Məhkəmə qərarları › İş №1(004)-480/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-480/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-480/2022 29.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Əlizadə Şamil Akif oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxslərin nümayəndəsi və vəkili: X10 və X5 nümayəndəsi və vəkili Müdafiəçi6, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin müdafiəçiləri: Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi4 və Müdafiəçi5 iştirakları ilə, X14, X16, X11, X12 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X17 və X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X17 və X15 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X14, X16, X11, X12 və X2 əməllərində cinayət tərkibi mövcud olduğundan onların barəsində xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilmələrini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178, 179, 308.2, 213.2, 192 və 147.2-ci maddələri ilə təqsirləndirilən şəxs və həmin maddələrə barəsində axtarış verilmiş ünvan 1 ünvanında qeydiyyatda olan X14 törətdiyi cinayət əməllərindən boyun qaçırmaq məqsədilə qardaşı X8, oğlu X3, arvadı X2, dostu X4 təşkilatçılığı və iştirakı ilə “Youtube” sosial şəbəkəsində qediyyatdan keçmiş “Xural TV”, “Kanal 13”, “Müsavat TV”, həmçinin “Facebook” sosial şəbəkəsində barələrində yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətlərini ləkələyən, onları nüfuzdan salan məlumatlar yayaraq və onları ağır cinayətlərdə ittiham etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, ünvan 1 ünvanında qeydiyyatda olan X14 aşağıda qeyd olunan kanallarda

1. https://www.youtube.com/user/kanall3a...youtube kanalında: 23 iyul 2022-ci il tarixdə “Türkiyəyə sığınan və orada ölümlə hədələnən məşhur azərbaycanlı həkim Şahbaz Şahbazov nələr danışdı?” 903 baxış.

2. https://www.voutube.com/TVmusavat kanalında: 30 avqust 2022-ci il tarixdə “Prezidentin əmisi oğlunun adı keçən sensasion məhkəmə işi! Professor Şahbazov”, 140 baxış.

3. https://www.xural.com/ kanalında: xx.xx.2021-ci il tarixdə “X21 Məmmədovdan şikayət etdi” 136 baxış

4. https://www.xural.com/ kanalında: xx.xx.2022-ci il tarixdə canlı yayında “Siyasət meydanıf,#1703 “İlqar Əliyevin ətrafında nələr olur?!” 554 baxış. canlı yayımda müsahibə verərək barələrində yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətlərini ləkələyən, onları nüfuzdan salan məlumatlar yayaraq və onları ağır cinayətlərdə ittiham etmişdir. Yekun olaraq X14, X16, X11, X12 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələri barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X17 və X5 nümayəndəsi və vəkili Müdafiəçi6 şikayətin dəlillərinə uyğun çıxış etdərək, sonuncu çıxışın “Xural TV”-də edildiyini, "xxxx" MMC-nin hüquqi ünvanının ünvan 2in Bakı Şəhəri Yasamal rayon Məhkəməsində icraata qəbul edilərək baxılmasını məhkəmədən xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 müdafiəçisi Müdafiəçi1 şikayəti qəbul etməyərək, xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 müdafiəçisi Müdafiəçi2 şikayəti qəbul etməyərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi Müdafiəçi3 şikayəti qəbul etməyərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 müdafiəçisi Müdafiəçi4 şikayəti qəbul etməyərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Müdafiəçi5 şikayəti qəbul etməyərək, xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərə və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, X14, X16, X11, X12 və X2 Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X17 və X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətinə baxılması Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 300.1 və 300.1.4-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də, müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsidir; 302.1 və 302.1.1-ci maddələrinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2 və 302.2.1-ci maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 12-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-in 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. İş materiallarından müəyyən edilir ki, X17 və X15 xususi ittham qaydasında ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edirək X14, X16, X11, X12 və X2 barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırınmişdir ki, X14, X16, X11, X12 və X1 nümayiş etdirilən “youtube.com” internet informasiya ehtiyatında “Xural TV”, “Kanal 13”, “Müsavat TV” youtube kanalı vasitəsilə həmçinin “Facebook” sosial şəbəkəsində X17 və X15 barəsində böhtan xarakterli məlumatlar yaymışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlamatları haqqında çıxarışdan görünür ki, ********** VÖEN ilə fəaliyyət göstərən "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 3 Şəxsiyyət vəsiqəsi məlumatları bölməsindən çıxarışdan görünür ki, X14 xx.xx.1961-ci il tarixdə ünvan 4 ünvanında yaşayır. Məhkəmə belə qənaəti gəlir ki, xususi ittiham qaydasında şikayətdə qeyd edilən sonuncu çıxış https://www.xural.com/ kanalında : xx.xx.2022-ci il tarixdə canlı yayında “Siyasət meydanıf,#1703 “İlqar Əliyevin ətrafında nələr olur?!” başlığı altında yayımlanmışdır. Həmin video görüntüdə çıxış edən şəxs X9r. X17 və X5 nümayəndəsi və vəkili Müdafiəçi6 "xxxx" MMC-nin ünvanının ünvan 5 internet kanalının həmin cəmiyyətə aid olması barədə rəsmi sənəd təqdim edə bilməmişdir. Hazırkı halda müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətin verilməsinə əsas olmuş məlumatların yayıldığı “Xural TV”, “Youtube.com” internet informasiya ehtiyatının və “Facebook” sosial şəbəkəsinin Azərbaycan Respublikasında hüquqi ünvanı mövcud deyidir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 isə yaşadığı ünvanı ünvan 6imi rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayətə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yeri üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır. Odur ki, X14, X16, X11, X12 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X17 və X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 74.1, 75.1, 299.1, 299.3.1, 300.1.4, 302.1.1, 302.2.1 və 302.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

X7, X8, X4, X3 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X17 və X15 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz.

Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar