Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-50/2021 29.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs: xx.xx.1982-ci ildə Naxçıvan MR, Şərur rayonu, Dizə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan MR, Naxçıvan şəhəri, Qoçüstü küçəsi, ev 44-də qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 23/47, mənzil 93-də yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx xxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində “xxxx” ASC-nin Birləşmiş Sukanal MMC-nin “Mingəçevir Sukanal” idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edərkən öz qulluq mövqeyindən istifadə etməklə ona müraciət etmiş Zərərçəkmiş şəxs1 inam və etibarından sui-istifadə edərək sonuncunu həmin idarədə Əməyin mühafizəsi şöbəsinin rəisi vəzifəsinə təyin edəcəyi barədə yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq xx xxx 2019-cu il tarixdə Mingəçevir şəhəri, Samux küçəsi 10 ünvanında yerləşən öz xidməti iş otağında Zərərçəkmiş şəxs1 3.000 (üç min) manat pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx xxxxx 2017-cı ıl tarixdən xx xxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində “xxxx” ASC-nın Birləşmiş Sukanal MMC-nın “Mingəçevir Sukanal” idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edərkən öz qulluq mövqeyindən istifadə etməklə ona müraciət etmiş “xxxx” ASC-nin direktoru Zərərçəkmiş şəxs2 inam və etibarından sui-istifadə edərək sonuncuya “xxxx” ASC-yə su sayğacının quraşdırılacağı barədə yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2019-cu ilin iyun ayında Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X10 küçəsi 3 ünvanında Kəmalə-Nərmin şadlıq sarayanın qarşısında Zərərçəkmiş şəxs2 1.200 (min iki yüz) manat pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx xxxxx 2017-cı il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində “xxxx” ASC-nın Birləşmiş Sukanal MMC-nin “Mingəçevir Sukanal” idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edərkən öz qulluq mövqeyindən istifadə etməklə ona müraciət etmiş Zərərçəkmiş şəxs4 inam və etibarından sui-istifadə edərək sonuncuya gəlini X1 Mingəçevir şəhərində yerləşən Asan-Xidmət Mərkəzində Su-Kanal idarəsinin mühəndis vəzifəsinə təyin edəcəyi barədə yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2019-cu ilin avqust ayının ortalarında Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus mağazanın qarşısında Zərərçəkmiş şəxs4 2000 (iki min) manat pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx xxxxx 2017-cı il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində “xxxx” ASC-nın Birləşmiş Sukanal MMC-nin “Mingəçevir Sukanal” idarəsinin rəisi vəzifəsim müvəqqəti icra edərkən oz qulluq mövqeyindən istifadə etməklə ona müraciət etmiş Zərərçəkmiş şəxs3 inam və etibarından sui-istifadə edərək onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyi barədə yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhərindən poçt vasitəsilə göndərdiyi və Bakı şəhəri Sabunçu rayonu ərazisində qəbul etdiyi 6000 (altı min) manat pulu, 2020-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs3 Şahid4 vasitəsilə göndərdiyi 4000 (dörd min) manat pulu ünvan 2 ünvanında alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 10.000 (on min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx xxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək olan müddət ərzində “xxxx” ASC-nın Birləşmiş Sukanal MMC-nin “Mingəçevir Sukanal” idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edərkən öz qulluq mövqeyindən istifadə etməklə ona müraciət etmiş Zərərçəkmiş şəxs5 inam və etibarından sui-istifadə edərək onu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyi barədə yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2020-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs5 Şahid4 vasitəsilə göndərdiyi 4000 (dord min) manat pulu ünvan 2 ünvanında alıb ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs1 2019-cu ilin may ayında arvadı Nurlananın vasitəsilə tanımışdır. Nurlananı isə diş həkimi kimi tanımışdır. 2019-cu ilin may ayında Adil və Nurlana onun yanına gəlmişlər. Nurlana ona əri Adilin hazırda işsiz olduğunu, Adili “Su” idarəsində işə düzəltməkdə kömək etməsini demişdir. O, Adili “Su” idarəsində “Əməyin mühafizəsi” şöbəsinə mühəndis vəzifəsinə işə düzəltməkdə köməklik edə biləcəyini demişdir. Nurlana və Adil onunla razılaşmışlar. xx xxx 2019-cu il tarixdə Adil və Nurlana onun yanına gəlmişlər. Həmin tarixdə onun keçmiş iş otağında Adil ona Nurlananın yanında 3.000 manat pul vermişdir. O, Adilə yaxın zamanlarda işə başlayacağını demişdir. O, Adildən aldığı pulu öz şəxsi ehtiyacları üçün sərf etmişdir. Lakin 2019-cu ilin iyun ayında o, işdən çıxdığı üçun Adilə işə düzəlməkdə köməklik edə bilməmişdir. Bundan sonra Adildən aldığı pulu qaytarmaq istəsə də maddi vəziyyəti yaxşı olmadığı üçun Adildən aldığı pulu ona geri qaytara bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 ümumiyyətlə tanımadığını bildirmişdir. O, “xxxx ASC"-nin müdiri kimi Mehman adlı şəxsi tanımışdır. 2019-cu ilin iyun ayında Mehman adlı şəxs onun iş otağına gələrək rəhbəri olduğu “xxxx” ASC-yə su sayğacı qoydurmaq istədiyini, köməklik etməsini xahiş etmişdir. O, bunun üçün Mehmana 1.150 manat pul verməsini demişdir. Mehman onunla razılaşmışdır. O, Mehmana həmin 1150 manat pulu Bakı şəhərində yaşayan Paşa adlı şəxsə göndərməsini, Paşanın su sayğacı alıb göndərəcəyini demişdir. O, Mehmana Paşanın nömrəsini vermişdir. Mehman bir neçə gündən sonra tanımadığı dostu vasitəsilə Paşaya 1.150 manat pul göndərmişdir. Həmin gun Paşa ona zəng edərək sayğac tapa bilmədiyini demişdir. Bundan sonra o, Paşaya pulu ona göndərməsini, onun ozünun sayğac tapıb alacağını demişdir. Paşa pulu ona göndərdikdən sonra o, 1.150 manat pulu Bakı şəhəri, Binəqədi rayonu, 7-cı mikrorayon, “Kəmalə-Nərmin şadlıq sarayının qarşısında əvvəllər tanımadığı taksi sürücüsündən götürmüşdür. Bundan sonra özü sayğac axtarmağa başlamışdır. Bundan başqa o, təxminən 2-3 gün sonra Mehmandan öz şəxsi xərcləri üçün 250 manat borc pul almışdır. Təxminən 01 ay sonra ona Mingəçevir şəhərində yaşayan Arif adlı şəxs zəng edərək Mehmanın şikayət etmək istədiyini, Mehmandan aldığı pulu qaytarmasını, ya da “xxxx” ASC-yə sayğac çəkdirməsini demişdir. O, Arifə sayğac tapa bilmədiyini, pulu geri qaytaracağını demişdir. O bir gun sonra 1.150 manat pulu Mingəçevir şəhərində yaşayan tanışı Adil adlı şəxsə göndərmişdir. Adil isə həmin pulu Arifə vermişdir. Həmin gün Arif ona zəng edərək pulu Mehmana verdiyini demişdir. O, Mehmandan aldığı pulu xərcləməmişdir. Sadəcə olaraq sayğac tapmadığı üçün o, “xxxx ASC-yə sayğac qoşdura bilməmişdir. Bundan başqa bildirmişdir ki, o, Zərərçəkmiş şəxs4 gəlnini işə düzəldəcəyini vəd verərək 2000 manat pul almışdır. O, Zərərçəkmiş şəxs4 2019-cu ilin yay aylarında tanımışdır. Həmin vaxtlar o, Su-kanal idarəsində müavin işləmişdir. 2019-cu ilin avqust ayının əvvəllərində o, Yavər və tanışı Eldarla birlikdə olan zaman Yavər söhbət əsnasında gəlinini Asan-Xidmət mərkəzində işə düzəltmək istədiyini demişdir. Onun həmin vaxt maddi ehtiyacları olduğu uçün Yavərə gəlinini Mingəçevir şəhəri “Asan xidmət mərkəzində yerləşən “Su-kanal” idarəsinin filialına işə düzəldəcəyini yalandan vəd verib Yavərdən pul almaq, daha sonra isə həmin pulu maddi vəziyyəti düzələndə qaytarmaq qərarına gəlmişdir. O, Yavərə gəlinini Mingəçevir şəhər Asan Xidmət mərkəzində olan Su kanal idarəsinin filialına işə düzəldə biləcəyini, lakin bu iş üçün 5000 manat pul lazım olduğunu demişdir. Yavər ona 5000 manat pulunun olmadığını, ona ilkin olaraq pulun bir miqdarını verə biləcəyini, pulun qalanını isə gəlini işə düzələndən sonra verəcəyini demişdir. O, Yavərlə razılaşmışdır. Yavər 2019-cu ilin avqust ayının ortalarında ona zəng edərək Mingəçevir şəhəri, Asan-xidmət mərkəzinin yaxınlığında yerləşən, özünə məxsus mağazanın qarşısına gəlməyini istəmişdir. O, Yavərlə razılaşmış və oraya gedib Yavərlə görüşmüşdür. Orada Yavər ona 2000 manat pul vermişdir. O, Yavərdən aldığı iki min manat pulu öz ehtiyacları üçün sərf etmişdir. Lakin sonradan maddi vəziyyəti pis olduğuna görə Yavərdən aldığı iki min manat pulu qaytara bilməmişdir. Bundan başqa bildirmişdir ki, o, tanışı olan Şahid4 vasitəsilə Babək və Elgiz adlı iki nəfər şəxsi Azərbaycan Respublikası FHN-nə işə düzəldəcəyini yalandan vəd verərək ümumilikdə 12000 manat pullarını alaraq ələ keçirmişdir. O, Şahid4 təxminən 2 il əvvəl tanımışdır. Onun Azərlə yaxın münasibəti olmuşdur. 2020-ci ilin əvvəllərində Bakı şəhərində olarkən Azərlə rastlaşmışdır. Azər ona bacısı oğlunun iki nəfər dostu olduğunu, həmin iki nəfər şəxsin Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək istədiklərini, Azərdən kömək istədiklərini demişdir. Azər ona həmin iki nəfər şəxsi işə düzəltməkdə kömək etməsini demişdir. O, həmin vaxt Şahid4 yalandan kömək edəcəyini vəd verib Azərdən pul almaq qərarına gəlmişdir. O, Azərə qohumu olan bir nəfər şəxsin köməklik edə biləcəyini demişdir. Azər onunla razılaşmışdır. O, Azərə hər iki şəxsin Azərbaycan Respublikası FHN-nə işə düzəlməsi üçun umumilikdə 12000 manat pul verilməli olduğunu demişdir. Azər onunla razılaşmışdır. 2020-ci ilin may ayının sonlarında o, Azərə zəng edərək həmin şəxsləri işə düzəltmək üçün lazım olan pulu ona göndərməsini bildirmişdir. İlkin olaraq ona Zərərçəkmiş şəxs3 poçt vasitəsilə 6000 manat pul göndərmişdir. O həmin 6000 manat pulu Bakı şəhəri, Sabunçu rayon Mərkəzi poçtundan götürmüşdür. Bir müddət sonra Azər ona həmin iki nəfər şəxsi işə duzəltməsi üçün yenə poçt vasitəsilə 5000 manat pul göndərmişdir. O, həmin 5000 manat pulu Bakı şəhəri, Sabunçu rayon mərkəzi poçtundan götürmüşdür. Azər ona həmçinin Babək və Elgizin telefon nömrələrini də vermişdir. O, Babək və Elgizi inandırmaq uçün özünə məxsus ***-***- **-** saylı mobil telefon vasitəsilə onlara yaxın zamanlarda işə başlayacaqları barədə mesaj yazmışdır. 2020-ci ilin iyun ayında o, yenidən Azərə zəng edərək Babək və Elgizi işə düzəltmək üçün lazım olan pulun qalan hissəsinidə ona göndərməsini, həmçinin ona əlavə olaraq 2000 manat borc pul verməsini demişdir. Azər yaxın zamanlarda Bakı şəhərinə gələcəyini, pulu ona Bakıda verəcəyini demişdir. O, Azərlə razılaşmışdır. 2020-ci ilin iyun ayının sonlarında o, Azərlə Bakı şəhərində, “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən çayxanada görüşmüşdür. Orada Azər ona 3000 manat pul vermişdir. O həmin pulu atasının müalicəsi üçün və şəxsi ehtiyaclarına sərf etmişdir. Sonradan maddi vəziyyəti pis olduğu üçün həmin pulu geri qaytara bilməmişdir. O, həmçinin bildirmişdir ki, Paşa adlı şəxs onun tanışı olsada, yalnız onun adını bilir, digər anket məlumatlarını, yaşadığı ünvan və əlaqə nömrəsini bilmir. Həmçinin, ona zəng edərək özünü Arif kimi təqdim edən və “xxxx ASC” şirkətinin direktorunun əgər sayğac üçün ona verilən pulu geri qaytarmasa barəsində şikayət edəcəyini bildirən şəxsi tanımadığını və onunla heç bir münasibətinin olmadığını bildirmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, evli olmasını, 3 azyaşlı uşağının olmasını, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkən şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin may ayında həyat yoldaşının vasitəsilə tanımışdır. O, xx xxx 2019-cu il tarixdə işlədiyi “Ekspressbank”-ın Mingəçevir şəhər filialından işdən çıxmış və işsiz qalmışdır. O, bundan sonra həyat yoldaşı ilə birlikdə boş iş yerləri olan müəssisəslərə müraciət etməyə başlamışdır. Həyat yoldaşı Təqsirləndirilən şəxs zəng etmiş və Ələkbərdən “Su idarəsi”ndə boş iş yerinin olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs boş iş yerinin olduğunu bildirmiş və onları danışıqların aparılması üçün Su idarəsinə dəvət etmişdir. O, arvadı ilə birlikdə xx xxx 2019-cu il tarixdə Su idarəsinə, Təqsirləndirilən şəxs yanına getmişlər. Təqsirləndirilən şəxs onu “Əməyin mühafizəsi” şöbəsinə rəis vəzifəsini düzəldə biləcəyini demiş və onlardan bunun üçün 3000 manat pul verməli olduqlarını demişdir. Onlar Ələkbərlə razılaşmışlar. Bundan sonra xx xxx 2020-ci il tarixdə arvadı Nurlana “Kapitalbank”-ın Mingəçevir şəhər filialından 5000 manat məbləğində kredit götürmüşdür. xx xxx 2019-cu il tarixdə o, arvadı Nurlana ilə birlikdə Təqsirləndirilən şəxs yanına getmişlər. Orada o, Təqsirləndirilən şəxs arvadının yanında 3000 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona xx xxxx 2019-cu il tarixdə imtahan keçiriləcəyini bildirmiş və ona imtahan suallarını vermişdir. O, xx xxxx 2019-cu il tarixdə imtahanın keçiriləcəyi saatı soruşmaq üçün Təqsirləndirilən şəxs zəng vurmuşdur. Ələkbər ona imtahanın vaxtının dəyişdirildiyini, bu barədə ona zəng edərək bildirəcəyini demişdir. Bir dəfə Təqsirləndirilən şəxs imtahanın keçiriləcəyini deyərək onu Bakı şəhərinə dəvət etmişdir. O, bundan sonra Bakı şəhərinə getmişdir. Təqsirləndirilən şəxslə Bakı şəhərində görüşmüşdür. Təqsirləndirilən şəxs ona işıqların söndüyü üçün imtahanın başqa vaxta keçirildiyini demişdir. O, bundan sonra Ələkbərin onları aldatdığını bilmiş və Ələkbərdən pulunu geri tələb etmişdir. Ələkbər ilk öncələr onun telefon zənglərinə cavab verməmişdir. Sonradan isə Ələkbərə ümumiyyətlə zəng çatmamışdır. Bundan sonra o, xx.xx.2019-cu il tarixdə Ələkbərin barəsində Mingəçevir şəhər polis şöbəsinə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkən şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Su kanal idarəsinin rəis müavini vəzifəsində işlədiyi vaxtdan tanıyır. 2019-cu ilin iyun ayında Təqsirləndirilən şəxs onun direktoru olduğu “xxxx” ASC-yə yəni, pivə istehsalı ilə məşğul olan zavoda gəlmişdir. O, Təqsirləndirilən şəxs zavoda sayğac çəkilməsi üçün çağırmışdır. Təqsirləndirilən şəxs gələn vaxt o, zavodda olmadığı üçün Təqsirləndirilən şəxs onun işçisi olan İxtiyara sayğac çəkilməsi 1200 manat pul lazım olduğunu demişdir. Daha sonra bu barədə İxtiyar ona demiş və o, Ələkbərlə mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Ələkbər ona 1200 manat pul verməsini, Gəncə şəhərindən sayğac gətizdirib zavoda quraşdıracağını demişdir. O, Ələkbərlə razılaşmışdır. xx xxxx 2019-cu il tarixdə Ələkbər ona istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək hazırda Bakı şəhərində olduğunu, sayğac çəkilməsi üçün lazım olan 1200 manat pulu göndərməyini demişdir. Ələkbər ona zavoda bir nəfər taksi surucusu göndərəcəyini, 1200 manat pulu həmin taksiyə verməsim demişdir. O da razılaşmışdır. Bir qədər sonra işçisi İxtiyar onun yanına gələrək taksi sürücüsünün gəldiyini demişdir. O, öz şəxsi vəsaitindən İxtiyara 1200 manat pul vermişdir. İxtiyar da həmin 1200 manat pulu taksi sürücüsünə vermişdir. Bır neçə gündən sonra Ələkbər ona yenidən zəng edərək hazırda Bakı şəhərində olduğunu, 1200 manat pulu aldığını, şəxsi ehtiyacları üçün əlavə 250 manat borc pul göndərməsini demişdir. O, Ələkbərlə razılaşmışdır. O, 250 manat pulu İxtiyara vermiş və İxtiyar pulu Ələkbərin göndərdiyi taksi sürücüsünə vermişdir. Lakin bir müddət keçməsinə baxmayaraq zavoda su sayğacı çəkilməmişdir. O, bir neçə dəfə Ələkbərlə əlaqə saxlasa da, Ələkbər ona müxtəlif bəhanələr gətirərək sayğac çəkilməsinin yubanmasını demişdir. O, sonra Ələkbərin barəsində hüquq mühafizə orqanlarına şikayət edəcəyini dedikdə Ələkbər şikayət etməməsini, ondan aldığı pulu geri qaytaracağını demişdir. 2019-cu ilin sentyabr ayında İxtiyar onun yanına gələrək Ələkbərin tanımadığı taksi vasitəsilə 500 manat pul göndərdiyini demiş və həmin 500 manat pulu ona vermişdir. O, Ələkbərin qalan pulu verməsi üçün Ələkbərə dəfələrlə zəng etsə də, Ələkbər telefon zənglərinə cavab verməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkən şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs dostunun dayısı olan Azər adlı şəxsin vasitəsilə tanımışdır. Belə ki, Azər adlı şəxsin bacısı oğlu Hümbət onun yaxın dostudur. Hümbət 2020-ci ilin yanvar ayında Azərbaycan Respublikası FHN-də işə düzəlmişdir. O, Hümbətdən işə necə düzəldiyini soruşduqda Hümbət ona dayısı Azərin köməklik etdiyini, dayısının da FHN-nin Mingəçevir şəhər şöbəsində işlədiyini bildirmişdir. O, Hümbətə dayısının onu da FHNda işə düzəlməkdə köməklik etməsini istəmişdir. Hümbət onunla razılaşmışdır. Hümbət 2020-ci ilin mart ayında onu dayısı Azərlə tanış etmişdir. O, Azərdən ona FHN-də işə düzəlməkdə köməklik etməsini istəmişdir. Azər onunla razılaşmış, gözləməsini və ona xəbər edəcəyini demişdir. Azər həmçinin ona toplamalı olduğu sənədlərin siyahısını vermiş və həmin sənədləri toplayıb Azərə vermişdir. 2020-ci ilin may ayının ortalarında Azər ona zəng edərək yaxın vaxtlarda işinin həll olunacağını, bunun üçün 10.000 (on min) manat pul lazım olduğunu, pulun indidən hazırlamağını demişdir. Həmin ərəfədə onun yaşadığı evdə özünə məxsus 10000 manat pulu olmuşdur. 2020-ci ilin may ayının 31-də Azər ona zəng edərək onu A.Məmmədov küçəsində yerləşən, kimə məxsus olduğunu bilmədiyi yaşayış evinin qarşısına çağırmışdır. O, özünə məxsus avtomobillə oraya getmişdir. Orada Azər onun avtomobilinə əyləşmişdir. O, avtomobildə Azər adlı şəxsə 10.000 (on min) manat pul vermişdir. Azər həmin pulun 6000 (altı min) manatını qaytararaq həmin pulu poçt vasitəsilə Təqsirləndirilən şəxs göndərməyini, qalan 4000 manat pulu isə Ələkbər adlı şəxsə özünün göndərəcəyini demişdir. O, bundan sonra Mingəçevir şəhər Mərkəzi poçtuna gedərək Təqsirləndirilən şəxs adına poçt vasitəsilə 6000 manat pul göndərmişdir. O, pulu göndərdikdən sonra bu barədə Azərə məlumat vermişdir. Bir neçə gündən sonra Ələkbər ona məxsus mobil telefon nömrəsinə zəng edərək yaxın zamanlarda işə başlayacağını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs hər gün müxtəlif bəhanələr gətirərək işin alınmadığını, növbəti gun işə başlayacağını demişdir. 2020-ci ilin iyul ayının 31-də Azər ona zəng edərək Təqsirləndirilən şəxs bir neçə şəxsə qarşı dələduzluq etməsi ilə bağlı polis əməkdaşları tərəfindən həbs olunduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkən şəxs Zərərçəkmiş şəxs5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostunun dayısı olan Azər adlı şəxsin vasitəsilə tanımışdır. O, Azərə zəng edib onunla danışmış və ondan onu işə düzəltməsini xahiş etmişdir. Bir neçə gündən sonra Azər adlı şəxs ona zəng etmiş və Azərlə Mingəçevir şəhər kabel zavodunun yaxınlığında görüşmüşlər. Orada Azər adlı şəxsə işə düzəlməkdə ona köməklik etməsini bildirmişdir. Azər ona Ələkbər adlı tanışının olduğunu, Ələkbərin ona köməklik edə biləcəyini, bu barədə Ələkbərlə danışıb ona xəbər verəcəyini demişdir. O, Azərlə razılaşmışdır. Təxminən 2 həftə sonra Azər ona zəng edərək onun işi ilə bağlı Ələkbərlə danışdığını, bu iş üçün 4000 manat pul verməli olduğunu demişdir. O, Azər adlı şəxslə razılaşmışdır. Həmin vaxt onun evdə 4000 manat pulu olmuşdur. O, əvvəllər işlədiyi vaxtlarda pul toplamışdır. Növbəti gün qohumu Eldarın yaşadığı evin qarşısına getmişdir. Orada o, Azər və Eldara məxsus avtomobilə əyləşmişdir. O, avtomobildə Azərə 4.000 manat pul vermişdir. Azər ona pulu Ələkbər adlı şəxsə verəcəyini demişdir. 2020-ci ilin iyun-iyul aylarında Ələkbər ona məxsus mobil telefon nömrəsinə zəng edərək yaxın zamanlarda işə başlayacağını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs hər gun müxtəlif bəhanələr gətirərək işin alınmadığını, növbəti gün işə başlayacağını demişdir. 2020-ci ilin iyul ayının 31-də Azər ona zəng edərək Təqsirləndirilən şəxs bır neçə şəxsə qarşı dələduzluq etməsi ilə bağlı polis əməkdaşları tərəfindən həbs olunduğunu, işinin alınmayacağını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkən şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin yay aylarında tanımışdır. Həmin vaxtlar Ələkbər Su-kanal idarəsində müavin işləyirmiş. 2019-cu ilin avqust ayının əvvəllərində o, Ələkbər və tanışı Eldarla birlikdə olan zaman o, söhbət əsnasında gəlinini Asan- Xidmət mərkəzində işə düzəltmək istədiyini demişdir. Ələkbər həmin vaxt gəlinini Mingəçevir şəhər Asan Xidmət mərkəzində olan Su kanal idarəsinin filialına işə düzəldə biləcəyini, lakin bu iş üçün 5000 manat pul lazım olduğunu demişdir. O, Ələkbərə 5000 manat pulu olmadığını, Ələkbərə ilkin olaraq bir miqdar pul verməyini, pulun qalanını isə gəlini işə düzələndən sonra verəcəyini demişdir. Ələkbər onunla razılaşmışdır. O, 2019-cu ilin avqust ayının ortalarında o, 2000 (iki min) manat pul düzəltmişdir. O, Mingəçevir şəhəri, Asan-xidmət mərkəzinin yaxınlığında yerləşən, özünə məxsus mağazanın qarşısında Ələkbərlə görüşmüş və 2000 manat pulu Ələkbərə vermişdir. Orada Ələkbər ona gəlininin imtahana hazırlaşması üçün testlər vermişdir. Ələkbər həmçinin ona gəlininin Bakı şəhərində imtahan verəcəyini demişdir. O, Ələkbərlə razılaşmışdır. 2019-cu ilin sentyabr ayında Ələkbər ona zəng edərək növbəti gün saat 09-da gəlinini Bakı şəhərinə aparmağını, Bakı şəhərində “xxxx" ASC-nin binasında gəlininin imtahan verəcəyini demişdir. O, həmin gün gəlinini Bakı şəhərinə aparmışdır. Növbəti gün səhər saatlarında Ələkbərə dəfələrlə zəng etsə də, Ələkbər zənglərinə cavab verməmişdir. O, “xxxx” ASC-nın inzibati binasına gedərək orada imtahan keçirilibkeçirilmədiyini soruşmuşdur. Orada ona həmin gun imtahan olmayacağını bildirmişlər. O, bir gün də əlavə Bakı şəhərində qalsa da Ələkbər onun zənglərinə cavab verməmişdir. Bundan sonra o, Ələkbərin onu aldatdığını bilmişdir. Lakin o, Ələkbərə verdiyi pulu alacağını sansa da Ələkbərlə əlaqə saxlaya bilməmişdir. O, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs həbs olunduğunu eşitmişdir. O, bundan sonra Mingəçevir şəhər polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2016-cı ildə tanımışdır. O, Ələkbəri ikinci qrup əlil olan qardaşına məxsus yaşayış evinə su çəkdirən zaman Su idarəsində tanımışdır. Həyat yoldaşı Adil xx xxx 2019-cu il tarixdə işlədiyi “Ekspressbank”-ın Mingəçevir şəhər filialından işdən çıxmış və işsiz qalmışdır. Onlar bundan sonra həyat yoldaşı ilə birlikdə boş iş yerləri olan müəssisəslərə müraciət etməyə başlamışlar. O, buna görə Təqsirləndirilən şəxs zəng etmiş və Ələkbərdən Su idarəsində boş ış yerinin olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs boş iş yerinin olduğunu bildirmiş və onları danışıqların aparılması uçun Su idarəsinə dəvət etmişdir. O, yoldaşı ilə birlikdə xx xxx 2020-ci il tarixdə Su idarəsinə, Təqsirləndirilən şəxs yanına getmişlər. Təqsirləndirilən şəxs həyat yoldaşını “Əməyin mühafizəsi” şöbəsinə rəis vəzifəsini düzəldə biləcəyini demiş və onlara bunun üçün 3000 manat pul lazım olduğunu demişdir. Onlar Ələkbərlə razılaşmışlar. Bundan sonra xx xxx 2020-ci il tarixdə o, “Kapitalbank”-ın Mingəçevir şəhər filialından 5.000 manat məbləğində kredit götürmüşdür. xx xxx 2019-cu il tarixdə o, əri Adil ilə birlikdə Təqsirləndirilən şəxs yanına getmişdir. Orada əri Adil Təqsirləndirilən şəxs onun yanında 3.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs onlara xx xxxx 2019-cu il tarixdə imtahan keçiriləcəyini bildirmiş və Adilə imtahan suallarını vermişdir. Ələkbər xx xxxx 2019-cu il tarixdə əri Adili imtahan keçiriləcəyini bildirərək Bakı şəhərinə dəvət etmişdir. Lakin Ələkbər sonradan müxtəlif bəhanələrlə imtahanın təxirə salındığını bildirmişdir. Onlar bundan sonra Ələkbərin onları aldatdığını başa düşmüşlər və Ələkbərdən pulunu geri tələb etmişlər. Ələkbər ilk öncələr əri Adilin telefon zənglərinə cavab verməmişdir. Sonradan isə Ələkbərə ümumiyyətlə zəng çatmamışdır. Bundan sonra əri Adil xx.xx.2019-cu il tarixdə Ələkbərin barəsində Mingəçevir şəhər polis şöbəsinə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 şəhər sakini kimi uzun müddətdir ki, tanıyır Təqsirləndirilən şəxs isə Mingəçevir Su kanal idarəsində müavin işlədiyi zamandan tanıyır. 2019-cu ilin avqust ayının əvvəllərində o, Ələkbər və Zərərçəkmiş şəxs4 birlikdə Zərərçəkmiş şəxs4 sahibi olduğu mağazanın yaxınlığında yerləşən çayxanada söhbət edən zaman Zərərçəkmiş şəxs4 gəlinini işə düzəltmək istədiyini bildirmişdir. Ələkbər həmin vaxt Zərərçəkmiş şəxs4 gəlinini Mingəçevir şəhər Asan Xidmət mərkəzində olan Su kanal idarəsinin filialına işə düzəldə biləcəyini demişdir. Zərərçəkmiş şəxs4 da Ələkbərlə razılaşmışdır. Onlar bir qədər söhbət etdikdən sonra oradan uzaqlaşıb getmişlər. Təxminən 15 gün sonra Zərərçəkmiş şəxs4 ona zəng edərək Təqsirləndirilən şəxs Yavərdən gəlinini işə düzəltməsi üçün 5000 manat pul istədiyini, lakin Ələkbərə 2000 manat pul verdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs4 həmin 2000 manatı da verməməli olduğunu demişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 gəlinini işə düzəltməkdə kömək etməmiş və Yavərin pulunu geri qaytarmamışdır. O, bundan sonra özü də bir neçə dəfə Təqsirləndirilən şəxs zəng etmiş, lakin Ələkbərlə əlaqə saxlaya bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyun ayında Zərərçəkmiş şəxs2 ona məxsus mobil telefon vasitəsilə onun yanında Mingəçevir Su-kanal idarəsinin rəis müavini Təqsirləndirilən şəxs ilə danışmışdır. Telefonla danışan zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 zavoda sudan istifadə üçun sayğac quraşdırılmalı olduğunu, bunun üçün müvafiq rüsumun 1200 manat olduğunu bildirmişdir. Bundan bir həftə sonra, yəni xx xxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 onu yanına çağıraraq ona 1450 manat pul vermiş və ona həmin pulun Təqsirləndirilən şəxs çatacağını, zavodun qarşısına taksi gələcəyini, pulu həmin taksi sürücüsünə verməyini demişdir. Bir qədər sonra tanımadığı taksi surücusu zavodun qarşısına gəlmiş və ona yaxınlaşaraq Təqsirləndirilən şəxs göndərdiyini demişdir. O bundan sonra Zərərçəkmiş şəxs2 ona verdiyi 1450 manat pulu həmin taksi sürücüsünə vermişdir. Lakin bundan sonra Ələkbərin söz verdiyi kimi zavoda sayğac quraşdırılmamışdır. 2019-cu ilin sentyabr ayının təxminən 18-19-u Təqsirləndirilən şəxs tanımadığı şəxs vasitəsilə ona Zərərçəkmiş şəxs2 verməyi uçün 500 manat pul göndərmişdir. O, həmin 500 manat pulu Zərərçəkmiş şəxs2 vermişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vəd verdiyi kimi zavoda sayğac quraşdırmamışdır. Sonradan zavodu icarəyə götürmüş Elmin adlı şəxs zavoda sayğac quraşdırmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2 il əvvəl tanımışdır. Onun Ələkbərlə yaxın münasibəti olmuşdur. 2020-ci ilin may ayında Bakı şəhərində olarkən Ələkbərlə rastlaşmışdır. O, Ələkbərə bacısı oğlunun iki nəfər dostu olduğunu, həmin iki nəfər şəxsin Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək istədiklərini, ondan kömək istədiklərini demişdir. Ələkbər ona qohumu olan bır nəfər şəxsin ona köməklik edə biləcəyini demişdir. O, Ələkbərlə razılaşmışdır. Ələkbər ona iki nəfər şəxsin FHN-nə işə düzəlməsindən ötrü ümumilikdə 14.000 manat pul lazım olduğunu demişdir. O, bundan sonra Mingəçevir şəhərinə qayıtmışdır. O, bu barədə bacısı oğluna demiş və bacısı oğlu dostları olan Babək və Elgiz adlı şəxsləri onun yanına gətirmişdir. O, Babək və Elgizə işə düzəlmələri üçün hər birinin 7000 manat pul verməli olduqlarını demişdir. Həmin şəxslər onunla razılaşmışlar. Ələkbər bir müddətdən sonra ona zəng edərək ilkin olaraq iki nəfər şəxsin işə düzəlməsindən ötrü 6000 manat pul göndərməsini demişdir. O, bundan sonra bu barədə Babəkə demişdir. Bir gün sonra Babək onun yanına gələrək ona 10000 manat pul vermiş və qalan 4000 manat pulu da Elgızin gətirəcəyini demişdir. O, həmin pulun 6000 manatını Babəkə qaytarmış, Ələkbərin adına göndərməsini demişdir. Daha sonra Ələkbər ona zəng edərək pulu götürdüyünü demişdir. O, Babəkin ona verdiyi 4000 manat pulu isə yaşadığı evə aparıb evdə saxlamışdır. 2020ci ilin may ayının axırlarında Ələkbər ona zəng edərək pulun qalan hissəsini də verməsini demişdir. O, Ələkbərə Bakı şəhərinə gələcəyini, gətirib pulu orada özünə verəcəyini demişdir. Ələkbər onunla razılaşmışdır. O, Elgizdən qalan 4000 manat pulu da almışdır. O, Babəkin ona verdiyi puldan qalan 4000 manat pulu da götürüb Bakı şəhərinə getmişdir. O, Ələkbərlə Fövqəladə Hallar Nazirliyinin yaxınlığında görüşmüşlər. Orada o, qalan 8000 manat pulu Ələkbərə vermişdir. Ələkbər həmin pulun iki min manatını götürərək atasının xəstəxana xərclərini ödəyəcəyini, sonradan işi düzəldən adama iki min manatı özü verəcəyini demişdir. O da Ələkbərlə razılaşmışdır. Ələkbər ona 2020-ci ilin iyul ayının 1-də hər ikisi şəxsin işə girmək əmrinin veriləcəyini demişdir. Lakin Ələkbər vədinə əməl etməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Cinayət işinin materiallarından və ittiham aktından da göründüyü kimi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq dövrü tam ödənilmişdir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın bir qismi ibtidai istintaq dövrü təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, 650 manat hissəsi ödənilməmişdir. Lakin zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanlandığı xx.xx.2021-ci il tarixli teleqrammasından görünür ki, ziyanın qalan hissəsi olan 650 manatı da təqsirləndirilən şəxs ona tam ödəmişdir, təqsirləndirilən şəxsə qarşı artıq şikayəti yoxdur. İş materiallarında olan AZEMİS elektron məhkəmə sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs ailəli olmaqla, onun xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü Vəliyev Ömər Ələkbər oğlu adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsin ailəli olmasını, 03 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun barəsində həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustağlığı qətimkan tədbiri ilə əvəz edilmişdir və hazırkı vaxtadək ev dustaqlığındadır. Beləliklə, o, ibtidai istintaq dövründə və işə məhkəmədə baxıldığı hazırkı vaxtadək ümumilikdə 06 ay həbsdə və ev dustağlığında olmuşdur. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 06 ay müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 06 ay (bir il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri ləğv edilsin və o, ev dustaqlığından dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron yarımadası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” vəkil bürosunun vəkili X3 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-50/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-50/2021
29.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver