Məhkəmə qərarları › İş №1(004)-50/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-50/2022

26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-50/2022 26.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X75, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X91, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlıqla məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.2, 32.4, 320.1 və 32.4, 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyun 2020-ci il tarixli, 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımaların təşkili üzrə müvəqəti Qaydaları”n 2.1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar tərəfindən uçuşdan əvvəl 48 saat ərzində COVİD-19-a dair PCR testindən keçən, nəticələri neqativ olan sərnişinlərin reysə qəbul edilməli olmasına baxmayaraq, Rusiya Federasiyası İrkutsk şəhərində olan tikinti prosesinə cəlb etmək məqsədilə 18 may 2021-ci il tarixə Ural Hava yolları ilə Gəncə-Sankt-Peterburq reysinə uçuş biletləri aldığı və Azərbaycan Respublikası ərazisində olan 101 nəfər şəxsə tibbi müayinədən keçmədən qanuni şəkildə tibb müəssisələrindən verilməsi görüntüsünü yaradan neqativ nəticəli saxta COVİD-19-a dair PCR test sənədlərinin hazırlanmasında köməklik göstərilməsi ilə əlaqədar 16 may 2021-ci il tarixdə tanışı - "xxxx" MMC-nin təsisçisi və direktoru olmaqla işçilərin işə qəbul və işdən azad edilməsi, başqa fiziki və hüquqi şəxslərlə müqavilələrin bağlanılması, öhdəliklərin götürülməsi və öhdəliklərə görə cavabdehlik daşınılması, turizm fəaliyyəti ilə əlaqədar ölkə daxili və xarici turların, təyyarə uçuşlarına biletlərin satışının təşkil edilməsi kimi başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri etmək səlahiyyətlərinə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olan Şahid5 müraciət etməklə 101 nəfər şəxsə tibbi müayinədən keçmədən qanuni şəkildə tibb müəssisələrindən verilməsi görüntüsünü yaradan neqativ nəticəli saxta COVİD-19-a dair PCR test sənədlərinin hazırlanması barədə bilə-bilə hüquq verən rəsmi sənədlərin hazırlanmasına dair müraciətinə əsasən sonuncunun və sonuncu vasitəsilə "xxxx" MMC-nin təsisçisi və direktoru olmaqla eyni xarakterli təşkilati- sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olan X36 aralarında olan cinayətkar razılaşmaya əsasən, hər biri 120 manatdan olmaqla, ümumilikdə 12.120 manat məbləğində pul müqabilində saxta sənədlərin düzəldilməsinə dair razılığını alaraq 17 may 2021-ci il tarixdə onlarla sövdələşməklə, Şahid5 və Tünzalə Əliyevanı qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncuların özləri, üçüncü şəxslər və özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməyə təhriki əsasında, 17 may 2021-ci il tarixdə 7.300 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 12.410 manat məbləğində pul vəsaitini cinayətdən xəbərsiz “Elşən” adlı şəxs vasitəsilə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “MONTE KARLO” şadlıq sarayının yaxınlığında Şahid5 verdikdən sonra sonuncu həmin pul vəsaitini Tünzalə Əliyeva ilə aralarında bölüb, cinayətkar niyyətlərinin realizəsinə başlayaraq cinayətdən xəbərsiz X37 16 mart 2021-ci il tarixdə test verərkən sonuncuya ölkə hüdudlarından kənara uçuş bileti almağa köməklik edən Tünzalə Əliyevanın istifadəsində olan “Elektron ünvan ” elekton poçt ünvanını “X195” klinikasına təqdim etməsi nəticəsində Qönçə Nağıyevanın adına tərtib edilmiş COVİD-19a dair PCR testlərin neqativ nəticəsini təsdiq edən 21-393883/A731086 saylı sənədin həmin elektron poçt ünvanına göndərilməsi nəticəsində həmin sənədi “PDF” formatda əldə etmiş Tünzalə Əliyevanın qabaqcadan əlbir olduğu Şahid5 ilə birlikdə istifadəsində olan “Huawei” markalı kompyuterin yaddaşına həmin elektron faylı yükləməklə “PDF” və “WORD” formatda olan faylların bir-birilərinə konvertasiyası, üzərində dəyişiklik üçün istifadə olunan “iLovePDF” proqramından istifadə etməklə 17 may 2021-ci il tarixdə istintaqla müəyyən edilməyən yerdə həmin sənədin “Barcode/Card Number” qrafasında göstərilən “21-393883/A731086” yazını saxlayıb, 8 rəqəmdən ibarət olmalı olan “Document №” qrafasına 10 rəqəm qeyd etməklə “X195” klinikası tərəfindən verilməsi görüntüsü yaradan 48 ədəd, o cümlədən, X25 adına ********** nömrəli, X13 adına ********** nömrəli, X92 adına ********** nömrəli, X76 adına ********** nömrəli, X77 adına ********** nömrəli, X4 adına ********** nömrəli, X52 adına ********** nömrəli, X38 adına ********** nömrəli, X14 adına ********** nömrəli, X9 adına ********** nömrəli, X93 adına ********** nömrəli, X53 adına ********** nömrəli, X54 adına ********** nömrəli, X39 adına ********** nömrəli, X17 adına ********** nömrəli, X78 adına ********** nömrəli, X18 adına ********** nömrəli, X110 adına ********** nömrəli, X5 adına ********** nömrəli, X94 adına ********** nömrəli, X79 adına ********** nömrəli, X133 adına ********** nömrəli, X55 adına ********** nömrəli, X56 adına ********** nömrəli, X80 adına ********** nömrəli, X107 adına ********** nömrəli, X19 adına ********** nömrəli, Məmmədov İlkin Vəkil oğlunun adına ********** nömrəli, X95 adına ********** nömrəli, X20 adına ********** nömrəli, X40 adına ********** nömrəli, Şahid11 adına ********** nömrəli, X73 adına ********** nömrəli, Şahid9 adına ********** nömrəli, Şahid6 adına ********** nömrəli, X57 adına ********** nömrəli, Şahid12 adına ********** nömrəli, X15 adına ********** nömrəli, X26 adına ********** nömrəli, X58 adına ********** nömrəli, X111 adına ********** nömrəli, X27 adına ********** nömrəli, X41 adına ********** nömrəli, X28 adına ********** nömrəli, X81 adına ********** nömrəli, X96 adına ********** nömrəli, X59 adına ********** nömrəli və X6 adına ********** nömrəli, eyni niyyətlə, "xxxx" tərəfindən verilməsi görüntüsü yaradan 53 ədəd, o cümlədən, X60 adına 00785085/C01530286 nömrəli, Şahid7 adına 00785103/C00867450 nömrəli, X61 adına 00785084/C02787772 nömrəli, X62 adına 00785086/C01555247 nömrəli, X88 adına 00785082/C02946717 nömrəli, X150 oğlunun adına 00785072/C03225783 nömrəli, Şahid8 adına 00785122/C01453246 nömrəli, X97 adına 00785116/C01604797 nömrəli, X42 adına 00785095/C01743867 nömrəli, X112 adına 00785091/C01298192 nömrəli, X98 adına 00785073/C00930825 nömrəli, X43 adına 00785089/C01652920 nömrəli, X1 adına 00785107/C00954939 nömrəli, X10 adına 00785108/C02971090 nömrəli, X7 adına 00785081/C02044159 nömrəli, X63 adına 00785120/C01393646 nömrəli, X113 adına 00785102/C03131047 nömrəli, X64 adına 00785111/C00465302 nömrəli, X29 adına 00785114/C01558268 nömrəli, X114 adına 00785068/P5125514 nömrəli, Şahid14 adına 00785079/C02828405 nömrəli, Şahid15 adına 00785074/C02828403 nömrəli, X115 adına 00785098/C03607695 nömrəli, X99 adına 00785094/C03134280 nömrəli, X16 adına 00785110/C01664266 nömrəli, X44 adına 00785104/C01583209 nömrəli, X45 adına 00785101/C00790830 nömrəli, X65 adına 00785109/C01862753 nömrəli, X30 adına 00785119/C00803773 nömrəli, X116 adına 00785124/P4749113 nömrəli, X82 adına 00785069/C01678500 nömrəli, X21 adına 00785117/C00029310 nömrəli, X31 adına 00785070/C01492033 nömrəli, X83 adına 00785087/C02099014 nömrəli, X46 adına 00785106/C00920244 nömrəli, Şahid13 adına 00785115/P4866198 nömrəli, X66 adına 00785096/C00658448 nömrəli, X100 adına 00785080/C00200678 nömrəli, X101 adına 00785090/C5137889 nömrəli, X67 adına 00785113/C01329315 nömrəli, X102 adına 00785105/C00920556 nömrəli, X117 adına 00785077/C03087716 nömrəli, X32 adına 00785071/C03087715 nömrəli, Salahov – Aslan Arif oğlunun adına 00785099/C02848648 nömrəli, X47 adına 00785100/C02397884 nömrəli, X22 adına 00785092/C01458296 nömrəli, X68 adına 00785112/C01449883 nömrəli, X48 adına 00785093/C01077198 nömrəli, X49 adına 00785078/C01216833 nömrəli, X69 adına 00785076/C03140633 nömrəli, X118 adına 00785097/C01663790 nömrəli, X119 adına 00785088/C01909231 nömrəli və X50 adına 00785118/C01938465 nömrəli olmaqla, 2 klinikanın adından cəmi 101 ədəd COVİD-19-a dair PCR test nəticələrinin məzumununa bilə-bilə həmin şəxslərin ümumvətəndaş pasportlarının seriya nömrələri əsasında PCR test nəticələrinin neqativ olmasına dair yalan qeydlər etməklə satmaq məqsədi ilə hazırladıqları hüquq verən saxta rəsmi sənədləri cinayətdən xəbərsiz tanışı Şahid2 18 may 2021-ci il tarixdə saat 00 radələrində Yasamal rayonu ərazisində yerləşən 3 saylı “ASAN xidmət” mərkəzinin yaxınlığında Şahid5 təhvil verməklə, sonuncunu və X70 qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənəd hesab edilən COVİD-19-a dair PCR test nəticələrini satmaq məqsədi ilə vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamağa və satmağa, qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə həmin saxta rəsmi sənədlərdən vahid niyyətlə qanunsuz olaraq istifadə etməyə və qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə dünyada yayılmış koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması ilə əlaqədar koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə vətəndaşların sağlamlığının təmin edilməsi və qorunması, icra strukturlarının, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsi istiqamətində məqsədyönlü fəaliyyətini pozmaqla Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etməyə təhrik etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 10 yanvar 2021-ci il tarixdən 02 noyabr 2021-ci il tarixə qədər Rusiya Federasiyasının İrkutsk şəhərində yaşayaraq fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və 02 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasına geri qayıtmışdır. 2021-ci ilin aprel ayında “SOCAR Construction” şirkətinin Rusiya Federasiyasında keçirilən tenderində iştirak edərək İrkutsk vilayətində olan zavod tikintisində boru və qaynaq işləri üzrə qalib gəlməklə müəyyən öhdəliklər götürmüşdür. Götürdüyü öhdəlik ilə əlaqədar boru və qaynaqçılardan ibarət mütəxəssislər ona lazım olmuşdur. Uzun müddət tanıdığı tanışları olan Samir Məmmədzadə və Davud Məmmədov vasitəsilə 2021-ci ilin may ayında 101 nəfər mütəxəssisləri Rusiya Federasiyasına gətirmək üçün Azərbaycandan yığmışdır. Qeyd olunan vaxt o, İrkutsk vilayətinə gətirmək üçün Samir Məmmədzadə və Davud Məmmədov vasitəsilə toplanmış 101 nəfər şəxsin bilet məsələlərini həll etməyə çalışmışdır. 2021-ci ilin may ayında koronavirus pandemiyası ilə əlaqədar sərhədlər yeni açıldığı üçün biletlərə böyük təlabat olmuş, Bakı şəhərindən uçuş təşkil etmək istəsə də, reyslərdə yerlər olmamışdır. 18 may 2021-ci il tarixinə olan Ural Hava yolları ilə Gəncə-Sankt-Peterburq reysinə elektron uçuş biletlərini 17 may 2021-ci il tarixdə almışdır. Ondan sonra internet sosial şəbəkəsindən tanıdığı "xxxx" MMC-nin baş direktoru Şahid5 ilə PCR testlərinin verilməsi işində qanuni şəkildə köməklik etmək imkanında olub-olmaması ilə maraqlanmaq üçün sonuncunun 055- ***-**-** mobil nömrəsi ilə öz istifadəsində olan +7(985)-600-50-20 mobil nömrədən “whatsapp” mobil tətbiq üzərindən 17 may 2021-ci il tarixdə saat 10 radələrində əlaqə yaratmışdır. Şahid5 cavabında yarım saat ərzində klinikalarla danışıb nəticəsi barədə ona məlumat verəcəyini bildirmişdir. Müəyyən müddətdən sonra geri zəng edib Şahid5 101 nəfər şəxsin COVİD-19-a dair PCR testlərinin (bundan sonra test) verilməsi işində qanuni şəkildə görəcəyi təşkilatçılığa, yəni həmin şəxslərin tibb müəssisəsindən müayinədən keçməsi və qısa müddət ərzində müayinə nəticəsinə görə tibbi sənədlərin alınmasına görə hər adam sayına görə 80-90 (səksən-doxsan) manat test pulu, 30-40 (otuz-qırx) manat isə xidmət haqqı kimi ümumilikdə 120 (yüz iyirmi) manat pul vəsaiti istəmişdir. 101 nəfər şəxsin müxtəlif yerlərdə olması və uçuş zamanına az vaxtın qalması test verilməsi ilə əlaqədar işdə təşkilatçılığı zəruri etdiyindən o, Şahid5 təklifi ilə razılaşmışdır. Təşkilatçılıq işində köməklik üçün Davud Məmmədovun, Samir Məmmədzadənin və Şahid5 mobil nömrələrini bir-birlərinə verərək, sonuncunun 101 nəfər şəxsi tibb müəssisəsindən müayinə aparacağını və deyilən vaxtda yığılmalarını Davud Məmmədov və Samir Məmmədzadəyə tapşırmışdır. X155, Samir Məmmədzadə və Şahid5 bir-birləri ilə əlaqədə olduğunu ona bildirmişlər. Həmçinin, Şahid5 ona həkim kimi təqdim etdiyi tanımadığı xanımın - adam sayı çoxdur, bir klinikada bunu edə bilmərəm, həmin şəxsləri qrup halında X195 və Oksigen Klinik xəstəxanasında müayinədən keçirməliyəm məzmununda səsini mobil telefonuna göndərmişdir. Davud Məmmədovun, Samir Məmmədzadənin və Şahid5 bir-birləri ilə əlaqədə olması, sonuncunun qeyd etdiyi formada səs yazısını atması onda işin qanuni şəkildə həll ediləcəyindən arxayınlıq hissi yaratdığı üçün X155, Samir Məmmədzadə və Şahid5la danışmamışdır. Həmçinin, qaldığı İrkutsk vilayəti ilə Bakı şəhəri arasında “+4” saat fərq vardır. Razılaşdırılan pulun dollar ekvivalenti kimi 7.300 (yeddi min üç yüz) dollar pul vəsaitini baş vermiş razılaşmadan məlumatsız olan dostu “Elşən” adlı şəxs onun adından xahişi əsasında Bakı şəhərində Şahid5la görüşərək sonuncuya təqdim etmişdir. Belə ki, Elşən onun verdiyi nömrə ilə Şahid5la əlaqə saxlayıb 7.300 dollar pul vəsaitini sonuncuya vermişdir. 18 may 2021 -ci il tarixdə uçuşa 2-3 saat qalmış yoxlanış zamanı Davud Məmmədov və Samir Məmmədzadə onu mobil telefondan yığaraq verilmiş test nəticələrinə dair sənədlərin saxta olduğunu və buna görə prokurorluq orqanında olmaları barədə məlumat vermişlər. Baş vermiş anlaşılmazlıq ilə əlaqədar danışdıqda Şahid5 ona bildirmişdir ki, 1 günə alınmış test nəticələri TƏBİB-in sistemində gec göründüyü üçün heç bir narahatlıq yoxdur. Şahid5 etdiyi saxtakarlıq nəticəsində 101 nəfər şəxs uçuşa buraxılmadığı üçün ona 120.000 (bir yüz iyirmi min) dollar maddi ziyan dəymişdir. Sonradan Şahid5 7.300 dollar pul vəsaitini Elşənlə Bakı şəhərində görüşüb sonuncuya geri qaytarmışdır. Əlavə olaraq bildirir ki, 1-2 gün sonra yenidən uçuş bileti aldığı 96 nəfər şəxslər “Referans” klinikasında test verib neqativ nəticəli sənədləri aldıqdan sonra uçuşa buraxılmışlar. Həmin 96 nəfər şəxs hər iş saatına görə 5-6 dollar ödənilməklə zavod tikintisində işə cəlb olunmuşdur. Əvvəllər dəfələrlə bilet satışını ona təşkil etdiyi üçün Şahid5 turizm işçisi kimi tanımış və aralarında ədavət və ya düşmənçilik olmamışdır. Həmçinin o, ancaq telefonla danışdığı üçün Şahid5la görüşməmiş, sonuncudan hər hansı qanunsuz iş görməyi xahiş etməmişdir. X156 və X103 tanımır, onlarla hər hansı münasibəti olmamışdır. Şahid5 ona tanışı olduğu adını demədiyi həkimlər vasitəsilə 101 nəfər şəxsi müxtəlif tibb müəssisələrində müayinədən keçirəcəyini bildirmişdir. Adlarına bilet aldığı 101 nəfər şəxsi tanıyır, onlarla ədavət və ya düşmənliyi yoxdur, belə ki, son anda yalnız 96 nəfər Rusiya Federasiyasına gəlməyə razılıq vermişdir. Adlarına bilet aldığı şəxslər arasında COVİD-19 infeksiyasına yoluxanı olmamışdır. Şahid5, Elşən və digər ifadəsində qeyd etdiyi şəxslərlə +7(985)-600-50-20 mobil nömrəsindən istifadə edərək “whatsapp” mobil tətbiq vasitəsilə əlaqə saxlamışdır. Şahid5 ifadəsində göstərdiyi “Təqsirləndirilən şəxs sənəd saxtakarlığından məlumatlı olması” barədə xüsusat yalandır. Belə ki, əgər o, həqiqətən saxta sənəd hazırlanmasını Şahid5 xahiş etsəydi buna görə 120 manat deyil daha az pul vəsaiti ödəməli olmalıydı, həm də o, bilet üçün verdiyi 120.000 dolar pul vəsaitini 6.000-7.000 dollar pul vəsaitinə görə risk altına qoymazdı. Davud Məmmədov və Samir Məmmədzadə ona 101 nəfər şəxsin tibb müəssisəsində test vermək üçün yığılıb-yığılmaması, Şahid5 tərəfindən həmin şəxslərin testdən keçmək üçün hansı təşkilati işlərin görülməsi barədə hər hansı məlumat verməmiş, yalnız 18 may 2021-ci il tarixdə Davud Məmmədov və Samir Məmmədzadə ona zəng edərək sənədlərin saxta olması barədə məlumat vermişlər. Onun baş vermiş cinayət hadisəsindən xəbəri olmamış, həmçinin o, hər hansı şəxsə saxta sənədlərin hazırlanması barədə xahişlə müraciət etməmişdir. Şahid5la “whatsapp” mobil tətbiq üzərində yazışmaları, həmçinin Şahid5 ona göndərdiyi səs yazısını özündə əks etdirən mobil telefonu qısa müddət ərzində istintaq orqanına təqdim edəcəkdir. Eyni zamanda Elşən adı dostunun da, istintaq orqanında iştirakını qısa müddət ərzində təmin edəcəkdir. “X195” və "xxxx"nda tanışları yoxdur, qeyd olunan test nəticələri barədə sənədləri o, saxtalaşdırmamış, həmin cinayətin Şahid5 tərəfindən edildiyini 18 may 2021-ci il tarixdə 101 nəfər şəxs uçuşa buraxılmadıqları üçün məlumatı olmuşdur. Həmçinin onun ümumiyyətlə belə bir saxtakarlığı təklif etmək niyyəti də olmamışdır. Bu mümkün də deyildi. Çünki real vaxt rejimi ilə Azərbaycan və İrkuis şəhəri arasında 4-5 saatlıq vaxt fərqi vardır. Buna görə də Şahid5 Azərbaycanda hansı yolla PSR test almağından ümumiyyətlə xəbəri də ola bilməzdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradır, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır. Tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edir. Təqsirləndirilən şəxs Şahid5 törətdiyi əməl ilə TƏBİB-in fəaliyyətinə və işgüzar nüfuzuna zərər vurmuşdur. Bununla belə həmin əməl nəticəsində TƏBİB-ə hər hansı bir maddi ziyan vurulmamışdır, TƏBİB-in bu işlə bağlı təqsirləndirilən şəxsə qarşı hər hansı bir tələbi və iddiası yoxdur. Buna görə də, TƏBİB-in fəaliyyətinə və işgüzar nüfuzuna zərər vurulduğu üçün təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 12 dekabr 2019-cu il tarixdən etibarən "xxxx" MMC-nin təsisçisi və direktoru kimi fəaliyyət göstərir. Fərdi sahibkar kimi işçilərin işə qəbul və işdən azad edilməsi, başqa fiziki və hüquqi şəxslərlə müqavilələrin bağlanılması, öhdəliklərin götürülməsi və öhdəliklərə görə cavabdehlik daşınılması, turizm fəaliyyəti ilə əlaqədar ölkə daxili və xarici turların, təyyarə uçuşlarına biletlərin satışının təşkil edilməsi fəaliyyətini görmüşdür. Həmçinin “instagram” sosial şəbəkəsində də, şirkətin mütəmadi olaraq reklamını etdiyi üçün müxtəlif müştəriləri, o cümlədən Rusiya Federasiyasında yaşayan Təqsirləndirilən şəxs həmin reklam vasitəsilə tanımışdır. Danışıqlar zamanı Təqsirləndirilən şəxs özünü “SOCAR”ın Rusiya Federasiyasında işləyən nümayəndəsi kimi təqdim etmişdir. 16 may 2021-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan +**********0 mobil nömrədən onun ***-***-**-** mobil nömrəsini ilə “whatsapp” sosial şəbəkəsindən (onunla Seymur arasında bütün danışıqlar “whatsapp” sosial şəbəkəsindən və qeyd etdiyi nömrələrlə olmuşdur) yığaraq 96 nəfərə 18 may 2021ci il tarixdə saat 12:05-ə Ural Hava yolları ilə Gəncə-Sank-Peterburq reysinə elektron biletlər aldığını, həmin sayın 101 nəfər ola biləcəyini, lakin vaxtın az olması səbəbindən həmin şəxslərin uçuşa buraxılmaları üçün faktiki olaraq tibb müəssisəsinə getmədən adlarına COVİD-19-a dair PCR testinin (bundan sonra test) neqativ nəticəsini təsdiq edən sənədlər lazım olduğunu bildirərək qeyd olunan məsələdə onun köməklik etmək imkanında olub-olmadığını soruşmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, biletləri alınmış 96 nəfər şəxslər faktiki olaraq test verməsələr də, adlarına neqativ məzmunlu “TƏBİB”in elektron sistemində qeydiyyatdan keçmiş test nəticəsini təsdiq edən sənədlər alınmalı idi. O, cavabında bu məsələ ilə əlaqədar tanışlardan maraqlanacağını bildirmişdir. Rusiya Federasiyası istiqamətində fəaliyyət göstərən turizm şirkətləri arasında “ARKAN GROUP MMC”nin direktoru Sara kimi tanıdığı lakin əsl adı X103 olan xanımla sonuncunun ***-***-**-** mobil nömrəsi (onun ilə Sara arasında danışıqlar ancaq həmin nömrə və “whatsapp” sosial şəbəkəsi ilə olmuşdur) ilə “whatsapp” sosial şəbəkəsindən əlaqə saxlayıb qeyd olunan məsələdə köməlik etmək imkanında olub-olmaması ilə maraqlanmışdır. Belə ki, turizm şirkətinin direktoru kimi Tünzalə Əliyevanın daha geniş əlaqələrə malik olduğunu nəzərə alıb düşünmüşdür ki, təyyarə ilə daha çox bilet satışını təşkil etdiyi üçün, daha çox adamı test vermək məqsədilə tibb müəssisələrinə göndərdiyi üçün onun tibb müəssisələrində tanışı olacaqdır. Tünzalə Əliyeva cavabında bu məsələ ilə maraqlanıb nəticəsi barədə ona məlumat verəcəyini bildirmişdir. 17 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onu yığaraq həmin günü saat 00 radələrində biletləri alınmış şəxslərin avtobusla Gəncə şəhərinə gedəcəyini bildirmiş və xahiş etdiyi məsələnin nə yerdə olması ilə maraqlanmışdır. Daha sonra o, Tünzalə Əliyevanın nömrəsini yığıb məsələnin təcili olduğunu izah etmiş və qısa müddətdən sonra Tünzalə Əliyeva onunla əlaqə saxlayıb hər adam sayına görə 120 manat müqabilində faktiki olaraq test verməməklərinə baxmayaraq “X195” və "xxxx"nda uçuşlar üçün neqativ nəticəli test cavabları ala biləcəyini, həmin sənədlərin “TƏBİB”in elektron sistemdən qeydiyyatdan keçirələcəyini və bunun üçün “whatsapp” sosial şəbəkəsindən biletləri alınmış şəxslərin xarici pasport şəkillərinin göndərməsini təklif etmişdir. Həmin işdə ona nə qədər pul verəcəyi ilə maraqlandıqda Tünzalə Əliyevaya cavabında sənədləşmə başa çatdıqdan və adamlar təyyarə ilə getdikdən sonra ona hörmət edəcəyini bildirmişdir. X12 nə qədər məbləğdə pul verəcəyi barədə hər hansı məlumat verməmişdir. Həmin təklif barədə Təqsirləndirilən şəxs yığaraq məlumat vermiş və Təqsirləndirilən şəxs razılıq verərək ilkin olaraq 96 nəfər şəxsin xarici pasport şəkillərini ona göndərmiş, o da, həmin şəkilləri Tünzalə Əliyevanın nömrəsinə sosial şəbəkə ilə göndərmişdir. Daha sonra həmin günü tanımadığı şəxs tanımadığı mobil nömrədən onun ***-***-**-** mobil nömrəsini yığıb Seymurun tanışı olduğunu bildirərək Seymurun verdiyi pulları ona çatdırmalı olduğunu demiş və o, görüş yeri kimi Bakı şəhəri Nizami rayonu, Babək prospektində yerləşən “MONTE KARLO” şadlıq sarayının yaxınlığını təyin etmişdir. Qeyd olunan təyinat yerində saat 15 radələrində həmin şəxslə görüşmüş və 101 nəfərin 120 manatdan olmaqla ümumilikdə 7.300 dollar pulu kağız konvertdə almışdır. Daha sonra pulu götürüb Tünzalə Əliyevanın telefonu ilə əlaqə saxlayıb pulların onda olduğunu bildirmiş və Tünzalə görüş yeri kimi Yasamal rayonu Musabəyov parkı istiqamətində yerləşən “BANK OF BAKU”nun inzibati binasının yaxınlığını təklif etmişdir. Həmin ünvana taksi ilə getdikdən sonra, Tünzalə ilə yenidən əlaqə saxlamış və Tünzalə cavabında pulu ondan tanışının götürəcəyini bildirmişdir. Saat 15:30 radələrində rekvizitləri yadında olmayan taksi ilə bir nəfər, 35 yaşlı tanımadığı şəxs yaxınlaşaraq Tünzalənin tanışı olduğunu bildirmiş, öz mobil telefonunu ona təqdim etmiş və telefonda danışdıqda Tünzalə pulları həmin şəxsə verməsini tapşırmışdır. Kağız zərfdə 96 nəfərin təyyarə biletinə görə 6.800 dollar pulları həmin şəxsə vermiş, pulları saydıqdan sonra həmin şəxs görüş yerindən ayrılmışdır. Belə ki, faktiki olaraq 96 nəfərin təyyarə bileti alınmasına baxmayaraq Təqsirləndirilən şəxs ona 101 nəfərin test pulu kimi 7.300 dolları göndərməsinin səbəbi 5 nəfər şəxsə bilet axtarması ilə əlaqədar olmuş, razılaşmaya əsasən əgər həmin 5 nəfər şəxsə bilet tapıldığı təqdirdə Təqsirləndirilən şəxs pasport şəkillərini ona göndərməklə həmin şəxslərə də, test alınmasını tapşıracaqdır. Faktiki olaraq 96 nəfər şəxsə test nəticəsini təşkil edəcəyi üçün o, 500 dolları özündə saxlayıb Tünzalə Əliyevaya çatdırmaq üçün kağız konvetdə 6.800 dollar pul vermişdir. Həmçinin Təqsirləndirilən şəxsla onun razılığına əsasən əgər 5 nəfər şəxsə bilet tapılmayacağı təqdirdə onda qalan 500 dollar pulu tanışı vasitəsilə götürəcəkdir. 17 may 2021-ci il tarixdə saat 22 radələrində Tünzalə Əliyeva onun telefonunu yığaraq sənədlərin hazır olduğunu və Yasamal rayonu Musabəyov parkı istiqamətində görüş yerini təyin etmişdir. O, görüş yerinə getmiş və tanımadığı mobil nömrədən onun ***-***-**-** mobil nömrəsinə zəng gəlmiş, danışıq zamanı kişi cinsli şəxs Tünzalənin tanışı olduğunu və test nəticələrinin onda olduğunu bildirmişdir. “BANK OF BAKLTnun inzibati binasının yaxınlığında təklikdə görüşdükdə, həmin şəxs şəffaf faylda 96 nəfərin neqativ məzmunlu test cavablarını ona verib görüş yerini tərk etmişdir. Sənədlərə baxdıqda həqiqətən 96 nəfər şəxsə “X195” və “Oksigen Klinik xəstəxanasının adından uçuşlar üçün neqativ nəticəli test cavabları olduğunu görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yığaraq olduğu yer və sənədlərin onda olması barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs cavabında həmin yerə tanışlarının gələrək sənədləri ondan alacağını bildirmiş və qısa müddətdən sonra qara rəngli, rekvizitləri yadında olmayan avtomobildə tanımadığı kişi cinsli 1 nəfər şəxs ona yaxınlaşaraq Təqsirləndirilən şəxs tanışı olduğunu demişdir. Əlində olan faylda sənədləri həmin şəxsə verib həmin yeri tərk etmişdir. 18 may 2021-ci il tarixdə axşam saatlarında yadında olmayan mobil nömrədən onun ***-***-**-** mobil nömrəsinə zəng gəlmiş və danışıq zamanı tanımadığı kişi cinsli şəxs test nəticələrinə dair sənədlərin əksəriyyətində tarixin səhvən “17.04.2021” yazılması barədə məlumat vermiş və həmin test sənədlərinin fotoşəklini “whatsapp” sosial şəbəkəsi vasitəsilə ona göndərmişdir. Həmin vaxtı bacısı Şahid10 ona “whatsapp” sosial şəbəkəsindən göndərilmiş testin neqativ nəticəsini təsdiq edən sənədləri göstərərək mobil telefonunda olan xarici pasport şəkillərindəki məlumatlarla uyğunluğunu yoxlamasını xahiş etmişdir. Belə ki, o, Şahid10 sənədlərin saxta olduğunu gizlədərək həmin sənədlərin Tünzalə Əliyevanın 17 may 2021-ci il tarixdə tibb müəssisələrindən keçməsini təmin etdiyi Ural Hava yolları ilə Gəncə-Sank- Peterburq reysinə elektron biletlər alınmış şəxslərə məxsus olduğunu bildirmişdir. Şahid10 həmin sənədlərə baxdıqda sənədlərin əksəriyyətində tərtib edilmə tarixinin həqiqətən “17.04.2021” olduğunu müəyyən etmiş və onun xahişi ilə bacısı bu barədə Tünzalə Əliyevanın istifadəsində olan ***-***-**-** mobil nömrəsini “whatsapp” sosial şəbəkəsi vasitəsilə 18 may 2021-ci il tarixdə saat 02 radələrində yığaraq və yazaraq məlumat vermişdir. X141 da, Şahid10 sənədlərin saxta olduğunu gizlədərək həmin test sənədlərinin qanuni olduğunu, lakin həmin şəxslərin eyni anda tibb müəssisələrindən müayinədən keçirilməsini təşkil etdiyi üçün iş yükünün çoxluğu səbəbindən sənədlərdə 17.05.2021-ci il tarix yazılmalı olduğu təqdirdə texniki olaraq səhvən 17.04.2021 yazıldığını bildirmişdir. Qısa müddət ərzində Tünzalə Əliyeva “whatsapp” sosial şəbəkəsindən test sənədlərini 17.05.2021-ci tərtib edilmə tarixli olmaqla yenidən göndərmişdir. O da yenidən düzəldilmiş sənədləri PDF formatda sənədlərdəki yanlışlıq barədə məlumat vermiş tanımadığı şəxsin yadında olmayan mobil nömrəsinə göndərmişdir. 18 may 2021-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs onu yığaraq 96 nəfərin adına verilmiş test nəticələrinin saxta olduğu üçün, yəni “TƏBİB”in elektron sistemində aşkar olunmaması səbəbindən uçuşun baş tutmadığını və buna görə də verilmiş pul vəsaitinin qaytarılmasını tələb etmişdir. O da öz növbəsində Tünzalə Əliyevanı yığaraq baş vermiş anlaşılmazlığı deyib verdiyi pulları geri tələb etmişdir. X33 aldada biləcəyini düşündüyü üçün atası Şahid1 bu barədə, X90 istifadəsində olan nömrə və ofisinin yeri barədə məlumat vermişdir. Sosial şəbəkədə danışıq zamanı Tünzalə Əliyeva aldığı pulları iş görmək üçün adını demədiyi şəxsə verdiyini, 19 may 2021-ci il tarixdə pulları ona qaytara biləcəyini bildirmişdir. O, məcbur qalıb öz vəsaiti hesabına manat və dollar şəklində ümumilikdə 7.300 dollar pulu düzəldib sosial şəbəkə vasitəsilə Təqsirləndirilən şəxsla danışıb məlumat vermişdir. Tanımadığı mobil nömrədən onun ***- ***-**-** mobil nömrəsinə zəng gəlmiş, danışıq zamanı kişi cinsli şəxs Təqsirləndirilən şəxs tanışı olduğunu və pulları ondan götürməli olduğunu bildirmişdir. 18 may 2021 -ci il tarixdə saat 00 radələrində “MONTE KARLO” şadlıq sarayının yaxınlığında tanımadığı kişi cinsli şəxslə görüşüb pulların yadında olmayan hissəsi manat olmaqla ümumilikdə 7.300 dollar pul vəsaitini geri qaytarmışdır. 19 may 2021-ci il tarixdə səhər saatlarında atası Şahid1 pulun qaytarılması ilə əlaqədar danışıq aparmaq üçün Tünzalə Əliyevanın ofisinə getmişdir. Saat 10 radələrində “whatsapp” sosial şəbəkəsindən danışdıqda Tünzalə Əliyeva ona pulun bir hissəsini bank hesabına, digər hissəsini isə əlbəəl verəcəyini təklif etdiyi üçün, “KAPİTAL BANK”da olan hesab nömrəsini Tünzalə Əliyevaya göndərmişdir. Tünzalə Əliyeva onun hesabına hissə-hissə olmaqla ümumilikdə 8.000 manat məbləğdə pul vəsaitini köçürmüşdür. Həmin günü saat 14 radələrində Tünzalə Əliyevanın təyin etdiyi görüş yeri olan Yasamal rayonu Musabəyov parkının yaxınlığına təklikdə getmiş və həmin yerdə Tünzalə Əliyeva ilə görüşüb pulun digər hissəsini dollar şəklində yadında olmayan məbləğdə almışdır. Tünzalə Əliyevanı həmkar kimi tanıyır, onunla başqa münasibəti olmamışdır. X142 ilə ifadəsində qeyd etdiyi test ilə əlaqədar sənədləşmədən başqa digər qanunsuz iş görməmiş, X141 uçuş üçün neqativ məzmunlu test nəticələrini təşkil etdiyi üçün həmin sənədlərin saxta olmasından məlumatlı olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxsla ifadəsində qeyd etdiyi test ilə əlaqədar sənədləşmədən başqa digər qanunsuz iş görməmişdir. Adlarına bilet alınmış 96 nəfər şəxslərin sənədlərini sosial şəbəkə ilə Tünzalə Əliyevaya göndərmiş, lakin digər 5 nəfər şəxslərin adlarına bilet alınmasından və test saxtalaşdırılmasından məlumatı olmamışdır. Həmin 96 nəfər şəxsləri tanımır. Adlarına alınmış neqativ məzmunlu test cavabları olan şəxslərin həmin tarixdə COVİD-19 infeksiyasına yoluxub-yoluxmamasından məlumatı olmamışdır. Yalnız onunla əlaqə saxladığı üçün X128 Əliyeva ilə əlaqədə olmamış və sonuncunu tanımamışdır. Saxta sənəd hazırlanması üçün pul vəsaitinin alınması və verilməsi prosesində təklikdə iştirak etmiş və həmin hadisənin şahidi pulu gətirən və ya alan şəxsdən başqa heç kim olmamışdır. Tünzalə Əliyevanın tanışı saxta sənədləri verdikdə, həmin sənədləri isə o, Seymurun tanışına təklikdə vermişdir. Tünzalə Əliyeva tibb müəssisələrində saxta sənədlərin hazırlanması işini kimin vasitəsilə etməsi barədə, həmçinin qeyd olunan işin alınmaması səbəbi barədə ona heç bir məlumat verməmişdir. Lakin hesab edir ki, həmin saxta test nəticəsinə dair sənədləri Tünzalə Əliyeva özü hazırlamış və sənədlərin kənar şəxs tərəfindən tərtib edildiyini yalandan deməkdə məqsədi pul vəsaitinin daha çox hissəsini özündə saxlamaq olmuşdur. Tünzalə Əliyeva ona əlbəəl pul vəsaiti qaytardıqda həmin hadisənin şahidi təklikdə olduqlarından heç kim olmamışdır. Sənəd saxtakarlığı məsələsində birgə icracı kimi iştirak etməkdə məqsədi maddi maraq ilə əlaqədar olmuşdur. Belə ki, Tünzalə Əliyeva ona iş alındıqdan sonra pul verəcəyini bildirmiş, lakin sənədlər saxta olduğuna görə etdiyi vasitəçiliyə görə Tünzalə Əliyevadan pul ala bilməmişdir. Təqsirləndirilən şəxs isə göstərdiyi köməkliyə görə ona pul və sair maddi nemət təklif etməmişdir. İstifadəsində olan 2016-cı il istehsalı olan “SAMSUNG J3” markalı mobil telefonu ilə ***-***-**-** mobil nömrədən istifadə etməklə Tünzalə Əliyeva və ya Təqsirləndirilən şəxsla “whatsapp” sosial şəbəkəsi ilə əlaqə saxlamış, pasport şəkillərini, bank hesab nömrəmi göndərmişdir. Tünzalə Əliyeva və ya Seymur adlı şəxslə “whatsapp” sosial şəbəkəsi apardığı yazışmaları silməsinin səbəbi yazışmaların digər şəxslərin əlinə düşəcəyindən qorxması ilə əlaqədar olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin insan resursları şöbəsinin, kadrların toplanması və seçilməsi üzrə böyük mütəxəssisi vəzifəsində işləmişdir. Sabiq iş yoldaşı Təqsirləndirilən şəxs tanıyır, onunla mehriban münasibətləri vardır. Təqsirləndirilən şəxs 2020-ci ilin təxminən dekabr ayında Rusiya Federasiyasına köçdükdən sonra +**********0 mobil nömrəsindən “whatsapp” sosial şəbəkəsi vasitəsilə istifadəsində olan ***-***-**-** mobil nömrə ilə əlaqə saxlamışdır, Təqsirləndirilən şəxsla ancaq həmin mobil nömrələrlə əlaqəsi olmuşdur. Danışıqlar zamanı Təqsirləndirilən şəxs İrkutsk şəhərində yaşadığını və adını demədiyi özəl şirkətdə işlədiyini ona bildirmişdir. 17.05.2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs sosial şəbəkə vasitəsilə onun mobil nömrəsini yığıb İrkutsk şəhərində tikintisi planlaşdırılan zavodun inşası ilə əlaqədar Azərbaycandan fəhlələr üçün təyyarəyə biletlər aldığını və həmin şəxslərin COVİD-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədlərin iş yoldaşı Şahid2 götürüb sosial şəbəkə ilə ***- ***-**-** mobil nömrəsini göndərdiyi Davud adlı şəxslə görüşüb sonuncuya veməyini xahiş etmişdir. Həmin günü saat 20 radələrində Şahid2la Xalqlar Dostluğu metrostansiyasının yaxınlığında təklikdə görüşüb ondan şəffaf rəngli faylda neqativ nəticəsini təsdiq edən çoxsaylı test sənədlərini aldıqdan sonra Təqsirləndirilən şəxs sosial şəbəkə ilə ona göndərdiyi Davud adlı şəxsin ***-***-**-** mobil nömrəsi ilə istifadəsində olan ***-***-**-** mobil nömrə ilə əlaqə saxlayıb. Xalqlar Dostluğu metrostansiyası tərəfdə yerləşən “Siyaqut” şadlıq sarayının yaxınlığında Davud adlı şəxslə təklikdə görüşüb Şahid2 aldığı sənədləri olduğu kimi faylda təhvil verib Davuda. 18.05.2021-ci il tarixdə saat 09 radələrində Davud adlı şəxs ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***- **-** mobil nömrə ilə onunla əlaqə saxlayıb verilmiş test nəticələrinin elektron qeydiyyat sistemində olmaması barədə məlumat verdikdə, cavabında bu məsələ ilə əlaqədar Təqsirləndirilən şəxsla əlaqə saxlamalı olduğunu, baş vermiş hadisədən məlumatsız olduğunu bildirib. Həmin günü günorta saatlarında əlaqə saxladıqda Təqsirləndirilən şəxs ona bildirdi ki, zavodun tikintisinə cəlb olunacaq şəxslərin X230 vasitəsilə Rusiya Federasiyasına uçuş biletlərini turizm şirkətinin rəhbəri Əsgər adlı şəxs təşkil etmiş, sonuncunun həmin şəxsləri adam hesabına 120 manatdan testdən keçirəcəyi barədə təklifini qəbul edib ödəniş etmiş, lakin sonradan neqativ nəticəsini təsdiq edən çoxsaylı test sənədləri saxta çıxdığından şirkət küllü miqdarda ziyana düşmüşdür. Belə ki. Təqsirləndirilən şəxs ona deməsinə görə sənədlərin saxta olmasından məlumatsız olmuş, bütün işləri, yəni təyyarəyə biletlərinin alınması, test nəticələrinin verilməsi turizm şirkətinin rəhbəri Əsgər adlı şəxs təşkil etmişdir. Bundan sonrakı baş vermiş hadisələrdən onun xəbəri olmamışdır. Həmçinin Sara adı ilə tanınan X70, Əsgər adlı şəxsi tanımamışdır, onlarla hər hansı əlaqəsi və münasibəti olmamışdır,. Davud adlı şəxsi isə Təqsirləndirilən şəxs ona verdiyi nömrə ilə əlaqə saxlayıb 17.05.2021-ci il tarixdə tanımışdır. Təqsirləndirilən şəxs ona neçə nəfərə bilet alınması, Əsgərin bilet və test nəticələrinə görə nə qədər, hansı qaydada, kimin vasitəsilə, hansı valyuta növündə pul verməsi barədə ona hər hansı məlumat verməmişdir. Sonradan mətbuatda yayılan xəbərlərə əsasən təxminən 96 nəfər şəxsin saxta test nəticəsi barədə sənədlərlə təmin olunması barədə məlumatı olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs test nəticələrinin hansı qaydada təşkil edilməsi, həmin şəxslərin real olaraq hansı tibb müəssisələrində test nümunələri verib-verməməsi barədə hansı məlumatı olmamışdı. Şahid2 fayi paketdə aldığı sənədləri saymadığı üçün saynı bilmir, sadəcə olaraq üzdə görünən neqativ məzmunlu test sənədinin “X195” klinikasının adından verildiyini oxumuşdur. Faylda olan digər sənədlərin hansı tibb müəssisəsi tərəfindən verilməsi və ya məzmununun nədən ibarət olmasından məlumatı olmamışdır. Sadəcə Şahid2 uzaq ünvanda yaşadığı üçün Vüqardan sənədləri alıb Davud adlı şəxsə verməyi Təqsirləndirilən şəxs ondan xahiş etmiş və o da, yoldaş kimi sənədlərin alınıb verilməsində vasitəçilik etmişdir. Amma Şahid2 test nəticələri barədə sənədləri kimdən və harada əldə etməsindən məlumatı olmamışdır, test nəticələri barədə sənədlərin saxta olmasından da məlumatsız olmuşdur, həmin sənədlərin hansı qaydada hazırlanması barədə də məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, müxtəlif vaxtlarda bir sıra yerlərdə boru montajçısı kimi işləmişdir. Keçmiş iş yoldaşı X143 Federasiyasında işləmək üçün işçi qrupunun yığılması barədə məlumat alıb. Davud Məmmədov ona bildirmişdir ki, Rusiya Federasiyası İrkutsk şəhərində tikilən zavodda müəyyən işlərin görülməsi üçün işçi qrupu yığılır, həmin işçi qrupunun təyyarə ilə uçuş biletlərinin alınmasının maliyələşdirilməsi “SOCAR Construction” şirkəti tərəfindən həyata keçiriləcəkdir. İşə görə yüksək əmək haqqı ödənildiyini görüb Rusiya Federasiyasına getməyə razılıq verib və onu “whatsapp” sosial şəbəkəsində yaradılan və adnın Davud Məmmədov olan "Boru qrupu” adlı qrupa əlavə ediblər. Belə ki, işçi qrupunun üzvlərinin sayı çox olduğu üçün Davud Məmmədov “whatsapp” sosial şəbəkəsində qrup yaratmaqla Rusiya Federasiyasına getmək istəyən şəxsləri həmin qrupa əlavə etmişdir. Qrupda olan tələbə əsasən elektron uçuş biletinin alınması məqsədilə xarici pasportunun fotoşəklini digər işçi qrupun üzvləri kimi o da göndərib. İlk əvvəl planda 09.05.2021-ci il tarixdə uçuş olsa da, sonrada bildiyi səbəbdən fikir dəyişildi. 17.05.2021-ci il tarixdə günorta saatlarında qrupda bildirildi ki, 18.05.2021-ci il tarixə saat 12 radələrinə X205n Gəncə-Sankt-Peterburq reysinə uçuş biletləri alınmış və saat 23 radələrində “Xalqlar dostluğu”metrostansiyası tərəfdə “Siyaqut” şadlıq sarayının yaxınlığında 03 ədəd “SOCAR Construction” şirkətinin sərnişindaşıma avtobuslarında işçi qrupunun yığıldığı üçün həmin saatda qeyd olunan ünvanda olmalıyıq. 17.05.2021-ci il tarixdə saat 23 radələrində “Xalqlar dostluğu” metrostansiyası tərəfdə “Siyaqut” şadlıq sarayının yaxınlığında 03 ədəd sərnişindaşıma avtobuslarını görüb həmin yerə yaxınlaşıb və avtobuslardan birinə əyləşib. Avtobuslara Rusiya Federasiyasına getməli olan onunla birlikdə qaynaqçı və boru montajçısı olan yadında olmayan sayda şəxs yığılmış, həmin şəxslərə rəhbərliyi X104 etmişdir. Müəyyən müddətdən sonra tanımadığı şəxs avtobusun kabinəsinə daxil olub birbir işçi qrupuna daxil olan şəxslərin adlarını çəkməyə başladı, adlı çəkilən şəxs avtobusda olduqda həmin şəxsə yaxınlaşıb COVİD-19-a dair neqativ məzmunlu test nəticəsini götürmüşdür. Avtobusda olan işçi qrupuna “X195” klinikasının və "xxxx"nın adından test nəticələri barədə sənədlər paylanmışdır. Onun da adı çağrıldıqdan sonra yaxınlaşıb test nəticəsinə dair sənədi götürub və sənədə baxdıqda “X195” klinikasının adından tərtib edildiyini müəyyən etmişdir. Daha sonra “SOCAR” şirkətinə məxsus olduğunu bildiyi 03 ədəd sərnişindaşıma avtobuslarında birlikdə Gəncə şəhərinə yola düşüblər. 18.05.2021-ci il tarixdə saat 07 radələrində Gəncə şəhərinə çatdıqda X205 olduqda işçi qrupunun digər üzvləri kimi o da, xarici pasportunu və test nəticəsini sənədləşmə işi üçün Davud .Məmmədova verib. Saat 10:00-da qeydiyyat başlansa da, sənədləşmə işində problem olduğu üçün o və işçi qrupunun digər üzvləri hava limanına daxil ola bilməyiblər. Daha sonra onu və işçi qrupunun digər üzvlərini X205 yerləşən xətt polis şöbəsinə dəvət etdilər və orada izahat verərkən ona məlum oldu ki, test nəticəsinə dair sənədlər TƏBİB-in elektron sistemində qeydiyyatda olmadığı üçün o və işçi qrupunun digər üzvləri uçuşa buraxılmamışlar. Növbəti günlərdə işçi qrupunun üzvləri Bakı şəhərində Covid-19-a dair test verərək Bakı reysi ilə Rusiya Federasiyasına işçi qrupunun digər üzvləri ilə birlikdə uçublar. Həmin “whatsapp” sosial şəbəkəsində yaradılmış qrupda Davud Məmmədovun verdiyi məlumata əsasən “SOCAR Construction” şirkəti tərəfindən uçuş .xərcləri maliyələşdirilmişdir. Lakin konket olaraq hansı şəxsin həmin maliyələşdirməni etməsi barədə ona hər hansı məlumat verilməmişdir. Həmin qrupda Davud Məmmədovun verdiyi məlumata əsasən Rusiya Federasiyasında olduqda “SOCAR” şirkəti onun və işçi qrupunun digər üzvlərinin tikintiyə cəlb edilməsi ilə əlaqədar vergi, əmək, miqrasiya və digər sahələrdə olan sənədləşmə işlərini görəcəkdir. O, 18.05.2021-ci il tarixdə X205n Gəncə-Sankt-Peterburq reysinə uçuş üçün hər hansı tibb müəssisəsində COVİD-19-a dair test verməmişdir. Davud Məmmədov ona bildirdi ki, tibb müəssisəsində faktiki olaraq COVİD-19-a dair test verməsə də, onun adına olan neqativ məzmunlu sənəd işçi qrupunun digər üzvlərində olduğu kimi “TƏBİB”in elektron sistemində qeydiyyatdan keçmiş kimi rəsmiləşdirilmişdir. X157 bütün işlərin, yəni test nəticələrinin qanuni şəkildə rəsmiləşdirilməsi “SOCAR Construction” şirkəti tərəfindən görüldüyünü iediyi üçün o da arxayın olmuşdur. X205 nəzarət tədbirləri zamanı sənədin saxta olması aşkar edilməyəcəyi təqdirdə Rusiya Federasiyasına uçuş bileti olan işçi qrupun digər üzvləri kimi 18.05.2021-ci il tarixdə olan uçuşdan o də istifadə edəcəkdi, lakin sənədlər saxta çıxdığından uça bilməmişdir. Sadəcə maliyələşmənin “SOCAR Construction” şirkəti tərəfindən edilməsi onda arxayınlıq yaratmışdır ki, tibb müəssisəsində faktiki olaraq COVİD-19-a dair test verməsə də, onun adına olan neqativ məzmunlu sənəd işçi qrupunun digər üzvlərində olduğu kimi “TƏBİB”in elektron sistemində qeydiyyatdan keçmiş kimi rəsmiləşdiriləcəkdir. İşçi qrupunun üzvlərinə verilmiş saxta sənədlərin kim tərəfindən hazırlanması, hansı qaydada işçi qrupuna çatıdırılmasmdan məlumatı yoxdur. Turizm şirkətlərinin əməkdaşları Sara adı ilə tanınan X70 və Şahid5, Rusiya Federasiyasında işləyən Çingiz və ya Murad adında şəxsləri tanımır, onlarla hər hansı münasibəti olmamışdır. Lakin Təqsirləndirilən şəxs Rusiya Federasiyası İrkutsk şəhərində tikintidə rəhbər vəfizəli şəxs olduğunu bilirdi, Təqsirləndirilən şəxsla ədavət və ya düşmənçiliyi olmamışdır. Baş vermiş sənəd saxtakarlığı ilə onun hər hansı formada əlaqəsi olmamışdır, sənəd saxtalaşdırılması prosesində hər hansı formada iştirak etməmişdir. Sənədlərin kim tərəfindən saxtalaşdırılması barədə məlumatım yoxdur. X194 Rusiya Federasiyası İrkutsk şəhərində olan tikintiyə Azərbaycandan işçi qrupunun yığılmasında təşkilati işləri görmüşdür. X174 test nəticəsinə dair sənədlərin saxtalaşdırılması prosesində şəxsən iştirak edib-etməməsindən məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də işləmiş sabiq iş yoldaşı Təqsirləndirilən şəxs tanıyır, onunla mehriban münasibətləri vardır. Təqsirləndirilən şəxs 2020-ci ilin təxminən dekabr ayında Rusiya Federasiyasına köçdükdən sonra +**********0 mobil nömrəsindən “whatsapp” sosial şəbəkəsi (bundan sonra sosial şəbəkə) vasitəsilə onun istifadəsində olan ***-***-**-** mobil nömrə ilə əlaqə saxlamışdır (Təqsirləndirilən şəxsla ancaq qeyd etdiyi mobil nömrələrlə saxlamışdır). Danışıqlar zamanı Təqsirləndirilən şəxs İrkutsk şəhərində adını demədiyi özəl şirkətdə işlədiyini ona bildirmişdir. 17 may 2021-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs sosial şəbəkə vasitəsilə onun istifadəsində olan mobil nömrəsini yığıb sosial şəbəkə ilə göndərdiyi ***-**-** mobil nömrə (provayderi dəqiq xatırlamır) ilə əlaqə saylayıb həmin şəxsdən sənədləri götürüb iş yoldaşı Şahid3 verməsini xahiş etmişdir. ***-**-** mobil nömrə ilə əlaqə saxladıqda onun kişi cinsli şəxs olduğunu müəyyən etmiş və danışıq zamanı Seymurun tanışı olduğunu deyib ondan sənəd götürməli olduğunu bildirmişdir. Həmin şəxs görüş yeri kimi Yasamal rayonunda yerləşən “ASAN Xidmətin” qarşısını təyin etmiş və qara rəngli “CAMRY” markalı 50AB103 dövlət qeydiyyat nişanlı xidməti avtomobillə görüş yerinə gedib həmin şəxsdən şəffaf rəngli faylda sənədləri almışdır. Daha sonra Şahid3 ***-***-**-** mobil nömrəsini yığıb həmin günü axşam saatlarında “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında təklikdə görüşüb şəffaf rəngli faylda olan sənədləri təqdim etmişdir. Sonradan baş vermiş hadisələrdən xəbəri olmamış, 2021-ci ilin may ayının yadında olmayan günündə Gəncə şəhər prokurorluğuna Şahid3la birlikdə dəvət edildiyi üçün ona məlum olmuşdur ki, İrkutsk şəhərində tikintisi planlaşdırılan zavodun inşası ilə əlaqədar Azərbaycandan fəhlələr üçün təyyarəyə biletlər alınmış şəxslərin COVİD-19-a dair PCR testinin (bundan sonra test) neqativ nəticəsini təsdiq edən sənədlər saxta çıxdığı üçün həmin şəxslər uçuşa buraxılmamış, həmçinin Təqsirləndirilən şəxs onunla əlaqələndirdiyi şəxsdən alıb Şahid3 verdiyi sənədlər isə həmin test nəticələri olmuşdur. Sara adı ilə tanınan X70, Şahid5, Davud adlı şəxsi tanımır, onlarla hər hansı münasibəti olmamışdır. Təqsirləndirilən şəxs neçə nəfərə bilet alınması, hansı turizm şirkətinə bilet və test nəticələrinə görə nə qədər, hansı qaydada, kimin vasitəsilə, hansı valyuta növündə pul verməsi, test nəticələrinin hansı qaydada təşkil edilməsi, həmin şəxslərin real olaraq hansı tibb müəssisələrində test nümunələri verib- verməməsi barədə ona hər hansı məlumat verməmişdir. ***-**-** mobil nömrənin istifadəçisindən fayl paketdə aldığı sənədləri saymadığı üçün sayını bilmir. Hətta həmin sənədlərin məzmununa aldığı vaxt fikir vermədiyi üçün test nəticələri barədə olmasından məlumatsız olmuşdur. ***-**-** mobil nömrənin istifadəçisindən alıb Şahid3 təhvil verərəkən test nəticələri barədə sənədlərin saxta olmasından məlumatsız olmuş, həmin sənədlərin hansı qaydada hazırlanması barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 23 iyul 2020-ci il tarixdən etibarən “X195” klinikasında (bundan sonra klinika) qeydiyyatçı vəzifəsində işləyir. Belə ki, xaricə uçuş biletləri olan şəxslər klinikaya müraciət etdikdə ilkin olaraq qeydiyyatçılar tərəfindən xarici pasport əsasında “FONET” adlı kompyuter proqramında qeydiyyata alınırlar. İlkin qeydiyyatdan sonra müraciətçiyə kompyuter proqramından çıxarış kimi çek təqdim edilir, həmin çek əsasında pasiyent kassada ödəniş etdikdən sonra klinika tərəfindən çek təsdiq edilir. Daha sonra isə pasiyent təsdiq edilmiş çek ilə birlikdə yaxma götürülən xüsusi otağa yaxınlaşır. Həmin otaqda tibb bacıları olan Fatimə Zeynalova, Əsmər Əlizadə, Esmira Qaracayeva, Aygün Haqverdiyevə, Günay Aşıqova, Bənövşə Əlirzayeva, Maya Mirzəyeva, Səadət Seyidova tərəfindən növbəlilik üzrə pasiyentdən götürülmüş yaxma müvafiq qaydada qablaşdırılır və kompyuter sisteminə işlənir. Daha sonra isə kuryer götürülmüş nümunələri labarotoriyaya gətirdikdən sonra nümunələrin labarotoriyaya daxil olmasını təsdiq edən qeyd həkimlaborantlar tərəfindən kompyuter sisteminə işlənir. 2021-ci ilin mart ayının sonundan kimi klinikanın laboratoriyasında X204 Mustafazadə ilə birlikdə çalışmış, mart ayının sonundan isə klinikanın laboratoriyasında COVİD-19-a dair testlərin tədqiqi yalnız Sevda İbayeva tərəfindən aparılmışdır. Həkim-laborantlar nümunələri tədqiq edərək alınan nəticəni kompyuter sisteminə daxil edirlər, testin nəticəsi hazır olduqdan sonra həkim-laborantlar tərəfindən kompyuter sistemində cavab təsdiq edilir. Daha sonra isə kompyuter sistemindən hazır sənəd şəkildə klinikanın adından COVİD-19-a dair testin nəticəsi çıxarılır (həmin sənəddə imzalar elektron şəkildə işlənmiş olur), həmin sənəddə klinikanın rekvizitləri, pasiyentin şəxsiyyəti barədə məlumatlar və QR kod qeyd edilir. Son mərhələdə isə testin nəticəsinə dair sənəd gecə növbəsi olduqda qeydiyyat şöbəsinin növbədə olan əməkdaşı tərəfindən, gündüz növbəsində isə qəbul şöbəsinin növbədə olan əməkdaşı tərəfindən pasiyentə təqdim edilir və ya pasiyentin istəyinə əsasən qeydiyyata alınarkən verdiyi “mail” ünvana göndərilir. Turizm şirkətlərinin əməkdaşları Sara adı ilə tanınan X70 və Şahid5, Rusiya Federasiyasında işləyən Murad adında şəxsi tanımır, onlarla hər hansı münasibəti olmamışdır. Qönçə Nağıyevanın adına tərtib edilmiş test nəticəsinə dair sənəd klinikanın adından tərtib edilməklə qanuni sənəddir. Belə ki, baxışına təqdim olunan sənədə əsasən Qönçə Nağıyeva klinikaya etdiyi müraciəti üzrə test vermiş və cavab sənədi hazırlanmışdır. Qönçə Nağıyevanın adına tərtib edilmiş sənəddə “Barcode/Card Number” qrafasında qeyd olunan“21-393883/A731086” nömrənin digər saxta sənədlərdə olması ona deməyə əsas verir ki, Qönçə Nağıyevanın adına tərtib edilmiş PDF formatda sənəd üzərində skayner vasitəsilə saxtakarlıq yolu ilə düzəlişlər edilməklə baxışına təqdim olunan klinikanın adından tərtib edilmiş 48 ədəd saxta sənədlər hazırlanmışdır. Baş vermiş sənəd saxtakarlığı ilə onun hər hansı formada əlaqəsi olmamış, sənəd saxtalaşdırılması prosesində hər hansı formada iştirak etməmişdir. Klinikaya çoxlu vətəndaşlar test vermək üçün müraciət etdiklərindən onların hamısını yadında saxlaya bilmir. X129 şəxsən tanımır, onunla hər hansı münasibəti olmamışdır. Klinikanın sorğuya cavab məktubunda göstərildiyi kimi test nəticəsini o, Qönçə Nağıyevaya əlbəəl təqdim etsə də, həmin pasiyenti əvvəllər və ya indi şəxsən tanımır. Əlavə olaraq bildirir ki, kompyuter proqramında olan məlumatlara əsasən klinikaya test vermək üçün müraciət etmiş Qönçə Nağıyeva həmçinin cavab sənədinin alınması üçün öz elektron poçt ünvanı kimi “Elektron ünvan ”, mobil nömrəsi kimi 050-888- 13-96 mobil nömrəsini qeyd etmişdir. Kompyuter proqramının xarakterinə əsasən test cavabları hazır olduqdan sonra müraciət etmiş pasiyentin mobil nömrəsinə məlumatverici məzmunda sms göndərilir, həmçinin elektron poçt ünvanına sənəd PDF formatda göndərilir. X130 da, test cavabları hazır olduqdan sonra ***-***-**-** mobil nömrəsinə məlumatverici məzmunda sms göndərilmiş, “Elektron ünvan ” elektron poçt ünvanına isə sənəd PDF formatda göndərilmişdir. X37 və ya digər şəxsin adına klinikada tərtib edilmiş COVİD-19-a dair test nəticəsini kənar şəxslərə verməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid8 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 06 may 2021-ci il tarixdə iş yerində olarkən “SOCAR Construction” şirkətinin Rusiya Federasiyası İrkutsk şəhərində tikilən zavodunda boru montajı üçün işçi qrupu yığılması və iş yoldaşı X45 da Rusiya Federasiyasına getməyə hazırlaşması barədə məlumat eşitmişdir. Ona görə də, ***-***-**-** mobil nömrəsindən Davud Məmmədovun istifadəsində olan ***-***-**-** mobil nömrə ilə (Davud Məmmədovla ancaq ifadəsində qeyd etdiyi əlaqə nömrələri ilə danışmışdır) əlaqə saxlayaraq həmin işlə bağlı Rusiya Federasiyasına getmək istədiyini bildirmişdir. Daha sonra görüşdükdə Davud Məmmədov ona bildirmişdir ki, Rusiya Federasiyası İrkutsk şəhərində tikilən zavodda müəyyən işlərin görülməsi üçün işçi qrupu yığılır, həmin işçi qrupunun təyyarə ilə uçuş biletlərinin alınmasının maliyələşdirilməsi “SOCAR Construction” şirkəti tərəfindən həyata keçiriləcəkdir. İşə görə yüksək əmək haqqı ödənildiyini görüb (hər iş saatına görə 5 dollar) Rusiya Federasiyasına getməyə razılıq vermiş və Davud Məmmədovun tələbinə əsasən xarici pasportunun fotoşəklini sonuncunun mobil nömrəsinə “whatsapp” sosial şəbəkəsi ilə göndərmişdir. İlk əvvəl planda 09 may 2021-ci il tarixdə uçuş olsa da, sonrada bilmədiyi səbəbdən fikir dəyişilmişdir. 17 may 2021-ci il tarixdə saat 14 radələrində o, işdə olarkən Davud Məmmədov mobil nömrəsini yığaraq bildirmişdir ki, 18 may 2021-ci il tarixə saat 12 radələrinə X205n Gəncə-Sankt-Peterburq reysinə uçuş biletləri alınmış və saat 23 radələrində “Xalqlar dostluğu” metrostansiyası tərəfdə “Siyaqut” şadlıq sarayının yaxınlığında 03 ədəd “SOCAR Construction” şirkətinin sərnişindaşıma avtobuslarında işçi qrupunun yığıldığı üçün həmin saatda qeyd olunan ünvanda olmalıdır. Rusiya Federasiyasına getməli olduğu üçün iş yerindən 21 günlük əmək məzuniyyəti götürmüş və 17 may 2021-ci il tarixdə saat 23 radələrində “Xalqlar dostluğu” metrostansiyası tərəfdə “Siyaqut” şadlıq sarayının yaxınlığında 03 ədəd sərnişindaşıma avtobuslarını görüb həmin yerə yaxınlaşmışdır. Davud Məmmədov avtobusa oturmaq üçün onu ötürmüşdür. Müəyyən müddətdən sonra tanımadığı kişi cinsli şəxs avtobusun kabinəsinə daxil olub birbir işçi qrupuna daxil olan şəxslərin adlarını çəkməyə başlamış, adlı çəkilən şəxs avtobusda olduqda həmin şəxsə yaxınlaşıb COVİD-19-a dair neqativ məzmunlu test nəticəsini (bundan sonra test nəticəsi) götürmüşdür. Əlavə olaraq bildirir ki, avtobusda olan işçi qrupuna “X195” klinikasının və "xxxx"nın adından test nəticələri barədə sənədlər paylanmışdır. Lakin sadalanan adlar arasında onun adının olmadığını görüb bu barədə məlumat vermişdir. Həmin vaxtı Davud Məmmədov ona bildirmişdir ki, Gəncə şəhərinə yola düşdükdən sonra onun test nəticəsini “whatsapp” sosial şəbəkəsindən göndərəcəklər. Daha sonra “SOCAR Construction” şirkətinə məxsus olduğunu bildiyi 03 ədəd sərnişindaşıma avtobuslarında bilmədiyi sayda şəxslərlə birlikdə Gəncə şəhərinə yola düşmüşdür. 18 may 2021-ci il tarixdə saat 07 radələrində Gəncə şəhərinə çatdıqda Davud Məmmədov “whatsapp” sosial şəbəkəsi ilə onun test nəticəsini göndərmiş və Gəncə şəhəində tanımadığı yerə yaxınlaşıb həmin sənədin surətini çıxarmışdır. Belə ki, onun adına olan test nəticəsinə dair sənəd "xxxx"nın adından verilmişdir. X205 olduqda işçi qrupunun digər üzvləri kimi o da, xarici pasportunu və test nəticəsini sənədləşmə işi üçün Davud Məmmədova vermişdir. Saat 10:00-da qeydiyyat başlansa da, sənədləşmə işində problem olduğu üçün o və işçi qrupunun digər üzvləri hava limanına daxil ola bilməmişlər. Daha sonra onu və işçi qrupunun digər üzvlərini X205 yerləşən xətt polis şöbəsinə dəvət etmişlər və orada izahat verərkən məlum olmuşdur ki, test nəticəsinə dair sənədlər TƏBİBin elektron sistemində qeydiyyatda olmadığı üçün o və işçi qrupunun digər üzvləri uçuşa buraxılmamışlar. Növbəti günlərdə işçi qrupunun üzvləri Bakı şəhərində Covid-19-a dair test verərək bilmədiyi reys ilə Rusiya Federasiyasına uçsalar da, həmin uçuşda o, iştirak etməyərək Rusiya Federasiyana getməmişdir. Davud Məmmədov yalnız “SOCAR Construction” şirkəti tərəfindən işçi qrupunun uçuş xərclərinin maliyələşdirilməsi barədə ona məlumat vermişdir. Lakin konket olaraq hansı vəzifəli şəxsin həmin maliyələşdirməni etməsi barədə hər hansı məlumat verməmişdir. Davud Məmmədov ona bildirmişdir ki, Rusiya Federasiyasında olduqda “SOCAR Construction” şirkəti onun və işçi qrupunun digər üzvlərinin zavod tikintisinə cəlb edilməsi ilə əlaqədar vergi, əmək, miqrasiya və digər sahələrdə olan sənədləşmə işlərini görəcəkdir. Davud Məmmədov gec, yəni 17 may 2021ci il tarixdə saat 14 radələrində ona uçuş barədə məlumat verdiyi üçün 18 may 2021-ci il tarixdə X205n Gəncə-Sankt-Peterburq reysinə uçuş üçün hər hansı tibb müəssisəsində COVİD-19-a dair test verməmişdir. Davud Məmmədov ona bildirmişdir ki, “Oksigen Klinik xəstəxanasında faktiki olaraq COVİD-19-a dair test verməsə də, onun adına olan neqativ məzmunlu sənəd işçi qrupunun digər üzvlərində olduğu kimi “TƏBİB”in elektron sistemində qeydiyyatdan keçmiş kimi rəsmiləşdirilmişdir. X157 bütün işlərin - saxta test nəticələrinin qanuni şəkildə rəsmiləşdirilməsinin - “SOCAR Construction” şirkəti tərəfindən görüldüyünü deyərək hər hansı narahatlığın yaranmayacağı barədə vədlər etdiyi üçün “Oksigen Klinik xəstəxanasının adından tərtib edilmiş test nəticəsinə dair sənədi istifadə etmişdir. İşçi qrupunun üzvlərinə verilmiş saxta sənədlərin kim tərəfindən hazırlanması, hansı qaydada işçi qrupuna çatdırılmasından məlumatı yoxdur. İş yoldaşlarından eşitdiyinə görə Təqsirləndirilən şəxs Rusiya Federasiyası İrkutsk şəhərində tikilən zavodda müəyyən vəzifədə işləyir. Baş vermiş sənəd saxtakarlığı ilə onun hər hansı formada əlaqəsi olmamış, sənəd saxtalaşdırılması prosesində hər hansı formada iştirak etməmiş, sənədlərin kim tərəfindən saxtalaşdırılması barədə məlumatı yoxdur. X8 Federasiyası İrkutsk şəhərində tikilən zavoda Azərbaycandan işçi qrupunun yığılmasında təşkilati işləri görmüşdür. X174 test nəticəsinə dair sənədlərin saxtalaşdırılması prosesində şəxsən iştirak edib-etməməsindən məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahidlər Şahid6, Şahid7, X71, Şahid11, Şahid12, Şahid13, Şahid14 və Şahid15 ibtidai istintaqa verdikləri ifadələrində Şahid8 ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid10 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin dekabr ayından qardaşı Şahid5 "xxxx" MMC-nin təsisçisi və direktoru kimi fəaliyyət göstərmiş, fərdi sahibkar kimi ölkə daxili və xarici turların, təyyarə uçuşlarına biletlərin satışının təşkil edilməsi fəaliyyətini görmüşdür. Əvvəllər o da, müxtəlif turizm şirkətlərində aviakassir və turoperator vəzifələrində işləmiş, hal-hazırda isə işsizdir. "xxxx" MMC-nin direktoru Sara kimi tanıdığı lakin əsil adı X70 isə həmkar kimi tanımış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. Belə ki, X142nın dəvəti ilə müxtəlif aviaşirkətlərlə əməkdaşlıq münasibətlərinin qurulmasında köməklik üçün Bakı şəhəri, Yasamal rayonu, M.Şərifzadə küçəsində yerləşən “ASAN” xidmətlə üzbəüz ofisinə qardaşı Şahid5la birlikdə getmişdir. 17 may 2021-ci il tarixdə axşam saatlarında qardaşı Şahid5 istifadəsində olan “SAMSUNG GALAXY J 3” markalı mobil telefonunu ona verərək Tünzalə Əliyevanın “whatsapp” sosial şəbəkəsindən göndərdiyi COVİD-19-a dair PCR testinin (bundan sonra test) neqativ nəticəsini təsdiq edən sənədləri mobil telefonda olan xarici pasport şəkillərindəki məlumatlarla uyğunluğunu yoxlamasını xahiş etmişdir. Belə ki, Şahid5 ona bildirmişdir ki, Tünzalə Əliyevanın göndərdiyi 17 may 2021-ci il tarixdə tibb müəssisələrindən keçməsini təmin etdiyi Ural Hava yolları ilə Gəncə-Sank-Peterburq reysinə elektron biletlər alınmış 101 nəfər şəxsin test sənədlərini sifariş vermiş şəxsə təqdim edəcəkdir. Həmin sənədlərə baxdıqda onların “X195” və “Oksigen Klinik xəstəxanasının adlarından tərtib edildiyini müəyyən etmişdir. Həmçinin sənədlərin əksəriyyətində tərtib edilmə tarixinin “17.04.2021” olduğunu müəyyən edib yaranmış uyğunsuzluq barədə Şahid5 məlumat vermiş və qardaşının xahişi ilə bu barədə Tünzalə Əliyevanın istifadəsində olan ***-***-**-** mobil nömrəsini ***-***-**-** mobil nömrəsindən “whatsapp” sosial şəbəkəsi vasitəsilə 18 may 2021-ci il tarixdə saat 02 radələrində yığaraq və yazaraq məlumat vermişdir. Danışıq zamanı Tünzalə Əliyeva ona bildirmişdir ki, həmin test sənədləri qanuni olmuş, lakin 101 nəfər şəxsi eyni anda tibb müəssisələrindən müayindən keçirilməsini təşkil etdiyi üçün iş yükünün çoxluğu səbəbindən sənədlərdə 17.05.2021-ci il tarix yazılmalı olduğu təqdirdə texniki olaraq səhvən “17.04.2021” yazılmışdır. X84 təklif etmişdir ki, həmin sənədlər qanuni olduğu üçün sənədləri tərtib edən həkim “fotoshop” kompyuter proqramından istifadə etməklə düzəldəcəyi üçün vaxt getməməsi məqsədilə həmin sənədləri özü düzəltsin, lakin o, bundan imtina edərək “fotoshop” kompyuter proqramından həmin sənədlərin düzəldilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Son olaraq Tünzalə Əliyeva ona bildirmişdir ki, sənədləri tərtib edən həkimlə danışıb yanlışlığı aradan qaldıracaq və yeni sənədləri ona “whatsapp” sosial şəbəkəsindən göndərəcəkdir. Qısa müddət ərzində Tünzalə Əliyeva test sənədlərini ona göndərmiş və həmin sənədləri yoxladıqda onların düzgün olduğunu müəyyən edib sonda Şahid5 vermişdir. 18 may 2021-ci il tarixdə isə mətbuatda yayılan xəbərlərdən X205 101 nəfər şəxsin saxta test nəticələrinə dair sənədlərlə saxlanılması barədə məlumatları öyrənmiş və həmin an Şahid5la söhbət etdikdə qardaşı etiraf etmişdir ki, Tünzalə Əliyeva 101 nəfər şəxslərin faktiki olaraq test verməsələr də, adlarına neqativ məzmunlu “TƏBİB”in elektron sistemində qeydiyyatdan keçmiş test nəticəsini təsdiq edən sənədləri hazırlanmasını təşkil edəcəyini vəd etmiş, lakin sənədlərin saxta olması sərhəd yoxlanışı zamanı aşkar edilmişdir. Belə ki, Şahid5 və Tünzalə Əliyeva 17 may 2021-ci il tarixdə test sənədlərinin saxta olduğunu ondan gizlətmişlər. Şahid5 və Tünzalə Əliyeva arasında cinayətin törədilməsi ilə əlaqədar olmuş razılaşmadan əvvəlcədən xəbəri olmamışdır. Belə ki, Şahid5 ondan və ailə üzvlərindən test sənədlərinin saxtalaşdırılmasını gizlətmişdir. Adlarına bilet alınmış 101 nəfər şəxsi tanımır, həmin şəxslərin həmin tarixdə COVİD-19 infeksiyasına yoluxub- yoluxmamasından məlumatı olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Tünzalə Əliyevanın və Şahid5 sənəd saxtakarlığı cinayətinin törədilməsində iştirak etməsinin səbəbi həmin işə görə aldıqları bilmədiyi məbləğdə pul vəsaiti olmuşdur. 101 nəfər şəxsə elekton bileti almış və göstərilən şəxslərə test nəticəsinə dair sənədlərin təşkil edilməsini kimin havələ etməsi barədə Şahid5 ona hər hansı məlumat verməmişdir. 18 may 2021-ci il tarixdə gecə saatlarında test sənədlərində olan yanlışlıq barədə “whatsapp” sosial şəbəkəsindən məlumat verdikdən sonra Tünzalə Əliyeva ona cavabında həmin sənədlərin həkimin düzəldəcəyini desə də, sosial şəbəkədə yazışma prosesində Tünzalə Əliyeva 17.05.2021-ci il tərtib edilmə tarixli test sənədlərini PDF formatda ona göndərmişdir. Gecə saatlarında danışıq və yazışma olan müddət ərzində onunla fasiləsiz ünsiyyətdə ola-ola Tünzalə Əliyevanın hər hansı şəxsə həmin sənədləri düzəltmək üçün müraciət etmək imkanı fiziki olaraq olmamış və həmin şəxsində belə qısa müddət ərzində sənədləri Tünzalə Əliyevaya və sonuncununda ona göndərməsi qeyri-mümkündür. Ona görə də, hesab edir ki, həmin saxta test nəticəsinə dair sənədləri Tünzalə Əliyeva özü hazırlamış və onu aldadaraq test nəticəsinə dair sənədlərin həkim tərəfindən tərtib edildiyini bildirmişdir. İş materiallarında olan “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-dən daxil olmuş 19 may 2021- ci il tarixli 09-990 nömrəli məktubda göstərilmişdir ki, 18 may 2021-ci il tarixdə 8716 saylı Gəncə-Sank-Peterburq reysi ilə uçuşdan 4 saat əvvəl uçası 216 sərnişinin müayinələri zamanı "xxxx" və “X195” klinikası tərəfindən COVİD-19 testinin nəticəsi barədə verilmiş 96 arayışın əsaslılığı, saxta olması şübhə doğurmuşdur. Həmin nəticələrin COVİD- 19 testlərinin nəticələrinin mərkəzləşdirilmiş qeydiyyat sistemində əks olunmadığı müəyyən edilmişdir. Qanuna müvafiq tədbirlər təmin edilmiş, sərnişinlər uçuşdan kənarlaşdırılmışdır. X205 xətt polis şöbəsindən daxil olmuş 23 iyun 2021-ci il tarixli 224-1183-1221 nömrəli məktubda göstərilmişdir ki, 18 may 2021-ci il tarixdə X205 saxta COVİD-19 arayışı ilə “Ural” avioşirkətinə məxsus “Gəncə-Sank-Peterburq” avioreysi ilə ölkəni tərk etmək istəyən şəxslərin sayının 96 nəfər olması müəyyən olunsa da, sonradan həmin şəxslərin sayının 101 nəfər olduğu dəqiqləşdirilmişdir. Uçuşdan saxlanılmış şəxslər sonradan da, X230 vasitəsilə ölkəni tərk etməmişlər. 23 iyun 2021 -ci il tarixli 224-1183-1221 nömrəli məktuba əlavə edilmiş 18 may 2021 -ci il tarixdə X205 saxta COVİD-19 arayışı ilə ölkəni tərk etmək istəyən şəxslərin hava limanında olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınmış görüntüləri olan diskə baxış keçirilmişdir. Baxış zamanı 03 ədəd sərnişin daşıyan avtobuslardan çoxsaylı şəxslərin düşərək əl yüklərini götürməsi, sərnişinlər tərk etdikdən sonra 03 ədəd avtobusların meydançadan uzaqlaşması, şəxslərin inzibati binanın qarşısında növbə ilə dayanması, inzibati binanın giriş hissəsində polis əməkaşlarının olması və əl yükləri ilə dayanmış çoxsaylı şəxslərin inzibati binaya buraxılmaması müəyyən edilmişdir. Bu barədə 01 iyul 2021-ci il tarixli protokol tərtib edilərək cinayət işi materiallarına əlavə edilmişdir. “X195” MMC-nin 09 iyul 2021-ci il tarixli 08119-ç nömrəli məktubda göstərilmişdir ki, “X195” MMC-nin tərtib etdiyi COVİD-19 PCR testlərinin nəticələrini əks etdirən sənədlərdə “Barcode/Card Number” hər bir nəticə üçün dəyişən göstəricidir, “Document №” isə klinikaya müraciət etmiş pasiyentlərin sayını göstərməklə bir pasiyentin dəfələrlə müraciət etməsindən asılı olmayaraq sabit qalır. “Document №” bölməsi üzrə qeydiyyat 2012-ci ildən etibarən aparılır və təqdim olunan sənədlərin əksinə olaraq 10 (on) yox, 8 (səkkiz) rəqəmdən ibarət olur. Sorğuya əlavə edilmiş cədvəldə göstərilən “Barcode/Card Number” və “Document №” barədə məlumatlar sistemdə aşkar olunmadığı üçün “X195” tərəfindən tərtib edilməmişdir. “X195” MMC-nin 16 sentyabr 2021-ci il tarixli 0839-ç nömrəli məktubda göstərilmişdir ki, 28 noyabr 2000-ci il təvəllüdlü X105 COVİD-19-a air PCR testi vermək üçün qeydiyyata alınarkən test nəticəsinə dair sənədin göndərilməsi üçün “mailto:sara.aliyeva76@gmail.comElektron ünvan ” elektron poçt ünvanını vermişdir. Adıçəkilən pasiyentin test nəticəsini əks etdirən sənəd “X195” MMC tərəfindən elektron formada həmin elektron poçt ünvanına göndərilmişdir. "xxxx"-nin 27 iyul 2021-ci il tarixli 122/21 nömrəli məktubda göstərilmişdir ki, "xxxx" MMC-nin tərtib etdiyi “COVİD-19”-a dair PCR testlərin neqativ nəticəsini təsdiq edən sənəddə “Sənəd/ Kart Nömrə” qrafasında göstərilən məlumatlar həmin şəxslər haqqında olan məlumatlardır. "xxxx" MMC-yə təqdim olunmuş 53 nəfərdən ibarət olan siyahıda adları qeyd olunan şəxslər “COVİD-19”-la bağlı klinikaya müraciət etməmiş və müayinədən keçməmişlər. Həmin şəxslərə "xxxx" MMC tərəfindən “COVİD-19”-a dair PCR testin nəticələrinə dair arayış verilməmiş və qeydiyyata alınmamışdır. 19 iyun 2021-ci il tarixli könüllü təqdim olunan əşyaların götürülməsi haqqında qərara əsasən Şahid5 təqdim etdiyi “SAMSUNG GALAXY J 3” markalı mobil telefon baxış keçirilməklə götürülmüşdür. Baxış zamanı müəyyən edilmişdir ki, mobil telefona “+**********0” mobil nömrənin “seymur rusiya” adlı ilə, “**********” mobil nömrə isə “sara Arkan.travel” adlı ilə qeydə alınmışdır. Bu barədə 19 iyun 2021-ci il tarixli protokol tərtib edilərək cinayət işi materiallarına əlavə edilmişdir. Bakı şəhər Binəqədi rayon məhkəməsinin 06 iyul 2021-ci il tarixli qərarı əsasında "xxxx" MMC-nin təqdim etdiyi 1 ədəd CD diskə baxış keçirilməsi haqqında 23 iyul 2021-ci il tarixli protokoldan görünür ki, cinayətin törədildiyi ərəfədə Şahid5 X103 ilə mütəmadi şəkildə telefonla ünsiyyətdə olmuş, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan +7 ********** mobil nömrədən Şahid5 istifadəsində olan +**********83 mobil nömrəyə 18 may 2021-ci il tarixdə saat 08:33-də zəng edərək tərəflər arasında 84 saniyə, saat 08:54-də zəng edərək tərəflər arasında 38 saniyə, saat 18:06-da zəng edərək tərəflər arasında 18 saniyə danışıq olmuşdur. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 15 iyul 2021 -ci il tarixli 7/2509 nömrəli məktuba əlavə edilmiş X72 məxsus 01 ədəd “Xiaomi M i 10T(5G)” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı mobil telefonda iş materiallarında olan 81 nəfər şəxsin xarici pasport şəkillərinin olması, X144 Bayramovun bacısı Şahid10 “whatsapp” sosial şəbəkəsi vasitəsilə 18 may 2021-ci il tarixdə saat 01:38dən saat 03:46-dək olan müdət ərzində iş materiallarında olan şəxslərin adına “X195” klinikasının və "xxxx" tərəfindən verilməsi görüntüsü yaradan saxta COVİD-19-a dair PCR test nəticəsinə dair tərtib edilmiş sənədləri PDF formatda göndərməsi müəyyən edilmişdir. Bu barədə 17 iyul 2021-ci il tarixli protokol tərtib edilərək cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 15 iyul 2021-ci il tarixli 7/2509 nömrəli məktuba əlavə edilmiş X72 məxsus 01 ədəd “Huawei” markalı noutbuka baxış keçirilmişdir. Baxış zamanı noutbukda iş materiallarında olan şəxslər barəsində “X195” klinikasının və "xxxx" tərəfindən verilməsi görüntüsü yaradan saxta COVİD-19-a dair PCR test nəticəsinə dair PDF formatda sənədlərin olması, 15.05.2021-ci il tarixdə saat 19:42-də və 18.05.2021-ci il tarixdə saat 00:43-də PDF və WORD formada olan faylların bir-birlərinə konvertasiyası, üzərində dəyişiklik üçün istifadə olunan “iLovePDF” proqramın yüklənilməsi müəyyən edilmişdir. Bu barədə 17 iyul 2021-ci il tarixli protokol tərtib edilərək cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi X25, X13, X92, X76, X77, X4, X52, X38, X14, X9, X93, X53, X54, X39, X17, X78, X18, X110, X5, X94, X79, X133, X55, X56, X80, X107, X19, Məmmədov İlkin Vəkil oğlunun, X95, X20, X40, Şahid11, X73, Şahid9, Şahid6, X57, Şahid12, X15, X26, X58, X111, X27, X41, X28, X81, X96, X59 və X6 adlarına “X195” klinikası tərəfindən verilməsi görüntüsü yaradan 48 ədəd 17.05.2021-ci il tarixli, o cümlədən, X60, Şahid7, X61, X62, X88, X34, Şahid8, X97, X42, X112, X98, X43, X1, X10, X7, X63, X113, X64, X29, X114, Şahid14, Şahid15, X115, X99, X16, X44, X45, X65, X30, X116, X82, X21, X31, X83, X46, Şahid13, X66, X100, X101, X67, X102, X117, X32, X120, X47, X22, X68, X48, X49, X69, X118, X119 və X50 adlarına "xxxx" tərəfindən verilməsi görüntüsü yaradan 53 ədəd 17.05.2021-ci il tarixli neqativ məzmunlu, ümumilikdə 101 ədəd COVİD-19-a dair saxta PCR test nəticələrinə dair sənədlər vardır. Bundan əlavə iş materiallarında olan Təqsirləndirilən şəxs qarşı verilmiş ittiham üzrə preyudisial əhəmiyyət kəsb edən Şahid5 Cinayət Məcəlləsinin 308.2, 320.1 və 320.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 1(004)-406/2021 saylı, 23.11.2021-ci il tarixli ittiham hökmü çıxarılmışdır. Həmin hökmdən məhkum olunmuş Şahid5 tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-347/2022 saylı, 21.01.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, Şahid5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 320.1 və 320.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-406/2021 saylı, 23 noyabr 2021-ci il tarixli hökmü məhkum olunmuş Şahid5 tərəfindən verilmiş apellyasiya şikayətinə və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Həmin qərar qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Məhkəmə əməlin tövsifi məsələsində qeyd edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməllərindən Cinayət Məcəlləsinin 32.4, 320.1 və 32.4, 320.2-ci maddələri ilə tövsif edilməsi hissəsi əsaslı olmuşdur, ona görə də törətmiş olduğu əməllərinin Cinayət Məcəlləsinin 32.4, 320.1 və 32.4, 320.2-ci maddələri ilə tövsif edilməsi hissəsi düzgündür. Lakin təqsirləndirilən şəxsin törətmiş olduğu əməllərdən, Cinayət Məcəlləsinin 32.4, 308.2-ci maddəsi ilə tövsif edilməsi hissəsi ilə məhkəmə razılaşmır və məhkəmə hesab edir ki, həmin hissədə əməl Cinayət Məcəlləsinin 32.4, 308.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs qarşı verilmiş ittiham üzrə preyudisial əhəmiyyət kəsb edən Şahid5 Cinayət Məcəlləsinin 308.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 1(004)-406/2021 saylı, 23.11.2021-ci il tarixli ittiham hökmü çıxarılmışdır. Həmin hökm hazırkı iş üzrə preyudisil əhəmiyyəti olduğu üçün, həmin cinayət işi üzrə Şahid5 məhkəməyə verilmiş ittiham aktına əsasən ona görə təqsirləndirilmişdir ki, Şahid5 12 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 dekabr 2019-cu il ildən direktoru işlədiyi müddətdə işçilərin işə qəbul və işdən azad edilməsi, başqa fiziki və hüquqi şəxslərlə müqavilələrin bağlanılması, öhdəliklərin götürülməsi və öhdəliklərə görə cavabdehlik daşınılması, turizm fəaliyyəti ilə əlaqədar ölkə daxili və xarici turların, təyyarə uçuşlarına biletlərin satışının təşkil edilməsi kimi başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri etmək səlahiyyətlərinə malik təşkilati- sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs qismində, Ural Hava yolları ilə Gəncə- Sankt-Peterburq reysinə uçuş biletləri almış 101 nəfər şəxsə tibbi müayinədən keçmədən qanuni şəkildə tibb müəssisələrindən verilməsi görüntüsünü yaradan neqativ nəticəli saxta COVİD- 19-a dair PCR test sənədlərinin hazırlanmasında köməklik göstərilməsinə dair 16 may 2021-ci il tarixdə özünə müraciət etmiş tanışı Təqsirləndirilən şəxs həmin müraciəti ilə əlaqədar tanışı olmaqla "xxxx" MMC-nin təsisçisi və direktoru X103 ilə aralarında olan cinayətkar razılaşmaya əsasən, Təqsirləndirilən şəxsla 101 ədəd test nəticəsinə görə hər biri 120 manatdan olmaqla, ümumilikdə 12.120 manat məbləğində pul müqabilində göstərilən şəxslərin adlarına saxta sənədləri hazırlayıb təqdim edəcəklərinə dair 17 may 2021-ci il tarixdə razılaşmaqla sövdələşib, Təqsirləndirilən şəxs təhriki ilə Tünzalə Əliyeva ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncu, özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək 17 may 2021ci il tarixdə 7.300 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 12.410 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs göndərdiyi, cinayətdən xəbərsiz “Elşən” adlı şəxsdən Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “MONTE KARLO” şadlıq sarayının yaxınlığında şəxsən aldıqdan sonra həmin pul vəsaitini Tünzalə Əliyeva ilə aralarında bölüb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyun 2020-ci il tarixli, 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımaların təşkili üzrə müvəqəti Qaydaları”n 2.1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar uçuşdan əvvəl 48 saat ərzində COVİD-19-a dair PCR testindən keçən, nəticələri neqativ olan sərnişinlərin reysə qəbul edilməli olmasına baxmayaraq, cinayətdən xəbərsiz X37 16 mart 2021-ci il tarixdə test verərkən sonuncuya ölkə hüdudlarından kənara uçuş bileti almağa köməklik edən Tünzalə Əliyevanın istifadəsində olan “Elektron ünvan ” elekton poçt ünvanını “X195” klinikasına təqdim etməsi nəticəsində Qönçə Nağıyevanın adına tərtib edilmiş COVİD-19-a dair PCR testlərin neqativ nəticəsini təsdiq edən 21-393883/A731086 saylı sənədi “PDF” formatda əldə etmiş qabacadan əlbir olduğu X103 ilə sonuncunun istifadəsində olan “Huawei” markalı kompyuterin yaddaşına yükləməklə “PDF” və “WORD” formatda olan faylların bir-birilərinə konvertasiyası, üzərində dəyişiklik üçün istifadə olunan “iLovePDF” proqramından istifadə etməklə 17 may 2021-ci il tarixdə istintaqla müəyyən edilməyən yerdə həmin sənədin “Barcode/Card Number” qrafasında göstərilən “21-393883/A731086” yazını saxlamaqla, 8 rəqəmdən ibarət olmalı olan “Document №” qrafasına 10 rəqəm qeyd etməklə “X195” klinikası tərəfindən verilməsi görüntüsü yaradan 48 ədəd, o cümlədən, X25 adına ********** nömrəli, X13 adına ********** nömrəli, X92 adına ********** nömrəli, X76 adına ********** nömrəli, X77 adına ********** nömrəli, X4 adına ********** nömrəli, X52 adına ********** nömrəli, X38 adına ********** nömrəli, X14 adına ********** nömrəli, X9 adına ********** nömrəli, X93 adına ********** nömrəli, X53 adına ********** nömrəli, X54 adına ********** nömrəli, X39 adına ********** nömrəli, X17 adına ********** nömrəli, X78 adına ********** nömrəli, X18 adına ********** nömrəli, X110 adına ********** nömrəli, X5 adına ********** nömrəli, X94 adına ********** nömrəli, X79 adına ********** nömrəli, X133 adına ********** nömrəli, X55 adına ********** nömrəli, X56 adına ********** nömrəli, X80 adına ********** nömrəli, X107 adına ********** nömrəli, X19 adına ********** nömrəli, Məmmədov İlkin Vəkil oğlunun adına 59800418 nömrəli, X95 adına ********** nömrəli, X20 adına ********** nömrəli, X40 adına ********** nömrəli, Şahid11 adına ********** nömrəli, X73 adına ********** nömrəli, Şahid9 adına ******* nömrəli, Şahid6 adına ********** nömrəli, X57 adına ********** nömrəli, Şahid12 adına ********** nömrəli, X15 adına ********** nömrəli, X26 adına ********** nömrəli, X58 adına ********** nömrəli, X111 adına ********** nömrəli, X27 adına ********** nömrəli, X41 adına ********** nömrəli, X28 adına ********** nömrəli, X81 adına ********** nömrəli, X96 adına ********** nömrəli, X59 adına ********** nömrəli və X6 adına ********** nömrəli, eyni niyyətlə, "xxxx" tərəfindən verilməsi görüntüsü yaradan 53 ədəd, o cümlədən, X60 adına 00785085/C01530286 nömrəli, Şahid7 adına 00785103/C00867450 nömrəli, X61 adına 00785084/C02787772 nömrəli, X62 adına 00785086/C01555247 nömrəli, X88 adına 00785082/C02946717 nömrəli, X34 adına 00785072/C03225783 nömrəli, Şahid8 adına 00785122/C01453246 nömrəli, X97 adına 00785116/C01604797 nömrəli, X42 adına 00785095/C01743867 nömrəli, X112 adına 00785091/C01298192 nömrəli, X98 adına 00785073/C00930825 nömrəli, X43 adına 00785089/C01652920 nömrəli, X1 adına 00785107/C00954939 nömrəli, X10 adına 00785108/C02971090 nömrəli, X7 adına 00785081/C02044159 nömrəli, X63 adına 00785120/C01393646 nömrəli, X113 adına 00785102/C03131047 nömrəli, X64 adına 00785111/C00465302 nömrəli, X29 adına 00785114/C01558268 nömrəli, X114 adına 00785068/P5125514 nömrəli, Şahid14 adına 00785079/C02828405 nömrəli, Şahid15 adına 00785074/C02828403 nömrəli, X115 adına 00785098/C03607695 nömrəli, X99 adına 00785094/C03134280 nömrəli, X16 adına 00785110/C01664266 nömrəli, X44 adına 00785104/C01583209 nömrəli, X45 adına 00785101/C00790830 nömrəli, X65 adına 00785109/C01862753 nömrəli, X30 adına 00785119/C00803773 nömrəli, X116 adına 00785124/P4749113 nömrəli, X82 adına 00785069/C01678500 nömrəli, X21 adına 00785117/C00029310 nömrəli, X31 adına 00785070/C01492033 nömrəli, X83 adına 00785087/C02099014 nömrəli, X46 adına 00785106/C00920244 nömrəli, Şahid13 adına 00785115/P4866198 nömrəli, X66 adına 00785096/C00658448 nömrəli, X121 adına 00785080/C00200678 nömrəli, X101 adına 00785090/C5137889 nömrəli, X67 adına 00785113/C01329315 nömrəli, X102 adına 00785105/C00920556 nömrəli, X117 adına 00785077/C03087716 nömrəli, X32 adına 00785071/C03087715 nömrəli, Salahov Aslan Arif oğlunun adına 00785099/C02848648 nömrəli, X47 adına 00785100/C02397884 nömrəli, X22 adına 00785092/C01458296 nömrəli, X68 adına 00785112/C01449883 nömrəli, X48 adına 00785093/C01077198 nömrəli, X49 adına 00785078/C01216833 nömrəli, X69 adına 00785076/C03140633 nömrəli, X118 adına 00785097/C01663790 nömrəli, X119 adına 00785088/C01909231 nömrəli və X50 adına 00785118/C01938465 nömrəli olmaqla, 2 klinikanın adından cəmi 101 ədəd COVİD-19-a dair PCR test nəticələrinin məzumununa bilə-bilə həmin şəxslərin ümumvətəndaş pasportlarının seriya nömrələri əsasında PCR test nəticələrinin neqativ olmasına dair yalan qeydlər etməklə Təqsirləndirilən şəxs təhriki ilə X103 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənəd hesab edilən COVİD-19-a dair PCR test nəticələrini satmaq məqsədi ilə vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış və satmış, hazırladığı hüquq verən saxta rəsmi sənədləri Təqsirləndirilən şəxs cinayətdən xəbərsiz tanışı Şahid2 18 may 2021-ci il tarixdə saat 00 radələrində Yasamal rayonu ərazisində yerləşən 3 saylı “ASAN xidmət” mərkəzinin yaxınlığında şəxsən təhvil verməklə Təqsirləndirilən şəxs təhriki ilə X103 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə həmin saxta rəsmi sənədlərdən vahid niyyətlə qanunsuz olaraq istifadə etmiş, Təqsirləndirilən şəxs təhriki ilə X103 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə dünyada yayılmış koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması ilə əlaqədar koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə vətəndaşların sağlamlığının təmin edilməsi və qorunması, icra strukturlarının, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsi istiqamətində məqsədyönlü fəaliyyətini pozmaqla Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui- istifadə etmişdir. Həmin cinayət işi üzrə çıxarılmış qeyd edilən hökmə əsasən Şahid5 qarşı elan edilmiş ittihamdakı əməl üzrə CM-nin 320.1 və 320.2-ci maddələri ilə bağlı hissə öz təsdiqini tapmış, hökmdəki yanlışlığın və anlaşılmazlığın aradan qaldırılması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-406/2021 saylı, 01.12.2021-ci il tarixli qərərı da nəzərə alınmaqla, həmin hökmlə Şahid5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, hər bir maddə üzrə ayrı-ayrılıqda qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il (bir il) müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Lakin həmin hökmlə Şahid5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli, Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə tövsif edilmiş və Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il (bir il) müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Şahid5 qəti olaraq, qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il 03 ay (bir il üç ay) müddətinə islah işləri cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Şahid5 həbsdə saxlanıldığı 03 ay 25 günlük müddət ona təyin olunmuş cəza müddətini əhatə etdiyindən, Şahid5 islah işləri cəzasını faktiki çəkmiş hesab edilmişdir. Bundan əlavə həmin hökmlə maddi sübutların taleyi də həll edilərək, iş üzrə maddi sübut olan “X195” klinikası tərəfindən 17 may 2021- ci il tarixdə verilməsi görüntüsü yaradan 48 ədəd, o cümlədən, X25 adına ********** nömrəli, X13 adına ********** nömrəli, X92 adına ********** nömrəli, X76 adına ********** nömrəli, X77 adına ********** nömrəli, X4 adına ********** nömrəli, X52 adına ********** nömrəli, X38 adına ********** nömrəli, X14 adına ********** nömrəli, X9 adına ********** nömrəli, X93 adına ********** nömrəli, X53 adına ********** nömrəli, X54 adına ********** nömrəli, X39 adına ********** nömrəli, X17 adına ********** nömrəli, X78 adına ********** nömrəli, X18 adına ********** nömrəli, X110 adına ********** nömrəli, X5 adına ********** nömrəli, X94 adına ********** nömrəli, X79 adına ********** nömrəli, X133 adına ********** nömrəli, X55 adına ********** nömrəli, X56 adına ********** nömrəli, X80 adına ********** nömrəli, X107 adına ********** nömrəli, X19 adına ********** nömrəli, Məmmədov İlkin Vəkil oğlunun adına ********** nömrəli, X95 adına ********** nömrəli, X20 adına ********** nömrəli, X40 adına ********** nömrəli, Şahid11 adına 59800243 nömrəli, X73 adına ********** nömrəli, Şahid9 adına ********** nömrəli, Şahid6 adına ********** nömrəli, X57 adına ********** nömrəli, Şahid12 adına ********** nömrəli, X15 adına ********** nömrəli, X26 adına 59800244 nömrəli, X58 adına ********** nömrəli, X111 adına ********** nömrəli, X27 adına ********** nömrəli, X41 adına ********** nömrəli, X28 adına ********** nömrəli, X81 adına ********** nömrəli, X96 adına ********** nömrəli, X59 adına ********** nömrəli və X6 adına ********** nömrəli, "xxxx" tərəfindən 17 may 2021ci il tarixdə verilməsi görüntüsü yaradan 53 ədəd, o cümlədən, X60 adına 00785085/C01530286 nömrəli, Şahid7 adına 00785103/C00867450 nömrəli, X61 adına 00785084/C02787772 nömrəli, X62 adına 00785086/C01555247 nömrəli, X88 adına 00785082/C02946717 nömrəli, X34 adına 00785072/C03225783 nömrəli, Şahid8 adına 00785122/C01453246 nömrəli, X97 adına 00785116/C01604797 nömrəli, X42 adına 00785095/C01743867 nömrəli, X112 adına00785091/C01298192 nömrəli, X98 adına 00785073/C00930825 nömrəli, X43 adına 00785089/C01652920 nömrəli, X1 adına 00785107/C00954939 nömrəli, X10 adına 00785108/C02971090 nömrəli, X3 adına 00785081/C02044159 nömrəli, X63 adına 00785120/C01393646 nömrəli, X113 adına 00785102/C03131047 nömrəli, X64 adına 00785111/C00465302 nömrəli, X29 adına 00785114/C01558268 nömrəli, X114 adına 00785068/P5125514 nömrəli, Şahid14 adına 00785079/C02828405 nömrəli, Şahid15 adına 00785074/C02828403 nömrəli, X115 adına 00785098/C03607695 nömrəli, X99 adına 00785094/C03134280 nömrəli, X16 adına 00785110/C01664266 nömrəli, X44 adına 00785104/C01583209 nömrəli, X45 adına 00785101/C00790830 nömrəli, X65 adına 00785109/C01862753 nömrəli, X30 adına 00785119/C00803773 nömrəli, X116 adına 00785124/P4749113 nömrəli, X82 adına 00785069/C01678500 nömrəli, X21 adına 00785117/C00029310 nömrəli, X31 adına 00785070/C01492033 nömrəli, X83 adına 00785087/C02099014 nömrəli, X46 adına 00785106/C00920244 nömrəli, Şahid13 adına 00785115/P4866198 nömrəli, X11 00785096/C00658448 nömrəli, X100 adına 00785080/C00200678 nömrəli, X101 adına 00785090/C5137889 nömrəli, X67 adına 00785113/C01329315 nömrəli, X102 adına 00785105/C00920556 nömrəli, X117 adına 00785077/C03087716 nömrəli, X32 adına 00785071 /C03087715 nömrəli, X120 adına 00785099/C02848648 nömrəli, X47 adına 00785100/C02397884 nömrəli, X22 adına 00785092/C01458296 nömrəli, X68 adına 00785112/C01449883 nömrəli, X48 adına 00785093/C01077198 nömrəli, X49 adına 00785078/C01216833 nömrəli, X69 adına 00785076/C03140633 nömrəli, X118 adına 00785097/C01663790 nömrəli, X119 adına 00785088/C01909231 nömrəli və X50 adına 00785118/C01938465 nömrəli olmaqla, ümumilikdə 101 ədəd neqativ nəticəli COVİD-19-a dair PCR test sənədləri, "xxxx" MMC-nin 09 iyul 2021-ci il tarixli məktubuna əlavə edilmiş 01 (bir) ədəd “CD” disk, "xxxx" MMC-nin 15 iyul 2021-ci il tarixli məktubuna əlavə edilmiş 01 (bir) ədəd “CD” disk və "xxxx" MMC-nin 12 avqust 2021-ci il tarixli məktubuna əlavə edilmiş 01 (bir) ədəd “CD” disk, X72 məxsus 01 (bir) ədəd “Xiaomi Mi 10T(5G)” markalı mobil telefona video çəklişdən istifadə etməklə baxışı təsdiq edən görüntüləri özündə əks etdirən 01 (bir) ədəd “CD” disk, X72 məxsus 01 (bir) ədəd “Huawei” markalı noutbuka video çəklişdən istifadə etməklə baxışı təsdiq edən görüntüləri özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk, Təqsirləndirilən şəxs video çəkiliş ilə dindirilməsi istintaq hərəkətinin aparılmasının görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “CD” disk, X131 video çəkiliş ilə dindirilməsi istintaq hərəkətinin aparılmasının görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “CD” disk, X205 xətt polis şöbəsinin 23 iyun 2021- ci il tarixli 224-1183-1221 nömrəli məktubuna əlavə edilmiş 18 may 2021-ci il tarixdə X205 saxta COVİD-19 arayışı ilə ölkəni tərk etmək istəyən şəxslərin hava limanında olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınmış görüntüləri özündə əks etdirən 01 (bir) ədəd “CD” disk cinayət işi materiallarında saxlanılması, həmçinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 16 iyul 2021-ci il tarixli 23/9-2012 nömrəli məktuba əlavə edilmiş Şahid5 məxsus 01 (bir) ədəd “SAMSUNG GALAXY J 3” markalı mobil telefon və Şahid5 sosial şəbəkələrdə yazışmalarını özündə əks etdirən 01 (bir) ədəd “My Passport” markalı yaddaş qurğusu hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxsə qaytarılması, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində saxlanılan X72 məxsus 01 (bir) ədəd “Xiaomi Mi 10T(5G)” markalı mobil telefon və 01 (bir) ədəd “Huawei” markalı noutbuk, X103 ilə bağlı aparılan cinayət təqibində qiymət verilməli olduğundan, həmin maddi sübut Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində saxlanılmasına hökm edilmişdir. Beləliklə həmin hökmdən də göründüyü kimi, həmin hökm üzrə təqsirləndirilən şəxs olmuş Şahid5 "xxxx" MMC-nin rəhbər vəzfəli şəxsi olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyun 2020-ci il tarixli, 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımaların təşkili üzrə müvəqqəti Qaydaları”n 2.1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar uçuşdan əvvəl 48 saat ərzində COVİD-19-a dair PCR testindən keçən, nəticələri neqativ olan sərnişinlərin reysə qəbul edilməli olmasına hüquq verən sənədi, yəni hazırkı halda verilmiş ittihama əsasən Ural Hava yolları ilə Gəncə-Sankt-Peterburq reysinə uçuş biletləri almış 101 nəfər şəxsə 2 klinikanın adından cəmi 101 ədəd COVİD-19-a dair PCR test nəticələrinin məzumununa bilə-bilə həmin şəxslərin ümumvətəndaş pasportlarının seriya nömrələri əsasında PCR test nəticələrinin neqativ olmasına dair yalan qeydlər etməklə, hüquq verən rəsmi sənəd hesab edilən COVİD-19-a dair PCR test nəticələri saxtalaşdırmaqla hazırlamaqda, satmaqda, istifadə edilməsində, bununla da həmin hərəkətləri ilə dünyada yayılmış koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması ilə əlaqədar koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə vətəndaşların sağlamlığının təmin edilməsi və qorunması, icra strukturlarının, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsi istiqamətində məqsədyönlü fəaliyyətini pozmaqla Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin qanunla qorunan mənafelərinə vahid niyyətlə zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Yəni vəzifəli şəxsi olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi, yəni uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarında istifadə etmək üçün, 101 nəfər şəxsə hüquq verən rəsmi sənəd hesab edilən COVİD-19-a dair PCR test nəticələri saxtalaşdırmaqla hazırlamaqda, satmaqda, istifadə edilməsində təqsirləndirilir. Həmin əməlin CM-nin 308.2-ci maddəsinin tərkibinin yaradılmasını isə həm qeyd edilən hökmə əsasən Şahid5 qarşı həmin cinayət işi üzrə, həm də hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamda onunla əsaslandırılmışdır ki, Şahid5 vəzifəli şəxs olaraq həmin əməllə Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Həmin hökmdəki Şahid5 törətmiş olduğu əməllərdən, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə tövsif edilməsi hissəsi ilə məhkəmə razılaşmamış və məhkəmə hesab etmişdir ki, həmin hissədə əməl Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin dispozisiyasına əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma həmin maddənin tərkibini yaradır. Lakin Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin tərkibini yaradır. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət əməlini seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törətməmişdir. Ona belə bir ittiham verilməmişdir. Belə olduğu təqdirdə ona ibtidai istintaq orqanı tərəfindən elan edilmiş Cinayət Məcəlləsinin 308.2-ci maddə ilə bağlı ittiham, vurulmuş zərərin nəticələrinə münasibətdə, yəni vurulmuş ziyanın nəticələrinin ağırlığı ilə bağlı olmuşdur. Yəni Cinayət Məcəlləsinin 308-ci maddəsinə münasibətdə törədilmiş cinayətin ağırlığına səbəb olan meyarlar və nəticələr, vurulmuş ziyanın nəticələrinin ağırlığını müəyyən edən ziyanın miqdarı ilə bağlı olmamışdır. Hazırkı iş üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə hər hansı məbləğdə ziyan vurulmamış, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli hər hansı ağır nəticələrə səbəb olmamış, əməl aşkarlanaraq ictimai təhlükəli nəticələri aradan qaldırılmışdır. Həmçinin həmin əməllə Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurulduğu qeyd edilsə də, ağır nəticələrin nədən ibarət olması ittihamda qeyd edilməmişdir. Həmiçinin həmin saxta sənədlərin hazırlanması, satılması və ya istifadə edilməsi nəticəsində digər hər hansı bir ağır nəticənin, yəni hazırkı verilmiş ittihama xas ola biləcək nəticələr kimi, həmin saxta sənədlərdən istifadə nəticəsində digər şəxslərin xəstəliyə yoluxması, səhhətlərinə zərər dəyməsi, hər hansısa bir şəxsə miqdarına münasibətdə ağır maddi zərərin vurulması ittihamda qeyd edilməmişdir. Həmçinin hazırlanan həmin saxta sənədlərin hüquqvericiliyi uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarında istifadə etmək üçün olduğundan, həmin sənədin COVİD-19-a dair PCR test nəticələrinin saxtalaşdırılması ilə əlaqədar olub-olmaması, həmin əməl üzrə CM-nin 308.2-ci maddəsinin tərkibini yaradan, xüsusi tövsifedici əlamət olan, ağır nəticələrə səbəb olan mühüm zərər vurma kimi qiymətləndirilə bilməz. Həmin əməl fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan, hazırkı halda isə ittihama əsasən Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin qanunla qorunan mənafelərinə mühüm zərər vura kimi qiymətləndirilməlidir. Bununla da təqsirləndirilən şəxsin “Vəzifə səlahiyyətlərindən sui-istifadə”, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsinin nəticəsi kimi, 101 nəfər şəxsə uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarında istifadə etmək üçün COVİD-19-a dair PCR test nəticələrinin saxtalaşdırılması ilə nəticələndiyindən, “Vəzifə səlahiyyətlərindən sui-istifadə” əməli CMnin 308.2-ci maddəsində göstərilən ağır nəticələrə deyil, CM-nin 308.1-ci maddəsində göstərilən mühüm zərər vurma ilə nəticələnmişdir. Beləliklə həmin hökmlə təqsirləndirilən şəxs olan Şahid5 törətmiş olduğu əməllər Cinayət Məcəlləsinin 320.1, 320.2, 308.1-ci maddələri ilə tövsif edilmişdir. Hazırkı cinayət işi üzrə də Təqsirləndirilən şəxs qarşı elan edilmiş ittiham üzrə törətmiş olduğu əməllərdən CM-nin 32.4, 308.2-ci maddəsi ilə tövsif edilməsi hissəsi ilə məhkəmə razılaşmır və məhkəmə hesab edir ki, həmin hissədə də əməl Cinayət Məcəlləsinin 32.4, 308.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, hazırkı cinayət işi üzrə verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs yuxarıda da qeyd edilən həmin mövcud olan hökmdəki əməlin, o cümlədən “Vəzifə səlahiyyətlərindən sui-istifadə” əməlinin Şahid5 tərəfindən törədilməsinə təhrik etməkdə təqsirləndirilir. Həmin hökmə əsasən də Şahid5 törətmiş olduğu əməllərdən, ibtidai istintaq orqanının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə tövsif edilmiş hissəsindəki əməl məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə tövsif edildiyindən, Təqsirləndirilən şəxs da məhz Şahid5 həmin CM-nin 308.1-ci maddəsindəki əməli törətməyə təhrik etmiş olur. Həmçinin məhkəmə həmin hökmdəki “Vəzifə səlahiyyətlərindən sui-istifadə” ilə bağlı əməlin CM-nin 308.2-ci maddəsində göstərilən ağır nəticələrə deyil, CM-nin 308.1-ci maddəsində göstərilən mühüm zərər vurma ilə nəticələnməsi ilə bağlı əsaslandırmanın da hazırkı iş üzrə də eyniyyət təşkil etdiyi qənaətinə gəlir. Hazırkı iş üzrə də “Vəzifə səlahiyyətlərindən sui-istifadə” əməli ağır nəticələrə deyil, mühüm zərər vurma ilə nəticələnmişdir. Ona görə də Təqsirləndirilən şəxs törətmiş olduğu əməllər də Cinayət Məcəlləsinin 32.4, 308.1, 32.4, 320.1 və 32.4, 320.2-ci maddələri ilə tövsif edilməlidir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə cərimə növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə cərimə növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə cərimə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə hər hansı maddi zərər dəyməmişdir, bununla bağlı təqsirləndirilən şəxsə qarşı hər hansı bir tələb və iddia yoxdur. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən Təqsirləndirilən şəxs 25.07.2019-cu il təvəllüdlü X35, 05.08.2014-cü il təvəllüdlü X51 adlı uşaqları vardır. İş üzrə görünür ki, ittiham aktında da göstərildiyi kimi Təqsirləndirilən şəxs ittiham aktında adları göstərilən şəxslərin Rusiya Federasiyası İrkuts şəhərində olan tikinti prosesinə cəlb etmək, bununla da həmin şəxslərin işlə təmin edilməsi, həmin şəxslərin qeyd edilən tikinti prosesində işləyərək məvacib əldə etməsi və ailələrinin dolanışığının təmin edilməsinə köməklik etmək istəmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ailəli olmasını, 2 azyaşlı uşağının olmasını, ailəsinə yeganə qazanc gətirən şəxsi olmasını, zərər çəkmiş hüquqi şəxsin şəxsin ondan hər hansı bir maddi iddia və tələblərinin olmamasını, ilk dəfə cinayət törətməsini, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, həmin sahibkarlıq fəaliyyəti nəticəsində xeyli sayda ölkə vətəndaşlarının da işlə təmin edilməsinə köməklik göstərməsini, ittiham aktında göstərilən sayda və adda şəxslərin işlə təmin edilməsi, həmin şəxslərin qeyd edilən tikinti prosesində işləyərək məvacib əldə etməsi və ailələrinin dolanışığının təmin edilməsinə köməklik etmək istəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən görədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Cəzanı ağırlaşdıran digər hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində 11.11.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut - 21 sentyabr 2021-ci il tarixdə tərəfimdən qəbul olunmuş qərar əsasında “X195” klinikası tərəfindən 17 may 2021-ci il tarixdə verilməsi görüntüsü yaradan 48 ədəd, o cümlədən, X25 adına ********** nömrəli, X13 adına ********** nömrəli, X92 adına ********** nömrəli, X76 adına ********** nömrəli, X77 adına ********** nömrəli, X4 adına ********** nömrəli, X52 adına ********** nömrəli, X38 adına ********** nömrəli, X14 adına ********** nömrəli, X9 adına ********** nömrəli, X93 adına ********** nömrəli, X53 adına ********** nömrəli, X54 adına ********** nömrəli, X39 adına ********** nömrəli, X17 adına ********** nömrəli, X78 adına ********** nömrəli, X18 adına ********** nömrəli, X110 adına ********** nömrəli, X5 adına ********** nömrəli, X94 adına ********** nömrəli, X79 adına ********** nömrəli, X133 adına ********** nömrəli, X55 adına ********** nömrəli, X56 adına ********** nömrəli, X80 adına ********** nömrəli, X107 adına ********** nömrəli, X19 adına ********** nömrəli, Məmmədov İlkin Vəkil oğlunun adına ********** nömrəli, X95 adına ********** nömrəli, X20 adına ********** nömrəli, X40 adına ********** nömrəli, Şahid11 adına ********** nömrəli, X73 adına ********** nömrəli, Şahid9 adına ********** nömrəli, Şahid6 adına ********** nömrəli, X57 adına ********** nömrəli, Şahid12 adına ********** nömrəli, X15 adına ********** nömrəli, X26 adına ********** nömrəli, X58 adına ********** nömrəli, X111 adına ********** nömrəli, X27 adına ********** nömrəli, X41 adına ********** nömrəli, X28 adına ********** nömrəli, X81 adına ********** nömrəli, X96 adına ********** nömrəli, X59 adına ********** nömrəli və X6 adına ********** nömrəli, "xxxx" tərəfindən 17 may 2021ci il tarixdə verilməsi görüntüsü yaradan 53 ədəd, o cümlədən, X60 adına 00785085/C01530286 nömrəli, Şahid7 adına 00785103/C00867450 nömrəli, X61 adına 00785084/C02787772 nömrəli, X62 adına 00785086/C01555247 nömrəli, X88 adına 00785082/C02946717 nömrəli, X34 adına 00785072/C03225783 nömrəli, Şahid8 adına 00785122/C01453246 nömrəli, X97 adına 00785116/C01604797 nömrəli, X42 adına 00785095/C01743867 nömrəli, X112 adına 00785091/C01298192 nömrəli, X98 adına 00785073/C00930825 nömrəli, X43 adına 00785089/C01652920 nömrəli, X2 adına 00785107/C00954939 nömrəli, X10 adına 00785108/C02971090 nömrəli, X7 adına 00785081/C02044159 nömrəli, X63 adına 00785120/C01393646 nömrəli, X113 adına 00785102/C03131047 nömrəli, X64 adına 00785111/C00465302 nömrəli, X29 adına 00785114/C01558268 nömrəli, X114 adına 00785068/P5125514 nömrəli, Şahid14 adına 00785079/C02828405 nömrəli, Şahid15 adına 00785074/C02828403 nömrəli, X115 adına 00785098/C03607695 nömrəli, X99 adına 00785094/C03134280 nömrəli, X16 adına 00785110/C01664266 nömrəli, X44 adına 00785104/C01583209 nömrəli, X45 adına 00785101/C00790830 nömrəli, X65 adına 00785109/C01862753 nömrəli, X30 adına 00785119/C00803773 nömrəli, X116 adına 00785124/P4749113 nömrəli, X82 adına 00785069/C01678500 nömrəli, X21 adına 00785117/C00029310 nömrəli, X31 adına 00785070/C01492033 nömrəli, X83 adına 00785087/C02099014 nömrəli, X46 adına 00785106/C00920244 nömrəli, Şahid13 adına 00785115/P4866198 nömrəli, X66 adına 00785096/C00658448 nömrəli, X100 adına 00785080/C00200678 nömrəli, X101 adına 00785090/C5137889 nömrəli, X67 adına 00785113/C01329315 nömrəli, X102 adına 00785105/C00920556 nömrəli, X117 adına 00785077/C03087716 nömrəli, X32 adına 00785071/C03087715 nömrəli, X120 adına 00785099/C02848648 nömrəli, X47 adına 00785100/C02397884 nömrəli, X22 adına 00785092/C01458296 nömrəli, X68 adına 00785112/C01449883 nömrəli, X48 adına 00785093/C01077198 nömrəli, X49 adına 00785078/C01216833 nömrəli, X69 adına 00785076/C03140633 nömrəli, X118 adına 00785097/C01663790 nömrəli, X119 adına 00785088/C01909231 nömrəli və X50 adına 00785118/C01938465 nömrəli olmaqla, ümumilikdə 101 ədəd neqativ nəticəli COVİD-19-a dair PCR test sənədləri, "xxxx" MMC-nin 09 iyul 2021-ci il tarixli məktubuna əlavə edilmiş 01 (bir) ədəd “CD” disk, "xxxx" MMC-nin 15 iyul 2021-ci il tarixli məktubuna əlavə edilmiş 01 (bir) ədəd “CD” disk və "xxxx" MMC-nin 12 avqust 2021-ci il tarixli məktubuna əlavə edilmiş 01 (bir) ədəd “CD” disk, X72 məxsus 01 (bir) ədəd “Xiaomi Mi 10T(5G)” markalı mobil telefona video çəklişdən istifadə etməklə baxışı təsdiq edən görüntüləri özündə əks etdirən 01 (bir) ədəd “CD” disk, X72 məxsus 01 (bir) ədəd “Huawei” markalı noutbuka video çəklişdən istifadə etməklə baxışı təsdiq edən görüntüləri özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk, X205 xətt polis şöbəsinin 23 iyun 2021-ci il tarixli 224-1183-1221 nömrəli məktubuna əlavə edilmiş 18 may 2021-ci il tarixdə X205 saxta COVİD-19 arayışı ilə ölkəni tərk etmək istəyən şəxslərin hava limanında olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınmış görüntüləri özündə əks etdirən 01 (bir) ədəd “CD” disk maddi sübut kimi tanınaraq əsillərinin ********* nömrəli cinayət işinə, ümumilikdə 101 ədəd neqativ nəticəli COVİD-19-a dair PCR test sənədlərin, Xiaomi Mi 10T(5G)” markalı mobil telefona video çəklişdən istifadə etməklə baxışı təsdiq edən görüntüləri özündə əks etdirən 01 (bir) ədəd “CD” diskin, “Huawei” markalı noutbuka video çəkilişdən istifadə etməklə baxışı təsdiq edən görüntüləri özündə əks etdirən 01 (bir) ədəd “DVD” diskin surətinin ********* nömrəli cinayət işinə əlavə edilməsi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin 15 iyul 2021-ci il tarixli 7/2509 nömrəli məktubuna əlavə edilmiş X72 məxsus 01 (bir) ədəd “Xiaomi Mi 10T(5G)” markalı mobil telefon və 01 (bir) ədəd “Huawei” markalı noutbuk, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 16 iyul 2021-ci il tarixli 23/9-2012 nömrəli məktuba əlavə edilmiş Şahid5 məxsus 01 (bir) ədəd “SAMSUNG GALAXY J 3” markalı mobil telefon və Şahid5 sosial şəbəkələrdə yazışmalarını özündə əks etdirən 01 (bir) ədəd “My Passport” markalı yaddaş qurğusunun həmin tarixli qərarımla maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində saxlanılması nəzərə alınmışdır. Həmçinin iş üzrə maddi sübutların taleyinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1 (004) - 406/2021 saylı, 23.11.2021-ci il tarixli hökmü ilə yuxarıda qeyd edilən tərzdə həll edildiyindən, bu səbəbdən də hazırkı cinayət işi üzrə taleyi həll ediləsi maddi sübut mövcud deyildir. Ona görə də maddi sübutların taleyinin həmin hökmlə həll edildiyi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia, maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilsin, Cinayət Məcəlləsinin 32.4, 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli, Cinayət Məcəlləsinin 32.4, 308.1-ci maddəsinə tövsif edilsin və Cinayət Məcəlləsinin 32.4, 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3000 (üç min) manat cərimə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5000 (beş min) manat cərimə cəzası təyin edilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1 (004) - 406/2021 saylı, 23.11.2021-ci il tarixli hökmü ilə həll edildiyi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar