Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-484/2024 01.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd oğlunın katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 13 fevral 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,368 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, həmin tarixdə saat 11:45-də Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov 176 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilib, üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki tünd boz rəngli cins şalvarının sağ yan iç cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,368 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, o, psixotrop maddə metamfetamindən yeni istifadə edir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında psixotrop maddə metamfetamin əldə etmək məqsədi ilə Bakı şəhəri,Nəsimi rayonu, “Kubinka” adlanan əraziyə getmiş və orada üzdən tanıdığı,lakin adını,barəsində heç bir məlumatı olmayan şəxsdən psixotrop maddə istəmişdir.Həmin şəxs ona 20 manat müqabilində bir ədəd bükümdə psixotrop maddə metamfetamin satmışdır. Aldığı həmin maddəni sonradan istifadə etmək üçün üzərində saxlamış və yaşadığı Yasamal rayonu, X.Dadaşov küçəsinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 11:45 radələrində Yasamal rayonu, X.Dadaşov küçəsin 176 ünvanda olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə etmə və saxlamada şübhəli olduğunu bildirərək onlarla birlikdə Yasamal Rayon Polis İdarəsinə getməyi təklif etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşaraq bundan sonra bir yerdə Yasamal RPİ-nin inzibati binasına getmişlər. Daha sonra, təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilərək bu barədə qəbul olunmuş qərarla tanış edilmiş videoçəkliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üstünə şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ona hüquq və vəzifələri izah edilərək şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və yaxud predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra o, əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masa üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin büküm açıldıqda içərisindəki ağ kristallik maddə aşkar olunmuş və həmin maddənin nədən ibarət olması, haradan, nə vaxt və hansı məqsədlə əldə edildiyinə dair ona verilmiş suala cavab olaraq bildirmişdir ki, bükümün içərisindəki kütlə psixotrop maddə “patı”dır, həmin gün “Kubinka”adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən özünün istifadəsi üçün 20 manata almışdır. Həmin maddə iştirakçıların gözü qarşısında təhqiqatçı tərəfindən qablaşdırılmışdır. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən məlum olmuşdur ki, o, Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantı rütbəsindədir. Sonradan adı məlum olan Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamış, sonuncu ilə heç bir düşmənçiliyi, ədavəti və ya qohumluğu olmamışdır.Şahid1 bildirmişdir ki, 13 fevral 2024-cü il tarixdə xx.xx.1992-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadə etməsinə dair mötəbər mənbədən məlumat daxil olmuşdur.Daxil olmuş əməliyyat məlumatı üzrə adıçəkilən şəxsin cinayət başında isti izlərlə yaxalanması məqsədilə dərhal Yasamal RPİ- nin rəisi adma NMB-nin rəisi vasitəsilə raportla müraciət etmiş və müraciət təsdiq edildikdən dərhal sonra həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmişdir.Qərar Yasamal RPİ-nin rəisi tərəfindən təsdiqləndikdən sonra Yasamal rayon prokuroru və məhkəməyə məlumat verilmiş və dərhal əməliyyat qrupunun təşkili həyata keçirilmişdir. Əməliyyat qrupuna RPİ-nin NMB-nin əməliyyat müvəkkili,polis kapitanı Şahid2, polis baş leytenantı Şahid4, kiçik əməliyyat müvəkkili Şahid3 və Şahid5 daxil edildikdən sonra qrup üzvlərinə şəraitdən asılı olaraq davranış qaydaları və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir.Bundan sonra, həmin tərkibdə Bakı şəhəri,Yasamal rayonu,Nazim Hacıyev küçəsindən Xaqan Dadaşov küçəsinədək saat 11:15-dən saat 11:45 radələrinədək soraqlaşma və güdmə həyata keçirilməyə başlanılmış və saat 11:45-də Xaqan Dadaşov küçəsi 176 ünvanının qarşısında barəsində əvvəlcədən əməliyyat məlumatı daxil olmuş Təqsirləndirilən şəxs saxlanılaraq ona narkotik vasitə və psixotrop maddələrin dövriyəsində şübhəli olduğu izah edilməklə onlarla birlikdə Yasamal RPİ-nin NMB-nə getməsi təklif olunmuşdur.Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra saat 12:00da birlikdə Yasamal RPİ-nə gəlmiş və onun gətirilməsi barədə Yasamal RPİ-nin NMB-nin rəisinin vasitəsilə İdarə rəisinə faktla bağlı araşdırmanın aparılmasının aidiyyəti əməkdaşlara həvalə edilməsinə dair raportla məruzə edilmişdir. Təqsirləndirilən şəxs ilə bağlı araşdırmanın aparılması Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı Ariz Qədiməliyevə həvalə olunmuşdur. Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, kiçik əməliyyat müvəkkili Şahid3 və onun özünə həvalə olunmuş digər əməliyyat tədbirləri ilə bağlı Təqsirləndirilən şəxs ilə aparılacaq prosessual hərəkətlərdə iştirak edə bilməmiş və həmin prosesdə Şahid4 və kiçik əməliyyat müvəkkili Şahid5 iştirak etmişlər. Təqsirləndirilən şəxslə bağlı sonradan daxil olmuş əməliyyat tapşırığından məlum olmuşdur ki, həmin gün şəxsin üzərinə keçirilmiş axtarış və götürmə zamanı üzərindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsindən məlum olmuşdur ki, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. Sonradan adı məlum olan Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamış, sonuncu ilə heç bir düşmənçiliyi, ədavəti və ya qohumluğu olmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 13 fevral 2024-cü il tarixdə xx.xx.1992-ci il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri saxlaması və istifadə etməsinə dair mötəbər mənbədən Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili,polis baş leytenantı Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı üzrə adıçəkilən şəxsin cinayət başında isti izlərlə yaxalanması məqsədilə Şahid1 tərəfindən dərhal Yasamal RPİ-nin rəisi adma NMBnin rəisi vasitəsilə raportla müraciət edilmiş və həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmişdir.Qərar Yasamal RPİ-nin rəisi tərəfindən təsdiqləndikdən sonra Yasamal rayon prokuroru və məhkəməsinə məlumat verilərək dərhal əməliyyat qrupunun təşkili həyata keçirilmişdir ki, əməliyyat qrupuna RPİnin NMB-nin əməliyyat müvəkkili,polis kapitanı Şahid2,əməliyyat müvəkkili, polis baş leytenantı olaraq o, özü, kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 və kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid5 daxil edilmişlər. Əməliyyatdan əvvəl qrup rəhbəri Şahid1 tərəfindən adları qeyd olunan qrup üzvlərinə şəraitdən asılı olaraq davranış qaydaları və “Əməliyyat-axtarış fəaliyyəti haqqında”Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir.Bundan sonra, həmin tərkibdə Bakı şəhəri,Yasamal rayonu, Nazim Hacıyev küçəsindən Xaqan Dadaşov küçəsinədək saat 11:15-dəıı saat 11:45 radələrinədək tərəflərindən soraqlaşma və güdmə həyata keçirilmiş və saat 11:45-də Xaqan Dadaşov küçəsi 176 ünvanının qarşısında barəsində əvvəlcədən əməliyyat məlumatı daxil olmuş Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal RPİ-nin NMBnə getməsi təklif olunmuşdur. Həmin şəxs buna etiraz etmədikdən sonra saat 12:00-da Yasamal RPİ-nə gəlmiş, Təqsirləndirilən şəxs gətirilməsi ilə əlaqədar olaraq Yasamal RPİnin NMB-nin rəisinin vasitəsilə İdarə rəisinə faktla bağlı araşdırmanın aparılmasının aidiyyəti əməkdaşlara həvalə edilməsinə dair qrup rəhbəri Şahid1 tərəfindən raportla məruzə edillmişdir. Təqsirləndirilən şəxs ilə bağlı araşdırmanın aparılması Yasamal RPİnin TŞ-nin təhqiqatçısı, polis kapitanı Ariz Qədiməliyevə həvalə olunmuşdur. Yasamal RPİnin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və kiçik əməliyyat müvəkkili Şahid3 həvalə olunmuş təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq həmin şəxslər Təqsirləndirilən şəxs ilə bağlı növbəti prosessual hərəkətlərdə iştirak etməkdən azad olunmuşlar. Belə ki, araşdırmanın həvalə olunduğu təhqiqatçı Ariz Qədiməliyev tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi dəvət etmək və dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq hüquqları izah edildikdən sonra ona ərazi Vəkillər Qurumunun siyahısı təqdim edilməklə siyahıdan özünün istəyinə uyğun vəkil dəvət etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs siyahıdakı vəkillərdən 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət olunmasını bildirdikdən sonra təhqiqatçı qəbul etdiyi qərarla həmin müdafiəçini dəvət etmişdir.Müdafiəçi Yasamal RPİ-nin inzibati binasına gəldikdən sonra təhqiqatçı tərəfindən o, Təqsirləndirilən şəxs təqdim və sonuncunun vəkilə etiraz hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs təqim olunan vəkilə etirazının olmadığı və onun tərəfindən hüquqlarının müdafiə edilməsinə dair istəyini bildirdikdən sonra təhqiqatçı Ariz Qədiməliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmasına dair qərar və protokol tərtib edib müdafiəçi və Təqsirləndirilən şəxs tanış etdikdən sonra şübhəli şəxsə üzərinə şəxsi axtarış və götürmə aparılacağına dair qəbul edilmiş qərarla tanış edib bu barədə qanunla nəzərdə tutulan hüquq və vəzifələrini izah etmişdir. Eyni zamanda şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması etimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının sağ yan yan iç cibindən 01 ədəd şəffaf formalı bükümü çıxarıb masa üzərinə qoymuşdur.Həmin büküm təhqiqatçı tərəfindən açılarkən içərisində ağ rəngli kristal formalı metamfetaminə bənzər psixotrop maddə aşkar olunmuşdur.Həmin maddənin nədən ibarət olması,haradan kimdən və hansı məqsədlə almasına dair təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs sual edildikdə sonuncu həmin bükümdəki maddənin psixotrop maddə “palı”, yəni metamfetamin olduğunu, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu,’’Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən özünün istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən ***-***-**-** nömrə ilə istifadə etdiyi qara rəngli “Redmi-8” markalı mobil telefon 4 ədəd,hər biri 1 manatlıq milli pul vahidi əskinaslardan ibarət, cəmi 4 manat pul, şalvarının sol yan cibindən üzərində “Rotmans” markası göstərilmiş, içərisində siqaret gilələri olan siqaret qutusunu və 1 ədəd qara rəngli alışqanı, şalvarının arxa sağ cibindən ev və avtomobil açarlar toplusunu çıxarıb masa üzərinə qoymuşdur. Bundan sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən içərisində siqaret gilələri olan “Rotmans” markalı 1 ədəd siqaret qutusu aşkar olunmuş və axtarış və götürmə davam etdirilərkən başqa sübut əhəmiyyətli əşya və maddə aşkar olunmamışdır. Həmin əşyalara baxış keçirdikdən sonra 2 ədəd siqaret qutuları, ev və avtomobil açarlar toplusu, 4 manat pulu özünə qaytarıldı və 1 ədəd şəfaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs,onun müdafiəçisi Müdafiəçi, onun və Şahid5 iştirakında ağ rəngli boş zərfə yeıiəşdirilərək qablaşdırılmaqla mobil telefonla birlikdə götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmişvə iştirakçılar tərəfindən imzalanmışdır.Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz əldə etməsi və həmin maddənin mənbəyinin müəyən edilməsinə dair tərəflərindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin hazırki vaxtadək Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi psixotrop maddəni satış məqsədilə əldə etməsinə və həmçinin həmin maddənin mənbəyinə dair hər hansı mötəbər əməliyyat məlumatı əldə etmək mümkün olmamış,Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları olaraq onlar tərəfindən hər hansı formada fiziki zor və psixi təsir göstərilməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 və kiçik əməliyyat-müvəkkili Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 göstərdiklərini təsdiq etmişlər. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 göstərdiklərini təsdiq etmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması barədə” 14 fevral 2024-cü il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ/V. 1). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2024-cü il tarixdə (saat 13:00 dəqiqədən) Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Ariz Qədiməliyev tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 20). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və yaxud bədənində olması ehtimal edilən narkotik vasitələri,psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və yaxud sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarının sağ yan yan iç cibindən 01 ədəd şəffaf formalı bükümü çıxarıb masa üzərinə qoymuşdur.Həmin büküm təlıqiqatçı tərəfindən açılarkən içərisində ağ rəngli kristal formalı metamfetaminə bənzər psixotrop maddə aşkar olunmuşdur.Həmin maddənin nədən ibarət olması,haradan kimdən və hansı məqsədlə almasına dair təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs sual edildikdə sonuncu həmin bükümdəki maddənin psixotrop maddə “patı”, yəni metamfetamin olduğunu, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu, ’’Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən özünün istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən ***-***- **-** nömrə ilə istifadə etdiyi qara rəngli “Redmi-8” markalı mobil telefon 4 ədəd, hər biri 1 manatlıq milli pul vahidi əskinaslardan ibarət, cəmi 4 manat pul, şalvarının sol yan cibindən üzərində “Rotmans” markası göstərilmiş, içərisində siqaret gilələri olan siqaret qutusunu və 1 ədəd qara rəngli alışqanı, şalvarının arxa sağ cibindən ev və avtomobil açarlar toplusunu çıxarıb masa üzərinə qoymuşdur.Bundan sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən içərisində siqaret gilələri olan “Rotmans” markalı 1 ədəd siqaret qutusu aşkar olunmuş və axtarış və götürmə davam etdirilərkən başqa sübut əhəmiyyətli əşya və maddə aşkar olunmamışdır. Həmin əşyalara baxış keçirdikdən sonra 2 ədəd siqaret qutuları, ev və avtomobil açarlar toplusu, 4 manat pulu özünə qaytarıldı və 1 ədəd şəfaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi, onun və Şahid5 iştirakında ağ rəngli boş zərfə yerləşdirilərək qablaşdırılmaqla mobil telefonla birlikdə götürülmüşdür. (İ/V.29-30). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 13 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/883 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “zərflər üçün №42” möhür əksi, ”Təqsirləndirilən şəxs...” və s.soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,368 qram ağ rəngli,kristallşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetanindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd:Metamfetaminin təmiz çəkisi - 0,368 qram, tədqiqata sərf edildi:0,05 qram,qalıq: 0,318 qram. Ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. (İ/V. 36-38). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 63). “Şəxsin barəsində axtarış elan edilməsi haqqında” 16 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (İ/V. 102). “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. (İ/V. 108). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dərhal MSY-dən azad edilmiş və barəsində xx.xx.2024-cü il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. (İ/V. 115-116). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. (İ/V. 120-121). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Mərkəzi Publik hüquqi şəxsindən gələn sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı göstərilən xəstaxanada müalicə olunmayıb. (İ/V. 139). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi Ambulator Məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 3947 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 144-145). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus təmiz çəkisi 0,368 qram olan ağ rəngli kristallşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,318 qramlıq hissəsi məhkəmənin yekun hökmünədək saxlanması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Eləcə də, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış keçirilmə və götürmə” istintaq hətəkətinin aparılmasına dair videogörüntünü özündə əks etdirən 1 ədəd “DVD-R" diskə iş üzrə maddi sübut kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd “Redmi-8” markalı mobil telefon, 4 manat pul, ev və avtomobil açarlar toplusu, 2 ədəd siqarət qutusu, 1 ədəd alışqanın özünə qaytarılması nəzərə alınmışdır. (İ/V. 147-161). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlaması, özünün ibtidai istintaq zamanı vermiş olduğu etifedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi, 1 ədəd DVD-R disk və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını halını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, o, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur, Təqsirləndirilən şəxs barəsində daha ağır cəza seçiləçəyi halda bu təqsirləndirilən şəxsin həyat şəraitinə mənfi təsir göstərəcəkdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək tutulduğu iki gün cəmi 04 (dörd) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri,Yasamal rayonu, 11-ci Xrebtovı ev 134 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (bir yüz on) manat manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,318 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Təqsirləndirilən şəxs vəkili X2 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-484/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu iki gün cəmi 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 08 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri,Yasamal rayonu, 11-ci Xrebtovı ev 134 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,318 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd DVD-R markalı disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 oğlunun vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-484/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-484/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver