Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-500/2023 16.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş və hazırda məhkumluğu ödənilmiş, işsiz, Ağcabədi rayonu, Hindarx kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 iyul 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərıfzadə kuçəsı 160A ünvanında "xxxx" ASC-nin uduş lotoreyalarının satışını təşkil edən Zərərçəkmiş şəxs məxsus hər biri 10 manat olan, ümumi dəyəri 560 manat təşkil edən 56 ədəd “10X” ani lotoreyalarını gizli olaraq talayıb zərərçəkmiş şəxs Agakişi Şahmurova 560 (beş yüz atamş) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir, hazırda narkotik vasitə alüdəçisidir, son zamanlar heç bir yerdə işləmədiyindən narkotik vasitələrə tələbatını ödəyə bilmədiyi üçün oğruluq etmək qərarına gəlmişdir. 21 iyul 2023-cü il tarixdə saat təxminən 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən metronunun İnşaatçılar stansiyasının yaxınlığında bir nəfər şəxsin piştaxtada Azərlotereya satdığını görmüş və düşünmüşdür ki, həmin lotereya satan şəxsin başının qarşıq olmasından istifadə edib lotereyalardan oğurlasın. Belə də etmiş və lotereya satan şəxsin yanına yaxınlaşmış və həmin şəxsin digər müştərilərə lotereya satışına başının qarışıq olmasından istifadə edib piştaxtanının üzərində olan paçka formasında «10X» ani lorereyalarını götürüb cibinə qoyub tez oradan uzaqlaşmışdır. Onun lotereyaları götürməyini nə satan şəxs, nə də digər müştərilər görməmişdir. Bir qədər aralandıqda həmin lotereyaları saymış və 56 ədəd olmasını müəyyən etmişdir. Qərara gəlmişdir ki, lotareyaların bir neçəsini pozub uduşlu olubolmamasanı müəyyən etsin. Buna görə də yol ilə hərəkət edə-edə lotereyaların 16 ədədini pozmuş, lakin heç bir uduş olmadığını müəyyən etmişdir. Uduş olmadığı üçün qərara gəlmişdir ki, həmin lotereyaları başqa bir lotereya satan şəxsə almasını təklif etsin. Oradan bir başa metronun 20 Yanvar stansiyası ərazisinə gəlmiş və orada yerdə qalan 40 ədəd lotereyaları xatırlamadığı lotereya satan şəxsə hər birini 9 manata almasını təklif etmişdir. Lakin həmin şəxs lotereyaları almaması səbəbindən həmin ərazidə tanımadığı şəxsə 40 ədəd lotereyanı 50 manata satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyacina sərf etmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan tələb və şikayətinin olmasıni nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bir neçə vaxtdır ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən metronun «İnşaatçılar» stansiyasının yaxınlığında fəaliyyət göstərən «Şaurma 1» ilə üzbəüz piştaxta qoyub "xxxx" ASC-nin müxtəlif uduşlu lotereyalarının topdan satışla əldə edib satışını həyata keçirir. Belə ki, 21 iyul 2023-cü il tarixdə saat təxminən 17 radələrində bir neçə müştərilərə lotereya satışını həyata keçirərərkən ani anda görmüşdür ki, piştaxtanın üzərinə qoyduğu hər biri 10 manata satılan 56 ədəd «10X» ani uduşlu lotereyaları yerində yoxdur. O, ətrafa baxdıqda şübhəli heçnə görməmiş, bu barədə digər lotereya satan yoldaşlarla əlaqə saxlamış və bildirmişdir ki, 56 ədəd «10X» ani uduş lotereyaları oğurlanmış, kiməsə alınması təklif olunarsa bu barədə ona məlumat versinlər. Həmin vaxt metronun 20 Yanvar stansiyası ətrafında onun kimi lotoreya satan Şahid ona bir qədər əvvəl ona arıq bədən quruluşlu, cavan bir oğlanın «10X» ani uduş lotereyasını hər birini 9 manata təklif etdiyini, lakin həmin şəxsdən lotereyaları almadığını söyləmişdir. Sonradan ona məlum olmuşdur ki, ona məxsus lotereyaları mütamadi həmin ərazidə tüfeyli həyat tərzi keçirən, narkotik vasitə audəçisi Vüsal adlı şəxs başının digər müştərilərə qarışdığından istifadə edib oğurlamışdır. Vüsalın şəkilini əldə edib Hüseynağanın yanına gedib ona göstərmiş, Hüseynağa şəkilə baxdıqda lotereyaları ona almasını təklif edən şəxs olduğunu təstiq etmişdir. Qərara gəlmişdir ki, Vüsal adlı şəxsi özü tapıb ondan ona dəymiş zərəri ödətdirsin. Lakin həmin vaxtdan Vüsalı tapa bilmədiyi üçün 25 iyul 2023-cü il tarixdə lortereyaların oğurlanması barədə DİN-nin 102 xidmətinə məlumat verib Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona 560 manat maddi zərər dəymişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, baş vermiş hadisə nəticəsində ona ümumilikdə 560 manat məbləğində maddi ziyan dəymiş, belə ki, oğurlanmış 56 ədəd «10X» ani lotereyaların hər birinin diyməti 10 manatdır.Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 08 sentyabr 2023-cü il tarixli 9/6360 nömrəli rəyində göstərilən məbləğlərlə razı olmuşdur. İfadəsinin sönunda bildirmişdir ki, hazırda ona dəymiş olan ziyan tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəhəri Yasamal rayonu metronunun 20 Yanvar stansiyasının yaxınlığında "xxxx" ASC-nin müxtəlif uduş lotereyalarının satışını həyata keçirir. Zərərçəkmiş şəxs Böykkişi oğlunu tanıyır, onunla birlikdə “Azərlotereya» ASC-nin uduşlu lotereyalarının satışını həyata keçirirlər. Belə ki, 21 iyul 2023-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən metronun 20 Yanvar stansiyasının qarşısında “Azərlotereya» ASC-nin uduşlu lotereyalarının satışını həyata keçirərkən bir nəfər arıq bədən qruluşlu, üzdən narkotik vasitə istifadəçisinə oxşar kişi cinsli şəxs ona yaxınlaşıb 40 ədəd «10X» ani uduş lotereyalarının olduğunu və hər birini 9 manata təqdim etmişdir. O, həmin şəxsə uduş lotereyalarını yalnız "xxxx" ASC-dən əldə etdiyi üçün ümumiyyətlə kənar şəxsdən lotereya qəbul etmədiyi üçün imtina etmişdir. Həmin şəxs onun yanından çıxıb getmişdir. Təxminən 10-15 dəqiqə keçdikdən sonra Zərərçəkmiş şəxs ona zəng edib bildirmişdir ki, onunun lotereya satılan puştaxtasından 56 ədəd «10X» ani uduş lotereyası oğurlanmışdır. Bu məlumatı aldıqdan sonra o, Ağakişiyə demişdir ki, bir qədər əvvəl bir nəfər şəxs yanına gələrək «10X» ani uduş lotereyaları ona 9 manat təklif etmişdir. Həmin günün axşamı Ağakişi yanına gələrək bir nəfər şəxsin fotoşəkilini göstərib ona lotereyaları təklif edən şəxs olub olmadığını soruşmuşdur. O, şəkilə baxdıqda həmin şəxsi tanımış və lotereyaları ona təklif edən şəxs olduğunu demişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs 56 ədəd «10X» ani uduş lotereyalarını oğurlayan Vüsal adlı şəxs olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 25 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin tödildiyi yer ünvan 3 ünvanda yerləşir. (İ/V. 8-10). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 04 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (İ/V. 38- 39). “İfadənin yerində yoxlanılması haqqında” 05 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədildiyi yeri, törədilmə hallarını, istintaqa vermiş olduğu ifadəsini yerində əyani şəkildə göstərir. (İ/V.56-58). “Şəxsin tanınması haqqında” 04 avqust 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs şahid qismində dindirilmiş Şahid tanınmaya təqdim edilmiş, sonuncu Təqsirləndirilən şəxs tanıyaraq «10X» ani uduş lotereyalarını hər birini 9 manata alınmasını təklif edən şəxs olduğunu təsdiq etmişdir. (İ/V. 29-31). “Qətimkan tədbirinin seçilməsi haqqında” 04 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ/V. 49-50). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 sentyabr 2023-cü il tarixli 9/6360 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd «10X» adlı ani lotereyasının 2023-cü ilin iyul ayına olan topdan satış qiyməti təxminən 9,40 manat, pərakəndə satış qiyməti təxminən 10,00 manat müəyyən edilir.Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. (İ/V. 81-83). «Azərlotereya” ASC-dən daxil olmuş 30 avqust 2023-cü il tarixli Al-05/09-6/655 saylı məktubundan görünür ki, «10 X» ani lotereyasının satış nöqtələrində pərakəndə satış qiyməti üzərində qeyd edildiyi kim 10 (on) manatdır. Bu ani lortereya üçün ayrıca topdan satış qiyməti müəyyən edilməmişdir, sadecə satışa görə satıcıya komissiya haqqı ödənilir. Satıcı Zərərçəkmiş şəxs Azərlrtereya ASC-nin sub-satıcısı qismində distributor "xxxx" QSC ilə əməkdaşlıq etdiyindən komissiya haqqı da adı çəkilən şirkət tərəfindən müəyyən edilmişdir. (İ/V. 73) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə isə cəzasının sonu ilə azad olunmuşdur. (İ/V.77-80) “Sübutların qiymətləndirilməsi haqqında” 12 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ekspertiza rəyində göstərilən 01 ədəd «10X» adlı ani lotereyasının 2023-cü ilin iyul ayına olan topdan satış qiyməti təxminən 9,40 manat, pərakəndə satış qiyməti təxminən 10,00 manat müəyyən edilir. (İ/V. 87-91). Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam şəkildə ödəmişdir, şikayət və tələbi yoxdur. Elektron məhkəmə informasiya sistemində olan məlumatdan və sinayət işində oan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə anadan olmuş Mələk adlı və xx.xx.2023-cü il tarixdə anadan olmuş Gülüzə adlı övladları vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, maddi sübutlar və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, vurulmuş ziyanın tam şəkildə ödənilməsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə qismində” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlundan 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X1 vəkil işlədiyi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-500/2023 saylı, 29 sentyabr 2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 29 sentyabr 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilməklə, 30 (otuz) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə qismində” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-500/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-500/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver