Məhkəmə qərarları › İş №1(004)-499/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-499/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-499/2024 11.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, xususi ittihamçı X1 iştirakları ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittihamedici hökmün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 ərizə ilə müraciət edərək xüsusi ittiham qaydasında şikayətin baxılmadan geri qaytarılmasını xahiş etdi. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 və X3 barışıblar və aralarında olan anlaşılmazlıq həll olunmuşdur. Buna görə də o, xüsusi ittiham qaydasında şikayətini geri götürmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə xüsusi ittiham qaydasında şikayət verilmiş X4 lazımi qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasında iştirak etməmiş, məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 tərəfindən məhkəməyə təqdim edlmiş ərizənin məzmunundan görünür ki, o, qarşı tərəflə barışması səbəbindən xüsusi ittiham qaydasında verdiyi ərizəyə baxılmamasını və geri qaytarılmasını xahış edir. Məhkəmə hesab edir ki, bu müraciət xüsusi ittiham qaydasında şikayətdən imtina edilməsi kimi dəyərləndirilməlidir və həmin müraciəti nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 302.1.8, 302.2.3 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar