Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-474/2022 02.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 28 aprel 2022-ci il tarixdə günorta saatlarında, Bakı şəhəri Yasamal rayonu ərazisində istintaqa şəxsiyyəti məlum olmayan şəxsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan paket bükümündə təmiz çəkisi 4.041 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımış, 28 aprel 2022-ci il tarixdə saat 22:20 dəqiqədə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermədə şübhəli bilinən və narkotik vasitəni qəbul etmək üçün getdiyi tanışı Şahid1 yaşadığı ünvan 2 ünvanda saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmiş, PŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 01 ədəd sellofan paket bükümündə təmiz çəkisi 4.041 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, o, heç bir yerdə işləmir, əvvəllər polisdə işləmişdir, əvvəllər məhkum olunmamış, heroini yandırıb tüstüsünü çəkməklə qəbul edir. O, Aytən Əhmədovanı çoxdan, Şahid1 2021-ci ilin sentyabr ayından, Alış Əcdərovu isə 10-15 gündür ki, tanıyır. O, Alış və Elçinlə əvvəllərdə sonuncunun yaşadığı evində birlikdə narkotik vasitə qəbul etmişlər. xx.xx.2022-ci il tarixdə günorta saatlarında o, narkotik vasitə almaq üçün Bakı şəhəri Yasamal rayonu Şamaxinka adlanan ərazisinə getmiş, orada tanımadığı bir şəxslə rastlaşıb ona narkotik vasitə heroin lazım olmasını bildirmişdir. Həmin şəxs də ona bildirmişdir ki, narkotik vasitə heroin vardır, nə qədər lazımdır. O, həmin şəxsə demişdir ki, ona bir bükümdə, təxminən 3-4 qram narkotik vasitə heroin lazımdır. Həmin şəxsdə ona bildirmişdir ki, «3-4 qram çəkidə narkotik vasitəyə görə 15 manat ödəməlisən». O da həmin şəxsə 15 manat pul verməklə, ondan bir ədəd sellofan paket bükümündə narkotik vasitə heroin almış və həmin heroini əynində olan cins şalvarının sol yan cibinə qoyub saxlamaqla, daşımışdır. Daha sonra həmin gün axşam saatlarında Şahid1 yaşadığı ünvan 2 ünvandakı evinə getmişdir. Həmin tarixdə axşam saatlarında Alış Əcdərov da Elçinin evinə gəlmişdir. O və Alış Elçindən soruşmuşlar ki, «üzərində narkotik vasitə var», Elçin də onlara demişdir ki, «bəli var, bu gün almışam». O və Alış da Elçinə demişlər ki, «bizim üzərimizdə də narkotik vasitə vardır, imkan olar sənin evində bu narkotik vasitəni birlikdə qəbul edək, bunun üçün şəraitin varmı». Elçin də onlara demişdir ki, «narahatçılıq yoxdur, evimdə şərait yaradaram”. O, sonra Elçinə demişdir ki, «mənim Aytən adlı tanışım vardır, ona sənin ünvanını vermişəm, birazdan bura gələcək, onunla işim vardır, gələndə içəri buraxarsan». Elçin də ona razılıq verdikdən bir az sonra Aytən həmin ünvana gəlmiş, evə daxil olub qonaq otağında oturub söhbət etməyə başlamışlar. Elçin onu kənara çəkib ondan soruşmuşdur ki, «Aytən də bizimlə narkotik vasitə qəbul edəcək». O da Elçinə demişdir ki, «Aytən narkotik vasitə qəbul etmir, sadəcə mənimlə işi vardır, ona görə gəlmişdir». Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 22:20 dəqiqədə o, Elçinin yaşadığı Yasamal rayonu 1-ci Alatava küçəsi 69 saylı ünvandakı evində olduğu vaxt, qapı döyülmüş, Elçinin qapını açdıqdan sonra çölə çıxmış, bir az sonra Elçin polis əməkdaşları ilə evə daxil olub həmin evə baxış keçirməyə başlamışlar. Baxış zamanı polis əməkdaşları tərəfindən evin mətbəx hissəsində olan masanın üzərində Elçinin öncədən aldığı bir ədəd folqa materialdan olan borucuq, bir ədəd kağız materialdan olan borucuq, 04 ədəd alışqan, bir ədəd “BankofBaku” bankına məxsus Bolkart kartı, bir ədəd baş hissəsi qırıq şüşə dərman ampulu, bir ədəd 2 ml-lik şpris, bir ədəd qara rəngli plastik qutunun içərisindən 21 ədəd uzunsov formalı folqa kəsikləri, bir ədəd üzərində “Nivea antiperspirant” sözləri yazılmış şüşə qab və 03 ədəd mobil telefon aşkar edilmişdir. Baxış zamanı polis əməkdaşı Elçindən həmin əşyaları nə məqsədlə əldə etməsini soruşduqda Elçin polis əməkdaşına bildirmişdir ki, bir ədəd folqa materialdan olan borucuq, bir ədəd kağız materialdan olan borucuq, 04 ədəd alışqan, bir ədəd baş hissəsi qırıq şüşə dərman ampulu, bir ədəd 2 ml-lik şpris, bir ədəd qara rəngli plastik qutunun içərisindən 21 ədəd uzunsov formalı folqa kəsiklərini tanışları ilə birlikdə narkotik vasitə qəbul edərkən istifadə etmişdir. Sonra isə polis əməkdaşları Elçinin yaşadığı evin yataq otağına baxış keçirilərkən, orada o, Alış və Aytəni də görmüşlər, onlar özlərini polis əməkdaşlarına təqdim etmişlər. Əlavə baxış zamanı evdən narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Sonra polis əməkdaşları onu, Elçini, Alışı və Aytəni üzərlərinə şəxsi axtarış keçirilməsi üçün Yasamal RPİ-nin 29-cu polis şöbəsinə dəvət etmişlər. O, Elçin, Alış və Aytən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getməyə etiraz etməyib birlikdə 29-cu polis şöbəsinə getmişlər. Polis şöbəsində xidməti otaqların birində ona, Elçinə və Alışa hüquq və vəzifələri izah edilmiş, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmiş, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə video müşahidə altında eyni otaqda bir yerdə onun, Elçin və Alışın üzərinə ayrı-ayrı şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları əvvəlcə Elçinə təklif etmişlər ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin. Elçin əynində olan şalvarının sol yan cibində saxladığı bir ədəd bükümündə narkotik vasitə olan heroini çıxardaraq polis əməkdaşlarına təqdim etməklə masanın üzərinə qoymuşdur. Sonra isə polis əməkdaşları tərəfindən Elçinin üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı Elçinin üzərindən başqa cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı edilən sorğu zamanı Elçin polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş 1 ədəd şəffaf selofan paketi bükümündə narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə Səbayıl rayonu İçəri şəhər adlanan ərazidə əvvəllər tanımadığı şəxsdən 20 manata özünün istifadəsi üçün almış, lakin polis əməkdaşları tərəfindən saxlanıldığından üzərində saxladığı kütləni qəbul edə bilməmiş, həmin narkotik vasitədən heç kimə satmamışdır. Elçinin üzərindən aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Elçindən sonra polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı polis əməkdaşlarının ona üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etməsi təklif olunmuşdur. O, da polis əməkdaşlarına bildirmişdir ki, əynindəki qara rəngli cins şalvarının sol yan cibində narkotik vasitə heroin vardır. Bu ifadələrdən sonra o, əynində olan qara rəngli cins şalvarının sol yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümündə narkotik vasitə heroini çıxardaraq polis əməkdaşlarına təqdim etməklə masanın üzərinə qoymuşdur. Sonra isə polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən başqa cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun, vəkilinin və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır Sonra isə polis əməkdaşları tərəfindən Alışın üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı Alışın üzərindən başqa cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Alış üzərindən aşkar edilmiş narkotik vasitəni Səbayıl rayonu ərazisində tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını, həmin narkotik vasitədən heç kimə satmadığını, narkotik vasitəni Elçinin yaşadığı evində sonuncu və onunla birlikdə qəbul etmək istədiyini bildirmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını və əvvəllər məhkum edilməməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, disklərdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi N.Quliyev küçəsi ev 29-da qeydiyyatda olan, ünvan 4-da yaşayan Şahid1 Yasamal rayonu ərazisində narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlamaqda şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılmasından ötrü Narkotiklərlə Mübarizə üzrə Baş İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış və əməliyyat qurupuna o, rəhbərlik etmişdir. Bundan başqa əməliyyat qrupuna baş əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkili Şahid5 və Yasamal RPİ-nin 29-cu PŞ-də əməliyyat müvəkkili Şahid3, eləcə də 29-cu PŞ-nin təhqiqatçısı Elnur Məmmədov daxil edilmişdir. Sonra isə daxil olmuş əməliyyat məlumatının yoxlanılmasından ötrü yuxarıdakı tərkibdə onlar Şahid1 yaşadığı ünvan 4 ünvana gedib qapını döyülmüş və Şahid1 qapını açmışdır. Sonra onlar Elçinə özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Elçin onlardan nə səbəbə gəlmələrini soruşmuş, onlarda Elçinə onun Yasamal rayonu ərazisində narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlamaqda şübhəli olması barədə məlumatın daxil olmasını bildirdikdən sonra həmin məlumatın yoxlanılmasından ötrü evinə baxış keçirilməsinin zəruri olmasını və evinə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. Həmin vaxt Şahid1 evinə baxış keçirilməsinə etirazının olmamasını və bununla əlaqədar müvafiq ərizə yazmaq istədiyini bildirmişdir. Şahid1 ərizə ilə müraciət edərək yaşadığı Yasamal rayonu 1-ci Alatava küçəsi 69 saylı ündandakı evinə baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Bundan sonra iştirakçılarla birlikdə video müşahidə altında Şahid1 yaşadığı evinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evi iki otaq, mətbəx və sanitar qovşağdan ibarətdir. Baxış zamanı, mətbəxdə olan masanın üzərində narkotik vasitələrin qəbulu zamanı istifadə edilən predmetlər, yəni bir ədəd folqa materialdan olan borucuq, bir ədəd kağız materialdan olan borucuq, 04 ədəd alışqan, bir ədəd baş hissəsi qırıq şüşə dərman ampulu, bir ədəd 2 ml-lik şpris, bir ədəd qara rəngli plastik qutunun içərisindən 21 ədəd uzunsov formalı folqa kəsikləri, eləcə də bir ədəd “BankofBaku” bankına məxsus Bolkart kartı, bir ədəd üzərində “Nivea antiperspirant” sözləri yazılmış şüşə qab və 03 ədəd mobil telefon aşkar edilmişdir. Aşkar edilmiş predmetlər təhqiqatçı Elnur Məmmədov tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərinə iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə evin yataq otağında üç nəfər şəxsin olması müəyyən edilmiş, həmin şəxslərdən özlərini təqdim etmələri təklif edilmişdir. Həmin şəxslərin xx.xx.1981-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu K.Rəhimov küçəsi ev 76, mənzil 54-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi C.Cahangirov küçəsi ev 13-də qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi ev 1-də yaşayan X15 və xx.xx.1992-ci il tarixdə Şabran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şabran şəhəri Q.Qasımov küçəsi ev 4, mənzil 4-də qeydiyyatda olsamda, Abşeron rayonu Masazır qəsəbəsi Duz gölü Yeni Yaşayış massivində yaşayan X14 olması müəyyən edilmişdir. Sonradan yaşayış evinə baxış keçirilməsinə baxmayaraq, başqa cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Sonradan Şahid1, Təqsirləndirilən şəxs, X15 və X6 üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya olması ilə əlaqədar şübhələr yarandığından, zəruri şərait olmaması səbəbindən və üzərlərinə şəxsi axtarış keçirilməsindən ötrü sonuncular onlar tərəfindən Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət edilərək gətirilmişlər. Polis şöbəsinin xidməti otaqlarının birində Şahid1, Təqsirləndirilən şəxs, X7 üzərlərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçilər dəvət edilmişdir. Müdafiəçilər Şahid1, Təqsirləndirilən şəxs, X11 təqdim edildikdən sonra eyni otaqda ayrıayrılıqda video müşahidə altında şəxsi axtarış və götürmə istintaq hərəkəti başlamışdır. Əvvəlcə Şahid1 hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə sonuncuya təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Sonra isə şəxsi axtarış zamanı Şahid1 əynində olan şalvarın sol yan cibində saxladığı bir ədəd şəffaf selofan paketi bükümünə bükülmüş içərisində narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin şəffaf sellofan paketin içərisinə baxış keçirilərkən içərisində spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Şahid1 üzərindən aşkar edilmiş bir ədəd narkotik vasitəyə bənzər kütlə təhqiqatçı Elnur Məmmədov tərəfindən götürülərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və bağlamanın üzəri möhürlə möhürlənmişdir. Bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonradan Şahid1 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilsə də, başqa hər hansı bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Sonra isə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bir ədəd şəffaf selofan paketi bükümünə bükülmüş içərisində «kakos» kimi adlanan narkotik vasitə olan heroini əynində olan şalvarın sol yan cibindən çıxararaq təqdim etmişdir. Həmin şəffaf sellofan paketin içərisinə baxış keçirilərkən içərisində spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd narkotik vasitəyə bənzər kütlə təhqiqatçı Elnur Məmmədov tərəfindən götürülərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və möhürlə möhürlənmiş, bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonradan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilsə də, başqa hər hansı bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş bükümün içərisində narkotik vasitə olan heroin olmasını, həmin bir ədəd bükümü 28 aprel 2022-ci il tarixdə günorta saatlarında Yasamal rayonu ərazisində üzdən tanıdığı, adını və yaşadığı yerini bilmədiyi şəxsdən 15 manata özünün və tanışları ilə birlikdə istifadəsi üçün alıb əynində olan şalvarının sol yan cibində saxladığını, həmin bükümü Şahid1 yaşadığı evində özünün və tanışları ilə birlikdə qəbul etmək məqsədilə əldə etməsini, lakin polis əməkdaşları tərəfindən saxlanıldığından üzərində saxladığı kütləni tanışları ilə birlikdə qəbul edə bilmədiyini, həmin narkotik vasitədən heç kimə satmadığını bildirmişdir. Daha sonra eyni qaydada Şahid2 ilə bağlə axtarıs və götürmə aparıldı və onunda üzərində narkotik vasitə olan heroin aşkarlandı. Bu barədə protokol tərtib edilmış və polis əməkdaşları tərəfindən, eləcə də saxlanılan şəxslər Şahid1, Təqsirləndirilən şəxs və Alış Əcdərov tərəfindən imzalanmış, video çəkiliş CD diskə yazılaraq protokola əlavə edilmişdir. Bundan başqa, digər otaqda, X6 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi X8 təqdim edilmiş və sonuncuya hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Aytən Əhmədovaya təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. X14 üzərində narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra X6 üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun üzərindən narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı A.Əhmədova 28 aprel 2022-ci il tarixdə saat 17:30 dəqiqədə Cavidin ona zəng vurmasını, Cavidin ona ünvan 4 ünvanında yerləşən dostu Şahid1 evində olmasını və onun da oraya gəlməsini, o, da Cavidin sözündən çıxmayaraq həmin gün saat 20 radələrində Cavidin dediyi ünvana getməsini, həmin vaxt Cavidin onu qarşılamasını, həmin evdə Elçin və Alış adlı şəxslərin olmasını, Cavidin onu Elçin və Alışla tanış etməsini, sonradan polis əməkdaşlarının video müşahidə altında ev sahibi Şahid1 iştirakı ilə evə baxış keçirməsini gördüyünü, polis əməkdaşları tərəfindən evə baxış keçirilərkən evin mətbəx hissəsində olan stolun üzərindən şpris, ampula və digər əşyalar aşkar edilməsini, həmin əşyaların zərfə qoyularaq qablaşdırıldığını, onun və digər iştirakçılar tərəfindən imzalandığını, sorğu zamanı Şahid1 və Alış Əcdərovu əvvəllər tanımadığını, Şahid1 evinə birinci dəfə olduğunu, Cavidin, Elçinin və Alışın birlikdə narkotik vasitə əldə etmələrini və ya qəbul etmələrini görmədiyini və bu barədə heç bir məlumatı olmadığını, onlarla narkotik vasitə qəbul etmədiyini bildirmişdir. Bu barədə protokol tərtib edildi, protokol polis əməkdaşları və Aytən Əhmədova tərəfindən imzalanmış, video çəkiliş CD diskə yazılaraq protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid5 onlardan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayının əvvəllərindən narkotik vasitənin heroin növündən tüstüsünü çəkməklə qəbul edir. Bakı şəhər sakinləri Şahid1 10-15 gün, Təqsirləndirilən şəxs qısa müddətdə, Aytən Əhmədovanı isə Cavidə görə tanımış, sonuncularla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. Elçin və Cavidlə əvvəllərdə yaşadığı Yasamal rayonu 1-ci Alatava küçəsi 69 saylı ünvandakı evində birlikdə narkotik vasitə qəbul etmişlər. xx.xx.2022-ci il tarixdə günorta saatlarında narkotik vasitə qəbul etmək üçün Bakı şəhəri Səbail rayonu ərazisinə getmiş, orada tanımadığı bir şəxslə rastlaşmış, ona narkotik vasitə heroin lazım olmasını bildirmişdir. Həmin şəxs də ona bildirmişdir ki, narkotik vasitə heroin vardır, nə qədər lazımdır. O, həmin şəxsə demişdir ki, ona bir bükümdə, təxminən 3-4 qram narkotik vasitə heroin lazımdır. Həmin şəxsdə ona bildirmişdir ki, «istədiyin çəkidə narkotik vasitəni təşkil edə bilərəm, bunun üçün 15 manat ödəməlisən». O da həmin şəxsə razılıq vermiş, ona 15 manat pul verməklə, ondan bir ədəd selofan paket bükümündə narkotik vasitə heroin almışdır. O, əldə etdiyi narkotik vasitəni əynində olan şalvarın sol yan cibində saxlamaqla, daşımışdır. Sonra isə həmin gün axşam saatlarında Elçinin yaşadığı Yasamal rayonu 1-ci Alatava küçəsi 69 saylı ünvandakı evinə gəlmiş, Cavid də həmin vaxt orada olmuşdur. O və Cavid sual verərək Elçindən soruşmuşlar ki, üzərində narkotik vasitə vardır”. Elçin də onlara demişdir ki, «bəli var, bu gün almışam». O və Cavid də Elçinə demişlər ki, «bizim üzərimizdə də narkotik vasitə vardır, imkan olar sənin evində bu narkotik vasitəni birlikdə qəbul edək, bunun üçün şəraitin var». Elçin də onlara demişdir ki, «narahatçılıq yoxdur, şərait yaradaram, mətbəx hissəsində olan masanın üzərində təzə şpris vardır, həmçinin aluminium falqada vardır». O və Cavid də Elçinə razılıq verib bildirmişlər ki, «bir azdan qəbul edərik, hələlik yataq otağında oturmuşuq». Cavid sonra Elçinə demişdir ki, «mənim Aytən atlı tanışım vardır, ona sənin ünvanını vermişəm, birazdan bura gələcək, onunla işim vardır, gələndə onu içəri buraxasanmı». Elçin də Cavidə razılıq verdikdən bir az sonra Aytən da Elçinin evinə gəlib içəri daxil olmuş və qonaq otağına girərək Cavidlə oturub söhbət etməyə başlamışdır. Elçin Cavidi kənara çəkib soruşmuşdur ki, «Aytən də bizimlə narkotik vasitə qəbul edəcək». Caviddə Elçinə demişdir ki, «Aytən narkotik vasitə qəbul etmir, sadəcə mənimlə işi vardır, ona görə gəlmişdir». Həmin gün saat 22:20 dəqiqədə onlar Elçinin yaşadığı evində olduqları vaxt, qapı döyülmüş, Elçinin qapını açdıqdan sonra çölə çıxmış, bir az sonra Elçin polis əməkdaşları ilə evə daxil olmuşlar və evə baxış keçirməyə başlamışlar. Baxış zamanı narkotik vasitəni birlikdə qəbul etmələri üçün evin mətbəx hissəsində olan masanın üzərində Elçinin öncədən aldığı bir ədəd folqa materialdan olan borucuq, bir ədəd kağız materialdan olan borucuq, 04 ədəd alışqan, bir ədəd “BankofBaku” bankına məxsus Bolkart kartı, bir ədəd baş hissəsi qırıq şüşə dərman ampulu, bir ədəd 2 ml-lik şpris, bir ədəd qara rəngli plastik qutunun içərisindən 21 ədəd uzunsov formalı folqa kəsikləri, bir ədəd üzərində “Nivea antiperspirant” sözləri yazılmış şüşə qab və 03 ədəd mobil telefon aşkar edilmişdir. Baxış zamanı polis əməkdaşı Elçindən həmin əşyaları nə məqsədlə əldə etməsini soruşmuşlar. Elçin də polis əməkdaşına bildirmişdir ki, bir ədəd folqa materialdan olan borucuq, bir ədəd kağız materialdan olan borucuq, 04 ədəd alışqan, bir ədəd baş hissəsi qırıq şüşə dərman ampulu, bir ədəd 2 ml-lik şpris, bir ədəd qara rəngli plastik qutunun içərisindən 21 ədəd uzunsov formalı folqa kəsiklərini tanışları ilə birlikdə narkotik vasitə qəbul edərkən istifadə edir. Sonra isə polis əməkdaşları evin yataq otağına baxış keçirilərkən orada onu, Cavid və Aytəni də görmüşlər, onlar özlərini polis əməkdaşlarına təqdim etmişlər. Elçin polis əməkdaşlarına “mən, Cavid və Alışla birlikdə narkotik vasitə qəbul etməli idim, bunun üçün mən evimdə şərait yaratmışdım” ifadəsini işlətmişdir. Baxış zamanı evdən narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Sonra polis əməkdaşları onu, Elçini, Cavidi və Aytəni üzərlərinə şəxsi axtarış keçirilməsi üçün Yasamal RPİ-nin 29-cu polis şöbəsinə dəvət etmişlər. O, Elçin, Cavid və Aytən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getməyə etiraz etməmişlər və polis əməkdaşları ilə birlikdə 29-cu polis şöbəsinə getmişlər. Polis şöbəsində xidməti otaqların birində ona, Elçinə və Cavidə hüquq və vəzifələri izah edilmişdir. Onlara dəvət edilmiş dövlət hesabına müdafiəçinin iştirakı ilə video müşahidə altında hər üçünün üzərinə eyni otaqda ayrı-ayrılıqda şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları əvvəlcə Elçinə təklif etmişlər ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin. Elçin də əynində olan şalvarın sol yan cibində saxladığı bir ədəd şəffaf selofan bükümündə narkotik vasitə heroini çıxardaraq polis əməkdaşlarına təqdim etməklə masanın üzərinə qoymuşdur. Sonra isə polis əməkdaşları tərəfindən Elçinin üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı Elçinin üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Elçinin üzərindən aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, Elçin və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Sonra şifahi sorğu zamanı Elçin polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş 1 ədəd şəffaf selofan paketi bükümündə narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Səbail rayonu İçərişəhər adlanan ərazidə əvvəllər tanımadığı şəxsdən 20 manata özünün istifadəsi üçün almışdır ki, həmin əldə etdiyi bükümü yaşadığı evində onlarla birlikdə qəbul etsin, lakin polis əməkdaşları tərəfindən saxlanıldığından üzərində saxladığı kütləni onlarla birlikdə qəbul edə bilməmiş, həmin narkotik vasitədən heç kimə satmamışdır. Sonra isə Cavidə təklif etmişlər ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin. Cavidə də əynində olan şalvarın sol yan cibində saxladığı bir ədəd şəffaf selofan bükümündə narkotik vasitə heroini çıxardaraq polis əməkdaşlarına təqdim etməklə masanın üzərinə qoymuşdur. Sonra isə polis əməkdaşları tərəfindən Cavidin üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı Cavidin üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Cavidin üzərindən aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, Cavid və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Eyni qaydada şifahi sorğu zamanı Cavid üzərindən aşkar edilmiş narkotik vasitəni Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını, həmin narkotik vasitədən heç kimə satmadığını, narkotik vasitəni Elçinin yaşadığı evində onunla birlikdə qəbul etmək istədiyini bildirmişdir. Sonra isə polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçirmişlər, şəxsi axtarış zamanı üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etməsi bildirilmişdir. O, da əynində olan şalvarın sol yan cibində saxladığı bir ədəd şəffaf selofan bükümündə narkotik vasitə heroini çıxardaraq polis əməkdaşlarına təqdim etməklə masanın üzərinə qoymuşdur. Sonra isə polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə keçirilmişduir. Şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və başqa predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş 1 ədəd şəffaf selofan paketi bükümündə narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində əvvəllər tanımadığı şəxsdən 15 manata özünün istifadəsi üçün almışdır ki, həmin əldə etdiyi bükümü Elçinin yaşadığı evində tanışları ilə birlikdə qəbul etsin, lakin polis əməkdaşları tərəfindən saxlanıldığından üzərində saxladığı kütləni tanışları ilə birlikdə qəbul edə bilməmiş, həmin narkotik vasitədən heç kimə satmamışdır. Onunla Cavid və Elçin arasında tutulmamışdan bir neçə gün əvvəldə belə razılaşma olmuşdur ki, birlikdə narkotik vasitə qəbul etsinlər və nəticədə Elçinin yaşadığı evində birlikdə narkotik vasitə qəbul etmişlər, lakin o, heç kimə narkotik vasitə satmamışlar. O, polis şöbəsinə gətirilərkən onu kimsə döyməmiş, vurmamış, xəsarət yetirməmiş, fiziki zor tətbiq etməmişdir, onun heç kimdən şikayət və tələbi yoxdur. O, hadisə vaxtı və hadisəyədək olan müddət ərzində ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini işlətmişdir. O, Elçinin yaşadığı evində olarkən, Elçinin və Cavidin üzərlərində olan narkotik vasitələri haradan əldə etmələrini bilməmiş, sadəcə həmin vaxt onlar da ona bildirmişlər ki, üzərlərində narkotik vasitə heroin vardır, Elçin də onlara demişdir ki, onunda üzərində vardır, şərait yaradar, qəbul edərlər. O, Elçinin evində Elçin və Caviddən başqa, heç kimlə həmin evdə narkotik vasitə qəbul etməmiş, ümumiyyətlə narkotik vasitənin satışını həyata keçirməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi N.Quliyev küçəsi ev 29-da qeydiyyatdadır, ünvan 4 ünvanında yaşayır, Təxminən 1-2 il olar ki, narkotik vasitənin heroin növündən tüstüsünü çəkməklə qəbul edir. Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayından, Alış Əcdərovu isə 10-15 gündür ki, tanıyır, Aytən Əhmədovanı isə Təqsirləndirilən şəxs görə tanımışdır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında bədənində ağrılar olduğundan narkotik vasitə almaq üçün Bakı şəhəri Səbayıl rayonu ərazisinə getmiş, orada İçərişəhər adlanan ərazidə tanımadığı bir şəxsə 20 manat pul verməklə həmin şəxsdən bir ədəd sellofan paket bükümündə narkotik vasitə olan heroin almış və həmin heroini əynində olan şalvarın sol yan cibində saxlamaqla, daşımış, daha sonra isə yaşadığı Yasamal rayonu 1-ci Alatava küçəsi ev 69-a gəlmişdir. Həmin gün axşam saatlarında yaşadığı evinə Təqsirləndirilən şəxs və Alış Əcdərov gəlmiş, onlar ondan soruşmuşlar ki, üzərində narkotik vasitə vardır, o da onlara demişdir ki, «bəli var, bu gün almışam». Cavid və Alış da ona demişlər ki, «bizim üzərimizdə də narkotik vasitə vardır, imkan olar sənin evində bu narkotik vasitəni birlikdə qəbul edək, bunun üçün şəraitin var». O da onlara demişdir ki, «narahatçılıq yoxdur, şərait yaradaram, mətbəx hissəsində olan masanın üzərində təzə şpris vardır, həmçinin aluminium falqada vardır». Cavid və Alış da ona razılıq vermişlər və bildirmişlər ki, «bir azdan qəbul edərik, hələlik yataq otağında oturmuşuq». Cavid sonra ona demişdir ki, «mənim Aytən atlı tanışım vardır, ona sənin ünvanını vermişəm, birazdan bura gələcək, onunla işim vardır, gələndə içəri buraxarsan». O da Cavidə razılıq vermiş, bir az sonra Aytən onun evinə gəlib içəri daxil olmuş və qonaq otağına gedərək Cavidlə oturub söhbət etməyə başlamışdır. O, Cavidi kənara çəkib ondan soruşmuşdur ki, «Aytən də bizimlə narkotik vasitə qəbul edəcək». Cavid ona demişdir ki, «Aytən narkotik vasitə qəbul etmir, sadəcə mənimlə işi vardır, ona görə gəlmişdir». Həmin gün saat 22:20 dəqiqədə o, yaşadığı evində olduğu vaxt, qapı döyülmüş, o, qapını açdıqda, gələn şəxslərin polis əməkdaşı olmasını görmüşdür, polis əməkdaşının yanında mülki geyimdə olan şəxslər olmuşdur. Həmin şəxslər özlərini ona təqdim edəndə bilmişdir ki, gələn şəxslər polis əməkdaşlarıdır. Sonra isə polis əməkdaşı ona qanunsuz olaraq narkotik vasitə əldə etməyi və qanunsuz dövriyyəsi ilə məşqul olmağı, evində tiryəkxana təşkil etməyi barədə onlara məlumat daxil olduğunu, bununla əlaqədar evinə baxış keçirməyin zəruri olduğunu bildirərək evinə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşlar. O, da buna etiraz etməmiş və evinə baxış keçirilməsi ilə əlaqədar ərizə yazmışdır. Sonra polis əməkdaşı ona hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onun və polis əməkdaşlarının iştirakı ilə video müşahidə altında yaşadığı evinə baxış keçirilmişdir. Baxış zamanı evinin mətbəx hissəsində olan masanın üzərində bir ədəd folqa materialdan olan borucuq, bir ədəd kağız materialdan olan borucuq, 03 ədəd mobil telefon, 04 ədəd alışqan, bir ədəd “BankofBaku” bankına məxsus Bolkart kartı, bir ədəd baş hissəsi qırıq şüşə dərman ampulu, bir ədəd 2 ml-lik şpris, bir ədəd qara rəngli plastik qutunun içərisindən 21 ədəd uzunsov formalı folqa kəsikləri, bir ədəd üzərində “Nivea antiperspirant” sözləri yazılmış şüşə qab aşkar edilmişdir. Baxış zamanı polis əməkdaşı ondan həmin əşyaları nə məqsədlə əldə etməyini soruşmuşdur. O, da polis əməkdaşına bildirmişdir ki, bir ədəd folqa materialdan olan borucuq, bir ədəd kağız materialdan olan borucuq, 04 ədəd alışqan, bir ədəd baş hissəsi qırıq şüşə dərman ampulu, bir ədəd 2 mllik şpris, bir ədəd qara rəngli plastik qutunun içərisindən 21 ədəd uzunsov formalı folqa kəsiklərini tanışları ilə birlikdə narkotik vasitə qəbul edərkən istifadə edir. Sonra isə evinin yataq otağına baxış keçirilərkən orada Cavid, Alış və Aytəni də görmüşlər, sonuncular da özlərini polis əməkdaşlarına təqdim etmişlər. O, polis əməkdaşlarına bildirmişdir ki, “mən, Cavid və Alışla birlikdə narkotik vasitə qəbul etməli idim, bunun üçün mən evimdə şərait yaratmışdım”. Baxış zamanı onun evindən narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Sonra polis əməkdaşları onu, Cavidi, Alışı və Aytəni üzərlərinə şəxsi axtarış keçirilməsi üçün Yasamal RPİ-nin 29-cu polis şöbəsinə dəvət etmişlər. O, eləcə də Cavid, Alış və Aytən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getməyə etiraz etməyib birlikdə 29-cu polis şöbəsinə getmişlər. Polis şöbəsində xidməti otaqların birində ona, Cavidə və Alışa hüquq və vəzifələri izah edilmiş, onlara dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə video müşahidə altında hər üçünün üzərinə eyni otaqda bir yerdə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişdir ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin. O, da əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı bir ədəd şəffaf selofan bükümündə narkotik vasitə heroini çıxardaraq polis əməkdaşlarına təqdim etməklə masanın üzərinə qoymuşdur. Sonra isə polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, üzərindən cinayət xarakterli hər hansı bir əşya və başqa predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş 1 ədəd şəffaf selofan paketi bükümündə narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Səbail rayonu İçərişəhər adlanan ərazidə əvvəllər tanımadığı şəxsdən 20 manata özünün istifadəsi üçün almışdır ki, həmin əldə etdiyi bükümü yaşadığı evində tanışları ilə birlikdə qəbul etsin, lakin polis əməkdaşları tərəfindən saxlanıldığından üzərində saxladığı kütləni tanışları ilə birlikdə qəbul edə bilməmişdir, həmin narkotik vasitədən heç kimə satmamışdır. Sonra isə eyni qaydada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Cavid əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd selofan paketi bükümündə narkotik vasitə heroini çıxardaraq təqdim etmişdir. Sonra isə polis əməkdaşları tərəfindən Cavidin üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Cavidin üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Cavid şifahi sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını, həmin narkotik vasitədən heç kimə satmadığını, narkotik vasitəni onun (yəni Elçinin) yaşadığı Yasamal rayonu 1-ci Alatava küçəsi 69 saylı ünvandakı evində onunla birlikdə qəbul etmək istədiyini bildirmişdir. Bundan sonra Alışın üzərinə də eyni qaydada şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Alış əynində olan şalvarın sol yan cibindən bir ədəd selofan paketi bükümündə narkotik vasitə heroini çıxardaraq təqdim etmişdir. Sonra isə polis əməkdaşları tərəfindən Alışın üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Alışın üzərindən cinayət xarakterli hər hansı bir əşya və başqa predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Alış üzərindən aşkar edilmiş narkotik vasitəni Bakı şəhəri Səbail rayonu ərazisində tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını, həmin narkotik vasitədən heç kimə satmadığını, narkotik vasitəni onun (yəni Elçinin) yaşadığı Yasamal rayonu 1-ci Alatava küçəsi 69 saylı ünvandakı evində onunla birlikdə qəbul etmək istədiyini bildirmişdir. Şahid1 ifadəsində əlavə olaraq qeyd etmişdir ki, onunla Alış və Cavid arasında tutulmamışdan bir neçə gün əvvəldə belə razılaşma olmuşdur ki, birlikdə narkotik vasitə qəbul edək. Bu baxımdan o, Alış və Cavid onun yaşadığı evdə birlikdə narkotik vasitə qəbul etmişlər. Lakin o, heç kimə narkotik vasitə satmamışdır. O, yaşadığı evində olarkən Cavidin və Alışın üzərlərində olan narkotik vasitələri haradan əldə etmələrini bilməmiş, sadəcə həmin vaxt onlar da ona bildirmişlər ki, «üzərimizdə narkotik vasitə heroin vardır, şərait yarat birlikdə qəbul edək, mən də onlara dedim ki, mənim də üzərimdə vardır, şərait yaradaram, qəbul edərik». O, evində Cavid və Alışdan başqa, heç kimlə narkotik vasitə qəbul etməmiş, ümumiyyətlə narkotik vasitənin satışını həyata keçirməmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 aprel 2022ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 aprel 2022-ci il tarixli, 6/2473 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №169” möhür əksi, “...Şübhəli şəxs …Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 4,041 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Həmçinin rəyin tədqiqat prosesinin təsviri hissəsində 4,041 qram narkotik vasitə olan heroinin 0,1 qramının tədqiqata sərf edilməsi və qalıq çəki 3,941 qram kimi göstərilmişdir. Cinayət işinin materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 110 (bir yüz on) manat təşkil etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli 3339 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X13 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli 1666 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli və intellektual imkanları (diqqət, təfəkkür, hafizə, təsəvvür, qavrama, dərk etmə və s.) normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ünsiyyətçilik, adaptivlik, özünə məxsus mövqe və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs sensor-perseptiv prosesləri, fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla, o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən edilmədi. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 06 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, tədqiqata təqdim edilmiş təmiz çəkisi 4,041 qram narkotik vasitə olan heroin, eləcə də 02 (iki) ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, qalıq qalmış 3,941 qram heroin saxlanılması üçün Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 02 (iki) ədəd DVD disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X17 adlı 2 övladı vardır. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili Şahid6 İsimxan oğlunun, Yasamal RPİ-nin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid4, Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid5 iştirakları ilə həmin ünvana baxış keçirilməsindən ötrü Şahid1 etirazının olub-olmamasını bildirilmiş və bununla əlaqədar hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Şahid1 yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasını bildirmiş və baxışın keçirilməsinə razılıq verərək bununla əlaqədar ərizə ilə müraciət etmişdir. Bundan sonra təhqiqatçı E.Məmmədov Şahid1 ərizəsini nəzərə alaraq onun və yuxarıdakı tərkibdə polis əməkdaşlarının iştirakı ilə Yasamal rayonu 1-ci Alatava küçəsi ev 69 ünvana baxış keçirilməsini elan edir. Bundan sonra Şahid1 narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və saxalaması barədə daxil olmuş əməliyyat məlumatına əsasən sonuncunun özünün könüllü olaraq yaşadığı Yasamal rayonu 1-ci Alatava küçəsi ev 69 ünvanına baxış keçirilməsi prosesi başlanmışdır. Baxış zamanı Şahid1 yaşadığı evinin mətbəx hissəsində olan masanın üzərində olan bir ədəd folqa materialdan olan borucuq, bir ədəd kağız materialdan olan borucuq, 04 ədəd alışqan, bir ədəd “BankofBaku” bankına məxsus Bolkart kartı, bir ədəd baş hissəsi qırıq şüşə dərman ampulu, bir ədəd 2 ml-lik şpris, bir ədəd qara rəngli plastik qutunun içərisindən 21 ədəd uzunsov formalı folqa kəsikləri, bir ədəd üzərində “Nivea antiperspirant” sözləri yazılmış şüşə qab və 03 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş əşyalar ekspertizaya təqdim edilməsi üçün təhqiqatçı E.Məmmədov tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Şahid1 və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, baxış zamanı Şahid1 yaşadığı evinin yataq otağında xx.xx.1981-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu K.Rəhimov küçəsi ev 76, mənzil 54-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi C.Cahangirov küçəsi ev 13-də qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi ev 1-də yaşayan X7 və xx.xx.1991-ci il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şabran şəhəri Q.Qasımov küçəsi ev 4-də qeydiyyatda olan və yaşayan X6 da orada olması aşkar edilmişdir. Bundan başqa, Şahid1 yaşadığı evinə ümumilikdə baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və predmet aşkar edilməmişdir. Baxış zamanı Şahid1, Təqsirləndirilən şəxs, X7 və X6 üzərlərində narkotik vasitə və ya psixotrop maddə olmasında əsaslı şübhələr yarandığından, sonuncular üzərlərinə şəxsi axtarış və götürmə keçirilməsindən ötrü Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət edilmişdir. Evə baxış zamanı Şahid1 bildirdi ki, həmin video görüntü Bakı şəhəri Yasamal rayonu 1-ci Alatava küçəsi ev 67-də yerləşən yaşadığı evində baxış və götürmə istintaq hərəkəti aparılarkən çəkilmişdir. Cinayət işinin materiallarında olan digər DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 00:30-da Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında xidməti otağında təhqiqatçı Elnur Məmmədov Bakı şəhər 22 saylı vəkil bürosunun vəkilləri X5, X3 və Müdafiəçi1, eləcə də polis əməkdaşları olan DİN BNMİ-nin baş əməliyyat müvəkkili Şahid6, Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkilləri Şahid4, Şahid3 və Şahid5 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Şahid1, Təqsirləndirilən şəxs və X7 üzərlərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçiriləcəyini elan edir. Çəkiliş Sony markalı video kamera vasitəsi ilə aparılır. Şübhəli şəxslər özlərini təqdim edərək, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi N.Quliyev küçəsi ev 29-da qeydiyyatda olan, ünvan 4-da yaşamış Şahid1 olmasını, xx.xx.1981-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, Bakı şəhəri Binəqədi rayonu K.Rəhimov küçəsi ev 76, mənzil 54-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olmasını, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi C.Cahangirov küçəsi ev 13-də qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi ev 1-də yaşayan X15 olmasını bildirdilər. Təhqiqatçı tərəfindən şübhəli şəxslər Şahid1 onun vəkili R.Almuradovun iştirakı ilə, Təqsirləndirilən şəxs onun vəkili Müdafiəçi1 iştirakı ilə və X11 onun vəkili M.Muradlının iştirakı ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunması elan edilir və bununla bağlı hər hansı bir vəsatət və şikayətinin olub-olmaması soruşulur və sonuncuların bununla bağlı heç bir şikayətinin olmaması bildirilir. Təhqiqatçı tərəfindən şübhəli şəxs Şahid1 təklif olunur ki, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilir. Şahid1 əynində olan şalvarın sol yan cibindən bir ədəd şəffaf selofanda olan bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə olan “heroin” olduğunu və həmin kütləni 28 aprel 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Səbail rayonunda tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirir. Şahid1 təqdim etdiyi bir ədəd şəffaf selofan bükülyə bükülmüş bükülünü açdıqda içərisində spesifik qoxuya malik narkotik vasitə heroin olan narkotik vasitəyə oxşar maddə kütləsi aşkar edilir. Aşkar olunmuş heroinə oxşar maddə bir ədəd kağız zərfdə qablaşdırılır və möhürlə möhürlənərək təhqiqatçı tərəfindən götürülür. Təhqiqatçı tərəfindən aparılan şəxsi axtarış zamanı Şahid1 üzərindən başqa hər hansı cinayət təqibi üçün əhəmiyyət kəsb edən predimet aşkar edilmir. Bundan sonra Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofanda olan bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində “kakos” kimi adlandlırılan narkotik vasitə olan heroin olduğunu və həmin kütləni 28 aprel 2022-ci il tarixdə, Bakı şəhəri Yasamal rayonunda tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədi ilə 15 manat alıb üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükülüyə bükülmüş bükülünü açdıqda içərisində spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər maddə kütləsi aşkar edilir. Aşkar olunmuş heroinə bənzər maddə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlə möhürlənərək götürülür. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı paltarından bir ədəd 50 qəpiklik, bir ədəd 20 qəpiklik və bir ədəd 10 qəpiklik metal pul əskinasları, həmçinin bir ədəd alışqan aşkar olunur və cinayət təqibi üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılır. Daha sonra Şahid2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Şahid2 əynindəki şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofanda olan bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində “kakos” kimi adlandırılan narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəyə oxşar kütləni 28 aprel 2022-ci il tarixdə, Bakı şəhəri Səbail rayonunda tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədi ilə 15 manat alıb üzərində saxlayıb gəzdirdiyini bildirir. Şahid2 təqdim etdiyi bir ədəd şəffaf sellofan bükülüyə bükülmüş bükülünü açdıqda içərisində spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər maddə kütləsi aşkar edilir. Aşkar olunmuş heroinə bənzər maddə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlə möhürlənərək götürülür. Təhqiqatçı tərəfindən Şahid2 üzərinə aparılan şəxsi axtarış zamanı hər hansı cinayət təqibi üçün əhəmiyyət kəsb edən predimet aşkar edilmir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş disklərdə olan video görüntülərlə və digər iş materialları tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını və əvvəllər məhkum edilməməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi recimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi recimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 28 aprel 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1 xx.xx.2022-ci il tarixli, 3339 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, təmiz çəkisi 4,041 qram təşkil edən, lakin məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 3,941 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 110 (bir yüz on) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, təmiz çəkisi 4,041 qram təşkil edən, lakin məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 3,941 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının - 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-474/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-474/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver