Məhkəmə qərarları › İş №1(004)-49/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-49/2022

25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-49/2022 25.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1962-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləmir, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci il tarixdə axşam saatlarında, istintaqa şəxsiyyəti məlum olmayan şəxsdən qanunsuz olaraq satış məqsədi ilə, bir ədəd bükümdə təmiz çəkisi 0,649 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 1,346 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, bir ədəd bükümdə təmiz çəkisi 1,793 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryəki əldə edərək əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamaqla, daşımış, 01 sentyabr 2021-ci il tarixdə axşam saatlarında qanunsuz olaraq satış məqsədilə əldə etdiyi təmiz çəkisi 0,649 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini bölərək, bir büküm halında, təmiz çəkisi 0,369 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat müqabilində yaşadığı evinin yaxınlığında Şahid8, qanunsuz olaraq satış məqsədilə əldə etdiyi təmiz çəkisi 1,346 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bölərək, bir büküm halında, təmiz çəkisi 0,617 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 20 manat müqabilində yaşadığı evinin yaxınlığında Şahid7mı satmış, narkotik vasitələrin və psixotrop maddələrin digər hissəsini, yəni satış məqsədilə qanunsuz olaraq əldə etdiyi bir ədəd bükümdə təmiz çəkisi 0,280 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,729 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, bir ədəd bükümdə təmiz çəkisi 1,793 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryəki əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamaqla daşımış, 02 sentyabr 2021-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, ünvan 2 ünvanın yaxınlığında piyada hərəkətdə olduğu vaxt saxlanılaraq, bölmənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,280 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,729 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, bir ədəd bükümdə təmiz çəkisi 1,793 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Özünü CM-nin 234.1-ci maddə ilə təqsirli bilir, CM-nin 234.2-ci maddə ilə təqsirli bilmir. Belə ki narkotik vasitələrin satışı ilə məşğul olmur, özü tez-tez istifadə edir, aludəçisidir və buna görə də özünün istifadəsi üçün narkotik vasitə saxlamışdır. ünvan 3 ünvanda qeydiyyatdadır və həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, heç bir yerdə işləmir, orta təhsillidir, əvvəllər 25.06.2015- ci il tarixdə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hökmünə əsasən, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 10.09.2016-cı ildə cəzasının sonu ilə azad olunmuş, əvvəllər psixiatriya xəstəxanasında və narkoloji xəstəxanada müalicə almamış, həmin xəstəxanalarda qeydiyyatda deyildir. Təxminən 10 ilə yaxındır ki, psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroin qəbul edir, narkotik vasitəni ineksiya yolu ilə, metamfetamini isə tüstüsünü çəkməklə qəbul edir. Heroini və metamfetamini qəbul etməkdə məqsədi bədənində olan ağrılardır, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda almış və qəbul etmişdir. Sonradan onun maddi vəziyyəti pisləşmiş, pul qazana bilməmiş, istəmişdir ki, hansı yolla olursa, olsun pul qazansın. Ona görə də qərara gəlmişdir ki, özü narkotik vasitə əldə etsin, bir hissəsini satsın, bir hissəsini də özü qəbul etsin, həm də qazanc əldə etsin. Tutulduğu gündən bir gün əvvəl, yəni 01.09.2021-ci il tarixdə axşam saatlarında onun bədəni ağramış, istəmişdir ki, narkotik vasitə əldə etsin, bir hissəsini qəbul etsin, bir hissəsini də satıb narkotik vasitəyə sərf etdiyi pulu qazansın. Ona görə də həmin vaxt o, Yasamal rayonu Kubinka adlanan əraziyə getsin, orada tanımadığı bir şəxslə rastlaşmış, həmin şəxsə bədəninin ağradığım və narkotik vasitə heroin istədiyini bildirmişdir. Həmin şəxs də ona narkotik vasitə heroin olmasını və neçə büküm lazım olmasını bildirmişdir. O da həmin şəxsə üç bükümdə narkotik vasitə el dilində kakos deyilən heroin, el dilində şüşə deyilən metamfetamin və tiryək lazım olmasını bildirmiş və qiymətini soruşmuşdur. Həmin şəxs də ona üzərində istədiyi narkotik vasitə el dilində kakos deyilən heroin, el dilində şüşə deyilən metamfetamin və tiryək olmasını, üç bükümü 60 manata satdığı bildirmişdir. O da həmin şəxslə razılaşmış, ona 60 manat verməklə, həmin şəxsdən bir bükümdə qara rəngli siqaret kağızı bükümündə narkotik vasitə el dilində kakos deyilən heroin, bir bükümdə qara rəngli siqaret kağızı bükümündə el dilində şüşə deyilən metamfetamin və bir bükümdə şəffaf selofan rəngli selofan paketi bükümündə tiryəki alıb əynində olan qara rəngli idman şalvarının sağ yan cibimə qoymuş, fikirləşmişdir ki, getsin bir hissəsini qəbul etsin, bir hissəsini satıb qazanc əldə etsin. Beləcə o, əldə etdiyi bir bükümdə qara rəngli siqaret kağızı bükümündə narkotik vasitə el dilində kakos deyilən heroin, bir bükümdə qara rəngli siqaret kağızı bükümündə el dilində şüşə deyilən metamfetamin və bir bükümdə şəffaf selofan rəngli selofan paketi bükümündə tiryəki əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamaqla daşımış və yaşadığı məhəlləyə gəlmişdir. Həmin vaxt o, yaşadığı məhəllədə olduğu vaxt tanıdığı məhəllə sakini Səbuhi və onun tanışı Abşeron rayon sakini İlkin adlı şəxslə rastlaşmış, onlar ona narkotik vasitə istədiklərini, bədənlərinin ağradığım bildirmişlər. O da onlara üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra Səbuhi ondan bir büküm psixotrop maddə metamfetamin və onun tanışı Abşeron rayon sakini İlkin adlı şəxs isə bir bükümdə narkotik vasitə heroin istəmişdir. O da İlkinə bir büküm narkotik vasitə heroini 20 manata və Səbuhiyə bir bükümdə psixotrop maddə metamfetamini 20 manata satdığını bildirmişdir. Onlar onunla razılaşmışlar. O, üzərində olan bir bükümdə narkotik vasitə olan heroinin bir hissəsini bölüb 20 manata İlkinə satmış, sonra isə üzərində olan psixotrop maddə metamfetamindən bir hissəsini bölüb Səbuhiyə satmışdır. Özü də əldə etdiyi narkotik vasitə heroinin az bir hissəsini qəbul etmiş, qalan hissəsini isə, yəni bir bükümdə qara rəngli siqaret kağızı bükümündə narkotik vasitə el dilində kakos deyilən heroin, bir bükümdə qara rəngli siqaret kağızı bükümündə el dilində şüşə deyilən metamfetamin və bir bükümdə şəffaf selofan rəngli selofan paketi bükümündə tiryəki alıb əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyub saxlamış, fikirləşmişdir ki, sonra bədəni ağrayanda qəbul edər. 02 sentyabr 2021-ci il tarixdə saat 21:00 radələrində o, yaşadığı məhəllədə olduğu vaxt, ona 2 nəfər mülki geyimdə şəxslər yaxınlaşmışlar, özlərini ona 28ci PB-nin əməkdaşları kimi təqdim etmişlər, sonra ona narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər, onu 28-ci PB-nə dəvət etmişlər. O da onlara etiraz etməmiş, onlarla birlikdə Yasamal RPİ-nin 28-ci PB- nə getmişdir. Orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmişdir, o, dövlət hesabına müdafiəçi təqdim edilməsini istəmişdir, ona dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Sonra isə video müşahidə altında, onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları ona təklif etmişdir ki, üzərində narkotik vasitə və hər hansı bir cinayət xarakterli əşya varsa təqdim etsin, o da polis əməkdaşlarına bildirmişdir ki, onun üzərində olan qara rəngli idman şalvarının sağ yan cibində bir bükümdə qara rəngli siqaret kağızı bükümündə narkotik vasitə el dilində kakos deyilən heroin, bir bükümdə qara rəngli siqaret kağızı bükümündə el dilində şüşə deyilən metamfetamin və bir bükümdə şəffaf selofan rəngli selofan paketi bükümündə tiryək vardır, o, həmin narkotik vasitəni onlara təqdim edə bilər. Sonra o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı bir bükümdə qara rəngli siqaret kağızı bükümündə narkotik vasitə el dilində kakos deyilən heroin, bir bükümdə qara rəngli siqaret kağızı bükümündə el dilində şüşə deyilən metamfetamin və bir bükümdə şəffaf selofan rəngli selofan paketi bükümündə tiryəki polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlər açılarkən, bir bükümün içərisində qəhvəyi rəngli tozşəkilli maddə, bir bükümün içərisində ağ rəngli kristallardan ibarət maddə, bir bükümün içərisində tünd qəhvəyi rəngli maddənin olması aşkar edilmişdir və götürülmüşdür. Həmin üzərindən aşkar edilmiş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, onun və digər iştirakçılar tərəfindən bağlamanın üzəri imzalanmışdır. Həmin vaxtı onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilmiş bir bükümdə qara rəngli siqaret kağızı bükümündə narkotik vasitə el dilində kakos deyilən heroin, bir bükümdə qara rəngli siqaret kağızı bükümündə el dilində şüşə deyilən metamfetamin və bir bükümdə şəffaf selofan rəngli selofan paketi bükümündə tiryəki Bakı şəhəri Yasamal rayonu ərazisində üzdən tanıdığı, adını və yaşadığı yerini bilmədiyi şəxsdən 60 manata almış və üzərində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyub saxlamış və daşımış, üzərində olan metamfetaminin bir hissəsini məhəllə uşağı Səbuhiyə 20 manata və heroindən bir hissəsini onun tanışı İlkinə 20 manata satmış, heroindən az bir hissəsini özü qəbul etmiş, qalan hissəsini isə sonradan qəbul etmək məqsədilə əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamışdır. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməz. O, üzərindən aşkar edilmiş metamfetaminin bir hissəsini məhəllə uşağı Səbuhiyə 20 manata və heroindən bir hissəsini onun tanışı ilkinə 20 manata satmış, heroindən az bir hissəsini özü qəbul etmiş, qalan hissəsini, yəni bir bükümdə qara rəngli siqaret kağızı bükümündə narkotik vasitə el dilində kakos deyilən heroin, bir bükümdə qara rəngli siqaret kağızı bükümündə el dilində şüşə deyilən metamfetamin və bir bükümdə şəffaf selofan rəngli selofan paketi bükümündə tiryəki sonradan qəbul etmək məqsədilə əynində olan qara riəngli idman şalvarının sağ yan cibində saxlamış, o, Səbuhidən və İlkindən başqa heç kimə narkotik tərkibli maddələr satmamış və hədiyyə etməmişdir. O, həmin şəxsdən əvvəllər də narkotik tərkibli maddələr almış, onunla Yasamal rayonu Kubinka adlanan ərazidə rastlaşmış, çünki bilmişdir ki, o, həmin məhəllədə piyada gəzişir, lakin onunla telefon əlaqəsi saxlamamışdır. Üzərindən aşkar edilmiş bir bükümdə qara rəngli siqaret kağızı bükümündə narkotik vasitə el dilində kakos deyilən heroin, bir bükümdə qara rəngli siqaret kağızı bükümündə el dilində şüşə deyilən metamfetamin və bir bükümdə şəffaf selofan rəngli selofan paketi bükümündə tiryək ona məxsusdur, satış məqsədilə əldə etmiş, həmin kütlələrin çəkisinin nə qədər olmasını bilmişdir. O, üzərindən aşkar edilmiş narkotik tərkibli kütlələrin çəkisini bilməmişdir, amma həmin kütlələr büküm şəklində olmuş, ona görədə o, ekspertizanın rəyində göstərilən çəki ilə razıdır. O, polis şöbəsinə gətirilərkən onu kimsə döyməmiş, vurmamış, xəsarət yetirməmiş, fiziki zor tətbiq etməmişdir, onun heç kimdən şikayət və tələbi yoxdur. O, narkotik vasitəni aldığı şəxsi tanımır, onunla Kubinka adlanan ərazidə rastlaşmış, onun harada yaşamasını bilmir, əynində ağ rəngli qısaqol köynək, göy rəngli cins şalvar, qara rəngli yay ayaqqabısı olmuşdur. O, hadisə vaxtı və hadisəyədək olan müddət ərzində mobil telefon işlətməmişdir. O, Səbuhiyə və İlkinə birinci dəfədir ki, narkotik tərkibli maddələr satır, xatırlamır şəxsiyyətlərini, amma başqa şəxslərə də satdığı olmuşdur. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, evlidir, əvvəllər məhkum olunmamış, ali təhsillidir. Abşeron rayonu Masazır qəsəbəsi Ə. Vahid küçəsi ev 1-də yaşayan Şahid8 02.09.2021- ci il tarixdən etibarən tanıyır, onu əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. 02.09.2021-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsi ev 1-də yaşayan Şahid8 qanunsuz olaraq narkotik vasitələrin əldə olunması və istifadəsi ilə məşqul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılmasından ötrü bölmənin rəhbərliyinə məruzə edildikdən sonra, tərəfimdən əməliyyat qrupu yaradılmış, əməliyyat qurupuna o, rəhbərlik etmişdir, əməliyyat qrupunun tərkibinə Şahid6 daxil edilmişdir. Sonra isə Şahid8 olduğu yerin müəyyən edilməsi ilə əlaqədar tərəflərindən əməliyyat - axtarış tədbirləri həyata keçirilmişdir, Keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində Şahid8 ünvan 6 ünvanının yaxınlığında olmasını müəyyən etdikdən sonra, ona yaxınlaşmışlar, özlərini ona təqdim etdikdən sonra, onu Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər. Şahid8 onlarla Yasamal RPİ-nin 28-ci PB-nə gəlməyə etiraz etməmiş, onlar birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə gəlmişlər. Yasamal RPİ-nin 28-ci PB-nin xidməti otaqların birində Şahid8 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi Şahid8 təqdim edilmişdir. Sonra isə Şahid8 hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakları ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid8 təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Sonra isə şəxsi axtarış zamanı Şahid8 bildirmişdir ki, təxminən 1 ildən artıqdır ki, narkotik vasitə qəbul edir, hazırda da üzərində narkotik vasitə vardır. Sonra Şahid8 üzərində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd qara rəngli siqaret kağızına bükülmüş öz dediyinə görə içərisində kakos deyilən “heroin” olan bükülünü çıxarıb könüllü olaraq təqdim etmişdir. Sonra Şahid8 əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı və çıxarıb təqdim etdiyi bükülüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş bir ədəd qara rəngli siqaret kağızına bükülmüş bükünün içərisində qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik maddə «kakos» deyilən narkotik vasitə olan “heroin” olması aşkar edilmişdir. Həmin Şahid8 üzərindən aşkar edilmiş bir ədəd büküm tərəflərindən götürülərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və bağlamanın üzəri AR DİN-nin 167 saylı möhürü ilə möhürlənmişdir. Bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Şahid8 bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd qara rəngli siqaret kağızma bükülmüş bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik maddə “kakos” deyilən narkotik vasitə heroini 01 sentyabr 2021-ci il tarixdə axşam saatlarında əvvəllər də həmin şəxsdən narkotik vasitələr aldığı ünvan 7 ünvanında yaşayan Rasim adlı şəxsdən 20 manata alaraq üzərində saxladığını və daşıdığını, həmin kütlənin bir hissəsini istifadə etdiyini, bir hissəsini də sonradan istifadə etməsi üçün üzərində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığını və gəzdirdiyini, narkotik vasitəni özünün istifadə etməsi üçün əldə etdiyini, həmin narkotik vasitədən heç kimə satmadığını bildirmişdir. Sonradan Şahid8 üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı Şahid8 üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol tərəflərindən və Şahid8 tərəfindən imzalanmış, video çəkiliş sd diskə yazılaraq protokola əlavə edilmişdir. Bundan başqa, bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 6-da yaşayan Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs Şahid8 20 manata bir bükümdə narkotik vasitə heroin satmasını etiraf etmişdir. Şahid8 saxlanılarkən və polis bölməsinə gətirilərkən, ona qarşı fiziki zor tətbiq edilməmiş, döyülməmiş və xəsarət yetirilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində Şahid5 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, subaydır, əvvəllər 29.05.2019-cu il tarixdə Abşeron rayon məhkəməsinin hökmünə əsasən, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 cün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 06.07.2021-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. O, əvvəllər narkotik vasitə istifadə etsədə, bir müddət istifadə etməmişdir. Təqribən 6-7 aydır ki, narkotik vasitə qəbul edir. Öz istifadəsi üçün narkotik vasitələri isə Bakı şəhəri ərazisində müxtəlif ərazilərdə və müxtəlif vaxtlarda tanımadığı şəxslərdən almışdır. Hazırda Rasimoğlu MMC-də ekspeditor işləyir. 01 sentyabr 2021-ci il tarixdə aşxam saatlarında onun bədəni ağramış, istəmişdir ki, narkotik vasitə əldə edib qəbul etsin. Ona görə də ünvan 8 ünvanının yaxınlığında piyada hərəkətdə olduğu vaxt, qısa müddətdə tanıdığı Təqsirləndirilən şəxs ilə rastlaşmış, ona bədəninin ağradığım və üzərində narkotik vasitə olmasını soruşmuşdur. Rasim ona bildirmişdir ki, «mənim üzərimdə narkotik vasitə vardır, bir hissəsini saxlamışam ki, özüm qəbul edim, bir hissəsini də satmaq istəyirəm ki, pul qazanım, sənə hansı növ narkotik vasitə lazımdır». O da Rasimə bildirmişdir ki, «mənə bir büküm narkotik vasitə heroin lazımdır, neçəyə satırsan». Rasim ona demişdir ki, «bir büküm narkotik vasitə heroini 20 manata satıram, istəyirsənsə, verim». O da Rasimlə razılaşmışdır, ona 20 manat verməklə, ondan bir ədəd siqaretin qara rəngli kağızma bükülmüş bir ədəd bükümdə olan narkotik vasitə heroini almış, həmin bükümü götürdükdən sonra uzaqlaşmış və həmin bükümü əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Münasib vaxt edib narkotik vasitəyə təlabatım nəzərə alaraq həmin narkotik vasitənin bir qismini istifadə etmiş, geri qalan bükümü yenədə əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. 02.09.2021-ci il tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanın yaxınlığında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Onlar onun narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək onu Yasamal RPİ-nin 28-ci X5 binasına dəvət etmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə inzibati binaya getmişdir. Yasamal RPİ-nin inzibati binasına gələn zaman xidməti otaqların birinə dəvət edilmişdir. Təhqiqatçı tərəfindən təkrarən ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmiş və heç bir etirazı olmadığı üçün ona vəkil təyin edilmişdir. Bundan sonra isə təqdim edilmiş müdafiəçinin də iştirakı ilə şübhəli şəxs qismində saxlanılmağı elan olunmaqla hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən ondan üzərində olan qeyriqanuni əşyaları onlara təqdim etməyi təklif edilmişdir. Qeyd edir ki, həmin vaxt təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmiş və o, heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməsi başlanmışdır. O, də öz məsuliyyətini və etdiyi əməli dərk etdiyindən təhqiqatçının təklifindən sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümü könüllü olaraq təhqiqatçıya təqdim etmiş və həmin bükümdə narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni hansı yolla əldə etməyi barədə məlumat vermişdir. Daha sonra isə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qeyri qanuni heç nə aşkar olunmamışdır. Sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilmişdir və o, doğruluğunu imza edərək təsdiq etmişdir. Onun üzərində olan və təqdim etdiyi içərisində narkotik vasitə olan 01 ədəd büküm zərfə qoyularaq möhürlənib və protokolla birlikdə götürülmüşdür. Qeyd edir ki, o, tutularkən və polis bölməsində olarkən, istərsə də MSY-də saxlanılarkən ona heç bir zor tətbiq edilməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Bildirir ki, o, həmin şəxslə təxminən bir neçə aydır ki təsadüfən tanış olmuş, narkotik satışı ilə məşğul olan şəxs kimi tanıyır. Onun anket məlumatları Təqsirləndirilən şəxsdur. O, təqribən 50-55 yaşlarında olar. Həmin şəxsdən əvvəllərdə bir neçə dəfə narkotik vasitə almışdır. O, həmin şəxsi görsə tanıya bilər. Həmin protokol 02 sentiyabr 2021-ci il tarixdə saat təxminən 19:35 radələrində təhqiqatçı tərəfindən Yasamal RPİ-nin 28-ci X5 binasında tərtib edilmişdir. Protokolun tərtib edilməsinin səbəbi isə onun üzərindən narkotik vasitə olan heroin aşkar edilməsi, daha doğrusu, könüllü olaraq üzərində olan bir ədəd büküm heroini təqdim etməyi olmuşdur. Bildirir ki, təqdim edilən rəylə tanış olmuşdur. Həqiqətən də onun təqdim etdiyi bükümdə olan maddə narkotik vasitə heroindir. O, ekspert rəyi ilə tam razıdır. Hazırda törətdiyi cinayət əməlindən başqa istər Bakı şəhərində, istərsə də, Azərbaycan Respublikası ərazisində heç bir cinayət əməli törətməmişdir. Onunla Rasim arasında əvvəlcədən narkotik vasitə əldə etmək barədə razılıq olmamışdır, Rasimin narkotik vasitəni haradan əldə etməsini bilməmiş, sadəcə ondan alıb bir hissəsini qəbul etmiş, bir hissəsini də üzərində saxlamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, subaydır, əvvəllər məhkum olunmamış, ali təhsillidir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs 02.09.2021-ci il tarixdən etibarən tanıyır, onu əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. 02.09.2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15A-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə olunması, istifadəsi və satışı ilə məşqul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan başqa, Bakı şəhər sakini Şahid7 və Abşeron rayon sakini Şahid8 narkotik vasitənin qanunsuz olaraq əldə olunması və üzərində saxlamaqla, istifadəsi ilə məşqul olması ilə əlaqədar daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində, bölmənin əməkdaşları tərəfindən Bakı şəhər sakini Şahid7 və Abşeron rayon sakini Şahid8 Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsində saxlanılaraq polis bölməsinə gətirilmiş, polis bölməsində Şahid7 üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman, o, üzərindən aşkar edilmiş bir bükümdə psixotrop maddə olan metamfetamini Bakı şəhər sakini Rasim adlı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almasını, polis bölməsində Şahid8 üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman, o, üzərindən aşkar edilmiş bir bükümdə narkotik vasitə heroini Bakı şəhər sakini Rasim adlı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almasını bildirmişlər. Bakı şəhər sakini Şahid7 və Abşeron rayon sakini Şahid8 qeyd etdiyi məlumatların, həm də ilkin əməliyyat məlumatının yoxlanılmasından ötrü bölmənin rəhbərliyinə məruzə edildikdən sonra, tərəfindən əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna o, rəhbərlik etmiş, əməliyyat qrupuna bölmənin əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi ilə əlaqədar tərəflərindən əməliyyat - axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 6 ünvanın qarşısında olmasını müəyyən etdikdən sonra, ona yaxınlaşmışlar, özlərini ona təqdim etdikdən sonra, onu Yasamal RPİnin 28-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla Yasamal RPİ-nin 28-ci PB-nə gəlməyə etiraz etməmiş, onlar birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə gəlmişlər. Yasamal RPİ- nin 28-ci PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakları ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Sonra isə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 10 ildən artıqdır ki, narkotik vasitə qəbul edir və satışı ilə məşqul olur, hazırda da üzərində narkotik vasitə vardır. Sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd qara rəngli siqaret kağızına bükülmüş öz dediyinə görə içərisində kakos deyilən “heroin” olan bükülünü, bir ədəd qara rəngli siqaret kağızma bükülmüş öz dediyinə görə içərisində şüşə deyilən psixotrop maddə olan bükülünü və bir ədəd şəffaf rəngli sellofana bükülmüş öz dediyinə görə qara deyilən “tiryək” olan bükülünü çıxarıb könüllü olaraq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sağ yan cibində saxladığı və çıxarıb təqdim etdiyi bükülüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş 2 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükülülərin içərisində qəhvəyi rəngli maddə öz dediyinə görə “kakos” deyilən narkotik vasitə olan “heroin”, şüşə deyilən psixotrop maddə olan metamfetamin və bir ədəd şəffaf rəngli sellofana bükülmüş öz dediyinə görə içərisində qara deyilən “tiryək” olması aşkar edilmişdir. Həmin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd büküm tərəflərindən götürülərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və bağlamanın üzəri AR DİN-nin 167 saylı möhürü ilə möhürlənmişdir. Bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üstündən aşkar edilmiş 2 ədəd qara rəngli siqaret kağızma bükülmüş bükülülərin içərisində qəhvəyi rəngli maddə öz dediyinə görə “kakos” deyilən narkotik vasitə olan “heroin” və şüşə deyilən psixotrop maddə olan metamfetamin, bir ədəd şəffaf rəngli sellofana bükülmüş öz dediyinə görə içərisində qara deyilən “tiryək” olmasını, həmin kütlələri bir neçə gün əvvəl axşam saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Kubinka deyilən ərazidə, üzdən tanıdığı, adını və yaşadığı yerini bilmədiyi şəxsdən 60 manata almasını, üzərində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığını və gəzdirdiyini, narkotik vasitəni həm özünün istifadə etməsi, həm də qazanc əldə etmək üçün satış məqsədilə əldə etmiş, həmin tarixdə axşam saatlarında yaşadığı məhəllədə olduğu vaxt tanıdığı məhəllə sakini Səbuhi və onun tanışı Abşeron rayon sakini İlkin adlı şəxslə rastlaşmış, onlar ona narkotik vasitə istədiklərini, bədənlərinin ağradığmı bildirmişlər. O da üzərində olan satış məqsədilə və özünün istifadə üçün əldə etdiyi, daşıdığı və üzərində saxladığı bir bükümdə narkotik vasitə olan heroinin bir hissəsini bölüb 20 manata İlkinə satmış, sonra isə üzərimdə olan psixotrop maddə metamfetamindən bir hissəsini bölüb Səbuhiyə 20 manata satmışdır, digər hissəsini də üzərində saxlamışdır ki, nə vaxtsa qəbul edəcəkdir. Sonradan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol tərəflərindən və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, video çəkiliş sd diskə yazılaraq protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətirilərkən, ona qarşı fiziki zor tətbiq edilməmiş, döyülməmiş və xəsarət yetirilməmişdir. Onlara Təqsirləndirilən şəxs satış məqsədilə və özünün istifadəsi üçün 2 ədəd qara rəngli siqaret kağızma bükülmüş bükülülərin içərisində qəhvəyi rəngli maddə narkotik vasitə olan “heroin” və şüşə deyilən psixotrop maddə olan metamfetamin, bir ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində “tiryək” olan narkotik vasitə əldə etməsi, daşıması və saxlaması barədə məlumat daxil olmuşdur, bunun müqabilində əməliyyat axtarış tədbirləri keçirilərək, Rasimin üzərindən həmin kütlələr aşkar edilərək götürülmüşdür, Rasim özü də üzərindən aşkar edilmiş kütlələri satış məqsədilə əldə etməsini etiraf etmişdir, həmçinin Rasimin əvvəllərdə Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz əldə etməsi və satışı ilə məşqul olması barədə məlumat daxil olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, evlidir, əvvəllər məhkum olunmamış, ali təhsillidir. Bakı şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid7 02.09.2021-ci il tarixdən etibarən tanıyır, onu əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. 02.09.2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 14-də yaşayan Şahid7 qanunsuz olaraq narkotik vasitələrin əldə olunması və istifadəsi ilə məşqul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılmasından ötrü bölmənin rəhbərliyinə məruzə edildikdən sonra, tərəfindən əməliyyat qrupu yaradılmış, əməliyyat qurupuna əməliyyat müvəkkili Şahid4 rəhbərlik etmişdir, əməliyyat qrupuna o, daxil edilmişdir. Sonra isə Şahid7 olduğu yerin müəyyən edilməsi ilə əlaqədar tərəflərindən əməliyyat - axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində Şahid7 ünvan 9 ünvanın qarşısında olmasını müəyyən etdikdən sonra, ona yaxınlaşmışlar, özlərini ona təqdim etdikdən sonra, onu Yasamal RPİ- nin 28-ci PB-nə dəvət etmişlər. Şahid7 onlarla Yasamal RPİ-nin 28-ci PB-nə gəlməyə etiraz etməmiş, onlar birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə gəlmişlər. Yasamal RPİ-nin 28-ci PBnin xidməti otaqların birində Şahid7 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi Şahid7 təqdim edilmişdir. Sonra isə Şahid7 hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və bizim iştirakları ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid7 təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Sonra isə şəxsi axtarış zamanı Şahid7 bildirmişdir ki, təxminən 1 ildən artıqdır ki, narkotik vasitə qəbul edir, hazırda da üzərində narkotik vasitə vardır. Sonra Şahid7 üzərində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd qızılı rəngli siqaret kağızma bükülmüş öz dediyinə görə içərisində şüşə deyilən “metamfetamin” olan bükülünü çıxarıb könüllü olaraq təqdim etmişdir. Sonra Şahid7 əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı və çıxarıb təqdim etdiyi bükülüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş büküniin içərisində şəffaf rəngli kristal şəkilli maddə “şüşə” deyilən narkotik vasitə olan “metamfetamin” olması aşkar edilmişdir. Həmin Şahid7 üzərindən aşkar edilmiş bir ədəd büküm tərəflərindən götürülərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və bağlamanın üzəri AR DİN-nin 167 saylı möhürü ilə möhürlənmişdir. Bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Şahid7 bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində şəffaf rəngli kristal şəkilli maddə “şüşə” deyilən psixotrop maddə metamfetamini 01 sentyabr 2021-ci il tarixdə axşam saatlarında əvvəllər də həmin şəxsdən narkotik vasitələr aldığı ünvan 7 ünvanında yaşayan Rasim adlı şəxsdən 20 manata alaraq üzərində saxladığını və daşıdığını, həmin kütlənin bir hissəsini istifadə etdiyini, bir hissəsini də sonradan istifadə etməsi üçün üzərində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığını və gəzdirdiyini, narkotik vasitəni özünün istifadə etməsi üçün əldə etdiyini, həmin narkotik vasitədən heç kimə satmadığını bildirmişdir. Sonradan Şahid7 üzərinə şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı Şahid7 üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol tərəflərindən və Şahid7 tərəfindən imzalanmış, video çəkiliş sd diskə yazılaraq protokola əlavə edilmişdir. Bundan başqa, bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 6-da yaşayan Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs Şahid7 20 manata bir bükümdə psixotrop maddə olan metamfetamin satmasını etiraf etmişdir. Şahid7 saxlanılarkən və polis bölməsinə gətirilərkən, ona qarşı fiziki zor tətbiq edilməmiş, döyülməmiş və xəsarət yetirilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid7 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan dilində sərbəst şəkildə latın əlifbası ilə oxumağı və yazmağı bacarır, ifadəsinin kompyuterlə çap edilməsinə heç bir etirazı yoxdur. Ona verilən sualları tam dərk edib qavrayaraq və heç bir psixi və fiziki təsirə məruz qalmadan bildirir ki, yuxarıda göstərilən ünvanda tutulduğu günə yaşamış, subaydır, əvvəllər məhkum olunmamış, heç bir yerdə işləmir. O, təxminən bir ildən artıqdır ki, narkotik vasitə istifadə edir. Öz istifadəsi üçün narkotik vasitələri isə Bakı şəhəri ərazisində müxtəlif ərazilərdə və müxtəlif vaxtlarda tanımadığı şəxslərdən almışdır. 01.09.2021-ci il tarixdə aşxam saatlarında onun bədəni ağramış, istəmişdir ki, narkotik vasitə əldə edib qəbul etsin. Ona görə də ünvan 8 ünvanının yaxınlığında piyada hərəkətdə olduğu vaxt, qısa müddətdə tanıdığı Təqsirləndirilən şəxs ilə rastlaşmış, ona bədəninin ağradığım və üzərində narkotik vasitə olmasını soruşmuşdur. Rasim ona bildirmişdir ki, «mənim üzərimdə narkotik vasitə vardır, bir hissəsini saxlamışam ki, özüm qəbul edim, bir hissəsini də satmaq istəyirəm ki, pul qazanım, sənə hansı növ narkotik vasitə lazımdır». O da Rasimə bildirmişdir ki, «mənə bir büküm şüşə adlanan psixotrop maddə metamfetamin lazımdır, neçəyə satırsan». Rasim ona demişdir ki, «bir büküm psixotrop maddə matemfetamini 20 manata satıram, istəyirsənsə, verim». O da Rasimlə razılaşmış, ona 20 manat verməklə, ondan bir ədəd bükümdə psixotrop maddə matemfetamini almış, həmin bükümü götürdükdən sonra uzaqlaşmış və həmin bükümü əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Münasib vaxt edib narkotik vasitəyə təlabatını nəzərə alaraq həmin narkotik vasitənin bir qismini istifadə etmiş, geri qalan bükümü yenədə əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. 02.09.2021-ci il tarixdə saat 20:00 radələrində yaşadığı, ünvan 10 ünvanın yaxınlığında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Onlar onun narkotik vasitələrin istifadəsində şübhəli olduğumu bildirərək onu Yasamal RPİ-nin 28-ci X5 binasına dəvət etmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə inzibati binaya getmişdir. Yasamal RPİ-nin inzibati binasına gələn zaman xidməti otaqların birinə dəvət edilmişdir. Təhqiqatçı tərəfindən təkrarən ona hüquqlarım izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmiş və heç bir etirazı olmadığı üçün ona vəkil təyin edilmişdir. Bundan sonra isə təqdim edilmiş müdafiəçinin də iştirakı ilə şübhəli şəxs qismində saxlanılmağı elan olunmaqla hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən ondan üzərində olan qeyri-qanuni əşyaları onlara təqdim etməyi təklif edilmişdir. Qeyd edir ki, həmin vaxt təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmiş və o, heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməsi başlanmışdır. O da öz məsuliyyətini və etdiyim əməli dərk etdiyindən təhqiqatçının təklifindən sonra əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümü könüllü olaraq təhqiqatçıya təqdim etmiş və həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddə metamfetamini hansı yolla əldə etməyi barədə məlumat vermişdir. Daha sonra isə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qeyri qanuni heç nə aşkar olunmamışdır. Sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilmişdir və o, doğruluğunu imza edərək təsdiq etmişdir. Onun üzərində olan və təqdim etdiyi içərisində narkotik vasitə olan 01 ədəd büküm zərfə qoyularaq möhürlənmiş və protokolla birlikdə götürülmüşdür. Qeyd edir ki, o, tutularkən və polis bölməsində olarkən, istərsə də MSY-də saxlanılarkən ona heç bir zor tətbiq edilməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Bildirir ki, o, həmin şəxslə çoxdandır ki, tanış olmuş, narkotik satışı ilə məşğul olan şəxs kimi tanıyır. Onun anket məlumatları Təqsirləndirilən şəxsdur. O, təqribən 50-55 yaşlarında olar. Həmin şəxsdən əvvəllərdə bir neçə dəfə narkotik vasitə almışdır. Bildirir ki, həmin imza ona məxsusdur. Həmin protokol 02 sentiyabr 2021-ci il tarixdə saat təxminən 21:35 radələrində təhqiqatçı tərəfindən Yasamal RPİ-nin 28-ci X5 binasında tərtib edilmişdir. Protokolun tərtib edilməsinin səbəbi isə onun üzərindən psixotrop maddə metamfetamin aşkar edilməsi, daha doğrusu, könüllü olaraq üzərində olan bir ədəd büküm metamfetamin təqdim etməyi olmuşdur. Bildirir ki, təqdim edilən rəylə tanış olmuşdur. Həqiqətən də onun təqdim etdiyi bükümdə olan maddə psixotrop maddə metamfetamindir. O, ekspert rəyi ilə tam razıdır. Heç bir əlavəsi və etirazı yoxdur. Bildirir ki, hazırda törətdiyi cinayət əməlindən başqa istər Bakı şəhərində, istərsə də, Azərbaycan Respublikası ərazisində heç bir cinayət əməli törətməmişdir. Onunla Rasim arasında əvvəlcədən narkotik vasitə əldə etmək barədə razılıq olmamışdır, Rasimin narkotik vasitəni haradan əldə etməsini bilməmiş, sadəcə ondan alıb bir hissəsini qəbul etmiş, bir hissəsini də üzərində saxlamışdır. Təqsirləndirilən şəxs, KərimovSəbuhi Elxan oğlunun vəŞahid8 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 03.09.2021-ci il tarixli, 6/3844 № saylı ekspert rəyinə tədqiqata təqdim edilmiş üzərində : «Şahid8» yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,369 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 03.09.2021-ci il tarixli, 6/3845 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində: «(imza) İbrahimov R» yazısı olan zərfdəki 3 (üç) bükümdə, onlardan bir ədəd bükümdə təmiz çəkis 0,280 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,729 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd bükümdə təmiz çəkisi 1,793 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryəkdir. Heroin, tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin - «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 03.09.2021-ci il tarixli, 6/3846 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində: «saxlanılan şəxs (imza) Şahid7» yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,617 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 12.10.2021-ci il tarixli 3917 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 25.06.2015-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 10.09.2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, cəzasını çəkib qurtardığı gündən məhkumluğun ödənilməsi üçün CM-nin 83-cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, məhkumluğu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini qiymən etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində 04.09.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02.09.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik və psixotropik vasitələrin qalıqları məhv edilməli, Təqsirləndirilən şəxs, KərimovSəbuhi Elxan oğlunun vəŞahid8 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 il 06 ay (dörd il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 02 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 228 manat (iki yüz iyirmi səkkiz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,210 qram narkotik vasitə olan – heroin, qalıq çəkisi 0,659 qram psixotrop maddə - metamfetamin, qalıq çəkisi 1,673 qram narkotik vasitə olan – tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs, Şahid7 və Şahid8 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar