Məhkəmə qərarları › İş №1(004)-499/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-499/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-499/2025 30.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi, ev 19-da qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi dalan ev 24 a-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini xeyli miqdarda əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə gecə saat 24 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərıfzadə küçəsində yerləşən 3 saylı Asan xidmət mərkəzinin yaxınlığından istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdar təşkil edən 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,271 qram, 0,133 qram, 0,048 qram ümumi təmiz çəkisi 0,452 qram olan ağ rəngli kristal şəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 1 ədəd bükümdə 0,020 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə gecə saat 03:00 dəqiqədə Yasamal RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanda saxlanılaraq Yasamal RPİ-ə gətirilmiş və Polis İdarəsində üzərinə baxış keçirilən zaman, əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,271 qram, 0,133 qram, 0,048 qram ümumi təmiz çəkisi 0,452 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və 1 ədəd bükümdə 0,020 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, həmin tarixdə çörək almağa getmiş, bu zaman polis əməkdaşları onu yolda saxlamış və idarəyə gətirmişlər. Polis idarəsində olarkən narkotik vasitəni onun üzərinə qoymuşlar. O, gecə saatlarında tutulsa da, çəkiliş isə səhər saatlarında olmuşdur. Onu döyərək məcbur etmişlər ki, həmin maddəni üzərinə götürsün. Verilən suallara cavab olaraq isə döyülməsi ilə bağlı prokurorluğa şikayət etdiyini, gecə 03:00-04:00 radələrində tutulduğunu, səhər 10:00 radələrində çəkiliş olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Yasamal RPİ CAŞ-ə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Onun narkotik vasitəni, psixotrop maddəni əldə edib üzərində saxlaması, gəzdirməsi və onun digər hüquqazidd əməllərini ifşa etmək məqsədilə ətrafında əməliyyat axtarış tədbirləri həyata keçirilməli idi. Bu məqsədlə o və Yasamal RPİ CAŞ-nin kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və 01 aprel 2025-ci il tarixdə gecə saat 02:00-dən saat 03:00-dək olan müddətdə Təqsirləndirilən şəxs ətrafında soraqlaşma əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Həmin günü gecə saat 03:00-da Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 55 ünvanında Təqsirləndirilən şəxs saxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və üzərinə baxış keçirilməsi üçün Yasamal RPİ-ə dəvət etmişlər. Orada xidməti otaqda Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edildi, videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl prosessual hərəkətin aparılması zamanı mobil telefon vasitəsilə videoçəkilişin həyata keçirilməsi ilə bağlı iştirakçılar tərəfindən şikayət və ya etiraz daxil olmamışdır. Şəxsi axtarış və götürülmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki mavi rəngli şalvarının sağ yan cibindən 4 ədəd gümüşü cığaraya bükülmüş maddələri çıxarıb təqdim edərək həmin 3 ədəd bükülünün içərisində psixotrop maddə patı-metamfetamin, 1 bükümdə isə heroin olduğunu, həmin maddələri 31 mart 2025-ci il tarixdə axşam saatlarında 3 saylı Asan xidmətin yanından tanımadığı şəxsdən 25 manata öz şəxsi istifadəsi üçün alaraq sonradan istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özünə məxsus Siemens markalı telefonu da təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr zərfə qoyulmuş, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Aşkar olunmuş maddələr qablaşdırılaraq Ədliyyə Nazirliyi MEM-ə göndərilmişdir. Ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,452 qram psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə isə təmiz çəkisi 0,020 qram çəkidə maddə narkotik vasitə heroindir. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatında konkret olaraq hər hansısa bir fakt olmasa da, onun Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, daşınması və saxlanması ilə bağlı məlumatlar tez-tez daxil olurdu. Məhkəmə iclasında dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında dindirilmiş şahid Müdafiəçi1 suallara cavab olaraq hadisənin gecə saatlarında baş verdiyini, polis əməkdaşlarının onu yığaraq tədbir olduğunu və bir nəfər şəxsi saxladıqlarını, onu da bölməyə çağırdıqlarını, evdən tələsik çıxdığı üçün telefonunu evdə unutduğunu və sonradan gətirdiklərini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 aprel 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd gümüşü rəng cığaraya bükülmüş vəziyyətdə maddəni çıxardıb təqdim edərək həmin bükümlərdən 03 ədəd bükümün içərisində psixotrop maddə metamfetamin, 01 ədəd bükümün içərisindəki maddənin isə narkotik maddə heroin olduğunu, həmin maddəni 31 mart 2025-ci il tarixdə axşarr saatlarında Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 3 saylı ASAN Xidmət mərkəzinin yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 25 manat pul ödəyərək aldığını bildirdi, bundan əlavə Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarının sol yan cibindən içərisində 055 ***-**-** nömrəsi olan 01 ədəd ağ rəngli «Siemens» markalı mobil telefon təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd gümüş cığaraya bükülmüş bükülülərə baxış keçirilən zaman onlardan 03 ədədinin içərisində ağ rəngli kristal şəkilli spesifik qoxuya malik psixotrop maddə metanfetaminə bənzər maddə, 01 ədəd bükümün içərisində qəhvəyi rəngli, toz şəklində olan, spesifik qoxuya malik narkotik maddə heroinə bənzər maddə olması aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi 04 ədəd bükülüdəki maddələr və “Siemens” markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 02 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 42 saylı möhürü ilə möhürlənərək götürüldü. Bundan başqa cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi (i.v. 32-33). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2025-ci il tarixli, 6/1209 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №42”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddələr Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 03(üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,271 qram, 0,133 qram, 0,048 qram, ümumi təmiz çəkisi 0,452 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 (bir) bükümdə təmiz çəkisi 0,020 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v. 39- 43). “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 21 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı X5 icraatında Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 85, 236.1-cı maddələrinin tələblərini rəhbər tutub tərtib etmişdir həmin protokolu Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasında, 315 nömrəli xidməti otağında cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış təhqiqat sübutlarının həqiqiliyinə və mötəbərliyinə qiymət verilməsi məqsədi ilə Yasamal RPİ-nin TŞ-dən daxil olmuş disk məlumatlarına baxış keçirmiş, baxış zamanı diskdə olan məlumatlara “DELL” markalı kompüterdən istifadə edilərək baxılacaqdır. Azərbaycan Respublikası CPM-nin 236.1-ci maddəsinə əsasən baxışın keçirilməsində hər hansi digər texniki vasitədən istifadə olunmamışdır. Baxış zamanı məlum olmuşdur ki, həmin dvd diskdə əks edilmiş görüntülər 01 aprel 2025-ci il tarixdə qeydə alınır. Görüntü 10 dəqiqə 52 saniyədən ibarətdir. Süni işıqlandırma şəraitində otaq Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenatı X2 xidməti otağıdır. Videogörüntüdən müəyyən edilir kı, təhqiqatçı F.Həsənov özünü təqdim etdikdən sonra, 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Yasamal RPİ CAŞ-nin əməliyyat müvəkkili Şahid1 və kiçik ə/m Şahid2 təqdim etdikdən sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs özünü təqdim etmiş, videoçəkilişin davamında təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxsə saxlanılarkən AR CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah olunduğunu xatırlatmış, baxışın mobil telefon vasitəsilə həyata keçirilməsini qeyd etmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və etirazının olmadığını demiş, təhqiqatçı tərəfindən AR CPM-nin 246-cı maddəsində nəzərdə tutulan tələblər səsləndirildikdən sonra Təqsirləndirilən şəxs üzərində, geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən 4 ədəd gümüşü cığaraya bükülmüş maddəni çıxarıb təqdim etməsi müşahidə olunur. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs həmin maddələrinin 1 bükümünün kakos, digər 3 bükümün isə patı olduğunu bildirmiş, daha sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən Siemens markalı telefonu da çıxarıb təqdim etməsi müşahidə olunur. Təhqiqatçının sualına cavab olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi maddələri 31 mart 2025-ci il tarixdə axşam saatlarında Yasamal rayonu ərazsindəki 3 saylı Asan xidmətin yanından tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 25 manata alaraq sonradan istifadə etmək məqsədilə üzərində saxladığını bildirmiş, vəkil Müdafiəçi1 sualına cavab olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansısa bir fiziki zoraklığını edilmədiyini, üzərindən aşkar olunmuş maddələrin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənir, iştirakçılar tərəfindən imzalanır. Bundan sonra heç bır sual, əlavə və qeyd olmadığından şəxsi axtarış və götürmə aparılması başa çatmışdır (i.v. 90). “Maddi sübut kimi tanınma haqqında” 21 aprel 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş psixotrop maddənin və narkotik vasitənin götürülməsini videoçəkilişdən istifadə etməklə həmin prosessual hərəkətlərin edilməsini özündə əks etdirən 1 ədəd diskin cinayət işi üzrə sübutedici əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınıb, cinayət işinə əlavə edilməsi qərara alınmışdır (i.v. 91). “Maddi sübut kimi tanınma haqqında” 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi tədqiqata təqdim edilmiş 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,271 qram, 0,133 qram, 0,048 qram, ümumi təmiz çəkisi 0,452 qram psixotrop maddə metamfetamin və 1 (bir) bükümdə təmiz çəkisi 0,020 qram olan narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, qalıq qalmış 3 ədəd bükümdə 0,362 qram metamfetamin və 1 ədəd bükümdə 0,010 qram narkotik vasitə heroinin saxlanılması üçün Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır (i.v. 92). “Mobil telefona baxış keçirilməsi barədə” 14 may 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X5 icraatında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85, 236-cı maddələrinin tələblərini rəhbər tutub tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Təqsirləndirilən şəxs məxsus “Siemens C 55 ” markalı mobil telefona baxış keçirmiş, Siemens C 55 markalı telefona baxış zamanı məlum olmuşdur ki, mobil telefonda ***-***-**-** CSM nömrəsi vardır, mobil telefon sadə formalı, köhnə modelli olmaqla, Android-smartfon tipli telefon deyildir, telefonun kamera funksiyası da yoxdur, telefonun zənglər, mesajlar, qeydlər bölmələrində iş üçün əhəmiyyət kəsb edəcək dəlillər aşkar edilməmişdir (i.v. 100). "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi barədə 22 may 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis polkovnik-leytenantı X5, Azərbaycan Respublikası CPM-nin 51 və 236 maddələrinin tələblərinə əsasən tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Yasamal Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli iş № 5(004)- 294/2025 nömrəli qərarı əsasında "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 4905/25 nömrəli məktuba qoşma olan 1 ədəd CD diskə baxış keçirmiş, baxış zamanı diskdə ***-***-**-** nömrəsi ilə bağlı olan məlumatların əks olunduğu və həmin məlumatların Təqsirləndirilən şəxs heç bir aidiyyətinin olmadığı, iş üçün hər hansısa bir sübut əhəmiyyətinə malik olmadığı müəyyən olunmuşdur. Göstərilən xüsusat araşdırılarkən Təqsirləndirilən şəxs istifadəsində ***-***-**- ** GSM nömrəsinin olduğu halda, texniki səhv olaraq ***-***-**-** nömrəsi ilə əlaqəli məlumatların götürülməsi ilə bağlı verilmiş vəsatətə uyğun olaraq prokuror tərəfindən təqdimat verilmiş və sonda məhkəmə qərarı alınmışdır. Göründüyü kimi, Yasamal Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli İş № 5(004)-294/2025 nömrəli qərarı əsasında "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 4905/25 nömrəli məktuba qoşma olan 1 ədəd CD diskdəkı məlumatların iş üzrə heç bir hüquqi əhəmiyyəti yoxdur (i.v. 101-103). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 may 2025-ci il tarixli, 2610 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v. 114-115). "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi barədə 31 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis polkovnikleytenantı X5, Azərbaycan Respublikası CPM-nin 51 və 236 maddələrinin tələblərinə əsasən tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Yasamal Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli İş № 5(004)- 561/2025 nömrəli qərarı əsasında "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 138/2025 nömrəli məktuba qoşma olan 1 ədəd CD diskə baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsindən və həmin nömrəyə narkotik vasitənin əldə edilməsi ilə bağlı SMS mesajların göndərilməsi müəyyən olunmuşdur. Bundan əlavə qeyd olunan mobil GSM nömrəsinin istifadə olunduğu «Siemens C 55» markalı mobil telefonun sonuncu antenn məlumatlarının, yəni Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt xx.xx.2025-ci il gecə saat 02:54:45-də ünvan 3 ünvanında olması müəyyən olunmuşdur. Qeyd olunan Rahib Tağıyev küçəsi ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 01 aprel 2025-ci il tarixdə gecə saat 03:00-da saxlanıldığı Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 55 saylı ünvan paralel yerləşən küçələrdir. Beləliklə, istintaq zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə gecə saat 03:00-da ünvan 1 ünvanının qarşısında polis əməkdaşları tərəfindən saxlanıldığı günə dair olan telefon məlumatları Bakcell MMC-dən daxil olmuş diskdə göstərilən antenn məlumatları ilə bir daha öz təsdiqini tapmışdır. Baxış zamanı CD diskdən istintaq əhəmiyyətli məlumatlar çıxarılaraq protokola əlavə edilmişdir (i.v. 140-146). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 avqust 2025-ci il tarixli qərardan görünür ki, toplanmış materiallarla, yəni Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün Xidməti araşdırmalar idarəsində toplanmış 435-C-24 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd olunması və bu barədə maraqlı tərəflərə məlumat verilməsi, qərarın surəti Təqsirləndirilən şəxs göndərilməklə qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və yaxud məhkəmə nəzarəti funksiyasını həyata keçirən Bakı şəhəri Nərimanov rayon məhkəməsinə şikayət etmək hüququnun izah olunması, qərarların surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi, materialın saxlanılması üçün Xidməti araşdırmalar idarəsinin arxivinə verilməsi qərara alınmışdır (i.v. 147-148). “250090183 nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinə nəticə verilməsi barədə” 07 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın mahiyyətinə heç bir təsiri olmadığından Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən öz qüvvəsində saxlanılması və barəsində 02 aprel 2025-ci il tarixdə Yasamal rayon məhkəməsinin hakimi X1 tərəfindən 03 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 234.2-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətlərinin olması istintaq materialları ilə tam təkzib edildiyindən, bu hissədə barəsində həmin xüsusatla əlaqədar cinayət təqibi üzrə icraatın rədd edilməsi, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,452 qram psixotrop maddə metamfetaminin və 0,020 qram narkotik vasitə heroin əldə etmə mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işindən materialın ayrılıb əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Yasamal RPİ-nin 28-ci PŞ-nə göndərilməsi, Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddənin və narkotik vasitənin polis əməkdaşlarına təqdim etməsinin könüllü təqdimetmə kimi qiymətləndirilməməsinin nəzərə alınması, təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 ədəd «Siemens C 55» markalı mobil telefon iş üzrə sübut əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3.2 maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilməsi və onun hazırki cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 18.1 maddəsinə əsasən cinayətin residivi kimi qəbul edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Yasamal rayon məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən polis əməkdaşları tərəfindən saxlanılarkən döyülərək fiziki təzyiqə məruz qalması, həbs olunan zaman bədən xəsarətləri alması barədə şifahi bildirməsi ilə bağlı Yasamal rayon məhkəməsindən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində müvafiq araşdırma aparılmış və həmin İdarənin böyük prokuroru İ dərəcəli hüquqşünas X10 tərəfindən toplanmış material üzrə 07 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1 maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın qəbul olunmasının nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs ifadəsi işin digər halları ilə təsdiq edildiyindən, şahidlər Şahid1, Şahid2, Təqsirləndirilən şəxs üstündən psixotrop maddənin və narkotik vasitənin götürülməsi barədə Yasamal RPİ-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli protokol, video çəkilişdən istifadə etməklə həmin prosessual hərəkətlərin edilməsini özündə əks etdirən 1 ədəd «DVD» disk, həmin diskə baxış protokolları, cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in verdiyi 01 aprel 2025-ci il tarixli 6/1209 saylı rəy, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair xx.xx.2025-ci il tarixli 2610 saylı rəy, iş üzrə maddi sübut kimi tanınmış 0,452 qram psixotrop maddə metamfetamin və 0,020 qram narkotik vasitə heroin, eləcə də ‘'Bakcell” MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 138/2025 nömrəli məktuba qoşma olan 1 ədəd CD diskdən çıxarılmış Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsindən və həmin nömrəyə narkotik vasitə ilə əlaqəli SMS mesajların sübut kimi qiymətləndirilməsi, qərarın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır (i.v. 149-161). Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatları araşdırmaq məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-499/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1 məxsus 055 *** ** ** mobil nömrəsinə, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak edən Bakı şəhəri Yasamal RPİnin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məxsus 051 *** ** ** mobil nömrəsinə və Bakı şəhəri Yasamal RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 məxsus 070 *** ** ** mobil nömrəsinə dair xx.xx.2025-ci il saat 02:30-dan 15:00-dək olan müddətdə anten məlumatlarının götürülməsi xahiş edilmişdir. "xxxx" MMC-dən məhkəməyə daxil olmuş 01 oktyabr 2025-ci il tarixli məktubla göndərilmiş CD diskdə olan anten məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1 xx.xx.2025-ci il tarixdə saat 03:55-03:56 radələrində ünvan 5 xx.xx.2025-ci il tarixdə 06:55 radələrində ünvan 24, həmçinin Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi 177 ünvanında, 06:56:01 radələrində ünvan 5 07:12:27 radələrində Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 131 ünvanında, 07:12:56 radələrində ünvan 7a, 07:30:37 radələrində Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi 177 ünvanında, 07:30:38 radələrində ünvan 8lərində ünvan 5 07:56:00, 08:10:31, 08:20:56 radələrində ünvan 5 08:33:18 radələrində ünvan 9lərində ünvan 5 10:54:29 radələrində ünvan 10akı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi 3 ünvanında, 10:55:06 radələrində ünvan 11da, 10:55:06-10:57:50 radələrində ünvan 5 10:58:05 radələrində ünvan 12da, 10:58:39 radələrində ünvan 11da, 10:58:45 radələrində ünvan 5 11:01:11 radələrində ünvan 12da, 11:01:14 radələrində ünvan 11da, 11:02:28 radələrində ünvan 5 11:12:04 radələrində ünvan 13akı şəhəri, Səbail rayonu, Salyan şosesi, 2 Yubiley döngəsi ünvanında, 11:12:17 radələrində ünvan 15lərində Bakı şəhəri, Səbail rayonu ərazisində olmuşdur. Həmçinin həmin məktubla daxil olmuş CD diskdə olan anten məlumatlardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 xx.xx.2025-ci il tarixdə saat 02:46:43-02:54:41 radələrində ünvan 19 03:14:29 radələrində ünvan 1706:08:01 radələrində ünvan 19 06:08:01 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi 196/Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi ünvanında, 06:09:47-06:12:20 radələrində ünvan 19 06:12:21 radələrində Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi 177 ünvanında, 06:12:22-06:37:42 radələrində ünvan 19 06:38:04 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi 196/Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi ünvanında, 06:42:27-06:45:56 radələrində ünvan 19 06:46:29 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi 196/Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi ünvanında, 06:46:45 radələrində ünvan 19 06:47:26 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi 196/Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi ünvanında, 06:48:10- 06:52:29 radələrində ünvan 19 06:53:01-06:59:34 radələrində Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi 177 ünvanında, 07:01:01-07:03:27 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi 196/Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi ünvanında, 07:03:31 radələrində Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi 177 ünvanında, 07:03:52-07:48:36 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi 196/Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi ünvanında, 07:48:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında, 07:48:42 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi 196/Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi ünvanında, 07:48:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında, 08:05:45-08:05:46 radələrində ünvan 19 08:05:47-08:05:49 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında, 08:12:04 radələrində ünvan 19 08:12:08 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında, 08:18:42 radələrində ünvan 21 08:19:09-12:02:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında, 12:03:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə 40 ünvanında, 12:23:32-12:43:03 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında, 12:44:16-12:46:07 radələrində Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə 40 ünvanında, 12:56:29-12:57:29 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında, 13:03:04-13:21:25 radələrində Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə 40 ünvanında, 13:40:25-13:46:37 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında, 14:01:41 radələrində Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə 40 ünvanında, 14:01:47-14:25:43 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında, 14:30:46 radələrində Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə 40 ünvanında, 14:40:57-14:58:54 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında olmuşdur. "xxxx" MMC-dən məhkəməyə daxil olmuş 03 oktyabr 2025-ci il tarixli məktubla göndərilmiş CD diskdə olan anten məlumatlardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 xx.xx.2025-ci il tarixdə 04:05:40-07:05:40 radələrində ünvan 24 ünvanında, 07:55:35 radələrində ünvan 25nında, 10:55:35-13:55:35 radələrində ünvan 26nında olmuşdur. "xxxx" MMC-dən məhkəməyə daxil olmuş 10 oktyabr 2025-ci il tarixli məktubla göndərilmiş CD diskdə olan anten məlumatlardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 xx.xx.2025-ci il tarixdə 04:05:40-07:05:40 radələrində ünvan 27 ünvanında, 07:55:35 radələrində ünvan 25nında, 10:55:35-13:55:35 radələrində ünvan 26nında olmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin tarixdə çörək almağa getdiyini, bu zaman polis əməkdaşlarının onu yolda tutduqlarını, idarəyə gətirdiklərini, polis idarəsində olarkən narkotik vasitəni onun üzərinə qoyduqlarını, gecə saatlarında tutulduğunu, çəkilişin isə səhər 10 radələrində olduğunu, onu döyərək həmin maddəni üzərinə götürməyə məcbur etdiklərini, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın ilk günündən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə iclasında dövlət ittihamçısı və sədrlik edən tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı verilmiş suallara cavab olaraq ona istintaq zamanı fiziki zor tətbiq edildiyini bildirmişdir. Həmin əsasa görə təqsirləndiirlən şəxs tərəfindən verilmiş şikayət əsasında AR Baş Prokurorluğunda araşdırılma aparılmış, 07 avqust 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərara əsasən toplanmış materiallarla, yəni Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün Xidməti araşdırmalar idarəsində toplanmış 435-C-24 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd olunması və bu barədə maraqlı tərəflərə məlumat verilməsi, qərarın surəti Təqsirləndirilən şəxs göndərilməklə qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və yaxud məhkəmə nəzarəti funksiyasını həyata keçirən Bakı şəhəri Nərimanov rayon məhkəməsinə şikayət etmək hüququnun izah olunması, qərarların surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi, materialın saxlanılması üçün Xidməti araşdırmalar idarəsinin arxivinə verilməsi qərara alınmışdır. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən 04 ədəd gümüşü rəng cığaraya bükülmüş vəziyyətdə maddəni çıxardıb təqdim edərək həmin bükümlərdən 03 ədəd bükümün içərisində psixotrop maddə metamfetamin, 01 ədəd bükümün içərisindəki maddənin isə narkotik maddə heroin olduğunu, həmin maddəni 31 mart 2025-ci il tarixdə axşam saatlarında Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 3 saylı ASAN Xidmət mərkəzinin yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 25 manat pul ödəyərək aldığını bildirmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi halların tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə əməliyyat-müvəkkillərinin və ibtidai istintaq zamanı müdafiəçisi olmuş şəxsin mobil rabitə anten məlumatları götürülmüşdür. Anten məlumatlarının təhlilindən görünür ki, əməliyyat müvəkkilləri hadisənin baş verdiyi vaxtda və yerdə olmuşlar. Lakin ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin isə saat 06:55 radələrində Yasamal rayonu, X8 küçəsində olduğu görülmüşdür. Həmin halın müəyyən edilməsi üçün müdafiəçi məhkəmə iclasına çağırılmışdır. Məhkəmə iclasında Müdafiəçi1 həmin gün gecə saatlarında təcili çağrıldığından və bu səbəbdən tələsik evdən çıxdığı üçün mobil telefonunun yaşadığı mənzildə qaldığını və sonradan gətirdiklərini bildirmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin üzərində saat 10 radələrində axtarış və götürmə istintaq hərəkətinin videoçəkilişi aparıldığını və müdafiəçisinin həmin vaxt gəlməsini bildirməsi anten məlumatlarla və Müdafiəçi1 ifadəsi ilə bir daha təkzib olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli və məsuliyyətdən yaxa qurtarmaq üçün edilən cəhd kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İ siyahıya əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” 02 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnın 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır (i.v. 1). “Şübhəli şəxsin tutulması haqqında” 01 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 aprel 2025-ci il tarixdə, saat 03:00 dəqiqədən tutulmuş hesab edilmişdir (i.v. 21). “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 02 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış HK/1-436 saylı material ibtidai istintaqın deavam etdirilməsindən ötrü Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 45). “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” 02 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, qərar ona elan olunmaqla, həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 53-54). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-269/2025 saylı, 02 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 01 aprel 2025-ci il tarixdən, saat 03:00-dan hesablanmaqla 03 ay müddətinə, yəni 01 iyul 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (i.v. 69-73). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 11 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 177.1, 221-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli material xx.xx.2022-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmiş, həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmünə əsasən AR CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuş, bundan başqa Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 06 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (i.v. 87-89). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-122/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməsi və onun məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi, cəzanın icrasının Xidmətin Konvoy Toboruna həvalə edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir (i.v. 96-99). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-497/2025 saylı, 25 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay müddətinə, yəni 01 sentyabr 2025-ci il tarixədək uzadılmışdır (i.v. 130-133). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin müxtəlif maddələri ilə məhkum olunmasını və məhkəmə istintaqının gedişatında səmimilik göstərməyərək təqsirini boynuna almamasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Bir neçə dəfə məhkum olunmuş şəxsə gəldikdə isə qeyd etmək lazımdır ki, belə şəxs həqiqətən yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olur, onda özünə məxsus “vərdiş” əmələ gəlir və təkrar cinayətlərin törədilməsi bu vərdişin dayanıqlığına, məhkum edildikdən və layiqli cəzanın çəkilməsindən sonra cinayətkar fəaliyyətin davam etməsi isə fərdin cəmiyyətin maraqları ilə sabit qarşıdurmasına dəlalət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ağır ictimai təhlükəli xarakter daşıyır. Belə ki, onun üzərindən aşkar edilərək götürülmüş 0,452 qram metamfetamin və 0,020 qram heroin olmaqla, 4 ədəd büküm aşkar edilmiş, həmçinin metamfetaminin miqdarı şəxsi istehlak miqdarından dəfələrlə çox hesab olunur və bu maddələrin cəmiyyətə, xüsusən də gənc nəslin sağlamlığına vurduğu zərər danılmazdır. Qeyd edilməlidir ki, heroin və metamfetaminin qanunsuz dövriyyəsi cəmiyyət üçün son dərəcə təhlükəlidir, asılılıq yaratmaqla yanaşı, digər ağır cinayətlərin törədilməsinə, gənclər və ümumilikdə əhalinin sağlamlığının zərərə məruz qalmasına şərait yaradır. Bu baxımdan, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu əməllərin ictimai təhlükəlilik dərəcəsi yüksək qiymətləndirilir. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxsin şəxsiyyətini və əvvəllər məhkum olunmasını da nəzərə alır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 06 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, lakin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Həmçinin, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı törətdiyi əməli səmimi etiraf etməməsi və məsuliyyətdən yayınmağa cəhd göstərməsi onun mənfi sosial-psixoloji xüsusiyyətlərini və islah olunma perspektivlərinin zəif olduğunu açıq şəkildə nümayiş etdirir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmaması və ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM- 65.2.) nəzərə alınmalı, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 01 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmiş 0,362 qram psixotrop maddə metamfetamin və 0,010 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 28 iş saatına görə 308 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar