Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-483/2024 26.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun vəkili və eyni zamanda nümayəndəsi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Belarusya Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikasında hüquq-məsləhətçisi işləyən zaman öz qulluq mövqeydindən istifadə edərək tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 18 dekabr 2022-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kadrlar şöbəsinə dövlət qulluğuna düzəltməsi barədə yalan vəd verərək sonuncuya məxsus 19000 manat olmaqla xeyli miqdarda pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu, M.Həsənov küçəsində “Azersu" ASC-nin yaxınlığında Şahid1 vasitəsi ilə alaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda zərər vuraraq dələduzluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid2 2021-ci ildən bəri tanıyır. Beləki Qabilin oğlunda səhətində yaranmış problemlərə görə onunla səmimi münasibəti yaranmışdır. Həmin ərəfədə Qabillə həmsöhbət olan zaman o əlilliyin bərpası ilə bağlı istənilən zaman kömək etmək üçün tanışının olduğunu bildirmişdir. Həmin ərəfədə tanışları Elçin və Rüfət pensiya məsələsi ilə bağlı kömək istədikləri üçün Qabilə məlumat vermişdir. Qabildə bu barədə razılaşaraq Rüfətdən 6000, Elçindən isə 2000 mant pulun müqabilində pensiya məsələsində kömək edəcəyini bildirmişdir.O təxminin 2022-ci ilin mart- aprel ayında Qabillə yaşadığı ünvan 2 ünvanın qarşısında görüşmüşdür. Qabillə Rüfət və Elçindən aldığı ümumilikdə 8000 manat pulu hər biri 100 manatlıq əskinazlardan ibarət pulu əlbəəl Qabilə vermişdir Qabil 2 ay ərzində bütün işlərin həil olunacağını bildirmişdir. Lakin 2 ay keçməsinə baxmayaraq Qabilin heç bir ış görmədiyini görüb Qabilə zəng etməyə başlamışdır. Qabil isə pulu Sabrinaya verdiyini bildirmişdir. Təxminən 2022-ci ilin avqust ayında Qabil ilə Qaradağ rayonu ərazisində görüşmüşdürlər Söhbət edən zaman Sabrina adlı xanıma zəng edərək Qabilin yanında olduğunu və onun pulu istədiyim bildirmişdir.Sabrina isə ən qısa zamanda işin həll olunaçağını bildirmişdir. 2022-ci ilin dekabr ayına kimi Qabilin heç bir iş görmədiyi üçün artıq onun heç bir iş görməyəcəyini anlamışdır.2022-ci ilin dekabr ayının əvvəllərində Qabil telefon əlaqəsi zamanı tanışı olduğunu və onun işə düzəltməyə kömək edib edə bilməyəcəyini soruşduqda o Qabilə tanışları Rüfət və Elçinin işı üçün verdiyi 8000 manatı qaytarmaq üçün ona dostunun oğlunun işini düzəldəcəyini bildirmişdir. Bu barədə Qabil ilə danışan zaman onun tanışını Müdafiə Nazirliyinə düzəldəcəyini bildirmişdir. Bunun müqabilində isə 15000 manat pul lazım olduğunu bildirdikdə Qabil dostu ilə danışdıqdan sonra razı olduqalarını bildirmişdir. 2022- ci ilin dekabr ayının 18-də Qabil telefonla zəng edərək dostu Şahid1 Bakı şəhərini yaxşı tanımadığı Yasamal rayonu 20 Yanvar metrostansiyasının yaxınlığında onu gözlədiklərini bildirmişdir. O isə ona gözləmələrini bildirmişdir Qabil Ramizin nömrəsini verdiyi üçün Yasamal rayonu 20 Yanvar metrostansiyasının yaxınlığında olduqlarını bildirmişdi. Təxminən saat 12 radələrində özünə məxsus Mersedez Benz markalı **-DM- *** qeydiyyat nişanlı avtomobil ilə Ramizin olduğu Yasamal rayonu, Azərsu ASC-nin yaxınlığında görüşmüşdürlər. Ramiz avtomobilə əyləşərək işin həll olunaçağını soruşduqda narahat olmamağı bildirmişdir. Bundan sonra lazım olan sözləri Qabil ilə əlaqə saxayaraq soruşmağı bildirmişdir.Bundan sonra Ramiz içərisində pul və iş üçün lazım olan əvvəlcədən bildirdiyi təcüme hal, diplom və şəxsiyyət vəsiqələrinin sürəti olan paketi ona vermişdir. Ramiz avtomobildən düşüb getdiyi üçün o da çıxıb öz yaşadğı evə getmişdir. Pulu yaşadığı evdə 15000 manatı sayaraq maşında saxlamışdır. Bundan sonra Qabilin ona verməli olduğu 8000 manat pulu qaytarmağı gözlədiyi üçün Ramizdən aldığı 15000 manatı avtomobilində saxlamışdır. Bundan sonra Ramiz bir neçə dəfə zəng edərək işin nə yerdə olduğunu soruşduqda o ona pulu Qabildən almasını bildirmişdir.Onda isə 6500 manat olduğunu bildirmişdir. Həmin ərəfədə 5900 manat pulu Seyfədinin kart hesabına göndərmişdir. O, Şahid1 heç bir məbləğ deməmişdir. O yalnız Qabillə telefon əlaqəsi zamanı 15000 manat müqabilində işin düzələcəyini bildirmişdir. Bu səbəbdən qeyd olunan 19000 manat həqiqətə uyğun deyil. Lakin zərərçəkmiş şəxslə həmin məbləğdə razılaşmışdır. Hazırda zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 onun qohumudur. Əsgərlikdən gəldikdən sonra iş tapmaqda çətinlik çəkdiyi üçün 2022-ci ilin oktyabr aylarında qohumu Şahid1 ona iş tapmaqda kömək etməsini bildirmişdir. Oda maraqlanaraq məlumat verəcəyini bildirmişdi. 2022-ci ilin oktyabr ayında Ramiz ona telefonla zəng edərək Müdafiə Nazirliyinin Hərbi polikilinikasında hüquqşünas kimi işləyən Təqsirləndirilən şəxsla danışdığını və Ruslanın ona kömək edəcəyini demişdi. Telefon danışığı zamanı həmin işə görə 20000 manat pul lazım olduğunu Ramiz qeyd etmişdir. Bu barədə Ramiz ona bildirdikdən sonra ailəsilə məsləhətləşərək razılığa gəlmişdir. Ramizlə birlikdə onun işinə kömək edəcək Təqsirləndirilən şəxs dostu Qabil adlı şəxslə Xırdalan şəhərində kafelərin birində görüşmüşdürlər. Həmsöhbət zamanı Qabil Ruslanın onu Müdafiə Nazirliyinin kadrlar şöbəsinə dövlət qulluğuna düzəldəcəyini demişdir. Hətta orada Qabil Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayaraq onlarla birlikdə çay içdiyini qeyd etmişdir. Bir neçə gün sonra yəni xx.xx.2022-ci il tarixdə Kapital Bankdan kredit götürmüşdür. Lakin qeyd olunan 20000 manat əvəzinə 19000 manat düzəltdiyini bildirdikdən sonra Ramiz Qabilə bu barədə demişdir. Qabil də Təqsirləndirilən şəxs bildirərək onunla danışıb görüşmək lazım olduğunu və Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında görüşməylərini təklif etmişdir. xx.xx.2022-ci il tarixdə 12 radələrində Ramizlə birlikdə Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında olan vaxt Təqsirləndirilən şəxsla əlaqə saxlayan zaman o Müdafiə Nazirliyinin Hərbi polikilinikasında işdə olduğunu və işin yanına gəməklərini bildirmişdir. Ramiz Ruslana Bakını yaxşı tanımadığını bildirdikdə Ruslan Qabillə danışmağı təklif etmişdir. Ramiz Qabillə telefon əlaqəsi saxlayıb onları Müdafiə Nazirliyinin Hərbi polikilinikasına çağırdığını lakin onların şəhəri yaxşı tanımadığın, Xırdalan şəhərindən gəldiyini bildirdikdə o onlara Təqsirləndirilən şəxs özünuı yanlarına gələcəyini bildirmişdir. 18/2.2022-ci il tarixdə saat 12 radələrində Yasamal rayonu. 20 Yanvar metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxsla görüşmüşdürlər. Təqsirləndirilən şəxs gümüşü rəngli Mersedes Benz markalı avtomobil ilə onların yanına gəlmişdir. O avtomobilə əyləşməyərək çöldə gözləmişdir. 19000 manat pulu, şəxsiyyət vəsiqəsini və diplomun sürətinin notarial qaydada təsdiq edilmiş formasını Ramizə vermişdir. Ramiz avtomobildə əyləşdikdən təxminən 5-10 dəqiqə sonra avtomobildən düşmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilin sağ pəncərəsini aşağı endirərək ona narahat olmamağı tezliklə işin düzələcəyini bildirmişdir. Pulu verdikdən sonra Ruslanla telefon əlaqəsi salxamışdır. 2023-cü ilin may ayında Ruslanla telefon əlaqəsi saxlyaraq Nəsimi rayonu 8 Noyabr prospektində yerləşən Müdafiə Nazirliyinin Hərbi polikilinikasının qarşısına gedərək tərcümeyhalı Ruslana təqdim etmişdir. Təxminən 1 ay sonra 2023-cü ilin iyun ayında Ruslan onunla telefon əlaqəsi saxlayaraq sağlamlıq haqqında arayış lazım olduğunu bildirmişdir. Təxminən 1 həfdə ərzində sağlamlıqla bağlı arayış alaraq eyni qaydada Nəsimi rayonu, 8 Noyabr prospektində Müdafiə Nazirliyinin Hərbi polikilinikasının yanında ərzaq dükanının qarşısında sağlamlıqla bağlı arayışı Ruslana təqdim etmişdir. Arayışı Ruslana təqdim etdikdən sonra Ruslan işin son mərhələsində olduğunu ən yaxın zamanda işin həll olunaçağını bildirmişdir.O da Təqsirləndirilən şəxs inanaraq oradan çıxıb evə qayıtmışdır. Bundan sonrakı mərhələdə Təqsirləndirilən şəxsla hər dəfə telefonla əlaqə saxlayan zaman işin nə yerdə olduğunu bildirdikdə o hər dəfə müxtəlif bəhanələrlə onu yubatdığını görüb pulu qaytarmasını bildridikdə Ruslan pulun ona çatmadığını bildirmişdir. O pulu ona verdiyini bildrisədə Ruslan Qabillə danışmağı bildirmişdir. Qabillə telefon əlaqəsi zamanı Qabil onun pulunun ondan olmadığını Ruslanın yalan danışdığını demişdir. Daha sonra Ruslanın işi görmədiyini görüb pulları geri tələb etsədə Ruslan pulları geri qaytarmaqdan imtina etdiyi üçün bu barədə Müdafiə Nazirliyinə şikayət etmək qərarına gəlmişdir.Təqsirləndirilən şəxs qohumu Şahid1 tanışı Qabil adlı şəxsin vasitəsi ilə tanımışdır. Qabildə öz növbəsində Ruslanla dostluq etdiyini qohumu Şahid1la birlikdə kafelərin birində söhbət zamanı bildirmişdir. Təqsirləndirilən şəxsla heç bir düşmənçilik və ədavəti olmamışdır. Şahid2 ilə Xırdalan şəhərində kafelərin birində həm söhbət zamanı Təqsirləndirilən şəxs ondan başqa 3 nəfər şəxsində işə düzəlməsinə köməklik göstərdiyini bildirmişdir. Pulu Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu, M.Həsənov küçəsində Təqsirləndirilən şəxs məxsus gümüşü rəngli Mersedes Benz markalı avtomobildə Şahid1 vermişdir. Həmin vaxt yanında Şahid1 başqa kimsə olmamışdır. Təqsirləndirilən şəxs verdiyi puldan X5nun adına 8800 manat, atası X1 adına 7000 manat Kapital Bank ASC-dən kredit götürülmüşdür. Qalan 3200 manat pulu isə şəxsi vəsaiti hesabına götürülmüşdür. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayından tanıyırmış. Belə ki, oğlu Babaşov Vüqar 2-ci Vətən Müharibəsində döyüşlərdə yaralanaraq Müdafiə Nazirliyinin Hərbi hospitalında müalicə alan zaman tanımışdır. Şahid1 ilə ailəvi tanışlığı 10 ilə yaxındı ki dostluğu vardır. 2022-ci ilin oktyabr ayında təsadüfən Ramizlə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında kafelərin birində görüşüb həm söhbət olan zaman Ramiz dayısı nəvəsi Seyfəddinin işə düzəlmək istədiyini lakin iş tapa bilmədiyini demişdir. O da həmin vaxt tanıdığı Təqsirləndirilən şəxsla danışaraq bu barədə dostunun qohumunu işə düzəlməkdə kömək etməsini xahiş etmişdir. Ruslanda işlədiyi yerdə kadrlar şöbəsində iş yeri olduğunu bildirmişdir. Bu barədə Ramizə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs mobil nömrəsini Ramizə vermişdir. Bir müddət sonra Ramiz zəng edərək dayısı nəvəsi Seyfəddinin işi üçün Təqsirləndirilən şəxs 20000 manat dediyini lakin əllərində 19000 manat pul düzəltdiyini bildirmişdir. O da Ruslana bu bardədə bildirdikdən sonra Ruslan onunla əlaqə saxlayıb görüşməklərini bildirmişdir. O da bu barədə Ramizə bildirmişdir. xx.xx.2022-ci il tarixdə Ramiz ona telefonla zəng edərək Ruslanla Yasamal rayonu, 20 yanvar metrostansiyasının yaxınlığında görüşəçəklərini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs onları Müdafiə Nazirliyini Hərbi Hospitalına çağırıdığını onunda Bakını yaxşı tanımadığını bildirmişdir. Bundan sonra Ruslana zəng edərək Ramizin Bakı şəhərini yaxşı tanımadığını 20 yanvar metrostansiyasının yaxınlığında Azərsu ASC-nin yaxınlığında olduğunu bildirmişdir. Sonradan bilmişdirki, Ruslan Ramizlə əlaqə saxlayaraq onların olduğu yerə gedərək 19000 manat pulu Ramizdən almışdır. Təxminən 2023-cü ildə Ruslan telefonla əlaqə saxlayaraq Ramizin telefonuna cavab vermədiyini dayısı nəvəsinin bəzi sənədlərinin lazım olduğunu ona bildirmişdir. Bundan sonra Ramizlə telefon əlaqəsi saxlayaraq Ruslanın ona zəng etdiyini bildirmişdir. Bundan sonra onlar arasında olanlardan sonra xəbəri olmuşdur ki Ruslan Ramizdən aldğı 19000 manatın müqabilində heç bir iş görməyib nədə Ramizinin dayısı nəvəsi Seyfəddinin işini düzəltmişdir.Oğlu Babaşov Vüqar 2-ci Vətən Müharibəsində döyüşlərdə yaralanaraq Hərbi hospitalda müalicə alan zaman Ruslanın Hərbi polkilinikada hüquqşünas olduğu üçün həmin vaxtlar ondan oğluyla bağlı lazımı məsləhətlər alan vaxt tanımışdır. Ruslanın yaxşı insan olduğunu bildiyi üçün onunda ona kömək etdiyini görüb ona görə də Ramizin dayısı nəvəsi Seyfəddini işə düzəltməyə kömək etməsini xahiş etmişdir.O, Təqsirləndirilən şəxs heç bir məbləğdə pul almamışdır. O sadəcə ona dostunun qohumuna kömək etməsini xahiş etmişdir.Ruslan 8000 manat pulu 2022-ci ilin aprel ayında Bakı şəhəri, Nəsimi rayonu, 8 Noyabr prospektində yaşadığı evin yaxınlığında vermişdir. O da həmim pulu X4 vermişdir. Sabrina ondan aldığı pulun müqabilində heç bir iş görmədiyi üçün barəsində onun etdiyi şikayət üzrə Qaradağ RPl-də araşdırma aparılırmış. X4 verdiyi 8000 manat pulun müqabilində Təqsirləndirilən şəxs dostlarına xəstəlik kağızları hazırlanması üçün vermişdir. Təqsirləndirilən şəxs X9 ilə tanışlığı yoxmuş. X3 təxminən 4 ilə yaxındır ki tanıyır. Tanışlığı təsadüfən yaranmışdır. Onun hər hansı şəxslərə xəstəlik kağızı düzəltməsinin şahidi olmamışdır. Lakin onunla tanışlığı olduğu üçün həm söhbət zamanı Səhiyyə Nazirliyində tanışının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsdan ondan dostlarına kömək olunmasını xahiş etdiyi üçün o, da ondan aldığı pulu Sabrinaya vermişdir ki Ruslanın dostlarına xəstəlik kağızı düzəltsin.Onların tanışlıqları əvvəllər olmamışdır. Lakin Təqsirləndirilən şəxs ondan işin nə yerdə olduğunu bildirdikdə X9 ilə əlaqə saxlamasını bildirmişdir. X2 həmin işlə bağlı heç bir məbləğdə pul almamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs dayısı nəvəsidir. 2022-ci ilin oktyabr aylarında Seyfəddin əsgərlikdən yeni gəldiyi üçün iş tapa bilmədiyini və hər hansı iş tapmaqda kömək olmağını bildirmişdir. O da maraqlanaraq məlumat verəcəyini bildirmişdir. Təxminən 2022-ci ilin oktyabr ayında Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında əvvəldən 10 ilə yaxındır ki tanıdığı Şahid2la görüşüb söhbət edən zaman ona dayısı nəvəsinin yeni hərbi xidmətdən qayıtdığını lakin iş tapa bilmədiyini bildirmişdir. Həmin söhbət zamanı Qabil Təqsirləndirilən şəxs adlı tanışının olduğunu və onunla əlaqə saxlayıb mümkün olan kömək göstərəcəyini bildirmişdir. Həmin gündən bir neçə gün sonra Qabil ilə telefon əlaqəsi saxlayan zaman Qabil Sefəddinin işi ilə əlaqdar Müdafiə Nazirliyinin Hərbi polikilinikasında hüquqşünas işləyən Təqsirləndirilən şəxsla danışdığını və Ruslanın Seyfəddinə kömək edəcəyini bildirmişdir. Qabil telefonla əlaqə saxlayan zaman Ruslanın dayısı nəvəsi Seyfəddini Müdafiə Nazirliyinin Hərbi polikilinikasında kadrlar şöbəsinə dövlət qulluğuna düzəldəcəyini bildirmişdir.Telefon danışığı zamanı Qabil həmin işə görə 20000 manat pul lazım olduğunu bildirmişdi. Qabillə telefon danışığını sonlandırdıqdan sonra bu barədə Seyfəddinə məlumat verərək dəqiqləşdirib ona məlumat verməsini istəmişdir. Bir neçə gün sonra Seyfəddin zəng edərək işə düzəlmək istədiyini lakin 19000 manat pul düzəltdiyini bildirmişdir. Bu barədə Qabilə dedikdən sonra Qabil Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsini verərək əlaqə saxlayıb görüşməyi bildirmişdi. xx.xx.2022-ci il tarixdə Seyfəddinlə birlikdə Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxsla əlaqə saxlayan zaman Müdafiə Nazirliyinin Hərbi polikilinikasında işdə olduğunu və işin yanına gəlməyi bildirmişdi. O.Ruslana Bakını yaxşı tanımadığımı bildirdikdə Ruslan Qabillə danışmağı bildirmişdi. Qabillə telefon əlaqəsi saxlayıb olanlar barədə bildirdikdə o,onlara Təqsirləndirilən şəxs özünün onların yanına gələcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Yasamal rayonu, 20 Yanvar metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxsla görüşmüşlər. Təqsirləndirilən şəxs gümüşü rəngli ."Mersedes Benz" markalı avtomobil ilə onların yanına gəlmişdir. Seyfəddin avtomobilə əyləşməyərək onu çöldə gözləmişdir. Avtomobildə əyləşərək Təqsirləndirilən şəxs 19000 manat pulu verərək işin nə zaman həll olunaçağı barədə soruşduqda 40 gün ərzində həll olunaçağını bildirmişdir. Ruslana pulu saymasını təklif etsədə Ruslan ehtiyac olmadığını bildirmişdir. O da 19000 manat pulu Seyfəddinin şəxsiyyətini təsdiq edən sənədin sürətini və bir neçə digər sənədlərin sürətini Ruslana verərək avtomobildən düşmüşdür. Bundan sonra hər dəfə Ruslanla əlaqə saxlayan zaman Ruslan hər dəfəsində yaxın günlərdə işin hazır olaçağını bildirsədə lakin heç bir iş görməyərək onları aldatmışdır. Daha sonra Ruslandan işi görmədiyini görüb pulları geri tələb etsədə Ruslan pulları geri qaytarmaqdan imtina etdiyi üçün bu barədə şikayət etmək qərarına gəlmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: 18 aprel 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi, cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Şahid1 müraciəti əsasında Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis mayoru Elnur Məmmədov tərəfindən toplanmış material üzrə qəbul edilmiş 1 yanvar 2024-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərar əsassız olduğundan ləğv edilmiş və material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması qərara alınmışdır. (İ/V. 1-4). xx.xx.2024-cü il tarixli “şəxs barəsində axtarış elan edilməsi və şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (İ/V. 76). xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V 74). xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi" X16 daxil olmuş xx/xx/5417 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə nakoloji qeydiyyatda yoxdur. (İ/V. 81). xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Klinik Psixiatriya Xəstəxanası” X16 daxil olmuş 5967 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. (İ/V. 80). Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikasının rəsininin 41 nömrəli əmrindən çıxarışdan görəsnir ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə poliklinikasının İdarə komandanlığın hüquq məsləhətçisi vəzifəsinə 03 ay slnaq müddəti ilə işə qəbul edilmiş, əsas isə xx.xx.2018-ci il tarixli ərizə.4/631 nömrəli xx.xx.2018-ci il tarxili məktub və 291 nömrəli xx.xx.2018-ci il tarixli əmək müqaviləsi olmuşdur. (İ/V. 25). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (İ/V. 109). xx.xx.2024-cü il tarixli “vurulmuş ziyanın ödənilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi üçün 6500 (altı min beş yüz) manat pulu ********* nömrəli cinayət işi üzrə müstəntiq Ramal Şirinova təqdim etmişdir. (İ/V. 120). xx.xx.2024-cü il tarixli Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 6 92699/24 nömrəli axtarış işi üzrə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 17:00-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. (İ/V. 83). xx.xx.2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir (İ/V. 128). xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Babaşov X10 Ruslan Cövdət oğlu ilə aralarında keçirilmiş üzləşdirmə zamanı Hikmət Cəfərovun üzünə qarşı yuxarıda göstərilən məzmunda olan ifadəsində göstərdiyi halları və tam təsdiq etmiş, sonuncu da törətdiyi əməlini etiraf etmişdir. (İ/V. 137-142). xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət işi həmin Məcəllənin 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs həmin maddələr üzrə ittiham elan edilmişdir. (İ/V 159-165). Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir, mübahisə hal hazırda aradan təqsirləndirilən şəxsə qarşı iddia və tələbi yoxdur, onunla barışmışdır. xx.xx.2024-cü il tarixli, 23386 nömrəli və xx.xx.2024-cü il tarixli, 8272 nömrəli "Kapital Bank” ASC tərəfindən verilmiş mədaxil qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 4750,00 manat məbləğində pul Maliyyə Nazirliyi - X7 ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində zərərçəkmi şəxsə dəymiş ziyanın tamamilə ödəməsini, cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatdan yuxarı, lakin 5000 manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmçinin Qeydin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, 5000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə 50.000 manatdan yuxarı, lakin 500.000 manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə 500.000 manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 10.3-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Belə ki, məhkəmədə həmçinin müəyyən edildi ki, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilməklə bərabər cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pul vəsati də dövlət büdcəsinə ödənilmişdir. Belə olduğu təqdirdə «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdə qüvvəyə minməsi ilə əlaqədar, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilən mülki iddiadan görünür ki, cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 19000 manat ziyandan ödənilməmiş qalan 5600 manat və onun verilməsi üçün bankdan götürdüyü 19000 manat kreditə görə ödədiyi 6652,17 manat, ümumilikdə 12252.17 manat maddi ziyanın ondan tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, ittiham aktında qeyd olunduğu kimi, o təqsirləndirilən şəxsə onu işə düzəltmək adı ilə aldığı 19000 manat pulun 15800 manatını atası və qardaşının adına bankdan faizə götürmüşdür və bunu təsdiq edən sənədləri istintaq orqanına təqdim etmişdir. Qeyd olunan kredit müqavilələrindən göründüyü kimi xx.xx.2022 atası X6 illik 21 faizi olmaqla 7000 AZN kredit, eyni tarixdə X5 illik 27 faiz olmaqla 8800 AZN kredit götürmüşdür. 7000 AZN kredit borcuna görə hal-hazıradək 3133.96 AZN, 8800 AZN kredit borcuna görə 3518,21 manat, ümumilikdə isə 6652.17 manat faiz ödəmişdir. Cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 19000 manat ziyanın 13400 manatı uzun müddət sonra ona ödənilsə də, qalan 5600 manat və kreditə görə ödədiyi 6652,17 manat, ümumilikdə 12252,17 manat ödənilməmiş qalmışdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 19000 manat məbləğində zərər ödənilmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs barəsində iddia ərizəsini geri götürür. Ona qarşı verdiyi mülki iddiadan imtina edir. Azərbaycan Respublikası CPM-nin 354-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, rədd edilməsi və baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə, hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən isə məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiadan imtinasını qəbul edir və hesab edir ki, həmin hissədə mülki iddiaya xitam verilməlidir. Buna görə də məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs vəkili və eyni zamanda nümayəndəsi Nümayəndə tərəfindən ödənilən 127.40 (bir yüz iyirmi yeddi manat 40 qəpik) manat məbləğində dövlət rüsumu Nümayəndə qaytarılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 avqust 2024-cü il tarixli, 1(004)-483/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə məsrəfi, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat pul köçürülsün. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiasından imtinası qəbul edilsin və mülki iddiaya həmin hissədə xitam verilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs vəkili və eyni zamanda nümayəndəsi Nümayəndə tərəfindən ödənilən 127.40 (bir yüz iyirmi yeddi manat 40 qəpik) manat məbləğində dövlət rüsumu Nümayəndə qaytarılsın. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-483/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-483/2024
26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver