Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-489/2025 18.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-ci il tarixdə Neftçala rayonu, Xolqaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, o, 20 iyul 2025-ci il tarixdə saat 23:00 radələrində yaşadığı ünvan 2 ünvanın dəhlizində atası Ağabala Həmzəyevlə ilə etdikləri mübahisəyə arvadı X2 müdaxilə etməsi səbəbindən aralarında ailə məişət zəminində yaranmış mübahisə zamanı hər iki əlləri ilə sonuncunun baş və qol nahiyələrinə vuraraq ona sol dirsək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək oynağı nahiyyəsinin arxa-bayır-önsəthlərini əhatə edən qançır-şişkinliyi, sağ bazu nahiyyəsinin qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül dərəcəli bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxs X1 qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2005-ci ildə X4 ilə ailə həyatı qurmuş, birgə nikahdan bir qız övladı dünyaya gəlmişdir. Hər bir ailədə olduğu kimi onunda ailəsində müəyyən anlaşılmamazlıqlar səbəbindən söz-söhbətlər olmuşdur. xx.xx.2025-ci il tarixdə axşam saatlarında yaşadığı ünvanın yaxınlığında kafedə oturub şam yeməyi yemiş və bir qədər spirtli içki qəbul etmişdir. Hesabı ödəmək istədikdə 20 manat pulu çatmadığından borclu qalmışdır. Saat təxminən 23:00 radələrində yaşadığı ünvana gəlmiş və atası Ağabaladan 20 manat pul istəmişdir ki, kafeyə olan borcunu ödəsin. Atası ona 20 manat pulu vermiş və bununla bağlı öz iradını bildirmişdir. O, atasının ona əsassız iradını qəbul etməmiş, bu səbəbdən də aralarında sözlə mübahisə yaranmışdır. Atası onun atası ilə mübahisə etməyinə görə evdən çıxıb gedəcəyini bildirdikdə, arvadı Vüsalə müdaxilə edərək əgər atası evdən getsə Vüsalədə çıxıb gedəcəyi ifadəsini işlətmişdir. O, Vüsalədən nə səbəbə evdən getmək istədiyini ona söylədikdə Vüsalə onunla kobud danışmağa başlamış və bunun nəticəsində aralarında sözlə mübahisə yaranmışdır. Arvadı Vüsalənin onunla aqresiv və kobud danışmasını görüb əsəbləşərək əli ilə onun baş və hər iki qol nahiyyələrindən bir neçə dəfə vurmuşdur ki, ona cavab qaytarmasın. Atası onu kənarlaşdırmış və bundan sonra Vüsalə evdən çıxaraq getmişdir. Bir qədər sonra polis işçiləri yaşadığı ünvana gəlmiş, onu polis şöbəsinə dəvət etmişlər və orada ona məlum olmuşdur ki, Vüsalə polisə gedərək bununla bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, mübahisə yaşadıqları ünvan 3 ünvanda dəhlizdə baş vermişdir. Həmin vaxtı evdə yalnız atası Ağabala olmuşdur. Mübahisə zamanı o, arvadı Vüsalənin baş və hər iki qol nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və şikayətinin olmamasını nəzərə alaraq barasində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində ifadəsində göstərmişdir ki, o, 2005-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və birgə nigahdan bir qız övladları dünyaya gəlmişdir. Hər bir ailədə olduğu kimi onun da ailəsində müəyyən anlaşılmamazlıqlar səbəbindən söz-söhbətlər olmuşdur. Son 4 ilə yaxın müddətdir Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi sürməsi səbəbindən ailədə olan mübahisələr daha da artmışdır. O, dəfələrlə Təqsirləndirilən şəxs öz iradlarını bildirməsinə baxmayaraq Amil onun sözlərimə məhəl verməyib öz tüfeyli həyat tərzini davam etdirmişdir. O, ailəsinin dağılmaması üçün Amilin bu cür hərəkətlərinə dözüb oturmuşdur. xx.xx.2025-ci il tarixdə birgə yaşadıqları ünvanda olan zaman saat 23:00 radələrində Amil evə sərxoş vəziyyətdə gəlmiş və atası Ağabaladan pul istəmişdir. Atası ona pul vermiş və söyləmişdir ki, artıq maddi imkanı onun xərclərinə çatmır və bu səbəbdən də evdən çıxıb gedəcəkdir. O, qaynatası Ağabalaya söyləmişdir ki, əgər evdən çıxıb getsə o da gedəcəkdir. Bu zaman Amil onu söyüb təhqir etməyə başlamış və aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Amil hər iki əli ilə bir neçə dəfə onun qol və baş nahiyyələrinə zərbələr vuraraq xəsarət yetirmişdir. Qaynatası Ağabala onu güclə kənarlaşdırmış və o, evdən çıxaraq bu barədə şikayət etmək məqsədi ilə Yasamal RPİ-nin 29-cu PŞ-nə gəlmişdir. Mübahisə zamanı evdə qaynatası Ağabala olmuş, mübahisə yaşadıqlar mənzilin dəhlizində baş vermiş, mübahisə 5-10 dəqiqə davam etmiş və Təqsirləndirilən şəxs onu vurması nəticəsində baş və hər iki qol nahiyyələrindən xəsarət almışdır bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, ona görə də sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, uzan illərdir oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir və hər dəfə narkotik vasitə əldə etmək üçün ondan pul istəyir, ona pul vermədikdə mütəmadi olaraq evlərində söz-söhbətlər yaradırmış. 2005-ci ildə Amil Vüsalə ilə ailə həyatı qurmuş və birgə nigahdan bir qız övladları dünyaya gəlmiş və onlar birlikdə yaşayırlar. Son 4 ilə yaxın müddətdir ki, Amilin tüfeyli həyat tərzi sürməsi nəticəsində ailəsində də müəyyən sözsöhbətlərin yaranmasına şahid olurmuş, Vüsalə öz narazılığını bildirsə də, lakin Amil yenə də hərəkətlərini davam etdirmişdir. xx.xx.2025-ci il tarixdə axşam saat 23:00 radələrində yaşadıqları ünvanda olan zaman Amil evə sərxoş vəziyyətdə gəlmiş, ondan pul istəmiş və o, Amilə 20 manat pul verərək bildirmişdir ki, artıq maddi imkanı yoxdur, bir daha ondan pul istəsə evdən çıxıb gedəcəkdir. Onun bu sözlərindən sonra gəlini Vüsalə bildirmişdir ki, əgər o, evdən çıxıb getsə Vüsalədə qızını götürərək evdən çıxıb gedəcəkdir. Vüsalənin bu sözünü eşidən Amil onunla mübahisə etməyə başlamış və söyüb təhqir etmişdir. Bundan sonra onların arasında olan mübahisə daha da şiddətlənmiş, o, Amili sakitləşdirməyə çalışsa da Amil yenədə mübahisəni davam etdirmişdir. Mübahisə zamanı Amil Vüsaləni əlləri ilə vurmuşdur. O, güclə Amili kənarlaşdırmış, Vüsalə Amilin bu cür hərəkətini görüb, evdən çıxıb polisə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Həmin mübahisə yaşadıqları mənzilin dəhlizində baş vermiş və orada ondan başqa heç kimin olmamışdır. Sadələşdirilmiş icraat materialının 21-23-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 xx.xx.2025-ci il tarixli, 598 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, 1984-cü il təvəllüdlü X2 bədən səthində aşkar edilmiş xəsarətlər - sol dirsək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol dirsək oynağı nahiyyəsinin arxa-bayır-önsəthlərini əhatə edən qançır-şişkinliyi, sağ bazu nahiyyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yetirliməsi nəticəsində əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Sadələşdirilmiş icraat materialının 24-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 25-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 56-57-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən xx.xx.2025ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə Hacıqabul rayon Məhkəməsinin hökmünə əsasən 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə o, Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, ona görə də sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirməsi cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidirr. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığı və onlara dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 176 (bir yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 176 (bir yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-489/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-489/2025
18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver