Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-474/2024 10.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:20 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1977-ci ildə Cəlilabad şəhərin anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, evli olmaqla himayəsində bir azyaşılı uşağı olan, orta təhsilli, fərdi qaydada işləyən, ünvan 1 ünvanda yaşayan barəsində “polisin nəzarət altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib onun inam və etibarını qazandıqdan sonra, sonuncuya əlillik təqaüdü düzəldəcəyi adı ilə yalan vəd verib inandırıb, aldadaraq 25 avqust 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 13 ünvanında yerləşən metronun “Elmlər Akademiyası” stansiyasının çıxış hissəsinin qarşısında Zərərçəkmiş şəxs1 sonuncuya məxsus 5.200 manat pulu qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 5.200 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib onun inam və etibarını qazandıqdan sonra, bacısı Zərərçəkmiş şəxs2 əlillik təqaüdü düzəldəcəyi adı ilə yalan vəd verib inandırıb, aldadaraq 2018-ci ilin sentyabr ayının əvvəlində ünvan 3 ünvanında yerləşən “Memi" geyim mağazasında Zərərçəkmiş şəxs1 sonuncunun bacısı Zərərçəkmiş şəxs2 məxsus 4800 manat pulu, qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs2 4800 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan məlumatlar verib onun inam və etibarını qazandıqdan sonra, bacısı Zərərçəkmiş şəxs3 əlillik təqaüdü düzəldəcəyi adı ilə yalan vəd verib inandırıb, aldadaraq 30 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən “Libraff’ kitab evinin qarşısında Zərərçəkmiş şəxs1 sonuncunun bacısı Zərərçəkmiş şəxs3 məxsus 5.000 manat pulu, qəsdlə alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs3 5000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 təxminən beş il olar ki, tanıdığını, X7 onun atası olduğunu, 10 iyun 2024-cü il tarixdə atası Valeh Məmmədovun vəfat etdiyini, atası pandemiya dövrünə qədər Cəlilabad rayon Mərkəzi xəstəxanasında baş həkimin müavini vəzifəsində işlədiyini, 2018-ci ilin avqust ayında Nəzakət ona zəng edərək özü və bacıları üçün xəstəliklə əlaqədar əlillik təqaüdü düzəltməyini xahiş etdiyini, o da 15000 manat pulun müqabilində Nəzakət və bacıları üçün əlillik təqaüdü düzəltdirməyə köməklik edəcəyinə vəd verdiyini, bundan sonra ilk dəfə 2018-ci ilin ayını və gününü xatırlamadığı vaxtda Nəzakət pensiya ilə əlaqədar üç dəfə olmaqla ona cəmi 15000 manat pul və şəxsiyyət vəsiqələrinin surətini verdiyini, o, Nəzakətdən aldığı ümümi məbləğin bir hissəsini 4000 manat pulu geri ödəmiş, lakin qalan 11000 manat pulu isə geri ödəyə bilməmiş, o, Nəzakətdən qeyd olunan pulları almağına baxmayaraq Nəzakət və bacılarının əlillik təqaüdünü həll etmədiyini bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olmasını, törətdiyi əməli etiraf etməsini və zərərçəkmişə vurulan ziyanı qismən ödəməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona məhkəmə tərəfindən hansı cəzanın verilməsindən asılı olmayaraq o, yaxın vaxtlarda vurulmuş ziyanı tam şəkildə ödəyəcəkdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ildə işlədiyi Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev 556 ünvanında yerləşən "MEM” geyim mağazasında satıcı işlədiyi zamanlardan tanımışdır. Belə ki, Vüsal həmin mağazaya müştəri qismində gəlib getmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 onun bacılarıdır. 2018-ci ilin avqust ayında o, "MEM” geyim mağazasında işdə olan zaman digər iş yoldaşları ilə pensiya almaq üçün müraciət etməyi ilə bağlı söhbət etdikləri zaman mağazaya müştəri qismində gəlmiş Vüsal onlara yaxınlaşmış və bildirmişdir ki, atası Cəlilabad rayon Mərkəzi Klinikada baş həkimdir, buna görə də, tanıdığı şəxslərdən kim olsa ona pensiya düzəltməkdə köməklik edə bilər. O, onunla bu barədə bir qədər söhbət etdikdən sonra görmüşdür ki, Vüsal pensiya işini yaxşı bilir və belə qərara gəlmişdir ki, ona bildirsin ki, o və bacıları pensiya almaq istəyirlər. Həmin vaxt o, danışıq zamanı Vüsala bildirmişdir ki, pensiya düzəldilməsi üçün nə qədər pul lazımdır? Vüsal, ona bildirmişdir ki, o, hər adamı 5000 manata düzəldir. O, da gəlib bacıları Nənəqız və Rəna ilə məsləhətləşib onlara Vüsalın pensiya düzəldilməsində köməklik edə biləcəyini və bu işin düzəlməsindən ötrü bir şəxs üçün 5.000 manat pul lazım olduğunu bildirmişdir. Onlar onun sözünə inanmış və ona bildirmişlər ki, deyilən pulu onlar ona verməkdə razıdırlar, oda Vüsala verər. Bir neçə gün keçdikdən sonra o, Vüsal ilə görüşmüş və bildirmişdir ki, “mən də 15000 manat pul var, mənə və bacılarıma pensiya düzəlt”. Vüsal da ona və onun bacılarına pensiya düzəldəcəyinə söz vermişdir. 25 avqust 2018-ci il tarixdə, saat 10:11 radələrində o, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə B.Vahabzadə küçəsinin kəsişməsində metronun “Elmlər Akademiyası” stansiyasının əsas çıxışında Vüsal ilə görüşərək Vüsala əlbəəl 5.000 manat pul vermişdir. Vüsal həmin puldan başqa sənədləşmə işləri üçün əlavə 200 manat pul lazım olduğunu, həmin pulu verməyini, bacıları üçün ondan alacağı puldan 200 manatı çıxacağını demişdir. O, da razılaşıb elə orada dərhal əlavə 200 manat pulu əlbəəl Vüsala vermişdir. Təxminən 2018-ci ilin sentyabr ayında o, Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev 556 ünvanında yerləşən "MEM” geyim mağazasında olan zaman Vüsal oraya gəlmiş və o, Vüsalın bacısı Nənəqızını pensiyasını düzəltməsi üçün 4.800 manat pulu əlbəəl Vüsala vermişdir. Belə ki, o, ilk dəfə öz pensiyasının düzəlməsi üçün 5.000 manat pulu Vüsala verən zaman sənədləşmə işi ilə əlaqədar ondan əlavə 200 manat pul almış və bacıları üçün ondan alacağı puldan 200 manat çıxacağını demişdir. 30 oktyabr 2018-ci il tarixdə Vüsal ona zəng edib digər bacısı Rənanın pensiyasını düzəltməsi üçün 5.000 manatı hazırlamağını və götürmək üçün gələcəyini bildirmişdir. O, da Vüsal ilə razılaşmış və işlədiyi mağazadan çıxaraq Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 15 ünvanında yerləşən «Libraff» kitab evinin qarşısında Vüsal ilə görüşüb sonuncuya əlbəəl 5.000 manat pul vermişdir. Bununla da Vüsalın onun, bacıları Nənəqız və Rənanın pensiyasını düzəltməsi üçün Vüsala ümumilikdə 15.000 manat pul vermişdir. Həmin puldan 5.000 manatı ona, 5.000 manatı bacısı Nənəqıza, 5.000 manatı isə digər bacısı Rənaya məxsus olmuşdur. O, pulları verdikdən sonra mütəmadi olaraq Vüsaldan pensiyanın düzəlməsi məsələsi ilə bağlı maraqlanmağa başlamışdır. Vüsal hər dəfəsində müxtəlif bəhanələr gətirərək ona qarşı dələduzluq etmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmədiyi üçün ondan şikayətçi olduğunu bildirmiş və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbə görə iclasda iştirak edə bilməyəcəyini və cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 ortancıl bacısıdır, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs barəsində vermiş olduğu şikayət ərizəsinin məzmunu ilə tanış olmuş və mahiyyəti üzrə bildirmişdir ki, bacısı Zərərçəkmiş şəxs1 təxminən 2018-ci ilin avqust ayının 25-də ona zəng edərək bildirmişdir ki, bir nəfər Vüsal adlı şəxs onun işlədiyi mağazaya müştəri kimi gəlib gedən zaman bacısının iş yoldaşı ilə danışıqlarına qoşularaq onun üçün təqaüdə (pensiyaya) çıxmasına kömək edə biləcəyini demiş, həmçinin həmin şəxs bacısı Nəzakətə özünü Cəlilabad rayon Mərkəzi Xəstəxnanasının baş həkiminin oğlu kimi təqdim edərək təqaüdə çıxmaq üçün lazımi xəstəlik sənədlərini atasının iş yerində düzəldəcəyini bildirmiş, sonra bacısı telefon danışığı zamanı ona özü üçün təqaüd təminatı düzəltmək üçün Təqsirləndirilən şəxs 5.000 manat pul verdiyini demiş, əgər istəyirsə həmin Vüsal adlı şəxs onun üçündə təqaüd düzəldilməsinə kömək edə biləcəyini demiş, həmin vaxt onun yaşı təqaüd almaq üçün nəzərədə tutulmuş yaş həddinə çatmadığına görə bacısı ilə razılaşmışdır ki Vüsal adlı şəxslə danışıb onun üçündə təqaüd təminatı düzəltsin. Bir neçə gün sonra bacısı Nəzakət ona zəng edərək Təqsirləndirilən şəxs ilə danışdığını və sonuncunun bu iş üçün tələb etdiyi 5.000 manat pulu göndərməyini bildirmiş, o da özü üçün təqaüd təminatı düzəltməsi məqsədi ilə Təqsirləndirilən şəxs verilməsi üçün bacısı Nəzakətə 5.000 manat pul göndərmiş, 2018-ci ilin təxminən sentyabr ayında bacısı Nəzakət ona zəng edərək onun üçün təqaüd düzəltməsi məqsədi ilə əvvəllər satıcı işlədiyi Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev 556 ünvanında yerləşən “MEM" geyim mağazasında Təqsirləndirilən şəxs ilə görüşdüklərini və ona görə təqaüd düzəltməsi üçün 5.000 manat pulu Vüsala verdiyini bildirmiş, həmçinin bacısı qeyd etmişdir Vüsal pulu aldıqdan sonra 6 ay müddətində onun təqaüdünün düzəldəcəyinə söz vermiş, ondan sonra Təqsirləndirilən şəxs bacısı Nəzakət vasitəsilə onlardan böyük olan bacısı Rənadan da eyni məqsədlə, yəni Rəna üçün pensiya düzəltmək adı ilə 5.000 (beş min) manat pul almış, verdiyi vədlərə əməl etməyərək təqaüd təminatı düzəltməmiş, onlar altı ay və bir qədər artıq gözlədikdən sonra nə onun üçün, nədə digər bacıları üçün təqaüd düzəlmədiyini görüb Nəzakət vasitəsi ilə Təqsirləndirilən şəxs pulunu geri tələb etmiş, lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək aldığı pulları geri qaytarmadığı üçün bacısı Zərərçəkmiş şəxs1 məcbur qalıb hüquq mühafizə orqanlarına şikayət etmişdir. X1 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbə görə iclasda iştirak edə bilməyəcəyini və cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsin məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 onun ortancıl bacısıdır. O, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs barəsində vermiş olduğu şikayət ərizəsinin məzmunu ilə tanış olmuş, mahiyyəti üzrə bildirmişdir ki, bacısı Zərərçəkmiş şəxs1 dəqiq tarix xatırlamasa da 2018-ci ilin oktyabr ayının əvvəllərində ona zəng edərək bildirmişdir ki, bir nəfər Vüsal adlı şəxs onun işlədiyi mağazaya müştəri kimi gəlib gedən zaman bacısının iş yoldaşı ilə danışıqlarına qoşularaq onun üçün təqaüdə (pensiyaya) çıxmasına kömək edə biləcəyini bildirmiş, həmçinin həmin şəxs bacısı Nəzakətə özünü Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkiminin oğlu kimi təqdim edərək təqaüdə çıxmaq üçün lazımı xəstəlik sənədlərini atasının iş yerində düzəldəcəyini bildirmiş, sonra bacısı telefon danışığı zamanı ona özü və balaca bacıları Nənəqız Hüseynovaya təqaüd təminatı düzəltmək üçün hərəsinə görə 5.000 (beş min) olmaqla Təqsirləndirilən şəxs ümumilikdə 10.000 manat pul vermiş, onun da istədiyi halda Vüsalın onun üçündə təqaüd düzəldilməsinə kömək edə biləcəyini demiş, həmin vaxt onun yaşı təqaüd almaq üçün nəzərdə tutulmuş yaş həddinə çatmadığı görə o, bacısı ilə razılaşmışdır ki həmin Vüsal adlı şəxslə danışıb onun üçündə təqaüd təminatı düzəltsin, bir neçə gün sonra bacısı Nəzakət ona zəng edərək Təqsirləndirilən şəxs ilə danışdığını və sonuncunun bu iş üçün tələb etdiyi 5.000 manat pulu göndərməyini bildirmiş, sonra o da özü üçün təqaüd təminatı düzəltməsi məqsədi ilə Təqsirləndirilən şəxs verilməsi üçün bacısı Nəzakətə 5.000 manat pul göndərmiş, xx.xx.2018- ci il tarixdə axşam saatlarında bacısı Nəzakət ona zəng edərək onun üçün təqaüd düzəltməsi məqsədi ilə Yasamal rayonu H.Cavid prospekti 100 ünvanında yerləşən “Libraff” kitab evinin qarşısında bacısı oğlu Şahidla birlikdə Təqsirləndirilən şəxs ilə görüşdüklərini, ona təqaüd düzəltməsi üçün 5.000 manat pulu Vüsala verdiyini bildirmiş, həmçinin Vüsalın pulu aldıqdan sonra 6 ay müddətində onun təqaüdünün düzəlcəyinə söz verməsini demiş, onlar altı ay və bir qədər artıq gözlədikdən sonra nə onun üçün, nədə digər bacıları üçün təqaüd düzəlmədiyini görüb bacısı Nəzakət vasitəsi ilə Təqsirləndirilən şəxs pullarını geri tələb etmiş, lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək aldığı pulları geri qaytarmadığı üçün Zərərçəkmiş şəxs1 məcbur qalıb hüquq mühafizə orqanlarına şikayət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 anasının bacısı olmaqla onun xalasıdır, Təqsirləndirilən şəxs əvvəllər adını eşitsə də, ilk dəfə xx.xx.2018-ci il tarixdə xalası Zərərçəkmiş şəxs1 ona pul verən zaman görmüş, təxminən xx.xx.2018-ci il tarixdə xalası ilə görüşən zaman Vüsal adlı şəxsə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən “Libraff kitab evinin qarşısında digər xalası X5 pensiya düzəltməsi üçün 5.000 (beş min) manat pul verəcək və o da gəlib bir kənarda dayanaraq xalası Zərərçəkmiş şəxs1 pul verməsinin şahidi olmuş, o da etiraz etməmiş, həmin ünvana gələrək gözləyəcəyini xalasına bildirmiş, xx.xx.2018-ci il tarixdə o, xalası Zərərçəkmiş şəxs1 dediyi ünvana, yəni Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən “Libraff” kitab evinin qarşısına gələrək həmin kitab evinin istiqamətində bir qədər aralıda park şəklində olan avtomobillərin arasında dayanıb gözləməyə başlamış, bir qədər keçdikdən sonra günorta saat 12:00 radələrində Vüsal adlı şəxs həmin ünvana gəlmiş, Vüsal pulu xalası Nəzakətdən almış və təxminən beş dəqiqə onunla söhbət etdikdən sonra oradan uzaqlaşmış, o, Vüsalın və xalası Nəzakətin getdiklərini gördükdən sonra oradan uzaqlaşmış və öz işlərinin arxasıyca getmişdir. İş materiallarında olan məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması barədə” 8 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında Yasamal RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ/V. 1-2). “Baxış keçirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli protokoldan və fotoşəkildən görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Elmler Akademiyası metrostansiyasinın qarşısıdır. (İ/V. 10-12). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 18 yanvar 2024-cü il tarixli protokoldan və fotoşəkildən görünür ki, hadisə yeri ünvan 8 ünvanda yerləşir. Hündür mərtəbəli yaşayış binasının qarşısıdır. Zərərçəkmiş şəxs1 binanın birinci mərtəbəsində olan “Libraff” kitab evinin qarşısını göstərərək xx.xx.2018-ci il tarixində Təqsirləndirilən şəxs ona əlillik dərəcəsi düzəltməsinə köməklik edə biləcəyinə görə ona 5000 min manat pul verməsini qeyd etdi. (İ/V. 23-25). “Maddi sübutun götürülməsi barədə” 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti ilə əlaqədar toplanan HK-79 saylı material ilə əlaqədar olaraq onun pulunu ələ keçirmiş Təqsirləndirilən şəxs ilə aralarında olan telefon danışıqları olan 1 (bir) ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılaraq götürülmüşdür. (İ/V. 32). Məhkəmə baxışı zamanı qeyd olunan “CD-R” formatlı olması, üzəri yaşıl rəngli olmaqla, üzərində “SOKCK” və “700 MB” yazılarının həkk olunan diskə baxış keçirilmişdir. Baxış zamanı diskin içərisində 04 (dörd) ədəd səs yazısı aşkar edilmiş və həmin səs yazıları ayrı-ayrılıqda dinlənildikdə həmin səslərin Təqsirləndirilən şəxs aid olması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldığı pulları hissə-hissə qaytaracağını və bununla bağlı müddət verməsini xahiş etməsi müəyyən edilir. Həmin səs yazıları eyni məzmunludur və səs yazıları dinlənildikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etməsi kimi xarekterizə olunur. 26 iyun 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 02 il islah işləri 20%, 02 il nəqliyat vasitələrinin idarəetmə hüququndan məhrum edilməsi cəzasına məhkum edilmişdir. Buna görə də hazırki iş üzrə X3 məhkumluğu olmayan şəxs hesab olunmuşdur. (İ/V. 84-85). “Məcburi gətirilmə haqqında” 3 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada Yasamal RPİ-nin İŞ-nə gətirilməsi qərara alınmışdır. (İ/V. 97). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsindən gələn sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı göstərilən xəstaxanada müalicə olunmayıb. (İ/V. 99). “Şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (İ/V. 100). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən gələn sorğuya cavab məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv məlumatlarına əsasən Təqsirləndirilən şəxs mülkiyyətində olan və özgəninkiləşdirilən qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. (İ/V. 108-109). “Şübhəli şəxsin tutulması haqqında” 25 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2024-cü il saat 09:55-də Yasamal RPİ-nin İŞ-də tutulmuşdur. Təqsirləndirilən şəxs azadlıq hüququ 24 iyun 2024-cü il saat 03:00-dan məhdudlaşdırılmışdır. (İ/V. 128). “İfadənin yerində yoxlanılması haqqında” 18 yanvar 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 ifadəsi yerində yoxlanılmış, bu barədə protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. (İ/V. 140- 141). “Üzləşdirmə haqqında” 25 iyun 2024-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, tərəflər istintaqa verdikləri ifadələri bir-birlərinin üzünə qarşı demişlər. (İ/V. 145-150). “Qətimkan tədbirinin seçilməsi haqqında” 26 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İ/V. 171-172). “Maddi ziyanın təqdim olunması haqqında” 9 iyul 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qardaşı X9 tərəfindən 2000 (iki min) manat məbləğində pulu Bakı şəhər Yasamal RPİ-nin İstintaq şöbəsinə təqdim etmişdir. Bakı şəhər Yasamal RPİ-nin İstintaq şöbəsi tərəfindən 2000 (iki min) manat məbləğində pul Zərərçəkmiş şəxs1 təqdim olunmuşdur. (İ/V. 179). “Maddi ziyanın təqdim olunması haqqında” 24 iyul 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qardaşı X9 tərəfindən 2000 (iki min) manat məbləğində pulu Bakı şəhər Yasamal RPİ-nin İstintaq şöbəsinə təqdim etmişdir. Bakı şəhər Yasamal RPİ-nin İstintaq şöbəsi tərəfindən 2000 (iki min) manat məbləğində pul Zərərçəkmiş şəxs1 təqdim olunmuşdur. (İ/V. 185). “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 (bir) ədəd disk sübut əhəmiyyəti olduğundan maddi sübut kimi tanınmışdır. (İ/V. 186-193). Ədliyyə Nazirliyi Bakı şəhər Yasamal Rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 380/2024 saylı məktubununn məzmunundan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü Gülsüm adlı qızı vardır. (İ/V.42). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri, şahidin ifadəsi, maddi sübut olan 1 ədəd CD-R diskdə olan məlumatlar və işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı övladının olmasını, törətdiyi əməldən peşman olmasını, zərərçəkmişlərə vurulmuş zərəri qismən ödəməsini, ilk dəfə qəsdən cinayət törətməyə görə məsuliyyətə cəlb edilməsini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, daha ağır cəzanın konkret desək maddənin sanksiyasında nəzərdə tutulan hətta ən aşağı həddə iki il azadlıqdan məhrumetmə növündə cəzanın ona təyin edilməsi ilk növbədə təqsirləndirilən şəxsin himayəsində olan azyaşlı uşağının həyat və tərbiyə şəraitinə, onun yaşayışına mənfi təsir göstərəcəkdir. İkincisi, təqsirləndirilən şəxs tərəfindən vurulmuş olan ümumilikdə on beş min manat ziyandan dörd min manatın zərərçəkmiş şəxslərə ödənilməsidir. Digər tərəfdən, tətbiq edilməli olan cəzanın əmələ mütənasibliyi baxımından məhkəmə hesab edir ki, ödənilməmiş qalan ziyanın məbləği kimi on bir min manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsin azadlıq hüququndan məhrum edilməsinə münasibətdə mütənasib və ədalətli hesab edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdən 26 iyun 2024cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Cəlilabad şəhəri, M.Hüseyn küçəsi ev 4 mənzil 7 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 avqust 2024-cü il tarixli, 1(004)-474/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 2 avqust 2024-cü il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdən 26 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Cəlilabad şəhəri, M.Hüseyn küçəsi ev 4 mənzil 7 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-474/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-474/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver