Məhkəmə qərarları › İş №1(004)-491/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-491/2025

05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-491/2025 05.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Leqal” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şuşa rayonu, Xəlfəli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində "başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.1, 177.2.1, 177.2.2, 177.2.3-1 və 242-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs istifadə etdiyi “Realmi 8 pro” markalı mobil telefonla yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında internet qlobal şəbəkəsindən istifadə etməklə məzmununda cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılmasına və gücləndirilməsinə, ictimai cəhətdən şərtləndirilmiş normaları pozmaqla qarşı tərəfin qıcıqlandırılmasına, başqalarında ikrah hissi oyadılmasına səbəb olan, insanın və erotikanın humanistliyini məhv edən, primitiv hisslər formalaşdıran, yetkinlik yaşına çatmış, eləcə də yetkinlik yaşına çatmayan şəxsin və ya yetkinlik yaşına çatmayan təsəvvürünü yaradan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə real iştirakını əks etdirən, ehtiras hissinin qıcıqlanmasına səbəb olan vulqar naturalistik, yəni pornoqrafik xarakterli əlamətlər yer alan videogörüntüləri yaymaq və reklam etmək məqsədilə istintaqla müəyyən edilməyən tarixdə istintaqa məlum olmayan mənbədən əldə edib saxlayaraq uşaq pornoqrafiyasını və pornoqrafik materialları hazırlamış, 16 iyun 2024-cü il tarixdə saat 11:06-dan saat 11:07-dək həmin mobil telefon vasitəsi ilə idarə etdiyi “Telegram” sosial şəbəkəsində “Turkish” adlı kanala qeyd edilən 71 ədəd pornoqrafik xarakterli materialları və uşaq pornoqrafiyasını daxil edib həmin kanalda reklam edərək yayıb digər şəxslərə təklif etməklə kanala üzv olan şəxslər tərəfindən həmin görüntülərin əldə edilməsinə şərait yaratmışdır. Bundan başqa Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgə əmlakını gizli olaraq talama məqsədilə “Telegram” sosial şəbəkəsində “İllegalizm” adlı kanalda həmin kanalın üzvü, şəxsiyyəti istintaqa məlum olmayan, “Olimpus Prime” adlı istifadəçi və qeyrilərilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə əlbir olduğu istintaqla müəyyən edilməyən şəxslər tərəfindən müxtəlif şəxslərin bank kartlarının məxfi məlumatlarının əldə edilməsi üçün “İnstaqram” sosial şəbəkəsində cərimə məbləğlərinin 50% endirimlə ödənilməsini özündə əks etdirən “Asancərimə” adlı saxta reklam çarxı yerləşdirilmiş, həmin reklamda göstərilənlərə inanan Zərərçəkmiş şəxs4 reklam olan səhifəyə keçid edib yeni səhifədə özünə məxsus "xxxx" ASC-ə aid 5261 6333 3344 7564 nömrəli bank kartının məxfi məlumatlarını və mobil telefon nömrəsinə göndərilən “3d” təhlükəsizlik şifrəsini daxil etdikdə, qeyd edilən məlumatları əldə edən istintaqa məlum olmayan qrup üzvü həmin məlumatları “Telegram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs göndərmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 1 ünvanında Zərərçəkmiş şəxs4 məxsus "xxxx" ASC-ə aid 5261 6333 3344 7564 nömrəli bank kart hesabının məxfi məlumatlarından istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə 13 iyul 2024-cü il tarixdən 31 iyul 2024-cü il tarixədək olan müddət ərzində həmin hesabdan “İTCH.İO-Game Store”, “Goggle Tik-Tok”, “Netflix”, “Nexmobile”, “BoltFood”, “G2ABVSHOP”, “udemy Online Courses”, “X11 Blac” və “X12” istiqamətlərində və sonuncu dəfə 31 iyul 2024-cü il tarixdə 22,24 manat məbləğində “Netflix” istiqamətində ödəniş etməklə ümumilikdə 526,94 manat məbləğində Zərərçəkmiş şəxs4 məxsus pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayaraq oğurlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrar elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgə əmlakını gizli olaraq talama məqsədilə “Telegram” sosial şəbəkəsində “İllegalizm” adlı kanalda həmin kanalın üzvü, şəxsiyyəti istintaqa məlum olmayan, “Olimpus Prime” adlı istifadəçi və qeyrilərilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə əlbir olduğu istintaqla müəyyən edilməyən şəxslər tərəfindən müxtəlif şəxslərin bank kartlarının məxfi məlumatlarının əldə edilməsi üçün “Tik-tok” sosial şəbəkəsində "xxxx" ASC tərəfindən kompaniyanın keçirilməsini özündə əks etdirən saxta reklam çarxı yerləşdirilmiş, həmin reklamda göstərilənlərə inanan Zərərçəkmiş şəxs1 reklam olan səhifəyə keçid edib yeni səhifədə özünə məxsus "xxxx" ASC-ə aid 4169 7388 5938 0309 nömrəli bank kartının məxfi məlumatlarını və mobil telefon nömrəsinə göndərilən “3d” təhlükəsizlik şifrəsini daxil etdikdə, qeyd edilən məlumatları əldə edən qrup üzvü, istintaqla şəxsiyyəti müəyyən edilməyən “Olimpus Prime” adlı istifadəçi həmin məlumatları “Telegram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs göndərmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 1 ünvanında Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-ə aid 4169 7388 5938 0309 nömrəli bank kart hesabının məxfi məlumatlarından istifadə etməklə 7 dekabr 2024cü il tarixdə saat 00:00 radələrində həmin hesabdan “Binance.com” istiqamətində 110 manat məbləğində ödəniş etməklə qeyd edilən məbləğdə Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayaraq oğurlamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs təkrar elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgə əmlakını gizli olaraq talama məqsədilə “Telegram” sosial şəbəkəsində “İllegalizm” adlı kanalda həmin kanalın üzvü, şəxsiyyəti istintaqa məlum olmayan, “Olimpus Prime” adlı istifadəçi və qeyrilərilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə əlbir olduğu istintaqla müəyyən edilməyən şəxslər tərəfindən müxtəlif şəxslərin bank kartlarının məxfi məlumatlarının əldə edilməsi üçün “Tik-tok” sosial şəbəkəsində “Kontakt Home” mağazalar şəbəkəsində endirim kompaniyasının keçirilməsini özündə əks etdirən saxta reklam çarxı yerləşdirilmiş, həmin reklamda göstərilənlərə inanan Zərərçəkmiş şəxs3 reklamdakı ucuz qiymətə mobil telefonu satın almaqdan ötrü reklam olan səhifəyə keçid edib yeni səhifədə istifadəsində olan, qohumu X4 məxsus "xxxx" ASC-ə aid 5239 1517 1443 0017 nömrəli bank kartının məxfi məlumatlarını və mobil telefon nömrəsinə göndərilən “3d” təhlükəsizlik şifrəsini daxil etdikdə, qeyd edilən məlumatları əldə edən qrup üzvü, istintaqla şəxsiyyəti müəyyən edilməyən “Olimpus Prime” adlı istifadəçi həmin məlumatları “Telegram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs göndərmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 1 ünvanında "xxxx" ASC-ə aid 5239 1517 1443 0017 nömrəli bank kart hesabının məxfi məlumatlarından istifadə etməklə 12 dekabr 2024cü il tarixdə saat 18:43-də həmin hesabdan 990,99 manat məbləğində pul vəsaitini digər hesaba köçürülməklə qeyd edilən məbləğdə Zərərçəkmiş şəxs3 məxsus pul vəsaitini təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayaraq oğurlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrar elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgə əmlakını gizli olaraq talama məqsədilə “Telegram” sosial şəbəkəsində “İllegalizm” adlı kanalda həmin kanalın üzvü, şəxsiyyəti istintaqa məlum olmayan, “Olimpus Prime” adlı istifadəçi və qeyrilərilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə əlbir olduğu istintaqla müəyyən edilməyən şəxslər tərəfindən müxtəlif şəxslərin bank kartlarının məxfi məlumatlarının əldə edilməsi üçün “Tik-tok” sosial şəbəkəsində "xxxx" ASC tərəfindən kompaniyanın keçirilməsini özündə əks etdirən saxta reklam çarxı yerləşdirilmiş, həmin reklamda göstərilənlərə inanan Zərərçəkmiş şəxs2 reklam olan səhifəyə keçid edib yeni səhifədə özünə məxsus "xxxx" ASC-ə aid 5243 7544 4020 1927 nömrəli bank kartının məxfi məlumatlarını və mobil telefon nömrəsinə göndərilən “3d” təhlükəsizlik şifrəsini daxil etdikdə, qeyd edilən məlumatları əldə edən qrup üzvü, istintaqla şəxsiyyəti müəyyən edilməyən “Olimpus Prime" adlı istifadəçi həmin məlumatları “Telegram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs göndərmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri, ünvan 1 ünvanında Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-ə aid 5243 7544 4020 1927 nömrəli bank kart hesabının məxfi məlumatlarından istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə 16 dekabr 2024-cü il tarixdən 3 yanvar 2025-ci il tarixədək olan müddət ərzində həmin hesabdan “Bolt Food” və “Apple” istiqamətlərində və sonuncu dəfə 3 yanvar 2025-ci il tarixdə saat 22:20-də 25,32 manat məbləğində “Bolt Food” istiqamətində ödəniş etməklə ümumilikdə 448,802 manat məbləğində Zərərçəkmiş şəxs2 məxsus pul vəsaitini təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayaraq oğurlamışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, bacardıqca fikrini qısa çatdırır. Zərərçəkmiş şəxs2 münasibətdə sonu 1927 kart nömrəsi 421 manat apple pay vasitəsilə ödəniş edilməsi iddia olunur. Apple pay onun sözdə cinayət törədilən apple pro markalı telefon olmuşdur. Apple pay apple telefonları vasitəsi ilə idarə edildiyi üçün bu ödəniş ona aid deyil. Pornoqrafiyanı yayma olmayıb. O, özünə aid kanal açmışdır. Həmin kanalda tək istifadəçi və üzv o olmuşdur. Lakin o, tutulan zaman gecə vaxtı onun telefonuna əl vurulub, orada sübutda da göstərilir ki, o telefonu verən müddətə kanala bot yerləşdirilib. Yanvarın 15-də telefon onda olmayan müddətdə. Kanal açıq kanal olmayıb, özünə aid kanal olub. Orada o, heç kimi əlavə etməmişdir. 71 dənə videonu teleqram kanala yerləşdirmişdir. Amma açıq kanal olmayıb. İnfo bölməsində kanalın açıq-qapalı olması qeyd olunur. O halda istifadə adı və linkə ehtiyac yoxdur. “Add members” bölməsi onu ifadə edir ki, o arzusuna görə istifadəçi əlavə edə bilər. Sonra görünür ki, Nicat, Akif, Efruz adlarından yanvarın 15-i saat 9.25-dən başlayaraq kanala giriş ediblər. O, telefonu təhvil verərkən orada heç bir şəxs olmamışdır. Botun kim tərəfindən yaradılması barədə məlumatı yoxdur. Olympus Prime tərəfindən edilməsindən şübhələnir. O, illeqalism çat adlı yerdə illeqal şəxslərin toplusudur. Bu barədə əvvəlcə məlumatı olmamışdır. Tutulandan sonra xəbərdar olub. İstintaqa bu barədə məlumat verməmişdir. Telefon alınanda o məlumat vermişdir ki, kanal özünə aid olub, heç bir yayma olmayıb. İstintaqda izahatını oxuyarkən onu tələsdiriblər, izahatını oxumağa icazə verməyiblər. Deyiblər ki, iş saatı bitir, oxumasın, imzalasın, onu azadlığa buraxsınlar. Tiktok hesabına çəkilən vəsait Apple pay vasitəsi ilə ödənilib. Bununla bağlı sənəd təqdim edir. Teleqram tarixçəsindən göründüyü kimi axırıncı və yeganə ödəniş xx.xx.2023-cü il tarixdə olmuşdur. 10 dollar ödəniş olub və bank kartından istifadə olunmuşdur. Keçmiş satınalmalar cədvəli var. 526 manat ödəniş ona aid deyil. Lazım olsa, Tiktok transaction-u təqdim edə bilər. Teleqramda Elşənlə şəxsi tanışlıqları olmamışdır. Ümumi söhbət qrupudur. Orada ona yazmışdır. Ona tək onu yox, başqa-başqa kart məlumatlarını da atırdı. Həmin kart məlumatları ilə tərəfindən hər hansı cinayət törədilməyib. Olympus Prime tərəfindən ola bilsin ki, 545 manat tiktok üçün çəkilib. Amma bunların heç biri ona aid deyil. 110 manat Feyziyeva, ona aid deyil. Heç bir texniki sübut yoxdur. 990 manat Zərərçəkmiş şəxs3 0017 sonluqlu karta M10 vasitəsi ilə pul köçürüldüyü iddia olunur. Onun telefonunda olan M10 araşdırıla bilər. Qəbzlərin tarixçəsi və nömrəsi var. Araşdırılacaq və tutuşdurulanda o hesabdan onun M10 hesabına mədaxil olunmadığı ortaya çıxacaq. Zərərçəkmiş şəxs2 sonu 1927 nömrəli kartdan 420 manat çıxarıldığı iddia olunur. Guya apple pay üzərindən bolt food-a yönəldilmişdir. Markası qeyd olunan telefon apple pay-lə ödəmə edə bilməz. Yalnız iphone telefonlarında işləyir. Ona görə onun apple pay-dən ödəniş etməyi mümkün deyil. Bolt food və ya digər proqram, fərq etmir, onun mobil telefonu apple pay-i dəstəkləmir. Olympus Prime bu cinayətləri törədib. Olympus prime-ı tapmaq üçün onu tutublar. O da onları tanımadığını və heç bir tanışlığının olmadığını bildirmişdir. Onun törətdiyi əməlləri onun üstünə yazaraq, izahatı oxumadan imzalatdırıb azadlığa buraxıblar. Yekunda ziyanın tam ödənilməsini, ondan şikayət və tələbin olmamasını bildirirək barəsində ədalətli hökmün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahid və zərərçəkmiş şəxsin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidlərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. Azərbaycan Respublikası CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 07 dekabr 2024-cü il tarixdə “Tiktok” sosial şəbəkəsində "xxxx" ASC-yə aid kompaniya reklam çarxını görmüş və reklamla bağlı keçid etmişdir. Bundan sonra yeni bir səhifə açılmışdır. Həmin səhifədə "xxxx" ASC-ə aid özünə məxsus 4169 7388 5938 0309 nömrəli debet kartının məlumatlarını daxil etmiş, həmçinin mobil telefon nömrəsinə gəlmiş 3d təhlükəsizlik kodlarını da qeyd etmişdir. Bundan sonra hesab kartından 110 manat pul oğurlanmışdır. O müəyyən etmişdir ki, həmin pul “binance.com” istiqamətində köçürülmüşdür. Lakin həmin əməliyyatı o icra etməmişdir. Həmin pul oğurlanmışdır. O, buna görə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı hesab kartından 110 manat pulun oğurlanmasını təsdiq edən qəbzin surətini də izahatına əlavə etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2024-cü ilin dekabr ayında “Tiktok” sosial şəbəkəsində "xxxx" ASC-yə aid kompaniya reklam çarxında bir ədəd məhsulun satışını görmüşdür. Həmin məhsul ayaqqabı parıldadan olmuşdur. Məhsul diqqətini çəkdiyi üçün elanla bağlı keçid etmişdir. Bundan sonra yeni bir səhifə açılmışdır. Həmin səhifədə "xxxx" ASC-yə aid özünə məxsus 5243 7544 4020 1927 nömrəli debet kartının məlumatlarını daxil etmiş, həmçinin mobil telefon nömrəsinə gəlmiş 3d təhlükəsizlik kodlarını da qeyd etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdən 03 yanvar 2025-ci il tarixinədək hesab kartından ümumilikdə 421.37 manat pul çıxarılmışdır. Sonradan müəyyən etmişdir ki, ödənişlər “apple” şirkətinə eləcə də “Bolt Food” və digər istiqamətlərdə yönləndirilmişdir. Lakin onun bundan xəbəri olmamışdır. Bunu aşkar etdikdən sonra isə buna görə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı hesab kartından pulun çıxarılmasını təsdiq edən qəbzlərin surətlərini də izahatına əlavə etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 12 dekabr 2024-cü il tarixdə “Tiktok” sosial şəbəkəsində olduğu zaman “Kontakt Home” mağazalar şəbəkəsinin reklam çarxı qarşısına çıxmışdır. İlkin olaraq həmin reklam çarxının “KontaktHome” mağazalar şəbəkəsinə aid olduğunu düşünüb yaradılmış saxta sayta keçid etmişdir. Keçid etdiyi səhifədə mobil telefonların qiymətinə baxaraq dəyərindən daha ucuz olmasını görmüş və “İphone” markalı mobil telefon almaq üçün yeni bir səhifəyə keçid etmişdir. Həmin vaxt açılmış səhifənin saxta olmasını bilmədiyi üçün orada öz istifadəsində olmaqla əmisi oğlu X4 məxsus 5239 1517 1443 0017 saylı bank kartının nömrəsini və konfidensial məlumatlarını qeyd etmişdir. Qeyd etdikdən sonra bank kartında olan hesabından 990 manat məbləğində pul vəsaiti naməlum istiqamətdə köçürülmüşdür. Bundan sonra kartından oğurluq olmasını başa düşmüşdür. Buna görə həmin kartı bloklamışdır. Daha sonra isə bununla bağlı DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişdir. Hesab kartı əmisi oğlunun adına olsa da, lakin onun istifadəsində olmuş və bank kartının balansında olan və oğurlanan 990 manat məbləğində pul vəsaiti onun özünə məxsus olmuşdur. Buna görə maddi ziyan ona dəymişdir. Hesab kartından oğurluq olmasını Salyan rayonunda yaşadığı Qarabağlı kəndində olduğu zaman aşkar etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 14 iyul 2024-cü il tarixdə yaşadığı evdə olduğu zaman mobil telefonunda “İnstaqram” sosial şəbəkəsinə daxil olmuşdur. Orada qarşısına “Asancərimə” reklam çarxı çıxmışdır. Həmin reklamda qeyd edilmişdir ki, cərimələri 50 faiz endirimlə ödəmək olur. O həmin reklama keçid etmiş və yeni bir səhifə açılmışdır. Açılmış səhifədə istifadəsində olan "xxxx" ASC-yə aid 5261 6333 3344 7564 nömrəli bank kartının məlumatlarını və mobil telefonuna gələn 3d təhlükəsizlik kodunu daxil etmişdir. Lakin cəriməni ödəyə bilməmiş və səhifədən çıxmışdır. Həmin tarixdən başlayaraq 27 iyul 2024-cü il tarixinədək hesab kartından onun xəbəri olmadan “İtch.İO- Game store”, “Google-tiktok”, “netflix”, “Nexmobile”, “Bolt food”, “Udemi online corces” və digər bu cür istiqamətlərdə ümumilikdə 545 manat məbləğində pul vəsaiti çıxarılmışdır. Lakin o bundan xəbərsiz olmuşdur. Həmin məbləğ onun hesab kartından oğurlanaraq hesabından çıxarılmışdır. Həmin əməliyyatlar onun tərəfindən icra edilməmişdir. Əlavə olaraq bildirmişdir ki, ərizə və ifadəsində oğurluq məbləğin cəmini təxminə olaraq 545 manat göstərmiş, bank məlumatları əsasında hesablanmış 526,94 manat məbləğində pul vəsaitinin oğrulanması daha dəqiqdir və həmin məbləğlə razılaşır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-sənətşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 11/52 saylı rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd diskdə olan video görüntülər (VİD_20250115_093541_480, VİD_20250115_093551_058 ,VİD_20250115_093559_197, VİD_20250115_093309_271, VİD_20250115_093325_046, VİD_20250115_093327_830, VİD_20250115_093330_025) pornoqrafik xarakterlidir. İş materiallarında olan 08 aprel 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskdə iki ədəd qovluq vardır. İlk qovluq CSAM adlandırılmışdır. Həmin qovluqda 71 ədəd fayl vardır. Həmin fayllarda videogörüntülər əks edilir. Videogörüntülərdə qızların çılpaq şəkildə bədənlərinə toxunması və cinsi orqanının görüntüləri əks edilir. Həmçinin görüntülərdə olan şəxslərin yetkinlik yaşına çatmayan şəxslərin olması təsəvvürünü yaradır. Belə ki, qeyd olunan fayllarda yetkinlik yaşına çatmış, eləcə də yetkinlik yaşına çatmayan şəxsin və ya yetkinlik yaşına çatmayan təsəvvürünü yaradan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə real iştirakını əks etdirən, ehtiras hissinin qıcıqlanmasına səbəb olan vulqar naturalistik, yəni pornoqrafik xarakterli əlamətlər yer alan videogörüntülərdir. İkinci fayl isə Çəkiliş adlanır. Həmin qovluq açıldıqda içərisində bir ədəd videogörüntünün olması müəyyən edilir. Həmin video görüntüdə Təqsirləndirilən şəxs məxsus mobil telefonunda “Telegram” sosial şəbəkəsinin açılması, həmin sosial şəbəkədə Təqsirləndirilən şəxs istifadəçi adının “Shadow” olması müəyyən edilir. Orada “Turkish” adlı teleqram kanal açıldıqda həmin kanalın sahibinin “Shadow” adlı istifadəçinin olması, həmçinin kanalın 13 izləyicisinin olması müəyyən edilir. Daha sonra həmin kanalda Təqsirləndirilən şəxs tərəfindən çox sayda yuxarıda göstərilən pornoqrafik xarakterli videogörüntülərin paylaşılması, həmin görüntülərdə isə yetkinlik yaşına çatmayan uşaq pornoqrafiyası təsəvvürü yaradan görüntülərin olması müəyyən edilir. Görüntülərin hamısının 16 iyun 2025-ci il tarixdə paylaşılması, videogörüntülərin isə həmin gün saat 11:06-dan saat 11:07-dək paylaşılması görünür. İş materiallarında olan 09 aprel 2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Telefonda olan Teleqram sosial şəbəkəsinə daxil olduqda orada Təqsirləndirilən şəxs profil adının "Shadow” olması müəyyən edildi. Həmçinin “Teleqram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs “İlleqalizm” kanalının üzvü olması müəyyən edilib. Bundan başqa qeyd olunan sosial şəbəkədə Təqsirləndirilən şəxs “Turkish” adlı kanalın sahibi olması və həmin kanalda Təqsirləndirilən şəxs çox sayda pornoqrafik xarakterli foto və videomaterial paylaşması müəyyən edilib. Həmin foto və videomateriallara baxdıqda paylaşılan videomateriallarda yetkinlik yaşına çatmayan təsəvvürünü yaradan şəxslərin aşkar seksual xarakterli hərəkətlərdə real və ya simulyasiya edilmiş iştirakını əks etdirən, yaxud seksual məqsədlərlə yetkinlik yaşına çatmayanların cinsi orqanlarını əks etdirən görüntülər vardır. Bundan başqa “Teleqram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs “Olimpus Prime” adlı istifadəçi ilə yazışması aşkar edilib. Həmin yazışmalara baxış keçirilərkən müəyyən edilib ki, “Olimpus Prime” adlı istifadəçi Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərin kart hesab nömrələrini və CV kodunu göndərib və həmin hesabda pulların olmasını bildirir. Təqsirləndirilən şəxs isə öz növbəsində həmin hesab kartlarından pul köçürə bildiyi halda bu barədə məlumat verir, pul köçürməsi edə bilmədikdə isə hesab kartında balans olmamasını bildirir. Həmçinin hesab kartından pul köçürməsi edə bilmədikdə kart məlumatlarını qrupa yəni üzv olduqları “İlleqalizm” adlı kanala atacağını qeyd edir. Belə ki, aralarında olan yazışmalardan görünür ki, “Olympus Prime” adlı istifadəçi 07 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 4169 7388 5938 0309 nömrəli hesab kartının məlumatlarını göndərir, Təqsirləndirilən şəxs isə öz növbəsində hesabının şübhəliyə düşdüyü üçün məlumatları göndərən şəxsə iz itməsi üçün bunu qrupa atmasını yazır. Bundan sonra “Olimpus Prime” adlı istifadəçi 28 noyabr 2024cü il tarixdə Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 istifadəsində olan 5243 7544 4020 1927 nömrəli istifadəçinin hesab kartının məlumatlarını göndərir. Bundan başqa 04 dekabr 2024-cü il tarixdə qeyd olunan istifadəçi Təqsirləndirilən şəxs kart sahibi: Fidan Ferzeliyeva adı yazmalqa 5239 15** **** 0017 nömrəli hesab kartının məlumatlarını göndərir və hesabında azı 1500 olduğunu yazır. İş materiallarından görünür ki, həmin bank hesab kartı Zərərçəkmiş şəxs3 istifadəsində olmuşdur. Bundan başqa “Telegram” sosial şəbəkəsində hal-hazırda silinmiş profilnən Təqsirləndirilən şəxs arasında danışıqların məzmunundan da görünür ki, həmin şəxs 12 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs4 da 5261 6333 3344 7564 nömrəli hesab kartının məlumatlarını göndərir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-sənətşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 11/230 saylı rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd diskin içərisində olan “Təqsirləndirilən şəxs (Shadow Aze) - Uşaq Pornoqrafiyası” adlı qovluğun içərisindəki videogörüntülər pornoqrafik xarakterlidir. İş materiallarında olan 30 iyun 2025-ci il tarixli “bank məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə qeyd edilən hesabdan 25,32 manat, 20,4 manat və 4,15 manat “Bolt Food" istiqamətindən də məxaric edilmişdir. xx.xx.2024-cü il tarixdə 8,483 manat ekvivalentində olan 4,99 ABŞ dolları “Apple.com” istiqamətində məxaric edilmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə 25,32 manat “Bolt Food’’ istiqamətində məxaric edilmişdir. xx.xx.2024-cü il tarixdə 8,483 manat ekvivalentində olan 4,99 ABŞ dolları “Apple.com”, 9,31 manat isə “Bolt Food" istiqamətində məxaric edilmişdir. xx.xx.2024-cü il tarixdə hesab kartından 31,31 manat, 16,66 manat, 27,13 manat, 28,14 manat və 17,45 manat “Bolt Food” istiqamətində məxaric edilmişdir. xx.xx.2025-ci il tarixdə qeyd edilən hesabdan 30,67 və 17.13 manat “Bolt Food” istiqamətində məxaric edilmişdir. xx.xx.2024-cü il tarixdə qeyd edilən hesabdan 13,19 manat, 22,79 manat, 29,14 manat, 9,19 manat, 9,19 manat və 16,76 manat “Bolt Food” istiqamətində məxaric edilmişdir. xx.xx.2024-cü il tarixdə 1,683 manat ekvivalentində olan 0,99 ABŞ dolları “Apple.com”, 8,37 manat isə “Bolt Food” istiqamətində məxaric edilmişdir. xx.xx.2024-cü il tarixdə 8,483 manat ekvivalentində olan 4,99 ABŞ dolları “Apple.com” istiqamətində məxaric edilmişdir. 03.01,2025-ci il tarixdə isə 16,94 manat, 17,79 manat və 25,32 manat “Bolt Food” istiqamətində məxaric edilmişdir. Sonuncu əməliyyat xx.xx.2025-ci il tarixdə saat 22:20-də 25,32 manat “Bolt Food” istiqamətində çıxarılmışdır. Beləliklə ümumilikdə 448,802 manat məbləğində pul vəsaiti xx.xx.2024-cü il tarixdən 03.01,2025-ci il tarixinədək olan müddət ərzində “Bolt Food” və “Apple” ödənişləri istiqamətində məxaric edilmişdir. İş materiallarında olan 04 iyul 2025-ci il tarixli “bank məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Rabitə Banka aid 5261 63** ***4 7564 nömrəli hesab kartıdır. Bank tərəfindən verilmiş kartdan görünür ki, həmin kart Zərərçəkmiş şəxs4 adınadır. Bank məlumatlarında xx.xx.2025-ci il tarixdən xx.xx.2024-ci il tarixədək aparılan məlumatlar öz əksini tapmışdır. Siyahıya baxış zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə qeyd edilən hesabdan 12,19 manat ekvivalentində olan 7,17 ABŞ dolları məbləğində pul vəsaiti “G2ABVSHOP” istiqamətində, 16,93 manat “Wolt” istiqamətində, 22,19 manat ekvivalentində olan 12,99 ABŞ dolları “Online Courses” istiqamətində, xx.xx.2024-cü il tarixdə 6,8 manat ekvivalentində olan 4 ABŞ dolları “Nex Mobile” istiqamətində, xx.xx.2024-cü il tarixdə 34,15 manat ekvivalentində olan 19,99 ABŞ dolları “X11 Black” istiqamətində, 17,07 manat ekvivalentində olan 9,99 ABŞ dolları “X11 Black” istiqamətində, 17,07 manat ekvivalentində olan 9,99 ABŞ dolları “X11 Black” istiqamətində, 5,10 manat ekvivalentində olan 2,99 ABŞ dolları "X11 Black” istiqamətində, 1,79 manat ekvivalentində olan 1,04 ABŞ dolları “google Onesoft” istiqamətində, 6,8 manat ekvivalentində olan 4 ABŞ dolları “Nex Mobile” istiqamətində, 22,36 manat ekvivalentində olan 11,99 Evro “Netflix” istiqamətində, 22,36 manat ekvivalentində olan 11,99 evro “Netflix” istiqamətində, 34,65 manat “Bolt Food” istiqamətində, 3,49 manat “Bolt taxi” istiqamətində, 36,80 manat “Bolt Food” istiqamətində, 6,80 manat ekvivalentində olan 4 ABŞ dolları "Nex Mobile” istiqamətində, 20.14 manat, 15,78 manat, 17,15 manat, 41,54 manat, 15,45 manat və 19,79 manat “Bolt Food” istiqamətində, 6,80 manat ekvivalentində olan 4 ABŞ dolları “Nex Mobile” istiqamətində, 6,80 manat ekvivalentində olan 4 ABŞ dolları “Nex Mobile” istiqamətində, xx.xx.2024-cü il tarixdə 22,42 manat ekvivalentində olan 11,99 evro “netflix” istiqamətində, xx.xx.2024-cü il tarixdə 18,80 manat ekvivalentində olan 11 ABŞ dolları “İTCH.İO-Game store” istiqamətində, 0,14 manat ekvivalentində olan 0,08 ABŞ dolları “X13” istiqamətində, 0,54 manat ekvivalentində olan 0,32 ABŞ dolları “X13” istiqamətində, xx.xx.2024-cü il tarixdə 18,80 manat ekvivalentində olan 11 ABŞ dolları “İTCH.İO-Game store” istiqamətində, xx.xx.2024-cü il tarixdə 6,80 manat ekvivalentində olan 4 ABŞ dolları, 6,80 manat ekvivalentində olan 4 ABŞ dolları, 6,80 manat ekvivalentində olan 4 ABŞ dolları, 6,80 manat ekvivalentində olan 4 ABŞ dolları və 6,80 manat ekvivalentində olan 4 ABŞ dolları “Nex Mobile” istiqamətində, 31,07.2024-cü il tarixdə 22,24 manat ekvivalentində 11,99 evro “netflix” istiqamətində məxaric edilmişdir. Ümumilikdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 526,94 manat pul vəsaiti onlayn ödənişlər üçün məxaric edilmişdir. İş materiallarında olan 09 iyul 2025-ci il tarixli “bank məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 istifadəsində olmuş "xxxx" ASC-yə aid 5239 15** **** 0017 nömrəli hesab kartı X2 adınadır. Bank tərəfindən verilmiş siyahıdan görünür ki, hesab kartından xx.xx.2024-cü il tarixdə saat 18:43-də 990,99 manat məbləğində pul vəsaiti M10 hesabı istiqamətində məxaric edilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 məxsus kapital Bank ASC-yə aid hesab kartından xx.xx.2024-cü il tarixdə saat 00:00-da 110 manat məbləğində pul vəsaiti Binance istiqamətində məxaric edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X6 Şəxsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-28-29/2-5744/2025 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.2003-cü il təvəllüdlü, Şuşa şəhəri, Xələfi kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı göstərilən xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qıtimkan tədbirinin seçilməsi haqqında” 23 iyul 2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində 23 iyul 2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən Təqsirləndirilən şəxs ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171- 1.1, 177.2.1, 177.2.2, 177.2.3-1 və 242-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 171-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 242-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, CM-in 68.1.1-1-ci maddələrinə əsasən ona təyin edilmiş cəza (iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetməyə bərabər olmaq hesabı ilə) qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Həmçinin CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmalı və qəti cəza müəyyən olunmalıdır. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini, ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə alaraq məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 171-1.1, 177.2.1, 177.2.2, 177.2.3-1 və 242-ci maddələri ilə təqsirli bilinməli və ona müvafiq maddələrin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və onu xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayəti səmimi etiraf etməsini, törətdiyi cinayətin ağırlığını, ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə əməlindən səmimi peşmançılığını, barəsində verilmiş müsbət xasiyyətnaməni nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən onun islah olunması mümkündür. Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törədib, təqsirini səmimi etiraf edir, əməlindən səmimi peşmandır. Belə vəziyyətdə iddia etmək olmaz ki, təqsirləndirilən şəxsdə qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, bir sözlə islah olunması üçün o, mütləq ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməli və həmin müəssisədə çəza çəkən məhkumların əhatəsində olmalıdır. Məhkəmə hesab edir ki, bu cür təqsirləndirilən şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Ona görə də məhkəmə sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti təyin edilməklə üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona təyin ediləcək sınaq müddətinin əvvəli isə hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi Təqsirləndirilən şəxs məxsus "Realme 8 pro” markalı mobil telefon təqsirləndirilən şəxsin özünə qaytarılmalı, 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.1, 177.2.1, 177.2.2, 177.2.3-1 və 242-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.1-ci maddəsi ilə 1 (bir) 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-1-ci maddələri ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası hesabı ilə müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılsın və ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulsun və onun üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc 160 (yüz altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus “Realme 8 pro” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra özünə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 4 saylı vəkil bürosunun vəkili X5 ödənilmək üçün 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədiyi halda, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar