Məhkəmə qərarları › İş №1(004)-495/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-495/2023

20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-495/2023 20.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Musamədin oğlunun və onun müdafiəçisi “Zəfər” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi ev 30-da qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Musamədin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Musamədin oğlu yol hərəkəti qaydalannı pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 15:30-da “B” kateqoriyalı, AC092987 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, X1 məxsus “Renault Clio” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Yasamal rayonu Tiblisi propektindən Şəfayət Mehdiyev küçəsi ilə sağ hərəkət zolağı ilə 60 kilometr/saat sürətlə hərəkətdə hərəkətdə olan zaman ünvan 2 ünvanında yerləşən binanın qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, yola daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyini təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək yolu soldan sağa keçən piyada xx.xx.1944-cü il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin arxa sağ təkəri ilə vuraraq sonuncuya sağ ayağın hər iki topuğun qapalı yerdəyişmiş sınığı, sindesmozun zədələnməsi kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına pozulmasına səbəb olan xəsarətlər yetirərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozub, yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Musamədin oğlu ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində “Renault Clio” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili Yasamal rayonu, Tbilisi prospektindən Ş.Mehdiyev küçəsi ilə yolun sağ zolağı ilə üzü Tibb Texnikomu istiqamətinə hərəkət etmişdir. O, Ş.Mehdiyev küçəsində yerləşən “Qoşa park” yaşayış binalarının qarşısında olan zaman sol zolaqla hərəkətdə olan “Land Cruiser” markalı avtomobilin ön hissəsindən qəfildən bir nəfər yaşlı kişinin yolu keçdiyini görmüşdür. Bu zaman o, idarə etdiyi avtomobili cəld şəkildə sol tərəfə yəni, “Land Cruiser” markalı avtomobil tərəfə çəkmiş, lakin avtomobili saxlamağa imkanı olmamışdır. Bundan sonra o idarə etdiyi avtomobil ilə həmin şəxsə toxunmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş zərəri tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, “Renault Clio” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobil ona qaytarılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində ünvan 3 ünvanda “Lankom” adlı mağazandan çıxıb yolu “Qoşa Park” yaşayış kompleksi istiqamətində keçərkən “X9” markalı avtomobil ona yol verdiyi üçün yolun birinci hissəsini keçib ikinci hissəyə daxil olduqda sağından gələn “Renault” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtmobil onu vuruşdur. Orada olan digər şəxslərin köməyi ilə o Travmatologiya instutuna getmiş, müayinə zamanı müəyyən edilmişdir ki, onun sağ ayağının topuq nahiyyəsi sınmışdır. Yekun olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Musamədin oğlu tərəfindən ona vurulmuş ziyanın tam olaraq ödənilmişdir. Hazırda onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 4 ünvanın qarşısında baş vermişdir. (i.v. 7-11) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, “Renault Clio” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə olmuş və avtomobildə hər hansı xarici zədə olmamışdır. (i.v. 12-13) “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair xx.xx.2022-ci il tarixli 2/32015 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs Musamədin oğlu hadisə törədərkən ayıq vəziyyətdə olmuş və alkoqolun, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış şərxoşluq vəziyyəti aşkar olunmamışdır. (i.v. 18) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X10 canlı şəxsin ekspertizası ilə bağlı 17 oktyabr 2022-ci il tarixli 349 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına ETTOİ-də tərtib edilmiş tibbi sənəddə qeyd olunan xəsarət- “Sol hər iki topuğun qapalı yerdəyişmiş sınığı, sindesmozun zədələnməsi” küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəşində göstərilən şəraitdə və müddətdə, xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (i.v. 31-33) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası” ilə bağlı 09 iyun 2023-cü il tarixli, 8/1495 nömrəli rəyindən görünür ki, «Renault Clio» markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində ”Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələbiərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 94-97) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası” ilə bağlı 31 avqust 2023-cü il tarixli, 8/2474 nömrəli rəyindən görünür ki, «Renault Clio» markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində ”Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələbliərinə riayət etməklə hadisənin qarşısın almağa texniki imkanı olmuşdur. (i.v. 163-166) “Baxış və götürülmə keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunan baş vermiş hadisənin özündə əks etdirən 13 saniyə ərzində qeydə alınmış videogörüntü parçası vardır. Həmin avtomobillərin intensiv olaraq hərəkət etmələri, piyadanın yolun əks tərəfindən, yəni sol tərəfindən sağ tərəfinə keçən piyada kişinin yolu adi addımlarla hərəkət edib yolun sağ tərəfinə yaxınlaşarkən avtomobilin onun ayaq nahiyəsini vurması, sonra piyadanın axsaya-axsaya hərəkət etməsi, ətrafda olan şəxslərin ona yaxınlaşması müşahidə olunur. (i.v. 55) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Musamədin oğluna xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixdək etibarlıdır.) AC 092987 nömrəli “B" kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırlması ilə bağlı hər hansı bir məlumat qeydə alınmamışdır. (i.v. 92-93) Bakı şəhəri 48 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci ildə verilmiş ƏN-Vİİ №518987 saylı etibarnamədən görünür ki, «Renault Clio» markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 həmin avtomobili 1 il müddətinə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək üçün Təqsirləndirilən şəxs Musamədin oğluna etibar edilmişdir. (i.v. 22) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Musamədin oğlunun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 mart 2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 03 il azadlıqdan məhrum etimə cəzasına məhkum edilərək 02 il şərti sınaq müddəti tətbiq edilmişdir. (i.v. 140-141) “Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi” barədə 08 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Musamədin oğlunun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 120-121) “Sübutların qiymətləndirilməsi haqqında” 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs hadisə baş verən ərazinin yaxınlığında olan mühafizə kameralarının birindən hadisənin görüntüsünü əldə etdiyi videogörüntünün köçürüldüyü 01 ədəd disk elektron məlumat daşıyıcısı olduğundan maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 169-176) Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Musamədin oğlu ilə barışmış, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Onun Təqsirləndirilən şəxs Musamədin oğlundan heç bir şikayəti yoxdur. Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Musamədin oğlunun CMin 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Musamədin oğlu Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs Musamədin oğlu tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, CM-in 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Musamədin oğlu cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin, hazırki qərar qanuni qüvvəyə mindiyi gündən Təqsirləndirilən şəxs Musamədin oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Renault Clio” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs Musamədin oğluna təhvil verilməsi nəzərə alınmalı, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizaları üzrə 170 (yüz yetmiş) manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs Musamədin oğlundan tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Musamədin oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Zəfər” saylı Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Musamədin oğluna göstərilmiş hüquqi xidmətə görə “Zəfər” Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Zəfər” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 43.1.2, 321, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Musamədin oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Musamədin oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış «Renault Clio” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs Musamədin oğluna qaytarılması nəzərə alınsın, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 170 (yüz yetmiş) manat məbləğində vəsait Təqsirləndirilən şəxs Musamədin oğlundan tutularaq dövlət büdcəsinə keçirilsin (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ**********0000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Təqsirləndirilən şəxs Musamədin oğluna göstərilmiş hüquqi xidmətə görə B “Zəfər” Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Zəfər” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar