Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-49/2020 14.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Şefi oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1957-ci ildə Şabran (Dəvəçi) rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkət qaydalarını pozaraq ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 19:25-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus «OPEL ASTRA» markalı minik modelli ** KV *** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 2 A saylı ünvanın qarşısında saatda təxminən 30 km sürəti ilə İnşaatçılar prospekti istiqamətində idarə edərkən «X21» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı, bununla yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda buna riayət etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobilin qarşı sağ tərəfi ilə piyada keçidinin üzəri ilə yolu sağdan – sola doğru keçən piyada X6 vurub ona ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan baş-beyin toxumasına, onun mədəciklərinə, qişaları altına qansızma ilə və alın təpə sümüklərinin sınığı ilə müşayiət olunan başın alın-təpə nahiyəsinin yumşaq toxumalarının hematoması (yumşaq toxumalar arasına qan yığılması) və sol oturaq sümüyünün sınığı kimi dərəcəsinə görə ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2017-ci ildə özü üçün və öz vəsaiti hesabına «OPEL ASTRA» markalı minik modelli, ** KV *** qeydiyyat nişanlı, göy rəngli avtomobil almışdır. Həmin avtomobil qeydiyyat şəhadətnaməsinə əsasən onun xüsusi mülkiyyətindədir. Hal-hazırda onun hüquqi qüvvəyə malik olan AD 154273 seriya və nömrəli «BD» kateqoriyalı sürücülük vəsiqəsi vardır. O, özünə məxsus olan «OPEL ASTRA» markalı minik modelli, ** KV *** qeydiyyat nişanlı avtomobilini adətən taksi kimi idarə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 19:00 radələrində o qeyd edilən avtomobili ilə yaşadığı Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsindən çıxıb şəxsi işi ilə bağlı Yasamal rayonu Hüseyn Cavid prospekti istiqamətində yola düşmüşdür. Həmin zaman maşında həyat yoldaşım X4 da maşında olub, o qabağ oturacagda əyləşmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin əraziyə Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov küçəsi ilə getməyə qərar vermişdir. Buna görə də o, avtomobili Nəriman Nərimanov küçəsi ilə idarə edərək həmin küçədən istiqamətini dəyişib «Hüseyn Cavid» adına park istiqamətində getmək üçün digər adını bilmədiyi küçəyə daxil olmuşdur. Həmin küçə ilə o, hərəkət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasının qarşısına çatmışdır. Qeyd edilən vaxt o, Landau küçəsi ilə gələn nəqliyyat vasitələrinin keçməsini gözləyib qeyd edilən parkın ətrafına avtomobillərin axını istiqamətində dövrə vuraraq Hüseyn Cavid prospektinə daxil olmaq üçün hərəkətə başlamışdır. Bu zaman hava qaranlıq və yağış yağdıgı üçün asvalt örtüyün üzəri yaş olmuşdur. Həmçinin o, avtomobili yaxın vuran işıqlarla idarə etmişdir. O, avtomobili saatda təxminən 30 km sürəti ilə idarə edərəkən piyadalar üçün nəzərdə tutulmuş zolağı keçdikdən bir qədər sonra avtomobilin sağ yan tərəfinə zərbə ilə nəyinsə çırpıldığını hiss edib avtomobili saxlamış, avtomobilinin arxa tərəfinə keçdikdə avtomobilin arxa sağ hissəsində yerdə bir nəfər qadın cinsli şəxsin bükülmüş vəziyyətdə uzandığını görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, piyada qadın sağ yan tərəfdən avtomobilə dəymiş və zərbədən yerə yıxılmışdır. Bu vəziyyəti yolun hərəkət hissəsində görən digər tanımadığı sürücülər avtomobili saxlayıb ona tərəf yaxınlaşmışdır. Həmin vaxt təsadüfən hadisə yerindən keçən, çağırış və ya qeydiyyat nişanını xatırlamadığı təcili tibbi yardım avtomobili həmin yerdə dayanmışdır. O, TTTYB-nin avtomobilindən düşən şəxslərdən birinə hadisə barədə məlumat vermiş və onlar köməkləşərək yerdə uzanmış vəziyyətdə olan qadını xərəyin üzərinə qoymuşlar. O, həmin vaxt tanımadığı tibb işçisindən xəsarət almış şəxsi haraya aparacaqlarını soruşduqda, sonuncu ona qadını Bakı şəhəri KTM-ə aparacaqlarını bildirmişdir. Həyat yoldaşımda onlarla birlikdə xəstəxanaya getmişdir. Bu zaman o qeyd edilən xəsarət almış qadının əsasən baş nahiyəsində saçının qana bulandığını görmüşdür. Bundan sonra o, hadisə yerində avtomobilini digər nəqliyyat vasitələrinə mane olmaması üçün yolun sol kənarına doğru idarə edərək saxlamışdır. TTTYB-nin avtomobili hadisə yerini tərk etdikdən bir neçə dəqiqə sonra oraya Yasamal RPİ-dən təhqiqatçı gəlmişdir. O, həmin gün təxminən 3 saat sonra Bakı şəhəri KTM-ə getmişdir. Həmin mərkəzdə ona məlum olmuşdur ki, avtomobillə vurduğu piyada əvvəllər tanımadığı 1971-ci ildə anadan olmuş X7r. Həmçinin qadının ailə üzvülərinə tibb mərkəzindən məlumat verildiyinə görə onun ailə üzvləri də xəstəxanaya gəlmişdir. A.Şükürova müəyyən müayinələrdən keçirildikdən sonra tibb mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdir. Ona məlum olmuşdur ki, A.Şükürova əsasən baş nahiyəsindən xəsarət almışdır. Daha sonra xx xxxxxx 2019-cu il tarixdə ona məlum olmuşdur ki, Arzu Şükürova həmin gün KTM-nin reanimasiya şöbəsində ölmüşdür. Özünü qismən təqsirli bilməsini, habelə ilk dəfə hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan cinayət törətməsini, zərərçəkmiş şəxsin ailəsinə köməklik etməsini, onun dəfni ilə bağlı olan xərcləri öz üzərinə götürməsini, yaşlı olmasını, özünün və həyat yoldaşının “şəkərli diabet”, yeganə övladı olan oğlunun isə “şizofreniya” xəstəliyindən əziyyət çəkməsini, taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsinin dolandıran yeganə şəxsi olmasıni və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasınınəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disklərdə olan videogörüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs X5 hüquqi varisi qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən X3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, xx xxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, onunla eyni ünvanda pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış X9 onun doğma bacısıdır. Arzu faktiki olaraq heç yerdə işləməmiş və subay olmuşdur. Hər gün olduğu kimi xx xxxxxx 2019-cu il tarixdə, axşam saatlarında o və Arzu evlərində olmuşdur. Həmin gün saat 19:15 və ya 19:20 radələrində bacısı Arzu «hava almaq» və ya piyada gəzmək üçün evdən tək olaraq çıxmış və bunun üçün ona evlərinin yaxınlığında yerləşən Yasamal rayonu «Hüseyn Cavid» adına parka gedəcəyini bildirmişdir. Həmin gün isə xatırladığı qədərincə hava yağmurlu olmuş və qaranlıq düşmüşdür. Arzu evdən çıxdıqdan təxminən 20-25 dəqiqə sonra onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən özünün istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng gəlmişdir. O, Arzunun səsinin həyəcanlı və danışığının qırıq-qırıq olmasını eşidib, sonuncudan nə olmasını soruşduqda, Arzu onu avtomobil vurduğunu bildirmişdir. Bu zaman onunla danışan kişi cinsli şəxs təcli tibbi yardım həkimi olduğunu və xəsarət almış şəxsi, yəni Arzunu Bakı şəhəri KTM-ə apardıqlarını bildirmişdir. O, dərhal evdən çıxıb həmin xəstəxanaya yola düşmüşdür. Xəstəxanaya çatıqda ona məlum olmuşdur ki, Arzu KTM-nin «reanimasiya» şöbəsinə yerləşdirilmişdir. O, imkan tapıb bacısı Arzu ilə danışdıqda, sonuncu onu avtomobil vurduğunu, hətta «üşüdüyünü» bildirib, özünü yaxşı hiss etmədiyini qeyd etmişdir. Sonra həkimlər ona Arzunun əsasən baş nahiyəsindən xəsarət aldığını bildirmişdir. Həmçinin KTM-də ona məlum olmuşdur ki, bir qədər əvvəl, Bakı şəhəri Yasamal rayonu ərazisində, «Hüseyn Cavid» parkının yanında, Arzu yolu keçərkən əvvəllər tanımadığı Təqsirləndirilən şəxs idarə etdiyi «OPEL ASTRA» markalı minik modelli, ** KV *** qeydiyyat nişanlı avtomobillə Arzunu vurmuş, sonra hadisə yerindən təsadüfən keçən TTTY biriqadası tərəfindən Arzu həmin KTM-ə aparılmışdır. Ona həmçinin bu barədə sonradan sürücü Təqsirləndirilən şəxs özü də bildirmişdir. Bacısı Arzu 2 gün Bakı şəhəri KTM-nin reanimasiya şöbəsində müalicə aldıqdan sonra xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 09 radələrində həmin şöbədə ölmüşdür. Ona bu barədə həmin gün saat 09 radələrində Bakı şəhəri KTM-dən məlumat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhəri Təcili və X10 Stansiyasının 8 saylı bölməsinin həkimi vəzifəsində 1 ildən artıq bir müddətdir ki, fəaliyyət göstərməkdədir. Həkim kimi çalışdığı 8 saylı bölmə ünvan 4 ünvanında yerləşir. xx xxxxxx 2019-cu il tarixdə saat 08:00-da o, növbəlilik əsasında həmin bölməyə işə gəlmişdir. Gün ərzində o, həkim kimi müxtəlif ünvanlara çağırışlara yollanmışdır. Həmin gün saat təxminən 19:00 və ya 19:15 radələrində Bakı şəhəri Yasamal rayonu İzmir küçəsində yerləşən 14 saylı marşrut avtobusunda kişi cinsli şəxsin qıcolma ilə bağlı tibbi yardıma ehtiyacının olması ilə əlaqədar 8 saylı TTTYB-yə məlumat daxil olmuşdur. Həmin məlumat üzrə göstərilən yerə yollanmaq barədə o, tapşırıq almışdır. Bu səbəbdən də o sürücü Şahid2 və feldşer Şahid3 ilə 10 saylı çağırış avtomobilinə minərək hadisə yerinə yollanmışdır. Həmin vaxt o, avtomobildə qarşı sağ oturacaqda, feldşer Şahid3 isə avtomobilin arxa salonunda əyləşmişdir. Sürücü avtomobili Yasamal rayonu Ələsgər Ələkbərov küçəsi ilə «Hüseyn Cavid» parkı istiqamətində idarə etmişdir. Bu zaman hava yağmurlu və ya yağmurdan sonrakı vəziyyətlə əlaqədar rütubətli və asvalt örtüyün üzəri yaş olmuşdur. «Hüseyn Cavid» parkına çatdıqda sürücü avtomobili İnşaatçılar prospekti istiqamətində idarə etməyə davam edərkən, onlar Azərbaycan Respublikası Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında, piyada keçidi üçün nəzərdə tutulmuş zolağın üzərində, yerdə bir nəfər şəxsin uzanmış vəziyyətdə olduğunu görmüşlər. Dərhal sürücü avtomobilin hərəkətini dayandırmış və avtomobildən yerə düşdükdə onlara məlum olmuşdur ki, həmin yerdə bir və ya bir neçə dəqiqə əvvəl qeyd edilən qadını göy rəngli, «OPEL ASTRA» markalı minik modelli, ** KV *** qeydiyyat nişanlı avtomobil vurmuşdur. Bunu onlara həmin vaxt özünü sürücü kimi təqdim etmiş Təqsirləndirilən şəxs adlı, təxminən 60-65 yaşlı kişi cinsli şəxs bildirmişdir. Bu zaman saat təxminən 19:30 radələri olmuşdur. O, stansiya ilə əlaqə saxlayıb hadisə barədə şifahi şəkildə məlumat vermiş və əvvəlki çağırışdan imtina edərək yerdə uzanmış vəziyyətdə olan təxminən 50 yaşlı qadını iş yoldaşları ilə birlikdə xərəyə qoyub avtomobilin salonuna yerləşdirmişlər. Həmin qadın cinsli şəxs əsasən baş nahiyəsindən xəsarət almışdır. Bundan sonra onlar qadını Bakı şəhəri X22 aparmaq üçün yola düşmüşlər. Hadisə yerində sürücü və digər şəxslər olmuşlar. Həmin vaxt onlar xəsarət almış və huşu tam aydın olmayan qadını qeyd edilən KTM-ə gətirib çatdırmışlar. Bir qədər sonra «özünə gələn» qadın onlara Şükürova Arzu adlı şəxs olduğunu və yaşının isə 48 olduğunu bildirmişdir. Onun tərəfindən qadının diaqnozu qapalı kəllə beyin travması, baş beyin silkələnməsi və müştərək travma kimi qeydə alınmışdır. O, KTM-də həmin qadını tibb işçilərinə təhvil vermiş və qadını haradan və hansı şəraitdə gətirmələri ilə bağlı onlara məlumat vermişdir. Həmçinin o həmin gün TTTYB-yə qayıdaraq Yasamal RPİ-nin NH-yə hadisə barədə məlumat vermişdir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, o hadisənin Yasamal rayonu Landau küçəsində baş verməsini zənn edərək bu barədə polisə ilkin məlumatı verərkən ünvanı bu cür göstərmişdir. Lakin ifadəsində qeyd etmişdir ki, həmin hadisə Yasamal rayonu ərazisində yerləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısından keçən yolda, piyada keçidi üçün nəzərdə tutulmuş zolağın üzərində baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və X20 onlardan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xususatları birdaha təsdiq etmişlər. Məhkəmə iclasında dindirilmiş əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, hadisə günü yoldaşı Təqsirləndirilən şəxs bibisi qızıgildən gəlirlirmişlər və o, yoldaşının idarə etdiyi avtomobildə qabaqda əyləşmişdir. Saat təxminən 8 yarısı qəflətən bir qadın qaça-qaça onlardan əvvəlki maşını keçib, daha sonra onların da maşınını keçmək istəyəndə yoldaşının idarə etdiyi avtomobilə dəydi. Yoldaşı Təqsirləndirilən şəxs həmin ərazidən keçən TTY maşının əl edib saxlatmış və daha sonra köməkləşib həmin qadının TTY maşınına qoyub özü də onlarla birlikdə xəstəxanaya yollanmışlar, yoldaşı isə hadisə baş verən yerdə qalmışdır ki, sonra elə bilməsinlər o, hadisə yerindən qaçıb. O, hadisənin piyada keçidində baş verməməsini xatırlayır, çunki həmin qadın yol ayrıcında dəymişdir onların maşınlarına. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi X16 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaqı aparmış və hesab edir ki, bununla bağlı heç bir prosessual pozuntuya yol verməmişdir. Cinayət işinin 99-100-cü vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 6-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ-nin QİŞ tərəfindən xx xxxxxx 2013-cü ildə verilmiş AD seriyalı 154273 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2023-cü il tarixədək qüvvədə olan “BD” dərəcəli sürücülük hüququ vardır. Cinayət işinin 7-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AC seriyalı 818559 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2007-ci il, «Opel Astra minik» markalı, **-KV-*** dövlət qeydiyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxsdur. Cinayət işinin 12-ci vərəqəsində olan xx xxxxxx 2019-cu il tarixli, 2/9196 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 40-ci vərəqəsində olan xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, X8 zərərçəkmiş şəxs mərhum X5 hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 64-68-ci vərəqələrində olan məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X19-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2019-cu il tarixli, 139 saylı meyitin ekspertizası rəyindən görünür ki, 1.1971-ci il təvəllüdlü X5 adına tərtib edilmiş xəstəlik tarixindən görünür ki, o, xx xxxxxx 2019-cu il tarixdə, saat 19:50-də Bakı şəhəri KTM-ə ağır vəziyyətdə gətirilmiş, orada aparılan müalicə tədbirlərinə baxmayaraq, onun vəziyyəti yaxşılaşmamış və xx xxxxxx 2019-cu il saat 08:30-da ölüm baş vermişdir. 2. X5 meyitinin məhkəmə-tibb müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur – baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə və alın təpə sümüklərinin sınığı ilə müşayiət olunmuş başın alın-təpə nahiyəsinin yumşaq toxumalarının hematoması (yumşaq toxumalar arasına qan yığılması) və sol oturaq sümüyünün sınığı. 3. Göstərilən xəsarətlər həyatidir, küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx xxxxxx 2019-cu il tarixdə piyada qismində olarkən hərəkətdə olan avtomaşının hissələrinin dəyməsindən törənməsi mümkündür, dərəcəsinə görə, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərini daşıyır, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. 4. X5 ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş-beyin toxumasına, onun mədəciklərinə və qişaları altına baş vermiş qansızma olmuşdur. Ölüm xx xxxxxx 2019-cu il tarixdə xəstəxanada baş vermişdir ki, bu da meyitin məhkəmə-tibbi müayinəsi ilə inkar olunmur. 5. X5 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Cinayət işinin 78-79-cu vərəqələrində olan məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 30532 nömrəli rəyində göstərilmişdir ki, 1.2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Opel Astra markalı, ** KV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X21» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 77-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat müəyyən edilmişdir. Cinayət işinin 53-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X2 İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 80-87-ci vərəqələrində olan xx xxxxxx 2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 03 (üç) ədəd DVD disk və «Opel Astra minik» markalı, **-KV-*** dövlət qeydiyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, DVD disk saxlanması üçün cinayət işinin materiallarına əlavə edilmiş, «Opel Astra minik» markalı, **-KV-*** dövlət qeydiyat nişanlı avtomobil isə sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmışdır. Cinayət işinin 165-ci vərəqəsində olan AR DİN-nin Tibb İdarəsinin 2 saylı poliknikası tərəfindən verilmiş 25 saylı, xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, X13 “şizofreniya” xəstəliyi müşahidə olunur və o, İİ-ci qrup əlildir. Cinayət işinin 166-cı vərəqəsində olan AR Səhiyyə Nazirliyi ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “şəkərli diabet” xəstəliyi müşahidə olunur. Cinayət işinin 167-ci vərəqəsində olan AR Səhiyyə Nazirliyi ambulator kitabçadan çıxarışdan görünür ki, X1 “şəkərli diabet” xəstəliyi müşahidə olunur. Cinayət işinin 168-169-cu vərəqələrində olan Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli barışıq sazişindən görünür ki, mərhum zərərçəkmiş şəxs X5 hüquqi varisi X3 Təqsirləndirilən şəxs qarşı heç bir tələbi, şikayəti və mülki iddiası yoxdur və gələcəkdə də olmayacaq. Cinayət işinin materiallarında olan DVD disklərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 19:25-də ünvan 5 A saylı ünvanın qarşısında, piyada keçidi üçün nəzərdə tutulmuş zolağın üzərində «Opel Astra minik» markalı, **-KV-*** dövlət qeydiyat nişanlı avtomobil yolu sağdan-sola doğru keçən piyadanı vurmuşdur. Cinayət işinin 224-230-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X25 xx xxx 2020-ci il tarixli, 140/2020 saylı ekspertiza rəyindən görünür ki, mərhumə A.İ.Şükürovanın meyitinin müayinəsi zamanı baş beyin toxumasına, mədəciklərə və qişaları altına çoxsaylı qansızmalar, alm-təpə sümüklərində xətti sınıq, həmin nahiyədə yumşaq toxumalara geniş qansızma, sol oturaq sümüyünün yerdəyişən sınığı aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla böyük fiziki qüvvənin təsirindən törənmiş və qərarda göstərildiyi kimi xx.xx.2019-cu ildə hərəkətdə olan avtomobillə piyadanın vurulması nəticəsində yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, yetirilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələrə əsasən demək olar ki, hadisə vaxtı zərərçəkmiş vertikal və ya buna yaxın vəziyyətdə olmuş, ilkin kontakt avtomaşının qabaq tərəfi ilə zərərçəkmişin sol aşağı ətrafının yuxarı hissəsinə-sol oturaq nahiyəsinə olmuş, sonrakı etapda piyadanın başının ön sol hissəsi yol örtüyünə zərblə çırpılması nəticəsində ölümə səbəb olan ağır kəllə-beyin travması əmələ gəlmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 8/766 nömrəli ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş “Opel Astra” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (kapotun sağ hissəsində, sağ yan güzgüdə) olan zədələr, izlər öz formasına, marfoioji quruluşuna, xarakterinə və s, əlamətlərinə görə hər-hansı bərk olmayan predmetin, o cümlədən insanın (piyadanın) vurması nəticəsində yaranması mümkündür. Təqdim edilmiş “Opel Astra” markalı, **-KV- *** qeydiyyat nişanlı avtomobilin üzərində (kapotun sağ hissəsində, sağ yan güzgüdə) olan zədələr, izlər A.Şükürovanın bədəni üzəridə olan xəsarətlərə görə uyğunluq təşkil edir və kontakda olması nəticəsində yaranması istisna edilmir. Təqdim edilmiş “Opel Astra” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsində halhazırki vəziyyətdə hər-hansı bir zədə aşkar edilmədi. Cinayət işinin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 5/372 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiq olunan bir ədəd 6145 ədəd kadrlardan ibarət “TS”- 046.3- Part 1 (2019-22-01 19-14-59 – 2019-11-01 19- 55-58)” adlı videogörüntüdə saat 19:25 radələrində yol qəzanı törədən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsini oxumaq mümkün olmamışdır. Cinayət işinin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə video-texniki ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 61 (altmış bir) manat 17 (on yeddi) qəpik müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyləri, DVD disklərdə olan videogörüntülərlə və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmişşəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “X21 və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “X21” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin İ hissəsinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsipi və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, habelə ilk dəfə hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan cinayət törətməsini, zərərçəkmiş şəxsin ailəsinə köməklik etməsini, onun dəfni ilə bağlı olan xərcləri öz üzərinə götürməsini, yaşlı olmasını, özünün və həyat yoldaşının “şəkərli diabet”, yeganə övladı olan oğlunun isə “şizofreniya” xəstəliyindən əziyyət çəkməsini, taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsinin dolandıran yeganə şəxsi olmasıni və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 60-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayəti etiraf etməsini, törətdiyi cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə ilk dəfə hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan cinayət törətməsini, zərərçəkmiş şəxsin ailəsinə köməklik etməsini, onun dəfni ilə bağlı olan xərcləri öz üzərinə götürməsini, yaşlı olmasını, özünün və həyat yoldaşının “şəkərli diabet”, yeganə övladı olan oğlunun isə “şizofreniya” xəstəliyindən əziyyət çəkməsini, taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsinin dolandıran yeganə şəxsi olmasıni və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən cəza təyin edən məhkəmə şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut olan «Opel Astra minik» markalı, **-KV-*** dövlət qeydiyat nişanlı avtomobil isə sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi – 231 (iki yüz otuz bir) manat 17 (on yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə digər maddi sübut olan «Opel Astra minik» markalı, **-KV-*** dövlət qeydiyat nişanlı avtomobil isə sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 231 (iki yüz otuz bir) manat 17 (on yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun Azərbaycan X17 şöbəsi, Bankın kodu 805142, VÖEN ********** Müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, hesablaşma hesabı AZ39İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa getməmək haqqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-49/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-49/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver