Məhkəmə qərarları › İş №1(004)-470/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-470/2025

23.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-470/2025 23.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 14:40 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1985-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Ağçiçəyim” şadlıq evinin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 20 manat müqabilində xeyli miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,364 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, həmin tarixdə, yəni xx.xx.2025-ci il tarixdə saat 12:10-da Yasamal rayon Polis idarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanda küçədə saxlanılaraq üzərinə baxış keçirilən zaman əynindəki açıq mavi rəngli cins gödəkçəsinin sol yan cibindən həmin bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,364 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında tanışı Anarla birlikdə görüşüb Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Ağçiçəyim” şadlıq evinin yaxınlığında olan zaman adını və digər anket məlumatlarını bilmədiyi tanımadığı şəxsdən 20 manat müqabilində bir ədəd şəffaf sellofan bükümdə el arasında “kakos” kimi tanınan narkotik vasitə heroin almışdır. Anar da həmin şəxsdən istifadə etməsi üçün bir büküm bilmədiyi maddə almışdır. O, aldığı həmin bükümü sonra istifadə etmək üçün əynində olan açıq mavi rəngli cins gödəkçəsinin sol yan cibinə qoymuşdur. Həmin gün, yəni xx.xx.2025ci il tarixdə saat 12:10 radələrində Bakı şəhəri, Yasamal rayonu, Xəyyam Mirzəzadə küçəsində küçədə tanışı Anarla birlikdə söhbət edən zaman mülki geyimdə özlərini təqdim etdikdən sonra bildiyi polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları onlara narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu deyərək üzərlərinə videoçəkiliş ilə baxış keçirəcəklərini bildirmişlər. Onlar da etirazları olmadığını bildirmişlər. Bundan sonra onun yanında birinci Anarın üzərinə baxış keçirmişlər. Baxış keçirilən zaman Anarın üzərindən bir ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni zərfə qoyaraq möhürləyib imza etmişlər. Bundan sonra polis əməkdaşları ona qadın olduğu üçün üzərinə baxış keçirə bilmədiklərini, üzərində qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet olubolmamasını, olduğu təqdirdə könüllü təqdim etməyini təklif etmişlər. O, da artıq polis əməkdaşlarına yalan danışmağın mənasız olduğunu bilərək əynində olan açıq mavi rəngli gödəkçəsinin sol yan cibində saxladığı, bir neçə saat əvvəl aldığı içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra əynində olan açıq mavi rəngli gödəkçəsinin həmin cibində olan özünə məxsus Redmi markalı mobil telefonunu da polis əməkdaşlarına təqdim etmişdir. İfadəsinin sonunda əməlindən peşman olması halını, tək ana olmaqla himayəsində bir yetkinlik yaşına çatmayaq qız övladının olmasını, 3-cü qrup əlil olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, hazırda faktiki olaraq ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Yasamal RPİ-nin X1 baş əməliyyat müvəkkili X4 ifadəsində göstərmişdir ki, DİO-da 2012-ci ildən, tutduğu vəzifədə, yəni Yasamal rayon Polis idarəsinin X1 əməliyyat müvəkkili vəzifəsində 2025-ci ildən, hazırda polis kapitanı rütbəsi ilə xidmət edir. xx.xx.2025-ci il tarixdə ünvan 4 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu ərazisində gündəlik evlərdə kirayə yaşayan X8 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə, yəni xx.xx.2025-ci il tarixdə saat 12:10 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2la birlikdə daxil olmuş məlumatı yoxlamaq üçün Yasamal rayonu, Xəyyam Mirzəzadə küçəsində 46 nömrəli evin qarşısında Anar Masiyevi görüb ona yaxınlaşmışlar. Həmin vaxt Anarm yanında bir nəfər xanım da olmuşdur. Həmin vaxt videoçəkiliş keçirməyə başlamışlar. Özlərini təqdim etdikdən sonra Anar Masiyevə narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra Anar Masiyev və yanında olan xanıma özlərini təqdim etmələrini bildirmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən sonra Anar Masiyevin yanında olan xanımın Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Bundan sonra Anar Masiyevin üzərinə baxış keçirilməsinə başlayarkən ona və yanında olan Təqsirləndirilən şəxs üzərlərində qanunla qadağan edilmiş hər hansı əşya, maddə, predmet və ya kütlə olduğu halda təqdim etmələri təklif edilmişdir. Bundan sonra Anar Masiyev əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmişdir. Sorğu zamanı Anar Masiyev həmin bükümün içərisində el arasında “kakos” kimi tanınan narkotik vasitə heroin olduğunu, tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Anar Masiyevin təqdim etdiyi narkotik vasitə və ona məxsus bir ədəd mobil telefon qablaşdırılaraq götürülmüşdür. Bundan sonra həmin yerdə küçədə Təqsirləndirilən şəxs qızma üzərində qanunla qadağan edilmiş hər hansı əşya, maddə, predmet və ya kütlə olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan açıq mavi rəngli cins gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü və həmin cibindən bir ədəd istifadəsində olan özünə məxsus “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı üzərindən aşkar edilmiş təqdim etdiyi şəffaf sellofan bükümdə narkotik vasitə heroin olduğunu, həmin bükümü tanımadığı şəxsdən 20 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsmn üzərindən aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə içərisi boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsmn üzərindən aşkar edilmiş mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Daha sonra hər iki şəxs, yəni X13 və Təqsirləndirilən şəxs Yasamal rayon Polis idarəsinə aparılaraq aidiyyəti üzrə idarənin təhqiqat şöbəsinə təhvil verilmişdir. Yasamal rayon Polis idarəsində baş təhqiqatçı Əli Məmmədov tərəfindən onun, NMB-nin əməliyyat müvəkkili Şahid2, saxlanılan Anar Masiyev və Təqsirləndirilən şəxs iştirakları ilə keçirilmiş baxış prosesinin köçürüldüyü diskə baxış keçirilmişdir. Bundan sonra baş təhqiqatçı Əli Məmmədov tərəfindən onun, NMB-nin əməliyyat müvəkkili Şahid2, dəvət olunmuş Müdafiəçi1 və polis nəfəri Zeynəb Əhmədovanın iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş başqa maddə, predmet və ya kütlə aşkar edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 da iş üzrə digər şahid X5 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ/V. 01). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 7 may 2025-ci il tarixində saat 12:10-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 28). “Əməliyyat-axtarış tədbiri keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsinə dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qızma üzərində qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya kütlə olduğu halda təqdim etməsi təklif edildikdən sonra, Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli cins gödəkçənin sol yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb özü təqdim etmişdir. (İ/V. 11-13). “Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsinə dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri tərəfindən xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanın qarşısında saxlanılan zaman üzərində qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya kütlə olduğu halda təqdim etməsi təklif edildikdən sonra, Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli cins gödəkçənin sol yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb özü təqdim etmişdir. (İ/V. 16-18). “Şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı maddə, predmet və ya əşya aşkar edilməmişdir. (İ/V. 39-41). Məhkəmə iclasında xx.xx.2025-ci il tarixdə Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməsi prosesinin köçürüldüyü bir ədəd DVD disk və həmin tarixdə Yasamal RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diskə baxış keçirilmiş, birinci diskdə Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Hüseyn Məcidzadə və həmin bölmənin əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya, maddə olduğu halda təqdim etməsi təklif edildikdən sonra o, əynindəki açıq mavi rəngli cins gödəkçəsinin sol yan cibindən bir ədəd kiçik ölçüdə şəffaf sellofan bükümü çıxarıb təqdim edir. Həmin sellofan büküm açıldıqda içərisindən narkotik vasitə heroin aşkar edilir. Təqsirləndirilən şəxs həmin bükümü Yasamal rayonunda “Ağçiçəyim” şadlıq evinin yaxınlığında olan zaman tanımadığı şəxsdən 20 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığım bildirir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş həmin narkotik vasitə baş əməliyyat müvəkkili Hüseyn Məcidzadə tərəfindən zərfə qoyulur, zərf möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Videogörüntülərdə həmin vaxt Təqsirləndirilən şəxsnm yanında olmuş X8 da üzərinə baxış keçirilərkən bir ədəd bükümdə narkotik vasitə aşkar edilməsi müşahidə olunur. İkinci diskdə isə xx.xx.2025-ci il tarixdə Yasamal RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxsnm üzərinə şəxsi axtarış və götürmə keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diskə baxış keçirilən zaman diskdə olan gçrüntüdə Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı Əli Məmmədov tərəfindən Yasamal rayon Polis idarəsinin NMB-nin baş əməliyyat müvəkkili Hüseyn Məcidzadə, əməliyyat müvəkkili Şahid2, Müdafiəçi1 və PPX-nin əməkdaşı Zeynəb Əhmədovanın iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman yuxarıda qeyd olunan sonuncunun saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə narkotik vasitə heroindən başqa qanunla qadağan edilmiş əşya, maddə və predmet aşkar edilməmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməısinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür Təqsirləndirilən şəxs barəsində verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (İ/V. 77-78). “Əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindən aşkar edilərək götürülmüş mobil telefona tərəfimdən baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefonun ona məxsus olduğu, həmin mobil telefon “Redmi” markalı **********56409 imei kodlu olması müəyyən olundu. Telefonda ***- ***-**-** saylı mobil nömrə aşkar edildi. Mobil telefonun giriş ekran kodu Təqsirləndirilən şəxs iştirakı ilə açıldı. Baxış zamanı mobil telefonda iş üzrə Təqsirləndirilən şəxs “tiktok”, “instagram” və “telegram” sosial şəbəkələrindən istifadə etməsi aşkar olundu. Həmin sosial şəbəkə proqramlarına ayrı-ayrılıqda tərəfimdən baxış keçirilən zamanı: - Təqsirləndirilən şəxs “instagram” sosial şəbəkəsində “mehdiyevaafaq375” adı ilə qeydiyyatdan keçərək profil yaratması aşkar edildi. Təqsirləndirilən şəxs həmin profil səhifəsində örtük şəkli kimi öz fotoşəklini yerləşdirdiyi, səhifədə heç bir şəkil paylaşmaması, mesaj bölməsində müxtəlif şəxslərlə yazışmaları aşkar edilsə də, iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. - bundan başqa Təqsirləndirilən şəxs “tiktok” sosial şəbəkəsində “@afa,115” adı ilə qeydiyyatdan keçərək profil yaratması aşkar edildi. Təqsirləndirilən şəxs həmin profil səhifəsində örtük şəklinin olmaması, səhifədə heç bir videoroliklər, statuslar və şəkillər paylaşmaması, mesaj bölməsində isə müxtəlif şəxslərlə yazışmaları aşkar edilsə də, iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. - bundan başqa teleqram sosial şəbəkəsində “Təqsirləndirilən şəxs” adı ilə qeydiyyatdan keçmiş profil yaratması aşkar edildi. Təqsirləndirilən şəxs həmin profil səhifəsində örtük şəkli və səhnədə heç bir videoroliklər, statuslar və şəkillər paylaşmaması, mesaj bölməsində şəxslərlə yazışmaları aşkar edilsə də, iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. - bundan başqa telefonun qalereya bölməsi, mesajlar və “WhatsApp” ani mesajlaşma proqramlna baxıldı. Həmin proqramlarda və digər bölmələrdə iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat, video, şəkil, mesaj, zəng aşkar edilmədi. İstintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi və götürülmüş istifadəsində olan “Redmi” markalı mobil telefona keçirilmiş baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat, zəng, mesaj, fotoşəkil və ya videogörüntü aşkar edilmədiyindən mobil telefon Təqsirləndirilən şəxs geri qaytarılmışdır. (İ/V. 92-94). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 6/1729 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 42 №-li dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 0,364 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatında tədqiq olunmuş heroinin təmiz çəkisi 0,364 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, qalıq 0,314 qram təşkil edir. (İ/V. 48-52) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3009 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN, Kannabinoidlərin və Psixostimulyatorlarm birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Göyçay rayon Mərkəzi Xəstəxanasında F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. (İ/V. 133-134) Azərbaycan Respublikası DlN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)- 147/2024 nömrəli hökmünün surətindən görünür ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-147/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətində “azadlığın məhdudlaşdırılması” cəzasına məhkum edilmişdir. (İ/V. 96-97, 104-112) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 daxil olmuş xx.xx.2025-ci il tarixli 3-28-29/2-4923/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. (İ/V. 95) 15 iyul 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan 0,364 qram heroin, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxsnm üzərindən narkotik vasitə aşkar edilməsi prosesinin köçürüldüyü bir ədəd DVD disk, həmin tarixdə Yasamal RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxsnm üzərinə şəxsi axtarış və götürmə keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD disk və təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi prosesinin köçürüldüyü bir ədəd DVD disk maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,314 qram heroin saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, üç ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş və bir ədəd “Redmi” markalı mobil telefonun isə sübut əhəmiyyəti daşımadığı üçün sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmışdır. (İ/V. 139-147). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirli bilinərək, AR CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş xx.xx.1985-ci il təvəllüdlü Göyçay rayonunda anadan olmuş Göyçay şəhəri Şəhriyar küçəsi ev 7-də qeydiyyatda olan və Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov ev 35 mənzil 61-də yaşayan X6 barəsində Yasamal Rayon Məhkəməsinin 1(004)- 147/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü, hökmün icrası barədə xx.xx.2024-cü il tarixli göstərişi xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmişdir. Məhkəmə hökmünə əsasən məhkum X3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəza müddəti başa çatdığı üçün xx.xx.2025-ci il tarixdə Bakı şəhər probasiya idarəsinin qeydiyyatından çıxarılmışdır. İş materiallarına əlavə olunmuş “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə olunmuş çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Fatimə adlı bir yetkinlik yaşına çatmayan övladı vardır. İş materiallarına əlavə olunmuş “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə olunmuş çıxarışdan və ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlildir və buna görə pensiya alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disk və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini məhkəmədə etiraf etməsi halını, əməlindən peşman olduğunu bildirməsini, himayəsində bir yetkinlik yaşına çatmayan qızının olmasını, eləcə də 3-cü qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi və xx.xx.2025-ci il tarixdə cəza müddəti bitdiyi üçün icra qurumu tərəfindən qeydiyyatdan çıxarılması halı onun məhkumluğu olan şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, əlilliyinin olması səbəbindən Təqsirləndirilən şəxs daha ciddi cəzanın tətbiq edilməsi onun səhhətinə mənfi təsir göstərə bilər, digər tərəfdən tək ana olaraq valideyin kimi himayəsində olan uşağının təlim tərbiyyəsində və güzaranına mənfi təsir göstərə bilərə bilər.Ona görə də Təqsirləndirilən şəxs barəsində onun cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzanın tətbiqi daha məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,314 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-470/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 4 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,314 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd CD markalı disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar