Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-50/2024 08.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, subay, ali təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ünvan 3l tarixli qərarı ilə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurub dələduzluq etmişdir. Belə ki, o tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Sadiq oğluna xəstəliklə əlaqədar olaraq təqaüd almaqda köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq 04 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İ.Talıblı küçəsində yerləşən kafedə 4000 manat pulunu alaraq ələ keçirib, Zərərçəkmiş şəxs1 4000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Qarabağ müharibəsində şəhid olmuş qardaşına verilən təqaüdün onun adına keçirilməsində və həmin təqaüdün artırılmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 2021-ci ilin sentyabr ayının əvvələri Abşeron rayonu, Masazır qəsbəsində 2700 manat pulu, 2021-ci ilin sentyabr ayının sonları Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-nin baş idarəsinin inzibati binasının qarşısında 2300 manat pulu və 2021-ci ilin oktyabr ayının əvvələri Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-nin baş idarəsinin inzibati binasının qarşısında 2000 manat pulu alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs2 7000 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 təqaüd almaqda köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq. 2021-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanında yerləşən "xxxx" ASC-nin baş idarəsinin inzibati binasının yaxınlığında sonuncunun Zərərçəkmiş şəxs2 vasitəsi ilə göndərdiyi 3000 manat pulunu alaraq ələ keçirib, Zərərçəkmiş şəxs3 3000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Sadiq oğlunu tanıyır və onunla normal münasibəti vardır. Təxminən 2021-ci ilin iyul ayında Yasamal rayonunda yerləşən çayxanada İbrahimlə söhbət edən zaman İbrahim ona xəstəliklə əlaqədar təqaüd ala bilmədiyini bildirmişdir. Həmin zaman pula ehtiyacı olduğundan yalandan 4000 manat pul müqabilində ona kömək edə biləcəyini bildirmişdir. 04 avqust 2021 -ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İ.Talıblı küçəsində yerləşən kafedə yenidən İbrahimlə görüşmüşdür. Həmin gün İbrahimdən təqaüd düzəltmək adı ilə 4000 manat pul almışdır. Lakin onun təqaüd düzəltmək üçün heç bir səlahiyyəti və bununla əlaqədar heç bir tanışı olmamışdır. Həmin zaman anası xəstə olduğundan 4000 manat pulu anasının müalicəsi üçün xərcləmişdir. Sonradan İbrahim ondan pulunu tələb etməyə başlamış, lakin maddi vəziyyəti pis olduğundan həmin pulu İbrahimə qaytara bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 ilə tanışı Aygün vasitəsi ilə tanış olmuşdur. Təxminən 2021-ci ilin sentyabr ayında Aygün onu Masazır qəsəbəsində yerləşən kafelərin birində Zərərçəkmiş şəxs2 ilə tanış etmişdir. Həmin zaman Elnarə ona şəhid olmuş qardaşının adına olan təqaüdü öz adına keçirtmək istədiyini bildirmişdir. Elnarəyə 7000 manat pul müqabilində qardaşının təqaüdünü onun adına keçirdə biləcəyini və təqaüdü artıra biləcəyini bildirmişdir. 2021-ci ilin sentyabr ayının əvvələri Elnarə ilə yenidən Masazır qəsəbəsində görüşmüş və orada Elnarə ona 2700 manat pul vermişdir. Təxminən 2021-ci ilin sentyabr ayının sonlarında Yasamal rayonu, ərazisində yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısında Elnarə ilə gördüşmüş və orada Elnarə ona 2300 manat pul vermişdir. Həmin pulları Elnarədən alıb yalandan qısa zaman ərzində təqaüd alacağını bildirmişdir. Bundan sonra təxminən 2021-ci ilin oktyabr ayının əvvəlləri yenidən həmin yerdə Elnarə ilə görüşmüş və orada Elnarə ona 2000 manat pul vermişdir. Bununla da, Elnarədən 7000 manat pul almış və həmin pulu tam şəkildə öz şəxsi tələbatlarını ödəmək üçün xərcləmişdir. Həmin ərəfədə Aygünlə söhbət zamanı Aygün ona Elnarənin qohumu Zülfiyyə adlı şəxsə də təqaüd almaqda köməklik etməyini xahiş etmişdir. Etiraz etməmiş və tanışlıqlarını nəzərə alıb 3000 manat pul müqabilində Zülfiyyə adlı şəxsə kömək edə biləcəyini bildirmişdir. 2021 -ci ilin oktyabr ayının ortaları Elnarə ilə Yasamal rayonu ərazsində yerləşən Azərsu ASC-nin inzibatı binası yaxınlığında görüşmüşdür. Elnarə 3000 manat pulu ona vermiş və Elnarəyə qısa müddət ərzində onun və Zülfiyyənin təqaüd məsləsini həll edəcəyinə dair yalan vəd vermişdir. Həmin pulları anasının müalicəsi və digər xərcləri üçün xərcləmişdir. Belə ki, onun təqaüd düzəltmək səlahiyyəti və bununla əlaqədar hər hansı bir tanışı olmamışdır. Həmçinin qeyd etmişdir ki, qeyd olunan cinayət hadisələrini tək törətmişdir, dələduzluq yolu ilə aldığı pullardan heç kimə pul verməmişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxslərə dəyən ziyanı tam ödədiyini, zərərçəkən şəxslərin ondan şikayət və tələblərinin olmadığını, onlarla barışdığını, eləcə də vurulmuş zərərin 25 faizi həcmində dövlət nəfinə ödəniş etdiyini bildirərək barəsində başlanılmış cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Aygün adlı şəxsi təxminən 10 ildir ki tanıyır. Onunla münasibəti həmişə yaxşı olmuşdur. Onun qardaşı 1-ci Qarabağ müharibəsində şəhid olmuşdur. Öyrənmişdir ki, qardaşına düşən təqaüd ona keçirilə bilər. Bu barədə Aygünlə danışan zaman Aygün ona Rüfət adlı tanışı olduğunu və onun təqaüd işləri ilə məşğul olduğunu bildirmişdir. Təxminən 2021 -ci ilin sentyabr ayında Aygün onu Masazır qəsəbəsində yerləşən kafelərin birində Rüfət adlı şəxslə tanış etmişdir. Həmin zaman Rüfətə şəhid olmuş qardaşının adına olan təqaüdü öz adına keçirtmək istədiyini bildirmişdir. Rüfət ona 7000 manat pul müqabilində qardaşının təqaüdünü onun adına keçirdə biləcəyini və təqaüdü artıra biləcəyini bildirmişdir. Rüfətlə razılaşmışdır. 2021 -ci ilin sentyabr ayının əvvələrində Rüfətlə yenidən Masazır qəsəbəsində görüşmüş və orada Rüfətə 2700 manat pul vermişdir. Təxminən 2021-ci ilin sentyabr ayının sonlarında Yasamal rayonu ərazisində yerləşən "xxxx" ASC-nin qarşısında Rüfətlə görüşmüş və orada Rüfətə 2300 manat pul vermişdir. Rüfət hər dəfə ona narahat olmamağı, qısa müddət ərzində təqaüdü düzəldəcəyini bildirmişdir. Bundan sonra təxminən 2021 -ci ilin oktyabr ayının əvvəllərində yenidən həmin yerdə Rüfətlə görüşmüş və orada Rüfətə 2000 manat pul vermişdir. Rüfət ona narahat olmamağı və yaxın günlərdə şəhid qardaşımın təqaüdünün onun adına keçiriləcəyini bildirmişdir. Bundan sonra ondan ayrılmışdır. Həmin ərəfədə qohumu Zülfiyə də ona özünə təqaüd düzəltdirmək istəmişdir. Bu barədə Aygünə məlumat vermiş və Aygün Rüfətlə danışıb ona məlumat verəcəyini bildirmişdir. Təxminən bir neçə gün sonra Aygünlə görüşmüş və Aygün ona Zülfiyyə üçün təqaüdü 3000 manat pul müqabilində düzələ biləcəyini və qısa müddət ərzində həmin pulu Rüfətə vermək lazım olduğunu bildirmişdir. Bu barədə Zülfiyyəyə məlumat vermiş və Zülfiyyə onunla razılaşmışdır. 2021 ci ilin oktyabr ayının ortalarında Zülfiyyə 3000 manat pulu ona vermiş və həmin gün Rüfətlə Yasamal rayonu ərazsində yerləşən "xxxx" ASC-nin yaxınlığında görüşmüşdür. 3000 manat pulu Rüfətə vermiş və Rüfət ona qısa müddət ərzində onun və Zülfiyyənin təqaüd məsləsinin həll olunacağına vəd vermişdir. Həmin gündən bir neçə ay keçmiş və mütəmadi olaraq Rüfətlə əlaqə saxlayıb təqaüd məsləsinin nə vaxt həl olunacağını soruşmuşdur. Rüfət ona narahat olmamağı, qısa müddət ərzində həll olunacağını bildirmişdir. Sonradan şübhələnmişdir ki, Rüfət onu aldadır və ondan pulunu tələb etmişdir. Bu barədə Aygünə məıumat vermişdir. Həmin gündən sonra dəfələrlə Rüfətdən pulunu tələb etsə də. Rüfət onun pulunu qaytarmamışdır. Sonradan ona məlum olmuşdur ki, Rüfət başqa şəxsləri də aldadıb pulunu ələ keçirmişdir. Ona ümumilikdə 7000 manat maddi ziyan dəymişdir, qohumu Zülfiyyəyə isə 3000 manat maddi ziyan dəymişdir. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs2 ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qohumudur. Təxminən 2021 -ci ilin sentyabr ayında ona məlum olmuşdur ki, Elnarə özünə təqaüd düzəldir. Ondan bu barədə maraqlanmış və özü üçün ömürlük təqaüd düzəltdirmək istədiyni bildirmişir. Həmin zaırıan Elnarə bu barədə Aygün adlı qadınla danışıb ona məlumat vercəyini bildirmişdir. Bir neçə gün sonra Elnarə onunla əlaqə saxlamış və ona Aygünlə dartışdığını, Rüfət adlı şəxsin 3000 manat pul müqabilində ona ömürlük təqaüd düzəldəcəyini bildirmişdir. O, razılaşmış və 3000 manat pulu Elnarəyə vermişdir. Elnarə həmin gün Rüfətlə görüşmüş və 3000 manat pulu ona vermişdir. Bundan sonra bir neçə dəfə Elnarədən təqaüd məsələsinin nə vaxt həll olunacağını soruşmuş və hər dəfə Rüfətə zəng vurmuşdur. Rüfət Elnarəyə narahat olmamağı və yaxın günlərdə işin həll olunacağını bildirmişlər. Bundan bir neçə ay sonra artıq başa düşmüşdür ki, Rüfət adlı şəxslər onları aldatmışdır. Onlar Rüfətlə əlaqə saxlaya bilməmişlər. Sonradan ona məlum olmuşdur ki, Rüfət başqa şəxsidə də aldadıb dələduzluq edərək pullarını ələ keçirmişdir. Baş vermiş hadisə nəticəsində ona 3000 manat maddi ziyan dəymişdir. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs3 ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki Rüfət adlı şəxsi tanıyır. Onunla Yasamal rayonu,İ.Talıblı kıiçəsində yeıiəşən kafedə tanış olmuşdur. 2021-ci ilin iyul ayında Rüfət adlı şəxslə söhbət zamanı ona aldığı xəstəlik təqaüdünün dayandırımasını bildirmişdir. Rüfət Əmək və Əhalinin Sosial Müdafiə nazirliyində yüksək məmurlarla qrup yoldaşı olduğunu bildirərək ona kömək edə biləcəyini bildirmişdir. Bu işin müqabilində Rüfət ondan 4.000 manat pul istəmiş və onunla razılaşmışdır. Ona 4.000 manaf pulu xx.xx.2021-ci il tarixdə Yasamal rayonu, Talıblı küçəsində yerləşən kafedə vermişdir. Pulu Rüfətə verən zaman yanında dostu Şahid1 olmuşdur. Rüfət ona xx.xx.2021 -ci il tarixdə təqaüdünün bərpa olunacağım bildirmişdir. 2021 -ci ilin oktyabr ayında təqaüdün bərpasının bır ay gecikdiyini bildirmişdir. Bir müddət sonra Rüfətdən ona verdiyi 4000 manat pulunu tələb etməyə başlamışdır. 2022-ci ilin yanvar ayında ondan aldığı pulu geri qavyaracağına söz vermişidir. Lakin qeyd etdiyi vaxt pulu geri qaytarmayaraq onunla əlaqəni kəsmiş və onunla əlaqə saxlaya bilməmişdir. Baş vermiş hadisə nəticəsində ona 4000 manat maddi ziyan dəymişdir. Onun 4000 manat pulu Rüfət adlı şəxsə verməyini təsdiq edən şahid vardır. Belə ki, mən həmin məbləğdə pulu Rüfət adlı şəxsə Şahid1 yanında vermişdir. Başqa sübutu yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırda ona dəymiş ziyan tam ödənildiyindən, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur və onunla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 40 ilə yaxındır ki Zərərçəkmiş şəxs1 ilə dost münasibətdədir. 2021-ci ilin avqust ayında İbahimlə birlikdə Yasamal rayonu, Talıblı küçəsində yerləşən qəssab dükanın qarşısında yay çayxanasında birlikdə olmuşlar. Həmin vaxt İbrahimlə birlikdə olan zaman Rüfət adlı şəxs onların yanında əyləşmişdir. Bir qədər söhbət etdikdən sonra İbahim cibində olan 4000 manatı Rüfət adlı şəxsə təqdim etmişdir. Öncədən Rüfətin ona təqaüd düzəltməsi barədə məlumat olmuş və bilmişdir ki, həmin pul vəsaitini təqaüd düzəltmək üçün təqdim etmişdir. Rüfət pulu aldıqdan sonra İbrahimə təqaüdünü düzəldəcəyini vəd verərək oradan uzaqlaşmışdır. Lakin Rüfət verdiyi vədə əməl etməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki Zərərçəkmiş şəxs2 tanıyır. Onunla həmişə münasibəti yaxşı olmuşdur. Elnarə ilə söhbət zamanı ona şəhid olmuş qardaşının adına olan təqaüdü özü almaq istədiyini və bunu düzəltmək üçün adam axtardığını bildirmişdir. Ona həyat yoldaşı Azərin tanışının olduğunu və həmin şəxsin ona kömək edə biləcəyini bildirmişdi. Belə ki, Azərin Rüfət adlı tanışı özünü hər işi bacara bilən, tanışları olan bir şəxs kimi təqdim etmişdir. Elnarəyə maraqlanıb bir xəbər deyəcəyini bildirmişdi. Bundan sonra bu barədə həyat yoldaşı Azərlə danışmışdır. Azər isə öz növbəsində dostu Rüfətə bu barədə məlumat vermişdir. Rüfət Azərə təqaüdün düzəlməsində köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra 2021-ci ilin sentyabr ayının ortaları o, Elnarə. həyat yoldaşı Azər və Rüfət birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yeləşən kafedə görüşmüşlər. X4 tanış etmişdir. Rüfət və Elnarə öz aralarında söhbət edib razılaşmışlar. Bundan sonra Rüfət və Elnarə özləri zəngləşib görüşməyə başlamışlar. Sonradan Elnarə ona Rüfətə hissə-hissə 7000 manat pul verdiyini bildirmişdir. Təxminən 2021-ci ilin oktyabr ayının ortları Elnarə ona Zülfiyyə adlı qohumu üçün də təqaüd düzəltmək istədiyini, lakin imkanı zəif olduğunu bildirmiş və ondan Rüfətlə danışmağı xahiş etmişdir. Rüfətlə danışmış və vəziyyəti ona izah etmişdir. Rüfət Zülfiyyə adlı şəxs üçün 3000 manat pul müqabilində təqaüd düzəldə biləcəyini bildirmişdir. Bu barədə Elnarəyə məlumat vermiş və Rüfətlə danışıb görüşməsini bildirmişdir. Bundan sonra Rüfət və Aygün öz aralarında görüşmüşlər və Elnarə Rüfətə 3000 manat pul vermişdir. Bu barədə ona Elnarə özü məlumat vermişdir. Bir müddət sonra Elnarə ona zəng vurmuş və Rüfətin onu aldatdığını, hazırda Rüfətlə əlaqə saxlaya bilmədiyini bildirmişdir. Bu barədə həyat yoldaşı Azərə məlumat vermişdir. Lakin Azər də Rüfəti tapa bilməmişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, Elnarə Rüfət barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs2 ona hər hansı bir məbləğdə pul verməmişdir. Onun yanında Rüfətə Abşeron rayonu, Masazır qəsəbəsində 2700 manat pul vermişdir. Digər pulların verilməsində iştirak etməmişdir. Lakin Elnarə ona özü məlumat vermişdir. Rüfət ona və ya yoldaşı Azərə hər hansı bir məbləğdə pul verməmişdir. Azərin işləri olduğundan ümumiyyətlə bu söhbtələrdən xəbəri olmamışdr. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 18 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri Yasamal rayonu İ.Talıblı küçəsində ət dükanının qarşısında baş vermişdir.(İ/V 08-09). “Cinayət işinin başlanması və ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Sadiq oğlunun, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Rafiq qızının müraciətləri əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır. (İ/V. 01). “Təqsirləndirilən şəxsin üzləşdirmə istintaq hərəkətindən imtina etməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini tam etiraf etdiyini, zərərçəkmiş şəxslərin ifadələrində göstərdikləri xüsusatlarla tam razılaşdığını, ifadələr arasında ziddiyyətlər olmadığını bildirərək üzləşdirmədən imtina etmişdir. (İ/V. 135). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-50 2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbirinın seçilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq MSY-yə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ/V 72). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini təqsirli olaraq törətməsi istintaq zamanı özünün verdiyi etirafedici ifadələri, zərərçəkmiş və şahidin ifadələri, üzləşdirmə protokolu və digər istintaq sənədləri ilə öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə arasında yaranan mübahisə hal hazırda aradan qaldırılmışdır və ona vurulmuş zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı iddia və tələbi yoxdur, onunla barışmışdır. Zərərçəkmiş şəxs1 Sadiq oğlu tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə arasında yaranan mübahisə hal hazırda aradan qaldırılmışdır və ona vurulmuş zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı iddia və tələbi yoxdur, onunla barışmışdır. Zərərçəkmiş şəxs3 Rafiq qızı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə arasında yaranan mübahisə hal hazırda aradan qaldırılmışdır və ona vurulmuş zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı iddia və tələbi yoxdur, onunla barışmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 2826 nömrəli "Kapital Bank” ASC-nin Badamdar filialı tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən 3500 manat məbləğində pul Maliyyə Nazirliyi - X1 ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödəməsini, cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatdan yuxarı, lakin 5000 manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmçinin Qeydin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, 5000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə 50.000 manatdan yuxarı, lakin 500.000 manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə 500.000 manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 10.3-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Belə ki, məhkəmədə həmçinin müəyyən edildi ki, zərər çəkmiş şəxslər təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətləri yoxdur, ona dəymiş ziyan tam ödənilməklə bərabər cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pul vəsati də dövlət büdcəsinə ödənilmişdir. Belə olduğu təqdirdə «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdə qüvvəyə minməsi ilə əlaqədar, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o məhkəmə iclas zalında dərhal azadlığa buraxılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 1(004)-512/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə məsrəfi, maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azadlığa buraxılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-50/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-50/2024
08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver