Məhkəmə qərarları › İş №1(004)-485/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-485/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-485/2024 17.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Yasamal rayon məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, özünün narkotik vasitəyə olan təlabatını təmin etmək niyyəti ilə 03 iyun 2024-cü il tarixdə saat 12 radələrində ünvan 3 ünvanında yerləşən ‘Ağ Çiçəyim" restoranının arxasında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,534 qram olan kustar üsülla hazırlanmış dövriyyəsi Azərbaycan Respublikası ərazisində qanunla qadağan edilmiş psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 13:50-də Yasamal RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq ünvan 5nda yerləşən Yasamal RPİ-nin inzibati binasına gətrilmiş, orada saat 15:25-də video çəkilişlə üzərinə keçirilən şəxsi-axtarış və götürmə zamanı əynindəki bej rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 0,534 qram ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsülla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları yaşadığı mənzilin qarşısında ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişlər. Daha sonra onu maşına mindirib bölməyə aparmışlar. Polis bölməsində olarkən ona psixoloji təsir göstərmişlər, üzərində narkotik vasitə olmamış və ona narkotik vasitə verib cibinə qoymağını tələb etmişlər və sənədlərə imza çəkmədikdə satışla sənədləşdirəcəklərini bildirmişlər, lakin fiziki zor tədbiq edilməmiş və bununla bağlı hər hansı orqana müraciət etməmişdir. O, da məcburiyyət qarşısında ona elan olunan ittihamla qorxudan razılaşmışdır. Narkotik vasitə istifadə etdiyini bildirmişdir. Lakin sonradan - məhkəmə çıxışları zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin X2 əməliyyat müvəkili vəzifəsində xidmət etmişdir. 03 iyun 2024-cü il tarixdə xx xxxxx 1974-cü il təvəllüdlü, ünvan 7 ünvanında qeydiyyatda olan, Yasamal rayonu, Vasif Əliyev küçəsi 30 ünvanında yaşayan, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə etməsi və istifadəsi ilə məşğul olması barədə Yasamal RPİ-nin NMB-nə mötəbər və qərəsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, həmin şəxsin yaxalanmasından ötrü və digər zəruri halların dərhal yoxlanılmasını həyata keçirməkdən ötrü əməliyyat tədbirinin icrasına dair qərar qəbul edilməsi ilə bağlı Yasamal RPİ-nin rəhbərliyinə məruzə edildikdən sonra, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildiyini bildirmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan adi təhqiqat üsulları vasitəsi ilə zəruri məlumatların alınması və haqqında tədbir keçirilməsi ilə bağlı onun və Yasamal RPİ-nin NBM-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradıldığını, bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə olunması və istifadəsi ilə ilə məşğul olmasında şübhəli olması ilə bağlı 03 iyun 2024-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri ilə saat 13:50-də ünvan 9 ünvanın yaxınlığında o, müəyyən edilərək saxlanıldığını, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini, ona hüquq və vəzifələri izah etdikdən sonra Təqsirləndirilən şəxs onun narkotik vasitələrin qanunsuz əldə olunması və istifadə etməsi ilə məşğul olması haqqında əməliyyat işinin olmasını bildirildiyini demişdir. Daha sonra həmin yerdə onun üzərinə şəxsi-axtarış keçirilməsi üçün şərait olmadığından onu Yasamal RPİ-nə dəvət etdiklərini, təklifi qəbul etdikdən sonra onunla birlikdə Yasamal RPİ-nin inzibati binasına gəldiklərini bildirmişdir. Həmin şəxsin şəxsiyyəti tam müəyyən edildikdən sonra bu barədə rəhbərliyə məruzə edildiyini demişdir. Daha sonra həmin şəxslə bağlı da müvafiq araşdırma aparılmasından ötrü araşdırma RPİ-nin baş təhqiqatçısı, polis mayoru Əli Məmmədova həvalə edildiyini, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığını və sonra onun hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi təyin edildiyini, ona hüquq və vəzifələri izah olunduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi ona bildirildiyi, o, vəkili ilə birlikdə qərarla tanış olunduqlarını demişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədikdə müdafiəçinin və onların iştirakı ilə şəxsi - axtarışa başlanıldığını bildirmişdir. Şəxsi - axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşya varsa onu könüllü olaraq təqdim edilməsi təklif olunduğunu demişdir. Təqsirləndirilən şəxs əynindəki berj rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ sellofana bükülmüş maddəni çıxarıb təqdim edərək, onun içərisində olan maddənin psixotrop maddə “metamfetamin’' olduğunu, həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə "Ağ Çiçəyim*' restoranının arxasında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 10 manat pul ödəyərək alıb üzərində saxladığını bildirdiyini demişdir. Qeyd olunanlardan savayı ondan başqa heç nə aşkarlanmadığım, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə təhqiqatçı tərəfindən götürülərək iştirakçıların iştirakı ilə boş zərfə qoyularaq qablaşdırıldığını, qablaşdırılmış zərf möhürlə möhürləndiyini, bu barədə protokol tərtib edildiyini, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və onların tərəfindən imzalanaraq ona tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirildiyini demişdir. Keçirilən bütün prosesslər video çəkilişlə qeydə alındığını, Təqsirləndirilən şəxs saxlanılarkən və onun iştirakı ilə şəxsi axtarış keçirilən vaxtı ona qarşı hər hansı bir zor və təziq edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin X2 əməliyyat müvəkili vəzifəsində xidmət etmişdir. 03 iyun 2024-cü il tarixdə xx xxxxx 1974-cü il təvəllüdlü, ünvan 7 ünvanında qeydiyyatda olan, Yasamal rayonu. Vasif Əliyev küçəsi 30 ünvanında yaşayan, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə etməsi və istifadəsi ilə məşğul olması barədə Yasamal RPİ-nin NMB-nə mötəbər və qərəsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması məqsədi ilə təxirəsalınmaz əməliyyat- axtarış tədbirlərinin keçirilməsi, həmin şəxsin yaxalanmasından ötrü və digər zəruri halların dərhal yoxlanılmasını həyata keçirməkdən ötrü əməliyyat tədbirinin icrasına dair qərar qəbul edilməsi ilə bağlı Yasamal RPİ-nin rəhbərliyinə məruzə edildikdən sonra, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildiyini bildirmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan adi təhqiqat üsulları vasitəsi ilə zəruri məlumatların alınması və haqqında tədbir keçirilməsi ilə bağlı onun və Yasamal RPİ-nin NBM-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradıldığını, bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə olunması və istifadəsi ilə ilə məşğul olmasında şübhəli olması ilə bağlı 03 iyun 2024-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri ilə saat 13:50-də ünvan 9 ünvanın yaxınlığında o, müəyyən edilərək saxlanıldığını, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini, ona hüquq və vəzifələri izah etdikdən sonra Təqsirləndirilən şəxs onun narkotik vasitələrin qanunsuz əldə olunması və istifadə etməsi ilə məşğul olması haqqında əməliyyat işinin olmasını bildirildiyini demişdir. Daha sonra həmin yerdə onun üzərinə şəxsi-axtarış keçirilməsi üçün şərait olmadığından onu Yasamal RPİ-nə dəvət etdiklərini, təklifi qəbul etdikdən sonra onunla birlikdə Yasamal RPİ-nin inzibati binasına gəldiklərini bildirmişdir. Həmin şəxsin şəxsiyyəti tam müəyyən edildikdən sonra bu barədə rəhbərliyə məruzə edildiyini demişdir. Daha sonra həmin şəxslə bağlı da müvafiq araşdırma aparılmasından ötrü araşdırma RPİ-nin baş təhqiqatçısı, polis mayoru Əli Məmmədova həvalə edildiyini, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığını və sonra onun hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi təyin edildiyini, ona hüquq və vəzifələri izah olunduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi ona bildirildiyi, o, vəkili ilə birlikdə qərarla tanış olunduqlarını demişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədikdə müdafiəçinin və onların iştirakı ilə şəxsi - axtarışa başlanıldığını bildirmişdir. Şəxsi - axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşya varsa onu könüllü olaraq təqdim edilməsi təklif olunduğunu demişdir. Təqsirləndirilən şəxs əynindəki berj rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ sellofana bükülmüş maddəni çıxarıb təqdim edərək, onun içərisində olan maddənin psixotrop maddə “metamfetamin” olduğunu, həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə “Ağ Çiçəyim'' restoranının arxasında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 10 manat pul ödəyərək alıb üzərində saxladığını bildirdiyini demişdir. Qeyd olunanlardan savayı ondan başqa heç nə aşkarlanmadığını. Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə təhqiqatçı tərəfindən götürülərək iştirakçıların iştirakı ilə boş zərfə qoyularaq qablaşdırıldığını, qablaşdırılmış zərf möhürlə möhürləndiyini, bu barədə protokol tərtib edildiyini, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və onların tərəfindən imzalanaraq ona tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirildiyini demişdir. Keçirilən bütün prosesslər video çəkilişlə qeydə alındığını, Təqsirləndirilən şəxs saxlanılarkən və onun iştirakı ilə şəxsi axtarış keçirilən vaxtı ona qarşı hər hansı bir zor və təzyiq edilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədləri könüllü təqdim etməsi təklif edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki berj rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ sellofana bükülmüş metamfetamin adlandırdığı bir ədəd bükümü könüllü olaraq təqdim etdiyi, həmin bükümə baxış keçirildiyi, içərisində kristal şəkilli ağ rəngli maddə olduğu qeyd olunduğu, təqdim etdiyi bükümün içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu, onu xx.xx.2024-cü il tarixdə səhər radələrində “Ağ Çiçəyim” restoranının arxasında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 10 manat pul ödəyərək alıb üzərində saxladığını qeyd edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:50-də ünvan 11 ünvanının qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını və Yasamal RPİ-nə gətrildiyini bildirdiyi, bundan başqa, Təqsirləndirilən şəxs üzərindən heç bir əşyanın aşkar edilmədiyi, aşkar edilən 01 ədəd bükülü boş zərfə qoyularaq qablaşdıldığı, möhürləndiyi və 42 saylı möhür ilə zərf bütün iştirakçılar tərəfindən imzalandığı qeyd olunmuşdur (i.v.33-34). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertiza mərkəzinin verdiyi 04 iyun 2024-cü il tarixli 3-16-16/2-6/3097 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,534 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v.41-44). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘Respublika Psixiatriya Xəstəxanası” X5 daxil olmuş xx.xx.2024-cü il tarixli 7972 nömrəli məktubdan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb ( i.v.130) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 iyul 2024-cü il tarixli 4669 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostmulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.152-153). “Sübutların qiymətləndirilməsi haqqında” 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılması və barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,534 qram çəkidə psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması nəzərə alınması, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd DVD diskin sübut kimi nəzərə alınması, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertiza mərkəzinin verdiyi 04 iyun 2024-cü il tarixli 3-16-16/2-6/3097 saylı rəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair xx.xx.2024-cü il tarixli 7972 nömrəli rəyi iş üzrə sübut kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v.155-164). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis bölməsində olarkən ona psixoloji təsir göstərdiklərini, narkotik vasitə verib cibinə qoymağını tələb etdiklərini və sənədlərə imza etməsə satış ilə sənədləşdirəcəklərini bildirdiklərini və o, da məcburiyyət qarşısında ona elan olunan ittihamla qorxudan razılaşdığını, həmçinin narkotik vasitə istifadə etdiyini və polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı narkotik vasitənin olmadığını, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın ilk günündən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, ibtidai istintaq zamanı müstəntiq tərəfindən, o cümlədən, hazırda məhkəmə iclasında dövlət ittihamçısı və sədrlik edən tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı verilmiş suallara cavab olaraq ona istintaq zamanı hər hansı fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona psixoloji təzyiqlər göstərildiyini bildirsə də, bunu ümumi sözlərlə ifadə edərək ona göstərilən təzyiqlər barədə ətraflı və təfərrüatlı ifadə verə bilməmişdir. Həmçinin ona qarşı irəli sürülmüş ittihamdan narazı (qanunsuz) olduğu barədə məhkəməyədək icraat dövründə prokurorluq orqanlarına və ya məhkəmə nəzarətini həyata keçirən məhkəmə müraciət etməmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki bej rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ sellofana bükülmüş metamfetamin adlandırdığı bir ədəd bükümü könüllü olaraq təqdim etmiş, təqdim etdiyi bükümün içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu, onu xx.xx.2024-cü il tarixdə səhər radələrində “Ağ Çiçəyim” restoranının arxasında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 10 manat pul ödəyərək alıb üzərində saxladığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 03 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə, saat 13:50-dan tutulmuş hesab edilmişdir (i.v.29). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-525/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 iyun 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.80 -84). Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2005-ci ildə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə AR CM-in 77-ci maddəsinə əsasən 01 il 01 ay 01 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2006-cı ildə cəzasının sonu ilə azad edilmiş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikas Məhkəməsinin xx.xx.2007 -ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cu ildə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Milli Məclisin xx.xx.2016-cı il tarixli “Amnistiya” qərarının 3 bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona məcburi müalicə təyin edilməklə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin 05.11.21-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, sonuncu dəfə isə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə Salyan Rayon Məhkəməsinin qərarına əsasən vaxtından əvvəl şərti azad edilmişdir (i.v.123-126). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 1(004)-554/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli tutulduğu vaxtdan yəni 15 avqust 2022-ci ildən hesablanmışdır (i.v.87-95). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin 234-cü maddəsi ilə müxtəlif vaxtlarda dəfələrlə məhkum olunmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Bir neçə dəfə məhkum olunmuş şəxsə gəldikdə isə qeyd etmək lazımdır ki, belə şəxs həqiqətən yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olur, onda özünə məxsus “vərdiş” əmələ gəlir və təkrar cinayətlərin törədilməsi bu vərdişin dayanıqlığına, məhkum edildikdən və layiqli cəzanın çəkilməsindən sonra cinayətkar fəaliyyətin davam etməsi isə fərdin cəmiyyətin maraqları ilə sabit qarşıdurmasına dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini (əvvəllər də AR CM-nin eyni maddəsi ilə dəfələrlə məhkum edilməsini, məhkumluğu ödənilmədən yenidən eyni cinayəti törətməsini) nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli tutulduğu 03 iyun 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Yasamal RPİ-nin saxlancında saxlanılan 0,484 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar