Məhkəmə qərarları › İş №1(004)-492/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-492/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-492/2024 30.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X10, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal RPİ-nin inzibati binasında qeydiyyatda olan, Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni yaşayış massivində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 kəsilmiş təqaüdünün bərpa edilməsinə köməklik edəcəyinə dair vəd verib aldadaraq bu məqsədlə şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldatmaqla sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 əlillik təqaüdü düzəlməsinə köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətlərə malik olmadığı halda yalandan sonuncuya əlillik dərəcəsini düzəldəcəyinə vəd verib, əslində Zərərçəkmiş şəxs1 məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 15 sentyabr 2022ci il tarixdə saat təxminən 11:00 radələrində Yasamal rayonu, H.B.ünvan 1 ünvanda yerləşən «Məhsul» adlanan kafedə əvvəlcə 1000 (min) manat pul, iki gün keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 12:00 radələrində həmin ünvanda yerləşən kafedə 500 manat, bir həftə sonra, yəni xx.xx.2022-ci il tarixdə yenidən həmin ünvanda yerləşən kafedə 100 manat olmaqla ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus 1600 (min altı yüz) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu alıb ələ keçirməklə sonuncuya maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 yetkinlik yaşına çatmayan oğlu X1 təqaüdünün bərpa edilməsinə köməklik edəcəyinə dair vəd verib aldadaraq bu məqsədlə 10 noyabr 2022-ci il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanda yerləşən «Məhsul» adlanan kafenin qarşısında onunla görüşüb 2300 (iki min üç yüz) manat pulunu aldıqdan sonra vədinə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 2300 (iki min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 əri Şahid kəsilmiş təqaüdünün bərpa edilməsinə köməklik edəcəyinə dair vəd verib aldadaraq bu məqsədlə şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldatmaqla sonuncunun inam və etibarını qazanmış, Şahid əlillik təqaüdü düzəlməsinə köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətlərə malik olmadığı halda yalandan sonuncuya əlillik dərəcəsini düzəldəcəyinə vəd verib,əslində Zərərçəkmiş şəxs3 məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanda yerləşən «Yelo bank»n qarşısında 2000 (iki) manat, növbəti dəfə 2023-cü ilin yanvar ayının əvvəllərində həmin ünvanda 1500 (min beş yüz) manat olmaqla ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus 3500 (üç min beş yüz) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu alıb ələ keçirməklə sonuncuya maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs X6 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, səhhəti ilə əlaqədar çox danışa bilmir. Hörmətli prokurorun dedikləri doğrudur. İstintaq ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs2 2300 manat, Zərərçəkmiş şəxs1 1600 manat, Zərərçəkmiş şəxs3 3500 manat almışam. Əməlindən səmimi peşman olmasını, yaşının çox olmasını, səhhətində ciddi problemlərin olmasını nəzərə alaraq ona yüngül cəzanın təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 1000 manat bir vermişdir, 500 manat bir vermişdir. 100 manat da Respublikanski Xəstəxanada vermişdir. Füzuli rayonunda bir nəfər var, Zülfiqarın tanışıdır. Həmin o tanış vasitəsi ilə yasamalda çayxanada tanış olublar. Elə Füzuli rayonunda da bu şəxsin ətrafında adamlar var. O, o adamlara inanıb, bu pulu verib. Təqsirləndirilən şəxs əvvəl deyib ki, işin pulu 1500-dir. Ona görə onun 1000 manatını qəbul etmirdi. Sonra Səməd ona zamin durandan sonra razılaşıb. 2 gün keçməyib ki, 500 manatı da verib. Sonra ona zəng edib ki, X8 300 manat da lazımdır. O, 100 manat versin. Gedib vəsiqəsini təqdim edib, onu qeydiyyata alıblar. Sən demə qeydiyyat pulsuz imiş, onu aldadıb. Yolun bilirmiş, variant işlədib. Sonra deyib ki, bir dənə quzu versin. O da rayonda quzunu kəsib, doğradıb göndərmişdir. Ziyanın ödənilməsini tələb edir, şikayətçidir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi Elşən vasitəsi ilə tanımışdır. Onun uşağı bronxial asma xəstəliyindən əziyyət çəkir. Buna görə də 6 ildir ki, pensiya alırdı. Dekabrın 4-ü komissiya olacaqdı. Yasamal kafedə Zülfiqarla görüşüblər. Ondan 2300 manat istəyib ki, uşağını yatızdıracaq. Epikrizlər alıb verəcək. Düzdür ki, uşağı gətizdirib. 6 gün himayəsində olub, sonra da Ağciyər institutuna aparıb. Beyləqandan imtina gəlib. Daha sonra öz xəstəxanalarında Füzuli şəhərində Diaqnostikada yatızdırıb. Yenə imtina gəlib. Qaynanası uşağı götürüb gəlib X9. Oradan deyiblər ki, artıq bronxial asma xəstəliyinə pensiya düşmür. O da Zülfiqara deyib ki, iş alınmayıb, imtina gəlib, onun pulunu qaytarsın. Şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, göstərilən ünvanda ailəsi ilə birgə yaşayır. Təqsirləndirilən şəxs kürəkəni Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanımışdır. Şamo Zülfiqarı həkim kimi tanıdığını və onun təqaüd düzəldə biləcəyini bildirmişdir. Bakı şəhəri, Abşeron rayonu «Qobu» yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs xəstə əri Şahid həkim Komissiyasmdan keçirilməsinə köməklik edəcəyini vəd edərək xx.xx.2022ci il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 20 Yanvar metrosu yaxınlığında yerləşən «Yelo bank»n qarşısında 2000 (iki) manat, növbəti dəfə 2023-cü ilin yanvar ayının əvvəllərində həmin ünvanda 1500 (min beş yüz) manat olmaqla ümumilikdə 3500 manat pul almışdır. Zülfiqar bu köməkliyi edəcəyinə onu inandırmaq üçün özünü X4 Şikayətlər Şöbəsinin vəzifəli şəxsi kimi təqdim etmişdir. Lakin əri həkim Komissiyasmdan keçdikdən sonra onun əlilliyinin uzadılmasından imtina edilmişdir. Bundan sonra başa düşmüşdür ki, Zülfiqar ərinin həkim Komissiyasından keçirilməsinə köməklik etmək səlahiyyəti və imkanları olmadığı halda onun ona olan inam və etibarından sui-istifadə etməklə onu aldadıb, ümumilikdə 3500 manat pulunu dələduzluqla ələ keçirmişdir. Həmin vaxtdan sonra Zülfıqarın ***-***-**-** nömrəli telefonunun Votsapı ilə dəfələrlə əlaqə saxlayaraq 3500 manat pulunu tələb etsə də, Zülfıqar pulu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Onu Zülfiqarla yeznəsi Zərərçəkmiş şəxs2 tanış etmişdir. Belə ki, X5 həkim Komisiyasından keçirilməsinə köməklik edəcəyini vəd edərək ondan 2300 (iki min üç yüz) manat pul almış, lakin heç bir köməklik etmədən pulu mənimsəmişdir. Şamo demişdir ki, onu da Zülfıqarla həmkəndlisi Zərərçəkmiş şəxs1 tanış etmişdir. Belə ki, Zülfıqar Elşənə əlillik dərəcəsi verilməsinə köməklik edəcəyini vəd edərək ondan 1600 manat pul və 200 manat dəyərində bir baş toğlu almış, lakin sonradan Elşənə məlum olmuşdur ki, Zülfıqarın ona əlillik dərəcəsi verilməsinə köməklik etmək səlahiyyəti və imkanları olmadığı halda Elşənin ona olan inam və etibarından sui-istifadə etməklə onu aldadıb, 1600 manat pulunu və bir baş toğlusunu dələduzluqla ələ keçirmişdir. Elşən Zülfiqarı onu aldadaraq pulunu və əmlakı ələ keçirməsinə görə Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinə şikayət etmiş, Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Orxan Süleymanlı tərəfindən araşdırma aparılaraq iş rayon Prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs xəstə əri Şahid həkim Komissiyasmdan keçirilməsinə köməklik edəcəyini vəd edərək xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 20 Yanvar metrosu yaxınlığında yerləşən «Yelo bank»n qarşısında 2000 (iki) manat, növbəti dəfə 2023-cü ilin yanvar ayının əvvəllərində həmin ünvanda 1500 (min beş yüz) manat olmaqla ümumilikdə 3500 manat pul almışdır. Zülfiqara verdiyi 3500 manat pul ona məxsusdur. Həmin pulları o Zülfiqara tək vermişdir. Zülfiqar həmin pulu həkimlərin rüsumları olduğunu həmin pulları həkimlərə verəcəyini bildirmişdir. Onun ərinin xəstəliyi ilə əlaqədar o 2013-2021-ci ilin oktyabr ayına kimi olmaqla 8 il ərzində hər ay 200-270 manat məbləğdə təqaüd almışdır.O qanuni yollarla ərinin xəstəliyi ilə əlaqədar həmin təqaüdü almışdır. Həmin təqaüdün kəsilməsinin səbəbi təkrar komissiya keçirilməsi ilə əlaqədardır. O, Füzuli rayonunda yaşadığı üçün işdən çıxa bilmədiyi üçün Zülfiqara müraciət etmişdir. Zülfiqar onun ərini Zərifə Əliyevaya və Topçubaşov xəstəxanalarına və 28 may metrosu yaxınlığında Şəkər həkiminə göndərmişdir, Zülfiqar müvafiq tibbi sənədlər vermişdir ki, Beyləqan-Füzuli tibbi həkim komisyasına təqdim etsinlər. Həmin sənədləri komissiyaya təqdim etdikdən 1 ay müddətində onlara imtina cavabı gəlmiş və bundan sonra başa düşmüşdür ki, Zülfiqar tərəfindən aldadılmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs kürəkəni Zərərçəkmiş şəxs2 vasitəsilə tanımışdır. Şamo Zülfüqarı həkim kimi tanıdığını təqaüd düzəldə biləcəyini bildirmişdir ki, Bakı şəhəri, Abşeron rayonu «Qobu» yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs3 ona təqaüd düzəltmək adı ilə 2022-ci ilin dekabr ayında 20 yanvar metrosunun çıxışında 2000 (iki min) manat, 2023-cü ilin yanvar ayında isə yenə də həmin yerdə həyat yoldaşı Nazilədən 1500 (bir min beş yüz) manat, ümumilikdə 3500 manat pul almışdır. Zülfıqar bu köməkliyi edəcəyinə onları inandırmaq üçün özünü X4 Şikayətlər Şöbəsinin vəzifəli şəxsi kimi təqdim etmiş, lakin həkim Komissiyasın dan keçdikdən sonra onun əlilliyinin uzadılmasından imtina edilmişdir. Həyat yoldaşı Nazilə, Təqsirləndirilən şəxs onun həkim Komissiyasından keçirilməsinə köməklik edəcəyini vəd etdiyi üçün 2022-ci ilin dekabr ayında 20 yanvar metrosunun çıxışında Zülfiqar Nazilədən 2000 (iki min) manat, 2023-cü ilin yanvar ayında isə yenə də həmin yerdə Nazilədən 1500 (bir min beş yüz) manat, ümumilikdə 3500 manat pul almışdır. Həmin pulları Nazilə Zülfiqara tək vermişdir. Zülfiqar həmin pulu həkimlərin rüsumları olduğunu həmin pulları həkimlərə verəcəyini bildirmişdir. O, xəstəliyi ilə əlaqədar o, 2013-2021-ci ilin oktyabr ayına kimi olmaqla 8 il ərzində hər ay 200-270 manat məbləğdə təqaüd almışdır.O, qanuni yollarla həmin xəstəliyi ilə əlaqədar həmin təqaüdü almışdır. Təqaüdün kəsilməsinin səbəbi təkrar komissiya keçirilməsi ilə əlaqədardır. Zülfiqar onu Zərifə Əliyeva, Topçubaşov xəstəxanalarına və 28 may metrosu yaxınlığında Şəkər həkiminə göndərmişdir. Zülfiqar onlara müvafiq tibbi sənədlər verərək Beyləqan-Füzuli tibbi həkim komisyasına təqdim etməklərini bildirmişdir. Onlar həmin sənədləri komissiyaya təqdim etdikdən 1 ay müddətində onlara imtina cavabı gəlmiş və bundan sonra başa düşmüşlər ki, Zülfiqar tərəfindən aldadılmışlar. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-nin CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin qanunvericilik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, bundan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilmiş, Yasamal rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 02 gün həbsdə olmuşdur. İş üzrə xüsusi müsadirə olunası əmlak, maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 11 ay 26 gün (iki il on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X2 üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X3 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar