Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-474/2025 04.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 və onun müdafiəçisi Yusif Allahverdiyev və partnyotları Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Hüseynova Afət adlı şəxsin qanunazidd və mənəvi baxımdan dözülməz davranışlarına məruz qalmışdır. Onun tərəfindən özünə qarşı ifadə olunan təhqiramiz və alçaldıcı sözlər onun şərəf və ləyaqətini birbaşa hədəfə almış, ona dərin psixoloji zərbə vurmuş, həmçinin onun ictimai nüfuzuna mənfi təsir göstərmişdir. Belə ki, Hüseynova Afətlə aramızda bir müddətdir ki, qarşılıqlı tanışlıq və etimada əsaslanan münasibətlər mövcud olmuşdur. Sonradan həmin münasibətlər çərçivəsində müəyyən maddi məsələ və onun verdiyi vədlərlə bağlı şübhələr yarandığından, bu məsələnin həqiqiliyini yoxlamaq məqsədiiə Hüseynova Afətə onun adını çəkdiyi və məsələdən xəbərdar olduğunu bildirdiyi iki nəfər şahidlə onun əlaqə qurmağı üçün şərait yaratmasını xahiş etmişdir. Şəxsi görüş və ya heç olmasa telefonla danışıq tələbinə cavab olaraq, Hüseynova Afət əvvəlcə müxtəlif bəhanələr irəli sürdü, guya həmin şəxslərin işdə olduqlarını və onunla görüşə və ya danışığa imkanlarının olmadığını bildirdi. Daha sonra o, yenidən bu məsələ ilə bağiı sorğu verdikdə, Hüseynova Afət səsini qaldıraraq ona qarşı kobud danışdı, açıq-aşkar şəkildə təhqiramiz və alçaldıcı ifadələr işlətdi. Onun tərəfindən səsləndirilmiş ifadələr qadın heysiyyətinə yaraşmayan, insan ləyaqətini alçaldan sözlər olmuşdur. Hətta telefon danışığı zamanı o, onun ünvanına bir sıra aşağıiayıcı sözlər səsləndirmiş, şəxsiyyətini hədəfə alan təhqiramiz cümlələr qurmuşdur. Onun bu davranışları yalnız adi mübahisə xarakteri daşımamış, qəsdən onun şərəf və ləyaqətimi aşağılamağa yönəlmişdir. Nəticədə o psixoloji cəhətdən sarsıntı keçirmiş, bir müddət emosional gərginlik, narahatlıq, yuxusuzluq və sosiai təcrid halı yaşamışdır. Hətta yaxın ətrafı ilə münasibətlərinə də bu hal təsir göstərmişdir. Göstərilənlərə əsasən A.N.Hüseynovanın Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək onun icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi vəkil Müdafiəçi bildirmişdirlər ki, hazırki şikayət əsassızdır və heç bir mötəbər sübuta əsaslanmır. Bundan əlavə şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə də cavab vermir. Belə ki, şikayət ərizəsində şikayət vermiş şəxs haqqında məlumatlar, yəni doğulduğu il, məşğuliyyət növü, vəzifəsi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer qeyd edilməmişdir. Bundan başqa şikayətində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt və necə törədilməsi də ümumiyyətlə göstərilməmişdir. Nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəzifəsidir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərinə düşən vəzifələri icra etmədən şikayət ərizəsinin forma və məzmununda çoxsaylı qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayət ərizəsində şikayət vermiş şəxs haqqında məlumatlar, yəni doğulduğu il, məşğuliyyət növü, vəzifəsi, həmçinin şikayətin verildiyi tarix (il, ay və gün) və yer də qeyd edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. Lakin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericiliklə üzərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən tələblərinin heç birini düzgün etməməklə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmçinin məhkəmə hesab edir ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs A.N.Hüseynovanın məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Yusif Allahverdiyev və partnyotları Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, A.N.Hüseynovaya göstərilmiş hüquqi xidmətə görə Yusif Allahverdiyev və partnyotları Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata gorə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Yusif Allahverdiyev və partnyotları Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X2 göstərilmiş hüquqi xidmətə görə Yusif Allahverdiyev və partnyotları Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata gorə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Yusif Allahverdiyev və partnyotları Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-474/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-474/2025
04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver