Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-490/2022 31.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi «Zəfər» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, X9, ev 11, mənzil 24 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Prius markalı 77FB182 dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində üzü “Statistika Dairəsi” istiqamətində 20 km/saat sürətlə hərəkətdə olarkən ünvan 4 ünvanın qarşısında, “X6” Azərbaycan Respublikasının Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda həmin istiqamətin hərəkət hissəsindəki piyadalara yolu keçməyə imkan verməli, piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, keçidə yaxınlaşarkən sürəti yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymamaq üçün lazımınca azaltmalı, piyada keçidə daxil olmuşdursa nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda göstərilən qanun normasına əməl etməyib hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, piyada zolağı ilə yolu sağ tərəfdən sol tərəfə keçən piyada 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs yolun hərəkət hissəsinin ikinci zolağından birinci zolağına doğru hərəkət edərkən sonuncunu avtomobilin ön sağ tərəfi ilə vurmaqla, Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan sol iç topuğun incik sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişmiş sınığı, ayağın çıxığı kimi ümumlikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirərək törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin az ağır dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə tanışı Tural Nurəliyevə məxsus olan Toyota Prius markalı 77FB182 dövlət qeydiyyat nişanlı avtomobili şəxsi işlərini görmək üçün götürmüşdür. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində kirayə yaşadığı Yeni Yasamal-2, X9, ev 11, mənzil 24 saylı ünvandan tanışı Şahid ilə birlikdə çıxıb, yaşadığı binanın həyətində saxladığı Toyota Prius markalı 77FB182 dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb avtomobilə əyləşmişdir. O, avtomobildə sükan arxasında tanışı Səid isə ön sağ oturacaqda əyləşmişdir. O, avtomobili işə salıb hərəkətə başlayıb X8 daxil olub üzü N.Hikmət küçəsi istiqamətində getmişdir. Hikmət küçəsinə daxil olub üzü Musabəyov parkı istiqamətində getmişdir. Ə.B.Haqverdiyev küçəsinə daxil olub üzü İnşaatçılar prospekti istiqamətində getmişdir. Avtomobili ilə İnşaatçılar prospektinə daxil olub üzü “Statistika Dairəsi” istiqamətində yolun orta hissəsi ilə hərəkətdə olmuşdur. Həmin vaxt avtomobilinin hərəkət sürəti təxmini 20 km/saat olmuşdur. Hərəkətini davam etdirib İnşaatçılar prospekti 36 saylı ünvanın qarşısında yerləşən piyada zolağına çatmışdır. Həmin vaxt yol sıxlıq olmuş, yağış yağmışdır. Yolun sağ kənarında avtomobillər dayanmışdır. Piyada zolağına çatan zaman sağ tərəfindən bir anda piyada, piyada zolağına daxil olmuşdur. Bu zaman avtomobilinin sağ yan güzgüsü ilə həmin piyadanı vurmuşdur. Zərbənin təsirindən piyada xanım yerə yıxılmış, avtomobilinin sağ yan güzgüsü sınmışdır. O, dərhal avtomobilini saxlamış, o, və tanışı Səid avtomobildən yerə düşüb həmin xanıma yaxınlaşıb səhhəti ilə maraqlanmışlar. Xanımın xəsarət aldığını görüb dərhal avtomobilinin arxa oturacağına əyləşdirmişdir. Xanımı avtomobilinə əyləşdirən zaman sol ayağının sındığını görmüşdür. Avtomobilinin sükanı arxasına əyləşmiş, tanışı Səid də avtomobildə ön sağ oturacaqda əyləşib, xanıma tibbi yardım göstərilməsi üçün X5 aparmışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbin və şikayətin olmamasını nəzərə alaraq barasində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində gostərmişdir ki, o, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə ünvan 7 ünvanında yaşayır. O, xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı evdən çıxaraq tanışı ilə gürüşmək üçün “Statistika Dairəsi” yaxınlığında yerləşən “KFC” restoranına piyada getmişdir. Tanışı ilə “KFC” restoranında görüşüb söhbət edib vaxt keçirmişlər. Tanışı ilə birlikdə “KFC” restoranından çıxmış, tanışı oradan uzaqlaşıb getmişdir. O, restoranın qarşısından piyada tək olaraq hərəkətini davam etdirib İnşaatçılar prospekti 36 saylı ünvanın qarışında yerləşən piyada zolağı istiqamətində getmişdir. İnşaatçılar prospekti 36 saylı ünvanın önündə yerləşən piyada zolağının qarşısına çatmış, həmin vaxt saat 18 radələri olmuşdur. Hava yağışlı olmuşdur. İnşaatçılar prospektini, yolu yaşadığı ev istiqamətində keçmək üçün piyada zolağının qarşısında durub avtomobillərin keçməsini gözləmişdir. O, hərəkətini davam etdirib piyada zolağına daxil olmuş, başqa bir avtomobil piyada zolağının qarşısında durub onun yolu keçməsini gözləmişdir. O, yolun sağ hərəkət zolağını keçib yolun ikinci hərəkət zolağına daxil olmaq üçün sol ayağını hərəkət etdirən zaman Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Prius markalı 77FB182 dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ təkəri ilə onun sol ayağından vurmuş və avtomobilin sağ yan güzgüsü onun sağ yan tərəfinə dəymişdir. O, zərbənin təsirindən yerə yıxılıb xəsarət almışdır. Avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobili dərhal saxlayıb avtomobilindən yerə düşüb ona yaxınlaşıb səhhəti ilə maraqlanmışdır. Sürücü Babək və avtomobildə olan sərnişin onun xəsarət aldığını görüb birlikdə onu avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, ona görə də sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu, Cəlilabad şəhəri, M.ünvan 8 ünvanında qeydiyyatda olmaqla, tanışı Təqsirləndirilən şəxs ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, X9, ev 11, mənzil 24 ünvanında yaşayır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində kirayə yaşadıqları Yeni Yasamal-2, X9, ev 11, mənzil 24 saylı ünvandan tanışı Təqsirləndirilən şəxs ilə birlikdə çıxmışlar. Babəkin yaşadıqları binanın həyətində saxladığı Toyota Prius markalı 77FB182 dövlət qeydiyyat nişanlı avtomobilinə yaxınlaşıb avtomobilə əyləşmişlər. Babək avtomobilin sükan arxasında o, isə ön sağ oturacaqda əyləşmişdir. Babək avtomobili işə salıb hərəkətə başlayıb X8 daxil olub üzü N.Hikmət küçəsini istiqamətində getmişdir. N.Hikmət küçəsinə daxil olub üzü Musabəyov parkı istiqamətində getmişlər. Ə.B.Haqverdiyev küçəsinə daxil olub üzü İnşaatçılar prospekti istiqamətində getmişlər. İnşaatçılar prospektinə daxil olub üzü “Statistika Dairəsi” istiqamətində hərəkət etmişlər. Həmin vaxt avtomobilin hərəkət sürəti təxmini 20 km/saat olmuşdur. Avtomobil ilə hərəkətlərini davam etdirib İnşaatçılar prospekti 36 saylı ünvanın qarşısında yerləşən piyada zolağına çatmışlar. Həmin vaxt yol sıxlıq olmuş, yağış yağmışdır. Yolun sağ kənarında avtomobil dayanmışdır. Piyada zolağına çatan zaman sağ tərəflərindən bir nəfər şəxs, piyada zolağına daxil olaraq avtomobilin sağ yan güzgüsünə dəymişdir. Zərbənin təsirindən piyada xanım yerə yıxılmış, avtomobilin sağ yan güzgüsü sınmışdır. Babək dərhal avtomobili saxlamış, o, və Babək avtomobildən yerə düşüb həmin xanıma yaxınlaşıb səhhəti ilə maraqlanıb, xanımın xəsarət aldığını görüb dərhal avtomobilin arxa oturacağına əyləşdirmişlər. Xanımı avtomobilə əyləşdirən zaman sol ayağının sındığını görmüşdür. Babək avtomobilin sükanı arxasına əyləşmiş, o, isə avtomobilin ön sağ oturacağına əyləşmişdir. Xanıma tibbi yardım göstərilməsi üçün X5 aparmışlar. Sadələşdirilmiş icraat materialında olan Məhkəmə-Tibbi Ekspertiza və X3 X7 Yasamal rayon şöbəsinin 296 nömrəli rəyində - Zərərçəkmiş şəxs adına KTM-də tərtib olunmuş tibbi sənəddə qeyd olunan xəsarət – “Sol iç topuğun incik sümüyünün aşağı 1/3nin qapalı yerdəyişmiş sınığı, ayağın çıxığı” küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Sadələşdirilmiş icraat materialında olan Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 8/2537 nömrəli rəyindən görünür ki, Toyota Prius markalı 77FB182 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X6” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sadələşdirilmiş icraat materialında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat məbləğində müəyyən edilmişdir. Sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, 2/29757 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında Təqsirləndirilən şəxs xx.xx.2022-ci il saat 19:35-də ayıq olduğu göstərilmişdir. Sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 xx.xx.2022-ci il tarixli, 8603 nömrəli məktubunda Təqsirləndirilən şəxs “Respublika Psixiatriya Xəstəxanası” X7də müalicədə olmadığı göstərilmişdir. Sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat olmadığı göstərilmişdir. Sadələşdirilmiş icraat materialında olan DİN-in Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 119446-1222 nömrəli məktubunda, DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BD 406983 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verildiyi və Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı bir məlumatın qeyd alınmadığı göstərilmişdir. Sadələşdirilmiş icraat materialında olan 23 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisənin video görüntüsü olan 01 (bir) ədəd CD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Sadələşdirilmiş icraat materialında olan diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Toyota Prius markalı avtomobilin İnşaatçılar prospektində H.Cavid parkı tərəfdən üzü “Statistika Dairəsi” istiqamətində yolun orta hissəsi ilə hərəkətdə olarkən İnşaatçılar prospekti 36 saylı ünvanın qarşısında yerləşən piyada zolağının üzərində hərəkət edən zaman görüntünün 00:12-ci saniyəsində piyada zolağında yolun sağ tərəfindən sol tərəfinə doğru hərəkət edən bir nəfər şəxsi yolun ikinci zolağına daxil olarkən Toyota Prius markalı avtomobilin ön sağ tərəfi ilə vurması əks olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs Toyota Prius markalı 77FB182 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün özü olduğunu, avtomobili ilə vurduğu piyadanın isə Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, ona görə də sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli, 816-VQD saylı Qanunun 1.127.3.2-ci bəndinə əsasən Məcəllənin 263-cü maddəsinin Qeyd hissəsinə aşağıdakı məzmunda 2-ci bənd əlavə edilmişdir: - "2. Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir." Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı bu əməlin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs «X6» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk sadələşdirilmiş icraat materialında saxlanılmalı və aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Zəfər» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Zəfər» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Zəfər» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk sadələşdirilmiş icraat materialında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Zəfər» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Zəfər» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-490/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-490/2022
31.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver