Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-488/2024 22.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X19 və onun müdafiəçisi Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə X15 qarşı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X13 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət edilən X19 Bakı Hərbi Məhkəməsinin icraatında olmuş və X4 zərərçəkmiş şəxs qismində iştirak etdiyi cinayət işində AR CM-nin 178.2.-ci və 178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs X2 müdafiəçisi qismində iştirak etmişdir və o, ünvan 1 ünvanda yerləşən inzibati binasında həmin cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən çox saylı şəxslərin yanında X4 barəsində qəsdən nalayiq ifadələr söylərək şərəf və ləyaqətini alçaltmışdır,bununla da ona qarşı AR.CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. X13 bildirir ki, X19 qeyd edilən məhkəmə iclasından əvvəlki tarixlərdə onun mobil telefon nömrəmə dəfələrlə zəng edərək onunla başqa şəxsin iştirakı olmadan görüşməyini və təqsirləndirilən şəxs X11 ilə barışdığını və şikayətin olmaması barədə məhkəməyə ərizə yazmağını tələb etmişdir,o barışıq ərizəsi yazmaqdan imtina etdikdə isə o, polis polkovniki olduğunu,hüquq mühafizə orqanlarında böyük əlaqələrə malik olduğunu,eyni zamanda oğlunun polis orqanında işlədiyini bildirərərək barışıq ərizəsi yazmadığı halda X13 üçün və oğlu üçün pis olacağı ilə onu hədələmişdir. Bundan sonra Bakı Hərbi Məhkəməsinin inzibati binasında həmin cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən şəxslərin,yəni sədrlik edən hakim X8, iclas katibləri X9 və X5,nümayəndəm (vəkilim) X1, dövlət ittihamçısı X6, zərərçəkmiş hərbi hissənin nümayəndəsi X12, təqsirləndirilən şəxs X7 və adını bilmədiyi digər şəxslərin yanında onun şəxsi və ailə həyatı barədə mənfi fikirlər söyləməyə başlamışdır və onun bu hərəkətinə etiraz etdikdə, qışqıra-qışqıra ona “heyvan, qanmaz” deyərək məhkəmə iclasında iştirak edən həmin şəxslərin yanında onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Nəzərə alınmalıdır ki, hər kəsin şərəfi və ləyaqəti bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqi-sosial dəyərlərdir və dövlət tərəfindən müdafiə olunur. Hər bir şəxsin şərəf və ləyaqəti mülki və cinayət qanunvericiliyi ilə qorunur. Bununla da, X19 tərəfindən Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən çox saylı şəxslərin yanında onun barəsində nalayiq ifadələr söylərək şərəf və ləyaqətimi qəsdən alçaldılmaqla ona qarşı AR.CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməli törədilmişdir. Bildirir ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclası videoçəkilişlə aparılaraq məhkəmə iclasında deyilən bütün sözlər yazılmışdır, X19 tərəfindən ona qarşı AR.CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməli törədilməsi həmin videoçəkilişlə və məhkəmə iclas protokolu ilə təsdiq olunur. X13 əlavə olaraq bildirir ki, X19 tərəfindən məhkəmə iclasında iştirak edən çoxsaylı şəxslərin yanında onun barəsində qəsdən nalayiq ifadələr söyləyərək şərəf və ləyaqətini alçaldılaraq ona qarşı AR CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməli törədildikdən sonra, o zəruri müdafiə hüququndan istifadə edərək, bu təhqirin qarşısında ona, heyvan sənsən, evindəkilərdir demişdir, o da X10 bildirmişdir ki, gör sənin başına nə oyun açacağam. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X13 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək bildirmişdir ki, xüsusi ittiham qaydasında verdiyi şikayətə ərazi aiddiyəti üzrə Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Həmçinin şikayət hazırlanarkən Azərbaycan Respublikasının CPM-nin tələbləri pozulmayıb. Ona görə də şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X19 bildirmişdir ki, Bakı Hərbi Məhkəməsində məhkəmə iclası zamanı təqsirləndirilən şəxs Elmir Mənsimovun müdafiəçisi qismində iştirak etmişdir. Hazırda barəsində şikayət verdiyi şəxs X13 orada zərərçəkmiş şəxsin nümayəndəsi kimi iştirak edirdi. Onun hər yerdə, xüsusilə məhkəmə iclaslarında çıxışları zamanı yuxarı tonla danışmaq vərdişi var və bunu düzəldə bilmir. O, fasilə zamanı telefonla danışan zaman Elnarə Balayeva ona “eşşək kimi anqırma” kimi ifadələr işlətmişdir. Bu zaman bunu həm hakim heyəti, həm də digər iclas iştirakçıları eşitmişdir. Onun nüfuzuna ağır xələl gəlmişdir. Ona görə də şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 müdafiəçisi Müdafiəçi məhkəməyə müraciət edərək şikayətin CPM-in tələblərinə uyğun hazırlanmadığını, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olubolmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin AR CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X13 şikayət ərizəsinin giriş hissəsində əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini göstərməmiş və məhkəməyə təqdim edilməmişdir. AR CPM-nin 293.3.3-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Həmin Məcəllənin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Halbuki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində verilmiş ittihamda cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyinə dair hər hansı subut əlavə edilməmişdir. Bununla yanaşı, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsinin tərtibatı zamanı AR CPM-nin 293.3.6-cı maddəsinin tələblərinə riayət etməyərək xüsusi ittiham qaydasında şikayətin verildiyi yeri göstərməmişdir. Halbuki, AR CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Halbuki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində verilmiş ittiham dəqiq və aydın ifadə olunmalıdır. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X15 qarşı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-488/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-488/2024
22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver