Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-471/2025 16.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun, Məhkəmə iclasının katibi: Eyvazzadə Maya Adil qızının katibliyi Xüsusi ittiham qaydasında şikayət verən şəxs: X3 iştirakı ilə, 02 iyul 1967-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddəsində nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X6 onun barəsində müxtlif yerlərdə və sosial şəbəkələrdə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətimi ləkələyən və onu cəmiyyət içində nüfuzdan salan məlumatları yayır. Məmmədov Müşviq xüsusi ilə onu ağır cinayətdə ittiham edərək ona böhtan atır. Belə ki, X6 onun atasıdır. X13 ilə anası X11 arasında nikaha xitam verilməsi və əmlak bölgüsünə dair mübahisə məhkəmədən qabaq mediyasiya mərhələsindədir. Mediyasiyaya müraciət onun anası tərəfindən olunmuşdur. Məmmədov Müşviq uzun illərdir onun anasını və onu daima pisxoloji təziq altında saxlamış, onun və anasının normal həyat sürməsinə hər cürə maneələr törətmişdir. Anası boşanmağa məcbur edən son hadisə isə qardaşı X8 intahar etməsidir. Bu hadisədən sonra anası Məmmədov Müşviq ilə aralarında olan nikaha xitam verilməsi və əmlak bölgüsü üçün məhkəmədən qabaq mediyasiyaya müraciət etmişdir. Tərəflər arasındakı bu mübahisədə haqlı olaraq anasının tərəfini saxladığı üçün yalan olduğunu bilə bilə onun barəsində böhtan xarakterli məlumatlar paylaşmış, qardaşının ölümündə onu ittiham edərək, qardaşını onun öldürməsilə bağlı həm qohumlar arasında, həm də sosial şəbəkələrdə məlumatlar paylaşmışdır. Məmmədov Müşviqin bu kimi yollara əl atmasının digər bir səbəbi də tam mülkiyyət hüququ ilə ona məxsus olan Nardaran kəndində yerləşən bağ sahəsini ələ keçirtmək olmuşdur. Məmmədov Müşviqin onun barəsində yaydığı yalan məlumatlar onun şərəf və ləyaqətini alçaltmış, onu cəmiyyət içində, qohumlar və dostlar içində nüfuzdan salmışdır. Qeyd olunan hərəkətləri etməklə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında Xüsusi ittiham qaydasında şikayət verən şəxs X5 ifadəsində bildirmişdir ki, onunla X6 arasında barışıq əldə olunmuşdur. Şikayətindən imtina etdiyinə görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: X7 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o X6 ilə barışmışdır və xüsusi ittiham qaydasında şikayətdən imtina edir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə), həmçinin CPM-nin 39.1.9. zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və Xüsusi ittiham qaydasında şikayət verən şəxs cinayət təqibindən imtina etdikdə, 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 311.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəmə baxışına yalnız aşağıdakı müstəsna hallarda yol verilir: 311.2.1. Azərbaycan Respublikasının hüdudlarından kənarda olan təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdıqda; 311.2.2. cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmamaq şərtilə böyük ictimai təhlükə törətməyən cinayətdə təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihama məhkəmədə onun iştirakı olmadan baxılması barədə vəsatət qaldırdıqda. 311.3-cü maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan keçirildikdə onun müdafiəçisinin məhkəmə iclasında iştirakı məcburidir. Beləliklə, Xüsusi ittiham qaydasında şikayət verən şəxs şikayətindən imtina etdiyindən, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslə barışdığından, işin icraatına xitam verilməsini xahiş etdiyindən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılı olduğundan, bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməli olduğundan, cinayət təqibi Xüsusi ittiham qaydasında şikayət verən şəxsnın cinayət təqibindən imtina edənədək həyata keçirilməli olduğundan cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – X2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X4 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 110 (bir yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 24 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam verilsin. X4 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 110 (bir yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 24 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-471/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-471/2025
16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver