Məhkəmə qərarları › İş №1(004)-498/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-498/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-498/2024 28.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X15, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X10 "xxxx" MMC-nin direktoru X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10, X2, X4, X7, X8 və X16 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X10, X2, X4, X7, X8 və X16 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin direktoru X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəza təyin edilməklə barəsinə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, Yasamal Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatında xüsusi itihamla aparılan məhkəmə xx.xx.2024-ci il prossesində "xxxx" Mənzil-Tikinti Kooperativi xx.xx.2016-ci il tarixdən VÖEN-********** X12 Adil oglu tərəfindən şərəf və ləyaqətlərini təhqir edərək məhkəmə zalında demişdir! “X1 yanında işləyən usta dəstəsi“ məhkəmə zalında bunuda video audio çəklişdə və məhkəmədə iştirak edənlər şahidi oldular. Məhkəmədən xahiş edir ki, təqdim etdiyi şikayət ərizəsinə Yasamal rayon məhkəməsində aparılan xx.xx.2024 ci ildə Rauf Daşdəmirovun iclasında işlənən onlara qarşı təhqir “Şərəfsizdilər” sözünün video audio qeydlərin əlavə edilsin, vətəndaş kimi hüququ olmadığından yalnız Məhkəməyə təqdim edildiyindən, möhtərəm hakimdən xahiş edir ki, sorğu verilərək qeyd etdiyi vaxtakı iclasda əsaslı sübut kimi istifadə olunsun. Bir daha nəzərə çatdırmaq istəyir ki, məhkəmədə Yasamal Rayon hakimi Rauf Daşdəmirovun xx.xx.2024-ci il tarixdə keçirilən prossessdə hakim iddiaçi X9 barışıq ücün söz verir, bu adam isə çıxışında qarşı tərəfin şərəf və ləyaqətini təhqir edən “ŞƏRƏFSİZ” sözün işlədir, şər-böhtan atmaqla onların hüquqlarını pozur, "bu və bunun kimi (yanında işləyən ustalar) şərəfsizlər ondan hər yerə şikayət edirlər, deyir və Yasamal Məhkəməsinin hakimi Rauf Dasdəmirov müdaxilə edərək vətəndaşı susdura bilmir və onun vəkili haqlı olaraq etiraz edir çıxışlara təhqirlərə, buna baxmayaraq Rəhimov Elvin qara yaxma ilə çıxışını davam edir. Onu narkoman adlandırır, şərəfsizlər təkrar edərək danışır. Anadan qüsurlu doğulmuş övladını güya onlar hər yerdə haqqında danışıb lag edirlər, (20 nəfər gətirib üzüvə durğuzaram deyir) şərləmə üsullarına əl atır xahiş edirəm bunu xüsusi olaraq nəzərinizdə saxlanılsın. Güya onlar şirkətində işləri nəticəsində 300 min manat ziyan vurublar. Güya dam örtüyü materialları standarta uygun deyil (ümumiyyətlə onlarla bir əlaqəsi olmayan məsələdir, cünki onlar yalnız icra edən usta və fəhlə qrupudurlar, material "Yüksəklik" şirkəti və “Mahal MTK” tərəfindən satışa realizə olub və nəinki standartlara uyğundur, hətta daha yaxşıdır, (qalınlıq 4.0 olmasi standartın tələbidir, amma 4.5 qalınlıqdadır). Güya görülən iş layihədən kənar görülmüşdür (yenə onlara aid olmayan məsələ, Mahal MTK nın mühəndisinin cavabdehliyində olan bir məsələdir, onlar icraçı olduqları halda onlara ünvanlana bilməz, lakin bildirir ki tam layihə əsasında görülüb, əks halda da görülməsi də texniki olaraq mümkünsüzdür, yəni şərböhtandır) əsassız ittihamlar edir. Tanış tikintilərə onlar haqqında şər böhtanlar yayır onların işçi kimi illərcə qazandıqları adlarına maddi mənəvi ziyan vurmaqla məşğuldur. Bu səbəbdən 147 və 148 maddəni əsas tutaraq o və işçi qrup şikayətçidirlər, şərəf və ləyaqətlərinin təhqir olunması, şər və böhtanlara görə, sübut məhkəmə iclasında audio video yazı və protokolaşdırılmışdır. Odur ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş əməli törətdiyi üçün onun həmin maddələr üzrə cinayət məsuliyyətinə cəlb olunmasını və ona layiqli cəza təyin edilməklə barəsində hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şikayət vermiş şəxs X10 bildirdi ki, Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun iclasında olarkən X13 onu və ustabaşı olduğu komandanı ağır təhqir etmişdir. O zaman hakimdən iclasın audio-video yazısının təqdim edilməsini xahiş etmişdi. Onları şərəfsiz adlandıraraq şərəf və ləyaqətlərini təhqir etdi. Ona görə barəsində cəza təyin edilməsini xahiş edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, aşağıdakılara əsasən şikayətin məzmununa aid Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətdə şikayət vermiş şəxs və barəsində şikayət verilən şəxs haqqında məlumatlar (təvəllüdü, doğulduğu yer, məşğuliyyət növü) göstərilməmişdir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; Bundan başqa şikayətdə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs iddiaçı, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs isə cavabdeh kimi göstərilmişdir, bu isə CPM-nin tələblərinə uyğun deyildir. Həmçinin şikayətdə şəxsin CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması xahiş edilsə də, nəzərə alınmalıdır ki, CMnin 147-ci maddəsinin 2 tövsifedici əlaməti vardır, 147.1 və 147.2-ci maddələr. Şikayətçi şikayətində məhz CM-nin 147.1 və ya 147.2-ci maddələrindən hansı ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını dəqiq göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) şikayətdə göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2 – 302.1.4, 302.1.6 – 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10, X2, X4, X7, X8 və X16 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar