Məhkəmə qərarları › İş №1(004)-473/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-473/2025

25.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-473/2025 25.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Göyərçin Veysəlli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən 14 saylı binanın arxa tərəfində, tanışı Zərərçəkmiş şəxs sonuncunun ona verdiyi borcu qaytara bilməməsi ilə bağlı Zərərçəkmiş şəxs onunla kobud danışması səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əsəbiləşərək Zərərçəkmiş şəxs ağız nahiyəsinə əlinin içi ilə qəsdən vuraraq, ona alt dodağın qançır-şişkinliyi və qançır-şişkinlik fonunda selikli qişasının əzilmiş-cırılmış yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən YÜNGÜL zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs təxminən 4-5 ilə yaxındır ki tanımasını, onunla ortaq tanışlarının vasitəsi ilə tanış olmasını, maddi vəziyyətinin qənaətbəxş olmaması səbəbi ilə Rəşadla danışaraq ondan 1 həftə ərzində qaytarmaq şərti ilə 100 (yüz) manat borc pul istəməsini, lakin qaytara bilməməsini, bunu Rəşada izah etsə də Rəşadın onu anlamamasını, xx.xx.2025-ci il tarixində səhər saatlarında Rəşadla xəbərləşərək Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən 14 saylı binanın yanında görüşmələrini, söhbət edə-edə addımlamalarını, Rəşadın ona borcu geri qaytara bilməyəcəkdinsə niyə aldındeyə kinayəli sual verməsini, bu səbəbdən Rəşada kobud cavab verməsini, daha sonra Rəşadın onu təhqir etməsini, bu zaman aralarında sözlə mübahisə başlamasını, mübahisə zamanı Rəşadın nalayiq ifadə işlətməsi səbəbi ilə Rəşadın ağız nahiyyəsinə sağ əlinin içi ilə 1 dəfə zərbə vurmasını, daha sonra oradan çıxıb getməsini göstərmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və şikayətinin olmamasını nəzərə alaraq barasində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs təxminən 4-5 ilə yaxındır ki, tanımasını, onunla əvvəllər ortaq tanışlarının vasitəsi ilə tanış olmasını, son zamanlarda münasibətlərinin daha da yaxşı olması səbəbi ilə ara-sıra birbirləri ilə sərdləşmələrini, təxminən 10 (on) gün bundan öncə söhbət əsnasında Hüseynin ondan 100 (yüz) manat borc pul istəməsini, ona bu pulu 1 gün sonra verə biləcəyini bildirməsini, növbəti gün Hüseynlə görüşüb ona 100 (yüz) manat pul təqdim etməsini, Hüseynin ona həmin maddi vəsaiti 1 (bir) həftə ərzində və ya 1 (bir) həftənin sonunda geri qaytara biləcəyini bilriməsini, bu formada Hüseynlə şərtləşib razılaşmalarını, 1 (bir) həftə tamam olduqdan sonra Hüsyenlə telefon əlaqəsi saxlamasını, Hüseynin borcu qaytara bilməyəcəyini bildirərək ondan əlavə 1 (bir) gün vaxt istəməsini, 1 (bir) gün keçdikdən sonra Hüseynlə yenidən əlaqə saxlamasını, telefonlara cavab verməməsini eləcə də ona geri dönüş etməməsini, xx.xx.2025-ci il tarixində səhər saatlarında Hüseynin ona zəng edərək bir daha vaxt istəməsini, lakin onunla ancaq üzbə-üz danışsa vaxt verə biləcəyini Hüseynə söyləməsini, saat 14 radələrində Hüseynlə birlikdə görüşərək, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən 14 saylı binanın arxası ilə söhbət edə-edə addımlaşalarını, ətrafda heç kəsin olmamasını, Hüseynə irad bildirərək qaytara bilməyəcəkdinsə, nə üçün borc alırdın-deməsini, Hüseynin ona kobud ifadə işlətməsini, bu səbəbdən Hüseyni təhqir etməsini, aralarında sözlə mübahisənin başlanmasını, Hüseynin mübahisə zamanı əsəbiləşərək sağ əlinin içi ilə onun ağız nahiyəsindən 1 dəfə vurmasını, Hüseynin üstünə qışqırmasını, Hüseynin çıxıb getməsini, Hüseynin bu hərəkətini gördükdən sonra onun barəsində polisə müraciət etməsini göstərmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, ona görə də sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sadələşdirilmiş icraat materialının 17-19-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 xx.xx.2025-ci il tarixli 538 nömrəli rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət - alt dodağın qançır-şişkinliyi və qançır-şişkinlik fonunda selikli qişasının əzilmiş-cırılmış yarası küt aşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları) təsirindən əmələ gələ bilməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, qeyd olunan xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki həmin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi xüsusatı inkar olunur. Sadələşdirilmiş icraat materialının 20-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 21-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 60-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, ona görə də sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirməsi cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən, zərərçəkmiş şəxsin ifadələri ilə, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidirr. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığı və onlara dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar