Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-471/2024 10.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Ağdam rayonunda doğulmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Ağdam rayonu, Sarıcalı ərazi dairəsi, Qarazeynallı kəndində pasport qeydiyyatında olan və ünvan 1 ünvanında yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini yəni avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Belə ki, o, ünvan 2 ünvanda yerləşən parklanma yerində parklanma nəzarətçisi işləyərkən ona saxlamaq üçün Şahid1 verdiyi Zərərçəkmiş şəxs məxsus “Hyundai Santafe” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibinin icazəsi olmadan 03 may 2024-cü il tarixdə saat 20 radələrində talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmış, bundan sonra 04 may 2024-cü il tarixdə saat 02:00 radələrində sərxoş vəziyyətdə idarə edərək Abşeron rayonu, Masazır qəsəbəsi, Atatürk küçəsində hərəkətini dayandıran zaman özünü şübhəli apardığına görə Abşeron RPİ-nin DYPŞ-nin Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılaraq avtomobil cərimə meydançasına yerləşdirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən parklanma yerində nəzarətçi işləyir. 03 may 2024-cü il tarixdə səhər saatlarında bir nəfər əsgər əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs məxsus olan "Hyundai" markalı avtomobili parklanmanın ortasında saxlayıb avtomobilin açarını ona verib xahiş etmişdir ki, avtomobili səliqəli vəziyyətdə park etsin. O da həmin şəxsdən açarı götürüb özündə saxlamışdır ki, yer olan kimi həmin şəxsin avtomobilini səliqəli vəziyyətdə park edər. Həmin gün saat 17 radələrində o, işdən çıxıb marşrut avtobusu ilə yaşadığı evə getmişdir. O, evdə yemək yeyib spirtli içki içən zaman yadına düşmüşdür ki, Zərərçəkmiş şəxs avtomobilini səliqəli vəziyyətdə park etməmişdir. Həmin gün saat 19:30 radələrində o, yaşadığı evdən çıxıb iş yerinə qayıtmışdır. O, Zərərçəkmiş şəxs məxsus olan avtomobili arxaya vermək istəyəndə avtomobilin sol yan güzgüsünü və qabaq buferin sağ tərəfini orada olan ağaca vurmuşdur. Nəticədə yan güzgü sınmış, qabaq buferin sağ tərfi isə sürtülmüşdür. Bundan sonra o, qardaşı X1 zəng vurub Raminin avtomobilini vurduğunu demişdir. Ruslan isə ona demişdir ki, avtomobilin yan güzgüsünün qiyməti 135 manatdır. Həmin vaxt Ruslan ona təklif etmişdir ki, əgər avtomobili sürə biləcəksə sürsün gəlsin Masazır qəsəbəsinə düzəltdirək sabah aparıb sahibinə verər. O da bu səbəbdən Zərərçəkmiş şəxs məxsus avtomobili sürüb yaşadığı evə gəlmişdir. O, avtomobili yaşadığı evin qarşısında saxlayıb qardaşına zəng vurmaq istəyəndə PPXB-nün əməkdaşları ona yaxınlaşıb ondan sənəd soruşmuşdurlar. Həmin vaxt polis əməkdaşları onun içkili olduğunu bilib DYPX-nin əməkdaşlarını çağırmışdırlar. Bu zaman DYPX-nin əməkdaşları həmin yerə gələrək avtomobili və onu cərimə meydançasına aparmışdırlar. Həmin vaxt polis əməkdaşları onun sərxoş olması barədə müayinə etmişdirlər. Ertəsi günü Zərərçəkmiş şəxs cərimə meydançasına gələrək avtomobilini sürüb getmişdir. Onun məqsədi Zərərçəkmiş şəxs məxsus olan avtomobili qaçırmaq olmayıb, o, avtomobili yaşadığı evə aparmışdır ki, avtomobili düzəltdirsin və Ramin onun avtomobilini vurduğunu bilməsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, "Hyundai-Santafe" markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 03 mart 2024-cü il tarixdə saat 07:43 radələrində o, özünə məxsus olan avtomobil ilə iş yerinə gəlmiş və işçisi Şahid1 xahiş etmişdir ki, ona məxsus olan avtomobili iş yerinin yaxınlığında yəni, Yasamal rayonu, Tbilisi prospekti 3 saylı ünvanda yerləşən parklanma yerinə aparıb park etsin. Bir neçə dəqiqə keçəndən sonra Murad ona zəng vuraraq parklanma yerində boş yerin olmadığını bildirmişdir. O, Murada “Anarı mən tanıyıram avtomobilin açarını Anara ver.” demişdir. Murad da onun sözündən sonra avtomobili saxlayıb açarını da Anara verib işə qayıtmışdır. 04 may 2024-cü il tarixdə saat 11 radələrində o, işdən çıxıb avtomobil olan parklanma yerinə gəlmiş və görmüşdür ki, həmin yerdə ona məxsus avtomobil və nəzarətçi işləyən Anar yoxdur. Həmin vaxt o, Anarın mobil nömrəsinə zəng vurmuş, lakin Anarın mobil telefonu sönülü olmuşdur. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Son olaraq o, Təqsirləndirilən şəxs tərəfindən həmin hadisə ilə bağlı ona dəymiş ziyanın tam ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 88-90-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, 03 mart 2024-cü il tarixdə saat 07:43 radələrində o, işdə olan zaman komandiri Zərərçəkmiş şəxs özünə məxsus olan "Hyundai-Santafe" markalı ** UT *** dövlət qeydiyyat nişanlı avtomobillə iş yerinə gəlmiş və açarı ona verərək ondan həmin şəxsə məxsus olan avtomobili iş yerinin yaxınlığında yerləşən yəni, Yasamal rayonu, Tbilisi prospekti 3 saylı ünvanda yerləşən parklanma yerinə aparıb park eləməsini xahiş etmişdir. O da həmin şəxsə etiraz etməyib həmin avtomobili sürüb parklanma yerinə aparmışdır. O, həmin yerə çatdıqda görmüşdür ki, parklanma yerində avtomobil saxlamağa yer yoxdur. O, həmin parklanma yerində nəzarətçi işləyən Anardan parklanma üçün yer olub-olmadığını soruşmuşdur. Anar cavab olaraq parklanma yerində yer olmadığını və əgər istəyirsə avtomobilin açarını verməsini və yer olan kimi avtomobili saxlaya biləcəyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs zəng vurub parklanma yerində yer olmadığını və orada olan avtomobillər çıxandan sonra parklanmada nəzarətçi işləyən Anar adlı şəxsin avtomobili yerləşdirəcəyini bildirmişdir. Ramin cavab olaraq ona heçbir problemin olmadığını, Anar adlı şəxsi tanıdığını və avtomobilin açarını Anara verə biləcəyini demişdir. O da Zərərçəkmiş şəxs sözündən sonra avtomobili saxlayıb açarını da Anara verib işə getmişdir. Ertəsi günü yəni, 04 may 2024-cü il tarixdə saat 11 radələrində o, Zərərçəkmiş şəxsla birlikdə işdən çıxıb avtomobil olan parklanma yerinə gəlmişdir. Onlar həmin yerə çatanda həmin yerdə Raminə məxsus avtomobil və nəzarətçi işləyən Anarın olmadığını görmüşdürlər. Həmin vaxt Zərərçəkmiş şəxs Anarın mobil nömrəsinə zəng vurmuş, lakin həmin şəxsin nömrəsi sönülü olmuşdur. Bundan sonra Ramin müəllim DİNnin 102-xidmətinə zəng vuraraq məlumat vermiş, daha sonra isə Yasamal RPİ-nin 27-ci PB-nə gedərək rəsmi ərizə ilə müraciət etmişdir. Sonra o, Zərərçəkmiş şəxs ayrılıb yaşadığı evə getmişdir. Bir neçə saatdan sonra o, Zərərçəkmiş şəxs zəng vurub avtomobilinin harada olmasını soruşanda o, bildirmişdir ki, ona məxsus avtomobili parklanma yerində nəzarətçi işləyən Anar adlı şəxs ondan xəbərsiz sürüb aparmışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 113-115-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol X7 Patrul Xidmətinin inspektoru kimi fəaliyyət göstərir. 04 may 2024-cü il tarixdə inzibati ərazidə xidmətdə olarkən bir ədəd “Hyundai Santafe” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanadının sürtülmüş və sol güzgünün sınıq olduğunu görmüş və sürücüsünü şübhəli bilib həmin şəxsə yaxınlaşmışdır. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqəsini göstərməklə özünü təqdim etmiş və avtomobilin sənədlərini yoxlamışdır. Avtomobilin sənədlərini yoxlayan zaman şəxsin etibarnamə olmadan avtomobili idarə etdiyini görmüşdür. Zahiri əlamətlərindən şəxsin alkoqol sərxoşluq vəziyətində olmasından şübhələnmişdir. Bundan sonra həmin şəxsə alkoqol içkilər qəbul edib etmədiyini soruşmuşdur. Həmin şəxs alkoqol içkilər qəbul etmədiyini bildirmişdir. Bundan sonra həmin vəziyyəti dəqiqləşdirmək üçün xidmətin fəaliyyətini təşkil etmək məqsədilə verilmiş alkoqol sərxoşluğun müəyyən edilməsində istifadə olunan alkotesteri şəxsə təqdim etmiş və həmin şəxs alkotesterə nəfəsini vermişdir. Nəticələrə uyğun olaraq həmin şəxsin alkoqol sərxoşluğunun olduğu müəyyən edilmişdir. Bundan sonra o, həmin şəxsin idarə etdiyi **- UT-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi məqsədilə 15 saylı cərimə meydançasına aparmışdır. O, avtomobili cərimə meydançasında yerləşdirdikdən sonra avtomobilin açarını özündə saxlamışdır. Bundan sonra ona məlum olmuşdur ki, sərxoş vəziyyətdə avtomobili idarə edən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin sahibinin icazə olmadan avtomobili qaçırmışdır. Daha sonra avtomobilin sahibi Zərərçəkmiş şəxs yaxınlaşaraq avtomobilin açarını təhvil almış və avtomobili duracaqdan aparmışdır. İş üzrə şahid qismində göstərilmiş X3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 116-117-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Həmin şəxs təxminən 2 ilə yaxındır ki, ailəsini dolandırmaq məqsədilə fərdi əməklə məşğul olur. Sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ünvanında parklanma nəzarətçisi kimi fəaliyyət göstərmişdir. 03 may 2024-cü il tarixdə saat 21:00 radələrində qardaşı Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək Ramin adlı şəxsin avtomobilini park edən zaman vurduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs avtomobilin hansı dərəcədə əzildiyini soruşduqda Anar ona avtomobilin “Hyundai Santafe” olmasını və həmin avtomobilin sol güzgüsünün sınması, sağ ön qanad tərəfinin isə ağaca sürtülmüş vəziyyətdə olmasını bildirmişdir. O, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin model avtomobillərin yan güzgüsünün qiyməti 135 manat olur. Bundan sonra Anara təklif etmişdir ki, əgər avtomobili sürə biləcəksə sürüb Masazır qəsəbəsinə gəlsin. Orada avtomobili birlikdə düzəltdirsinlər və səhəri gün aparsın sahibinə qaytarsın. Bundan sonra Anar avtomobili sürərək gəldiyini bildirmiş lakin onu götürməyə az qalmış polis əməkdaşları qardaşı Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğundan avtomobili cərimə meydançasına aparmışdırlar. Bundan sonra o, gedib Anarı cərimə meydançasından götürüb yaşadığı ünvana gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: “Baxış keçirilməsi haqqında” 04 may 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanıdır. (i.v. 8-11) “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” 04 may 2024cü il tarixli aktdan görünür ki, “Hyundai” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs tərəfindən idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyindən mühafizə olunan duracağa yerləşdirilmişdir. (i.v. 19) “İfadəni yerində yoxlanılması haqqında” 04 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zaman Zərərçəkmiş şəxs məxsus **-UT- *** dövlət qeydiyyat nişanlı avtomobili qaçırdığı və sonradan saxladığı yeri əyani olaraq göstərmiş və istintaqa verdiyi ifadəsini hadisə yerində təsdiq etmişdir. (i.v. 27) “Şübhəli şəxsin tutulması haqqında” 04 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30-da tutulmuşdur. (i.v. 37) Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X8” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs məxsusdur. (i.v. 47) 06 may 2024-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı da deyərək bir daha təsdiq etmişdir. (i.v. 73- 74) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 06 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 76-78) “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 06 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 79-80) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qazax Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. (i.v. 84-85) “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 103-104) “Sübutların qiymətləndirilməsi haqqında” 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs оğlunun talama məqsədi olmadan qaçırdığı Zərərçəkmiş şəxs məxsus idarə etdiyi ağ rəngli “Hyundai Santafe” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmışdır. (i.v.118-123) Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilir, əməlindən peşmandır, zərərçəmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəyərək onunla barışmışdır. Bu səbəbdən, sözü gedən işə xitam verilməsini xahiş etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, ona qaşı şikayət, tələbi yoxdur və onlar artıq barışmışlar. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 185.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73- 1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməli və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut bir ədəd “X8” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 185.1-ci maddəsi ilə cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “X8” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-471/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-471/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver