Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-491/2023 13.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə digər şəxslə qabaqcadan cinayət əlaqəsinə girib əlbir olaraq qrup təşkil etdikdən sonra xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 75 A ünvanın yaxınlığında saxlanılmış «Toyota Corolla» markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan Zərərçəkmiş şəxs məxsus qiyməti 330 manat olan “Samsung A12” markalı qara rəngli mobil telefon aparatı, həmin telefon aparatının üzərində olmuş qiymətinin 10 manat olan telefon qoruyucusu(çexol-üzlüyü), qiyməti 5 manat, balansında 2 manat danışıq konturu olan ***-***-**-** GSM mobil nömrəsi, telefon qoruyucusunun arxasına yerləşdirilmiş 1170 manat pulu, “Kapital banka” aid balansında 16 manat 35 qəpik pul olan plastik karti və balansında pul olmayan adi plastik kartı gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1533 manat 35 qəpik miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, narkotik vasitə olan heroindən çəkmək yolu ilə istifadə edir. Yasamal Rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırması cəzasına məhkum olmuşdur. X5 onun tanışıdır. xx.xx.2023-cü il tarixdə Orxanla Moskva prospekti ilə piyada gəzən zaman şüşələri açıq şəkildə, parklanmış vəziyyətdə olan avtomobil görüb keçib getmişlər. Bundan sonra Orxan ona tanışı ilə görüşməyə getməli olduğunu bildirib onu yaxınlıqda olan keçidin yanında dayanıb gözləməsini xahiş etmişdir. O Orxanı bir müddət gözlədikdən sonra Orxan əlində “Samsung A12” markalı mobil telefonla qayıdaraq həmin telefonun ona tanışı verdiyini demiş və ondan həmin telefonu satmaqda kömək etməsini xahiş etmişdir. Orxanın telefonu satmaqda ondan kömək istəməsinin səbəbi onun bu sahədə tanışlarının olması olmuşdur. O Orxandan həmin mobil telefonu götürüb baxdıqda mobil telefonun kobrosunun arxa hissəsində plastik kartlar olduğunu görmüş, lakin pul olduğunu görməmişdir. Bundan sonra onlar “Samsung A12” markalı mobil telefonu satmaq məqsədi ilə “20 Yanvar” metrostansiyası tərəfə getmişlər. Yolda olan zaman Orxan həmin mobil telefonun oğurluq olduğunu ona demişdir. Daha sonra onlar “20 Yanvar” metrostansiyasının yaxınlığında olan telefon alqı-satqısı ilə məşğul olan dükanına getmişlər. Həmin vaxt Orxan onu küçədə gözləmiş, o isə dükana daxil olub öz şəxsiyyət vəsiqəsi ilə “Samsung A12” markalı mobil telefonu 90 manata satmışdır. Bundan sonra o mobil telefonun satışından əldə etdiyi pula narkotik vasitə olan heroin alıb Orxanla bir yerdə istifadə etmişlər. Yekun olaraq o X1 avtomobildən mobil telefonun oğurlayan zaman bundan xəbəri olmadığını, həmin telefonun oğurlanmasında iştirakı olmadığını, 1170 manat puldan ümumiyyətlə xəbəri olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 19:10 radələrində idarə etdiyi “Toyota Corolla” markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilini şüşələri açıq vəziyyətdə Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 75A ünvanın yaxınlığında olan “Şamaxinka” adlanan ərazidə saxlayıb getmişdir. Bir müddət sonra avtomobilinə yaxınlaşıb baxdıqda özünə məxsus “Samsung A12” markalı mobil telefonun, telefonun qoruyucusunun arxa hissəsinə yerləşdirdiyi 1170 manat pulun və 2 ədəd plastik bank kartının oğurlandığını aşkar etmişdir. Bundan sonra o bu barədə DİN-nin 102 xidmətinə məlumat vetmişdir. Əlavə olaraq bildirmişdir, ona məxsus plastik kartlardan 3 dəfə olmaqla ümumi 16 manat pul xərclənmişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 41-43-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, “20 Yanvar” metrosu tərəfdə Velotrekdə “Sony” telefon mağazasında işləyir. xx.xx.2023-cü il tarixdə işdə olarkən saat 20 radələrində əvvəllərdə müştəri qismində mağazaya gələrək telefon satan, həmçinin telefon alan Sənan adlı şəxs mağazaya girmiş və ona əlində olan özünə məxsus “Samsung A12” markalı mobil telefonu olduğunu və satmaq istədiyini bildirmişdir. Telefona baxdıqda 95 manata ala biləcəyini bildirdikdə Sənan razılaşmış və telefonu mağazaya satmışdır. Onun şəxsiyyət vəsiqəsinin surətini götürmüş və 95 manatı ona vermişdir. Sənan sağollaşıb çıxdıqda çöldə bir nəfər tanımadığı şəxsində onu gözlədiyini görmüşdür. Həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini istintaqa təqdim edəcəkdir, telefonu ona satan şəxs Təqsirləndirilən şəxsdur. Həmin mobil telefonu 10 gün sonra tanımadığı müştəriyə təxminən 130 manata satmışdır. Telefonu satdıqda alıcının sənədin götürmədiyi üçün həmin şəxsin şəxsiyyətini bilmir. Təqsirləndirilən şəxs ona həmin telefonun özünə aid olmasını və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X3 hadisə yerini- Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 75A ünvanı göstərib xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində həmin ünvanda saxladığı “Toyota Corolla” markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan mobil telefonu, həmin telefonun qoruyucusunun arxa hissəsinə yerləşdirilmiş 1170 manat pulu və 2 ədəd bankomat kartını gizli talanmaqla oğurlandığını bildirmişdir. (i.v. 9-14) "xxxx" ASC-dən götürülmüş ödəniş kartı üzrə çıxarışa baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan göünür ki, xx.xx.2023-cü il tarixli "xxxx"dan götürülmüş «Account history: ******************** » adlanan ödəniş kartı üzrə çıxarışa baxış zamanı bir vərəqədən ibarət olmaqda kartın balansında xx.xx.2023-cü il tarixdə saat 14:19:12-də 9911, Şamaxı AZ ünvanında qalıq 6 manat 35 qəpik qalması, xx.xx.2023-cü il tarixdə saat 20:09:34-də KAPZ Bakı AZ ünvanında kartın hesabına 10 manat pul mədaxil olması, balansda 16 manat 35 qəpik olması, xx.xx.2023-cü il il tarixdə Kosk 47 Bakı AZ ünvanında saat 08:11:00-da 2 manat 40 qəpik, həmin gün saat 08:11:35-də Kosk 47 Bakı AZ ünvanında 2 manat, həmin gün saat 08:12:06 Kosk 47 Bakı AZ ünvanında 3 manat, həmin gün saat 08:13:08-də Kosk 47 Bakı AZ ünvanında 1 manat, həmin gün saat 08:21:35-də 116GM 5 mərtəbə, Bakı Az ünvanında 2 manat 59 qəpik, həmin gün saat 08:25:43-də 116GM 5 mərtəbə, Bakı AZ ünvanında 1 manat 87 qəpik, həmin gün saat 08:26:11-də 116GM 5 mərtəbə, Bakı Az ünvanında 1 manat 65 qəpik, həmin gün saat 08:30:35-də Kosk 47 Bakı AZ ünvanında terminalından 1 manat 40 qəpik və həmin gün saat 21:09:11-də Dokta Aptek 365, Bakı AZ ünvanda 20 qəpik pul məxaric olmaması aşkar olunmuşdur. X3 bildirdi ki, kart xx.xx.2023-cü il tarixdə saat 19 radələrində oğurlandığı vaxt balansında 6 manat 35 qepik pul olmuşdur. Hadisədən sonra xx.xx.2023-cü il tarixdə saat 20:09:34-də KAPZ Bakı AZ ünvaninda kartın hesabına səhvən 10 manat pul mədaxil etmişdir, həmin vaxtdan sonra xx.xx.2023-cü il saat 21:09:11-dək olan müddətdə bankın hesabından ümumilikdə 16 manati 11 qapik məbləğində pul vəsaiti başqa şəxs tərəfindən məxaric edilmişdir. (i.v. 89) X4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, o, ünvan 11 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu Hökməli qəsəbəsi Ə.Vahid küsəçi 1 ünvanında ailəsi ilə birgə yaşayır, xx.xx.2022-ci il tarixdə Yasamal Rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum olmuşdur. Ucar rayon sakini Orxan Gülməmmədovu həmyerlisi kimi çoxdan tanıyır. Orxan Gülməmmədov da onun kimi narkotik vasitə heroindən yandırma üsulu ilə istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Yasamal rayonu Şamaxinka adlanan ərazidə Orxan Gülməmmədovla görüşmüşlər və Moskva prospekti 75A ünvanında üzü avtovagzal istiqamətinə gəzişmək üçün piyada qalxarkən yolun qırağında şüşələri açıq göy rəngli Toyota markalı avtomobil görmüşlər. Orxan Gülməmmədov «Dönər evinin» yanında onu gözləməyini bildirmişdir. O da «Dönər evinin» qarşısında dayanmışdır. Bu zaman Orxan Gülməmmədov «Dönər evinin» qarşısında dayanan həmin ”Toyota Corolla” markalı nömrəsini xatırmaladığı avtomobilə yaxınlaşmışdır. Avtomobilin sürücü tərəfdən pəncərəsinin şüşəsinin açıq vəziyyətdə olmasından istifadə edərək oradan mobil telefon oğurlayıb uzaqlaşmışdır. O da Orxan Gülməmmədovun arxası ilə getmişdir. Orxan ona avtomobilin salonundan mobil telefon oğurladığını və həmin mobil telefonu harada sata biləcəklərini ondan soruşmuşdur. Həmin telefon qara rəngli, arxasında qoruyucu örtük olan Samsung A12 markalı mobil telefon olmuşdur. Orxan Gülməmmədova 20 Yanvar dairəsi yaxınlığında Velotrek adlanan ərazi ilə üzbəüz olan telefon mağazasında tanışının olduğunu, orada mobil telefonu sata biləcəklərini bildirmiş və həmin istiqamətə getməyə başlamışdır. Orxan həmin telefonu oğurladıqdan sonra mənə vermişdi. Biz yolda piyada gedərkən mobil telefonun arxasındakı qoruyucu qabı çıxarmışdır. Qoruyucunun altında iki ədəd bank kartı olduğunu görmüşlər. Həmin kartları götürüb cibimə qoymuşdur. Onlar gəlib 20 Yanvar dairəsi yaxınlığında Velotrek adlanan ərazi ilə üzbəüz olan telefon dükanına çatmışlrlar. Orada o, mağazaya girərək həmin mağazada işləyən əvvəllər də mobil telefon satdığı Elnur adlı şəxsə öz şəxsiyyət vəsiqəni təqdim edərək Samsung A12 markalı mobil telefonu 95 manata satmış və Elnur adlı şəxs telefonu ondan alanda şəxsiyyət vəsiqənin surətini çıxarıb özündə saxlamışdır. Həmin telefonu mağazada işləyən Elnur adlı şəxsə satarkən özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Telefonu satıb 95 manat pulu Orxan Gülməmmədovla birlikdə öz ehtiyaclarımız üçün xərcləmişlər. O, telefonu satandan sonra oradan uzaqlaşıb gedərkən telefonun arxasından çıxan bank kartlarını Orxan Gülməmmədova vermişdir ki, yoxlasın. Orxan Gülməmmədov da yol üstü xatırlamadığı mağazaların birində alış veriş edərək kartları yoxlamış, həmin mağazada kartların bloklandığını bildirmişlər. Orxan mağazadan çıxdıqdan sonra həmin kartları xatırlamadığı ərazidə tullamışdır. Orxan Gülməmmədovun ifadəsini təsdiq etmir. O,avtomobildən oğurlanmış qara rəngli Samsung A12 markalı mobil telefonun arxasındakı qoruyucu qabı açanda orada yalnız 2 ədəd bank kartı olduğunu aşkar etdim, lakin orada heç bir məbləğdə pul olmamışdır.. Orxan Gülməmmədovun həmin mobil telefonun arxa qoruğucusu qabda 1170 manat pul olmasını bildirməsinin səbəbini bilmir. Orxan Gülməmmədov bunları özündən uydurmuşdur. Telefonu satdıqdan sonra əldə etiyi pulun bir hissəsinə tanımadığı şəxsdən narkotik vasitə heroin aldığı doğrudur. Onu da Orxanla birgə istifadə etmişdir. Qalan puluda öz aramızda bölərək ehtiyacları üçün xərcləmişlər. O, Orxan Gülməmmədovun «Toyota Corolla» markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlandığı qara rəngli Samsunq 12 A markalı mobil telefonu qoruyucu qabı açanda arxasında heç bir məbləğdə, o cümlədən 1170 manat pul görməmiş və götürməmişdir. Telefonun içərisində olan sim kart nömrəsini telefonu mağazaya satmamışdan əvvəl yoda çıxarıb atmışlar. Telefonun arxa qoruyucu qabı açanda orada yalnız 2 ədəd bank kartı olmuşdur. Orxan Gülməmədova həmin kartları mağazaların birində alış veriş edərək yoxlamış, həmin mağazada kartların bloklandığını bildirmişlər. Orxan mağazadan çıxdıqdan sonra həmin kartları xatırlamadığı ərazidə tullamışdır. (i.v. 226-230) 08 avqust 2023-cü il tarixli “Üzləşdirmə protokolu”ndan görünür ki, X3 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (i.v. 119-122) 08 avqust 2023-cü il tarixli “Üzləşdirmə protokolu”ndan görünür ki, X5 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (i.v. 123-126) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2023-cü il tarixli, 9/6414 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, Ekspertiza tayini haqqinda qerarda göstərilən 01 ədəd “Samsung A12” markalı qara rəngli rnobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin may ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 200,00 manat, 01 ədəd telefon qoruyucusu (çexol-üzlük) təxminən 3,00 manat, 01 ədəd ***-***-**-** GSM mobil nömrə 4,00 manat müəyyən edilir. (i.v. 184-186) “Sübutların qiymətləndirilməsi haqqında” 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Şahid ifadəsinə əlavə etdiyi Təqsirləndirilən şəxs aid pasportunun surəti, Zərərçəkmiş şəxs ifadəsinə əlavə etdiyi ifadəsinə əlavə etdiyi tərəfindən "xxxx"dan götürülmüş «Account history: ********************» adlanan ödəniş kartı üzrə çıxarış maddi sübut kimi tanınsın və cinayət işinin materialarında saxlanılmışdır.(i.v. 201-213) “Ayrıca icraata cinayət işinin ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X1 olduğu yeri müəyyən etmək mümkün olmadığından xx.xx.2023-cü il tarixdə tərəfimdən onun barəsində barəsində ********* nömrəli cinayət işinin istintaq materiallarından Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ayrıca icraata ********* nömrəli cinayət işi ayrılaraq icraatına qəbul olunmuşdur. (i.v. 243-244) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun mobil telefonun oğurluq olmasından məlumatsız olduğu barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.1-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X5 ilə qabaqcadan cinayət əlaqəsinə girib əlbir olaraq qrup təşkil etdikdən sonra xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 75 A ünvanın yaxınlığında saxlanılmış «Toyota Corolla» markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan Zərərçəkmiş şəxs məxsus qiyməti 330 manat olan “Samsung A12” markalı qara rəngli mobil telefon aparatı, həmin telefon aparatının üzərində olmuş qiymətinin 10 manat olan telefon qoruyucusu(çexol-üzlüyü), qiyməti 5 manat, balansında 2 manat danışıq konturu olan ***- ***-**-** GSM mobil nömrəsi, telefon qoruyucusunun arxasına yerləşdirilmiş 1170 manat pulu, “Kapital banka” aid balansında 16 manat 35 qəpik pul olan plastik karti və balansında pul olmayan adi plastik kartı gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1533 manat 35 qəpik miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2023-cü il tarixli, 9/6414 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tayini haqqinda qerarda göstərilən 01 ədəd “Samsung A12” markalı qara rəngli rnobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin may ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 200,00 manat, 01 ədəd telefon qoruyucusu (çexol-üzlük) təxminən 3,00 manat, 01 ədəd ***-***-**-** GSM mobil nömrə 4,00 manat müəyyən edilir. İstintaq orqanı əsassız olaraq zərərçəkmiş şəxsə məxsus 01 ədəd “Samsung A12” markalı mobil telefonu 330 manat, 01 ədəd telefon qoruyucusunu 10 manat və 01 ədəd mobil nömrənin 5 manat olduğunu qeyd etmiş və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin 24 avqust 2023-cü il tarixli, 9/6414 saylı rəyində həmin 01 ədəd “Samsung A12” markalı rnobil telefonun 200,00 manat, 01 ədəd telefon qoruyucusu (çexol-üzlük) təxminən 3,00 manat, 01 ədəd ***-***-**- ** GSM mobil nömrə 4,00 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 01 ədəd mobil telefon oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 200 manat, mobil telefonun üzərində olan qoruyucu üçün vurduğu maddi ziyanın miqdarının 03 manat və 01 ədəd ***-***-**-** GSM mobil nömrə üçün vurduğu maddi ziyanın miqdarının 04 manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: Şübhəli şəxsin tutulması haqında 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 100) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 avqust 2023-cü il tarixdən hesablanmaqla, 01 ay 08 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 159-161) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 170-171) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 1(004)- 87/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs tutulduğu 14 sentyabr 2021-ci il tarixdən 16 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v. 172-182) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Prosbasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 94070/22 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-87/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası verilmiş, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək cəzasının 01 il 02 ay 23 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 01 il 09 ay 03 gün təşkil edir. (i.v. 194) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən onun əməli cinayətin residivi hesab olunmur. Lakin ona törətdiyi əmələ münasibətdə Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxsna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, CM-in 68.1.1-1-ci maddələrinə əsasən ona təyin edilmiş cəza (iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetməyə bərabər olmaq hesabı ilə) qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Həmçinin, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 1(004)-87/2022 nömrəli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, qəti cəza müəyyən olunmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə əvvəllər eyni xarakterli cinayəti törətməyə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq yenidən eyni xarakterli cinayət əməlini törətməsini məhkəmə bunu onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 1(004)-87/2022 nömrəli hökmü ilə təyin olunmuş və çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 03 (üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla (10 ay 16 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş cəzalara qismən birləşdirilərək qəti cəza müəyyən edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni 08 avqust 2023-cü il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaları üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manatdan 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 1(004)-87/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 03 (üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 10 (on) ay 16 (on altı) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilərək, CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən toplanılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 08 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdan 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X2, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-491/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-491/2023
13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver