Məhkəmə qərarları › İş №1(004)-481/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-481/2022

05.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-481/2022 05.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Tərcüməçi: X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1961-ci il Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi işlə məşğul olan, məhkumluğu olan, Bakı şəhəri, Yasamal rayonu S.Dadaşov küçəsi məhəllə 577, ev 68, mənzil 65-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 15 aprel 2022-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri Nəsimi rayonu “Kubinka” kimi tanınan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş təmiz çəkisi 0,247 qram maddə kütləsi kustar usulla hazırlanmış narkotik vasitə heroini 10 manata əldə edib üzərində saxlamaqla daşımış, 15 aprel 2022-ci il tarixdə saat 10:00 radələrində Yasamal RPİ-nin 28-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncu ünvan 1 ünvanın qarşısında saxlanılaraq bölmənin inzibati binasına gətirilmiş və həmin tarixdə barəsində keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,247 qram maddə kütləsi kustar usulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o narkomaniya xəstəliyindən əziyyət çəkir. Əvvəllər dəfələrlə CM-nın 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur. Sonuncu dəfə Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 15 aprel 2022-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 10 manat müqabilində 01 büküm narkotik vasitə olan heroin alıb şəxsi istifadəsi məqsədi ilə üzərində saxlamışdır. Həmin gün Yasamal rayonu, S.Dadaşov küçəsi məhəllə 577, ev 68 ünvanının qarışısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları kimi təqdim etdikdən sonra ondan şəxsiyyəti barədə məlumat almışlar. Bundan sonra polis əməkdaşları ondan üzərində qanunla gəzdirilməsi qadağan edilən əşya və ya hər hansı maddələrin olub-olmadığını soruşmuşlar və o səmimi olaraq polis əməkdaşlarına üzərində heroin adlanan narkotik vasitə olduğunu bidirmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər və o polis əməkdaşının qanuni tələbinə tabe olaraq onlarla 28-ci polis bölməsinə getmişdir. Orada polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan qara rəngli şalvarının sağ cibində olan 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin narkotik vasitəni 15 aprel 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Polis əməkdaşları ona məxsus narkotik vasitə olan heroini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 оğlu ifаdəsində göstərmişdir ki, 15 aprel 2022-ci il tarixdə 28-ci Polis Bölməsinə Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlmatı daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə 28-ci PB-nin rəisi tərəfindən qəbul edilərək ondan və əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 10 radələrində Şahid1la birlikdə ünvan 2 ünvanın qarşısında olan zaman bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı əşyanın olubolmadığını soruşmuşlar və İqor onların bu sualına cavab olaraq bildirmişdir ki, narkotik istifadəçisidir və hazırda üzərində narkotik vasitə olan heroin var. Bu məlumatdan sonra Təqsirləndirilən şəxs oğluna onlarla birlikdə 28-ci Polis Bölməsinə getməli olduğunu bildirib və onu avtomobillə həmin PB-nin inzibati binasına gətirmişlər. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra İqor əynində olan qara rəngli şalvarının sağ cibində olan bir ədəd gümüşü kağızına bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq İqor həmin bükülünün içərisində olan narkotik vasitə olan heroini həmin gün saat təxminən 09 radələrində Baki şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 10 manata alıb üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 75-78-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 15 aprel 2022-ci il tarixdə xidmət etdiyi Yasamal RPİ-nini 28-ci Polis bölməsinə əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş, 1961-ci il təvəllüdlü, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Yasamal RPİ-nin 28-ci PB-nin rəisin əməliyyat məlumatının yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupunun yaradılması haqqında raportla məruzə etmişdir. 28-ci PB-nin rəisinin 15 aprel 2022-ci il tarixli əmri ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılaraq əməliyyat qrupunun rəhbəri onun özü, qrupun üzvü isə 28-cı PB-nin cinayət- axtarış işi üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 təyin olunmuş və onlar birlikdə 15 aprel 2022ci il tarixdə Yasamal rayonu ərazisində zəruri əməliyyat- axtanş tədbirlərini həyata keçirməyə başlamışlar. Həmin gün saat 10:00-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanın qarşısında piyada hərəkət edərkən saxlanılmış, ona özlərini 28-ci Polis bölməsinin polis əməkdaşları kimi təqdim edərək xidməti vəsiqələrini təqdim etmişlər. Təqsirləndirilən şəxs də öz anket məlumatlarını onlara bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək Yasamal RPl-nin 28-ci PB-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs onların qanuni tələblərinə etiraz etməyərək təklifləri ilə razılaşaraq birlikdə 28-ci PB-nin inzibati binasına gəlmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında əsaslı şübhələr olduğuna görə bölməyə gətirilməsi və onun paltarında, əşyalarında və üzərində ehtimal olunan qanunla qadağan edilmiş narkotik və psixotrop maddələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi üçün Polis bölməsinin rəisinə raportla məruzə etmişdir. 28ci PB-nin rəisinin yazılı göstərişinə əsasən Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması Bölməninn baş təhqiqatçısı, polis kapitanı Nicat Abdullayevə həvalə edilmişdir. Baş təhqiqatçı Nicat Abdullayev tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi və onun milliyyətcə rus olduğundan tərcüməçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutularaq onun üzərində şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında qərar elan edilərək ona hüquq və vəzifələri izah edilmişdir. Baş təhqiqatçısı Nicat Abdullayev tərəfindən “İphone X” markalı mobil telefon vasitəsilə video çəkilişdən istifadə etməklə müdafiəçisinin və tərcüməçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hansı səbəbə Polis bölməsinə gətirilməsi, paltarlarında, əşyalarında və ya bədənində ehtimal edilən qanunla qadağan edilmiş narkotik və psixotrop maddələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyaların və sənədləri könüllü təqdim etməsi təklif etmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs onların tərəfindən yaşadığı evin qarşısında saxlanılaraq 28- ci PB-nə gətirilməsini bildirərək əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı siqaretin gümüşü rəngli kağızına bükülmüş öz dediyinə görə içərisindəki “kakos” deyilən narkotik vasitə heroini təqdim etmişdir. Onun təqdim etdiyi bir ədəd bükülüyə baxış zaman bükümün içərisində toz şəkilli, qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğu aşkar olunmuşdur. Bükümdə olan maddənin nədən ibarət olması barədə şübhəli şəxs Təqsirləndirilən şəxs sual verildikdə o, narkotik vasitəni bu gün səhər saatlarında təxminən saat 09- da “Kubinka" adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi, əvvəllərdə də narkotiki aldığı şəxsdən 10 manata aldığmı bildirmişdir. Baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə davam etdirilərkən onun üzərində, paltarlarında sair ehtimal olunan qanunla qadağan edilmiş narkotik və psixotrop maddələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyalar və sənədlər aşkar edilməmişdir. Baş təhqiqatçı Nicat Abdullayev tərəfindən Bityukov fqor Viktoroviçdən aşkar edilmiş 01 ədəd içərisində qəhvəyi rəngli, tozşəkilli, spesfık iyə malik maddə olan büküm içi boş olan ağ zərfin içinə qoyularaq üzəri möhürlənərək zərfin üzəri protokol iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış və məhkəmə kimyəvi ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunaraq, iştirakçılar tərəfindən protokolun tərtibinə dair etiraz və sair qeydlər daxil olmamış, protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsindən gəldikdən sonra narkotik vasitələrin və psixotrop maddələrin istehlakı yəni özünün əldə edib istifadə etməsi haqqında 28-ci PB-nə məlumat daxil olmuş, lakin 28-ci PB-nə onun narkotik və psixotrop maddələr satması barədə bizə hər hansı məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs narkotiklərin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq azadlığı məhdudlaşdırılan zaman və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparılarkən ona qarşı hər hansı bir zorakılıq, təzyiq və sair təsir tədbirləri həyata keçirilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtanş və götürmə aparılarkən müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Allah verdi oğlunun, material üzrə təyin edilmiş tərcüməçi X3, Yasamal RPİ-nin 28-ci PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 və həmin bölmənin əməliyyat müvəkkili Şahid2 iştirakları ilə keçirilərkən Təqsirləndirilən şəxs anket məlumatlarını dəqiqiləşdirdikdən sonra şübhəli şəxsin Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini, həmçinin üzərində şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. Bundan sonra baş təhqiqatçı Nicat Abdullayev şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxladığı əşya, narkotik və psixotrop maddələri könüllü olaraq təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs təklifi qəbul edərək əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisindəki “kakos" deyilən narkotik vasitə heroini təqdim etmişdir. Baş təhqiqatçı tərəfindən İqor Biyukovun təqdim etdiyi bir ədəd bükülüyə baxış zaman bükümün içərisində toz şəkilli, qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğu aşkar olunmuşdur. Bükümdə olan maddənin nədən ibarət olması barədə şübhəli şəxs Təqsirləndirilən şəxs sual verildikdə o, narkotik vasitəni bu gün səhər saatlarında təxminən saat 09-da “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi, əvvəllərdə də narkotiki aldığı şəxsdən 10 manata aldığını bildirmişdir. Baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə davam etdirilərkən onun üzərində, paltarlarında sair ehtimal olunan qanunla qadağan edilmiş narkotik və psixotrop maddələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyalar və sənədlər aşkar edilməmişdir. Baş təhqiqatçı Nicat Abdullayev tərəfindən Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd içərisində qəhvəyi rəngli, tozşəkilli maddə olan büküm içi boş olan ağ zərfin içinə qoyularaq üzəri möhürlənərək zərfin üzəri protokol iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunaraq, iştirakçılar tərəfindən protokolun tərtibinə dair etiraz və sair qeydlər daxil olmamış, protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. (i.v. 39-40) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2022-ci il tаriхli 6/2152 sаylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 167” möhür əksi olan, “..Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,247 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, siyahısına (Siyahı İ) daxildir. (i.v. 46-50) “Video görüntülərə baxış keçirilməsi haqqında” 16 aprel 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə apanlarkən müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, tərcüməçi X3, Yasamal RPİ-nin 28-ci PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 və həmin bölmənin əməliyyat müvəkkili Şahid2 iştirakları ilə keçirilərkən Təqsirləndirilən şəxs anket məlumatlarını dəqiqiləşdirdikdən sonra şübhəli şəxsin Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini, həmçinin üzərində şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. Bundan sonra baş təhqiqatçı Nicat Abdullayev şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxladığı əşya, narkotik və psixotrop maddələri könüllü olaraq təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs təklifi qəbul edərək əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisindəki “kakos" deyilən narkotik vasitə heroini təqdim etmişdir. Baş təhqiqatçı tərəfindən iqor Biyukovun təqdim etdiyi bir ədəd bükülüyə baxış zaman bükümün içərisində toz şəkilli, qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğu aşkar olunmuşdur. Bükümdə olan maddənin nədən ibarət olması barədə şübhəli şəxs Təqsirləndirilən şəxs sual verildikdə o, narkotik vasitəni bu gün səhər saatlarında təxminən saat 09 radələrində “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi, əvvəllərdə də narkotiki aldığı şəxsdən 10 manata aldığını bildirmişdir. Baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə davam etdirilərkən onıın üzərində, paltarlarında sair ehtimal olunan qanunla qadağan edilmiş narkotik və psixotrop maddələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyalar və sənədlər aşkar edilməmişdir. Baş təhqiqatçı Nicat Abdullayev tərəfindən Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd içərisində qəhvəyi rəngli, tozşəkilli, spesfik iyə malik maddə olan büküm içi boş olan ağ zərfin içinə qoyularaq üzəri möhürlənərək zərfin üzəri protokol iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxstərəfındən imzalanmış və məhkəmə kimyəvi ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunaraq, iştirakçılar tərəfindən protokolun tərtibinə dair etiraz və sair qeydlər daxil olmamış, protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. (i.v. 59-60) “Maddi sübut kimi tanımaq haqqında” 16 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı mobil telefondan istifadə edilməklə videogörüntü əks olunan “Şəxsi axtarış və götürmə aparılması” haqqında protokolun tərtib edilməsi zamanı aparılmış prosessual hərəkətlərin köçürüldüyü 1 (bir) ədəd DVD-R formatındakı disk istintaqın gedişində maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (i.v. 62-63) “Maddi sübut kimi tanımaq haqqında” 21 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə apanlarkən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,247 qram olmuş narkotik vasitə olan heroin istintaqın gedişində maddi sübut kimi tanınmış, həmin miqdarda narkotik vasitə heroinin ekspertizası tədqiqatı keçirildikdən sonra qalıq çəkisi 0,197 qramı cinayət işinə əlavə edilməklə məhkəmənin hökmü qüvvəyə minənədək saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (i.v. 113-114) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 13 may 2022-ci il tаriхli 2453 nömrəli rəyinə əsаsən müayinə zamanı Təqsirləndirilən şəxsnda OPİOİDLƏRİN və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 137-138); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxsnun üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0.247 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxsnun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 31) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin medafiə edilməsindən imtina edilməsi barədə” 16 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 97-99) “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 16 aprel 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 100-101) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Rusiya Federasiyasının Manqışlaq Vilayəti Şevçenko şəhər məhkəməsinin xx.xx.1987-ci il tarixli hökmü ilə RSFSR-nin 241-ci maddəsinin 1-ci hissəsi ilə 02 il müddətinə azadlıqdan məhrum edilməsinə məhkum olunmuş, xx.xx.1991-ci ildə cəzadan azad olunmuşdur. xx.xx.2004-cü il tarixdə ACDİÜ - nün hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, xx.xx.2005-ci il cəzasının sonu ilə azad olunmuş, xx.xx.2006-cı il tarixdə Binəqədi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, xx.xx.2008-ci il cəzasının sonu ilə azad olunmuş, xx.xx.2012-ci il tarixdə Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, xx.xx.2015-ci il cəzasının sonu ilə azad olunmuş, xx.xx.2019-cu il tarixdə Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, xx.xx.2020ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 108-110) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli 1(004)-272/2019 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxsnun cəzaçəkmə müdətinin əvvəli 31 iyul 2019-cu il tarixdən hesblanmışdır. (i.v. 118-126) Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli 1(004)-272/2019 saylı hökmü ilə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 30 iyul 2020-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs 06 dekabr 2019-cu il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.197 qram qalıq çəkisi olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs ətrafında həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsndan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnun CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 15 aprel 2022-ci il tarixdən 16 aprel 2022-ci il tarixədək olan 2 gün ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu gündən hesablanmalı, (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli(CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxsna narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxsnun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxsna göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 15 aprel 2022-ci il tarixdən 16 aprel 2022-ci il tarixədək, yəni 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbs olunduğu vaxtdan, yəni 05 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.197 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X2, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar