Məhkəmə qərarları › İş №1(004)-494/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-494/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-494/2022 08.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X17 qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Mülki iddiaçı Şahid, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Qobu qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 28 mart 2022ci il tarixdə saat 11 radələrində xidmətçi işlədiyi Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi küçəsi, məhəllə - 593, 79 saylı mənzildə heç kimin olmamasından istifadə edərək həmin mənzilin yataq otağında olan dolabın üzərindəki mücrünün içərisindən mənzil sahibi Zərərçəkmiş şəxs məxsus üzərində qəhvəyi rəngli qaşlar və “RİNG 14 KT” yazısı olan, sarı rəngli 1.25 qram çəkidə, 583/585 əyarlı 106 manat dəyərində 1 ədəd qızıl sırğa tayını, 30 mart 2022-ci il tarixdə saat 12 radələrində həmin ünvanda yerləşən dolabın üzərindəki mücrüdən «şunur» toxunuşlu, üzərində «585» damğası olan, 6,08 qram çəkidə 583/585 əyarlı 517 manat dəyərində qızıl boyunbağını, bir ədəd 2,17 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar yerləşdirilmiş, kilidinin üzərində və köməkçi hissəsinin iç tərəfində “925” damğası olan, gümüşü rəngli dəmir əsaslı ətirintidən hazırlanmış dəyəri olmayan sırğa tayını, 01 aprel 2022-ci il tarixdə saat 15 radələrində həmin ünvanda yerləşən dolabın üzərindəki mücrüdən üzərində qəhvəyi rəngli qaşlar və halqasının iç tərəfində “RİNG 14 KT” yazısı olan 2,23 qram çəkidə 583/585 əyarlı 190 manat dəyərində 1 ədəd üzüyü, ”Dairə” formalı, üzərində “göz" formalı elementləri, asılqan hissəsinin üzərində “750” damğası olan 2,11 qram çəkidə, 750 əyarlı 211 manat dəyərində 1 ədəd kulonu, üzərində 6 ədəd hər biri 0,026 kt olmaqla ümumilikdə 4/3 karat brilyant qaşları və 1 ədəd ağ rəngli kürə formalı muncuq (qaş hissəsi gümüşü rəngli), kilidinin üzərində “İ*750” damğası olan, 6,87 qram çəkidə, 750 əyarlı 705 manat dəyərində 1 ədəd sırğa tayını gizli olaraq talayıb, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs 1.729 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun himayəsində dörd azyaşlı uşağı var və ailəli olmasına baxmayaraq uşaqlarını tək böyüdür. 04 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs və onun həyat yoldaşı X6 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Həsən ünvan 1 ünvanında xadimə olaraq işləməyə başlamışdır. O, 03 il bundan qabaq oğlu Məhəmmədin müalicə olunması məqsədilə Qobu rayon sakini Gülşən adlı qadından 125 manat faizlə pul götürmüş, lakin faizi ödəməyə imkanı çatmamışdır. Bu səbəbdən də o, oğurluq etmək qərarına gəlmişdir. 28 mart 2022-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus evdə kimsənin olmadığı vaxtda yataq otağında olan dolabın üzərindəki mücrünün içərisindəki bir dəst qızıl sırğanın 1 tayını oğurlayaraq ünvan 2 ünvanda yerləşən lombarda gətirmiş və öz əşyası kimi təqdim edərək girov qoymuşdur. İkinci dəfə o, 30 mart 2022-ci il tarixdə saat 12 radələrində yenidən işlədiyi mənzildən 1 ədəd 06 qram çəkidə qızıl zəncir boyunbağını gizli olaraq götürmüş və elə həmin gün yenidən lombarda gətirmişdir. Sonuncu dəfə isə 01 aprel 2022-ci il tarixdə saat 15 radələrində bir ədəd ağ qaşları olan sırğanı, bir ədəd tək qaşsız sırğanı, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl klon, bir ədəd qaşsız qızıl üzük, bir ədəd mirvari qaşlı tək qızıl sırğanı gizli olaraq götürüb digər oğurlandığı əşyaları gətirdiyi lombarda təqdim etməklə girov qoyaraq pul almışdır. Ümumilikdə isə o, Zərərçəkmiş şəxs mənzilindən bir həftənin işərisində üç dəfə qızıl zinət əşyalarını oğurlayaraq lombarda girov qoyub cəmi ümumilikdə 1050 manat pul almışdır. O, həmin məbləğdə pulu uşağının müalicəsinə xərcləmişdir. Əməlindən peşmandır. Son olaraq əməlindən peşman olmasını, himayəsində dörd azyaşlı övladlarının olmasını, zərərçəkmiş şəxsdən oğurladığı əşyaların Yasamal RPİ-yə təhvil verildiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o ona qarşı verilən mülki iddianı qəbul edir, vurduğu maddi zərəri hissə-hissə ödəyə bilər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X9 onun həyat yoldaşıdır. Onlar Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yaşayırlar. Təqsirləndirilən şəxs 09 mart 2022-ci il tarixdən etibarən yaşadıqları mənzildə xadimə işləmişdir. İşlədiyi müddətə Anaxanımla münasibətləri yaxşı olmuş, şikayətləri olmamışdır. 05 aprel 2022-ci il tarixdə isə Anaxanımın yaşadıqları evdən oğurluq etməsi ona məlum olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən yaşadıqları mənzilin yataq otağında olan dolabın üzərində olan mücrüdən bir dəst qızıl sırğanın 1,2 qram çəkidə 585 əyarlı bir ədəd qızıl sırğa tayı, 06 qram çəkidə qızıl boyunbağı, ümumi çəkiləri 08 qram 585 əyarlı bir ədəd qızıl sırğa tayı və 01 ədəd üzərində göz muncuğu olan qızıl kulon və 02 qram çəkidə 585 əyarlı 01 ədəd qızıl üzük və dəyəri olmayan ağ qaşları olan gümüşü rəngli metaldan hazırlanmış 01 ədəd sırğa tayını oğurlamışdır. Təqsirləndirilən şəxs tərəfindən lombarda girov qoyulmuş 3 qram çəkidə qızıl boyunbağı isə onların zinət əşyası deyildir və yaşadığı mənzildən oğurlanmamışdır. Son olaraq o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini və ya oğurlanmış əşyaların ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid və mülki iddiaçı qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, fərdi sahibkardır, Bakı şəhəri Nəsimi rayon, Tbilisi xospekti 46 ünvanında yerləşən «Az lompard» ona məxsusdur. Təqsirləndirilən şəxs üç dəfə müxtəlif tarixlərdə onun işlədiyi lombarda yaxınlaşaraq qızıl-zinət əşyalarını girov qoymaq istədiyini bildirmiş və özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bu zaman Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaların oğurluq yol ilə əldə olunması ona məlum olmamış, Anaxanım həmin zinət əşyalarını öz qızılları kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs birinci dəfə 28 mart 2022-ci il tarixdə həmin lombarda gələrək 585 əyarlı 1,2 qram çəkidə bir tay qızıl sırğanı, 750 əyarlı 03 qram çəkidə 01 ədəd «İtaliya» istehsalı olan qızıl boyunbağını, 30 mart 2022-ci ildə ikinci dəfə lombarda yaxınlaşdığı zaman 06 qram çəkidə 585 əyarlı qızıl zənciri (boyunbağı), son olaraq 01 aprel 2022-ci il tarixdə isə 08 qram çəkidə 585 əyarlı tək sırğanı, bir ədəd sədəf kulon və 02 qram çəkidə 585 əyarlı 01 ədəd qızıl üzüyü girov qoymuşdur. Girov qoyulan zinət əşyaları ilə bağlı girov biletləri təqdim edilmiş və onlara əlavə edilən aylıq faiz pulunun ödənilməsi barədə müqavilələr bağlanmışdır. Təqsirləndirilən şəxs ümumilikdə 1155 manat dəyərində qiymətləndirilmiş qızıl zinət əşyalarını girov qoymuş, 1050 manat pul götürmüşdür. Anaxanım götürdüyü pula görə ilkin aylıq faiz ödənişi etsə də, növbəti aylarda aylıq faiz pulunu ödəməmişdir. Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma başlandıqdan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs lombarda girov qoyduğu qızıl zinət əşyalarını oğurlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən ona təqdim olunmuş qızıl zinət əşyaları Yasamal PRİ-nin əməkdaşları tərəfindən ondan götürülmüş, lakin Anaxanım tərəfindən götürülən pullar qaytarılmamışdır. Son olaraq o, ona dəymiş dəymiş ziyanın ödənilməsini və onun tərəfindən verilmiş mülki iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu H.ünvan 5 ünvanda yerləşir və bununla bağlı protokol tərtib edilərək fotoşəkillərlə birlikdə iş materiallarına əlavə edilmişdir. (i.v. 8-12) 28 mart 2022-ci il tarixli 988068 nömrəli girov bileti və ona əlavə edilmiş müqavilədən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 10 manat məbləğində pul ödəyib“RİNG 14 KT" yazısı olan, sarı rəngli 1.25 qram çəkidə, 583/585 əyarlı 106 manat dəyərində 1 ədəd qızıl sırğa tayını girov qoyaraq “AZ LOMBARD”dan 220 manat məbləğində faizlə pul götürmüşdür. (i.v. 15-16) 30 mart 2022-ci il tarixli 988076 nömrəli girov bileti və ona əlavə edilmiş müqavilədən görünür ki, Təqsirləndirilən şəxs «şunur» toxunuşlu, üzərində «585» damğası olan, 6,08 qram çəkidə 583/585 əyarlı 517 manat dəyərində qızıl boyunbağını girov qoyaraq “AZ LOMBARD”dan 300 manat məbləğində faizlə pul götürmüşdür. (i.v. 17-18) 01 aprel 2022-ci il tarixli 988078 nömrəli girov bileti və ona əlavə edilmiş müqavilədən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə üzərində 6 ədəd hər biri 0,026 kt olmaqla ümumilikdə 4/3 karat brilyant qaşları və 1 ədəd ağ rəngli kürə formalı muncuq (qaş hissəsi gümüşü rəngli), kilidinin üzərində“İ*750” damğası olan, 6,87 qram çəkidə, 750 əyarlı 705 manat dəyərində 1 ədəd sırğa tayını, Dairə" formalı, üzərində “göz" formalı elementləri, asılqan hissəsinin üzərində “750" damğası olan 2,11 qram çəkidə, 750 əyarlı 211 manat dəyərində 1 ədəd kulonu və “RİNG 14 KT” yazısı olan 2,23 qram çəkidə 583/585 əyarlı 190 manat dəyərində 1 ədəd üzüyü girov qoyaraq “AZ LOMBARD”dan 530 manat məbləğində faizlə pul götürmüşdür. (i.v. 20-21) 28 mart 2022-ci il tarixli 887626 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 28 mart 2022-ci il tarixli 988068 nömrəli girov bileti və ona əlavə edilmiş müqavilə üzrə “AZ LOMBARD”a 10 manat məbləğində pul ödənilmişdir. (i.v.14) 01 aprel 2022-ci il tarixli 887645 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 30 mart 2022-ci il tarixli 988076 nömrəli girov bileti və ona əlavə edilmiş müqavilə üzrə “AZ LOMBARD”a 14 manat məbləğində pul ödənilmişdir. (i.v. 22) 01 aprel 2022-ci il tarixli 887644 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 01 aprel 2022-ci il tarixli 988078 nömrəli girov bileti və ona əlavə edilmiş müqavilə üzrə “AZ LOMBARD”a 24 manat məbləğində pul ödənilmişdir. (i.v. 19) “Könüllü təqdim edilən əşyanın götürülməsi və baxış keçirilməsi haqqında" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 1 ədəd ağ rəngli qaşları olan sırğaya baxış keçirilməklə götürülmüşdür və bununla bağlı protokol tərtib edilərək fotoşəkillərlə birlikdə iş materiallarına əlavə edilmişdir . (i.v. 41- 44) “Əşyaların götürülməsi və baxış keçirilməsi haqqında" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid tərəfindən təqdim edilmiş qızıl-zinyət əşyaları götürülmüşdür. (i.v. 178-179) “Vahid nüsxə üzrə əşyanın tanınması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınması üçün ona təqdim edilmiş əşyalar arasından qızıl zinyət əşyalarından bir ədəd “İtaliya” qızılından olan boyunbağıdan başqa digər qızıl zinyət əşyalarının ona məxsus olmasını bildirmişdir və bununla bağlı protokol tərtib edilərək fotocədvəllə birlikdə iş materiallarına əlavə edilmişdir . (i.v. 183-186) “Mülki iddiaçı kimi tanımaq haqqında” 30 iyul 2021-ci il tarixli qərardan görünür ki, Şahid cinayət işi üzrə mülki iddiaçı kimi tanınmışdır. (i.v. 194-195) “Təqsirləndirilən şəxsi mülki cavabdeh kimi tanımaq haqqında” 30 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə mülki cavabdeh kimi tanınmışdır. (i.v. 203-204) “Əşyanın tanınması haqqında” 08 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim olunmuş üç ədəd şəffaf sellofan paket içərisində olan 04 qərəm altında qızıl məmulatlarını nəzərdən keçirirək bir ədəd sarı rəngli qızıl boyunbağını tanımış və bildirmişdir ki, həmin boyunbağı ona məxsusdur, pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs evindən oğurladığı qızıllarla birlikdə lombarda vermişdir. Bununla bağlı protokol tərtib edilərək fotoşəkillərlə birlikdə iş materiallarına əlavə edilmişdir. (i.v. 230-234) Cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 31 may 2022ci il tarixli 6/2720-9/3380 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2,17 qram kütləli, üzərində rəngsiz, şəffaf qaşlar yerləşdirilmiş, kilidinin üzərində və köməkçi hissəsinin iç tərəfində “925" damğası olan, gümüşü rəngli 1 ədəd sırğa tayı dəmir əsaslı ətirintidən hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyildir. Tədqiqata təqdim edilmiş 1 ədəd sırğa tayı təyinatı üzrə istifadəyə yararsız olduğundan qiymətsiz hesab olunur. (i.v. 132-133) Cinayət işi üzrə təyin edilmiş kompleks məhkəmə-kimyəvi və əmtəəşünaslıq ekspertizasının 29 avqust 2022-ci il tarixli 6/4078-9/5344 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş materiallardan Cədvəl 1 üzrə sıra nömrəsi:

1. 5, 6 olanlar 750 əyarlı qızıldan hazırlanmışdır;

2. 2, 3, 4 olanlar 583/585 əyvrlı qızıldan hazırlanmışdır;

3. 6 olanın qaşları qiymətli qaşlara aiddir, brilyantdır. Təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşlarının təbiəti, bamğası, adları və s.) Cədvəl 1-də qeyd edilmişdir. Aparılmış fızikikimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, tədqiqata təqdim olunmuş zərgərlik məmulatlarının 2022-ci ilin mart və aprel aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2034 manat müəyyən edilir. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri Cədvəl 1-də göstərilmişdir. (i.v. 213-216) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə üzərində qəhvəyi rəngli qaşlar və “RİNG 14 KT” yazısı olan, sarı rəngli 1*25 qram çəkidə, 583/585 əyarlı 1 ədəd qızıl sırğa tayını, «Şunur» toxunuşlu, üzərində «585» damğası olan, 6,08 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl boyunbağı, üzərində qəhvəyi rəngli qaşlar və halqasının iç tərəfində “RİNG 14 KT” yazısı olan 2,23 qram çəkidə 583/585 əyarlı 190 manat dəyərində 1 ədəd üzük, kilidinin üzərində və köməkçi hissəsinin iç tərəfində “925” damğası olan, gümüşü rəngli dəmir əsaslı ətirintidən hazırlanmış dəyəri olmayan sırğa tayını, “Dairə” formalı, üzərində “göz” formalı elementləri, asılqan hissəsinin üzərində “750” damğası olan 2,11 qram çəkidə, 750 əyarlı 1 ədəd kulon, üzərində 6 ədəd hər biri 0,026 kt olmaqla ümumilikdə 4/3 karat brilyant qaşları və 1 ədəd ağ rəngli kürə formalı muncuq (qaş hissəsi gümüşü rəngli), kilidinin üzərində “İ*750” damğası olan, 6,87 qram çəkidə, 750 əyarlı 1 ədəd sırğa tayı maddi sübut kimi tanınmış və həmin qızıl məmulatları məhkəmənin hökmü çıxanadək Bakı şəhəri BPİ-nin X13 saxlanc kamerasına təhvil verilmiş, 988068 №-li kassa orderi və girov biletinə əlavə (müqavilə), 988076 №-li kassa orderi və girov biletinə əlavə (müqavilə), 988078 nömrəli kassa orderi və girov biletinə əlavə olunmuş müqavilələr maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə olunmuşdur. İş üzrə bir ədəd üzərində «750» damğası olan, 3,05 qram çəkidə 750 əyarlı 1 ədəd qızıl boyunbağı Təqsirləndirilən şəxs məxsus olduğundan sahibinə qaytarılmaqla maddi sübut kimi tanınmamışdır. Azərbaycan Respublikası ƏN-nin MEM-nin 6/4078-9/5344 nömrəli rəyində qeyd olunmuş zərgərlik məmulatlarının ümumilikdə məbləği 2034 manat qeyd olunsa da həmin qızıl zinət əşyalarının içərisində Təqsirləndirilən şəxs məxsus 750 əyarlı 305 manat dəyərində 3,05 qram şunur toxunuşlu sarı rəngli, qırıq vəziyyətdə olan bir əldəd boyunbağı yekun məbləğ olan 2034 manatdan çıxılmış və Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 1.729 manat kimi qiymətləndirilmişdir. (i.v. 238-246) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün, zərərçəkmiş şəxs və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. CM-nin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 06 aprel 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək şübhəli şəxs qismində tanınmış və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 54-55, 65-66) “Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması barədə” 08 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. (i.v. 82) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 84) Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X3 ilə evlidir. (i.v. 85) Doğum haqqında şəhadətnamələrin, şəxsiyyəti təsdiq edən sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2010-cu il təvəllüdlü X7, 15 sentyabr 2009-cu il təvəllüdlə X4, 10 fevral 2021-ci il təvəllüdlü X8 və 27 mart 2018-ci il təvəllüdlü X5 adında dörd azyaşlı övladı vardır. (i.v. 86-89, 235-236) AR Abşeron rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qəsəbədə yaşadığı müddətdə özünü sakit aparmışdır, onun və ailə üzvləri barədə nümayəndəliyə heç bir yazılı və ya şifahi ərizə, şikayət daxil olmamışdır. (i.v. 247) CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 36 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.4 və 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri BPİ-nin X13 saxlanc kamerasına təhvil verilmiş bir ədəd möhürlənmiş zərfdə «üzərində qəhvəyi rəngli qaşlar və “RİNG 14 KT yazısı olan sarı rəngli 1,25 qram çəkidə, 583/585 əyarlı 1 ədəd qızıl sırğa tayının, «şunur» toxunuşlu, üzərində «585» damğası olan, 6,08 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl boyunbağının, üzərində qəhvəyi rəngli qaşlar və halqasının iç tərəfində “RİNG 14 KT" yazısı olan 2,23 qram çəkidə 583/585 əyarlı 190 manat dəyərində 1 ədəd üzük, kilidinin üzərində və köməkçi hissəsinin iç tərəfində “925” damğası olan, gümüşü rəngli dəmir əsaslı ətirintidən hazırlanmış dəyəri olmayan sırğa tayı, “Dairə" formalı, üzərində “göz" formalı elementləri, asılqan hissəsinin üzərində “750” damğası olan 2,11 qram çəkidə, 750 əyarlı 1 ədəd kulon, üzərində 6 ədəd hər biri 0,026 kt olmaqla ümumilikdə 4/3 karat brilyant qaşları və 1 ədəd ağ rəngli kürə formalı muncuq (qaş hissəsi gümüşü rəngli), kilidinin üzərində “1*750" damğası olan, 6,87 qram çəkidə, 750 əyarlı 1 ədəd sırğa tayının qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. 1 ədəd sırğa, 988068 nömrəli kassa orderi və girov bileti, 988076 №-li kassa orderi və girov bileti, 988078 nömrəli kassa orderi və girov biletləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə təyin edilmiş ekspertiza üzrə aparılmış tədqiqatların dəyəri olan 264 (iki yüz altmış dörd) Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə mülki iddiaçı Şahid tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış Şahid məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərmişdir ki, Yasamal RPİ İstintaq Şöbəsində istintaqı aparılan cinayət işi üzrə qəbul edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə 28 mart 2022-ci il tarixdə saat 11 radələrində xidmətçi işlədiyi ünvan 6 ünvanda yerləşən mənzildə Zərərçəkmiş şəxs məxsus qızıl-zinyət əşyalarını oğurlamış və onun fəaliyyətində olan lombarda girov qoyaraq pul vəsaiti götürmüşdür. Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə 988068 nömrəli girov bileti əsasında 585 əyarlı 1.2 qram çəkidə olan sırğa və 750 əyarlı 3 qram çəkidə olan boyunbağı, xx.xx.2022-ci il tarixdə 988076 nömrəli girov bileti əsasında 583 əyarlı 6 qram çəkidə olan boyunbağı və xx.xx.2022-ci il tarixdə 988078 nömrəli girov bileti əsasında 585 əyarlı 8 qram çəkidə olan tək sırğa və 750 əyarlı 2.1 qram çəkidə olan üzük girov qoyulmuş və həmin girov müqabilində ümumilikdə 1050 (bir min əlli) manat məbləğində pul vəsaiti götürmüşdür. Yasamal Rayon Məhkəməsinin 5(004)-517/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı əsasında cinayət işi üzrə sübut əhəmiyyətinə malik ola biləcək qızıl-zinyət əşyalarının ondan götürülməsi qərara alınmışdır. Qeyd olunan əşyaların ondan alınması ona maddi ziyanın vurulması ilə nəticələnmişdir. Bununla da, hesab edir ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Təqsirləndirilən şəxs dəymiş zərərə görə 1050 (bir min əlli) manat məbləğində pul vəsaitinin tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Beləliklə göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün həmin cinayət işi ilə əlaqədar mülki iddiaçı Şahid vurduğu ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Məhkəmə 1050 (min əlli) manat maddi ziyandan təqsirləndirilən şəxs tərəfindən 48 (qırx səkkiz) manatın ödənilməsini nəzərə alaraq hesab edir ki, mülki iddia qismən təmin edilməli, cinayət nəticəsində vurulmuş 1002 (min iki) manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs Şahid xeyrinə tutulmalıdır Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinsin və ona hər ay qazancından 15 (on beş) faiz dövlət nəfinə tutulmaqla 01 (bir) il, 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri BPİ-nin X13 saxlanc kamerasına təhvil verilmiş bir ədəd möhürlənmiş zərfdə «üzərində qəhvəyi rəngli qaşlar və “RİNG 14 KT yazısı olan sarı rəngli 1,25 qram çəkidə, 583/585 əyarlı 1 ədəd qızıl sırğa tayı, «şunur» toxunuşlu, üzərində «585» damğası olan, 6,08 qram çəkidə 583/585 əyarlı 1 ədəd qızıl boyunbağı, üzərində qəhvəyi rəngli qaşlar və halqasının iç tərəfində “RİNG 14 KT" yazısı olan 2,23 qram çəkidə 583/585 əyarlı 190 manat dəyərində 1 ədəd üzük, kilidinin üzərində və köməkçi hissəsinin iç tərəfində “925” damğası olan, gümüşü rəngli dəmir əsaslı ətirintidən hazırlanmış dəyəri olmayan sırğa tayı, “Dairə" formalı, üzərində “göz" formalı elementləri, asılqan hissəsinin üzərində “750” damğası olan 2,11 qram çəkidə, 750 əyarlı 1 ədəd kulon, üzərində 6 ədəd hər biri 0,026 kt olmaqla ümumilikdə 4/3 karat brilyant qaşları və 1 ədəd ağ rəngli kürə formalı muncuq (qaş hissəsi gümüşü rəngli), kilidinin üzərində “1*750" damğası olan, 6,87 qram çəkidə, 750 əyarlı 1 ədəd sırğa tayı" qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın. bundan əlavə 1 ədəd sırğa, 988068 nömrəli kassa orderi və girov bileti, 988076 №-li kassa orderi və girov bileti, 988078 nömrəli kassa orderi və girov biletləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə verilmiş mülki iddia qismən təmin edilsin. Cinayət əməli nəticəsində dəymiş 1002 (bir min iki) manat məbləğində maddi ziyan mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Şahid xeyrinə ödənilsin. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 264 (iki yüz altmış dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar