Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-500/2025 24.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.1966-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında pasport qeydiyyatdında olmaqla yaşayır. Hazırda heç bir yerdə işləmir. Barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs X4r. E.Quliyeva xx.xx.2025-ci il tarixdə “Azad Azərbaycan” televiziyasında (ATV) canlı yayımlanan “Bizimləsən” verilişində onu təhqir etməklə və böhtan atmaqla onun şərəf və ləyaqətini qəsdən alçaltmışdır. Belə ki, canlı yayımlanan verilişdə X6 onun barəsində aşağıdakı təhqiramiz ifadələri işlətmişdir: “fırıldaq işlərlə məşğul olur”, “narkotik aludəçisidir”, “dələduz”, “həyat yoldaşı öləndə onu dəfn eləmədi, apardı qəbiristanlığa nənəmin ayağının altına atdı gəldi”, “həyat yoldaşını infakt edib öldürüb”. Hesab edirəm ki, bu ifadələr mənim şərəf və ləyaqətimi alçaldan, məni təhqir edən ifadələrdir. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinə görə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hesab edir ki, X6 onun barəsində dediyi yuxarıda qeyd olunan təhqiramiz ifadələrə görə CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzaya məhkum edilməlidir. Bundan əlavə, o, həmin verilişdə ona böhtan ataraq, onu ağır cinayətdə narkotik satmaqda ittiham etməklə, ona böhtan atmışdır. Hətta verilişin aparıcısı Zaur baxşəliyev də ona irad bildiriərək, bu fikilərinə görə, məhkəməyə verilə biləcəyini bildirsə də, o, əlində sübutları olduğunu dediyi fikri sübuta yetirə biləcəyini bildirmiş və daha da irəli gdərək, nəinki onun hətta oğlanlarının da narkotik satışı ilə məşğul olduqlarını bildiribdir. Eyni zamanda o, onu dələduzluqda, fırıldaq işlərlə məşğul olmaqda, özünün və oğlanlarının narkotik satışı ilə məşğul olmaqda ittiham edərək böhtan atmışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 ərizənin mahiyyətinə uyğun çıxış edərək, şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında barəsində şikayət verilən X2 müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin ATV telekanalının hüqquqi ünvanı üzrə məhkəməyə verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsaən isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məcəllənin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən məlum olmuşdur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 “ATV” telekanalında efirə gedən “Bizimləsən” verilişində X2 onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların yayımlandığını və onun haqqında böhtan xarakterli iddiaların səsləndirildiyini qeyd etmişdir. İş materiallarında olan “Kommersiya qurumlarının dövlət reyestri haqqında” çıxarışdan görünür ki, X1 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların yayımlandığı iddia edilən “Azad Azərbaycan” Müstəqil Tele- Radio Kompaniyasının hüquqi ünvanı ünvan 2inayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 tərəfindən xüsusi ittiham qaydasında verdiyi şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X5 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 293, 298-300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Səbail rayon məhkəməsinə göndərilsin. Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən X2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) iş saatı üçün cəmi 165 (bir yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan şikayət verilə bilməz. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-500/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-500/2025
24.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver