Məhkəmə qərarları › İş №1(004)-492/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-492/2023

09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-492/2023 09.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 15 avqust 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,516 qram kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddələr, narkotik vasitə hesab edilən heroin və ümumi təmiz çəkisi 0,171 qram kustar üsulla hazırlanmış ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr, psixotrop maddə hesab edilən metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 03 avqust 2023-cü il tarixdə saat 22:30 radələrində "xxxx" X6 “Koroğlu” metrostansiyasına daxil olarkən Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin postpatrul xidməti bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 02 (iki) ədəd bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,272 qram, 0,244 qram, ümumi təmiz çəkisi - 0,516 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddələr, narkotik vasitə hesab edilən heroin və 02 (iki) ədəd bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,070 qram, 0,101 qram, ümumi təmiz çəkisi - 0,171 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr, psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, iki aydan çoxdur ki, narkotik vasitə olan heroinin və ağrıları olduqda isə psixotrop maddə metamfetaminin qəbulu ilə məşğul olur. 03 avqust 2023-cü il tarixdə saat 21 radələrində Sabunçu rayonu Ramana qəsəbəsinin ərazisində yerləşən adını bilmədiyi marketin yaxınlığında olarkən ünvanını və anket məlumatlarını bilmədiyi üzdən tanıdığı “Miri” ləqəbli şəxsdən özü üçün istifadə etməkdən ötrü ümumilikdə 35 manat müqabilində iki büküm narkotik vasitə olan heroin və iki büküm psixotrop maddə metamfetamin almışdır. Aldığı heroini və metamfetamini “Winston” markalı siqaret qutusunun içərisinə qoyub özündə saxlamışdır ki, daha sonra tüstü yolu ilə qəbul etsin. O, narkotik vasitəni aldıqdan sonra həmin gün saat 22:30 radələrində metronun “Koroğlu” stansiyasına daxil olub yaşadığı Sumqayıt şəhərinə getmək istəmiş, həmin vaxt stansiyada xidmət aparan polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etməklə şəxsiyyət vəsiqəsini göstərməyini və özünü təqdim etməyini bildirmişdir. O, polis əməkdaşına üzərində şəxsiyyət vəsiqəsinin olmadığını deyərək özünü təqdim etmişdir. Polis əməkdaşı onun ad və soyadını portal sisteminə daxil etdikdə məlum olmuşdur ki, onun barəsində fiziki borclu və cavabdeh şəxs qismində Sumqayıt şəhər Polis İdarəsi tərəfindən axtarış elan olunmuşdur. Bu səbəbdən polis əməkdaşı onu Bakı Metropolitenində Polis İdarəsinə dəvət etmişdir. O, Polis İdarəsinə gəldikdə üzərində narkotik vasitənin olmasını bildirmişdir. Orada xidməti otaqların birində öncədən hüquq və vəzifələri izah edilməklə video çəkiliş vasitəsi ilə ona üstündə hər hansı qeyri-qanuni əşya olduğu təqdirdə təqdim etməyi təklif edilmişdir. Təklifə əsasən o əynində olan boz rəngli cins şalvarının sol yan cibində saxladığı bir ədəd “Winston” markalı siqaret qutusunu və həmin qutunun içərisində olan şəffaf sellofan bükümündə iki ədəd narkotik vasitə olan heroini və gümüşü kağız kəsiyinə bükülmüş vəziyyətdə iki ədəd psixotrop maddə metamfetamini təqdim etmişdir. Sorğu zamanı təqdim etdiyi bükümlərin içərisində olan kütlələrin narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olmasını bildirməklə, onları Sabunçu rayonun Ramana qəsəbəsinin ərazisində yerləşən adını bilmədiyi marketin yaxınlığında olarkən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi “Miri” ləqəbli şəxsdən özü üçün istifadə etməkdən ötrü 35 manata almışdır. Bundan sonra götürülmüş narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin bükümləri zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. O, heç kimə narkotik vasitə satmamış və belə bir satışı planlaşdırmamışdır. Bununla əlaqədar heç kimlə sövdələşməsi olmamışdır. O həmin narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini özü qəbul etmək üçün əldə etmişdir. Özünü ruhi cəhətdən sağlam hesab edir və polis əməkdaşları tərəfindən saxlanılarkən və ya digər mərhələlərdə heç bir təzyiqə məruz qalmamışdır. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 03 avqust 2023-cü il tarixdə "xxxx" QSC-nin “Koroğlu” metrostansiyasının girişində xidmətini təşkil edərkən saat təxminən 22:30 radələrində vətəndaşların metrostansiyasına daxil olması zamanı zahiri görkəminə görə, həmçinin hərəkətlərində şübhə yaratdığı üçün sonradan tanıdığı Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim edərək, şəxsiyyət vəsiqəsini və özünü təqdim etməyini tələb etmiş, həmin şəxs isə ona üzərində şəxsiyyət vəsiqəsinin olmadığını deyərək soyadını, adını və atasının adını demişdir. O, da həmin şəxsin ad və soyadını portal sisteminə daxil etdikdə məlum olmuşdur ki, barəsində fiziki borclu və cavabdeh şəxs qismində Sumqayıt şəhər Polis İdarəsi tərəfindən axtarış elan olunmuşdur. Bu səbəbdən o Təqsirləndirilən şəxs Bakı Metropolitenində Polis İdarəsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs onunla birlikdə Polis İdarəsinə gəldikdə üzərində narkotik vasitənin olmasını bildirmiş və xidməti otaqların birində öncədən hüquq və vəzifələri izah edilməklə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs, üstündə hər hansı qeyri-qanuni əşya olduğu təqdirdə təqdim etməyi təklif edilmişdir. Həmin təklifə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli cins şalvarının sol yan cibində saxladığı bir ədəd “Winston” markalı siqaret qutusunu və həmin qutunun içərisində olan şəffaf sellofan bükümündə iki ədəd narkotik vasitə olan heroini və gümüşü kağız kəsiyinə bükülmüş vəziyyətdə iki ədəd psixotrop maddə metamfetamini çıxardaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs, təqdim etdiyi bükümlərin içərisində olan kütlələrin narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmiş və onları Sabunçu rayonun Ramana qəsəbəsinin ərazisində ünvanını və anket məlumatlarını bilmədiyi “Miri” ləqəbli şəxsdən 35 manata özü üçün istifadə etməkdən ötrü almış və üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik maddə olan heroin və psixotrop maddə metamfetamin bükümləri zərfə qablaşdırılaraq DİN-nin 37 №-li möhürü ilə möhürlənmişdir. Daha sonra bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün manqa komandiri Şahid2 və Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin təsərüffat qrupunun polis nəfəri Şahid3 ibtidai istintaqda verdiyi ifadələri elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, onlar məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 15-ci vərəqəsində olan 03 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 68-69-cu vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 avqust 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 avqust 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 30-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2023-cü il tarixli 3-16-16/1-6/4167 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0272 qr., 0,244 qr., ümumi təmiz çəkisi 0,516 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,070 qr., 0,101 qr., ümumi təmiz çəkisi 0,171 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 31-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil etmişdir. Cinayət işinin 76-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 84-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 5496 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 86-91-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,416 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,071 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhər BPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, DVD disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan AZ-İV seriyalı, 188012 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018 il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxs, anası isə A.R.Hüseynovadır. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 05 avqust 2023-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin istintaq qrupunun sabiq baş müstəntiqi, polis mayoru Hüseyn Məmmədov tərəfindən tərtib edilmiş protokolda göstərilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı, yəni 04 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən boz rəngli cins şalvarının sol yan cibində saxladığı iki ədəd sellofan bükümü içərisində narkotik vasitə olan heroini və iki ədəd gümüşü kağız kəsiyi bükümündə psixotrop maddə metamfetamini olmaqla çıxardaraq təqdim etməsi, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini özü üçün istifadə etməkdən ötrü əvvəllər tanımadığı “Miri” ləqəbli şəxsdən almasını bildirməsi müşahidə olunur. Əlavə olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, həmin görüntüdə olan narkotik vasitənin və psixotrop maddənin aşkar edildiyi şəxs özü, yəni Təqsirləndirilən şəxsdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlayaraq daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində 1 azyaşlı uşağının olmasını və əvvəllər məhkum edilməməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 03 avqust 2023-cü il tarixdən hökmün çıxarıldığı 09 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 06 (altı) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X3nın xx.xx.2023-cü il tarixli, 5496 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhər BPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,416 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,071 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 81 (səksən bir) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 avqust 2023-cü il tarixdən hökmün çıxarıldığı 09 oktyabr 2023-cü il tarixədək, yəni 02 (iki) ay 06 (altı) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər BPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan iş üzrə maddi sübut, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,416 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,071 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar