Məhkəmə qərarları › İş №1(004)-506/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-506/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-506/2022 27.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev küçəsi, ev 14-də qeydiyyatda olmaqla, hazırda Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Ə.Əhmədov küçəsi, “Şərur MTK-2”, ev 13, mənzil 1458-də yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış. Zərərçəkmiş şəxs1 Yasamal rayonu ərazisində yerləşən 99 saylı uşaq baxçasına işə düzəlməsinə dair vəd etsə də bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs1 məxsus pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə xx.xx.2021-ci il tarixdə X13 rayonu A.Abbasov küçəsi 84 saylı ünvanda yerləşən filialında sonuncunun onun adına açdırdığı hesaba qoyduğu 4500 manat pulu bankın həmin filialının hesabdan çıxarmaqla ələ keçirib Zərərçəkmiş şəxs1 qızma maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış. Zərərçəkmiş şəxs2 oğlu Şahid4 vergilər sahəsində işə düzəlməsinə dair vəd etsə də bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib əslində Sənəm Muradavaya məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq xx.xx.2021-ci il tarixdə yaşadığı Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsi 24 B saylı evin 2023 saylı mənzilində Zərərçəkmiş şəxs2 6000 (altı min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 qızma xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Ə.Əhmədov küçəsi, Şərur MTK-2, ev 13, mənzil 1458-də ailə üzvləri ilə birlikdə yaşayır. 2017-ci il tarixdə həyat yoldaşından boşanmış və 2 övladı vardır. 2019-cu il tarixdən 2022-ci ilin may ayına kimi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində mülki həkim terapevt kimi işləmiş, əvvəllər məhkum olunmamışdır. O, Zərərçəkmiş şəxs1 tələbə yoldaşı Jaləyə görə tanımışdır. Belə ki, Türkan Jalənin gəlinləri olmuşdur. 2021-ci ilin yanvar ayının əvvəllərində Jalə ilə whatsaplla danışdıqda sonuncu ondan xahiş etmişdir ki. gəlinləri Zərərçəkmiş şəxs1 uşaq baxçalarından birinə işə düzəltsin. Söhbət zamanı Jalədən öyrənmişdir ki. X7 təhsil alır və maddi imkansızlıqdan işləməyə ehtiyacı vardır. O, da Jaləyə demişdir ki, “bu işi görəcək bir nəfər tanışım vardır, tanışımla əlaqa saxlayıb sonradan bu barədə sənə deyəcəm. O, Jalə ilə universitetdən sonra görüşməmiş və sonuncu ilə danışıqları ancaq vhatsapp üzərindən aparırmış. Sonradan Türkan onun yaşadığı evə gəlib ondan xahiş etmişdir ki. sonuncunu Yasamal rayonunda yerləşən 99 saylı uşaq bağçasına işə düzəltsin. O, Türkana “Mübariz adlı tanışım var və o. bir çox şəxsləri işə düzəldib, bu barədə Mübarizə danışdıqdan sonra sənə məlumat verərəm” ifadəsini işlətmişdir. Razılıq əldə olunduqdan sonra o, 4-5 ildir ki, Müdafiə Nazirliyində inzibati binada işləyən polkovnik-leytenant olan əvvəllər adını ona Mübariz kimi tanıdan, amma sonradan araşdırdıqda sonuncunun X5 olduğunu öyrəndiyi şəxslə mobil telefonla əlaqə saxlamış və sonuncudan Türkanı işə düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Murad ona demişdir ki, Türkanı 5000 manat pulun müqabilində adını çəkmədiyi yaxın tanışlarının vasitəsi ilə 99 saylı uşaq bağçasına işə düzəldə bilər, həmin puldan 500 manatını ona verəcəkdir. O, Jalə ilə tələbə yoldaşı olduğu üçün həmin puldan imtina etmişdir, söhbət zamanı Murad ona demişdir ki. əgər 4500 manat pul verilsə Türkanı 2-3 aya 99 saylı uşaq bağçasına işə düzəldə bilər. O, Türkana zəng edərək Muradın işə qəbulla bağlı ona dediyini sözləri Türkanın nəzərinə çatdırmışdır. Türkan ona demişdir ki. “4500 manat pulu yoxdur, amma valideyni ilə məsləhətləşdikdən sonra ona bu barədə məlumat verəcəkdir”. Təxminən 5-6 gün sonra Türkan ona vhatsappla zəng edərək 4500 manat pulu düzəldib verə biləcəyini demiş və işə qəbulla bağlı hansı sənədləri təqdim edəcəyini ondan soruşmuşdur. O, da Murada zəng edərək sonuncudan işə qəbulla bağlı tələb olunan sağlamlıq haqqında arayış, şəxsiyyət vəsiqəsi və təhsil aldığı kollecdən arayışın alınmasını öyrənib bu barədə Türkana demişdir. O, Türkana demişdir ki, “əgər istəyirsənsə mən səndən 4500 manat pulu almağımla bağlı notariusdan sənəd də verə bilərəm”. Türkan işə qəbulla bağlı pulu hazırladığını ona dedikdən sonra sonuncu ilə xx.xx.2021-ci il tarixdə Yasamal rayonu ərazisində yerləşən 19 saylı notariusun qarşısında görüşməyi razılaşmışlar. xx.xx.2021-ci il tarixdə günorta vaxtı o, Türkanla Yasamal rayonu ərazisində yerləşən 19 saylı notariusun qarşısında görüşmüş və 4500 manat pulun ona guya borc kimi verilməsi ilə bağlı aralarında notarial müqavilə bağlamışlar. Bağlanmış müqaviləyə görə notarius 4500 manat pulu göndərişlə Yasamal parkının yaxınlığındakı Turan banka yönləndirmişdir. Bundan sonra o. həmin gün Türkanla birlikdə həmin banka getmişlər. Türkan 4500 manat pulu onun adına açılan hesab nömrəsinə qoymuş, daha sonra o, 4500 manat pulu Türkanın yanında Turanbankdan çıxarmışdır. Amma o. Türkana demişdir ki, “əgər işə qəbulu alınmazsa onun pulunu özü ödəyəcəkdir”. Həmin gün o. Muradla Yasamal rayonu Yeni Yasamal qəsəbəsində Şərur MTK-nın yaxınlığında təklikdə görüşmüş və Türkanın işə qəbulu ilə bağlı aldığı 4500 manat pulu sonuncuya vermişdir. Murad onu əmin etmişdir ki. Türkanı 2-3 aya uşaq bağçasına işə düzəldəcəkdir. 2-3 ay gəlib çatdıqda o. Muraddan niyə Türkanın işinin düzəlmədiyini soruşmuşdur. Murad da ilk əvvəl deyirmiş ki. pandemiyadır və bu baxımdan Türkanın əmri bir qədər ləngiyəcəkdir. Daha sonra Murad əmrin bugün-sabah olacağı ilə bağlı onu gözlətdirməyə məcbur qoyurmuş. O, da Türkana gözləməli olduğunu deyirmiş. O, dəfələrlə Murada zəng edərək Türkanın işə qəbulu ilə bağlı danışıq aparırmış, sonuncu dəfə Murad onu təhqir edib bildirmişdir ki, “get hara istəyirsən şikayət et”. Sonra Muradın mobil telefonuna zəng çatmamış və başa düşmüşdür ki, Murad onu aldadırmış. Belə ki, o, Muradın əsl adının Mübariz deyil. Murad olmasını Türkanın məsələsindən bir il sonra öyrənmişdir. Sonradan o, Türkan və Jaləyə deyirmiş ki, 4500 manat pulu özü qaytaracaqdır. Onun atası rəhmətə getdiyi üçün bir qədər başı yas mərasiminə qarışmışdır. Onun ailəsinə məxsus satılası obyektləri olmuş və o, fikirləşmişdir ki, həmin obyekti satıb Türkanın pulu qaytarar. Amma obyekt vəfat etmiş atasının adına olduğu üçün vərəsəliyə görə 6 ay gözləməli olmuşlar. Bu baxımdan Türkanın pulunu qaytara bilməmişdir. İstintaq orqanı tərəfindən çağırıllıb izahat verdiyində tutulacağı qorxusundan guya 4500 manat pulu Türkandan borc kimi aldığını demişdir. Əslində həmin pul borc adı ilə deyil. Türkanın işə düzəlməsi adı ilə sonuncu tərəfindən ona verilmişdir. Türkan ona sələmə (faizlə) ilə bağlı pul verməyib, o, Jalədən borca pul istəməmişdir. Türkanın işə qəbul olunacağı, əmrinin bugün-sabah veriləcəyi barədə olan səs yazıları ona məxsusdur və o, həmin səs yazılarını özü mobil telefona köçürərək Türkana vhatsappla göndərmişdir, həmin səs yazısında heç bir montaj yoxdur. Amma o, Türkana sonuncunu işə düzəltməyi ilə bağlı Jaləyə heç bir söz deməməsini tapşırmamışdır. Bundan başqa o, 2021-ci ilin noyabr ayında qonşusu Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Ə.Əhmədov küçəsi Şərur MTK-2 saylı binanın 3-cü mərtəbəsində yaşayan Naibə adlı qadının evində həkim işlədiyi üçün sonuncuya sistem köçürürmüş. Həmin zaman o, Naibə ilə söhbət etdikdə sonuncunun bacısı oğlu Əlinin iqtisadiyyat fakültəsini bitirsə də işsiz olduğunu və iş axtardığını öyrənmişdir. O, özü də həmin Əlinin evində kirayədə yaşayırmış. O, Naibəyə tanışı həmin Mübariz, yəni X5 barədə danışmış və sonuncunun vasitəsi ilə Əlini işə düzəldəcəyi ilə bağlı müəyyən səylər edəcəyini demişdir. Sonradan o. Murada zəng edərək Əlini vergi və ya maliyyə sahəsində bir işə düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Murad ona demişdir ki, Əlini 12000 manat pulun müqabilində yaxın tanışlarının vasitəsi ilə hansısa rayonda vergiyə işə düzəldə bilər. O, Əlinin vergiyə düzəlməsi ilə bağlı Muradla apardığı vhatsapp yazışmalarını Naibə və Əlinin mobil telefonlarına göndərmişdir. Sonradan razılaşmışlar ki. həmin pulun 6000 manatını Murada versinlər. Bu məqsədlə 2021-ci ilin noyabr ayının axırlarında Əlinin anası Zərərçəkmiş şəxs2 onun yaşadığı evə gəlmiş və oğlu Əlinin vergiyə işə düzəlməsi üçün ona 6000 (altı min) manat pul vermişdir. Əli və qardaşı Mirkamal özləri də onun yaşadığı binanın 7-ci mərtəbəsində yaşayırlarmış. O, pulu aldıqdan sonra həmin gün yaşadığı Yasamal rayonu Yeni Yasamal qəsəbəsinin ərazisində Muradla təklikdə görüşmüş və 6000 manat pulu Əlini vergiyə işə düzəltməsi müqabilində Murada vermişdir. Murad da vəd etmişdir ki, “1-2 aya Əlinin vergi işçisi kimi əmri veriləcəkdir’’. O, da Muradın verdiyi vədi qonşusu Naibə və sonuncunun bacısı oğlu Əliyə demiş və əmrin verilməsi üçün 1-2 ay gözləməli olduqlarını nəzərlərinə çatdırmışdır. Vaxt çatdıqda Murad bəhanələr gətirməklə bugün-sabah deyərək onu gözləməyə məcbur qoymuşdur. Nəhayətdə sonda Muradın mobil telefonuna zəng çatmamışdır. Muraddan pul ala bilmədiyi üçün o, da Zərərçəkmiş şəxs2 aldığı 6000 manat pulu sonuncuya qaytara bilməmişdir. Sonradan o, eşitmişdir ki, Zərərçəkmiş şəxs2 onun barəsində şikayət etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində Murad İsrafilovun əvvəllər 1-2 nəfəri işə düzəltdiyini kimdənsə eşitdiyini, bu baxımdan Muradı tanıdığından və mobil telefon nömrəsi onda olduğu üçün Zərərçəkmiş şəxs1 işə qəbul etdirə biləcəyinə onda əminlik yarandığını və buna görə sonuncuya müraciət etdiyini, X2 Müdafiə Nazirliyində mərkəzi aparatda işlədiyini bildiyini, amma hansı vəzifə tutmasını bilmədiyini, X2 harada yaşamasını bilmədiyini, onun mobil telefonu format olduğu üçün Muradın mobil telefon nömrəsi və sonuncu ilə apardığı vhatsapp yazışmaları telefonumdan silindiyi üçün təqdim edə bilmədiyini, Türkandan aldığı pulu Murada verməsi ilə bağlı heç bir subut təqdim edə bilmədiyini, Türkandan pulu aldıqdan 2-3 ay müddət keçdiyi və əmr verilmədiyi üçün o, Türkanın inanıb onu gözləməsi üçün yalandan sonuncuya “mən sənin məsələdən başqa 4-5 nəfərin işə qəbulu ilə bağlı Mübarizə 43500 manat pul vermişəm” kimi səs yazıları göndərdiyini, əsl reallıqda 4-5 nəfərin işə qəbulu ilə bağlı belə bir məsələnin olmadığını, Muradın pandemiyanı əsas gətirib Türkanın işə qəbulu bugun-sabah deyərək uzatdığını, o, həqiqətən də Muradın həmin işi görəcəyinə inandığını, bu baxımdan Türkanın pulu veriləndən 10 ay sonra 2021-ci ilin noyabr ayında Əlinin işə qəbulu ilə bağlı verdiyi 6000 manat pulu da Murada inanaraq verdiyini. Əliyə məxsus evdə kirayədə yaşadığı üçün Murada verdiyi 6000 manat pula görə sonuncudan heç bir məbləğdə pul almadığını, o, öz işinə görə heç kimə pul vermədiyini, eləcə də Muradın Türkan və Əlinin işə qəbulu ilə bağlı kimə pul verməsini bilmədiyini. Türkana “öz işimə görə, hospitala işə düzəlməyimə görə o adama yaxşı pul vermişəm, helə-belə pul verməmişəm ee”, “pullar Şəhər İcrasında işləyən Rasim Quliyevə verilib. Rasimi də DTX tutub” kimi göndərdiyi səs yazılarını Türkanın onan inanması və əmrinin verilməsi müddətini gözləməsi üçün yalandan işlətdiyini, amma Muradın Türkan və Əlinin işə qəbulunu kiməsə tapşırdığını və həmin tapşırdığı şəxsə müəyyən məbləğdə pul verdiyini ona dediyini. Muradın həmin şəxsin adını ona demədiyini, heç bir psixoloji, narkoloji və digər xəstəlikdən əziyyət çəkmədiyini Mübarizi anket məlumatlarının X1 olmasını hazırda xatırlamadığı tanışından öyrəndiyini, sonradan soraqlaşdıqda X2 Müdafiə Nazirliyindən işdən çıxdığını eşitdiyini, bu baxımdan M.İsrafilovu Müdafiə Nazirliyində istintaqa təqdim edə bilmədiyini, onun M.İsrafilovla ortaq tanışının olmadığını, "xxxx" MMC üzrə danışıq apardığı şəxslərin siyahısı ilə tanış olduğunu və orada X2 GSM nömrəsinə rast gələ bilmədiyini. M.İsrafilovun əvvəli +7942 sayla başlayan xarici ölkə mobil operatoruna məxsus GSM nömrəsi ilə onunla whatsapp proqramı üzərindən danışıq apardığını, M.İsrafılovun şəxsiyyət vəsiqəsini görmədiyini, ola bilsin ki, özünü ona Mübariz kimi təqdim edən şəxsin anket məlumatları X1 olmadığı üçün adına şəxsiyyət vəsiqəsinin çıxmadığını bildirmişdir. Özünü verilmiş ittiham üzrə təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödədiyini, zərərçəkən şəxslərin ondan şikayət və tələblərinin olmadığını, onlarla barışdığını, həmçinin vurulmuş ziyanın 25% məbləğində dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Yasamal rayonu Yeni Yasamal-1, ev 3, mənzil 18-də ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, 5 yaşlı Məhəmməd adlı övladı vardır. O, rəsmi olaraq heç bir yerdə işləməsə də 2020-ci ilin noyabr ayından Yasamal rayonu ərazisində yerləşən ‘'Bəyaz” marketin yaxınlığındakı gözəllik salonunda dırnaq ustası kimi işləyir. Eyni zamanda o. Azərbaycan Dövlət Pedoqoji Kollejində ‘'Mətkəbəqədər loqoped” ixtisası üzrə 4-cü kurs tələbəsidir. O, 2020-ci ilin noyabr ayında gözəllik salonunda işləyərkən müştərisi olan Təqsirləndirilən şəxs ilə tanış olmuş, dırnaqlarını düzəltdiyi zaman sonuncu özünü ona Müdafiə Nazirliyində terapevt həkim kimi təqdim etmişdir. Həmin müddətdən sonra Mətanət həmin salona onun yanma gəlib-getməyə başlamışdır. 2021-ci ilin yanvar ayının əvvəllərində söhbət zamanı Mətanət onun Pedoqoji kolleçdə təhsil aldığını və ixtisası üzrə iş axtardığını bildikdən sonra ona “gəl səni uşaq bağçalarının birinə işə düzəldim” kimi iş təklif etmişdir. O, da Mətanətdən bu işlə bağlı nə qədər xərcinin çıxacağını öyrəndikdə sonuncu ona “mənim İcrada yüksək vəzifə daşıyan tanışlarım vardır, həmin şəxsin köməkliyi ilə bu işi 5000-10000 manat arasında düzəldə bilərəm” kimi ifadələr işlətmişdir. O, Mətanətə “mənim o qədər pulum yoxdur” ifadəsini işlətmiş və söhbət zamanı sonuncunun onun baldızı Jalə ilə tələbə yoldaşı olduqlarını öyrənmişdir. Mətanət guya bu tanışlığa görə onu uşaq baxçasına 4500 manata düzəldəcəyini qeyd etmişdir. Hətta Mətanət ona demişdir ki. işə qəbulla bağlı lazım olan sənədlərin siyahısını onun işini düzəldəcək və adını çəkmədiyi tanışına verdikdən sonra ona məlumat verəcəkdir. Onlar mobil telefon nömrələrini bir-birinə vermişlər. Mətanət bir neçə gün sonra vhatsappla ona işə qəbulla bağlı tələb olunan sənədlərin siyahısını göndərmişdir. O, da Mətanətin onu uşaq baxçasına işə düzəltmək niyətinin olması ilə bağlı sonuncu ilə apardığı bütün danışları atası Akifə demişdir. O, atası Akiflə razılaşmışlar ki, o, özünə məxsus qızılları lombarda girova qoyaraq oradan pul götürüb Mətanətə versinlər və işə düzəldikdən sonra alacağı maaşla lombardın pulunu ödəyər. Bu baxımdan işə qəbulla bağlı tələb olunan 4500 manat pulu əldə etmək üçün xx.xx.2021-ci il tarixdə onun atası Akif ona məxsus qızılları “Finoko” bank olmayan kredit təşkilatına girova qoyub oradan 3380 manat pul çıxarıb ona vermişdir. O, da həmin pulun üstünü özündən pul qoyaraq 4500 manat pulu düzəltmiş və Mətanətə zəng edərərk bu barədə məlumat vermişdir. Mətanət ona demişdir ki, 4500 manat pulu ondan aldıqda bu barədə kağıza öz adından iltizam verəcəkdir. O, Mətanətlə razılaşmamış və təklif etmişdir ki, Mətanət bu iltizamı notariusda versin. Bu baxımdan xx.xx.2021-ci il tarixdə o, zəngləşdikdən sonra Mətanətlə birlikdə Yasamal rayonu 19 saylı notariat kontorunda görüşmüş və borc müqaviləsi bağlamaq istədikdə onlara notariusda bildirirlmişdir ki, 4500 manatı onlar banka qoymalı və qəbzi notariusa təqdim etdikdən sonra borc müqaviləsi bağlaya bilərlər. Bundan sonra həmin gün o, 4500 manat pulu banka qoymaq üçün Yasamal rayonu Yasamal parkı kimi adlandırılan yerin yaxınlığında yerləşən Turan Banka gəlib adlarına hesab açdırmış və o, həmin məbləği Mətanətin hesabına qoymuşdur. Bankdan əldə etdiyikləri ödəniş qəbzini sonradan 19 saylı notariusa həmin gün təqdim edib Mətanətlə aralarında borc müqaviləsi bağlayıb təsdiq etdirmişlər. Eyni zamanda o, işə qəbulla bağlı topladığı sənədləri Mətanətə vermiş və sonuncu ona demişdir ki. “ən uzağı 3 aya kimi onu Yasamal rayonu ərazisində evinin yaxınlığında yerləşən 99 saylı uşaq baxçasına işə düzəldəcəkdir”. Hətta Mətanət ona “mən bir çox şəxləri uşaq baxçalarına işə düzəltdirmişəm və onun da verdiyi pulun üzərinə digər işə düzələn şəxslərdən aldığı 39000 manat pul qoyaraq işlərini düzəldəcək şəxsə verəcək” ifadəsini işlətmişdir. Hər dəfə Mətanət ona deyirmiş ki. onun baldızı Jalə bu barədə bilməsin. 3 ay vaxt keçdikdə Mətanət müxtəlif bəhalər gətirirmiş ki. iş bugun-sabah düzələcəkdir. O. dəfələrlə Mətanətdən təkidlə tələb etmişdir ki. onu iş gördüyü həmin şəxslə, yəni işini düzəldən şəxslə tanış etsin və ya mobil telefon nömrəsini ona versin, özü həmin şəxslə danışsın. Lakin Mətanət işini düzəldəcək şəxslə onu görüşdürməmiş və mobil telfon nömrəsini ona təqdim etməmişdir. 2021-ci ilin may-iyun ayında Mətanət ona demişdir ki, “ondan aldığı 4500 manat pulu Mübariz adlı şəxsə verib, Mübarizin də pul verdiyi şəxsi tutublar”. Buna baxmayaraq Mətanət ona deyirmiş ki. “Mübarizdən onun pulunu alıb verəcəkdir, ala bilməsə özündən onundən pulunu qaytaracaqdır”. Mətanət sonradan onun pulunu qaytarmamış və işini düzəltməmişdir. O, sonra polisə şikayət edəcəyii Mətanətə dedikdə sonuncu "get məni polisə ver. polis də işimi məhkəməyə göndərsin və məhkəmə də hər ay mənə 50 manat pul ödəməsi barədə qərar çıxarsın, mən də sənə hər ay 50 manat pul ödəyərəm” kimi ifadələr işlətməyə başlamışdır. Sonradan o, Mətanətin barəsində polisə şikayət etmişdir. Eləcə də o, sonradan işlədiyi gözəllik salonundan qazandığı pulla banka olan borcunu bağlamış və qızıllarını girovdan çıxarmışdır. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 ifadəsində, o. Mətanətlə mobil telefonla danışdıqda sonuncu ona xx.xx.2022-ci il tarixdə Turan banka qoyulan 4500 manat pulu həmin gün bankdan çıxarıb Mübariz adlı şəxsə verdiyini dediyini. Təqsirləndirilən şəxs ***-***-**-** saylı GSM nömrəsi ilə onunla danışıq apardığını, işə qəbulla bağlı Mətanətin bütün danışıqları onunla tək etdiyini və sonuncunun tanışından ona zəng edənin olunmadığını. Mətanətin 4500 manat pulu onun baldığı Jalədən borca istədikdən sonra həmin məbləği ondan sələmə kimi alması və 10 ay müddətində 450 manat pulu faiz kimi ona ödəməsi barədə verdiyi izahatının yalan olmasını, baldığı Jalənin Mətanətə 4500 manat pul verməsi ilə bağlı ona heç bir söz demədiyini və ona heç bir məbləğdə pul vermədiyini, o. 4500 manat pulu işə qəbul olunmaq məqsədi ilə bir gün öncə bankdan özü faizlə kreditə götürüb Mətanətə verdiyini, o. həmin pulu sələmə adı ilə deyil 99 saylı uşaq baxçasına işə düzəlməyi vədi ilə Mətanətə verdiyini, işə qəbulla bağlı Mətanətlə apardığı səs yazılarını da istintaqa təqdim etdiyini. Mətanətin tapşırığı ilə onu işə düzəldəcəyini baldığı Jalədən gizlətdiyini, amma Mətanətin onu aldatmasını gördükdə 2021-ci ilin dekabr ayında bu məsələni baldızı Jaləyə danışdığını. Jalə də ona “əgər mən bu məsələdən öncədən xəbərdar olsaydım, Mətanətə 4500 manat pul verməyini qoymazdım” kimi ifadələr işlətdiyini, həmçinin Jalə ona tələbə yoldaşları olsa da Mətanəti 12-13 ildir ki görmədiyini, sonuncu ilə heç bir münasibətinin olmadığını və danışıq aparmadığını, sadəcə tələbə yoldaşlarının vhatsapp qrupunda Mətanətin şəklini gördüyünü dediyini. Jalənin məsləhəti ilə o. Mətanətin barəsində polisə şikayət etdiyini, Mətanətin Jalədən borca pul istəməsi barədə dediklərinin həqiqəti əks etdirmədiyini, o, Mətanətin heç bir səs yazısını montaj etmədiyini və sonuncunun işə qəbulla bağlı bütün yazılarını özü sərbəst şəkildə danışaraq ona whatsappla göndərdiyini bildirmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxsin cəzalandırılmasını istəmir. İş üzrə icraatın xitam verilməsinə etirazı yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayonu Muşanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Şahid4 onun böyük oğludur. Onun bacısı Şahid3 isə 2015-ci il tarixdən Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Ə.Əhmədov küçəsi ev 24 B mənzil 2022 kirayədə yaşayır. ci ilin oktyabr ayında onun bacısı Nailə xəstələndiyi üçün sonuncu ilə mobil telefonda söhbət aparan zaman sonuncu ona qonşusu Təqsirləndirilən şəxs Növruq qızı barədə danışmış və bildirmişdir ki, Mətanət yüksək vəzifə daşıyan yaxın tanışının vasitəsi onun oğlu Şahid4 Vergilər və Fövqəladə Hallar Nazirliyinə işə düzəldə bilər. O, da bu işlə bağlı Mətanətlə görüşmək üçün 2021-ci ilin noyabr avının əvvəllərində Bakı şəhərinə gəlmiş və bacisi Nailə ilə birlikdə Mətanətin yaşadığı mənzildə sonuncu ilə birlikdə oğlu Əlinin işə qəbulu ilə bağlı söhbət aparmışlar. Mətanət orada yüksək vəzifə daşıyan yaxın tanışının vasitəsi ilə onun oğlu Əlini Bakı şəhərində vergilər sahəsində işə düzəldə biləcəyini və bünün üçün 12000 manat pul vermək lazım olmasını ona bildirmişdir. Belə ki. Mətanət ona bildirmişdir ki. həmin pulun 6000 manatı ilkin sənədlər üçün, yerdə qalan 6000 manatını isə əmr veriləndən sonra verilməlidir. Mətanət bütün danışıqlarında yüksək vəzifə daşıyan tanışının adını onlara çəkməmiş, sadəcə tanışının çox etibarlı və nüfuzlu şəxs olmasını deyirmiş. O. Mətanətdən düşünmək üçün vaxt almış və Mətanətin istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı GSM nömrəsini sonuncunun özündən götürmüşdür. O, sonradan həmin GSM nömrələri ilə Mətanətlə vhatsapp üzərindən danışıqlar aparmışdır. Mətanət bir daha onu əmin edirmiş ki, tanışının vasitəsi ilə bir çox şəxləri işə düzəldib və Əlini də yüz faiz vergilər sahəsində işə düzəldə bilər. 27 Noyabr 2022-ci il tarixdə o, yenidən Bakı şəhərinə gələrək oğlu Əli və bacısı Nailə ilə birlikdə Mətanətin yaşadığı evə gedib sonuncu ilə görüşmüşlər. Mətanət onların yanında oğlu Şahid4 sorğu-sual edib psixoloji vəziyyətini yoxlamışdır. Çünki Mətanət onlara deyirmiş ki, Əlinin psixoloji durumunda problem olsa sonuncunun işə qəbul etməyəcəklər. Bu baxımdan Mətanət yaşadığı mənzildə Əli ilə söhbətlər aparmış və onlara demişdir ki, Əlidə heç bir psixoloji pozuntu yoxdur. Həmin zaman Mətanət Əlidən şəxsiyyət vəsiqəsinin, diplom və hərbi biletin surətini alaraq baxmış və bildirmişdir ki, “sənədləri qaydasındadır'’. 28 noyabr 2021-ci il tarixdə o, bacısı Nailə ilə yenidən Mətanətlə sonuncunun yaşadığı mənzilində görüşmüşdür. O, oğlu Şahid4 vergilər sahəsində işləməsi üçün 6000 manat pulu Mətanətə vermək istəyini bildirmişdir. Mətanət bir daha onu və bacısı Nailəni inandırmışdır ki, pulu aldıqdan sonra 3 ay müddətində oğlu Şahid4 Bakı şəhərinin hansısa rayonunda vergilər sahəsində işə qəbul olunacaqdır. Bu ifadələrdən sonra o. bacısı Nailənin yanında 6000 manat pulu Mətanətə vermişdir. Mətanət həmin zaman pulu sayaraq tamlığına əmin olmuş və bildirmişdir ki, 1- 2 saat sonra Əlinin işini düzəldəcək həmin tanışı ilə görüşüb pulu həmin şəxsə verəcəkdir. Mətanət pulu aldıqda öz əlyazması ilə 6000 manat pulu ondan götürməsinə dair müvafiq qeydlər aparmış və kağızı ona təqdim etmişdir. Həmin günü Mətanət ona zəng edərək aldığı 6000 manat pulu tanışına verdiyini və həmin şəxsin də Əlinin işə qəbulu ilə bağlı heç bir probleminin olmayacağını bildirib həmin tanışından sonuncunu 3 ay müddətində vergiyə işə qəbul olunacağı vədini aldığını qeyd etmişdir. Pul almandan 10-15 gün sonra Mətanət mobil telefonla onunla danışdığı zaman bildirmişdir ki. artıq Əlinin sənədlərini vergilər Nazirliyində yoxlayırlar, bu baxımdan Əli Azərbaycan Respublikasından heç bir yerə getməməli və səhrədi keçməməidir. O, da Əliyə tapşırmışdır ki, başqa dövlətə getməsin. Növbəti aylarda o və bacısı Nailə Mətanətlə söhbət etdikdə sonuncu onlara bildirmiş ki, Əli işə qəbul növbəsində 200-cü yerdən 100-cü növbəyə düşüb. ci ilin fevralmart ayında o, Nailədən eşitmişdir ki, Mətanət yaşadığı binadan köçmüşdür. Bundan sonra o, hər dəfə mobil telefonla danışdıqda Mətanətdən vəd verdiyi 3 ay keçməsinə baxmayaraq hələ də Əlinin niyə əmrinin verilməsini soruşurmuş. Mətanət də ona vergilər sahəsində işə qəbul olmaq istəyən namizədlərin sayının çoxluq təşkil etdiyini və növbənin Əliyə çatmasına az qaldığını bəhanə edirmiş, 2022-ci ilin may ayında Mətanət ona və oğlu Şahid4 deyirmiş ki, artıq Əli 1-cı sırada növbədədir, bu gün-sabah Əlini çağıracaqlar. Lakin Mətanət sonradan mobil telefonlara cavab verməmiş, cavab verdikdə isə bildirirmiş ki, Əlinin pulundan başqa bir çox işə qəbul olmaq istəyən şəxslərin pullarını da həmin tanışına verib, lakin qısa müddətdə işə qəbul əmri veriləcəkdir. Sonradan Əliyə başqa tanışlarından iş təklifi gəldikdə o, Mətanətə zəng edərək “əgər işi düzəldə bilmirsənsə Əli həmin təklif olunan işə qəbul olunsun” ifadəsini işlətmişdir. Mətanət isə onu əminlikdə arxayın edirmiş ki, “Əli vergilərə işə düzələcəkdir". Bu baxımdan oğlu Əli həmin təklif olunan işdən imtina etmişdir. Lakin 2022-ci ilin iyul ayına kimi Mətanət həm onu. həm də onun bacısı Nailəni aldatdığı üçün o, verdiyi 6000 manat pulu Mətanətdən tələb etməyə başlamışdır. O, Mətanətin yenə də yalan danışıqlarını gördükdə və pulu qaytarmaq niyyətinin olmadığını aşkar etdikdə sonuncunun barəsində polis orqanlarına rəsmi şikayətlə müraciət etmişdir. Sonradan o, eşitmişdir ki, Təqsirləndirilən şəxs başqa şəxsi aldatdığı üçün Yasamal polisi təəfindən həbs edilmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 ifadəsində, Mətanət iş qəbulla bağlı onlara “Mübariz” və “X5” adında şəxslərin və işi düzəldəcək başqa adamların adını çəkmədiyini, onun bacısı Nailənin qonşusu olduğu üçün Mətanətə çox inandıqlarını, bu baxımdan Mətanətin dedikləri sözləri həqiqi saydıqlarını və bunu yoxlamadıqlarını, oğlu Əlinin işə qəbulu ilə bağlı bütün söhbətləri ancaq Mətanətin özü ilə apardıqlarını, başqa heç bir şəxsin onlarla əlaqə saxlamadığını və bu işlə bağlı onlara heç bir söz demədiklərini bildirmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxsin cəzalandırılmasını istəmir. İş üzrə icraatın xitam verilməsinə etirazı yoxdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 Məhəmməd oğlu ifadəsində Zərərçəkmiş şəxs1 onun qızı olmasını, Türkanın da 99 saylı uşaq baxçasına işə qəbulla bağlı tanışı Təqsirləndirilən şəxs vədini ona dedikdə Türkanın qızıl əşyalarını xx.xx.2021-ci il tarixdə “Finoko” bank olmayan kredit təşkilatına girova qoyub oradan 3380 manat pul çıxarıb Türkana verdiyini, Türkanın da həmin məbləğin üzərinə pul qoyaraq taplanmış 4500 manat pulu xx.xx.2021ci il tarixdə Mətanətə verdiyini, Mətanətin işə qəbulun 3 aya düzələcəyini dediyini və sonradan bugün-sabah deyərək müxtəlif bəhanələr gətirdiyini, o, Mətanətdən 4500 manat pulu geri tələb etdikdə sonuncu rəhmətə gedəninin olduğunu və 40 mərasimindən sonra onlara pulu ödəyəcəyini dediyini, lakin onlara heç bir məbləğdə pul ödəmədiyini, bundan sonra qızı Türkanın Mətanət barəsində polisə şikayət etdiyini, Mətanətin guya 4500 manat pulu sələmə kimi götürməsi barədə dediklərinin yalan olmasını, həmin pulu o, bankdan faizlə girov qarşılığında alaraq Mətanətə çatdırılması üçün Türkana verdiyini, Mətanətin isə 4500 manat pulu işə qəbulla bağlı Mübariz adlı şəxsə verməsini bildirib qızı Zərərçəkmiş şəxs1 istintaq zamanı dediklərinə uyğun eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində Zərərçəkmiş şəxs2 onun bacısı, Şahid4 isə bacısının (Zərərçəkmiş şəxs2) oğlu olmasını bildirib sonuncunun ifadəsində göstərdiklərini tam təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Bundan başqa Şahid3 ifadəsində əlavə olaraq onun Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Ə.Əhmədov küçəsi ev 24 B mənzil 2022 kirayədə yaşadığını, Təqsirləndirilən şəxs isə onun yaşadığı binada eyni blokda və mənzil 2023-də 4 ildir ki, qonşu kimi tanıdığını, 2020-ci ildən Mətanətlə çox yaxın münasibətləri yarandığı üçün sonuncu ilə dəfələrlə görüşüb söhbət etdiklərini, hətta Mətanətin həkim işlədiyi hərbi hissəyə gedərkən çox vaxt övladlarını onun yanında saxladığını, 2021-ci ilin oktyabr ayında xəstələndiyi üçün Mətanətin onun mənzilinə gələrək ona sistem qoşduğunu, söhbət etdikdə o, bacısı Sənəmin Muradovanın övladı olan Əlinin İqtisad Universitetinin bakalavr və maqist pilləsi üzrə təhsil alaraq işsiz olduğu haqqında danışdığını, həmin zaman Mətanətin yüksək vəzifə daşıyan yaxın tanışının olmasını, həmin şəxslə ailəli olaraq münasibətləri olduqlarını və Əlini həmin şəxsin köməkliyi ilə işə düzəldə biləcəyini ona dediyini, Mətanətin onun bacısı oğlu Şahid4 iqtisadiyyat sahəsi üzrə institutu bitirdiyi üçün sonuncunun Vergilər və Fövqəladə Hallar Nazirliyinə işə düzəldə biləcəyini ona dediyini, o, da Mətanətlə aralarında olan söhbətləri bacısı Sənəmə danışdığını, Sənəmin isə onun yanında 2021-ci ilin noyabr ayında onun yanında Mətanətin yaşadığı mənzildə sonuncuya 6000 manat pul verməsini, Mətanətin isə pulu aldıqdan sonra Əlini yüz faiz vergilər sahəsində işə düzəldəcəyini onlara deməsini, lakin sonradan müxtəlif bəhanələr gətirərək Əlinin əmrinin 1-2 aya verilməsini desə də onu və bacısı Sənəmi aldadıb 6000 manat pulu qaytarmadığını, dəfələrlə Mətanətlə mobil telefonla əlaqə saxlayıb Əlinin işə qəbulu ilə danışıq apardığını, amma hər dəfə Mətanətin onu aldatdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid4 ifadəsində anası Zərərçəkmiş şəxs2 dediklərinə uyğun eyni məzmunda ifadə vermişdir. Belə ki, Şahid4 ifadəsində əlavə olaraq 2013-cü il tarixdən özünə məxsus Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Ə.Əhmədov küçəsi, ev 24B, mənzil 2054-də yaşadığını, həmin ildən Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub 2017-ci ildə “iqtisadiyyat” ixtisası üzrə bakalavr dərəcəsi aldığını. 2019-cu il tarixdə həmin ixtisas üzrə magistr pilləsinə yiyələndiyini, işsiz olaraq iş axtardığını, 2021-ci ilin oktyabr ayında xalası Nalilə Muradovadan qonşuları Təqsirləndirilən şəxsın onu Vergilər və Fövqəladə Hallar Nazirliyinə işə düzəldə biləcəyini öyrəndiyini, bundan sonra anası Zərərçəkmiş şəxs2 Bakı şəhərinə gələrərk Təqsirləndirilən şəxs ilə söhbət apardığını, eyni zamanda 27 Noyabr 2022-ci il tarixdə o, anası Sənəm və xalası Nailə ilə birlikdə Mətanətin yaşadığı evə getdiklərini. Mətanət onu sorğusual edərərk psixoloji vəziyyətini yoxladığını və onda heç bir psixoloji pozuntunun olmadığını dediyini, həmin zaman Mətanət ondan şəxsiyyət vəsiqəsinin, diplom və hərbi biletinin surətini alaraq baxdığını və sənədlərinin qaydasında olduğunu dediyini, Mətanətin onlara tanışının vasitəsi ilə bir çox şəxsləri işə düzəldiyini və onu da yüz faiz vergilər sahəsində işə düzəldə biləcəyini əminlikdə dediyini, səhərisi gün 28 noyabr 2021-ci il tarixdə anası Sənəmin onun vergilər sahəsində işə qəbulu ilə bağlı Mətanətin yaşadığı mənzildə sonuncuya xalası Nailənin yanında 6000 manat pul verdiyini, pul almandan 10-15 gün sonra Mətanətin artıq onun vergilər Nazirliyində yoxlanıldığını, işə qəbul növbəsində 200-cü yerdən 100-cü növbəyə düşdüyünü, vergilər sahəsində işə qəbul olmaq istəyən namizədlərin sayının çoxluq təşkil etdiyini və növbənin ona çatmasına az qaldığını bəhanə etdiyini. 2022-ci ilin may ayında Mətanətin ona artıq 1-ci sırada olduğunu və bugün-sabah işdən çağırılacağını, lakin sonradan Mətanətin mobil telefonlara cavab vermədiyini, 2022-ci ilin iyul ayına kimi Mətanətin onu və anası Sənəmi aldatdığını gördükdə 6000 manat pulu tələb etməyə başladıqlarını, Mətanət tərəfindən aldandığını gördükdə anası Sənəmin Mətanətin barəsində polis orqanlarına rəsmi şikayət etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 2005-ci il tarixdən 2011-ci il tarixədək olan müddətdə Nərimanov rayonunda yerləşən Odlar Yurdu Universitetində “Müalicə İşi” fakültəsini bitirmişdir, həmin dövrdə X3 onun tələbə yoldaşı olmuş və o. sonuncu ilə axırıncı dəfə 2012-ci il tarixdə görüşmüş, sonradan heç bir zaman Mətanətlə mobil telefonla danışmamışdır. Amma tələb yoldaşlarının vhatsapp qrupunda Mətanət də orada yazışırmış və o, Mətanəti məhz whatsappdan izləyirmiş. Bütün yazışmalarından Mətanət özünü elə aparırmış ki, hamı onu çox imkanlı qadın kimi bilirmiş, 2022-ci ilin yanvar ayında gəlinləri Zərərçəkmiş şəxs1 ona demişdir ki, onun tanışı Mətanətlə təsadüfən görüşüb və 99 saylı uşaq bağçasına işə düzəltmək müqabilində Mətanətə Yasamal rayonu ərazisində 4500 manat pul verib. Mətanət pulu aldıqda tapşırıb ki, həmin işlə bağlı Türkan ona heç bir söz deməsin. Bu baxımdan Türkan ona bu işlə bağlı heç bir söz deməyib. X12 pulu notarial qaydada alıb. Türkanın işini düzəltmədikdə həmin pulu borca aldığını deyərək qaytarmamışdır. Türkan ona demişdir ki, “Mətanət sənin tələbə yoldaşındır, bəlkə sən həmin pulu alıb qayta bilərsən”. O, da Mətanətin mobil telefonuna dəfələrlə zəng etmiş və vhatsappla yazmış, amma Mətanət ona cavab verməmişdir. Sonradan Mətanətlə onunla danışdıqda demişdir ki, Türkandan işə qəbulla bağlı aldığı pulu kiməsə verib, həmin şəxs onu da aldadıb. Hətta Mətanət ona “Türkandan da başqa şəxslərə aid pulları da onu aldatdığı şəxsə verib, amma siz bir qədər gözləyin o, həmin şəxsdən Türkanın pulunu alıb qaytaracam” ifadəsini işlətmişdir. O, da Mətanətlə apardığı danışıqları Türkana demiş və gözləməyə başlamışlar. Mətanət çox əminliklə ona “bizim torpaq sahəsimiz var, onu satıb Türkanın pulunu qaytaracağam” ifadəsini işlədirmiş. Amma sonradan Mətanət danışında Türkandan aldığı pulu borca aldığını və yaxın günlərdə qaytaracağını, sonradan isə atasının rəhmətə getdiyi üçün bir qədər gözləməyi deməyə başlamışdır. Mətanət hər dəfə onları aldatdıqda o, Türkana deyirmiş ki, “get polisə şikayət et”. Bundan sonra o, Mətanətlə bir daha danışıq aparmamışdır. Verilən suallara cavab olaraq Şahid2 ifadəsində, sonuncu dəfə Mətanətlə 2012-ci il tarixdə görüşdüyünü və sonuncu ilə Türkandan pul aldığı vaxta qədər bir dəfə belə olsun danışıq aparmadığını, heç bir zaman Mətanətin ondan 4500 manat borca pul istəmədiyini, o, da Türkana Mətanətə 4500 manat pul verməsi ilə bağlı heç bir göstəriş vermədiyini, onun Mətanətlə pul barədə ümumiyyətlə danışıqları və yazışmalarının olmadığını, o, Mətanəti həmişə imkanlı qız kimi bildiyini, Mətanətin hər ay Türkana 450 manat pul qaytarması barədə dediklərinin yalan olduğunu bildirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslər və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrinə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyan tam ödənilmişdir, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbi yoxdur, onunla barışmışdır, cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Cinayət işinin materiallarında olan Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 210/690 saylı arayışa və 13648 saylı mədaxil qəbzinə əsasən Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyi vasitəsilə dövlət büdcəsinə Təqsirləndirilən şəxs tərəfindən 2625 manat əvvəlcədən ödəniş və 2,63 manat xidmət haqqı olmaqla, cəmi 2628 manat ödəniş edilmişdir. Həmin ödənişin təyinadı cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödənişdir. Beləliklə də hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, hazırda zərərçəkmiş şəxslərlə barışmışdır, zərər çəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir, təqsirləndirilən şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. CPM-nin 175.5-ci maddəsinə əsasən Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 whatsapp proqramı üzərindən işə qəbulla bağlı göndərdiyi səs yazışı köçürülmüş 1 ədəd CD disk, Zərərçəkmiş şəxs2 övladı Şahid4 işə qəbulu ilə bağlı whatsapp proqramı üzərindən Təqsirləndirilən şəxs ilə apardıqları səs yazısı və mesaj mətnlərinin skrin edilmiş fotogörüntüləri köçürülmüş 1 ədəd CD disk, Təqsirləndirilən şəxs 6000 manat pulu Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdə almasına dair A4 formatında öz əlyazmasi ilə yazdığı 01 ədəd qəbzin surəti, "xxxx" MMC-dən mobil məlumatlar köçürülərək təqdim edilmiş 01 ədəd CD disk, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən videoçəkilişlə alınan ifadəsinin videogörüntüsü köçürülmüş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 200 manat (iki yüz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 whatsapp proqramı üzərindən işə qəbulla bağlı göndərdiyi səs yazışı köçürülmüş 1 ədəd CD disk, Zərərçəkmiş şəxs2 övladı Şahid4 işə qəbulu ilə bağlı whatsapp proqramı üzərindən Təqsirləndirilən şəxs ilə apardıqları səs yazısı və mesaj mətnlərinin skrin edilmiş fotogörüntüləri köçürülmüş 1 ədəd CD disk, Təqsirləndirilən şəxs 6000 manat pulu Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdə almasına dair A4 formatında öz əlyazmasi ilə yazdığı 01 ədəd qəbzin surəti, "xxxx" MMC-dən mobil məlumatlar köçürülərək təqdim edilmiş 01 ədəd CD disk, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən videoçəkilişlə alınan ifadəsinin videogörüntüsü köçürülmüş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar