Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-495/2024 29.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 27 avqust 1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, işləməyən, məhkum olmuş və məhkumluğu ödənmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Abşeron rayonu Masazır qəsəbəsində ev almağına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, mənzilin alınmasını təşkil etmək məqsədilə 15 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən 3 saylı «Asan Xidmət» Mərkəzində notariat kontorunda müqavilə bağlamaqla 12000 manat, 04 may 2022-ci il tarixdə saat 15:14-dən saat 15:17-dək olan müddət ərzində ünvan 3 ünvanında yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə 5243 7544 1073 4175 nömrəli kart hesabına köçürməklə ümumilikdə 5000 manat, 20 may 2022-ci il tarixdə saat 15:14-də ünvan 3 ünvanında yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə 5243 7544 1073 4175 nömrəli kart hesabına köçürməklə 1000 manat, 15 iyun 2022-ci il tarixdə saat 18:13-də ünvan 3 ünvanında yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə 5243 7544 1073 4175 nömrəli kart hesabına köçürməklə 1000 manat, 12 iyul 2022-ci il tarixdə saat 11:18-də ünvan 3 ünvanında yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə 5243 7544 1073 4175 nömrəli kart hesabına köçürməklə 1000 manat, 01 avqust 2022-ci il tarixdə saat 12:54-də ünvan 3 ünvanında yerləşən «Milliön» ödəmə terminalı vasitəsi ilə 5243 7544 1073 4175 nömrəli kart hesabına köçürməklə 1000 manat, 09 sentyabr 2022-ci il tarixdə saat 22:53-də ünvan 4 ünvanında yerləşən «eManat» ödəmə terminalı vasitəsi ilə 5243 7544 1073 4175 nömrəli kart hesabına köçürməklə ümumilikdə 500 manat, 28 sentyabr 2022-ci il tarixdə saat 18:47-dən saat 18:48-dək olan müddət ərzində ünvan 5 ünvanında yerləşən «eManat» ödəmə terminalı vasitəsi ilə 5243 7544 1073 4175 nömrəli kart hesabına köçürməklə ümumilikdə 2900 manat, 30 oktyabr 2022-ci il tarixdə saat 10:37-dən saat 10:39-dək olan müddət ərzində ünvan 4 ünvanında yerləşən «eManat» ödəmə terminalı vasitəsi ilə 5243 7544 1073 4175 nömrəli kart hesabına köçürməklə ümumilikdə 5000 manat, 01 noyabr 2022-ci il tarixdə «Birbank» mobil tətbiqi vasitəsi ilə 5243 7544 1073 4175 nömrəli kart hesabına köçürməklə ümumilikdə 400 manat, 03 noyabr 2022-ci il tarixdə saat 07:22-dən saat 07:33-dək olan müddət ərzində ünvan 4 ünvanında yerləşən «eManat» ödəmə terminalı vasitəsi ilə 5243 7544 1073 4175 nömrəli kart hesabına köçürməklə ümumilikdə 5000 manat, 02 dekabr 2022-ci il tarixdə saat 19:53-də Bakı şəhəri, Yasamal rayonu, «Mida» Yaşayış Kompleksi «Bazarstore 2»-də yerləşən «eManat» ödəmə terminalı vasitəsi ilə 5243 7544 1073 4175 nömrəli kart hesabına köçürməklə ümumilikdə 1400 manat, 30 dekabr 2022-ci il tarixdə saat 10:38-də ünvan 4 ünvanında yerləşən «eManat» ödəmə terminalı vasitəsi ilə 5243 7544 1073 4175 nömrəli kart hesabına köçürməklə 1000 manat, 07 yanvar 2023-cü il tarixdə saat 19:30-da Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yol, Yasamal Y/B-də yerləşən 00233 nömrəli ödəmə terminalı vasitəsi ilə 5243 7544 1073 4175 nömrəli kart hesabına köçürməklə 700 manat, 08 yanvar 2023-cü il tarixdə saat 13:10-dan saat 13:18dək olan müddət ərzində Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yol, Yasamal Y/B-də yerləşən 00233 nömrəli ödəmə terminalı vasitəsi ilə 5243 7544 1073 4175 nömrəli kart hesabına köçürməklə ümumilikdə 1400 manat, 07 fevral 2023-cü il tarixdə saat 19:30-da Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yol, Yasamal Y/B-də yerləşən 00233 nömrəli ödəmə terminalı vasitəsi ilə 5243 7544 1073 4175 nömrəli kart hesabına köçürməklə 700 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 40000 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tikinti işləri apardığı üçün tikinti yekunlaşanda pulun əvəzinə ona ev verilir. 2021-ci ilin oktyabr ayında qonşuluqda yaşayan Xanım adlı qonşu onunla əlaqə saxlayaraq bildirmişdir ki, sonuncunun rəfiqəsi ev almaq istəyir. O, Xanıma bildirmişdir ki, rəfiqəsi onunla əlaqə saxlasın, sonuncuya köməklik etməyə çalışacaq. 2022-cü ilin yanvar ayında o, Aygünlə əlaqə saxlayaraq Masazır qəsəbəsində 75.000 manata olan yeni tikilən evdə mənzil təklif etmişdir. Aygünə həmin mənzili göstərmiş və Aygün mənzili bəyənmişdir. O, Aygünə bildirmişdir ki, mənzilə görə ilkin ödəniş etmək lazımdır. Aygün onunla razılaşmış və bildirmişdir ki, onun 12.000 manat pulu var və həmin pulu ilkin ödənişə verə bilər. O, Aygünə bildirmişdir ki, ilkin ödənişi notarius vasitəsi ilə versin. Aygün razılaşmış və pulu ona verməkdən ötrü onunla birlikdə ünvan 6 ünvanında yerləşən “Asan Xidmət” 3 saylı notariusa yaxınlaşmış və orda Aygün ona 12.000 manat pulu notarius vasitəsi ilə mənzilə görə ödəmişdir. 2022-ci ilin may ayında Aygün əlavə onun kredit katına mənzilə görə 8.000 manat pul göndərmişdir. Sonradan tikilən evin lifti gecikdiyinə görə Aygün evi almaqdan imtina etmiş və ondan Bakı şəhəri, Yasamal rayonuna yaxın mənzil istəmişdir. O, Aygünə bildirmişdir ki, şəhərdə ev baha olacaq əlavə ödəniş etmək lazım olacaqdır. Aygün razılaşmış və əlavə pulu düzəltməkdən ötrü ondan möhlət istəmişdir. Bakı şəhəri, Yasamal rayonunda yerləşən mənzili o, Aygünə 98.000 manata tapmış, həmin mənzili MİDA-nın işçiləri ilə danışaraq kreditə salmış və ilkin ödəniş kimi 22.000 manat ödəmişdir. Aygünü digər mənzilə köçürmüş və bildirmişdir ki, əldə etdiyi mənzil hazır olan kimi onu əldə etdiyi mənzilə köçürəcəkdir. Sonradan o, Aygün üçün əldə etdiyi mənzilin sahibi evi satmaq istəməmiş və ödədiyi 22.000 manat pulu qaytarmışdır. Bu zaman o, Aygünə bildirmişdir ki, Aygün almaq istədiyi mənzilin sahibi mənzili satmaq istəmir və Aygünü Yasamal rayonu “MİDA” yaşayış kompleksində yerləşən başqa mənzilə köçürmüşdür.O, Aygünü köçürtdüyü mənzil Firqan adlı şəxsə məxsus olmuş və hər ay Firqana Aygün orada kirayə qaldığı üçün kirayə pulu ödəmişdir. Lakin Aygünün bu barədə məlumatı olmamışdır. O, Aygünə bildirmişdir ki, yaşadığı mənzil ona məxsusdur. Sonradan onunla Aygün əlaqə saxlamış və yaşadığı mənzilə dəvət etmişdir.Həmin vaxt orada Aygünə məlum olmuşdur ki, mənzil sahibi Firqandır. Bu zaman Aygün ondan ödədiyi pulları tələb etmişdir. O, Aygünə bildirmişdir ki, hal-hazırda pulları qaytara bilmir, ona vaxt versin. O, Aygünə dəymiş ziyanın bir qismini ödəməkdən ötrü ona məxus olan avtomaşını Aygünün adına keçirərək qapısına qoymuş və pul qayıdana gədər orada qalmasını bildirmişdir. Suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, ilkin olaraq 27.000 ödəmiş, sonra “Mida”dan ev istədiyinə görə əlavə olaraq da ödəniş etmiş, vurulmuş ziyandan 25.000 manatını ödəmiş, belə ki, Toyota Prado 2004-cü il buraxılışlı avtomobili onlara vermiş, Aygün xanımın bir qohumu demişdir ki, maşını 25.000 manata istəyən var satmaq istəyirik, düzü ilkin olaraq qiymətə etiraz etsə də razılaşmışdır, çünki bunlara səbəb o, olmuşdur. Maşın satılanda o, Kürdəxanıda istintaq təcridxanasında olmuş, oradan çıxdıqdan sonra ona bildirmişlər ki, maşını 15.000 manata satıblar, sonra oğlunun maşınını satıb 8500 manat da ödəniş etmiş, 2-3 dəfə də 500-500 manat ödəmiş, halhazırda 25.000 manatı qaytarmışdır. Həmçinin Aygün xanımın kirayəsinin pulunu da 7-8 dəfə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdən o, Bakı şəhərində kirayə yaşayır. Bir müddət Bakı şəhərində yaşadıqdan sonra və iş yeri Bakı şəhərində olduğu üçün, Bakı şəhərində mənzil almağa qərar vermiş və bu barədə rəfiqəsi Əhmədova Xanıma söhbət əsnasında bildirmişdir. Bu zaman Xanım ona bildirmişdir ki, sonuncunun qonşuluğunda yaşayan Elçin adlı şəxs MTK-da işləyir həmin şəxsin vasitəsi ilə ev almaq olar. Xanım ona bildirmişdir ki, Elçin bu məsələ ilə bağlı ona köməklik edər. O, xanımla razılaşmış və 2021- ci ilin oktyabr ayının əvvəlləri Xanım ona Elçinin nömrəsini verərək sonuncu ilə danışmağını bildirmişdir. O, Elçinlə əlaqə saxlamış və Bakı şəhərində mənzil almaq üçün köməklik etməyini istəmişdir. Bu zaman Elçin ona bildirmişdir ki, Masazır qəsəbəsində yeni tikilidən mənzil almaq üçün ona köməklik edə bilər. O, Elçinlə razılaşmışdır. Sonradan Elçin ondan ilkin ödəniş istəmiş və bildirmişdir ki, ödənişi “Asan Xidmət” vasitəsi ilə olunsun. Onun ev alqısatqısı ilə bağlı təcrübəsi olmadığı üçün və o, Elçin adlı şəxsə etibar etdiyi üçün sonuncu ilə razılaşmış və 15 oktyabr 2021-ci ildə Elçin adlı şəxsə Abşeron rayonu, Masazır qəsəbəsində yeni tikilən binada mənzil əldə etməkdən ötrü 12.000 manat pulu Yasamal rayonu, “Asan Xidmət”-də borc müqaviləsini bağlayaraq vermişdir. Həmin vaxt Elçin adlı şəxs onu aldadaraq bildirmişdir ki, mənzilin müqaviləsi hazır olmadığı üçün borc müqaviləsi əsasında pulu sonuncuya versin. O, Elçinə inanmış və müqavilə əsasında sonuncuya 12.000 manat pulu vermişdir. Bir müddət sonra o, Elçin adlı şəxsdən mənzilin müqaviləsi ilə maraqlananda ona bildirmişdir ki, bina təhvil veriləndə müqavilə veriləcəkdir. 2022-ci ilin may ayında Elçin ona bildirmişdir ki, o, mənzil almaq istədiyi bina təhvil verilir, əlavə ödəniş etmək lazımdır. O, Elçinlə razılaşmış və 8000 manat pulu Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Grand Market”-də quraşdırılmış “Million” vasitəsi ilə Elçinin ona təqdim etmiş hesabına ödəmişdir. O, Elçindən ev barəsində maraqlananda ona müxtəlif bəhanələr gətirərək vaxt uzadırmış. Sonradan Elçin ona Yasamal rayonunda yerləşən MİDA sosial evlərdə bina təklif etmiş və o, Elçinlə razılaşmışdır. Bu zaman Elçin ona bildirmişdir ki, “MİDA”- da mənzil almaqdan ötrü əlavə ödəniş etmək lazımdır. Ona Elçin evlərin layihələrini göstərmişdir. O, sevinmişdir ki, həmin evlər iş yerinə yaxındır və Elçinlə razılaşmışdır. Sonradan o, “MİDA”-da mənzil almaqdan ötrü Elçinə pul ödəməyə başlamışdır. 2022-ci ilin iyul ayında o, Elçinin hesabına 5.000 manat nağd pulu Abşeron rayonu, Xırdalar şəhərində yerləşən “Grand Mart”-da quraşdırılmış “Million” vasitəsi ilə ödəmişdir. Sonradan 2022-ci ilin sentyabr ayında 7.000 manat nağd pulu Abşeron rayonu, Xırda.az şəhərində yerləşən “Grand Mart”-da quraşdırılmış “Million” vasitəsi ilə Elçinin hesabına ödəmişdir. 2022-ci ilin oktyabr ayında 6.000 manat nağd pulu Yasamal rayonunda yerləşən mənzili əldə etməkdən ötrü Abşeron Rayonu Xırdalan qəsəbəsində “Million” vasitəsi ilə Elçinin hesabına ödəmişdir. Sonradan o, Elçinin hesabına 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar və fevral aylarında 700 manat nağd pul Yasamal rayonu, “MİDA” sosial yaşayış kompleksinin həyətində yerləşən “Araz” marketdə quraşdırılmış “Million” vasitəsi ilə Elçinin hesabına ödəmişdir. xx.xx.2023-cü il tarixdə o, MİDA-da yerləşən evə köçmüşdür. 2023-cü ilin fevral ayının sonu yaşadığı evə Firqan adlı şəxs gələrək ona bildirmişdir ki, onun yaşadığı ev sonuncuya məxsusdur və evə aid olan sənədləri təqdim etmişdir. Həmin vaxt o, Elçinlə əlaqə saxlamış və yaşadığı ünvana dəvət etmişdir. Elçin ona bildirmişdir ki, onu da aldadıblar, vaxt versin, pullarını qaytaracaqdır. Elçin yaşadığı ünvana gələrək bir daha bildirmişdir ki, özünü də aldadıblar, tez bir zamanda onun mənzil problemini həll edəcək və ona bildirmişdir ki, yaşadığı mənzilin 470 manat kirayəsini ödəyəcəkdir. Həmin vaxt Elçin özünə məxsus olan “Toyota Prado” avtomobili ona təqdim edərək bildirmişdir ki, maşın qalsın, o, pulu ödənməsə maşını satsın və özünə məxsus pulların bir hissəsini götürsün. Sonradan Elçin yaşadığı mənzilin 4 ay kirayəsini ödəmişdir. 2023-cü ilin iyul ayından o, mənzilin kirayə pulunu özü ödəyir. Bundan başqa o, evin sahibi ilə maraqlananda sonuncuya bildirmişdir ki, evi kirayə verir, ödəniş edirsə qalsın, onlar razılaşmış və o, ödəniş etməklə həmin evdə qalmışdır. Bu hadisələrdən sonra o, başa düşmüşdür ki, Elçin onun etibarından sui-istifadə edərək aldadaraq ona qarşı dələduzluq etmişdir. Ümumilikdə ona hadisə nəticəsində 40.000 manat maddi ziyan dəymişdir. Bundan başqa o, mənzilin özünə məxsus olmasını düşünərək mənzilə mebel sifariş edərək quraşdırmış və həmin mebelə görə 13.000 manat pul ödəmişdir. Sonradan Elçin ona təqdim etdiyi “Toyota Prado” markalı avtomobili sonuncunun razılığı ilə 15.000 manata sataraq ona dəymiş ziyanın 15.000 manatını, daha sonra isə 8000 manat ödəmişdir. Ümumilikdə ona hal- hazırda 16.000 manat ödənilməyən ziyan qalmışdır. Suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, noyabr ayının 5-i o, evə köçmüş və ona Elçin bildirmişdir ki, dekabr ayından hər ay 700 manat ödəyəcək yanvar ayın da isə sənədləşməsi hazırdır, o da Elçinə inanmışdır. Həmin il Fevral ayının 5-də, ev yiyəsi qapını açmış və bildirmişdir ki, evdə əşyası götürmək istəyir. Aygün Firqandan soruşanda ki, siz kimsiniz, bildirmişdir ki, ev yiyəsidir. Aygün də həmin şəxsə “nə danışırsız bu evi mən pul verib almışam ola bilməz” demişdir. Bu zaman həmin şəxs ona evin sənədlərini, müqaviləni, çıxarışı göstərib bildirmişdir ki, o, bu evi komendanta vermişdir ki, kirayə versin. O, Elçini çağıraraq biraz mübahisə etmiş, Elçin isə orada ona yalvarmışdır ki, onu hələ polisə verməsin, bütün pulu qaytaracaqdır. Elçin avtomobilini gətirərək ona vermiş, o da maşını 3 ay satmamış və gözləmişdir ki, ona demişlər ki, “maşını satarsan sonra camaat gələr malın istəyər problem olar”. Sonra Elçin barəsində şikayət etmişdir. 2 ildir ki, o, həmin evdə kirayə qalır. Ona dəymiş ziyan çoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Elçinin anasının qonşusu olmuş, Aygün isə onun iş yoldaşı olmuşdur. O da Elçini ev satdığına görə tanıdığı üçün Aygünə demişdir ki, onun Elçin adlı qonşusu var, ev alqısatqısı ilə məşğuldur, istəyirsən ona deyim sənə kömək etsin demişdir. Aygün də bununla razılaşmış, o isə Elçinin anasından nömrəsini almışdır, çünki o, Elçini çox görmürmüş, 3-4 dəfə görmüş və onu yaxşı insan kimi tanımışdır. Aygünlə Elçin öz aralarında evlə bağlı razılaşmışlar. Aradan bir müddət keçdikdən sonra Aygün ona demişdir ki, deyəsən bu ev məsələsi alınmır, o da Aygünə alınmırsa “çəkil dur kənarda” demişdir. Sonra səhv etmirsə Aygün həmin evi almış, yaxınlarını ev gördüsünə dəvət etmişdir. O ərəfələrdə onlar da onun ev gördüsünə getməyə hazırlaşırmış, ancaq məlum olmuşdur ki, Elçin Aygünü aldadıb, yalandan kirayə ev tutub bildirib ki, sənin evindir. Ev üçün səhv etmirsə Masazır qəsəbəsini razılaşmışlar, çünki o, Aygündən soruşmuşdur ki, Masazır istəyərsən o da onun üçün fərqi olmadığını demişdir. Elçinin də anasının dediyinə görə Elçin Masazır tərəfdə ev alqısı-satqısı ilə məşğul olmuşdur. Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs etdiyi müraciət əsasında müstəntiq hadisə yerinə gəlmiş, hadisə yeri Yeni Yasamal, MİDA sosial yaşayış kompleksinin həyətində yerləşən “Araz” marketdə yerləşir, vətəndaş Zərərçəkmiş şəxs verdiyi istiqamətlər əsasında “Araz” marketə daxil olduqda müəyyən edildi ki, ev almaqdaaan ötrü Zərərçəkmiş şəxs “MilliÖn” vasitəsi ilə Elçin adlı şəxsin hesabına 700 manat pul köçürüb. Ümumilikdə müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs Elçin adlı şəxsə ev almaqdan ötrü 40.000 manat pul ödəyib. Elçin adlı şəxs Zərərçəkmiş şəxs aldadaraq və etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs ümumilikdə 40.000 manat maddi ziyan vurmuşdur (i.v.5-7). “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri,Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru İsmayıl Qurbanov Zərərçəkmiş şəxs istintaqa təqdim etmiş olduğu 01 ədəd “DVD” formatlı diskə Bakı şəhəri, Yasamal RPİ-nin İstintaq Şöbəsində 409 saylı xidmət otağında baxış keçirmiş, diskdə 130 “Whatsaap” platforması üzərində yazışmalar aşkar edilmiş, qeyd olunan yazışmalarda evə bağlı məzmunda söhbətlər müəyyən edilmiş, Məlikova Ayğün evin dəyərini onu əldə etmək məqsədilə Təqsirləndirilən şəxs ödəmişdir. Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirilməsi, liftin hazır olmaması, nöqsanların aradan qaldırılması ilə əlaqədar Zərərçəkmiş şəxs müəyyən vaxt istəmiş, qeyd olunan məsələlər həllini tapdıqdan sonra evi təhvil veriləcəyinə söz vermişdir (i.v.17). “DVD diskə baxış keçirilməsi haqqında” 12 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təhqiqat araşdırılması zamanı təqdim edilmiş 1 ədəd DVD diskə baxış keçirmiş, baxış keçirilərkən müəyyən edildi ki, müxtəlif adlı səsli fayllar, müxtəlif adlı foto fayllar və «VİD-20231008-WA0124» adlı video fayl vardır. Qeyd edilən səsli fayllar açıldıqda həmin faylların Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında olan «WhatsApp» sosial şəbəkəsində aparılmış danışıqlardan ibarət olması, həmin danışıqların məzmununa əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mənzilin alınmasının təmin edilməsi ilə bağlı olaraq pulların tələb edilməsi, sonradan mənzilin sənədləşməsi və özgəsinə məxsusluğu ilə bağlı yaranmış problemlərlə bağlı tərəflər arasında danışıqların aparılmasından ibarət olması müəyyən edilir. Müxtəlif adlı foto faylların isə ödəniş qəbzlərinin və müxtəlif şəxslərə aid şəxsi sənədlərin fotoşəkillərindən ibarət olması müəyyən edilir. «VİD-20231008-WA0124» adlı video fayl isə hamam aksesuarlarının video çəkilişinin aparılmasından ibarətdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs səsyazmalardakı qadın səsli mesajların ona aid olmasını, digər kişi səsli mesajların isə Təqsirləndirilən şəxs aid olmasını, həmin səslərin «WhatsApp» sosial şəbəkəsində aparılmış danışıqlardan ibarət olmasını, həmin danışıqların məzmununa əsasən Təqsirləndirilən şəxs mənzilin alınmasının təmin edilməsi ilə bağlı olaraq pulların tələb edilməsi, sonradan mənzilin sənədləşməsi və özgəsinə məxsusluğu ilə bağlı yaranmış problemlərlə bağlı tərəflər arasında danışıqların aparılmasından ibarət olmasını, fotofayllarda isə Təqsirləndirilən şəxs bank kartının hesabına köçürmüş olduğu pulların qəbzlərinin, sənədləşmənin hazırlanması ilə bağlı olaraq özünün və ailə üzvlərinin şəxsi sənədlərinin fotoşəkillərindən ibarət olmasını, bir ədəd videofayldakı çəkilişin isə Təqsirləndirilən şəxs tərəfindən mənzilin hamam otağındakı hamam aksesuarlarının çəkilməsi ilə bağlı olmasını bildirmişdir (i.v.31-34). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 13 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, hal şahidlərinin iştirakə ilə cinayət işi üzrə Zərərçəkmiş şəxs satılması bildirilən Bakı şəhəri, Yasamal rayonu, «Mida» yaşayış kompleksindəki mənzilə baxış keçirilmiş, baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs tərəfindən satılması qeyd olunan mənzil Bakı şəhəri, Yasamal rayonu, “Mida” yaşayış kompleksi, M.Əliyev küçəsi, ev 30, mənzil 51-də yerləşir. 30 saylı ünvanda yerləşən bina yeni tikilmiş çoxmərtəbəli yaşayış binasıdır. Binanın qarşısında 61 rəqəmi qeyd edilmiş girişindən daxil olduqdan sonra mənzilin qarşısına gəldikdə mənzilin 51 saylı olması müəyyən edildi. Mənzilin giriş qapısı palıdı rəngli olmaqla seyf tipli qapıdır, qapı üzərində hər hansı bir zədə izi yoxdur. Zərərçəkmiş şəxs mənzilin giriş qapısını açdıqdan sonra mənzilə daxil olarkən iki otaqlı olmasını, mənzilin bir yataq otağı, bir qonaq otağı, mətbəx və sanitar qovşaqdan ibarət olması müəyyən edilir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin mənzilin Təqsirləndirilən şəxs tərəfindən aralarında olan razılaşmaya əsasən dəyərinin hissə-hissə ödənilməsi şərti ilə satılmasını bildirdi. Baxış zamanı mənzildə iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir əşya və ya predmet müəyyən edilmədi (i.v.35). “DVD diskə baxış keçirilməsi haqqında” 21 fevral 2024-cü il tarixli protokoldan görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs səsyazmalardakı qadın səsli mesajların Zərərçəkmiş şəxs aid olmasını, digər kişi səsli mesajların isə ona aid olmasını, həmin səslərin «WhatsApp» sosial şəbəkəsində aparılmış danışıqlardan ibarət olmasını, həmin danışıqların məzmununa əsasən onun mənzilin alınmasının təmin edilməsi ilə bağlı olaraq pulların tələb edilməsi, sonradan mənzilin sənədləşməsi və özgəsinə məxsusluğu ilə bağlı yaranmış problemlərlə bağlı tərəflər arasında danışıqların aparılmasından ibarət olmasını, fotofayllarda isə onun bank kartının hesabına köçürmüş olduğu pulların qəbzlərinin, sənədləşmənin hazırlanması ilə bağlı olaraq özünün və ailə üzvlərinin şəxsi sənədlərinin fotoşəkillərindən ibarət olmasını, bir ədəd videofayldakı çəkilişin isə onun tərəfindən mənzilin hamam otağındakı hamam aksesuarlarının çəkilməsi ilə bağlı olmasını bildirmişdir (i.v.69-72). 21 fevral 2024-cü il tarixli üzləşmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq edilmişlər. İş üzrə «WhatsApp» sosial şəbəkəsində aparılmış audio, video və fotoşəkilləri özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (i.v 69-72) “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 28 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd olunan maddə ilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 32.4,312, 29,311, 310-cu maddələri ilə cinayət işinin başlanılmasının rədd edilməsi, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 32.4, 312, 29,311-ci maddələrinin tərkibi olmadığından həmin maddələrlə bağlı barələrində cinayət təqibinin rədd edilməsi, Təqsirləndirilən şəxs guya niyyətinin Zərərçəkmiş şəxs əmlakını aldatma yolu ilə ələ keçirilməsi olmaması kimi gətirmiş olduğu xüsusat özünü müdafiə xarakteri daşıdığından və iş üzrə şahid zərərçəkmiş şəxslərin ifadələri, maddi sübutlarla tam təkzib edildiyindən həmin xüsusatın rədd olunması, iş üzrə «WhatsApp» sosial şəbəkəsində aparılmış audio, video və fotoşəkilləri özündə əks etdirən 1 ədəd CD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.126-135). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: “Şübhəli şəxsin barəsində axtarış elan edilməsi haqqında” 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs dəfələrlə istintaqa dəvət olunsa da, sonuncu heç bir əsaslı səbəb olmadan istintaqa gəlməkdən boyun qaçırmış, buna görə də Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v.47). “Axtarışda olan şəxsin tutulması haqqında” 21 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 00:35 radələrində tutulmuşdur (i.v.53). “Cinayət işinin icraatının təzələnməsi haqqında” 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulduğundan ********* saylı cinayət işinin icraatı təzələnmişdir (i.v.54). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-162/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X7 barəsində həbsetmənin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmaqla 01 ay müddətinə, yəni 21 mart 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (i.v.98-102). 04 mart 2024-cü il tarixli protokoldan görünür ki, X4 8.000 manat məbləğində olan pul vəsaiti vətəndaş Zərərçəkmiş şəxs təqdim etmişdir (i.v.103). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-202/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X7 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qəti imkan tədbiri ilə əvəz edilmiş, o, məhkəmə iclas zalından həbsdən azad edilmiş, ev dustaqlığı qətimkan tədbirinin müddəti Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)- 162/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qərarına əsasən müəyyən olunmuş həbsdə saxlanılma müddəti ilə məhdudlaşdırılaraq 21 mart 2024-cü il tarixədək müəyyən edilmişdir (iv.105-108) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 06 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 146, 120-ci maddəsinin 1-ci hissəsi, 192-ci maddəsinin 1-ci hissəsi, 147-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək barəsində CM-nin 38 və 23-1-ci maddələri tətbiq edilməklə 03 il müddətinə əməyə mütləq cəlb edilməklə ona şərti cəza təyin edilmişdir (i.v.109-110). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 21 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadə tərəfindən xx.xx.2024-cü il tarixli qərarla seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılmasına zərurət olmadığından,polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmişdir (i.v.117-119). “Cinayət işinin icraatının dayandırılması haqqında” 23 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ağır xəstələnmiş və İŞ-nə gəlməsi mümkün olmadığı üçün ********* saylı cinayət işinin icraatı dayandırılmışdır (i.v.122). “Cinayət işinin icraatının təzələnməsi haqqında” 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs sağaldığı üçün ********* saylı cinayət işinin icraatı təzələnmişdir (i.v.124). Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2003-cü il tarixli X5 adında uşaqları vardır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının verilməsini istəmədiyini, lakin ona dəymiş maddi ziyanı tam şəkildə ödənilməsini tələb etdiyini bildirmişdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı övladlarının olmasını (AR CM-nin 59.2-ci maddəsi), cinayət nəticəsində vurulmuş zərərin qismən ödənilməsini (CM-59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, ibtidai istintaq zamanı həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər (21 fevral 2024-cü il tarixdən 06 mart 2024-cü il tarixədək təqsirləndirilən şəxsin “həbs” saxlanıldığı və 06 mart 2024-cü il tarixdən 21 mart 2024-cü il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edildikdən sonra saxlanıldığı müddət) azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd disk iş materiallarında saxlanılmalıdır (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Abşeron rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdən 06 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı 14 gün, 06 mart 2024-cü il tarixdən 21 mart 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 15 gün, cəmi 29 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 01 ay 28 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 04 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-495/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-495/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver