Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-476/2023 16.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri «Zəfər» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Naxçıvan MR-nın Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmayan, evli, himayəsində 2 azyaşlı övladı olan, "xxxx" MMC-də sürücü işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 27-də yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərəçəkmış şəxsin sağlamlığına “Az ağır” zərər vurmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat radələrində xx.xx.2023-cü il tarixli etibarnamə əsasında idarə etdiyi “AzTrade’’ MMC şirkətinə məxsus “Hyundai HD” 35 yük markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ilə Yasamal qəbirstanlığı istiqamətinə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qanunun həmin tələblərini pozaraq, onunla eyni istiqamətdə piyada zolağında piyadanın yolu keçməsini gözləyən tam hərəkətsiz vəziyyətdə dayanmış Şahid1 idarə etdiyi “Kia Seltos” markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş və toqquşmanın təsirindən “Kia Seltos” markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobil irəliyə doğru hərəkət edərək piyada keçidi ilə keçən piyada Zərərçəkmiş şəxs dəymiş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, sağ alın və göz ətrafı nahiyənin dərialtı hematoması və sağ alın nahiyəsinin cırılmış yarası kimi sağlamlığın qısa müddətə pozulması ilə nəticələnən sağlamlığa yüngül zərər vurulmasına, həmçinin İV fəqərəsinin sağ yan çıxıntısının və V bel fəqərəsinin sol yan çıxıntısının minimal yerdəyişmiş sınığı, omba sümüyünün orta hissəsində, sola arxa strukturlara davam edən xətti yerdəyişməmiş sınığı, sol aşağı və yuxarı qasıq sümüyü şaxəsində əməl gətirən oynaq səviyyəsində sınıq kimi ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən xəsarətlər alıb sağlamlığına “Az Ağır” zərə vurulmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, 17 may 2023-cü il tarixədək "xxxx" MMC-də sürücü qismində işləmiş, şirkətin etibarnaməsi əsasında Hyundai HD 35 markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə Slavyanka sularının daşınmasını həyata keçirmişdir. Onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 17 may 2023-cü il tarixdə saat 11 radələrində Hyundai HD 35 markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtomobili Yasamal rayonu, Şərifzadə küçəsi ilə Kaktus restoranı istiqamətə yolun üçüncü zolağı ilə saatda 40 km sürətlə hərəkətdə etdirərkən Şərifzadə küçəsi 211-217 ünvanı qarşısında önündə hərəkətdə olan avtobus yolun sağına keçmiş və o, həmin avtobus ötüb keçərək dördüncü zolağa çıxmış, bu zaman qarşısında hərəkətdə olan qara rəngli KİA markalı avtomobil piyada zolağından yolu sağdan sola keçən piyadaya yol vermək üçün qəflətən avtomobili saxlamışdır. O, əyləcdən istifadə etmiş, lakin avtomobil yüklü olduğu üçün dayanmayaraq qarşısında dayanan KİA markalı avtomobilin arxasına dəymişdir. Zərbədən KİA markalı avtomobil sürüşərək yol keçən piyadaya dəymişdir. O, hadisə yerində olan tanımadığı şəxslərlə birlikdə xəsarət alan piyadanı yol avtomobilinə mindirərək xəstəxanaya yola salmışdır. Hadisə zamanı yanında iş yoldaşı Qorxmaz adlı şəxs əyləşmişdir. İfadəsinin sonunda, özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, hazırda zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş zərəri tamamilə ödəməsini, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, 17 may 2023-cü il tarixdə saat 10:50 radələrində uşağı məktəbdən götürmək üçün 158 saylı tam orta məktəbə piyada gedərkən ünvan 3 ünvanının qarşısında piyada zolağı ilə hərəkətə başlayan an sol tərəfdən hərəkətdə olan avtomobillər dayanıb onun keçməsi üçün yol vermişlər. O, təhlükəsizliyə tam əmin olduqdan sonra piyada zolağı ilə yolu keçməyə başlamış, piyada zolağının ortasına çatmağa az qalmış onun yolu keçməsini gözləyən qara rəngli avtomobilin arxa tərəfinə başqa nəqliyyat vasitəsi çırpılmış bundan sonra o, huşunu itirmiş, ayıldıqda görmüşdür ki, xəstəxanada həkimlər ona ilkin tibbi yardım göstərirlər. Hadisə vaxtı huşunu itirdiyi üçün baş verənləri xatırlamır. Hadisə vaxtı yanında heç kim olmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini və sonuncu barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsinə etiraz etmədiyini bildirməklə bu halların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" QSC-nə məxsus Kia Soltes markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobili 01 may 2023-cü il tarixli etibarnamə əsasında idarə edir. 17 may 2023-cü il tarixdə saat 11 radələrində ünvan 4 ünvanının qarşısında piyada zolağından piyadar keçdiyini görüb avtomobili tam hərəkətsiz vəziyyətə gətirməklə saxlamış, təxminən 2-3 saniyə sonra avtomobilin arxasına zərbə dəymişdir. Zərbənin gücündən avtomobil irəli hərət edərək yolu sağdan sola keçən piyadaya dəymişdir. Sonra o, avtomobildən düşər piyadaya köməklik etmiş, yoldan keçən tanımadığı avtomobilə əyləşdirib xəstəxanaya göndərmişdir. Avtomobilin arxasına dəyən yük daşıyan “Hyundai” markalı ** JL *** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. O, həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, düşmənçilik və ədavəti olmamışdır. İş üzrə Şahid2 məhkəməyə teleqramla müraciət edərək üzürlü səbəbdən məhkəməyə gələ bilmədiyi üçün istintaqda vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, AzTrade MMC-də köməkçi fəhlə kimi işləyir.17 may 2023-cü il tarixdə saat 11 radələrində AzTrade MMC-yə məxsus Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai HD 35 markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtomobildə qabaq sağ oturacaqda əyləşib Yaşamal qəbirstanlığı istiqamətində hərəkətdə olarkən Şərifzadə küçəsi 211-217 saylı binaları qarşısında piyada zolağına çatmamış qarşılarında hərəkət edən KİA Soltes marka avtomobil surəti azaldaraq tam hərəkətsiz vəziyyətdə saxlayıb qəza işıqlanı yandırmaqla piyadanın keçməsini gözləmişdir. Həmin vaxt Rahil avtomobili saxlay bilməyib Kia Soltes markalı avtomobili arxadan vurmuş, nəticədə Kia Soltes marka avtomobil irəli hərəkət edərək piyadanı vurmuşdur. Hadisə nəticəsində piyada xəsarət aldığından onu yol maşını ilə xəstəxanaya göndərmişlər. O, heç bir xəsarət almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Səhiyy Nazirliyi MTE və PA Birliyinin Yasamal rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 19 nömrəli rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Elşə qızının adına BMPda tərtib olunmuş tibbi sənəddə qeyd olunan xəsarətlər - baş beyin silkələnməsi, sağ alın və göz ətrafı nahiyənin dərialtı hematoması və sağ alın nahiyəsinin cırılmış yarası, İV bel fəqərəsinin sağ yan çıxıntısının və V bel fəqərəsini sol yan çıxıntısının minimal yerdəyişmiş sınığı, omba sümüyünün orta hissəsində, sol arxa strukturlara davam edən xətti yerdəyişməmiş sınığı, sol aşağı və yuxarı qasr sümüyü şaxəsində əmələ gətirən oynaq səviyyəsində xətti sınıq küt əşyanın təsirində törənmişdir, qərarda qeyd olunan təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. (İ/V 37-40). Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü tarixli 8/1550 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş məlumatlar əsasən, Hyundai HD 35 markalı, ** JK *** dövlət qeydiyyat nişanlı avtomobili sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 2 ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərin riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən göstərilən şəraitdə KİA Seltos markalı, ** AN *** dövlət qeydiyyat nişan avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınmas ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. (İ/V 41-44). 17 may 2023-cü il tarixli baxış protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi ünvan 5 ünvanının qarşısında yolun Yasamal qəbirstanlığı istiqamətində olan hərəkət hissəsində baş vermişdir. Belə ki, Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai HD35 markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal qəbirstanlığı istiqamətində hərəkət zamanı piyada zolağında piyadanın keçməsini hərəkətsiz vəziyyətdə dayanaraq gözləyən KİA Soltes markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin arxasından vurmuş, KİA Soltes markalı avtomobil zərbənin təsirindən irəli hərəkət edərək piyada zolağında yolu keçən piyada Zərərçəkmiş şəxsm vurmuşdur.(İ/V. 10-16). 17 may 2023-ci il tarixli, 2/15255 nömrəli sərxoşluq hallarının butun növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan gorunur ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur, alkoqol qəbulu əlamətləri olmamışdır (İ/V 29-30). Azərbaycan Respublikası DİN BƏSİl-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V 49). Cinayət işində olan qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqəsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V.71- 84, 91-93). “Sübutların qiymətləndirilməsi haqqında” 22 avqust 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi "xxxx" MMC-yə məxsus “Hyundai HD” 35 markalı ** JK *** dövlət qeydiyyat nişanlı avtomobil və Şahid1 idarə etdiyi "xxxx" QSC-yə məxsus “Kia Seltos” markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq sahiblərinə qaytarılması qərara alınmışdır.(İ/V 119-113). Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2007-ci il təvəllüdlü X5 adlı övladları vardır. Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Məhkəmə eyni zamanda iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışdığından və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyindən o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad olunmalıdır və iş üzrə icraata xitam verilməlidir. eyni zamanda Təqsirləndirilən şəxs əməlində inzibati məsuliyyət müəyyən edildiyindən onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1- ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsi dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinin icraata xitam verilməsi məqsədə uyğundur. Eyni zamanda, Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, maddi sübut kimi tanınmış “Hyundai HD 35” markalı ** JK *** dövlət qeydiyyat nişanlı və “KİA Soltes” markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahibinə qaytarılması nəzərə alınmalıdır. 8/1550 saylı məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsi üçün xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri «Zəfər» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri «Zəfər» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri «Zəfər» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 305, 321,321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai HD 35” markalı ** JK *** dövlət qeydiyyat nişanlı və “KİA Soltes” markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsi üçün xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Zəfər» Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-476/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-476/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver