Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-502/2023 24.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2ndə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tədbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlər etmişdir. Belə ki, o, 08 avqust 2023-cü il tarixdə saat təxminən 17:30 radələrində ünvan 3 ünvanda yerləşən 20 saylı tam orta məktəbin qarşısında hərəkətdə olan 31 saylı sərnişin daşıyan avtobusun içərisində, əvvəllər tanımadığı və heç bir münasibətdə olmadığı avtobus oturacağında əyləşmiş Zərərçəkmiş şəxs Cəmaləttin oğluna, həmin avtobusda yaşlı qadına oturmağına yer verməsini bildirmiş, həmin yaşlı qadına oturmağa yer verdikdən sonra heç bir səbəb olmadan sonuncu ilə mübahisə yaradıb ucadan səs-küy salmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayıb ictimai qaydaya, əxlaq və mənəviyyat normalarına əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib Zərərçəkmiş şəxslının əl zərbəsi ilə sonuncunun ağız nahiyəsinə vurub zor tətbiq etməklə Zərərçəkmiş şəxsılın alt dodağın ön və içəri səthinin əzilmiş, üst dodağın ön-iç səthinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs Cəmaləttin oğluna qarşı qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayında 2-ci Qarabağ müharibəsində Laçın və Tər-Tər rayonlarında gedən döyüşlərdə iştirak etmiş, «Laçının azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunmuşdur. 08 avqust 2023-cü il tarixdə saat təxminən 17 radələrində işdən əsəbi vəziyyətdə çıxıb Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən Badamdar qəsəbəsindən 31 saylı sərnişindaşıyan avtobusa minmişdir. Həmin avtobus ünvan 4 ünvanda yerləşən 20 saylı tam orta məktəbin qarşısında yerləşən dayanacaqda dayanmışdır. Bu zaman avtobusa əlində ağır çantası olan bir yaşlı qadın daxil olaraq ayaqüstə dayanmışdır. O, həmin qadının oturması üçün yer olmadığından avtobusun oturacağında oturan sonradan adını bildiyi Zərərçəkmiş şəxs Cəmaləttin oğlundan ayağa qalxaraq həmin qadına yer verməsini xahiş etmişdir. Bu zaman Murad ayaqüstə qalxaraq həmin yaşlı qadına yer vermiş və həmin qadın oturacaqda əyləşmiş, Murad isə onun yanına gəlmişdir. Murad gəldikdən sonra o, Murada “sizdə yaşlılara yer vermək yoxdu?” deyə sual vermişdir. Onun bu sualına cavab olaraq Murad sakit şəkildə ona “işinlə məşğul ol” demişdir. Həmin vaxt o əsəbi olduğu üçün ani bir anda yumruqla Muradın ağız nahiyəsinə bir dəfə vurmuş, zərbənin təsirindən Murad yerə yıxılmışdır. Bundan sonra o, avtobus dayanacağında avtobusdan düşüb evə gəlmişdir. Muradla üzləşmə zamanı Muradın ailə üzvləri ondan 2000 manat pul tələb etmiş, o isə həmin məbləğdə pulu verməkdən imtina etmişdir. Bundan sonra isə o, Murad və ya onun ailə üzvləri ilə əlaqədə olmamışdır. Yekun olaraq əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs Cəmaləttin oğlu ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 38-40-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, 08 avqust 2023-cü il tarixdə saat təxminən 17 radələrində yaşadığı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yeni yaşayış massivi ünvandan cıxaraq, həmin ünvanın qarşısında yerləşən avtobus dayanacağında 31 saylı sərnişin daşıyan avtobusa minərək, Yasamal rayonu Parlament küçəsi 1 saylı ünvanda yerləşən 20 saylı tam orta məktəbin qarşısında həmin avtobusun içərisində olan oturacaqda oturan zaman, bir nəfər sərnişi olan yaşlı qadına həmin avtobusda olan digər sərnişin tanımadığı, lakin Yasamal RPİnin 26-cı PB-də ona soyadı, adı və atasının adı məlum olan Təqsirləndirilən şəxs ona həmin qadına oturmağa yer verməsini bildirmişdir. Bu zaman o, heç bir etiraz etməyərək həmin avtobus oturacağından ayağa durub yaşlı qadına yer vermişdir. Bir qədər sonra Tacəddin Məmməliyev ona atmaca sözlər demiş və o, isə ondan həmin atmaca sözünün izah etməsini bildirmiş, bu zəmində onlar arasında sözlə mübahisə baş vermiş, o, həmin mübahisənin baha da davam etməsin deyə ona əhimiyyət vermədikdə, onun gözləmədiyi bir anda Təqsirləndirilən şəxs əli ilə onun ağız nahiyəsinə vurmuşdur. Bundan sonra o, həmin zərbədən huşumu itirərək avtobusun içərisində yerə yıxılmışdır. Lakin bir qədər sonra o, ayıldıqdan sonra dodağından xəsarət aldığını hiss edərək və baş vermiş hadisə barədə ilk növbədə anası Şahid1 zəng edərək məlumat vermiş, həmin vaxtı anası Sumqayıt şəhərində olduğu üçün bir qədər gec gəldiyini nəzərə alıb anası onların qohumu olan Şahid2 hansı ünvanda olduğu yerə gelərək ona köməklik etməsini xahiş etmişdir. Şahid2 isə onun döyüldüyü yerə yəni baş vermiş hadisə yeri olan Yasamal rayonu Parlament küçəsi 1 saylı ünvanın qarşısında yerləşən 20 saylı tam orta məktəbin qarşısına gələrək orada görüşmüşdür. Bundan sonra Şahid2 onun döyülməsi barədə DİN-nin 102 zəng xidməti mərkəzinə məlumat vermişdir. Bundan sonra elə həmin günü o, və Şahid2la birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə gedərək orada onun döyülməyi barədə ərizə ilə müraciət etmiş və bir qədər sonra həmin polis bölməsinə anasıda gəlmişdir. Bundan sonra o, polis bölməsində baş vermiş hadisə barədə izahat yazmış və xəsarət almağı ilə bağlı məhkəmə tibbiekspertizasının müayyinəsindən keçməsi üçün göndəriş almışdır. Bundan başqa Zərərçəkmiş şəxslı bildirmişdir ki, baş vermiş hadisə 08 avqust 2023-cü il tarixdə saat təxminən 17:30 radələrində ünvan 7 ünvanda yerləşən 20 saylı tam orta məktəbin qarşısında 31 saylı sərnişin daşıyan avtobusun içərisində olmuş, hadisənin səbəbi onun 31 saylı sərnişin daşıyan avtobusda olan oturacaqda oturan zaman, bir nəfər sərnişin yaşlı qadına avtobusda oturduğu oturacaqdan duraraq ona yer verdikdən sonra, Təqsirləndirilən şəxs ona atmaca sözünün üstündə yaranmış mübahisənin üstündə olmuş, həmin hadisənin şahidləri 31 saylı sərnişin daşıyan avtobusda olan tanımadığı sərnişinlər olmuşlar. Həmin hadisə təxminən 3-5 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X4 onun oğludur. Murad epilepsiya xəstəliyindən əziyyət çəkir, hazırda o, Rusiya Federasiyasında müalicədədir. 08 avqust 2023-cü il tarixdə saat təxminən 19 radələrində Murad ona zəng edərək 31 saylı sərnişin daşıyan avtobusda olan zaman həmin avtobusun içərisində tanımadığı, sonradan ona məlum olan Təqsirləndirilən şəxs onun ağız nahiyəsinə əli ilə vuraraq xəsarət yetirdiyini bildirmişdir. O, həmin vaxt Sumqayıt şəhərində olduğu üçün qohumu Şahid2 bu barədə məlumat verərək Murada köməklik etməsini xahiş etmişdir. Seyidrza isə Muradın döyüldüyü ünvan 4 ünvanında yerləşən 20 saylı tam orta məktəbin qarşısına gedərək orada Murad ilə görüşüb Muradın dodağından xəsarət aldığını görmüşdür. Əlavə olaraq bildirmişdir ki, bu hadisədən sonra Muradın səhhətində problemlər yaranmışdır. Hadisəni törədən Təqsirləndirilən şəxs və onun ailə üzvləri hadisədən sonra Muradın səhəti ilə maraqlanmamışlar, onun müalicəsi üçün heç bir köməklik göstərməmişlər. Oğlu Zərərçəkmiş şəxs Cəmaləttin oğlu Təqsirləndirilən şəxs ilə barışmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 09 avqust 2023-cü il tarixli, 928 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Camaləttin oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-alt dodağın ön və içəri səthinin yaraları, üst dodağın ön-iç səthinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 08 avqust 2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığa qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. (i.v. 11-13) “Diskə baxış keçirilməsi haqqında” 12 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Parlament küçəsi 1, 20 saylı tam orta məktəbin qarşısında hərəkətdə olan 31 saylı sərnişin daşiyan avtobusun içərisində olan video müşahidə kameralırdan götürülmüş hadisənin görüntülərinin olduğu 01 ədəd CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə saat 17:30 radələrində 31 saylı sərnişindayan avtobusun içərisində ayaqüstdə sərnişin kimi dayanmış, həmin avtobusunun sürüçüsünün arxa oturacağında olan oturacaqda isə sərnişin kimi Zərərçəkmiş şəxs Camsələttin oğlu avtobus oturacaqda əyləşmişdir. Bir qədər sonra həmin avtobusa sərnişin kimi bir nəfər yaşlı qadının mindiyini, avtobusda ayaq üstdə dayanmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslıya yaxınlaşaraq ona nə isə demiş və həmin vaxtı Zərərçəkmiş şəxslı oturacaqdan ayağa duraraq yaşlı qadına oturacaqda yer vermişdir. Bundan sonra Mural Aslanlı avtobusun içərisində ayaqüstə dayanan zaman, Təqsirləndirilən şəxslə danışan zaman Təqsirləndirilən şəxs sağ əli ilə bir dəfə ani bir anda Zərərçəkmiş şəxslının ağız nahiyəsinə zərbə ilə vurmuş və həmin zərbə nəticəsində Zərərçəkmiş şəxslı avtobusun içərsində yerə yıxılması müşahidə olunmuşdur. (i.v. 14) 16 sentyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Cəmaləttin oğlu ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Cəmaləttin oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (i.v. 63-65) “Sübutların qiymətləndirilməsi barədə” 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, 31 saylı sərnişin daşıyan avtobusun içərisində olan video müşahidə kameralarından götürülmüş hadisənin görüntülərinin olduğu 01 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 66-71) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikasını tərk etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 30) Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. (i.v. 53) Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. (i.v. 54) Diplomlardan görünür ki, Təqsirləndirilən şəxs boks üzrə İ yer tutduğu üçün təltif edilmişdir. (i.v. 61-62) “Qətimkan tədbiri seçilməsi haqqında” 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 98) CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, “Vətən müharibəsində” medallarla, idman yarışlarında diplomlarla təltif edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-502/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-502/2023
24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver