Məhkəmə qərarları › İş №1(004)-487/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-487/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-487/2024 22.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və onun müdafiəçisi müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 15.01,2024-cü il tarixli 2(004)-197/2024 saylı qətnaməsinə həyat yodaşım X7 X3 (Ramal Abdullayevin qardaşına qarşı) qarşı iddia tələbi təmin edilməklə Elnurun ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzildən çıxarılması qət edilmişdir. Həmin mənzil Bakı şəhər Yasamal rayon İcra hakimiyyətinin xx.xx.2006-cı il tarixli 685 saylı Sərəncamına əsasən həyat yoldaşına ayrılmış və onun adına xx.xx.2026-cı ildə ona 037395 saylı order verilmişdir və biz bu mənzilə pasport qeydiyyatına alınmışdır. Bir müddət əvvəl bu mənzildə E.Abdullayevin valideynləri yaşamış və onların vəfatından sonra Elnur Abdullayev evi olmadığını bildirməklə bu evdə yaşamaqda davam etmiş və artıq onlar bu evə köçüb yaşamaq istədikdə onun mənzili boşaltmasını tələb etmiş, lakin bu şəxs mənzildən çıxmadığı üçün məhkəməyə müraciət etmişdirlər. Lakin qarşı tərəf E.Abdullayevin qardaşı X4 qardaşının evdə qanunsuz yaşamasına baxmayaraq Yutub kanalında, Tiktok və digər şəbəkə və saytlarda paylaşımlar etməklə onların ünvanına şərəf və ləyaqətlərini alçaldan ifadələr işlətmiş və onun işlətdiyi həmin sözlər ona ağır mənəvi stres yaşatmışdır. Bir sözlə o sosial şəbəkə vasitəsi ilə R.Abdullayevin yaydığı əsassız sözlərə və təhqirlərə görə biyabır olmuş, onun şərəf və ləyaqəti də alçaldılmışdır. Belə ki, o APA Yutub kanalında xx.xx.2024-cü ildə gedən verilişində onları guya həmin evə saxta sənədlər düzəltməkdə ittiham etmişdir. Halbuki bu evə dair məhkəmə qətnaməsi olmuş və həmin qətnamə əsasında sənədləşmə aparılmışdır. Həmin görüntülər Tiktok və digər sosial şəbəkələrdə də paylaşılmışdır. Eyni zamanda da həmin paylaşımlarda onları «şərəfsiz» adlandırmışdır. Onun ünvanına səslənən əsassız fikirlər onun bütün rahatlığını əlindən almış və buna görə də məhkəyəmə xüsusi ittiham qaydasında müraciət etməyə məcbur olmuşdur. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək, şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 barəsində xüsusi ittihama etiraz edərək şikayətin icraata qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Müdafiəçi bildirmişdir ki, xüsusi ittiham qaydasında verilmiş hazırki şikayətin məhkəmə aidiyyatı Yasamal Rayon Məhkəməsi deyildir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayətində göstərmişdir ki, X4 onun barəsində təhqir və böhtan xarakterli ifadələri Yutub kanalında, Tiktok və digər sosial şəbəkəsində özünə məxsus istifadəçi səhifəsində bildirmişdir. Belə olan halda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarına əsasən xüsusi ittham qaydasında şikayətə təhqir xarakterli məlumatları belə kütləvi informasiya vasitəsində yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 isə ünvan 3 ünvanda yaşayır. Göründüyü kimi, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmə aidiyyatı Kürdəmir Rayon Məhkəməsi olduğu üçün işə də həmin məhkəmədə baxılmalıdır. Göstərilənləri nəzərə alaraq, xüsusi ittiham qaydasında şikayətin aidiyyatı üzrə Kürdəmir Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 299.11-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasını barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün məhkəmə aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 12-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.174.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəməyə təqdim edilmiş xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 barəsində ilkin olaraq təhqir və böhtan xarakterli ifadələri Yutub kanalında, Tiktok və digər sosial şəbəkəsində özünə məxsus istifadəçi səhifəsində yaymışdır. “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş (çıxarılmış) çıxarışdan görünür ki, X1 rayonu, E.Rəhimov küç., ev 47 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, hazırki halda xüsusi ittiham qaydasında şikayətə əsasən şikayət vermiş şəxsin barəsində ilkin olaraq böhtan xarakterli məlumatlar Yutub kanalında, Tiktok və digər sosial şəbəkəsində özünə məxsus istifadəçi səhifəsində yerləşdirilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları internet informasiya ehtiyatlarında yaymış şəxsin Azərbaycan Respublikası ərazisindəki axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. İş materiallarında əlavə edilmiş elektron çıxarışa əsasən müəyyən edilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 rayonunun ərazisində qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 302-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayətin həmin məhkəməyə aid olmamasını müəyyən etdikdə məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, hazırkı vəziyyətdə böhtan xarakterli hesab edilən məlumatların ilkin olaraq Yutub kanalında, Tiktok və digər sosial şəbəkəsində özünə məxsus istifadəçi səhifəsində yerləşdirilməsini, sözügedən internet informasiya ehtiyatlarının xaricdə qeydiyyata alındığını, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 yaşayış yerinin ünvan 4 ünvanın Kürdəmir rayonunun inzibati ərazisinə aid olduğunu nəzərə alaraq hazırkı şikayətə Kürdəmir Rayon Məhkəməsində baxıla bilməz və buna görə də, şikayət aidiyyatı üzrə Kürdəmir Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün məhkəmə aidiyyəti üzrə Kürdəmir Rayon Məhkəməsinə göndərilsin. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar