Məhkəmə qərarları › İş №1(004)-482/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-482/2024

01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-482/2024 01.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:50 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxx 1973-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddələri əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, 12 oktyabr 2023-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən ‘'Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə ümumi təmiz çəkisi 1,090 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış və 13 oktyabr 2023-cü il tarixdə saat 00:30 radələrində Yasamal RPİ-nin 28-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 15 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 28-ci PŞ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli cins şalvarının sol cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,090 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 18 yanvar 2024-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,885 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış və 19 yanvar 2024-cü il tarixdə saat 11 radələrində Yasamal RPİ-nin 28-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı ünvan 3 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 28-ci PŞ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli şalvarının sağ yar cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,885 qram olan ağ rəngli, kristalşəkilli kütlə kusta üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 06 may 2024-cü il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Nəsirr rayonunda yerləşən “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,908 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış və 06 may 2024-cü il tarixdə saat 16:00-da Yasamal RPİ-nin 28-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı ünvan 4 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 28-ci PŞ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,908 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər istintaqa verdiyi ifadələri bir daha təsdiq edərək qeyd edir ki, 11 oktyabr 2023-cü il tarixdə ünvan 5 ünvanda yerləşən Azərbaycan Dillər Universitetinin 2 saylı yataqxanasının həyətinə gecə vaxtı dəqiq xatırlamadığı saatdə gəlmişdir. Həyətdə olan göyərçin quşlarının saxlanıldığı damı görmüş və ora yaxınlaşmışdır. Üzərində olan vintaçan vasitəsi ilə damın giriş qapısının üzərində olan qıfılı sonra isə qapını açmış və orada olan on iki ədəd göyərçin quşunu oradan tapdığı sellofan torbaya qoyub oğurlayaraq həyətdən çıxmışdır. Sabahı günü yəni səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonunda bazar ərazisində tanımadığı şəxsə həmin quşları bir 3 manata olmaqla 36 manat qarşılığında saatmış sonra təxminən saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “kubinka” adlanan ərazidən əvəllər tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat müqabilində 01 ədəd bükümdə psixotrop maddə olan “Şüşə” kimi tanınan metamfetamin almış, daha sonra həmin psixotorop maddənin istifadə edə bilmək üçün üzərində saxlamışdır. 13 oktyabr 2023-cü il tarixdə təxminən saat 00:30 radələrində o, ünvan 6 ünvanda olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onun baş vermiş oğurluq hadisəsində şübhəli olduğunu bildirirək onlarla birlikdə Yasamal RPİ-nin 28-ci PŞ-nə getməyini isdəmişdirlər. O, da heç bir etiraz bildirmiyərək onlarla razılaşmış və onlar birlikdə Yasamal RPİ-nin 28-ci PŞ-nə getmişdirlər. Orada o, polis əməkdaşlarına səmimi olaraq üzərində psixotrop maddə olduğunu etriaf etmiş və bundan sonra ona üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş və müdafiəçinin iştirakı olmaqla video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarının sol cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı o, həmin bükümdə olan psixotrop maddə metamfetamini 20 manat müqabilində 12 oktyabr 2023-cü il tarixdə saat 11 radələrində Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa o, 18 yanvar 2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən “Kubinka” adlanan ərazidə olan zaman əvəllər tanımadığı bir nəfər kişi cinsindən olan şəxsdən şəxsi istifadəsi üçün 20 manat müqabilində 01 ədəd bükümdə psixotrop maddə olan “Şüşə” kimi tanınan metamfetamin almış, daha sonra həmin psixotorop maddənin istifadə edə bilmək üçün üzərində saxlamışdır. 19 yanvar 2024-cü il tarixdə təxminən saat 11 radələrində o, ünvan 7 ünvanda olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirirək onlarla birlikdə Yasamal RPlnin 28-ci PŞ-nə getməyini isdəmişdirlər. O, da heç bir etiraz bildirmiyərək onlarla razılaşmış və onlar birlikdə Yasamal RPl-nin 28-ci PŞ-nə getmişdirlər. Orada o, polis əməkdaşlarına səmimi olaraq üzərində psixotrop maddə olduğunu etriaf etmiş və bundan sonra ona üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş və müdafiəçinin iştirakı olmaqla video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı o, həmin bükümdə olan psixotrop maddə metamfetamini 20 manat müqabilində 18 yanvar 2024-cü il tarixdə saat 21 radələrində Nəsimi rayonu, “Kubinka" adlanan ərazidə tanımadığı şəxsdən aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa 06 may 2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə naməlum şəxsdən öz istifadəsi üçün 20 manat pul müqabilində bir bükümdə psixotrop maddə metamfetamin almışdır. O, həmin içərəsində psixotrop maddə metamfetamin olan bükümü əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. 06 may 2024-cü il tarixdə saat 16.00-da ünvan 4 ünvanının qarşısında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq vəsiqələrini göstərib özlərini təqdim etmişdirlər. Polis əməkdaşları ona Yasamal RPl-nin İŞdə barəsində olan cinayət işi üzrə ona axtarış verildiyini və bu səbəbdən onlarla birlikdə Yasamal RPl-nin 28-ci PŞ-nə getməyi təklif etmişdirlər. O, heç bir etiraz etməmiş və onlarla birlikdə Yasamal RPİ-nin 28-ci PŞ-nə gəlmişdir. Orada o, polis əməkdaşlarına səmimi olaraq üzərində psixotrop maddə olduğunu etriaf etmiş və bundan sonra ona üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş və müdafiəçinin iştirakı olmaqla video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı o, həmin bükümdə olan psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən aldığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, ikinci qrup əlillik dərəcəsinin olmasını, himayəsində yetkinlik yaşına çatmayan şəxsin olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 28-ci PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.1973-cü il tarixdə Ağdam rayonunda anadan olmuş Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə 28-ci PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Pünhan Məmmədov ilə birlikdə 19 yanvar 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi 29 ünvanında olan zaman yaxınlaşıb vəsiqələrini göstərərək özlərini təqdim etmişdirlər. Bundan sonra onlar həmin şəxsi Yasamal RPİ-nin 28-ci PŞ-nə dəvət etmiş və o, onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsində xidməti otaqların birinə yerləşdirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş və Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşulmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edərək, həmin bükümün içərsində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin aşkar olunmuş kütlə içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmışdır, DİN-in 167 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri isə şübhəli şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Həmin aşkar olunmuş maddə nədən ibarət olduğunu və haradan, nə məqsədlə əldə etdiyi sual edildikdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Nəsimi rayonu, “kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 20 manat müqqabilində aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra qeyd etdiyi fakt üzrə Yasamal RPİ-nin İstintaq Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə axtarışda olan xx.xx.1973-cü il tarixdə Ağdam rayonunda anadan olmuş Təqsirləndirilən şəxsun tutulması məqsədi ilə xx.xx.2024-cü il tarixdə Yasamal RPİ-nin 28-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə saat 16 radələrində ünvan 8 ünvanda olan zaman yaxınlaşıb vəsiqələrini göstərərək özlərini təqdim etmişdirlər. Bundan sonra onlar həmin şəxsi Yasamal RPİ-nin 28-ci PŞ-nə dəvət etmiş və o, onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsində xidməti otaqların birinə yerləşdirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş və Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşulmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edərək, həmin bükümün içərsində psixotrop maddə olam metamfetamin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin aşkar olunmuş kütlə içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 167 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri isə şübhəli şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Həmin aşkar olunmuş maddə nədən ibarət olduğunu və haradan, nə məqsədlə əldə etdiyi sual edildikdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetaminin özünə məxsus olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Nəsimi rayonu, "kubinka" adlanan ərazidən tanımadığı şəxsdən 20 manat müqqabilində aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 28ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, eyni məzmunda ifadə verərək Şahid1 göstərdiyi halları və faktları eynilə təsdiq etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 28ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid4 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, həmçinin onunla heç bir düşmənçiliyi, ədavəti və qohumluq münasibəti olmamışdır. Bildirmək isdəmişdir ki, ünvan 9 ünvandakı Azərbaycan Dillər Universitetinin 02 saylı yataqxanasının həyətində yerləşən quş damından 11 oktyabr 2023-cü il tarixdə on iki ədəd göyərçinin Təqsirləndirilən şəxs tərəfindən oğurlanması və sonuncunun qeyd olunan ərazidə narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə etimad doğuran mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə Yasamal RPİ-nin 28-ci PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3 iştirakı ilə 13 oktyabr 2023-cü il tarixdə bir sıra əməliyyat tədbirləei keçirilmişdir.belə ki, 13 oktyabr 2023-cü il tarixdə saat 00:30 radələrində o və digər əməliyyat müvəkkili Şahid3 ünvan 10 ünvanının qarşısında olan zaman orada piyada şəkildə hərəkətdə olan və xarici görkəm əlamətərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək həqiqətən Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdirlər.Bundan sonra onlar ona 11 oktyabr 2023-cü il tarixdə 02 nömrəli yataqxananın həyətində yerləşən quş damından on iki ədəd göyərçinin oğurlanmasında və narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və daşınmasında şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin 28-ci PŞ-nə dəvət etmişdirlər.Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis şöbəsinə dəvət etmişdirlər.Təqsirləndirilən şəxs etiraz etməyib razılaşaraq onlarla birlikdə polis şöbəsinin inzibati binasına getmişdirlər.Orada xidmət iş otaqlarının birindi həmin şəxsə hüquqları izah olunmuş və hüquqları qorunması üçün müdafiəçi X5 dəvət olunmuşdur.Bundan sonra müdafiəçinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarlarında, əşyalarında və yaxud bədəbibdə olması ehtimal olunan narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları yaxud sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol cibindən şəffaf sellofana bükülmüş bir ədəd bükümü çıxardıb qarşsındakı masanın üzərinə qoyaraq təqdim etmişdir.Həmin büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında açılan zaman içərisində ağ rəngli kristallik şəkilli, spesifik iyə malik psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması aşkar edilmilşdir.Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üstündə iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya yaxud predmet aşkar olunmamışdır.Daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi içərisində metamfetaminə bənzər kütlə olan şəffav sellofana bükülmüş bir ədəd büküm içi boş olan zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür.Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol cibindən aşkar olunmuş bir ədəd bükümün içərisində olan psixotrop maddənin konkret nə olması onu haradan əldə etməsi soruşulduqda həmin şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd bükümdəki olan psixotrop maddə metamfetamindir və həmin psixotrop maddəni 12 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” deyilən ərazidən tanımadığı kişik cinsində olan şəxsdən 20 mamat pul müqabilində almış və yalnız öz istifadəsi üçün üzərində saxlamışdır.Bundan başqa Təqsirləndirilən şəxs 11 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonundakı Azərbaycan Dillər Universitetinin 02 saylı yataqxanasının həyətində yerləşən quş damından on iki ədəd göyərçin oğurlayaraq, hər birini 3 manat olmaqla Sabunçu bazarında tanımadığı şəxsə aparıb satmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 28-ci PŞ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 elan edilmiş ifadəsindən görünür ki, o, eyni məzmunda ifadə verərək şahid X3 göstərdiyi halları və faktları eynilə təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanılması barədə” 13 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (Cild 1. İ/V. 159). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə saat 00:30 dəqiqədən Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X10 tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1. İ/V. 171). “Şəxsi axtarış və götürmə aparılması” haqqında 13 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya və maddənin olması halında könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki əynindəki qara rəngli cins şalvarın sol cibindən bir ədəd şəffav sellofana bükülmüş bükümü təqdim etmişdir.Həmin bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə saat 00:30 radələridnə polis əməkdaşları tərəfindən Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 15 saylı ünvanının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 167 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. (Cild 1. İ/V. 188). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 13 oktyabr 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman o, əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffav sellofana bükülmüş bükümü təqdim etmiş və təqdim edilmiş narkotik vasitənin götürülməsi faktını bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5344 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №167”dairəvi möhür əksləri, “Şübhəli şəxs: Quliyev “imza” və digər ad, soyad, imzalar qeyd edilmiş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,090 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azrəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (siyahı İ) daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi - 1,090 qr, - tədqiqata sərf edilən miqdar-0,05 qram, qalıq - 1,040 qram. Ekspertiza tədqiqatının dəyəri 89 manat təşkil edir. (Cild 1. İ/V. 196-198). “Qətimkan tədbirinin seçilməsi haqqında” 14 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Quliyev X11 RPİ-nin X7 azad edilmiş və eyni zamanda onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 1. İ/V. 227-228). “Cinayət işinin başlanılması barədə” 20 yanvar 2024-cü il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (Cild 1. İ/V. 80). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə saat 11:00 dəqiqədən Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1. İ/V. 99). “Şəxsi axtarış və götürmə aparılması” haqqında 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya və maddənin olması halında könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffav sellofana bükülmüş bükümü təqdim etmişdir.Həmin bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə saat 11:00 radələridnə polis əməkdaşları tərəfindən Yasamal rayonu, D.Bünyadzadə küçəsi 29 saylı ünvanının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 167 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. (Cild 1. İ/V. 110-111). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 19 yanvar 2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman o, əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffav sellofana bükülmüş bükümü təqdim etmiş və təqdim edilmiş narkotik vasitənin götürülməsi faktını bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/365 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №167"dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs” sözləri,soyadlar və imzalar qeyd edilmiş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,885 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azrəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin"-in siyahısına (siyahı İ) daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi - 0,885 qr, - tədqiqata sərf edilən miqdar-0,05 qram, qalıq - 0,835 qram. Ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. (Cild 1. İ/V. 118- 120). “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (Cild 1. İ/V. 152). “Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş, cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir. (Cild 1. İ/V. 157-158). “Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri şərtlərini pozduğuna görə barəsində axtarış elan olunmuşdur. (Cild 2. İ/V. 9-10). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 6 may 2024-cü il tarixdə saat 16:00 dəqiqədən Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1. İ/V. 16). “Şəxsi axtarış və götürmə aparılması” haqqında 06 may 2024-cü il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 28-ci PŞ-nin inzibati binasında Yasamal RPİ-nin 28-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X6, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya və maddənin olması halında könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffav sellofana bükülmüş bükümü təqdim etmişdir.Həmin bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə saat 16:00 radələridnə polis əməkdaşları tərəfindən ünvan 11 ünvanının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 167 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. (Cild 1. İ/V. 24-25). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 6 may 2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman o, əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffav sellofana bükülmüş bükümü təqdim etmiş və təqdim edilmiş narkotik vasitənin götürülməsi faktını bir daha təsdiq etmişdir. “Cinayət işinin başlanılması barədə” 7 may 2024-cü il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (Cild 1. İ/V. 1). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7 may 2024-cü il tarixli, 3-16-16/2-6/2530 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №167”dairəvi möhür əksləri, “...Təqsirləndirilən şəxs.." və s., soyadlar, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,908 qram olan ağ rəngli .kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun iarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azrəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin’-ir siyahısına (siyahı İ) daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi - 0,908 qr, • tədqiqata sərf edilən miqdar-0,05 qram, qalıq - 0,858 qram. Ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. (Cild 1. İ/V. 32- 34). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)- 428/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün həbsdə saxlama müddətindən çıxmaqla, üzərində 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1. İ/V. 70-71). “Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” 11 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş, cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir. (Cild 1. İ/V. 77-78). xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-n Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 01 il 11 ay 12 gün azadlığın məhdudlaşdırılmasına məhkum edilmiş, bundan başqa Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 02 il 09 ay azadlığın məhdudlaşdırılmasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzası 01 il 15 gün azadlıqdan məhrum etmə ilə əvəz edilmişdir. xx.xx.2021-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə AR Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya haqqında qərarının 4-cü bəndi tətbiq edilərək cəzası 06 ay azaldılmışdır. xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. (Cild 2. İ/V. 29-31). Elektron məhkəmə informasiya sistemində olan məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 29 mart 2009-cu il təvəllüdlü Quliyev Rza adlı uşağı vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Günel Əkbərlinin 1(004)- 155/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 mart 2019-cu il tarixdən 20 mart 2019cu ilədək azadlığının faktiki məhdudlaşdırıldığı 02 (iki) gün müddət 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.Həmin hökmün təsviri əsaslandırıcı hissəsində olan məlumatdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. (Cild 2. İ/V. 32-42). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Tural Əkbərovun 1(005)- 334/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə barəbər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılmasından çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, AR CM-nin 66.2-ci və 66.5-ci maddələrinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-155/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmış və üzərinə qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (Cild 2. İ/V. 44-53). Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi İslam Həsənovun 7(002)- 605/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-334/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş və AR CMnin 66.2-ci və 66.5-ci maddələrinə əsasən üzərinə qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 01 ay 01 gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetmə hesabı ilə hesablanmaqla 01 il 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. (Cild 2. İ/V. 54- 60). Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun 7(002)- 1090/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci tarixli qərarı ilə 01 il 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətiylə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilərək, cəzası 06 ay azaldılmışdır.(Cild

2. İ/V. 61-63). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi Ambulator X1 25 iyul 2024-cü il tarixli, 5068 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNFROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrinin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndində uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2. İ/V. 76-77). “Sübutların qiymətləndirilməsi haqqında” 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu 03 ədəd DVD-R formatındakı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus təmiz çəkiləri 1,090, 0,885 və 0,908 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tannmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,040 qram, 0,835 qram və 0,858 qram hissəsi Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (Cild 2. İ/V. 101-115). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddələri əldə edib özündə saxlaması, özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, İİ qrup əlil olmasını, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olması hallarını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Qaradağ Rayon Məhkəməsinin 7(002)-605/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 01 ay 01 gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetmə hesabı ilə hesablanmaqla 01 il 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi və Qaradağ Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci tarixli qərarı ilə 01 il 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətiylə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndi tətbiq edilərək, cəzası 06 ay azaldılması halı onun məhkumluğu olan şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 264 (iki yüz altmış dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 1,040 qram, 0,835 qram və 0,858 qram psixotrop maddə metamfetamin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vəkili X2 vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-482/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxsna məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq iclaslarında iştirak etməyə sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 04 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ümum ilikdə 264 (iki yüz altmış dörd) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 1,040 qram, 0,835 qram və 0,858 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar