Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-493/2023 21.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhər 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 25 avqust 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada ticarətlə məşğul olan, əvvəllər məhkum olunmuş, Qubadlı rayonu, Qubadlı şəhəri ünvanında qeydiyyatda olan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatı əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 2023-cü ilin aprel ayının sonlarında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində tamah niyyəti ilə 1.500 manat pul vəsaiti müqabilində tanışı Şahid1 İspaniya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı 9 mm kalibrli nömrəsi silinmiş STAR BM modelli odlu yivli silah hesab edilən tapançanı, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı 08 ədəd 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli STAR BM modelli tapançaların komplekt hissəsi hesab edilən darağı, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş atəşə yararlı döyüş sursatı hesab edilən 9x19 mm kalibrli olmaqla həmin tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş 07 ədəd patronu qanunsuz olaraq əldə edib üzərində qanunsuz daşımaqla yaşadığı ünvan 2 ünvanında qanunsuz saxlamış, bu barədə daxil olan məlumat əsasında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən 16 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman mənzilin yataq otağındakı paltar dolabının üzərində gizlədib saxladığı İspaniya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı 9 mm kalibrli nömrəsi silinmiş STAR BM modelli odlu yivli silah hesab edilən tapança, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı 08 ədəd 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli STAR BM modelli tapançaların komplekt hissəsi hesab edilən daraq, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş atəşə yararlı döyüş sursatı hesab edilən 9x19 mm kalibrli olmaqla həmin tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş 07 ədəd patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, törədilmiş əməldə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmədə tədqiq edilmişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 25 avqust 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, hazırda evlidir, 2 azyaşlı övladı var. Rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin Sahil qəsəbəsində avtomobillərin icarəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. O, Şahid1 uzun illərdir tanımışdır. Özü uzun müddət Sahil qəsəbəsində yaşamış və orada işləmişdir. Xəyyam da Sahil qəsəbəsində yaşamışdır. Aralarında tanışlıq münasibəti olmuşdur. 2023-cü ilin aprel ayının sonlarında Xəyyam Sahil qəsəbəsində onunla görüşmüş və onda bir ədəd tapança tipli silah olduğunu bildirərək satmaq istədiyini demişdir. Xəyyamın təklifi onda maraq yaratdığı üçün həmin tapançanı görmək istədiyini bildirmişdir. Bundan sonra Xəyyam onun yanından ayrılıb getmiş və təxminən 1 saatdan sonra Sahil qəsəbəsində yenidən görüşmüşlər. Xəyyamın gətirdiyi tapança qızılı rəngli olmuş, tapançanın üzərində bir ədəd daraq və darağın üzərində isə 07 ədəd patron olmuşdur. Tapança qara rəngli silah qabında olmuşdur. Xəyyam silahı tapdığını söyləmişdir. Xəyyam tapançanı 1.500 manata satdığını bildirmişdir. O, tapançanın 900 manatını Xəyyama nəğd şəklində görüşdükləri gün, qalan 600 manat miqdarında pulu isə may ayının sonlarında verəcəyini bildirmiş və razılıq əldə etmişlər. Bundan sonra o, Xəyyama həmin gün 900 manat pul verib tapançanı, tapançanın üzərində olan darağı və 07 ədəd patronu Xəyyamdan alıb, tapançanı üzərində daşıyaraq ünvan 2 ünvanına aparıb, tapançanı parçaya büküb sellofan torbaya qoyaraq yaşadığı mənzilin yataq otağında paltar dolabının üzərinə qoyub orada saxlamışdır. Bundan sonra aldığı tapança ilə bağlı onun Xəyyamla heç bir söhbəti olmamışdır. 16 may 2023-cü ildə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılan zaman o, həmin tapançanı Bakı şəhəri, Yasamal rayonunda yaşadığı ünvanda gizlədib saxladığını bildirmişdir. Şahid1 aldığı bir ədəd tapança və tapançanın üzərində olan patronları yaşadığı ünvan 2 ünvanında saxladığını və həmin ünvana gedildiyi halda həmin predmetləri təqdim edəcəyini bildirmişdir. Bundan sonra hüquqlarının müdafiə edilməsi üçün vəkillə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Onun razılığı və iştirakı ilə həmin gün saat 22:33-dən etibarən yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman mənzilin yataq otağındakı paltar dolabının üzərində gizlədib saxladığı Şahid1 aldığı tapançanı və patronları polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi predmetlərə baxış keçirilmiş, baxış zamanı tapançanın üzərindən bir ədəd daraq, darağın içərisində 07 ədəd patron aşkar edilmişdir. Baxış zamanı silahın nömrəsinin sonradan silindiyi müəyyən edilmişdir. O, tapançanı alan zaman nömrəsi silinmiş vəziyyətdə olmuşdur. Bundan sonra aşkar edilmiş tapança, daraq və patronlar polis əməkdaşları tərəfindən bir ədəd zərfdə qablaşdırılıb möhürlənmiş və qablaşmanın iştirakçılar tərəfindən üzləri imzalanmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman isə heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamasını və saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid2 ilə bir ərazidə yaşamışlar və uzun müddətdir ki, onları tanıyır. Hazırda o təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. 2023-cü ilin aprel ayının əvvəllərində Rəşad ona içərisində tapança və patronlar olan çanta vermişdir. Bundan bir necə gün son sonra o Rəşadın ona verdiyi çantaya baxan zaman orada üzərində naxışlar olan qızılı rəngdə tapança olduğunu görmüş və silahdan xoşu gəlmişdir. Silahın üzərində bir ədəd daraq və darağın içində isə patronlar olmuşdur. 2023-cü ilin aprel ayının sonlarında onun pula ehtiyacı olduğu üçün Rəşadın ona verdiyi tapançanı satmaq qərarına gəlmişdir. Bundan sonra o Elşənlə görüşürüb həmin silahı satmaq istədiyini bildirmişdir. Elşənin silahdan xoşu gəldiyi üçün həmin silahı və silahın üzərində olan patronları Sahil qəsəbəsi ərazisində Elşənə 1.500 manata satmışdır. Elşəndən aldığı pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 ilə bir ərazidə yaşamışlar və uzun müddətdir ki, onları tanıyır. Hazırda o təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. O Xəyyama silah verməmiş və Elşəndən aşkar edilmiş silahdan onun xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 16 may 2023-cü il tarixdə istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığı əsasında Təqsirləndirilən şəxs müəyyən edilərək istintaq orqanına təqdim edilmişdir. Bundan sonra həmin gün təxminən saat 22:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən ünvana müstəntiq Mirata Seyidov tərəfindən başıx keçirilmişdir. Keçirilən baxış prosesində o və Baş idarənin baş əməliyyat müvəkkili Şahid4 və əməliyyat müvəkkili Şahid5 iştirak etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilə daxil olmamışdan əvvəl müstəntiq tərəfindən ona yaşadığı mənzildə odlu silah və döyüş sursatları gizlədib saxladığı halda bu barədə məlumat verməsi və həmin predmetləri təqdim etməsi barədə sual verilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə tapança tipli silah və həmin silaha məxsus olan patronlar saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özündə olan açarla mənzilin giriş qapısını açıb iştirakçıları dəvət etmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs razılığı və icazəsi ilə onun yaşadığı mənzilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs mənzilə daxil olduqdan sonra iştirakçılar mənzilin yataq otağına dəvət edib yataq otağında olan paltar dolabının üstündə olan sellofan torbanı götürüb təqdim edərək, həmin sellofan çantanın içərisində tapança tipli silah olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba açıldıqda içərisindən parçaya bükülmüş 01 ədəd tapança tipli odlu silaha oxşar predmet, 01 ədəd daraq və darağın üzərində isə 07 ədəd patron aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd tapança tipli odlu silaha oxşar predmet, 01 ədəd daraq və darağın üzərində isə 07 ədəd patron cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan müstəntiq tərəfindən 01 ədəd kağız zərfdə qablaşıdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Elşən müstəntiqin sualına cavab olaraq bildirmişdir ki, həmin silahı, darağı və patronları 1.500 manat müqabilində Şahid1 almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid5 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 149-151-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 16 may 2023-cü il tarixdə Baş idarənin istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığı əsasında Təqsirləndirilən şəxs həmin günü Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində tərəflərindən müəyyən edilərək istintaq orqanına təqdim edilmişdir. Bundan sonra həmin gün, yəni 16 may 2023-cü il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən ünvana müstəntiq Mirata Seyidov tərəfindən keçirilən baxış prosesində o və Baş idarənin baş əməliyyat müvəkkili Şahid4 və əməliyyat müvəkkili Şahid5 iştirak etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilə daxil olmamışdan əvvəl müstəntiq tərəfindən ona yaşadığı mənzildə odlu silah və döyüş sursatları gizlədib saxladığı halda bu barədə məlumat verməsi və həmin predmetləri təqdim etməsi barədə sual verilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə tapança tipli silah və həmin silaha məxsus olan patronlar saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özündə olan açarla mənzilin giriş qapısını açıb iştirakçıları dəvət etmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs razılığı və icazəsi ilə onun yaşadığı mənzilə baxış keçirilmişdir. Baxışın keçirilməsində Təqsirləndirilən şəxs müdafiəçisi də iştirak etmişdir. Təqsirləndirilən şəxs mənzilə daxil olduqdan sonra iştirakçıları mənzilin yataq otağına dəvət edib yataq otağında olan paltar dolabının üstündə olan sellofan torbanı götürüb təqdim edərək, həmin sellofan çantanın içərisində tapança tipli silah olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba iştirakçıların şahidliyi ilə açıldıqda içərisindən parçaya bükülmüş 01 ədəd tapança tipli odlu silaha oxşar predmet, 01 ədəd daraq və darağın üzərində isə 07 ədəd tamlığı pozulmamış patronu aşkar olunmuşdur. Aşkar olunmuş tapança tipli silaha bənzər predmet qara rəngli parçadan hazırlanmış silah qabının içində olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi predmetlərə baxış zamanı tapança tipli predmetin qızılı rəngli dəmir materialdan hazırlandığı, üzərində “CAL.9M/MP” və “20” hərf və rəqəmlərin, 07 ədəd patronun üzərində isə “9 mm” və “HP” hərf və rəqəmlərin qeyd olunduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd tapança tipli odlu silaha oxşar predmet, 01 ədəd daraq və darağın üzərində isə 07 ədəd patron cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan müstəntiq tərəfindən 01 ədəd kağız zərfdə qablaşıdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd tapança tipli odlu silaha oxşar predmet, 01 ədəd darağı və 07 ədəd patronu təxminən cari ilin aprel ayının sonlarında Şahid1 1.500 manat pul müqabilində aldığını və silahlara marağı olduğu üçün yaşadığı ünvanda gizlədib saxladığını bildirmişdir. Baxış davam etdirilərkən həmin ünvandan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra iştirakçılar Baş idarəyə dəvət olunmuş və Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi ilə bağlı müstəntiq Mirata Seyidov tərəfindən protokol tərtib olunmuş və protokol düzgün tərtib edildiyindən imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X5 tərəfindən verilmiş 16 may 2023-cü il tarixli ərizədən görünür ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaşadığı ünvan 2 ünvanına baxış keçirilməsinə etiraz etməmiş və baxış keçirilməsinə icazə vermişdir. (i.v. 73) “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 16 may 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs baxışın videoçəkiliş vasitəsi ilə baxış prosesində iştirak edən, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenanti Şahid5 tərəfindən aparilacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdi. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd etdi. Eyni zamanda o, yaşadığı ünvana tərəfimizdən baxış keçirilməsinə etirazının olmaması ilə bağlı əvvəlcədən ərizə yazaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 unvanına 16 may 2023-cü il tarixdə saat 22:33-də "Sony" markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanıldı. Baxışın keçirilməsi şübhəli şəxs Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparıldı. Baxışın keçirildiyi mənzil Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Şöhrət küçəsində yerləşən 32 saylı evin birinci giriş hissəsində və 6-cı mərtəbədə yerləşir. Mənzil 3 otaqdan, mətbəxt və vanna otağından ibarətdir. Baxiş zamanı Təqsirləndirilən şəxs təklif edildi ki, yaşadığı mənzildə odlu silah, döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar gizlədib saxlayırsa təqdim etsin. Təqsirləndirilən şəxs özündə olan 01 ədəd tapançanı, 01 ədəd daraq və patronlari hazırda yaşadığı ünvanın yataq otağında gizlədib saxladığını bildirib mənzilin giriş qapısını özündə olan açarla açıb iştirakçıları mənzilə dəvət etdi. Bundan sonra Təqsirləndirilən şəxs mənzilin yataq otağına daxil olub yataq otağında giriş qapısından sol tərəfdə yerləşən paltar dolabin üstündə olan sellofan torbanı götürüb təqdim edərək, həmin sellofan çantanın içərisində tapança tipli od lu silah olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba iştirakçıların şahidliyi ilə açıldıqda içərisindən parçaya bükülmüş 01 ədəd tapança tipli odlu silaha oxşar predmet, 01 ədəd daraq və darağın üzərində isə 7 ədəd tamlığı pozulmamış patronu aşkar olundu. Aşkar olunmuş tapança tipli silaha bənzər predmet qara rəngli parçadan hazırlanmış silah qapının içində idi. Təqsirləndirilən şəxs teqdim etdiyi predmetlərə baxış zamanı tapança tipli predmetin qızılı rəngli dəmir materialdan hazırlandığı, üzərində "CAL.9M/MP" ve "20" hərf və rəqəmlərin, 07 əded patronun üzərində isə “9 mm" və “HP" hərf və rəqəmlərin qeyd olunduğu müəyyən edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd tapança tipli odlu silaha oxşar predmet, 01 ədəd daraq və 07 ədəd patron cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd tapança tipli odlu silaha oxşar predmeti, 01 ədəd darağı, 07 ədəd patronu və silah qabını təxminən 20 gün əvvəl tanışı Şahid1 1.500 manat pul müqabilində aldığını və silahlara maraği olduğu üçün yaşadığı ünvan 2 ünvanında gizlədib saxladığını bildirdi. Baxış davam etdirilərkən həmin ünvandan cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. (i.v. 76-78) 17 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələri bir daha təsdiq edərək, o, Şahid1 ona göstərdiyi bir ədəd qızılı rəngli tapançanı xoşu gəldiyi üçün onun üzərində olan 07 ədəd patronla birlikdə 1.500 manat pul vəsaiti müqabilində ondan aldığını, Şahid1 isə Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək həmin bir ədəd qızılı rəngli tapança və üzərində olan 07 ədəd patronu Təqsirləndirilən şəxs 1.500 manat pul vəsaiti müqabilində satdığını bildirmişdir. (i.v. 88-92) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 17 may 2023-cü il tarixli ekspertin rəyindən görünür ki: tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah İspaniya dövlətində istehsal olunmuş 9 mm kalibrli STAR BM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silah hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli STAR BM modelli tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Daraq hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 07 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdır. Təqdim edilmiş 07 ədəd 9x19 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Bununla yanaşı, həmin rəydə eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəyi göstərilmişdir. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsindən DTX İstintaq baş idarəsinə daxil olmuş 28 avqust 2023-cü il tarixli 3-39-9/1-2845/23 nömrəli məktuba əlavə olunan qoşmada qeyd olunmuşdur ki, eksperimental atəşlər zamanı əldə olunmuş gülləgiliz nümunələri DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış və müqayisəli tədqiqat zamanı eynilik aşkar olunmamışdır. (i.v. 94-99, 239-240) “Maddi sübut hesab edilməsi haqqında” 19 may 2023-cü il tarixli qərarından görünür ki,Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd 9 mm kalibrli nömrəsi silinmiş Star BM modelli odlu yivli silah, 01 ədəd daraq və tədqiqatdan sonra qalıq sayı 04 ədəd 9x19 mm kalibrli patron maddi sübut hesab edilmişdir. (i.v. 152-154) “Maddi sübutun məsul saxlanışa verilməsi haqqında” 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, maddi sübut kimi tanınan 01 (bir) ədəd 9 mm kalibrli nömrəsi silinmiş Star BM modelli odlu yivli silah, 01 (bir) ədəd daraq və 04 (dörd) ədəd 9x19 mm kalibrli patronun təyinatı məhkəməNin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanılması üçün DTX maddi-texniki və sosial təminat idarəsinə təhvil verilmişdir. (i.v. 245-246) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzindən xx.xx.2023-cü il tarixli 2368 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, törətdiyi əməl barəsində anlaqlıdır, həmin əmələ görə AR CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Həmçinin həmin rəyin tədqiqi hissəsində Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrdən marixuana və metamfetamin istifadə etdiyi göstərilmişdir. (i.v. 253-256) “Sübutların qiymətləndirilməsi haqqında” 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, İş üzrə İspaniya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı 9 mm kalibrli nömrəsi silinmiş STAR BM modelli odlu yivli silah hesab edilən 01 ədəd tapança, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı 08 əded 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli STAR BM modelli tapançaların komplekt hissəsi hesab edilən 01 ədəd daraq, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş atəşə yararlı döyüş sursatı hesab edilən 9x19 mm kalibrli olmaqla həmin tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ekspert tədqiqatı aparıldıqdan sonra qalıq sayi 04 ədəd patronun ********* saylı cinayət işi üzrə maddi sübut qismində tanınaraq DTX Maddi-texniki və sosial təminat idarəsində saxlanılması nəzərə alınmışdır. (i.v. 283-291) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbədağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 16 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 61) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)-742/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 may 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 132-136) Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu Sahil Bələdiyyəsinin 11 avqust 2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qəsəbədə yaşadığı müddət ərzində sakit, tərbiyəli bir şəxs kimi özünü tanıtmış, qəsəbədə keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak etmiş, qonşular arasında və qəsəbə sakinləri arasında böyük hörmət qazanmışdır. Vətəndaş Təqsirləndirilən şəxs barəsində Qaradağ rayonu, Sahil bələdiyyəsinə heç bir ərizə və şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 22 may 2008-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək aylıq gəlirinin 10% dövlət nəfinə tutulmaqla bir il altı ay müddətinə islah işi cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib hər ay qazancından 15 (on beş) faiz məbləğində dövlət nəfinə pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum eidlmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının təsir dairəsinə düşdüyü üçün qeydiyyatdan çıxarılmışdır. Qaradağ Rayon Məhkəməsinin 22 may 2008-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək aylıq gəlirinin 10% dövlət nəfinə tutulmaqla bir il altı ay müddətinə islah işi cəzasına məhkum edilmişdir. Məhkəməyə qədər bir gün həbsdə saxlanılması nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi tətbiq olunaraq bir gün həbsdə saxlanıldığı üç gün islah işi cəzasına bərabər olmaqla üzərində qəti olaraq 01 il 05 ay 27 gün islah işi cəzası saxlanılmışdır. (i.v. 231-232) Qaradağ Rayon Məhkəməsinin 04 fevral 2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib hər ay qazancından 15 (on beş) faiz məbləğində dövlət nəfinə pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum eidlmişdir. (i.v. 233-234) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan 25 fevral 2014-cü il tarixli hökm üzrə məhkumluğu yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut İspaniya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı 9 mm kalibrli nömrəsi silinmiş STAR BM modelli odlu yivli silah hesab edilən 01 ədəd tapança, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı 08 ədəd 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli STAR BM modelli tapançaların komplekt hissəsi hesab edilən 01 ədəd daraq, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş atəşə yararlı döyüş sursatı hesab edilən 9x19 mm kalibrli olmaqla həmin tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ekspert tədqiqatı aparıldıqdan sonra qalıq sayı 04 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli həbs edildiyi gündən, yəni 16 may 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhər 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 27 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu edildiyi vaxtdan, yəni 16 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut İspaniya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı 9 mm kalibrli nömrəsi silinmiş STAR BM modelli odlu yivli silah hesab edilən 01 ədəd tapança, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı 08 ədəd 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli “STAR BM” modelli tapançaların komplekt hissəsi hesab edilən 01 ədəd daraq, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş atəşə yararlı döyüş sursatı hesab edilən 9x19 mm kalibrli olmaqla həmin tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ekspert tədqiqatı aparıldıqdan sonra qalıq sayı 04 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 27 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-493/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-493/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver