Məhkəmə qərarları › İş №1(004)-501/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-501/2025

15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-501/2025 15.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Bakı şəhəri “26 saylı” vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Xətai kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə maddi ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs kəsilmiş təqaüdünü bərpa etdirmək səlahiyyətinə malik mötəbər tanışları olan bir şəxs kimi təqdim edib həqiqətə uyğun olmayan vədlər verməklə, həmçinin 12 saylı Notariat Kontorunda Zərərçəkmiş şəxs ilə borc müqaviləsi bağlayaraq onun etibarını qazanıb özünə inandıraraq, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, Olimp deyilən yerdə yerləşən 12 saylı Notariat Kontorunda 14,000 manat, xx.xx.2023-cü il tarixdə saat 13:15-də ünvan 2 ünvanda yerləşən “Araz” supermarketdə quraşdırılmış “MPAY” ödəniş terminalı vasitəsi ilə kodunu göndərdiyi arvadı Şahid adına olan, lakin istifadə etdiyi “Kapital” banka aid 4169-7388-5206-3100 nömrəli kart hesabına 1000 manat pul köçürtdürməklə, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “İST Petrol” yanacaqdoldurma məntəqəsində 2000 manat pulu əlbəəl olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 17,000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun-iyul ayında “1ST Petrol” yanacaqdoldurma məntəqəsində işləyən şəxs kimi Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Həbibulla ona söhbət əsnasında uzun müddət Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində işlədiyini bildirmişdir. 2023-cü ilin avqust ayının sonlarında Ağstafa rayonunda yerləşən evində əlavə otaq düzəltdiyi üçün ona pul lazım olmuşdur. O, bu barədə danışıq əsnasında Həbibullaya deyərək ondan 15.000 manat borca pul istəmişdir. Həbibulla da ona köməklik edəcəyini bildirmişdir. Aradan bir neçə gün keçdikdən sonra xx.xx.2023-cü il tarixdə Həbibulla ilə Bakı şəhəri, Yasamal rayonu, Olimp deyilən yerdə yerləşən 12 saylı Notariat Kontorunun qarşısında görüşmüşlər. Həbibulla ona 14.000 manat pul borca verəcəyini demişdir. O da Həbibullaya öz minnətdarlığını bildirmişdir. Bundan sonra onlar birlikdə 12 saylı Notariat Kontoruna daxil olmuşlar. Saat 15 radələrində borc müqaviləsi bağlamışlar. Müqavilədə Həbibullanın ona 14.000 manat pul verməyi öz əksini tapmışdır. Bundan sonra 14.000 manat pulu Həbibulla ona vermişdir. Razılaşmalarına görə 3-4 ay müddətində Həbibullaya həmin pulu qaytarmalı olmuşdur. Aradan 2-3 ay keçdikdən sonra o, Həbibulladan əlavə olaraq yenə borca pul istəmişdir. Həbibulla da ona narahat olmamağını, ona köməklik edəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə Həbibulla ilə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “İST Petrol” yanacaqdoldurma məntəqəsində görüşmüşlər. Orada Həbibulla ona 2000 manat borca pul vermişdir. Söhbət əsnasında ona əlavə olaraq 1000 manat da verəcəyini demişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə Həbibulla ona “WhatsApp” ani mesajlaşma proqramında göndərdiyi arvadı Şahid adına olan, lakin onun istifadə etdiyi “Kapital” banka aid 4169- 7388-5206-3100 nömrəli kartına 1000 manat pul köçürmüşdür. O, həmin pulun hesabına gəldiyini Həbibullaya bildirmişdir. O, Həbibullanın təqaüdünün kəsildiyini də öncədən ondan eşitdiyi üçün bilirmiş. Aradan təxminən 1-2 ay keçdikdən sonra 2024-cü ilin əvvəllərində Həbibulla söhbət əsnasında ondan kəsilmiş təqaüdünün bərpa edilməsi üçün köməklik etməyini xahiş etmişdir. O da Həbibullaya bu barədə tanışlarından maraqlanıb xəbər edəcəyini bildirmişdir. O, öz tanışlarından maraqlandıqda, ona kəsilmiş təqaüdün bərpa edilməsinin artıq mümkünsüz olduğunu demişlər. Bu barədə Həbibullaya məlumat vermişdir. Aradan təxminən bir neçə ay keçdikdən sonra 2024-cü ilin iyun ayında Həbibulla ilə şəhərdə görüşmüşlər. Həbibulla ondan pulunu istədikdə o, maddi sıxıntıları olduğunu, istəsə hissə-hissə aldığı pulu qaytarmağı təklif etmişdir. Lakin Həbibulla israrla ona verdiyi 17.000 manat pulu tam şəkildə qaytarmağını tələb etmişdir. O, isə Həbibullaya bir dəfəyə həmin məbləği düzəldə bilməyəcəyini demişdir. Sonradan Həbibulla ona bir neçə dəfə zəng edərək görüşmək istəsə də, ya onun işinin olmasından, ya da Həbibullanın işlərinin çox olmasından dolayı görüşə bilməmişlər. Bir neçə vaxt keçdikdən sonra isə Həbibullanın onun barəsində şikayət etdiyini bilmişdir. Həmin pulları Ağstafa rayonu, Xətai kəndində yerləşən evində təmir işlərinə xərcləmişdir. Zərərçəkmiş şəxs ümumilikdə 17.000 manat pul aldığını, lakin Həbibulladan 17.000 manat pulu onun kəsilmiş təqaüdünü bərpa etdirmək üçün deyil, borc aldığını bildirmişdir. O, Zərərçəkmiş şəxs tanımasa və onunla münasibəti olmasa da, Həbibulladan 17.000 manat pulu borc istəmiş, Həbibulla da ona həmin pulu borc vermişdir. Növbəti məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş, Həbibulladan aldığı 17.000 manatı tam şəkildə ödədiyini, barışdıqlarını, Zərərçəkmiş şəxs təqaüdünü bərpa etdirmək üçün həmin məbləği aldığını və əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “İST Petrol” yanacaqdoldurma məntəqəsində fəhlə köməkçisi işləyir. 1999-cu ildən 2008-ci ilədək müddət ərzində Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində işləmiş, kapitan rütbəsi ilə xəstəliyi ilə bağlı əlillik təyin olunmaqla təxris olunmuşdur. İİ qrup əlildir. 2008-ci ildən 2020-ci ilədək müddət ərzində təqaüd alırmış. 2020-ci ilin iyun ayında təqaüdü kəsilmişdir. Bundan sonra o, təqaüdünü bərpa etdirmək üçün üsullar axtarırmış. Hətta bir neçə dəfə təqaüdünün bərpa olunması üçün müraciətlər etsə də, nəticəsi olmamışdır. 2023-cü ilin iyun-iyul ayında “İST Petrol” yanacaqdoldurma məntəqəsində işdə olan zaman müştəri kimi gələn Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Söhbət əsnasında o, hərbiçi olduğunu, əvvəllər təqaüd alsa da, son zamanlar təqaüdünün kəsildiyini bildirmişdir. Məhəmməd də ona bu işdə köməklik edəcəyini, Dövlət Sosial Müdafiə Nazirliyində bu işi həll edə biləcək mötəbər tanışları olduğunu, hətta bir nəfər şəxsin də kəsilmiş təqaüdünü tam bərpa etdirdiyini də demişdir. O da Məhəmmədə inanmışdır. Məhəmməd təqaüdünü bərpa etdirmək üçün ondan bu işi 14.000 manat müqabilində həll edə biləcəyini demişdir. Razılaşmalarına görə hətta 2020-ci ildən bəri almadığı təqaüd də bərpa olunsa həmin pulu onunla yarı böləcəkmiş. O, Məhəmmədə pulu hazırlayıb xəbər edəcəyini demişdir. O, tərəddüd etdiyi üçün Məhəmməd hətta ona pulu verməyi ilə bağlı notarial qaydada da müqavilə bağlaya biləcəyini təklif etmişdir. O da artıq Məhəmmədə verəcəyi pulu rəsmiləşdirəcəkləri üçün daha da rahat olmuşdur. xx.xx.2023-cü il tarixdə Məhəmmədlə Bakı şəhəri, Yasamal rayonu, Olimp deyilən yerdə yerləşən 12 saylı Notariat Kontorunun qarşısında görüşmüşlər. O, Məhəmmədə dediyi 14.000 manat pulu gətirdiyini bildirmişdir. Bundan sonra birlikdə 12 saylı Notariat Kontoruna daxil olmuşlar. Müqavilədə onun Təqsirləndirilən şəxs 14.000 manat pul verməyi öz əksini tapmışdır. Bundan sonra 14.000 manat pulu Məhəmməd ondan təhvil almışdır. Onlar 12 saylı Notariat Kontorundan çıxdıqda, Məhəmməd telefonda kiminləsə danışaraq artıq pulu aldığını, işə başlaya biləcəyini demişdir. O, Məhəmmədin istəyi ilə öz şəxsiyyət vəsiqəsinin surətini də ona vermişdir. Məhəmməd qalan xəstəlik tarixçəsi və sair sənədlərin sistemdə olduğunu, özü həll edəcəyini, təqaüdünün isə 2 ay müddətində bərpa olunacağını demişdir. O da Məhəmmədlə razılaşmışdır. 2023-cü ilin dekabr ayınadək o, Məhəmmədə bir iki dəfə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə mesaj yazaraq məsələnin nə yerdə olduğunu soruşduqda, Məhəmməd ona narahat olmamağını, hər şeyin öz qaydasında olduğunu demişdir. xx.xx.2023-cü il tarixdə Məhəmməd ona zəng edərək Komissiya ilə bağlı 1000 manat pul lazım olduğunu, həmin pulu təcili çatdırmağını demişdir. O da işi ləngiməsin deyə Məhəmmədlə razılaşmışdır. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə o, Məhəmmədlə görüşmək istəsə də, Məhəmməd işləri olduğu üçün vaxtı olmadığını, həmin pulu göndərəcəyi karta köçürməyini istəmişdir. O da etiraz etməmişdir. xx.xx.2023-cü il tarixdə iş yerinin yaxınlığında, yəni Bakı şəhəri, Yasamal rayonu, “Araz” supermarketdə quraşdırılmış “MPAY” ödəniş terminalı vasitəsi ilə Məhəmmədin kodunu göndərdiyi “Kapital” banka aid kart hesabına 1000 manat pul köçürmüşdür. Bundan sonra Məhəmmədə zəng edərək pulun çatıb-çatmadığını soruşduqda, Məhəmməd pulun çatdığını demişdir. Səhəri gün xx.xx.2023-cü il tarixdə Məhəmməd o, işdə olan zaman yanına gəlmişdir. Məhəmməd söhbət əsnasında işin artıq həll olunduğunu, yekun nəticə üçün 2000 manat əlavə pul lazım olduğunu demişdir. O da artıq məsələnin tez yekunlaşması və nəticə olması üçün Məhəmmədlə razılaşmışdır. Danışıq əsnasında Məhəmməd xx.xx.2023-cü il tarixdə artıq onun işinin nəticəsi olacağını bildirmişdir. O da iş yerində, yəni Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən “İST Petrol” yanacaqdoldurma məntəqəsində həmin vaxt 2000 manat pulu Məhəmmədə vermişdir. Məhəmməd pulu aldıqdan sonra çıxıb getmişdir. Aradan bir neçə gün keçdikdən sonra o, Məhəmmədə zəng edib məsələnin nə yerdə olduğunu soruşduqda, Məhəmməd ona narahat olmamağını, 2024-cü ilin yanvar ayı ərzində təqaüdünün bərpa olunacağını bildirmişdir. Başqa çarəsi olmadığı üçün razılaşmışdır. 2024-cü ilin yanvar ayının sonlarında o, Məhəmmədlə yenidən əlaqə saxlayıb təqaüdünün bərpa olunması barədə nəticənin nə yerdə olduğunu soruşduqda, Məhəmməd yenə də ona eyni cavabı vermişdir. Polisə şikayət etdikdən sonra Məhəmməd 17000 manat aldığı pulu qaytarmış və barışmışdırlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır, onunla 2017-ci ildə ailə qurmuşdur. Ailəni dolandıran yeganə şəxs Məhəmməddir. Ona məxsus “Kapital” banka aid 4169-7388-5206- 3100 nömrəli bank kartı olsa da, əri Məhəmməd istifadə edirmiş. Ona görə də kartına mədaxil və məxaric olan pullardan xəbəri olmamışdır. Kart onun adına olsa da, Məhəmməd istifadə etdiyinə görə bu barədə maraqlanmamışdır. Əlavə olaraq bildirmişdir 17.000 manat pul alması barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “MPAY” ödəniş terminalından çıxarışdan görünür ki, “Kapital” banka aid 416973******3100 nömrəli kart hesabına 1000 manat pul köçürülmüşdür (i.v. 45). xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs həmin tarixdə 14.000 manat pulu xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə borc verir, hər iki tərəf hüquq və vəzifələrinin onlara aydın olduğunu qeyd edərək həmin sənədə imza etmişlər (i.v. 43-44). “Diskə (əşyaya) baxış keçirilməsi haqqında” 07 aprel 2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi və müstəntiq tərəfindən götürülmüş 02 vərəqədən ibarət notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinin, bir ədəd ödəniş qəbzinin surətlərinə və Təqsirləndirilən şəxs ilə aralarında olan səs yazısının köçürüldüyü bir ədəd diskə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur: baxış zamanı diskdə 01 ədəd qeydə alınmış səs yazısı aşkar edildi. Həmin fayla baxış zamanı müəyyən olundu: həmin səs yazısı 34 dəqiqə 20 saniyədən ibarət olmaqla, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs deyilən vaxtda görüş olduğunu, iş məsələsi danışdıqlarını, Məhəmmədin dediyi haqq-hesabı verdiyini, öhdəlik götürdüyünü, 1000 manat pulu qəbzlə ödədiyini, lakin işi həll etmədiyinə görə onun arxası ilə düşdüyünü, onun vaxtını aldığını və əsəblərini korladığını, hansı məbləğdə pul qaytara biləcəyini, Məhəmmədə verdiyi pulu maşınını satıb verdiyini, hansı təklif irəli sürdüyünü, işini görmədiyi halda pulunu tələb etdiyini Məhəmmədə deyir, Məhəmməd də bunun qarşılığında Həbibullanm dediklərini təsdiq edir, onun işini əvvəl bir nəfər xanımla gördüyünü, lakin həmin xanımın sonradan tutulduğunu, bir-iki ay müddətində pulu qaytaracağını dedikdə, Həbibulla Məhəmmədə dediyi sözlərinə inanmadığını, ondan pulun müqabilində girov kimi hər hansı əşya qoymasını təklif edir, ayın 15-dək gözləyəcəyini deyir, Məhəmməd də Həbibullaya haqqını düzgün tələb etdiyini, görüşəcəklərini deyib sağollaşırlar. Bundan başqa bir ədəd ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 13:15-də ünvan 2 ünvanda yerləşən “Araz” supermarketdə quraşdırılmış “MPAY” ödəniş terminalı vasitəsi ilə “Kapital” banka aid 416973******3100 nömrəli kart hesabına 1000 manat pul köçürülmüşdür. Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına həmin pulu qeyd olunan vaxtda göndərmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs həmin tarixdə 14.000 manat pulu xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə borc verir, hər iki tərəf hüquq və vəzifələrinin onlara aydın olduğunu qeyd edərək həmin sənədə imza etmişlər (i.v. 49-50). 30 may 2025-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanmış və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 99 ünvanda yerləşən “İST Petrol” yanacaqdoldurma məntəqəsinin içərisində pul vermiş və nəticədə Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq pulu ələ keçirilmişdir (i.v. 77-81). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 02 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 83). 24 iyul 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə iş üzrə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir (i.v. 114-119). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 26 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 147). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 daxil olmuş 13 iyun 2025-ci il tarixli, 3-28-29/2-5795/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 151). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 04 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, iş üzrə Təqsirləndirilən şəxs cinayəti törədən zaman hər hansı şəxs və ya şəxslərlə əlbirliyi müəyyən edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayətdən başqa eyni xarakterli cinayəti törətməsi halları müəyyən edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs cinayəti törədən zaman hər hansı bir vəzifə tutması və vəzifə səlahiyyətlərindən istifadə edərək dələduzluq cinayət əməllərini törətməsi müəyyən edilmədiyindən, barəsində Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, istintaq zamanı Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli qərarla iş üzrə zərərçəkmiş şəxs qismində tanınmasının nəzərə alınması, istintaq zamanı Zərərçəkmiş şəxs lərəkətlərində Azərbaycan Respublikası CM-nin 312-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığından, barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid hərəkətlərində heç bir cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi götürülmüş 02 vərəqədən ibarət notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinin, bir ədəd ödəniş qəbzinin surətləri və Təqsirləndirilən şəxs ilə aralarında olan səs yazısının köçürüldüyü bir ədəd diskin iş üzrə sübut əhəmiyyəti daşıdığı üçün maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, istintaq zamanı iş üzrə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Olimp deyilən yerdə yerləşən 12 saylı Notariat Kontorunda 14.000 manat məbləğində pul almasına dair bağlanmış borc müqaviləsinin mülki mübahisə predmeti kimi qiymətləndirilməməsi və Təqsirləndirilən şəxs dələduzluq cinayət əməlinin üsulu kimi qiymətləndirilməsi, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadələri, ifadənin yerində yoxlanması protokolu, üzləşdirmə protokolu və digər istintaq sənədlərinin sübut növləri kimi qəbul edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal ayon prokuroruna və maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır (i.v. 158-165). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, 1(004)-501/2025 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir tələbi yoxdur və şikayətçi deyil, ona dəyən zərər tamamilə ödənilmişdir. xx.xx.2025-ci il tarixli notariat tərəfindən təsdiq edilmiş müqavilədən görünür ki, Bakı şəhəri 12 saylı notariat ofisində 3M-2765 reyestr nömrəsi ilə qeydiyyatı aparılmış xx.xx.2023-cü il tarixli Borc müqaviləsinə əsasən X1 Məhəmməd Sabir oğluna 14000 (on dörd min) manat məbləğində borc pul vermişdir və Təqsirləndirilən şəxs həmin məbləği qəbul etmişdir. Bu saziş bağlanan anda, Təqsirləndirilən şəxs borclu olduğu 14000 (on dörd min) manat məbləği X2 qaytardı, X5 isə həmin məbləği qəbul etdi. Tərəflər həmin müqavilə ilə bağlı gələcəkdə iddia qaldırmayacaqlarını öhdəliklərinə götürürlər. Saziş bağlanması ilə bağlı bütün xərclər Təqsirləndirilən şəxs tərəfindən ödənilir. Qəbzin surətindən görünür ki, X2 məxsus “Kapital” banka aid 416973******3100 nömrəli kart hesabına 3000 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1/4077 məktubda qeyd edilmiş həkim psixiatr komissiyasının 2450 nömrəli rəyindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X6 uşaq autizmi, kannar sindromu, nitqin ümumi inkişaf geriliyi, intellektual (əqli) inkişafın ləngiməsi, F84.0, F80.2, F80.1 diaqnozu qoyulmuşdur. Portaldan çıxarışdan görünür ki, X6 ikinci dərəcəli əlillik təyin edilmişdir. Azemis elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X7 və X9 adında övladları vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, barəsində amnistiya tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini və cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli (cinayət nəticəsində vurulmuş maddi ziyanı tam şəkildə ödəmişdir) həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olduğundan, həmçinin övladlarından biri ikinci qrup əlil olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16 və 5.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli (CPM- 175), həmçinin Zərərçəkmiş şəxs götürülmüş 02 vərəqədən ibarət notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi, bir ədəd ödəniş qəbzinin surətləri və Təqsirləndirilən şəxs ilə aralarında olan səs yazısının köçürüldüyü bir ədəd disk iş materiallarında saxlanılmalıdır (CPM-132). İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “26 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 344-349, 351- 353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs götürülmüş 02 vərəqədən ibarət notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi, bir ədəd ödəniş qəbzinin surətləri və Təqsirləndirilən şəxs ilə aralarında olan səs yazısının köçürüldüyü bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “26 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 40 iş saatına görə 440 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “26 saylı” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar