 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “27 saylı” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar