Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-50/2023 13.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 14:10 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi1 Xalıq qızının iştirakları ilə, xx.xx.1999-cı ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx xxxxxx 1994-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış,Göygöl rayonu, M.Ə.Rəsulzadə ev 30, mənzil 3 ünvanda qeydiyatda olmaqla, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.1977-cı ildə Əli Bayramlı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixl hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 5 ilə endirilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 4 ay 1 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci il tarixində cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 1(011)-406/2022 nömrəli, xx.xx.2022-ci il tarixl hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3cü maddələri ilə 3 il müddətinə azadlıqdan məhrum edilmiş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilənədək Bakı şəhəri, Xətai rayonu Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxslə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli şəkildə talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 mart 2022-ci il tarixdə saat 02 radələrində tanışı X4 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri,Yasamal rayonu, Müzəffər Həsənov 31A ünvanında yerləşən NR Telekom telefon mağazasının arxa şüşə pəncərəsini kəsərək qanunsuz daxil olmaqla mağazanın içərisində olan 2022-ci ilin mart ayına orta bazar qiyməti 180 manat olan 01 ədəd “Samsung” markalı “SM-G950FD” modelli mobil telefonu, dəyəri 40 manat olan 01 ədəd ’’Samsung” markalı”,“SM-T 231” modelli mobil telefonu, dəyəri 120 manat olan 1 ədəd Samsung 02 markalı mobil telefonu, hər birinin dəyəri 240 manat olan 2 ədəd Samsung A50 markal mobil telefonu, hər birinin dəyəri 180 manat olan 3 ədəd Samsung A750 markalı mobil telefonu, hər birinin dəyəri 20 manat olan 2 ədəd Samsung 5212 markalı mobil telefonu, hər biri 140 manat olan 2 ədəd İphone 6 S markalı mobil telefonu, hər biri 200 manat olan 2 ədəd Xiomi Note 8 markalı mobil telefonu, hər biri 40 manat olan 2 ədəd Nokia 6100 markalı mobil telefonu,60 manat olan 1 ədəd Nokia 3310 markalı mobil telefonu,180 manat olan 1 ədəd Samsung A 21 S markalı mobil telefonu, 140 manat olan 1 ədəd Samsung A20S markalı mobil telefonu,130 manat olan 1 ədəd Samsung A02S markalı mobil telefonu,120 manat olan 1 ədəd Samsung A02 markalı mobil telefonu,180 manat olan 1 ədəd Samsung A7 markalı mobil telefonu,200 manat olan 1 ədəd Samsung S8 markalı mobil telefonu,hər biri 40 manat olan 2 ədəd Samsung Tab 4 markalı mobil telefonu,100 manat olan 1 ədəd Xiomi MİA2 markalı mobil telefonu,110 manat olan 1 ədəd Sony CQ60 markalı mobil telefonu,150 manat olan 1 ədəd Çin istehsalı olan Vertu markalı mobil telefonu,hər biri 30 manat olan 3 ədəd Katel markalı mobil telefonu, hər biri 20 manat olan 5 ədəd Nokia 1100 markal mobil telefonu gizli talayaraq Zərərçəkmiş şəxs cəmi 3940 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxslə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmləkını gizli şəkildə talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 mart 2022-ci il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri,Yasamal rayonu,Müzəffər Həsənov 31A ünvanında yerləşən NR Telekom telefon mağazasının arxa şüşə pəncərəsini kəsərək qanunsuz daxil olmaqla mağazanın içərisində olan 2022-ci ilin mart ayına orta bazar qiyməti 180 manat olan 01 ədəd “Samsung” markalı “SM-G950FD” modelli mobil telefonu, dəyəri 40 manat olan 01 ədəd "Samsung” markalı”,“SM-T 231” modelli mobil telefonu, dəyəri 120 manat olan 1 ədəd Samsung 02 markalı mobil telefonu, hər birinin dəyəri 240 manat olan 2 ədəd Samsung A50 markal mobil telefonu, hər birinin dəyəri 180 manat olan 3 ədəd Samsung A750 markalı mobil telefonu, hər birinin dəyəri 20 manat olan 2 ədəd Samsung 5212 markalı mobil telefonu, hər biri 140 manat olan 2 ədəd iphone 6 S markalı mobil telefonu, hər biri 200 manat olan 2 ədəd Xiomi Note 8 markalı mobil telefonu, hər biri 40 manat olan 2 ədəd Nokia 6100 markalı mobil telefonu,60 manat olan 1 ədəd Nokia 3310 markalı mobil telefonu,180 manat olan 1 ədəd Samsung A 21 S markalı mobil telefonu, 140 manat olan 1 ədəd Samsung A20S markalı mobil telefonu,130 manat olan 1 ədəd Samsung A02S markalı mobil telefonu,120 manat olan 1 ədəd Samsung A02 markalı mobil telefonu,180 manat olan 1 ədəd Samsung A7 markalı mobil telefonu,200 manat olan 1 ədəd Samsung S8 markalı mobil telefonu,hər biri 40 manat olan 2 ədəd Samsung Tab 4 markalı mobil telefonu, 100 manat olan 1 ədəd Xiomi MİA2 markalı mobil telefonu,110 manat olan 1 ədəd Sony CQ60 markalı mobil telefonu, 150 manat olan 1 ədəd çin istehsalı olan Vertu markalı mobil telefonu,hər biri 30 manat olan 3 ədəd Katel markalı mobil telefonu, hər biri 20 manat olan 5 ədəd Nokia 1100 markal mobil telefonu gizli talayaraq Zərərçəkmiş şəxs cəmi 3940 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxslə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmləkını gizli şəkildə talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 mart 2022-ci il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 və X4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri,Yasamal rayonu, Müzəffər Həsənov 31A ünvanında yerləşən NR Telekom telefon mağazasının arxa şüşə pəncərəsini kəsərək qanunsuz daxil olmaqla mağazanın içərisində olan 2022-ci ilin mart ayına orta bazar qiyməti 180 manat olan 01 ədəd “Samsung” markalı “SM-G950FD” modelli mobil telefonu, dəyəri 40 manat olan 01 ədəd ’’Samsung” markalı”,“SM-T 231” modelli mobil telefonu, dəyəri 120 manat olan 1 ədəd Samsung 02 markalı mobil telefonu, hər birinin dəyəri 240 manat olan 2 ədəd Samsung A50 markal mobil telefonu, hər birinin dəyəri 180 manat olan 3 ədəd Samsung A750 markalı mobil telefonu, hər birinin dəyəri 20 manat olan 2 ədəd Samsung 5212 markalı mobil telefonu, hər biri 140 manat olan 2 ədəd İphone 6 S markalı mobil telefonu, hər biri 200 manat olan 2 ədəd Xiomi Note 8 markalı mobil telefonu, hər biri 40 manat olan 2 ədəd Nokia 6100 markalı mobil telefonu,60 manat olan 1 ədəd Nokia 3310 markalı mobil telefonu,180 manat olan 1 ədəd Samsung A 21 S markalı mobil telefonu, 140 manat olan 1 ədəd Samsung A20S markalı mobil telefonu,130 manat olan 1 ədəd Samsung A02S markalı mobil telefonu,120 manat olan 1 ədəd Samsung A02 markalı mobil telefonu,180 manat olan 1 ədəd Samsung A7 markalı mobil telefonu,200 manat olan 1 ədəd Samsung S8 markalı mobil telefonu,hər biri 40 manat olan 2 ədəd Samsung Tab 4 markalı mobil telefonu,100 manat olan 1 ədəd Xiomi MİA2 markalı mobil telefonu,110 manat olan 1 ədəd Sony CQ60 markalı mobil telefonu,150 manat olan 1 ədəd Çin istehsalı olan Vertu markalı mobil telefonu,hər biri 30 manat olan 3 ədəd Katel markalı mobil telefonu, hər biri 20 manat olan 5 ədəd Nokia 1100 markal mobil telefonu gizli talayaraq Zərərçəkmiş şəxs cəmi 3940 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 mart 2022-ci il tarixdə saat 23 radələrində Əhmədli metrostansiyasının yaxınlığında olarkən təsadüfən Raminlə görüşmüşdür. Ramin ona 20 yanvar metro stansiyasının yaxınlığında yerləşən telefon mağazalarından birinə oğurluq etməyi təklif etmişdir.O isə pulu olmadığı üçün Raminin təklifi ilə razılaşmışdır. Onlar birlikdə Ramin dediyi telefon mağazasına tərəf getmişlər. Telefon mağazasının yanına çatdıqda Ramin ona mağazanın qarşısında gözləməyini,Ülviyyəyə isə onunla birlikdə mağazanın arxa tərəfinə keçəcəyini bildirmişdir.O Ramin dediyi kimi mağazanın qarşısında, Ülviyyə isə mağazanın arxasında gözləmişlər və kimsə gələcəyi təqdirdə dərhal Raminə məlumat verməli idilər.Təxminən 15-20 dəqiqə gözlədikdən sonra Ramin onu telefon mağazasının yuxarı hissəsində yerləşən klubun yanına çağırmışdır.O Raminin yanına çatdıqda əlində iki ədəd əl çantasının olduğunu görmüşdür.Daha sonra onlar birlikdə taksiyə əyləşmiş və Xətai rayonu,Əhmədli metrostansiyasının yaxınlığında yerləşən “Gəncə təndiri”nin yaxınlığında getmişlər.Oradan piyada Ramin və Ülviyyənin kirayə yaşadığı evə getmişlər.Mənzilə çatdıqdan sonra Ramin Ülviyyəni mənzilin digər otağına aparmış ,özü isə onunla oğurladıqları telefonları saymağa başlamışlar.Daha sonra Ramin ona oğurladıqları telefonlardan bir ədəd Samsung planşeti, bir ədəd LG markalı mobil telefon,iki ədəd Samsung A7 markalı mobil telefon,bir ədəd Samsung A12 mobil telefonu vermiş və bu telefonları satmağını bildirmişdir.O oğurladıqdan 5 ədəd telefonu cibinə qoyaraq Ramin yaşadığı mənzildən getmişdir.21 mart 2022-ci il tarixdə saat 12 radələrində o telefonları satmaq üçün Əhmədli metrostansiyasının yaxınlığında yerləşən telefon mağazasına getmişdir.Orada Samsung A12 markalı mobil telefonu 160 manata,Samsung A7 markalı mobil telefonu isə 80 manata satmışdır.Təxminən 2022-ci ilin mart ayının sonlarında işlədiyi Xətai rayonunda yerləşən Pluton şadlıq sarayında oğurladığı digər 3 telefonu Samsung markalı planşeti 25 manata,Samsung A7 markalı mobil telefonu 80 manata ,LG markalı mobil telefonu isə 25 manata şadlıq sarayının adminstratoru Şahid1 satmışdır.Əldə etdiyi ümumilikdə 355 manatdan 200 manatını o özündə saxlamış ,geri qalan 155 manatı isə Raminə vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, törətdiyi əməllərə görə səmimi peşmançılıq çəkməsini, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tam şəkildə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, uznun müddətdir həbsdə olmasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 mart 2022-ci il tarixdə saat 01 radələrində Ramin ona birlikdə Yasamal rayonu, 20 yanvar metro stansiyasının yaxınlığında yerləşən telefon dükanına gedəcəklərini bildirmişdir.O Ramindən bu vaxt ora niyə gedəcəklərini soruşduqda Ramin həmin telefon dükanından oğurluq edəcəyini,onun isə dükanın kənarında dayanaraq kimsə gəldiyi təqdirdə Raminə məlumat verəcəyini bildirmişdir.Əvvəlcə o Raminə etiraz etsədə Ramin onu vurmağa başlamış və Raminlə deyilən yerə gedəcəyini bildirmişdir.Daha sonra onlar taksi vasitəsi ilə 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən “Mələk” kafesinə gəlmişlər.O Ramindən bura niyə gəldiyini soruşduqda Ramin ona adının Əli olduğu sonradan adının Fərid olduğunu bildiyi dostunu burda gözləyəcəklərini bildirmişdir.Təxminən yarım saat sonra Fərid həmin kafenin qarşısına gəlmiş və o Ramin ilə birlikdə kafedən çıxaraq oğurluq edəcəkləri telefon dükanına tərəf getmişlər.Dükana yaxınlaşdıqda Ramin ona dükanının qarşısında dayanmağını,kimsə gələcəyi halda dərhal Raminə məlumat verməyini bildirmişdir.Ramin isə Fərid ilə birlikdə dükanın arxa tərəfinə keçmişdir. O təxminən 15-20 dəqiqə telefon dükanın qarşısında dayandıqdan sonra Fərid və Ramin əllərində qara rəngli əl çantası ilə o dayandığı yerə gəlmişlər və onlar birlikdə taksiyə əyləşərək Əhmədli metrostansiyasının yaxınlığında yerləşən kirayə yaşadıqları mənzilə getmişlər.Mənzilə çatdıqdan sonra Ramin onu digər otağa aparmış və otağın qapısını çöl tərəfdən açarla bağlamışdır. Ramin və Fərid isə digər otaqda oğurladıqları telefonları necə satmalarını planlaşdırmışlar.21 mart 2022-ci il tarixdə səhər saatlarında Ramin və Fərid oğurladıqları telfonları satmaq üçün evdən çıxmışlar və saat 13 radələrində Ramin yaşadıqları mənzilə gəlmiş və ona hazırlaşmağını,Əhmədli metrostansiyasının yaxınlığında yerləşən paltar dükanına gedəcəklərini bildirmişdir.O Ramindən pulu haradan tapdığını soruşduqda oğurladığı mobil telefonların bir qismini satdığını bildirmişdir.Daha sonra onlar Əhmədli metrostansiyasının yaxınlığında yerləşən paltar dükanına getmiş və Ramin oradan ona paltar almışdır. 26 mart 2022-ci il tarixdə Ramin ilə birlikdə Neftçilər metrostansiyasının yaxınlığında yerləşən telefon dükanına getmişlər. Əvvəlcə o şəxsiyyət vəsiqəsi ilə oğurladıqları Samsung S8 markalı mobil telefonu ekranında problem olduğu üçün 80 manata satmışlar.Telefonu satarkən satıcı telefonun kimə məxsus olduğunu soruşduqda Ramin onun bacısına məxsus olduğunu və bu səbəbdən şifrəni bilmədiklərini bildirmişdir.Daha sonra onlar birlikdə oğurladıqları Samsung A50 markalı mobil telefonu satmaq üçün Xətai rayonu,Əhmədli metrostansiyasının yaxınlığında yerləşən telefon dükanına getmiş və Samsung A50 markalı mobil telefonu onun şəxsiyyət vəsiqəsi ilə 70 manata satmışlar. Oğurlanmış digər telefonların kimə və harada satıldığı barədə heç bir məlumatı olmamışdır. Digər telefonlar Ramin və Fərid tərəfdən satılmışdır.İfadəsinin sonunda təqsirləndirilən şəxs X4 ilk dəfə cinayət törətməsini, törətdiyi əməllərə görə səmimi peşmançılıq çəkməsini, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, uznun müddətdir həbsdə olmasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir, o, Fəridə 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən telefon mağazalarından birinə əvvəlcədən oğurluq etməyi planlaşdırdığını və Fəridin də bu oğurluqda ona kömək etməsini təklif etmişdir.Fərid isə əvvəlcə razılaşmaq istəməsə də pulu olmadığı üçün onun təklifi ilə razılaşmış və onlar birlikdə taksi ilə 20 yanvar metrostansiyasının yaxınlığına gəlmişlər. Deyilən ünvana çatdıqda isə Ülviyyə də orada onları gözləyirdi. Daha sonra o, Fərid və Ülviyyə ilə birlikdə dediyi telefon mağazasına tərəf getmişlər. Telefon mağazasının yanına çatdıqda o Fəridə mağazanın qarşısında gözləməyi, Ülviyyəyə isə mağazanın arxa tərəfində gözləməyi və əgər kim isə gələcəyi təqdirdə hər ikisinin ona xəbər etməklərini bildirmişdir.Daha sonra o telefon mağazasının arxasına keçərək şüşədən olan pəncərəni rezak vasitəsi ilə kəsmiş və çıxartdığı pəncərə şüşəsini bir kənara qoymuşdur.Daha sonra isə telefon mağazasının içərisinə daxil olmuşdur.Mağazanın giriş hissəsində vitrində olan telefonları əl çantasının içərisinə yığmışdır.Təxminən 30 ədəd telefonu çantaya yıqdıqdan sonra mağaya daxil olduğu yerdən çıxmış və əvvəlcə Ülviyyəyə,daha sonra isə Fəridə oradan uzaqlaşmaqlarını bildirmişdir.Piyada bir qədər Mirqasımov adına Respublika Klinik xəstəxanasına doğru hərəkət etdikdən sonra taksiyə əyləşərək yaşadıqları kənd Əhmədli qəsəbəsi getmişlər.Xətai rayonu,Əhmədli metrostansiyasının yaxınlığında yerləşən “Gəncə təndiri”nin yaxınlığında taksidən düşmüş və oradan piyada onun Ülviyyə ilə kirayə yaşadıqları 5-ci Əhmədli küçəsi nömrəsiz evə getmişlər.Mənzilə çatdıqdan sonra o Ülviyyəni mənzilin digər otağına aparmışdır.Daha sonra o Fəridə oğurladıqları telefonlardan bir ədəd Samsung planşeti, bir ədəd LG markalı mobil telefon,iki ədəd Samsung A7 markalı mobil telefon,bir ədəd Samsung A12 mobil telefonu vermiş və bu telefonları satmağını bildirmişdir.Fərid oğurladıqları 5 ədəd telefonu cibinə qoyaraq getmişdir.Mart ayının sonlarında Fərid ondan götürdüyü telefonları satdığını bildirmiş və ona 155 manat pul vermişdir. 26 mart 2022-ci il tarixdə saat 11 radələrində o Ülviyyəyə şəxsiyyət vəsiqəsini üzərində götürməyini,oğurlanmış telefonların bir qismini satmaq üçün Nizami rayonu,Neftçilər metrostansiyasının yaxınlığında yerləşən telefon dükünına gedəcəklərini bildirmişdir.Daha sonra onlar birlikdə Neftçilər metrostansiyasının yaxınlığında yerləşən telefon dükanına getmişlər.Əvvəlcə o Ülviyyənin şəxsiyyət vəsiqəsi ilə oğurladığı Samsung S8 markalı mobil telefonu 80 manata satmışdır.Telefonu satarkən satıcı telefonun kimə məxsus olduğunu soruşduqda o Ülviyyənin bacısına məxsus olduğunu və bu səbəbdən şifrəni bilmədiklərini bildirmişdir.Daha sonra onlar birlikdə oğurladığı Samsung A50 markalı mobil telefonu satmaq üçün Xətai rayonu,Əhmədli metrostansiyasının yaxınlığında yerləşən telefon dükanına getmiş və Samsung A50 markalı mobil telefonu Ülviyyənin şəxsiyyət vəsiqəsi ilə 70 manata satmışlar. Həmin tarixdən sonra o mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə istifadə etdiyindən geri qalan telefonları kimə, harada və neçəyə satdığını xatırlamır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 törətdiyi əməllərə görə səmimi peşmançılıq çəkməsini, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində götsərmişdir ki, 20 mart 2022-ci il tarixdə axşam saat 18 radələrində işlədiyi dükandan çıxmış və Novruz bayramı ilə əlaqədar olaraq Biləcəri qəsəbəsində yaşayan qardaşı Niyazigilə qonaq getmişdir.Eyni telefon dükanında satıcı kimi işləyən Əlili Nurlan isə 20 mart 2022-ci il tarixdə axşam saat 20 radələrində işlədikləri telefon dükanını baqlayıb evə getmişdir. 21 mart 2022-ci il tarixdə səhər saatlarında Nurlan dükana gələrkən dükanın qapısını açıb içəri daxil olarkən arxa tərəfdə şüşədən olan pəncərənin sınmış olduğunu və içəridə olan 8 ədəd Nokia,18 ədəd Samsung,4 ədəd Xiomi,2 ədəd iphone,1 ədəd Sony,1 ədəd Vertu,3 ədəd Katel markalı telefonların naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir və dərhal əvvəlcə ona telefon vasitəsilə məlumat vermişdir. Daha sonra isə DİN 102 xidmətinə məlumat vermişdir.Təxminən 20 dəqiqə sonra o dükana gəlmiş və aşkar etmişdir ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona 2905 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində telefon mağazasından 8 ədəd Nokia,18 ədəd Samsung,4 ədəd Xiomi, 2 ədəd iphone,1 ədəd Sony,1 ədəd Vertu,3 ədəd Katel olmaqla 37 ədəd telefon oğurlanmışdır. Hadisə zamanı ona ümumilikdə 3940 manat maddi ziyan dəymişdir. Məhkəməyə ərizə təqdim edərək, halhazırda təqsirləndirilən şəxslərlə barışdığını, onlardan heç bir şikayət və tələbinin olmadığını, vurulmuş ziyanın tamamilə ödənildiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən mobil telefonların satışı ilə məşğul olan telefon mağazalarından birinə yaxınlaşmışdır. Maddi vəziyyəti yaxşı olmadığından işlənmiş telefon almaq qərarına gəlmişdir.Bir neçə mağaza gəzdikdən sonra maddi vəziyyətinə uyğun olan Samsung S8 markalı mobil telefonu görmüşdür.Satıcı əvvəlcə həmin telefonun qiymətinin 250 manat olduğunu bildirsədə o satıcı ilə qiymətdə razılaşmış və 200 manat verərək həmin mobil telefonu almışdır. Samsung S8 markalı mobil telefonun oğurluq olduğunu bilməyib və hal hazırda həmin mobil telefonu təqdim etməyə razıdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 işlədiyi Pluton şadlıq sarayından tanıyır. Fərid həmin şadlıq sarayında ofisiant vəzifəsində işləyir. 2022-ci ilin mart ayının sonlarında Fərid işdə olarkən ona yaxınlaşaraq satılası telefonunun olduğunu bildirdi.O, isə həmin vaxt telefona ehtiyacı olduğu üçün Fəriddən satdığı telefon barəsində maraqlanmağa başlamışdır. Fərid isə Samsung markalı planşeti olduğunu və 25 manata sata biləcəyini bildirmişdir.O isə Fəridi uzun müddətdir tanıdığından, şadlıq sarayında yaxşı xarakterizə olunduğundan satdığı mobil telefonun oğurluq olduğunu düşünməmişdir və qiymətdə razılaşaraq 25 manata Samsung markalı planşeti Fəriddən almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəməəmtəəşunaslıq ekspertizasının 05 avqust 2022-ci il tarixli 9/5063 №-li rəyi ilə təsdiq olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung” markalı “SM-G950FD” modelli,plasmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı, rəqəmsal fotokameralı, ekran şüşəsinin yuxarı sağ hissəsi çatlamış vəziyyətdə olan mobil telefonun 2022-ci ilin mart ayına olan orta bazar qiyməti -180.0 manat, “Samsung” markalı”,“SM-T 231” modelli, plasmas gövdəli, sensor dizaynlı,daxili antenalı,daxili yaddaşlı, rəqəmsal fotokameralı,gövdə korpusunda rəng qopuqları olan mobil telefonun 2022-ci ilin mart ayına olan orta bazar qiyməti-40.0 manat,təqdim edilməyən 1 ədəd Samsung 02 markalı mobil telefon-120 manat,2 ədəd Samsung A50 markal mobil telefon hər biri 240 manat olmaqla 480 manat,3 ədəd Samsung A750 markalı mobil telefon hər biri 180 manat olmaqla 540 manat ,2 ədəd Samsung 5212 markalı mobil telefon hər biri 20 manat olmaqla 40 manat,2 ədəd iphone 6 S markalı mobil telefon hər biri 140 manat olmaqla 280 manat,2 ədəd Xiomi Note 8 markalı mobil telefon hər biri 200 manat olmaqla 400 manat,2 ədəd Nokia 6100 markalı mobil telefon hər biri 40 manat olmaqla 80 manat,1 ədəd Nokia 3310 markalı mobil telefon 60 manat, 1 ədəd Samsung A 21 S markalı mobil telefon 180 manat, 1 ədəd Samsung A20S markalı mobil telefon 140 manat, 1 ədəd Samsung A02S markalı mobil telefon 130 manat,1 ədəd Samsung A02 markalı mobil telefon 120 manat,1 ədəd Samsung A7 markalı mobil telefon 180manat,1 ədəd Samsung S8 markalı mobil telefon 220 manat,2 ədəd Samsung Tab 4 markalı mobil telefon hər biri 40 manat olmaqla 80 manat,1 ədəd Xiomi MİA2 markalı mobil telefon 100 manat,1 ədəd Sony CQ60 markalı mobil telefon 110 manat, 1 ədəd Çin istehsalı olan Vertu markalı mobil telefon 150 manat,3 ədəd Katel markalı mobil telefon hər biri 30 manat olmaqla 90 manat,5 ədəd Nokia 1100 markal mobil telefon hıər biri 20 manat olmaqla 100 manat CƏMi-3940 manat təşkil edir (2 cild, səh. 39-43). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyun 2022-ci il tarixli “ifadənin yerində yoxlanması” haqqında qərardan görünür ki, istintaq hərəkətləri aparılarkən təqsirləndirilən şəxs X4 Bakı şəhəri, Yasamal rayonu, M.Həsənov 31A ünvanında yerləşən telefon mağazasına daxil olaraq içəridə olan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 37 ədəd mobil telefonu götürdüyünü və sonradan çıxıb getdiyi istiqaməti göstərmişdir (1 cild səh. 192-194). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 iyun 2022-ci il tarixli “ifadənin yerində yoxlanması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal rayonu, M.Həsənov 31A ünvanında yerləşən telefon mağazasına daxil olaraq içəridə olan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 37 ədəd mobil telefonu götürdüyünü və sonradan çıxıb getdiyi istiqaməti göstərmişdir (1 cild səh. 195-197). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 mart 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi” haqqında qərardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs 20 mart 2022-ci il tarixdə saat 18 radələrində ona məxsus Yasamal rayonu,M.Həsənov 31A ünvanında yerləşən telefon mağazasından çıxmış və 21 mart 2022-ci il tarixdə səhər saatlarında mağazaya daxil olarkən ona məxsus 37 ədəd mobil telefonun yerində olmadığını müəyyən etmiş və bu səbəbdən protokol tərtib edilmişdir (1 cild səh.87-89). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Samsung” markalı “SM-G950FD” modelli və 01 ədəd ’’Samsung” markalı”,“SM-T 231” modelli mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs verilmişdir ( 2 cild səh. 197). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-n Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnamədən görünür ki, X4 cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkumluğu yoxdur (1 cild, səh.246). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-n Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkumluğu yoxdur (1 cild, səh. 24). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-n Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs1 -xx.xx.2000-ci il tarixdə Əli Bayramlı rayon Xalq Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 93-3-cü maddəsi ilə 02 il,xx.xx.2022-ci ildə cəzanın sonu ilə azad olunub, xx.xx.2003-cü il tarixdə Əli Bayramlı Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 04 il,xx.xx.2006-cı ildə cəzanın sonu ilə azad olunub, xx.xx.2008- ci il tarixdə ACDİÜ AR məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə 07 il,xx.xx.2011-ci il tarixdə Bakı şəhəri,Qaradağ Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 317.2.1,67-ci maddələri ilə 03 il 06 ay,xx.xx.2015-ci il tarixdə cəzanın sonu ilə azad olunub, xx.xx.2016-cı il tarixdə Xətai rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3-cü maddələri ilə 04 il 8 ay, xx.xx.2016-cı il tarixdə Nəsimi rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CMnin 177.2.3,66.5-ci maddələri ilə 05 il 02 ay azadlıqdan məhrum edilmişdir.06 avqust 2022ci il tarixdə Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərfindən təsdiq edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 12 may 2022-ci il tarixdə Xətai rayon məhkəməsinin hakimi X1 qərarı ilə barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və BİT-da saxalanılır (2 cild, səh.111-114). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-406/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 10 may 2022-ci il tarixindən hesablanmaqla ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-406/2022 nömrəli 05 yanvar 2023-cü il tarixli məktubundan aydın olur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)- 406/2022 nömrəli hökmü 13 dekabr 2022-ci il tarixində qanuni qüvvəsini almış və məhkəmənin hökmündən apellyasiya şikayəti və protesti daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam qaydada ödənilmişdir. Onlardan heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 4(004)546/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 23 iyun 2022-ci il tarixdən hesablanmaqla 1 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 4(004)545/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 23 iyun 2022-ci il tarixdən hesablanmaqla 1 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(004)520/2022 saylı hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir və onun hazırda bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 2017-ci il təvəllüdlü Zəhra adlı azyaşlı övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlləri Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs1 əməlləri Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının baxılan cinayət işinə münasibətdə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərini səmimi olaraq etiraf etməsini, peşman olmasını, ilk dəfə məhkum olunmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı könüllü surətdə tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, ilk dəfə məhkum olunmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməllərində çoxsaylı cəzanın yüngülləşdirən halların məcmusunun təqsirləndirilən şəxslərə cəza təyini zamanı nəzərə alınmaması ədalətli sayıla bilməz və mütləq nəzərə alınmalıdır. Belə ki, cəza təyin edərkən bu kimi halların nəzərə alınmaması cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə zidd olardı. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ağır cəzanın təyin edilməsi onların islah edilməsinə xidmət edə bilməz. Təqsirləndirilən şəxslərə elə bir cəza təyin edilməlidir ki, onlar həmin cəzanı çəkdikdən sonra normal cəmiyyətə qayıdaraq inteqrasiya edə bilsin və öz yararlığını cəmiyyətə tətbiq edə bilsin. Digər tərəfdən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinin və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onların hər birini və ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər. Məhkəmə, həmçinin hesab edir ki, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin yuxarıda adıçəkilən Sərəncamının müddəalarının hazırki iş üzrə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 23.06 2022-ci il tarixdən 13.02. 2023-cü il tarixədək tutulduğu və həbsdə olduğu 7 (yeddi) ay 21 (iyirmi bir) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı (tutulduğu) müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs3 haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, X2 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 23.06 2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu və həbsdə olduğu 7 (yeddi) ay 21 (iyirmi bir) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək qəti cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52- 1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində- ünvan 9 ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 10 ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs3 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hazırda ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. İş materiallarında olan tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixl hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 5 ilə endirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 4 ay 1 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020ci il tarixində cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır.Hazırda müəyyən edilir ki, təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş təzədən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 1(011)-406/2022 nömrəli, xx.xx.2022-ci il tarixl hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 10 may 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Samsung” markalı “SM-G950FD” modelli və 01 ədəd ’’Samsung” markalı”,“SM-T 231” modelli mobil telefon zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə- ekspertizası xərci ilə əlaqədar Təqsirləndirilən şəxs2 16,67 (on altı manat 67 qəpik) manat, Təqsirləndirilən şəxs3 16,67 (on altı manat 67 qəpik) manat və Təqsirləndirilən şəxs1 isə 16,67 (on altı manat 67 qəpik) manat məbləğində pul tutulub dövlət nəfinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 Xalıq qızının vəkil işlədikləri Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-520/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən, Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi1 Xalıq qızı tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 50 (əlli) iş saatına bərabər hesab edilərək, göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 50 (əlli) iş saatına bərabər hesab edilərək, göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 50 (əlli) iş saatına bərabər hesab edilərək, göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 Xalıq qızının vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: 1.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 7 (yeddi) ay 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 1 (bir) il 3 (üç) ay 12 (gün) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə: yaşadığı Bakı şəhəri Xətai rayonu, Balaxan Süleymanov ev 63 Q ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 7 (yeddi) ay 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 1 (bir) il 3 (üç) ay 12 (gün) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə: yaşadığı Göygöl rayonu, M.Ə.Rəsulzadə ev 30, mənzil 3 saylı ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göygöl rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. 3.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5. və 66.2-ci maddələri tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 1(011)-406/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 10 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Samsung” markalı “SM-G950FD” modelli və 01 ədəd ’’Samsung” markalı”,“SM-T 231” modelli mobil telefon zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə- ekspertizası xərci ilə əlaqədar Təqsirləndirilən şəxs2 16,67 (on altı manat 67 qəpik) manat, Təqsirləndirilən şəxs3 16,67 (on altı manat 67 qəpik) manat və Təqsirləndirilən şəxs1 isə 16,67 (on altı manat 67 qəpik) manat məbləğində pul tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 300 (üç yüz altmış) manat məbləğində, Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində və Müdafiəçi1 Xalıq qızının vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Rəşad Cavadzadə