Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-489/2024 19.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 nümayəndəsi və vəkili – “Prestij” vəkil bürosunun vəkili Müdafiəçi3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X8 və X9, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi Bakı şəhəri “28 saylı” vəkil bürosunun vəkili X5 və X9 müdafiəçisi Bakı şəhəri “28 saylı” vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, X8 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X8 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tələbinə əsasən cinayət məsuliyyətinə cəlb edilmələri və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X8 və Əliyeva Vəfa AR CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi onunla təsdiq olunur ki, o, xx.xx.2024- cu il tarixdə “İnternational-2” qarşısında, yəni əhalinin sıx keçdiyi ərazidə özünün dəvət etdiyi jurnalistlərin və onların kameralarının qarşısında hər kəsin eşidə biləcəyi şəkildə ucadan danışaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı həqiqi olmadığını bilə-bilə böhtan xarakterli məlumatları yaymışdır. Bundan sonra onun həmin video materiallar “Youtube” video portalında xx.xx.2024-cü il tarixdə “Xəzər TV ” kanalında, Show News.az kanalında APA TV-ə istinadən Mənim uşağımı dəyişib, ölü uşaq veriblər” - ANADAN ŞOK” başlığı altında, “APA TV” “Mənim uşağımı dəyişib, ölü uşaq veriblər” - ANADAN ŞOK” başlığı altında kanalında dərc edilmişdir. X8 aşağıdakı böhtan xarakterli informasiyaları yaymışdır: Belə ki, A.Əliyeva “İnternational-2” klinikasının qarşısına gələrək gəlinin doğumu zamanı guya onun nəvəsinin başqa körpə ilə dəyişdirilməsi ilə bağlı əsassız iddialar etmiş və bununla yanaşı bir sıra həqiqəti əks etdirməyən faktlarla çıxış etmişdir. Bundan sonra sözügedən şəxs “Xəzər TV”, “APA” TV və bir sıra digər kütləvi inforimasiya vasitələri subyektlərini əraziyə cəlb edərək, onlar vasitəsi ilə də Klinikanın nüfuzuna xələl gətirəcək bir sıra əsassız iddialar səsləndirmişdir. Bundan sonra X8 xx.xx.2023-cü il tarixində DİN-nin 102 xidmətinə məlumat verərək, gəlini Vəfa Əliyevanın xx.xx.2023-cü il tarixində Klinikanın həkimi tərəfindən qeysəriyyə əməliyyatı olduğunu, dünyaya gələn körpənin sağlam olmasına baxmayaraq vəziyyətinin pisləşməsi səbəbindən öldüyünü, həmin körpəni dəfn edən zaman uşağın gəlini Vəfanın uşağı olmamasını aşkar etdiklərini bildirmişdir. Həmin məlumat əsasında Nərimanov RPİ-nin İŞ-nə göndərilmiş, baş müstəntiq, polis mayoru Kamran Əliyev tərəfindən aparılmış araşdırma üzrə xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu yalanlara “İnternational-2” Klinikası tərəfindən dərhal reaksiya verilmiş və A.Əliyeva tərəfindən yayılmış məlumatların yalan olması əhalinin diqqətinə çatdırılmışdır. A.Əliyeva yaydığı həmin məlumatları sübut etməsi üçün məhkəməyə müraciət edir və məhkəmə iclasında sübuta yetirməsini ondan tələb edəcəklər. Sübuta yetirməyəcəyi təqdirdə isə onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişlər. Hesab edirlər ki, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş X8 yalan olduğunu bilə-bilə barələrində, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında onları işgüzar nüfuzdan salan, eləcə də ağır və xüsusilə ağır cinayətdə ittiham edən böhtan xarakterli məlumatlar yaymaqla Cinayət Məcəlləsinin 147.2 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. “İnternational-2” klinikasını xüsusi ittihamçı qismində tanımaqla, işgüzar nüfuzularını ləkələyən, ağır və xüsusilə ağır cinayətdə əsassız olaraq ittiham etməklə barələrində böhtan xarakterli yalan məlumatlar yaymış X8, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X1 nümayəndəsi və vəkili Müdafiəçi3 xüsusi ittiham qaydasında verilmiş şikayəti müdafiə edərək bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayət hazırlanarkən Azərbaycan Respublikasının CPM-nin tələbləri pozulmayıb. Ona görə də şikayətin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 xüsusi ittiham qaydasında verilmiş şikayətin əsassız olduğunu bildirərək şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 xüsusi ittiham qaydasında verilmiş şikayətin əsassız olduğunu bildirərək şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi X10 məhkəməyə müraciət edərək xüsusi ittiham qaydasında şikayətin hüquqi şəxs tərəfindən verildiyini, qanunvericiliyin tələblərinin pozulduğunu, odur ki, şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 müdafiəçisi Müdafiəçi4 məhkəməyə müraciət edərək xüsusi ittiham qaydasında şikayətin hüquqi şəxs tərəfindən verildiyini, qanunvericiliyin tələblərinin pozulduğunu, odur ki, şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsləri və onların müdafiəçilərini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olubolmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin AR CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 şikayət ərizəsinin giriş hissəsində doğulduğu ili, məşğuliyyət növünü göstərməmişdir. Halbuki, AR CPM-nin 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilir. Bundan başqa, şikayət ərizəsinin giriş hissəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin hər birinin yaşayış yeri ayrıca göstərilməmiş və əməlin məhz həmin şəxslər tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini göstərməmiş və məhkəməyə təqdim edilməmişdir. AR CPM-nin 293.3.3-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Həmin Məcəllənin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Bununla yanaşı, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsinin tərtibatı zamanı AR CPM-nin 293.3.6-cı maddəsinin tələblərinə riayət etməyərək xüsusi ittiham qaydasında şikayətin verildiyi yeri göstərməmişdir. Halbuki, AR CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 və X12 qarşı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X6 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “28 saylı” vəkil bürosunun vəkili X7 ödənilmək üçün sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “28 saylı” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. X12 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “28 saylı” vəkil bürosunun vəkili Müdafiəçi4 ödənilmək üçün sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “28 saylı” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-489/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-489/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver