Məhkəmə qərarları › İş №1(004)-49/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-49/2025

10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-49/2025 10.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X19, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X16 və onun nümayəndəsi Müdafiəçi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X16 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X16 tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, o, el-adət ənənəsi ilə X6 ailə həyatı qurmuş və rəsmi qaydada nikaha girmişdir. Nikahlarından iki azyaşlı övladları dünyaya gəlmişdir. Ailə daxili münasibətlərin çox gərgin olması səbəbindən X6 ilə 2016-cı ildən bir yerdə yaşamırlar və aralarında olan nikah formal xarakter daşıdığından tərəfindən məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-165/2023 saylı 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə tərəflərin arasındakı nikahın pozulması, 14 noyabr 2008-ci il təvəllüdlü X4 və 23 sentyabr 2015-ci il təvəllüdlü X5 iddiaçının yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin X1 alınıb X7 verilməsi qət edilmişdir. Birgə nikah dövründə əldə olunmuş əmlakların bölüşdürülməsi məqsədi ilə aralarında olan hüquq mübahisəsinin həlli üçün bir neçə məhkəmə prossesləri keçirilmişdir. Hər məhkəmə prossesində qarşı tərəfin nümayəndələri onu nəlayiq ifadələrlə təhqir edərək tanımadığı və onunla hər hansı qohumluq əlaqələrinin olmadığı şəxslərin yanında şərəf və ləyaqətinin alçaldılmasına səbəb olmuşlar. Son olaraq isə xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Musayevanın sədrliyi ilə keçirilən açıq məhkəmə prossesində keçmiş həyat yoldaşı Nurlan Məhərrəmov ona hakimlərin, məhkəmə katibinin, vəkilinin, keçmiş qaynatası və qaynanası və həmçinin açıq məhkəmə prossesində iştirak edən və şəxsən tanımadığı iki nəfər digər şəxslərin yanında nalayiq ifadələr işlətməklə onu təhqir etmiş bununla da şərəf və ləyaqətinin alçaldılmasına səbəb olan hərəkətlərə yol vermişdir. Belə ki, Nurlan Məhərrəmov xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Musayevanın sədrliyi ilə keçirilən açıq məhkəmə prossesində onu "bu qadın Dələduzdur, biri Hə yox, bir neçəsilə xəyanətini tutdum mən və mənə dəfələrlə xəyanət edib, POZĞUNDUR" ifadələri işlədərək hakimlərin, məhkəmə katibinin, vəkilinin, keçmiş qaynatası və qaynanası və həmçinin açıq məhkəmə prossesində iştirak edən və şəxsən tanımadığı iki nəfər digər şəxslərin yanında onu təhqir etmişdir. Həmçinin nəzərə çatdırır ki, qeyd olunan təhqiramiz ifadələr hakim Cəmilə Musayeva tərəfindən məhkəmə prossesinin açıq elan edildikdən sonra deyilib və Nurlan Məhərrəmovun ona dediyi bütün təhqiramiz ifadələr audio-video çəkilişlə qeydə alınıb. Nəzərə çatdırmaq istəyir ki, o hazırda orta məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsində çalışır. Onun cəmiyyət arasında hörməti və öz çəkisi var. Keçmiş həyat yoldaşı X6 tərəfindən açıq keçirilən məhkəmə prossesində ona "bu qadın DƏLƏDUZDUR və mənə dəfələrlə xəyanət edib, biri ilə yox, bir neçəsilə XƏYANƏTİNİ tutdum mən, Pozğundur" deməsi ilə özünü mənəvi cəhətdən təhqir edilmiş sayır. Həmçinin keçmiş həyat yoldaşı X6 tərəfindən şərəf və ləyaqəti qəsdən nəlayiq formaca alçaldılaraq əvvəllər tanımadığı insanların yanında təhqir edildiyindən hələ də ağır stress yaşayır. Bu hal onu psixi gərginliklər yaşamasına səbəb olub. Bunun nəticəsi olaraq isə həkim nevropotoloq və şəxsi psixoloq həkimin konsultasiyalarına yazılası olub. Bildirmək istəyir ki, qeyd olunanlarla əlaqədar olaraq fikirdən gecələr yata bilmir, mənəvi istirablar çəkir. Həqiqətən də bu hərəkətlə ona ciddi şəkildə mənəvi zərbə vurulmuşdur. X6 bu hərəkəti ilə işgüzar nüfuzuna xələl vurulub və cəmiyyət içərisində hörmətdən salınmasına səbəb olub. Bu səbəbdən keçmiş həyat yoldaşı X2 AR CM-148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün bütün əsasların olduğunu hesab edir. Əlavə olaraq qeyd edir ki, dediklərinin həqiqət olmasını aydınlaşdırmaq üçün Bakı Apellyasiya Məhkəməsinə sorğu verib audio-video yazılışı aparılan məhkəmə prossesinin protokolun əldə edib tanış olmaqla əyani şahidi oluna bilər. Nəzərə çatdırmaq istəyi ki, Məhkəməyə təqdim etdiyi audio - video diskin içərisində X8 məhkəmədə onu hansı sözlərlə təhqir etdiyini şəxsən özü etiraf edir. X6 Bakı Appellyasiya Məhkəməsində hakim Cəmilə Musayevanın sədrliyi ilə keçirilən açıq məhkəmə prossesində hakimlərin, məhkəmə katibinin, vəkilinin, keçmiş qaynatası və qaynanası və həmçinin açıq məhkəmə prossesində iştirak edən və şəxsən tanımadığı iki nəfər digər şəxslərin yanında "bu qadın dələduzdur və mənə dəfələrlə xəyanət edib, Pozğundur" deməsi ilə onu təhqir etmiş, onun işgüzar nüfuzuna xələl gətirmiş və bununlada AR CM-nin 148-ci maddəsinin tələblərini pozmuşdur. Keçmiş həyat yoldaşı X2 AR CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə müvafiq məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs X16 şikayətin dəlillərinə uyğun izahat verərək X8 barəsində olan şikayəti icraata gəbul edilməsini xahiş etmişdir. Barəsində şikayət verdiyi X9 onun ləyaqətini alçaltmışdır. Onu “kriminal aləm”in nümayəndələri ilə təhdid edir. Nömrəsini başqa-başqa kişilərə verir ki, zəng edib onu təhdid etsin. Hətta zəng edənlərin biri uşaqları ilə də onu hədələmişdi. Vəkili bu barədə polisə şikayət etmişdir. Lakin Nurlan polisə belə bir şeydən xəbəri olmadığını bildirmişdir. Hazırda araşdırma gedir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 nümayəndəsi Müdafiəçi şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, həqiqətən də X9 məhkəmə iclasında hüquqllarını müdafiə etdiyi X11 hamının içində “pozğun, xəyənatkar” sözləri ilə təhqir etmiş və onu işə aidiyyəti olmayan şəxslərin içərisində onu biabır etmişdir. Bakı Apellyasiya Məhkəməsində onlara məhkəmə iclasının audio-video yazısı ilə tanış olmağa şərait yaradılmış, lakin həmin videonun CD şəklində götürülməsinə icazə verilməmişdir. Odur ki, şikayətin icraata qəbul edilməsini xahiş edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X8 xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, xüsusi ittihamçı ona qarşı digər məhkəmə proseslərində dələduz və başqa ifadələr demişdir. Hazırkı işə Suraxanı Rayon Məhkəməsində baxılıb. Sonra qarşı tərəf apellyasiya şikayəti vermişdir. Apellyasiya məhkəməsinin hakimi artıq bu işə baxıldığını bildirərək işə xitam vermişdir. Belə olduğu halda, artıq bu işə mahiyyəti üzrə baxılıb və xitam verildiyi üçün yenidən icraata qəbul edilə bilməz. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(010)- 358/2024 saylı qərarından görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X10 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina etdiyi üçün iş üzrə icraata xitam verilmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 3 nömrəli Qərarının 17-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir (CPM-nın 43.1.1 və 43.2-ci maddələri). Məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsi zərərçəkmişin təkrarən eyni ittiham üzrə məhkəməyə müraciət etməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1 dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2 bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 43.2-ci maddəsinə əsasən Xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. 39.1. Aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.6 şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda; 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-ci maddəsinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, X3 barəsində X16 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X16 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar