Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-481/2023 29.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 29,180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq etməyə cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 11 iyun 2023-cü il tarixdə saat 09:30-da ünvan 2 ünvanda yerləşən "Cığır" X2 Dəstək ictimai Birliyinin inzibati binasının birinci mərtəbəsində olan gül mağazasına gələrək həmin vaxt orada masanın üzrəndə olan Zərərçəkmiş şəxs məxsus içərisində 192 manat 26 qəpik dəmir və kağız əskinaslardan ibarət nəğd pul, şəxsiyyət vəsiqəsi, balanslarında pul vəsaitləri olmayan tələbə təqaüd bank kartı, "Kapital Bank"a aid 02 ədəd plastik bank kartları və dəyəri olmayan kitabxanaya buraxılış kartının olduğu qara rəngli suni dəridən hazırlanmış 10 manat dəyərində pul kisəsini götürüb hadisə yerindən qaçaraq uzaqlaşdıqda Zərərçəkmiş şəxs orada olan şəxslərdən onun saxlanılması və talanmış əmlakının qaytarılması üçün köməklik olunmasını xahiş etməsi səbəbindən sonuncunun tanışları Şahid1 və Şahid3 tərəfindən təqib edilərək hadisə yerinin yaxınlığında saxlanılaraq talanmış əmlakın Zərərçəkmiş şəxs qaytarılması, özünün isə polis əməkdaşlarına təhvil verilməsi görə bilavəsitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli, yəni Zərərçəkmiş şəxs məxsus ümumilikdə 202 manat 26 qəpik dəyərində əmlakı açıq talama yolu ilə ələ keçirmək niyyətini öz iradəsindən aslı olmayan qeyd edilən səbəbdən başa çatdıra bilməyib soyğunçuluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək ifadəsində göstərdi ki, sonuncu dəfə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad eidlmişdir. 11 iyun 2023-cü il tarixdə saat 09:30 radələrində ünvan 3 ünvanında olan obyektə daxil olmuşdur. Həmin vaxt binanın sağ giriş qapısının yanındakı masanın arxasında bir kişi və bir qadın ayaq üstdə dayanmışlar. Həmin qadının yanında masanın üzərində bir ədəd mobil telefon və bir ədəd qara rəngli pul kisəsi olmuşdur. O, pul kisəsinin içərisində pul olacağını düşünərək həmin pul kisəsini götürüb giriş qapısını açaraq oradan uzaqlaşmağa başlamışdır. Həmin vaxt masanın yanındakı qadın qışqırmışdır ki, onu saxlasınlar və o, qapıdan çıxan zaman bir şəxs onun arxası ilə gəlməyə başlamış o isə "20 Yanvar" metrostansiyası tərəfə qaçmağa başlamışdır. Bu zaman onun axrasınca iki nəfər şəxsin qaçdığını görüb yolun ortasında pul kisəsini yerə atmış, həmin şəxslərdən biri onu saxlayıb geri yəni, həmin mağazaya gətirmiş və polisə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin pul kisəsinin içərisində pul və müxtəlif plastik kartlar olmuşdur. Yekun olaraq o etdiyi əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 26-28-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, “Cığır” X2 X5 könüllü kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 09 radələrində Birliyin ünvan 3 ünvanında fəaliyyət göstərən binasına daxil olmuşdur. Bina üç mərtəbədən, sağ və sol olmaqla ümumi birinci mərtəbəyə açılan iki giriş qapısından ibarətdir və hər üç mərtəbə də Birliyinin nəznində fəaliyyət göstərir. Belə ki, binanın birinci mərtəbəsi gül mağazası, kitab evi, ikinci mərtəbə ərzaq və geyim mallarının satışı, üçüncü mərtəbə isə təlim-tədris mərkəzi kimi fəaliyyət göstərir. O, həmin tarixdə, saat 09:30 radələrində binanın birinci mərtəbəsində gül satışı və buketlərin hazırlanması üçün nəzərdə tutulmuş hissəsində giriş qapısının yanındakı masanın qarşısında dayanmış, özünə məxsus "Redmi Note 12 Pro Plus" markalı mobil telefonunu və içərisində 191 manat kağız, 01 manat 26 qəpik dəmir pulun, şəxsiyyət vəsiqəsi, balansında pul vəsaitinin olmadığı tələbə təqaüd bank kartının, "Kapital Bank"a aid 02 ədəd plastik bank kartının, kitabxanaya buraxılış kartının olduğu 10 manata aldığı suni dəridən hazılanmış qara rəngli pul kisəsini yanında həmin masanın üzərinə qoymuşdur. Həmin vaxt tanımadığı kişi cinsinə məxsus bir nəfər şəxs qəflətən həmin pul kisəsini götürərək sağ tərəfindəki giriş qapısını açmaqla oradan qaçmağa başlamışdır. O, sonuncunun arxası ilə qışqıraraq səs-küy salmışdır ki, sonuncunu tutub saxlasınlar. Bunu görən və həmin vaxt sözügedən qapıdan içəri girməyə çaılşan iş yoldaşı X6 həmin şəxsi saxlamağa çalışsa da, həmin şəxs oradan uzaqlaşmağa başlamış və o, sonuncunun arxasınca Müzəffər Həsənov küçəsi ilə üzü "20 Yanavar" metrostansiyası tərəfə qaçmağa başlamışdır, Şahid1 və digər iş yoldaşı, eyni zamanda nişanlısı Şahid3 onun arxası ilə qaçmağa başlamışlar. Həmin şəxs təqib edildiyini görüb yolun yarısında pul kisəsini yerə atmış, Tural pul kisəsini yerdən götürmüş, İmdad isə həmin şəxsi yaxalamış və sonuncular binaya geri qayıtmışlar. Nəticədə onlar hadisə barədə polis orqanına məlumat vermişlər. Hadisə yerinə polis əməkdaşları gəlmişlər. O, pul kisəsini yoxladıqda ona aid olan pul və əşyaların tam şəkildə içərisində olmasını müəyyən etmişdir. Hazırda həmin pul kisəsini və içərisində olan yuxarıda qeyd etdityi pul və əşyalarla birlikdə istintaqa təqdim edir. Hadisədən sonra bilmişdir ki, pul kisəsini oğurlayıb qaçan şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs hadisəni törədən zaman ona və ya digər şəxslərə qarşı hər hansı formada fiziki təzyiqə yol verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə birlikdə “Cığır” X2 X5 könüllü kimi fəaliyyət göstərir. 11 iyun 2023-cü il tarixdə saat 09:30 radələrində o işə gələn zaman birlliyin binasının qapısında bir nəfər şəxslə üzbə-üz gəlmiş və həmin vaxt Əminənin qışqıraraq ondan həmin şəxsi saxlamağını tələb etdiyini eşitmişdir. O, da həmin şəxsi saxlamağa çalışmış, lakin həmin şəxs oradan üzü "20 Yanvar" metrostansiyası tərəfə qaçmağa başlamışdır. Bu zaman o və onun bir yerdə işləyən Şahid3 həmin şəxsin arxası ilə qaçmağa başlamışdır. Həmin şəxs təqib edildiyini görüb yolun yarısında əlindəki pul kisəsini yerə atmış və o, həmin pul kisəsini yerdən götürmüşdür. Bundan sonra İmdad həmin şəxsi yaxalamış və onlar sonuncunu birliyin binasına gətirmişlər. Orada ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Həmin vaxt Əminənin pul kisəsinin içərisində 191 manat kağız, 01 manat 26 qəpik dəmir pul, şəxsiyyət vəsiqəsi, tələbə təqaüd bank kartı, "Kapital Bank"a aid 02 ədəd plastik bank kartı, kitabxanaya buraxılış kartı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 da digər şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiklərini öz ifadələrində bir daha təsdiq etmişlər. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 69-71-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həm iş yoldaşı, həm də nişanlısıdır. Belə ki, Əminə də onun kimi ünvan 3 ünvanında yerləşən "Cığır" X3 X5 könüllü kimi fəaliyət göstərir. xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində o işə gəlmiş və saat təxminən 09:10 radələrində bir nəfər şəxsin birliyin binasına daxil olduğunu görmüşdür. Həmin vaxt o həmin şəxsə yaxınlaşmış və o iş üçün gəldiyini dedikdə o elə başa düşmüşdür ki, o binanın pəncərələrinin təmiri üçün binanın sahibi Heydər müəllim tərəfindən göndərilib və bunu ondan soruşduqda o da təsdiqlədi. O həmin şəxsi binanın ikinci mərtəbəsinə qaldırmış və təmir işləri görüləcək hissələri ona göstərmiş və onlar yenidən birinci mərtəbəyə enmişlər. Həmin şəxs az sonra yenidən ustalarla birlikdə qayıdacağını deyib oranı tərk eləmişdir. Az sonra geri qayıdıb onu səsləmiş və yemək üçün ondan pul istəmiş və bildirmişdir ki, Heydər müəllim gəlib pulu geri qaytaracaq. O məsələni Heydər müəllim ilə dəqiqləşdirmək məqsədi ilə birinci mərtəbədəki kitab oxumaq üçün nəzərdə tutulmuş tərəfə keçib telefonunu götürmüşdür. Həmin vaxt qəflətən sağ giriş qapısı tərəfdə masanın qarşısında dayanmış Əminənin qışqırmağını, həmin şəxsin onun yanından qapıdan çıxıb qaçmağa başladığını görmüşdür. O və digər iş yoldaşı Şahid1 onun dalınca Müzəffər Həsənov küçəsi ilə üzü “20 Yanavar” metrostansiyası tərəfə qaçmağa başlamışlar. Həmin şəxs təqib edildiyini görüb yolun yarısında əlindəki pul kisəsini yerə atmış, Tural hemin pul kisəsini yerdən götürmüş, o isə həmin şəxsi yaxalamış və onlar həmin şəxsi birliyin binasına gətirmişlər. Orada ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur və o, Əminənin içərisində 191 manat kağız, 01 manat 26 qepik dəmir pulun, şəxsiyyət vəsiqəsinin, balansında pul vəsaitinin olmadığı tələbə təqaüd bank kartının, "Kapital Bank"a aid 02 ədəd plastik bank kartının, kitabxanaya buraxılış kartının olduğu 10 manata aldığı suni dəridən hazılanmış qara rəngli pul kisəsini onun gördüyü şəraitdə oğurlayaraq oradan qaçmağa çalışmışdır. Tural həmin pul kisəsini Əminəyə vemiş və o onun içərisinə baxaraq sadalanan pul və əşyalarının tam şəkildə pul kisəsinin içərisində olduğunu bildirmişdir. Nəticədə onlar hadisə barədə polis orqanına məlumat vermişlər. Hadisə yerinə polis əməkdaşları gəlmişlər. İş üzrə şahid qismində göstərilmiş Şahid5 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 77-79-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun iş yoldaşıdır. Bele ki, Əminədə onun kimi ünvan 3 ünvanında yerləşən “Cığır” X2 X5 könüllü kimi fəaliyət göstərir. xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində o işə gəlmiş və saat təxminən 09:10 radələrində bir nəfər şəxsin birliyin binasına daxil olduğunu görmüşdür. Həmin vaxt iş yoldaşı Şahid3 ona yaxınlaşmış ve onlar söhbət etməyə başlamışlar. O eşitmişdir ki, söhbət əsnasında həmin şəxs İmdada fəhlə olduğunu, iş üçün gəldiyini bildirmişdir. Daha sonra İmdad onu binanın ikinci mərtəbəsinə qaldırmış, az sonra onlar aşağı enmişlər və həmin şəxs binanı tərk eləmişdir. Bir qədər sonra saat təxminən 09:30 radələrində o birliyin birinci mərtəbəsində sol giriş qapısı tərəfdə kitab oxumaq üçün nəzərdə tutulmuş hissədə olan zaman qəflətən sağ giriş qapısı tərəfdə masanın qarşısında dayanmış Əminənin qışqırmağını, həmin şəxsin onun qaynından qapıdan çıxıb qaçmağa başladığını, İmdad və digər iş yoldaşı Şahid1 onun daınca Müzəffər Həsənov küçəsi ilə üzü “20 Yanvar” metrostansiyası tərəfə qaçmağa başladığını görmüşdür. Həmin şəxs təqib edildiyini görüb yolun yarısında əlindəki pul kisəsini yerə atmış, Tural həmin pul kisəsini yerdən götürmüş, İmdad isə həmin şəxsi yaxalamış və onlar onu birliyin binasına gətirmişlər. Orada ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs Mayil oğludur və o, Əminənin içərisində 191 manat kağız, 01 manat 26 qəpik dəmir pulun, şəxsiyyət vəsiqəsinin, balansında pul vəsaitinin olmadığı tələbə təqaüd bank kartının, “Kapital Bank”a aid 02 eded plastik bank kartının, kitabxanaya buraxılış kartının olduğu 10 manata aldığı suni dəriden hazılanmış qara rengli pul kisəsini onun gördüyü şəraitdə oğurlayaraq oradan qaçmağa çalışmışdır. Tural hemin pul kisəsini Əminəyə vermiş və o onun içərisinə baxaraq sadalanan pul və əşyalarının tam şəkildə pul kisəsinin içərisində olduğunu bildirmişdir. Nəticədə onlar hadisə barədə polis orqanına məlumat vermişlər. Hadisə yerinə polis əməkdaşları gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 11 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanda yerləşən «Cığır» X4 Dəstək ictimai birliyinin binasının 1-ci mərtəbəsində yerləşən gül mağazasında yerləşir. (i.v. 10-12) “Pul kisəsinin götürülməsi və baxış keçirilməsi haqqında” 11 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs pul kisəsini təqdim etmiş. Həmin pul kisəsi qara rəngli olmaqla süni dəridən hazırlanmış 19smx09 sm ölçüdədir, üzərin «ETRİEL» sözləri həkk olunmuşdur. Pul kisəsi düymə və 2 ədəd zəncirbəndə bağlanır, pul kisəsi açıldıqda içərisində Kapital banka aid üzərlərində «5103 0714 3401 8830 AMİNA RAFİLİ » 10/20 sair söz və rəqəmləri qeyd olan müddəti bitmiş bank kartı, üzərində «MS AMİNA RAFİLİ 4169 7388 4585 2403» 03/26 sair söz və rəqəmləri qeyd olan birbank visa kartı, Kapital banka aid üzərində Zərərçəkmiş şəxs fotoşəkili və «AMİNA RAFİLİ Azərbaycan Təhsil kartı ADNSU 5103 0715 0624 7846» sair söz və rəqəmləri qeyd olan tələbə təqaüd kartı, üzərində Zərərçəkmiş şəxs fotoşəkili və «Azərbaycan Milli kitabxansı, oxucu kartı N°117003 Zərərçəkmiş şəxs» sair söz və rəqəmləri qeyd olan kitabxanaya buraxılış kartı, Zərərçəkmiş şəxs adına AZE N°******** nömrəli şəxsiyət vəsiqəsi, 1 ədəd 100, 1 ədəd 50, 1 ədəd 20, 1 ədəd 10, bir ədəd 5 , 6 ədəd 1 manatlıq pul əskinasları, 4 ədəd 20 qəpik, 3 ədəd 10 qəpik, 3 ədəd 5 qəpik və bir ədəd 1 qəpik xırda pullar, ümumilikdə 192 manat 26 qəpik pul olması aşkar edildi. Zərərçəkmiş şəxs təqdim etdiyi pul kisəsi, və içərisində olan Kapital banka aid üzərlərində «5103 0714 3401 8830 AMİNA RAFİLİ » 10/20 sair söz və rəqəmləri qeyd olan müddəti bitmiş bank kartı, üzərində «MS AMİNA RAFİLİ 4169 7388 4585 2403» 03/26 sair söz və rəqəmləri qeyd olan birbank visa kartı, Kapital banka aid üzərində Zərərçəkmiş şəxs fotoşəkili və «AMİNA RAFİLİ Azərbaycan Təhsil kartı ADNSU 5103 0715 0624 7846» sair söz və rəqəmləri qeyd olan tələbə təqaüd kartı, üzərində Zərərçəkmiş şəxs fotoşəkili və «Azərbaycan Milli kitabxansı, oxucu kartı N°117003 Zərərçəkmiş şəxs» sair söz və rəqəmləri qeyd olan kitabxanaya buraxılış kartı, Zərərçəkmiş şəxs adına AZE N°******** nömrəli şəxsiyət vəsiqəsi, 1 ədəd 100, 1 ədəd 50,1 ədəd 20, 1 ədəd 10, bir ədəd 5 , 6 ədəd 1 manatlıq əskinaslar, 4 ədəd 20 qəpik, 3 ədəd 10 qəpik, 3 ədəd 5 qəpik və bir ədəd 1 qəpik xırda pullar, ümumilikdə 192 manat 26 qəpik pul iş üçün sübutu əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (i.v. 32-33) “İfadələrin yerində yoxlanılması haqqında” 11 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd olunanları hadisə yerində göstərməklə bir daha təsdiq etmişdir. (i.v. 58-59) 12 iyun 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmədə zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (i.v. 81-83) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2023-cü il tarixli 9/4715 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində «ETRİEL» yazısı olan, 9x19sm ölçüdə, qara rəngli pul kisəsinin istifadədə olması və yuxarıda qeyd edilən xüsusatlar nəzərə alınmaqla 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti 2.0 manat müəyyən olunur. (i.v. 143-145) “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, şəxsiyyət vəsiqəsi, balanslarında pul vəsaitləri olmayan tələbə təqaüd bank kartı, “Kapital Bank” a aid 02 ədəd plastik bank kartları, kitabxanaya buraxılış kartı, qara rəngli suni dəridən hazırlanmış pul kisəsi maddi sübut kimi tanınmışdır. (i.v. 149-155) Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsini, 01 ədəd 100, 01 eded 50, 01 ədəd 20. 01 ədəd 10, 01 ədəd 5, 06 ǝdəd 1 manatlıq pul əskinazları, 04 ədəd 20 qəpik, 03 ədəd 10 qəpik, 03 ədəd 5 qəpik və 01 ədəd 1 qəpik xırda pulları, ümumilikdə 192 manat 26 qəpik pulu Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru İsmayıl Qurbanovdan təhvil almışdır. (i.v. 166) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə özgənin əmlakını açıq talamaqla soyğunçuluq etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 11 iyun 2023-cü il tarixdə saat 09:30-da ünvan 2 ünvanda yerləşən "Cığır" X2 Dəstək ictimai Birliyinin inzibati binasının birinci mərtəbəsində olan gül mağazasına gələrək həmin vaxt orada masanın üzrəndə olan Zərərçəkmiş şəxs məxsus içərisində 192 manat 26 qəpik dəmir və kağız əskinaslardan ibarət nəğd pul, şəxsiyyət vəsiqəsi, balanslarında pul vəsaitləri olmayan tələbə təqaüd bank kartı, "Kapital Bank"a aid 02 ədəd plastik bank kartları və dəyəri olmayan kitabxanaya buraxılış kartının olduğu qara rəngli suni dəridən hazırlanmış 10 manat dəyərində pul kisəsini götürüb hadisə yerindən qaçaraq uzaqlaşdıqda Zərərçəkmiş şəxs orada olan şəxslərdən onun saxlanılması və talanmış əmlakının qaytarılması üçün köməklik olunmasını xahiş etməsi səbəbindən sonuncunun tanışları Şahid1 və Şahid3 tərəfindən təqib edilərək hadisə yerinin yaxınlığında saxlanılaraq talanmış əmlakın Zərərçəkmiş şəxs qaytarılması, özünün isə polis əməkdaşlarına təhvil verilməsi görə bilavəsitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli, yəni Zərərçəkmiş şəxs məxsus ümumilikdə 202 manat 26 qəpik dəyərində əmlakı açıq talama yolu ilə ələ keçirmək niyyətini öz iradəsindən aslı olmayan qeyd edilən səbəbdən başa çatdıra bilməyib soyğunçuluq etməyə cəhd etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2023-cü il tarixli 9/4715 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində “ETRİEL” yazısı olan, 9x19sm ölçüdə, qara rəngli pul kisəsinin istifadədə olması və yuxarıda qeyd edilən xüsusatlar nəzərə alınmaqla 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti 2.0 manat müəyyən olunur. İstintaq orqanı əsassız olaraq zərərçəkmiş şəxsə məxsus 01 ədəd üzərində “ETRİEL” pul kisəsinin qiymətinin 10 manat olduğunu qeyd etmiş və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin 11 iyul 2023-cü il tarixli 9/4715 saylı rəyində həmin ütünün qiymətinin 2.0 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə pul kisəsini oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 02 (iki) manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 29,180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 11 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00 dəqiqədə tutulmuşdur. (i.v. 47) Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(004)-435/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 iyun 2023cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətinmkan tədbiri seçilmişdir. (i.v. 109-113) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 01 il 09 ay 12 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad eidlmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs barəsində olan 14 fevral 2018-ci il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Zərərçəkmiş şəxs Rasim qızı tərəfindən göndərilmiş teleqramdan görünür ki, məhkəmə iclasında ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərində olmadığından iştirak edə bilmir. Ona dəymiş zərər ödənilib lakin törətdiyi əmələ görə təqsirləndirilən şəxsin cəza çəkməyini tələb edir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.13 və 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxil edilir. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsini, 01 ədəd 100, 01 ədəd 50, 01 ədəd 20, 01 ədəd 10, 01 ədəd 5, 06 ǝdəd 1 manatlıq pul əskinazları, 04 ədəd 20 qəpik, 03 ədəd 10 qəpik, 03 ədəd 5 qəpik və 01 ədəd 1 qəpik xərda pulları, ümumilikdə 192 manat 26 qəpik pulun, balanslarında pul vəsaitləri olmayan tələbə təqaüd bank kartı, "Kapital Bank"a aid 02 ədəd plastik bank kartları, kitabxanaya buraxılış kartı, qara rəngli suni dəridən hazırlanmış pul kisəsinin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 29,180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 29,180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 11 iyun 2023-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.3). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-nin 41, 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 11 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ**********0000003944, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. İş üzrə AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin, 01 ədəd 100, 01 ədəd 50, 01 ədəd 20, 01 ədəd 10, 01 ədəd 5, 06 ǝdəd 1 manatlıq pul əskinazları, 04 ədəd 20 qəpik, 03 ədəd 10 qəpik, 03 ədəd 5 qəpik və 01 ədəd 1 qəpik xırda pulları, ümumilikdə 192 manat 26 qəpik pulun, balanslarında pul vəsaitləri olmayan tələbə təqaüd bank kartının, "Kapital Bank"a aid 02 ədəd plastik bank kartlarının, kitabxanaya buraxılış kartının, qara rəngli suni dəridən hazırlanmış pul kisəsinin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə sərf etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-481/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-481/2023
29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver