Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-472/2023 21.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri S.S.Axundov küçəsi ev 30-da qeydiyyatda olan və Bakı şəhəri Yasamal rayonu, 2-ci Alatava, ev 24B-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı və onun komplekt hissəsini əldə edərək gəzdirmiş, saxlamış və daşımışdır. Belə ki, 2013-cü ildə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd odlu silah hesab edilən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş nömrəsi silinmiş 5,45 mm kalibrli atəş üçün yararlı və texniki cəhətdən saz vəziyyətdə olan “Kalaşnikov” konstruksiyalı AKS-74U modelli avtomat silahı, 01 ədəd “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi sayılan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş darağı və həmin darağın içərisində 03 ədədi 1980-ci ildə, 05 ədədi 1981-ci ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal edilmiş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən cəmi 08 ədəd patronu əldə edərək üzərində gəzdirib daşımaqla ünvan 1 ünvanında saxlamış, 06 iyun 2023-cü il tarixdə qeyd edilən 01 ədəd odlu silahı, onun komplekt hissəsi sayılan 01 ədəd darağı və döyüş sursatı hesab edilən cəmi 08 ədəd patronu həmin yerdən götürüb başqa yerdə gizlədib saxlamaq məqsədilə özü ilə gəzdirən zaman 06 iyun 2023-cü il tarixdə saat 14:30-da Bakı Şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Bakı Şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan idman çantasının içərisindən 01 ədəd odlu bilalı hesab edilən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş nömrəsi silinmiş 5,45 mm kalibrli atəş üçün yararlı və texniki cəhətdən saz vəziyyətdə olan “Kalaşnikov” konstruksiyalı AKS-74U modelli avtomat silah, 01 ədəd “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi sayılan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş daraq və həmin darağın içərisində 03 ədədi 1980-ci ildə, 05 ədədi 1981-ci ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal edilmiş 5,45x 39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən cəmi 08 ədəd patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 10 il bundan əvvəl Ağdam rayonu, Quzanlı kəndində tanımadığı şəxsdən 500 manat pul müqabilində “Kalaşnikov” avtomatı kimi tanıdığı bir ədəd Kalaşnikov silahı, onun darağını və 8 ədəd patronunu almış, məqsədi ov üçün istifadə etmək olmuşdur. Bu müddət ərzində bir neçə dəfə könüllü olaraq silahı təqdim etmək istəmişdir, lakin qorxduğu üçün gizlədib yaşadığı ünvanda saxlamışdır. xx.xx.2023cü il tarixdə saat 14:30 radələrində həmin silahı qara rəngli üzərində “Nike” yazılı idman çantasına qoyaraq içərisində 8 ədəd patron olan sandıqca ilə birlikdə yerini dəyişmək istəyən zaman ünvan 4 ünvanın qarşısında mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi taqdim etmiş və onun qanunsuz olaraq odlu silah saxlanılmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu bildirib Yasamal RPİ-nin 29-cu polis şöbəsinə dəvət etmişlər. O, heç bir etiraz etməyərək kəmin şəxslərlə birlikdə Yasamal RPİnin 29-cu PŞ-nə getmişdir. Polis şöbəsində ona üzərində videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi elan olunmuşdur. Bundan sonra həmin polis əməkdaşlarının, müdafiəçinin və təhqiqatçının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, qara rəngli üzərində “Nike” yazılı idman çantasının içərisində "Kalaşnikov" avtomatı olduğunu bildirmişdir. Bundan sonra həmin idman çantası açılmış və çantanın içərisində olan özünə məxsus olan 01 pdəd "Kalaşnikov" markalı avtomatı, həmin avtomatın darağını və 8 ədəd həmin avtomat üçün nəzərdə tutulmuş patronu təqdim etmişdir. Təqdim etdiyi avtomatdan, onun darağından və 8 ədəd patrondan başqa üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. İfadəsinin sonunda özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı Şəhər Yasamal RPİ-nin 29-cu bölməsinin əməkdaşı Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi və saxlaması barədə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 06 iyun 2023-cü il tarixdə o və həmin bölmənin əməliyyat müvəkkili polis kapitanı Şahid1, baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və əməliyyat mükəvvili, polis mayoru Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 06 iyun 2023-cü il tarixdə saat 14:30 radələrində ünvan 5 ünvanın qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu dindirmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə əlində gəzdirdiyi qara rəngli idman çantası ilə PŞ-ə dəvət etmişlər. Həmin şəxs etiraz etməyib birlikdə Polis Şöbəsinə gəlmiş və Polis Şöbəsində həmin şəxsin xx.xx.1986-cı ildə Ağdam şəhərində anadan olmuş, Ağdam şəhəri, S.S.Axundov küçəsi ev 30-da qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu 2-ci Alatava ev 24B-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Polis Şöbəsində xidməti otaqların birində video çəkiliş vasitəsi və dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Onların təkliflərindən sonra Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli üzərində Nike» sözləri yazılmış idman çantasının içərisindən 01 ədəd avtomat silahına bənzər predmeti və içərisində 08 ədəd patron olan darağı çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi pridmetin «Kalaşnikov» kimi tanıdığı avtomat sildahı olduğunu, 10 il əvvəl Ağdam rayonu Quzanlı kəndində tanımadığı şəxsdən 500 manata aldığını, məqsədi həmin silahdan ov silahı kimi istifadə etmək olduğunu, bu müddət ərzində iki üç dəfə könüllü olaraq təqdim etmək istədiyini, lakin qorxduğunu, özü ilə yaşadığı ünvanda saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd odlu silaha bənzər predmet və içərisində 8 ədəd patron olan daraq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» möhür ilə möhürlənərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Yasamal kpi-nin 29-cu PŞ-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 06 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdən saat 14:30dan tutularaq 29-cu PB-nə gətirilmişdir.(İ/V 21). «Şəxsi axtarış və götürmə aparılması haqqında» 01 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində qara rəngli üzərində “NİKE” sözü yaxılmış idman çantasının içərisində odlu silah avtomata bənzər predmet və içərisində 8 ədəd patron olan bir ədəd sandıqça aşkar olunaraq götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır.(İ/V 31-32) Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 07 iyun 23-cü il tarixli 23/426R №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə SSRİ dövlətində istehsal olunmuş AKS-74U modelli Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır.
1. Tədqiqata təqdim edilmiş zavod üsulu ilə istehsal olunmuş onlardan 30 ədəd 45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir - darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır.
2. Tədqiqata təqdim edilmiş 08 ədəd patronlar zavod üsulu ilə, 03 ədədi 1980-ci ildə, 05 ədədi 1981-ci ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlardır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. (İ/V 88-90). “Təqsirləndilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham irəli sürülmüşdür. (İ/V 53-54). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(004)-422/2023 saylı qərarından görünür ki, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixindən olmaqla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(İ/V 73-74). Cinayət işinin istintaq materiallarına əlavə olunmuş elektron məlumatların əks olunduğu 1 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı Şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında təhqiqatçı, polis polkovnik-leytenantı X1 xidməti tağında şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi X3, Bakı Şəhər Yasamal RPİ-nin 29-cu PB-nin rəis müavini, Şahid4, baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis mayoru Şahid3 iştirakları Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli üzərində «Nike» sözləri yazılmış idman çantasının içərisindən 01 ədəd avtomat silahını və içərisində 08 ədəd patron olan darağı çıxarıb təqdim təqdim edir. Soğru zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi predmetin «Kalaşnikov» kimi tanıdığı avtomat sildahı olduğunu, 10 il əvvəl Ağdam rayonu Quzanlı kəndində mımadığı şəxsdən 500 manata aldığını, məqsədə həmin silahdan ov silahı kimi istifadə etmək olduğunu, bu müddət ərzində iki üç dəfə könüllü olaraq təqdim etmək istədiyini, lakin qorxduğunu, özü ilə yaşadığı ünvanda saxladığını, 06 iyun 2023-cü il ırixdə saat 16:30 radələrində saxlama yerini dəyişmək məqsədi ilə gəzdirən zaman olis əməkdaşlarının onu Bakı şəhəri, Yasamal rayonu «Əlillər Cərgəsi» adlanan yerlə üzbəüz Yasamal rayonu M.Ş.Həşimov küçəsində saxlanıldığını bildirir. İsmayılov iəhruz Sabir oğlunun təqdim etdiyi 01 ədəd odlu silaha bənzər predmet və içərisində 08 ədəd patron olan daraq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» möhür ilə möhürlənərək götürülmüşdür. (İ/V 76). Məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmə aparılmasına dair video görüntüyə baxış keçirildi və yuxarıda qeyd edilən protokolda əks olunanlar öz təsdiqini tapdı. “Sübutların qiymətləndirilməsinə dair” 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd odlu silah hesab edilən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş nömrəsi silinmiş 5,45 mm kalibrli atəş üçün yararlı və texniki cəhətdən saz vəziyyətdə olan "Kalaşnikov" konstruksiyalı AKS-74U modelli avtomat silahı 01 ədəd Kalaşnikov" konstruksiyalı avtomatların komplekt hissəsi sayılan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş içərisində 8 ədəd patron olan darağ sübut kimi tanınmış, 01 ədəd AKS-74U modelli avtomat silahı, 01 ədəd daraq və qalıq qalmış 05 ədəd patron məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işi üzrə şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur.(İ/V 110-118). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V 79). Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspertiza rəyi, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə edib saxlaması, daşıması və gəzdirməsi cinayətini törətməsi kifayət qədər sübuta yetirildi. Onun əməli ibtidai sitintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edildiyindən o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 06 iyun 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhər Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş 01 ədəd odlu silah hesab edilən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş ömrəsi silinmiş 5,45 mm kalibrli atəş üçün yararlı və texniki cəhətdən saz vəziyyətdə ian "Kalaşnikov" konstruksiyalı AKS-74U modelli avtomat silahı 01 ədəd Kalaşnikov" konstruksiyalı avtomatların komplekt hissəsi sayılan zavod üsulu ilə stehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq və ekspertizadan sonra qalıq qalmış 05 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 1(004)-472/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Kredo» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 06 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsində saxlanılan 01 ədəd odlu silah hesab edilən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş nömrəsi silinmiş 5,45 mm kalibrli atəş üçün yararlı və texniki cəhətdən saz vəziyyətdə olan "Kalaşnikov" konstruksiyah AKS-74U modelli avtomat silahı 01 ədəd "Kalaşnikov" konstruksiyah avtomatların komplekt hissəsi sayılan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş darağ və 3 ədədinin eksperimental atəş zamanı istifadə olunduqdan sonra qalmış 05 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Kredo» Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Rəşad Cavadzadə