Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-501/2023 01.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və onların müdafiəçiləri Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx.xx.1977-ci ildə Bərdə rayonu, Canavarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali hərbi təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1980-cı ildə Bərdə rayonu, Canavarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Seyid Yusifli kəndində qeydiyyatda olan, Abşeron rayonu, Qobu qəsəbəsi, X.Rza küçəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 320.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Belə ki, o, hüquq verən saxtalaşdırılmış rəsmi sənədlərdən istifadə etməklə kredit müqaviləsi üzrə bankdan kreditə pul vəsaiti götürüb aralarında bölmək barədə Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 şəxsiyyəti istintaqla məlum olmayan pul müqabilində qanunsuz saxta rəsmi sənəd hazırlayan şəxslə 05 may 2023-cü il tarixdə saat 11 radələrində “Whatsapp” mobil tətbiqində əlaqə yaradaraq Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsinin fotoşəklini həmin şəxsə göndərmiş, 10 may 2023-cü il tarixdə saat 13 radələrində şəxsiyyəti istintaqla məlum olmayan şəxs ünvan 2 ünvanında fəaliyyət göstərən “Caspian Plaza” Biznes Mərkəzinin yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la görüşüb istintaqla məlum olmayan tarix və şəraitdə saxtalaşdırılaraq qanunsuz hazırlanmış, üzərindəki möhür əksləri birbaşa klişe ilə vurulmayan, axınlı printerdən çap edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Təqsirləndirilən şəxs1 adına rəsmi sənəd hesab olunan 027944 nömrəli Pensiya vəsiqəsini, üzərindəki möhür və ştamp əksləri birbaşa klişe ilə vurulmayan, axınlı printerdən çap edilmiş pensiya ödənilməsi barədə 08 may 2023-cü il tarixli ********* nömrəli rəsmi sənəd hesab olunan arayışı və üzərindəki ştamp əksləri birbaşa klişe ilə vurulmayan, elektrofotoqrafik printerdən çap edilmiş Azərbaycan Beynəlxalq Bankının Əcəmi Filialının 10 may 2023-cü il tarixli rəsmi sənəd hesab olunan hesabdan çıxarışını istifadə etmək məqsədi ilə Təqsirləndirilən şəxs1 həmin sənədlər əsasında bankdan kredit müqaviləsi üzrə kreditə pul vəsaiti götürüldükdə həmin vəsaitdən müəyyən məbləğin verilməsi şərti ilə satmış, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə 10 may 2023-cü il tarixdə saat 14 radələrində bilə-bilə həmin saxta sənədləri tamah niyyəti ilə, yəni istehlak krediti götürmək məqsədi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ünvan 3 ünvanında yerləşən 7 saylı rəqəmsal filialına təqdim etməklə istifadə etmişdir. Təqsirləndirilən şəxs1 bilə-bilə saxta sənədlərdən istifadə etmişdir. Belə ki, o, hüquq verən saxtalaşdırılmış rəsmi sənədlərdən istifadə etməklə kredit müqaviləsi üzrə bankdan kreditə pul vəsaiti götürüb aralarında bölmək barədə Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 şəxsiyyəti istintaqla məlum olmayan pul müqabilində qanunsuz saxta rəsmi sənəd hazırlayan şəxslə 05 may 2023-cü il tarixdə saat 11 radələrində “Whatsapp” mobil tətbiqində əlaqə yaradaraq Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsinin fotoşəklini həmin şəxsə göndərmiş, 10 may 2023-cü il tarixdə saat 13 radələrində şəxsiyyəti istintaqla məlum olmayan şəxs ünvan 2 ünvanında fəaliyyət göstərən “Caspian Plaza” Biznes Mərkəzinin yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la görüşüb istintaqla məlum olmayan tarix və şəraitdə saxtalaşdırılaraq qanunsuz hazırlanmış, üzərindəki möhür əksləri birbaşa klişe ilə vurulmayan, axınlı printerdən çap edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Təqsirləndirilən şəxs1 adına rəsmi sənəd hesab olunan 027944 nömrəli Pensiya vəsiqəsini, üzərindəki möhür və ştamp əksləri birbaşa klişe ilə vurulmayan, axınlı printerdən çap edilmiş pensiya ödənilməsi barədə 08 may 2023-cü il tarixli ********* nömrəli rəsmi sənəd hesab olunan arayışı və üzərindəki ştamp əksləri birbaşa klişe ilə vurulmayan, elektrofotoqrafik printerdən çap edilmiş Azərbaycan Beynəlxalq Bankının Əcəmi Filialının 10 may 2023-cü il tarixli rəsmi sənəd hesab olunan hesabdan çıxarışını istifadə etmək məqsədi ilə Təqsirləndirilən şəxs1 həmin sənədlər əsasında bankdan kredit müqaviləsi üzrə kreditə pul vəsaiti götürüldükdə həmin vəsaitdən müəyyən məbləğin verilməsi şərti ilə satmış, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə 10 may 2023-cü il tarixdə saat 14 radələrində bilə-bilə həmin saxta sənədləri tamah niyyəti ilə, yəni istehlak krediti götürmək məqsədi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ünvan 3 ünvanında yerləşən 7 saylı rəqəmsal filialına təqdim etməklə istifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 il Dövlət Sərhəd Xidmətində xidmət etmiş və kapitan rütbəsi ilə təqaüdə çıxmışdır. Hal-hazırda təqaüddədir və fərdi əməklə məşğul olur. Onun pula ehyiyacı yaramnışdır və əvvəllər kredit görütüb vaxtında ödəyə bilmədiyi üçün “İnstagram” sosial şəbəkəsində olan “online pul krediti” adlanan səhifəyə kredit götürmək istədiyini yazmışdır. Bundan sonra ona “Whatsapp” mobil tətbiqi vasitəsi ilə xarici nömrədən zəng olunmuşdur. Həmin şəxs ona "xxxx" ASC-nin əməkdaşı olduğunu və ona kredit almasında köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra o qohumu Təqsirləndirilən şəxs1 bu barədə danışmış və onlar razılaşmışlar ki, Talehin adına kredit müqaviləsi ilə 10.000 manat pul götürsünlər, həmin pulun 2.500 manatı sənədləri hazırlayan şəxsə versinlər, 2.000 manat Taleh götürsün, qalan 5.500 manat isə ona çatsın. Bundan sonra o, Talehin şəxsiyyət vəsiqəsinin fotoşəklini çəkib ona zəng edən şəxsə “Whatsapp” mobil tətbiqi üzərində göndərmişdir. 10 may 2023-cü il tarixdə saat təxminən 13 radələrində “Caspian Plaza”nın yaxınlığında bir nəfər şəxslə görüşüb ondan bir qovluq götürmüşdür. Bundan sonra onlar yaxınlıqda yerləşən “X8” ASC-yə getmişlər. Orada Talehin növbəsi çatdıqda o sənədlərlə birlikdə bank əməkdaşına yaxınlaşmışdır. Həmin sənədlər Talehin adına polisdə işləyib təqaüdə çıxması ilə bağlı pensiya vəsiqəsi, “ABB” bank kartından illik çıxarış və Dövlət Sosial Müdafiə Fondundan 1048 manat 50 qəpik təqaüd alması barədə sənədlərdən ibarət olmuşdur. Lakin həmin sənədlər bankın işçisində şübhə yaratdığı üçün onları içəri otağa dəvət etmişlər. Talehin təqdim etdiyi sənədləri haradan aldıqlarını soruşmuşlar. O da artıq onlara hər şeyi olduğu kimi danışmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun uzaq qohumudur. Məqsəd ona bildirmişdir ki, bankdan kredit götürmək istəyir, lakin evəllər banka olan ödənişlərdə gecikməsi olduğu üçün ona kredit verilmir. Məqsəd təklif etmişdir ki, o öz adına bankdan 10.000 manat müqabilində pul götürsün və həmin pulun 2.000 manatını özünə götürsün. Bundan sonra Məqsəd ona demişdir ki, bir nəfər şəxs onun adına olan müəyən sənədlər düzəldəcək və o həmin sənədləri təqdim etməklə bankdan kredit götürə bilər. 10 may 2023-cü il tarixdə Məqsədlə görüşüb birlikdə “Caspian Plaza”nın yanına getmişlər. Orada tanımadığı bir şəx Məqsədə sənədləri vermişdir. Sənədlərin dəqiq nə sənədləri olduğunu əvvəlcə bilməmişdir. Bundan sonra onlar həmin sənədləri götürüb “X8” ASC-yə getmişlər. O sənədləri götürüb bank əməkdaşına yaxınlaşmışdır. Lakin təqdim etdiyi sənədlərin saxta olduğu bilinmiş və onları başqa bir otağa dəvət edib, sonra isə bu barədə polisə məlumat vermişlər. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, “X8” ASC-də Kadr Təhlükəsizliyi və daxili araşdırmanın rəhbəri vəzifəsində işləyir. 10 may 2023-cü il tarixdə saat 14:30 radələrində bankın ünvan 3 ünvanında yerləşən 7 saylı rəqəmsal filialından ona məlumat verilmişdir ki, Təqsirləndirilən şəxs1 adlı bir şəxs bankdan kredit müqaviləsi ilə pul götürmək üçün banka müraciət etmiş, əvvəllər polis olduğunu bildirməklə, pensiya vəsiqəsi, DSMF-dən pensiya məbləği ilə bağlı arayış və "xxxx" ASC-yə aid hesabdan çıxarış təqdim etmişdir. Lakin həmin hesabdan çıxarışın nömrəsinin düz olmadığından və Təqsirləndirilən şəxs1 təqdim etdiyi sənədlərin əlamətlərindən şübhələnmişlər. O dərhal qeyd olunan bank filialına yaxınlaşmışdır. O gəldikdə görmüşdür ki, Təqsirləndirilən şəxs1 adlı şəxsin yanında Təqsirləndirilən şəxs2 olmuşdur. O hər iki şəxsi iş otağında qəbul etmiş və həmin sənədləri haradan əldə etdiklərini soruşmuşdur. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onun qohumudur. Onlar kredit müqaviləsi ilə pul götürmək istəmişlər, “İnstagram” sosial şəbəkəsində tanış olduğu bir şəxs həmin sənədləri hazırlayıb onlara vermiş və kredit alacaqları təqdirdə həmin şəxsə pul verəcəklərmiş. Daha sonra həmin şəxslərin təqdim etdiyi sənədlərə baxmışdır. Həmin sənədlərin arasında DSMF-dən verilmiş təqaüd məbləği barədə arayışı görmüşdür. Arayışı imzalayan şəxslə bağlı məlumat əldə etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çağrı Mərkəzinə zəng etmiş və orada həmin şəxslə bağlı məlumat almaq istədiyini qeyd etmişdir. Lakin oradan ona həmin şəxsin artıq 2 ildir ki, həmin idarədə işləmədiyini bildirmişlər. Buna görə o bir daha əmin olmuşdur ki, həmin şəxslər saxta sənəd təqdim etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Dövlət Müdafiə Sosial Müdafiə Fondunun 027944 nömrəli Pensiya vəsiqəsinin məzmunundan görünür ki, pensiya vəsiqəsi xx.xx.1980-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 adınadır və o, yaşa görə olan müddətin 920,05 manat əmək haqqından doqquz yüz iyirmi miqdarında pensiya təyin edilmiş, yenidən haqq-hesab edilməklə 1048.00 manat müəyyən edilmişdir. (i.v. 6-7) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 08 may 2023-cü il tarixli ********* nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 (FİNxxxxxxx) 1048,50 manat məbləğində yaşa görə ömürlük pensiya ödənilir. (i.v. 7) "xxxx" ASC-nin 10 may 2023-cü il tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs1 ******************** nömrəli hesabına 920.05 manat, 920.35 manat, 920.48 manat, 1048.31 manat, 1048.70 manat və 1048.50 manat DSMt tərəfindən köçürmələr edilmişdir. (i.v. 8) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 11 may 2023cü il tarixli 5/663 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Təqsirləndirilən şəxs1 adına 027944 nömrəli Pensiya vəsiqəsinin blankları axınlı printerdə çap edilmişdir, üzərindəki möhür əksləri birbaşa klişe ilə vurulmayıb, axınlı printerdə çap edilmişdir. Təqdim edilmiş 08 may 2023-cü il tarixli ********* nömrəli arayışın mətni axınlı printerdə çap edilmişdir, üzərindəki möhür və ştamp əksləri birbaşa klişe ilə vurulmayıb, axınlı printerdə çap edilmişdir. Təqdim edilmiş Azərbaycan Beynəlxalq Bankın Əcəmi filialının Təqsirləndirilən şəxs1 adına 10 may 2023-cü il tarixli hesabdan çıxarışın mətni elektrofotoqrafik printerdə çap edilmişdir, üzərindəki ştamp əksləri birbaşa klişe ilə vurulmayıb, axınlı printerdə çap edilmişdir. (i.v. 20-23) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 11 may 2023cü il tarixli 4/831 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 027944 nömrəli pensiya vəsiqəsinin 1-ci və 2-ci vərəqlərində olan yazılar, 1-ci vərəqinin arxa tərəfinin aşağı hissəsində “Şöbə müdiri” qrafasında olan imza və 2-ci vərəqinin üz tərəfinin yuxarı hissəsində “Şöbə müdiri” qrafasında olan imza; 08 may 2023-cü il tarixli “Arayış”da olan yazılar və arayışın aşağı hissəsində “Direktor müavini”, “Aparıcı mütəxəssis” qrafalarında olan imzalar; xx.xx.2023-cü il tarixli “Hesabdan çıxarış’ın 1-ci və 2-ci vərəqlərinin yuxarı sağ hissələrində ştamp üzərində olan imzalar – Təqsirləndirilən şəxs2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 027944 nömrəli pensiya vəsiqəsinin 1-ci vərəqinin arxa tərəfinin aşağı hissəsində “Şöbə müdiri” qrafasında olan imza və 2-ci vərəqinin üz tərəfinin yuxarı hissəsində “Şöbə müdiri” qrafasında olan imza; 08 may 2023-cü il tarixli “Arayış”ın aşağı hissəsində “Direktor müavini”, “Aparıcı mütəxəssis” qrafalarında olan imzalar; xx.xx.2023-cü il tarixli “Hesabdan çıxarış”ın 1-ci və 2-ci vərəqlərinin yuxarı sağ hissələrində ştamp üzərində olan imzalar – Təqsirləndirilən şəxs1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur (i.v. 39-42) “Mobil telefona baxış keçirilməsi barədə” 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində olmuş bir ədəd “Samsung” markalı mobil telefonun daxilində “ABB” proqram təminatı müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin mobil telefonu saxta sənədləri gətirən şəxs ona vermişdir ki, bankda kredit müqaviləsi ilə pul götürən şəxsə təqdim etsin. (i.v. 66) Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X1 özünə məxsus 01 ədəd “Honor” markalı mobil telefonu saz vəziyyətdə təhvil almışdır. (i.v. 67) “Mobil telefona baxış keçirilməsi barədə” 05 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung” markalı mobil telefona baxış zamanı mobil telefonun daxilində “Whatsapp” proqram təminatı üzərindən aparılan yazışmalara baxış keçirilərkən “Bank BB Məmməd” adı kimi qeydə alınmış +1(825) ***-**** telefon istifadəçisi ilə yazışma aşkar edilmişdir. Həmin şəxslə aparılan yazışmalara baxış keçirilərkən aşağıdaki məzmunda SMS-lərin olması müəyyən edilmişdir: -04 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 +1(825) ***-**** mobil telefon istifadəçisinə “Qardaş salam hər vaxtın xeyir, necəsən nə var nə yox? Qardaş mənim bir qohumum var, ustadır, usta işi ilə məşğuldur, ev təmiri edir. Rəsmi iş yeri yoxdur, gedir “Kontakt Home”dan kreditlə telefon götürür, onun adına mən götürə bilərəm krediti, mən ödəyəcəm ödəməyinə, onu eləmək olar, ya yox, olarsa şəxsiyyət vəsiqəsini atım bax” kimi səsli ismarıc göndərmişdir. +1(825) ***-**** mobil telefon telefon istifadəçisi isə cavabında “qardaş boşsansayığım danışaq” SMS-i göndərmişdir. -05 may 2023-cü il tarixdə saat 10:32-də Təqsirləndirilən şəxs2 +1(825) 445- 3157 telefon istifadəçisinə Təqsirləndirilən şəxs1 aid şəxsiyyət vəsiqəsinin fotoşəkillərini göndərmişdir. Daha sonra isə “Qardaş necəsən nə var nə yox? Zəhmət olmasa bax bu şəxsiyyət vəsiqəsinə bax bu da qohumdur, dayı oğludur, təmir işləri ilə məşğuldur. Gör buna götürçmək olar, 5.000, 6.000, nə qədər götürmək olar. Bizə əsas lazımdı 5.000, 1.000 manat ona lazımdır, 4.000 manat isə özüm götürəcəm məsələmi bağlıyam. Gör necə alınır” və “Burda Bakıda yaşayır, Qobuda yaşayır, Abşeron rayonuna baxır, bir gör nə köməklik edə bilərsən” kimi səsli ismarıclar göndərmişdir. +1(825) 445- 3157 telefon istifadəçisi cavabında “Salam qardaş, sabahın xeyir, birinci günə kimi həll edəcəm, başa düşdüm səni, danışmışam birinci günə kimi sənin işini həll edəcəm” kimi səsli ismarıc göndərmişdir. -06 may 2023-cü il tarixdə +1(825) ***-**** telefon istifadəçisindən “Qardaş o qohuun işini 3-cü gün həll edəcəm danışmışam, 1-ci gün həmin adam olmayacaq burcla, 2 ci gün iş yoxdu, 3 cu günü həll edəcəm” kimi SMS daxil olmuşdur. -09 may 2023-cü il tarixdə +1(825) ***-**** telefon istifadəçisindən “salam qardaş günortan xeyir olsun. Qardaş sabaha o adamın işi gücü yoxdu ki? Talehi deyirəmsabah həll edək də işin” deyə SMS daxil olmuşdur. Təqsirləndirilən şəxs2 isə cavabında “ Salam qardaş hər vaxtın xeyir, sən nə vaxt deyirsən əvvəlcədən dedən, haradısa biz gələk də, problem yoxdur, heç bir narahatçılığı yoxdur, əvvəldən bizə denən, sən denən alınır, biz gələk sən dediyin yerə” və “biz bir yerdəyik ikimizdə, heç bir narahtçılığı yoxdur qohumdur, sən qabaqcadan, 2-3 saat qabaq de biz gələk” deyə səsli ismarıclar göndərmişdir. -10 may 2023-cü il tarixdə +1(825) ***-**** telefon istifadəçisindən “Salam qardaş, sabahın xeyir olsun, qardaş saat 1-də ola bilərsiniz kaspian Plazanın yanında, cəfər Cabbarlıda yerləşir Caspian, caspianın qabağına gələrsiz, Nizami metrosuna üzü metroya düşəndə Kaspian plaza var ora gəlin” deyə SMS-lər daxil olmuşdur. Cavabında Təqsirləndirilən şəxs2 “Salam qardaş, hər vaxtın xeyir, saat 1-də olacıyıq orda, heç bir problem və narahtçılıq yoxdur” deyə səsli ismarıc göndərmişdir. Həmin gün saat 13:52-də +1(825) ***-**** telefon istifadəçisindən “Qardaş növbə çoxdur, ya azdır, oturdu” kimi SMS-lər daxil olmuşdur. Təqsirləndirilən şəxs2 cavabında “Azdı, oturdu” SMS-i göndərmişdir. Həmin şəxs “qızdı oğlan? Bank işçisi” SMS-i göndərmiş, Təqsirləndirilən şəxs2 isə “Qız, 2-ci masa” cavab vermişdir. Həmin şəxs “oldu, özün də köməklik et qıraqdan” deyə SMS yazmışdır. Təqsirləndirilən şəxs2 cavabında “yaxşı” yazmışdır. Həmin şəxs “Sənətlərini təqdim etdi” SMS-i yazmışdır. Təqsirləndirilən şəxs2 cavabında “Hə” yazmışdır. Həmin şəxsin “Nəsə çox sual falan vermir” sualına Təqsirləndirilən şəxs2 “yox” cavabı vermişdir. Həmin şəxs “Kopya edəndə sənətlərini mənə yaz” kimi SMS göndərmişdir. Təqsirləndirilən şəxs2 cavabında “Hə eləyir” yazmışdır. Daha sonra həmin şəxsin “proqram baxmadı telefonunda, ABB-nin proqramına” sualına Təqsirləndirilən şəxs2 “Baxdı” yazmışdır. Həmin şəxsin daha sonra “Problem yoxdur” sualın Təqsirləndirilən şəxs2 “Yox hələ”, “Sənədlərə qol çəkdi, dedi 10 min lazımdı” cavabı yazmışdır. Daha sonra gedişat barədə aralarında yazışmalar var, sonda saat 15:14-də Təqsirləndirilən şəxs2 “Qardaş bizi saxladılar” deyə SMS yazmışdır. (i.v. 68-69) Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X1 özünə məxsus 01 ədəd “Samsung” markalı mobil telefonu təhvil verdiyi vəziyyətdə, yəni “batareya”sı olmayan vəziyyətdə təhvil almışdır. (i.v. 70) “Cinayət işinin materillarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 14 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. (i.v. 148-149) “Sübutların qiymətləndirilməsi haqqında” 12 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Təqsirləndirilən şəxs1 adına 027944 nömrəli Pensiya vəsiqəsi, pensiya ödənilməsi barədə 08 may 2023-cü il tarixli ********* nömrəli arayış və Azərbaycan Beynəlxalq Bankının Əcəmi Filialının 10 may 2023-cü il tarixli hesabdan çıxarışı, eləcə də Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung” və Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü KMBİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. (i.v. 86-93) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özlərinin etiraflarından başqa onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 noyabr 2019-cu tarixli qərarına əsasən CM-in 320.1-ci maddəsinin hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh edilməsi üçün bu maddənin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin araşdırılması vacibdir. CM-in qeyd edilən maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma əməli cinayət məsuliyyəti yaradır. Göstərilən cinayət əməli “İdarəetmə qaydası əleyhinə olan cinayətlər” fəslinə aid edilmiş və cinayətin obyekti qismində dövlət idarəetmə fəaliyyəti ilə bağlı münasibətlər çıxış edir. Cinayətin predmetini isə hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənədlər, dövlət təltifləri, möhürlər, ştamplar və blanklar təşkil edir. Bu əməlin predmetini təşkil edən rəsmi sənədin anlayışının və əlamətlərinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, sənədlərin idarəetmədəki əhəmiyyəti, sənəd dövriyyəsi sahəsinin genişlənməsi, yeni növ sənədlərin, o cümlədən elektron sənədin əmələ gəlməsi, cinayət qanununda rəsmi sənəd anlayışının və əlamətlərinin açıqlanmaması cinayətin tövsifində müəyyən çətinliklər yaradır. Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 24-cü bəndinə əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Beləliklə, rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli CM-in 320.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 29 avqust 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 77) “Qətimkan tədbiri seçilməsi haqqında” 12 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 119-120) Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mehdixanlı ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 981 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə rayonu, Seyid Yusifli kəndində yaşayır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxs1dur. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir azyaşlı uşağının olmasını, əməlini səmimi etiraf edərək peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1nın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs1 məhz ictimai işlər cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 avqust 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 78) “Qətimkan tədbiri seçilməsi haqqında” 12 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 145-146) Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 2444 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanında yaşayır. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini səmimi etiraf edərək peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2nın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs2 məhz ictimai işlər cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Təqsirləndirilən şəxs1 adına 027944 nömrəli Pensiya vəsiqəsi, pensiya ödənilməsi barədə 08 may 2023-cü il tarixli ********* nömrəli arayış və Azərbaycan Beynəlxalq Bankının Əcəmi Filialının 10 may 2023-cü il tarixli hesabdan çıxarışı cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung” və Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd “Honor” markalı mobil telefon maddi sübut kimi tanınmış və müvafiq olaraq qanuni sahibləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 194 (bir yüz doxsan dörd) manat pul vəsaitindən 97 (doxsan yeddi) manat Təqsirləndirilən şəxs2, 97 (doxsan yeddi) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. İctimai işlər növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 təyin olunmuş ictimai işlər cəzasının icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. İctimai işlər növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 təyin olunmuş ictimai işlər cəzasının icrası Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Təqsirləndirilən şəxs1 adına 027944 nömrəli Pensiya vəsiqəsi, pensiya ödənilməsi barədə 08 may 2023-cü il tarixli ********* nömrəli arayış və Azərbaycan Beynəlxalq Bankının Əcəmi Filialının 10 may 2023-cü il tarixli hesabdan çıxarışı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Samsung” və Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd “Honor” markalı mobil telefon maddi sübut kimi tanınmış və müvafiq olaraq qanuni sahibləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 194 (bir yüz doxsan dörd) manatdan 97 (doxsan yeddi) manat Təqsirləndirilən şəxs2, 97 (doxsan yeddi) manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-501/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-501/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver